OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Uşaqlarda həzm sisteminin yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə48/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
Ar2018-2944 (1)

Uşaqlarda həzm sisteminin yaş xüsusiyyətləri. Süd 
dişləri kövrək olduqları üçün, körpələrin qidasını düzgün 
təşkil etmək lazımdır. Artıq 6-7 yaşdan süd dişlər düşməyə 


83 
başlayır və daimi dişlərlə əvəz olunurlar. 14-15 yaşında daimi 
dişlərin hamisi çıxır, 24-30 yaşlarda ağıl dişləri çıxır. Elə 
hallar olur ki yuxarı çənədə ağıl dişləri formalaşmır. Dişlərə 
daimi qulluq etməklə, sağlamlığımzı qorumuş olursunuz. 
Dişlərin zədələnməsinə və çürüməsinə ən çox süd turşusu 
təsir edir. Dişlərdə kariyesin yaranmaması üçün dişlərə qulluq 
edilməli və düzgün qidalanmaq lazımdır. 
Ağıza düşmüş qida tüpürcək vəzilərinin fəaliyyətini 
artırır. Tüpürcəyi əmələ gəlməsi reflektor xassəli olub, ağıza 
düşmüş qidanın forma və kimyəvi tərkibindən, yumşaq və 
bərk olmasındanı asılı olaraq müxtəlifdir. 
Ağızda üyüdülmüş və islanmış qida udlağa keçir və 
oradan qida borusuna ötürülür, qida borusu əzələvi boru olub, 
uzunluğu 25 sm-dir. Onun daxili selikli qişa ilə örtülmüş, çox 
qatlı epitelidən əmələ gəlmişdir. Epitel toxuma qida borusunu 
sərt qidalardan qoruyur. Burada həm də yan büküşlər var ki, 
qidanın həcmi iri olduqda, qida borusu genişlənə bilsin. 
Mədə həzm sisteminin ən geniş sahəsidir, əyilmiş 
kişəciyə bənzəyir, tutumu 2 l-dir. Lakin bu həcm müxtəlif 
insanlarda daha geniş ola bilər. O, qarın boşluğunda 
asimmetrik yerləşmiş çox hissəsi sol tərəfə meyillidir. Onun 
böyük və kiçik əyriliyi vardır. Mədənin girişi (kardial hissə), 
dibi (funksional hissə) və çıxan (pillorik hissə) vardır. Mədə 
12 barmaq bağırsağa açılır. 
Mədənin daxili divari selikli qişa olub, çox qatlıdır. 
Burada külli miqdarda vəzilər yerləşir. Bu vəzilər mədə şirəsi 
və hidrogen xlorid turşusunu ifraz edirlər. Mədədəki vəzilər 
müxtəlif fermentləri – lipaza, kazinogen, pepsin və s. sintez 
edərək, zülalların parçalanmasını təmin edir. 
Mədə şirəsi şəffav mayedir, turş xassəlidir, orada selik 
mayesi də vardır. Lakin mədə şirəsinin turşuluğu müxtəlif 


84 
insanlarda müxtəlifdir, o, daima dəyişir və yeniləşir. Qidanın 
tərkibindən asılı olaraq onun ifraz olunma sürəti də dəyişir. 
Yetkin insanlarda gün ərzində 1,2-2 litr mədə şirəsi ifraz 
olunur. Buradakı pepsin xlorid turşusu təsirindən fəallaşır. 
Lipaza isə sadə yağları parçalayır. 
Mədədə qida 4-11 saat qala bilər və mədə şirəsi təsirindən 
kimyəvi parçalanmaya məruz qalır. Qidanın yaxşı həzm 
olunması üçün mədədəki əzələ sapları, qidanı mexaniki olaraq 
hazırlanmasına yardım edir, qida qarışdırılır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin