karamıĢ növü bitir.
Kasnı(Cırtdaquş, göyçiçək)-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər)
fəsiləsinə aid olan birillik və çoxillik ot bitkisidir. Bitki latın dilində «Cichorium» adlanır. Lüğəti
mənası kio-getmək, chorion-sahə deməkdir. Rus dilində «Üikoriy» adlanır. Cavan yarpaqlarından
salatların hazırlanmasında istifadə olunur. Kökündə inulin, acı intibin qlükozidi, fruktoza və C
vitamini olur. Yoğunlaşmış kökündən qəhvə surroqatı və həmçinin yüksək keyfiyyətli spirt
alınmasında istifadə edilir. Köklərinin həlimi mikroba qarşı işlədilir və büzücü xassəyə malikdir.
39
Xalq təbabətində kasnının qurudulmuş çiçəyi, yar-pağı və kökünün dəmlənməsindən qaraciyər,
öd kisəsi və sarılıq xəstəlik-lərində istifadə edilir. Azərbaycan florasında 2 növü bitir.
Kassiya (Səna, İskəndər yarpağı)- Fabakimilər (Paxlakimilər)
fəsiləsinə aiddir. Bitki latın dilində «Cassia», rus dilində «Kassiə», «Senna» adlanır. Dərman
bitkisidir. Təbabətdə yarpağının şirəsindən işlətmə dərmanı kimi istifadə olunur. Yarpağında
ümumi antraqlükozidin miqdarı 0,8-1,2%, meyvəsində isə 1,3%-dir. Azərbaycan florasında 2-3
növü bitir.
Katalpa- Biqnoniyakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Catalpa», rus dilində
«Katalğpa» adlanır. Katalpa toxumlarının tərkibində 30%-dək eliostearin turşusu vardır.
Yarpaqların irililiyi və tünd-yaşıl olması onu çox dekorativ edir. Azərbaycan florasında
Yasəmənyarpaq katalpa növü bitir. MNB-nın kolleksiyasında əkilib becərilir.
Keçialaçı- Yulğunkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Reanmuria», rus dilində
«Reomöriə» adlanır. Azərbaycan florasında 3 növü bitir.
Keçiqulağı (Sığırquyruğu)- Keçiqulağıkimilər fəsiləsinə aid olan iki-illik və çoxillik
bitkidir. Bitki latın dilində «Verbascum», rus dilinlə «Korovək» adlanır. Dekorativ bitkidir.
Bağlarda geniş yayılmışdır. Azərbaycan florasında 25 növü bitir.
Keçiməməsi- Zəngçiçəyikimilər fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki latın dilində
«Michauxia», rus dilində «Mişoksiə» adlanır. Azərbaycan florasında Hamar keçiməməsi növü
bitir.
Keçiyemliyi (Təkə saqqalı)- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər)
fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir. Bitki latın dilində «Scorzonera» adlanır. Lüğəti
mənası scorza-kök, nera-qara deməkdir. Rus dilində «Kozeleü», «Skorüonera» adlanır. Yem
bitkisidir, yarpaqları və kökləri yeyilir. Yoğunlaşmış kökümsovlu bitkidir. Köklərində 1-2%,
yarpaqlarında 1-2,5%, gövdəsində isə 1% kauçuk olur. Çiçəkləri və yarpaqları çox dekorativdir.
Azərbaycan florasında 19 növü bitir.
Kentrantus- Pişikotukimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Kentranthus» adlanır. Lüğəti mənası kentron-mahmız, anthos-çiçək deməkdir. Rus dilində
«Kentrantus» adlanır. Respublikamızda az bir müddətdə becərilməsinə baxmayaraq özünə çoxlu
pərəstişkar çiçək həvəskarı toplamışdır. Çiçəyinin rənginə, yarpaqlarının dekorativliyinə görə
bəzək-bağçılıqda ondan müxtəlif kompozisiyalar yaratmaq mümkündür. Azərbaycan florasında
Uzunçiçək kentrantus növü bitir. MNB-nın kollek-siya sahəsində əkilib becərilir.
Kəfrəmotu- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çox-illik bitkidir. Bitki
latın dilində «Laserpitium» adlanır. Lüğəti mənası laserion-qatranlı maddə, piticein-axmaq, axıb
getmək deməkdir. Rus dilində «Qla-dış» adlanır. Azərbaycan florasında Sərttük kəfrəmotu növü
becərilir.
Kəklikotu- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aiddir.
Bitki latın dilində «Thymus», rus dilində «Timğən», «Çabreü» adlanır. Efir yağlı bitkidir. Efir
yağının tərkib hissəsi əsas etibarilə fenollar, monoterpenlər, ketonlardan ibarətdir. Kəklikotu
bitkisi dərman vasitəsi kimi bir çox xəstəliklərin, o cümlədən tənəffüs və həzm sistemi
xəstəliklərinin müalicəsində, həmçinin kulinariyada geniş istifadə olunur. Kəklikotunun efir yağı
həzm sisteminə müsbət müalicəvi təsir göstərir. Onun rozmarin və ya ətirşahdan alınmış efir
yağları ilə qarışığı qarın nahiyyəsinin masajında ağrıkəsici kimi istifadə edilir. Eyni zamanda
kəklikotu yorğunluğu aradan qaldırır, aşağı qan təzyiqi və qanazlığı kimi xəstəliklərin
müalicəsində mühüm rol oynayır. Kəklikotu bitkisindən bir çox xəstəliklərin müalicəsində
istifadə olunur. Onun antiseptik xüsusiyyətlərindən biri də tənəffüs sistemi infeksiyalarında
(soyuqdəymə, qripp, öskürək, bronxit və s.) müalicəvi təsirə malik olmasıdır. Azərbaycan
florasında 18 növü vardır. MNB-da bir neçə nö-vü əkilib becərilir.
Kəkrə- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
40
çoxillik bitkidir. Bitki latın dilində «Acroptilon» adlanır. Lüğəti mənası acron-iti-ləşmiş, üst qat,
ptilon-qanad deməkdir. Rus dilində «Qorçak» adlanır. Azər-baycan florasında Sürünən kəkrə
növü bitir.
Kələm- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik və ya ikiillik bitkidir.
Bitki latın dilində «Brassica» adlanır. Lüğəti mənası braso-qaynatmaq deməkdir. Rus dilində
«Kapusta» adlanır. Tərəvəz bitkisidir. Tərkibi 1,27-3,78% azotlu maddələrdən,0,16-0,67%
yağdan və 5,25—8,56% karbohidratdan ibarətdir. Kələmin yarpaqlarının tərkibində C vitamini
(10-200mq%), A vitamini (38-72 qamm), o cümlədən K, B
1
, B
2
, və D vitaminləri vardır.
Azərbaycan florasında 8 növü məlumdur ki, bunlardan üçü mədəni şəraitdə becərilir. MNB-da
dekorativ sortları əkilib becərilir.
Kələvüç-Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki
latın dilində «Galeobdolon» adlanır. Lüğəti mənası gale-gəlincik, safsar, bdolos-pis iy, üfunət
deməkdir. Rus dilində «Zelençuk» ad-lanır. Azərbaycan florasında Sarı kələvüç növü becərilir.
Kənaf- Kənafkimilər fəsiləsinə aid birillik bitkidir. Bitki latın dilində «Cannabis», rus
dilində «Konoplə» adlanır. Gövdəsində 20%-ə qədər yüksək hiqroskopiklik qabiliyyətinə malik
möhkəm texniki lif olan kənaf, əsasən kobud parçaların, hörüklü iplərin və yelkənli gəmilərdə
istifadə üçün kəndir hazırlanmasında istifadə edilir. Bu parçalardan kisə, brezent və digər
suyadavamlı əşyalar hazırlanır. Azərbaycan florasında 2 növü vardır ki, bunlardan biri mədəni
şəraitdə becərilir.
Kəndir- Kəndirçiçəklilər fəsiləsinə aid çoxillik bitkidir. Bitki latın dilində «Trachomitum»
adlanır. Lüğəti mənası trachys-kələ-kötür, miton-tel deməkdir. Rus dilində «Kendırğ» adlanır.
Lifli, kauçukverən və dərman bitkisidir. Yarpaqlarında 0,5-2,5%-ə qədər kauçuk olur.
Azərbaycan florasında 2 növü bitir.
Kəndirotu- Əməköməcikimilər fəsiləsinə aid birillik bitkidir. Bitki latın dilində
«Abutilon» adlanır. Lüğəti mənası a-inkar, bous-körpü özülü, tilos-zəif, davamsız deməkdir. Rus
dilində «Kanatnik» adlanır. Lifli bitkidir, kəndirindən yelləncək, balıq toru hazırlanmasında
istifadə olunur. Azərbaycan florasında Teofrast kəndirotu növü bitir.
Kəpənəkçiçək- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə
aid olan çoxillik bitkidir. Bitki latın dilində «Aconitum», rus dilində «Boreü», «Akonit» adlanır.
Kəpənəkçiçəyi dibçəklərdə, eyvanlarda, yeşiklərdə əkib-becərmək olar. Bəzək-bağçılıqda
güllüklər yaratmaq və gül dəstəsi düzəltmək üçün istifadə olunur. Mal-qara üçün zəhərli bitki
hesab olunur. Azərbaycan florasında 3 növü bitir.
Kərəvüz- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir.
Bitki latın dilində «Apium» adlanır. Lüğəti mənası apis-arı deməkdir. Rus dilində «Selğderey»
adlanır. Kərəvüzün kökmeyvələrinin tərkibində 6,7% sulu karbonlar, o cümlədən 5% şəkər, 1,3%
zülal, 0,1% efir yağı, 1% sellüloza, 1% kül (kalium, kalsium, fosfor, natrium və s.) elementləri, 7
mq% C vitamini və az miqdarda A, B qrupu vitaminləri və PP vitamini vardır. Yarpaqları
müxtəlif salatların hazırlanmasında, meyvə və tərəvəzlərin konservləşdirilməsində, duza, turşuya
qoyulmasında istifadə edilir. Kərəvüz həm də qiymətli dərman bitkisidir. Xalq təbabətində
kərəvüz yarpaqlarından alınmış preparat sidikqovucu kimi istifadə edilir, şirəsi böyrək
daşlarından azad olunmasında, həmçinin qan təzyiqinin aşağı salınmasında və şəkər xəstəliyinin
müalicəsində istifadə edilməsinə imkan yaradır. Ətriyyatda geniş istifadə olunur. Azərbaycan
florasında Ġyli kərəvüz növü bitir.
Kəsəkotu- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın
dilində «Arabidopsis» adlanır. Lüğəti mənası arabis və apsis-növ deməkdir. Rus dilində
«Rezuşka» adlanır. Azərbaycan florasında 3 növü bitir.
Kəsikotu- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın
dilində «Libanotis», rus dilində «Poreznik» adlanır. Azərbaycan florasında Zaqafqaziya
kəsikotu növü bitir.
41
Kətəv- Kətəvkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Thesium»,
rus dilində «Leneü» adlanır. Azərbaycan florasında 4 növü becərilir.
Kəvər- Soğankimilər fəsiləsinə aiddir. Kəvərin tərkibində kifayət qədər kalium, dəmir,
fosfor, kükürd, C, B
1
, B
2
, E, PP vitaminləri və karotin vardır. Efir yağının tərkibində olan kükürd
kəvərə spesifik dad verir. Kəvərdən padaqra, revmatizm, sınqa, yaddaş zəifliyi (skleroz)
xəstəliklərinin müalicəsində, həmçinin psixi və fiziki yorğunluğa qarşı istifadə olunur. Kəvər
həzm orqanlarının fəaliyyətini artırır, sidikqovucu xüsusiyyətə malik olmaqla böyrəklərin işini
yaxşılaşdırır, iştahı artırır. Xalq arasında ən çox səbzi qovurma kəvərlə hazırlanır. Xalq
təbabətində kəvərin yarpaq və soğanını əzib şirəsini çıxarır və ondan bir çay qaşığı götürüb, bir
çay qaşığı balla qarışdırıb üzə çəkdikdə ləkələri aparır və üzün rəngini yaxşılaşdırır. MNB-nın
kolleksiya sahəsində kəvərin müxtəlif sortları becərilir.
Kirpiotu- Tərəçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Echinopsilon» adlanır. Lüğəti mənası exinos-kirpi, psilon-tük deməkdir. Rus dilində
«Gxinopsilon» adlanır. Boyaqçılıqda geniş istifadə olunur. Azərbaycan florasında 2 növü
becərilir.
Kişniş- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın
dilində «Coriandrum» adlanır. Lüğəti mənası koris-balaca, anison-cirə deməkdir. Rus dilində
«Kişneü», «Koriandr» adlanır. Kişnişin tərkibində orta hesabla 67 mq% C vitamini, 278 mq% A
provitamini, toxumlarında isə 2,93%-ə kimi efir yağı, 10% piy və 16%-ə qədər zülal maddəsi
vardır. Kişnişin toxumları özünə məxsus kəskin iyə malik olub limon ətrini xatırladır. Kişniş
toxumlarından çörək-bulka, qənnadı məmulatları, pendir, likyor (içki) və pivə istehsalında
ədviyyat kimi geniş istifadə edilir. Ətriyyat sənayesində də qiymətli xammaldır. Kişniş bitkisinin
yarpaqları, zərif zoğu və toxumları bəzi xəstəliklərin müalicəsində geniş istifadə edilir. Kişnişin
şirəsi ilə ürək ağrıları və ürək sancmaları müalicə edilir. Azərbaycan florasında Çöl və Dağ
kiĢniĢi növləri becərilir.
Kök- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. Bitki
latın dilində «Daucus» adlanır. Lüğəti mənası danein-yandırmaq deməkdir. Rus dilində
«Morkovğ» adlanır. Kökmeyvəsinin tərkibində 6-8% şəkər, 1,5% zülal, 1,2% sellüloza, 0,8% kül
elementləri, o cümlədən dəmir, kalium, kalsium, manqan, fosfor birləşmələri, B
1
, B
2
, B
6
, PP
vitaminləri vardır. Kök çiy halda çərəz kimi yeyilir, xörəklərə, yəni plova, şorbalara, veneqretə
qatılır. Kökün müalicəvi əhəmiyyəti də böyükdür. Belə ki, o gözlərin görmə qabiliyyətini artırır,
körpələrin böyüməsini sürətləndirir, işta-hanı artırır, sidikqovucudur, böyrək xəstəlikləri zamanı
güclü təsir göstərir. Kökün toxumundan alınan daukarindən təbabətdə ürək xəstəliklərini müalicə
etmək üçün geniş istifadə olunur. Azərbaycan florasında 2 növü vardır. Yabanı kök növü
təbiətdə bitir, Əkin kökü növü isə mədəni şəraitdə becərilir.
Köməci- Əməköməcikimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Malvella», rus dilində «Malğvoçka» adlanır. Azərbaycan flora-sında Jerar köməci növü
becərilir.
Köpəkdiliotu- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Cynoglossum» adlanır. Lüğəti mənası kyon-köpək, glossa-dil deməkdir. Rus dilində
«Çernokorenğ» adlanır. Balverən bitkidir. Dərman köpəkdiliotunun kökünün tərkibində 0,12%
zəhərli alkaloid sinoqlossin, qlükozid və alkaloid sinoqlossein, toxumlarında isə 40%-ə qədər yağ
vardır. Ot hissəsi efir yağı ilə zəngindir. Azərbaycan florasında 5 növü becərilir.
Köpükotu- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın
dilində «Hedysarum» adlanır. Lüğəti mənası hedya, aroma-xoş ətirli deməkdir. Rus dilində
«Kopeeçnik» adlanır. Mal-qara tərəfindən yaxşı yeyilir. Dekorativ bitkidir. Azərbaycan
florasında 8 növü becərilir.
