Nəticələr və onların müzakirəsi
14 ən çox müşahidə olunan əlillik səbəblərinin ayrı-ayrı göstəricilərə görə reytinqi 1-ci cəd-vəldə verilmişdir.
Göründüyü kimi, xəstəliklərin səbəb olduğu əlillik hadisələrinin tezliyinə görə birinci beş yerdə (aşağıdan) uveitlər,
göz almasının atrofiyası, diabetik retinopatiya, hipermetropiya və anoftalm (nisbətən az yayılmış hadisələr),
axırıncı beş yerdə büllurun, torlu qişanın bəzi xəstəlikləri, miopiya, travmaların nəticələri və qlaukoma (yüksək
səviyyədə yayılmış hadisələr) durur. İlkin şəhadətləndirmə zamanı etiraf olunmuş I qrup əlillərin sayına görə
birinci beş yerdə (nisbətən aşağı səviyyə) anoftalm, hipermetropiya, göz almasının atrofiyası, makulodistrofiya və
miopiya, axırıncı beş yerdə (yüksək səviyyə) büllurun və torlu qişanın patologiyaları, görmə sinirinin atrofiyası,
diabetik retinopatiya və buynuz qişanın xəstəlikləri durur.
Cədvəl 1
Göz xəstəliklərinin əlilləşmədə rolunu səciyyələndirən xüsusi göstəricilərinin reytinqi
Dostları ilə paylaş: |