9
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
Uşaqların say
ı,n=52
0
1
2
3
4
5
6
19
87
19
89
19
91
19
97
19
99
20
00
20
01
20
02
20
03
20
04
20
05
20
06
20
07
20
08
20
09
20
10
20
11
20
12
20
13
20
14
20
15
20
16
Şək. 3. VDR ilə bağlı kor və zəif görən uşaqların doğum təvəllüdlərinə görə bölgüsü
Son illərdə Azərbaycanda neonatologiyada, uşaq intensiv terapiyası və reanimasiyasında elmi və texniki inkişaf
müşahidə edilməkdədir. Artıq 2015-ci ildən etibarən 22-ci hestasiya həftəsindən sonra doğulan körpələr qeydiyyata
alınır və azçəkili uşaqların sag qalıb yaşama şansları günü gündən artmaqdadır. Araşdırmamızda aşkarlanmış
uşaqların doğulduğu illərə görə bölgüyə nəzər salanda görünür ki, son illərdə doğulan körpələr arasında VDR
xəstəliyinə görə kor və zəif görən uşaqların uşaqların sayı daha da çoxdur.
Ədəbiyyat mənbələrinə əsasən inkişaf etmiş ölkələrdə VDR ilə əlaqədar korluğun iki epidemiyası məlumdur.
“Birinci epidemiya” 1940-1950-ci illərin əvvəllərində, xüsusilə Amerika və Avropada vaxtından əvvəl doğulmuş
körpələrdə rast gəlinmişdir. O vaxtlar monitorizasiyasız oksigen müalicəsi əsas risk faktoru idi və uşaqların sağ
qalması üçün oksigenin sərhədsiz istifadəsi VDR-in artmasına səbəb olmuşdu. İnkişaf etmiş ölkələrdə VDR-in
“ikinci epidemiyası” neonatalogiyanın yüksək inkişafının nəticəsi olaraq 1970-ci illərdə yayılmağa başlamışdır.
Bu cür inkişaflar extremal az çəkili uşaqların sağ qalıb yaşamasına səbəb olmuşdur. VDR-in üçüncü epidemiyası
isə inkişaf etməkdə olan ölkələrdə yayılmışdır ki, bunun da səbəbi belə ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən
vaxtından əvvəl doğuşların sayının daha çox olması, doğuşların 2%-də uşaqların çəkisinin 1500 qr-dan az olması,
qadınların çoxunun doğuşlarını tibb müəssisələrində etməsi , yarımçıq doğulmuş uşaqların dərhal reanimasiyaya
götürülməsi, neonatalogiyada elmi texniki tərəqqi və VDR skrininq kriterilərinin genişləndirilməsi VDR-ə daha
tez rast gəlməyə və VDR-in üçüncü epidemiyasının baş verməyinə səbəb oldu [2, 17, 18]. Araşdırmadan alınan
nəticələrə əsasən Azərbaycanı da VDR-in üçüncü epidemiyası yayılmış ölkələr sırasına aid etmək olar. Ancaq
qeyd etmək lazımdır ki, aparılan araşdırma Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi
Ekspertiza Komissiyasına müraciət edən və bizim tərəfimizdən baxış keçirilən sağlamlıq imkanları zəif olan
(kor və zəif görən) uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində təhsil alan uşaqlar arasında aparılmışdır.
Respublikamızda erkən uşaq ölümlərini və aparılan araşdırada olan məhdudiyyətləri nəzərə alaraq demək olar ki,
VDR ilə əlaqədar kor və zəif görən uşaqların sayı daha çoxdur.
Yekun
Son illərdə Azərbaycanda neonatologiya üzrə elmi texniki inkişaf nəticəsində extremal az çəkili vaxtından
əvvəl doğulmuş körpələr sağ qalıb yaşayır və buna bağlı olaraq VDR rast gəlmə tezliyi, həmçinin VDR-ə görə
kor və zəif görən uşaqların sayının artma riski daha çoxdur. Vaxtında aparılmış düzgün müayinə və müalicə
tədbirləri ilə bu xəstəliyə görə əlilliyin azaldılması mümkündür. Gələcəkdə VDR-ə görə kor və zəif görən uşaqların
sayının öyrənilməsi, həmçinin bunun qarşısının alınması istiqamətində daha geniş elmi araşdırmaların aparılması
planlaşdırılır.
ƏDƏBİYYAT:
1.
Qasımov E.M., Kərimov M.İ. Yarımçıq doğulmuşların retinopatiyası. Oftalmoloqlar üçün vəsait. Göz
xəstəlikləri, 2014, s.301-306.