Orta Asiya və Mərkəzi Qazaxıstan



Yüklə 24,62 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü24,62 Kb.
#36581
1   2   3
ORTA ASİYA

Cunqari-Alatausu.  
   CunqariAlatausu Qazaxıstanın şərq hissəsində İli çayı və Alakol gölünün arasında  MDB ilə Çin sərhəddində qərb, cənubi-qərbdən şərq və şimal-şərq istiqamətində  uzanır. Cunqari Alatausunda bir neçə dağ zənciri vardır ki, bunun da ən uzunu  şimalda yerləşir. Əsas dağ zəncirlərindən cənubda Toksanboy və Bensintau sıra  dağları yerləşir. Bu əsas sıra dağların mütləq yüksəkliyi 4000 m-dən artıqdır.   
   CunqariAlatausunda dağ əmələgəlmə prosesi paleozoyda başlanmışdır. Əsas  qırışıqlıq hertsin dövründə baş vermişdir. Hertsin qırışıqlığından sonra denudasiya  prosesi baş vermiş, mezozoy və kaynazoy eralarında isə ərazi platforma rejimində  olmuşdur. Neogen və IV dövrdə qalxmalar baş vermişdir. Dağ sisteminin əsasını  Cunqari antiklinorisi təşkil edir. Antiklinorinin nüvə hissəsi paleozoy və orta  proterozoy çöküntülərindən təşkil olunmuşdur. Antiklinoriumun qanadları isə devon  və karbon dövrünün çöküntülərindən ibarətdir. Burada bəzi yüksəkliklərdə qranitlər,  sıra dağlarda isə orta və aşağı paleozoyun metamorfik şistləri yayılmışdır.   
   Faydalı qazıntılardan burada polimetal, mis və dəmir filizləri, əlvan və nadir metal  yataqları, daş kömür yataqları və s. vardır. Burada 3000-4000 m yüksəklikdə qədim  səthi düzəlmə sahələri relyefdə aydın nəzərə çarpır. Cunqari Alatausunda qar xətti  3200-3800 m yüksəkliklərdən keçir. Burada 1300-dən çox buzlaq vardır ki, onun da  sahəsi 1000 km ²dən artıqdır.  Ərazidə qar, buzlaq və yeraltı sularla qidalanan çoxlu çaylar vardır. Şimal yamacdan  axan çayların əksəriyyəti Balxaş, Sasik göl və Alakol göllərinə, cənub yamacın  çayları isə, İli çayına tökülür. Dağ yamaclarının aşağı hissəsində səhra, yarımsəhra və çöl bitkiləri yayılmışdır. Buna münasib olaraq qonur-səhra-çöl, açıq-şabalıdı, dağ  şabalıdı və dağ qara torpaqları yayılmışdır. Dağ çölləri əsas etibarı ilə ağ ot və qiyaq  otundan, habelə otlu-dənli bitkilərdən təşkil olunmuşdur. 1500-2400 m yüksəklikdə  şimal yamaclarda çəmən-meşə bitkiləri yayılmışdır. Burada Tyan-Şanın şam  meşələrindən ibarət seyrək meşəlik vardır. Cunqari-Alatausunun yuxarı hissəsində  tipik dağçəmən bitkiləri yayılmışdır. Alp qurşağının aşağı hissəsində müxtəlif otlu- dənli bitkilər, yuxarı hissəsində isə ot bitkiləri (cil, qum otu) yayılmışdır. Sıra dağların  
daha yüksək bel hissəsində buzlaq-nival landşaftı yayılmışdır
Yüklə 24,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin