Material və metodlar
Tədqiqatda 16303 şəxsin ilkin şəhadətləndirilməsi anında yaşı əsas götürülərək aşağıdakı göstəricilər
hesablanmışdır:
–
əlilliyin təsdiq olunduğu minimal və maksimal yaşlar;
–
əlilliyin təsdiq olunduğu yaşın modası (yəni yaş intervallarına görə bölgüdə əlillərin sayı ən çox olan
yaş);
–
əlilliyin təsdiq olunduğu yaşın medianası (əlillərin yaş intervalına görə cərgəsini ortadan bölən yaş);
–
orta yaş (hesabi orta) və onun orta xətası (M±m).
İlkin əlilliyin təsdiq olunduğu yaşla (Y
i
) doğulanda ömrün gözlənilən uzunluğu (Ö
i
) arasında fərq (Ö
i
-Y
i
)
pasiyentin əlilliklə assosiasiya olunacaq ömrünün müddətini əks etdirir. Bunları nəzərə alsaq əlilliklə assosiasiya
olunan ömrün gözlənilən orta müddəti (ƏAOÖÇOM) aşağıdakı formula ilə hesablana bilər:
ƏAOÖÇOM =
, burada
Ə - i yaşda ilk dəfə əlilliyi təsdiq edilmiş şəxslərin sayı;
Ə
s
- bütün əlillərin (ilk dəfə əlilliyi təsdiq olunan) sayı;
Ö
i
- doğulanda ömrün gözlənilən uzunluğu;
Y
i
- ilkin əlilliyin təsdiq olunduğu yaş.
Yuxarıda qeyd olunan əlilliyin tibbi sosial ağırlığının komponentləri əsasında inteqral (kompleks) meyar
əsaslandırılmış və müvafiq qaydada hesablanmışdır. Bu meyarın kompleksliyi ondadır ki, onun hesablanmasında
əlilliyin tibbi-sosial ağırlığının ən mühüm 3 komponenti istifadə olunmuşdur:
–
əlillərin orta sayı;
–
əlilliklə assosiasiya olunan ömrün orta müddəti;
–
əlilliyin ağırlıq dərəcəsi.
Alınmış göstəricilərin informasiya tutumunu gücləndirmək məqsədi ilə müşahidə apardığımız 8 illik müddətdə
hər nozoloji səbəblə bağlı ilk dəfə əlil hesab edilmiş şəxslərin məlumatları istifadə olunmuşdur.
Əlillərin orta sayı aşağıdakı formula ilə hesablanmışdır.
|