Küknar- Şamkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Picea» adlanır. Lüğəti mənası
pix-qatran deməkdir. Rus dilində «Elğ» adlanır. Oduncağı ağ, yumşaq, yüngül, davamlıdır,
bunlardan tikinti və xırda məmulat hazırlamaq üçün material hazırlanır. Qabığından dərinin
42
aşılanmasında, skipidar, terpentin yağı və s. hazırlanmasında istifadə olunur. MNB-da bir neçə
növün kolleksiyası vardır.
Küllücə- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
birillik bitkidir. Bitki latın dilində «Filago» adlanır. Lüğəti mənası filum-tel de-məkdir. Rus
dilində «Jabnik» adlanır. Azərbaycan florasında 3 növü bitir.
Küncüt- Küncütkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın di-lində «Sesamum»
adlanır. Lüğəti mənası küncütün qədim yunan adı ilə bağ-lıdır. Rus dilində «Kunjut» adlanır.
Yağlı bitkilərdir. Küncütün toxumunda 53-63% yağ vardır. Küncüt yağı açıq-sarı rəngli, xoş dada
malik və iysizdir, qida və qənnadı sənayesində yüksək növlü, keyfiyyətli halvanın hazır-
lanmasında istifadə olunur. Azərbaycan florasında mədəni halda ġərq kün-cütü növü becərilir.
Küstüşam (Brioniya)- Boranıkimilər (Qabaqkimilər) fəsiləsinə aid olan çoxillik ot
bitkisidir. Bitki latın dilində «Bryonia» adlanır. Lüğəti mənası bryein-tez böyüyən deməkdir. Rus
dilində «Perestupenğ», «Brioniə» adlanır. Zəhərli olub piyli və yağlı bitkidir. İkievli küstüşamın
köklərində alkaloid və qlükozid brionin vardır. Onun giləmeyvələrindən qırmızı boya alınır. Xalq
təbabətində qandayandırıcı, ağrıkəsən, öskürəyə qarşı istifadə olunur. Mal-qara tərəfindən
yeyilmir. Azərbaycan florasında 2 növü becərilir.
Qamış- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Phragmites», rus
dilində «Trostnik» adlanır. Yaşıl hissələri yeməlidir, tər-kibində 16-18% karbohidrat vardır.
Qurudulmuş əzilmiş kökümsovundan şi-rin çörək hazırlanır. Yarpaqlarının tərkibində C və A
vitamini vardır. Azər-baycan florasında Adi qamıĢ növü becərilir.
Qanadçiçək- Qərənfilçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Pteranthus» adlanır. Lüğəti mənası pteros-qanad, antoc-çiçək deməkdir. Rus dilində
«Krıloüvetnik» adlanır. Azərbaycan florasında Haçalı qanadçiçək növü becərilir.
Qanqal- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
ikiillik və çoxillik bitkidir. Bitki latın dilində «Cirsium», rus dilində «Bodək» adlanır.
Kökümsovunun tərkibində inulin vardır ki, bu da yerarmudu (yeralması) dadını xatırladır və
qidada istifadə olunur. Azərbaycan florasında 32 növü becərilir.
Qantəpər- Fırçaotukimilər fəsiləsinə aid olan birillik və çoxillik ot bitkisidir. Bitki latın
dilində «Cephalaria» adlanır. Lüğəti mənası kephale-baş deməkdir. Rus dilində «Qolovçatka»
adlanır. Yaxşı balverən bitkidir. Çiçəklənmiş başcığı xalçaçılıqda yun saplarının alovu-sarı rəngə
boyanmasında istifadə olunur. Bitkinin tərkibində araqasin (C
21
H
18
H
2
O
4
) və digər alkaloidlər
vardır. Xalq təbabətində çiçəyindən hazırlanmış şirə və həlim soyuqdəyməyə qarşı istifadə
olunur. Yarpaqlarında 134 mq% C vitamini olur. Toxumlarının tərkibində 7,35% su, 11,60%
sellüloza, 22,60% yağ, 16,25% azotlu maddələr, 36,38% azotsuz ekstrakt maddələri və 5,85% kül
vardır. Azərbaycan florasında 12 növü becərilir. MNB-nın kolleksiya sahəsində becərilir.
Qaraçöhrə- Qaraçöhrəkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Taxus», rus dilində
«Tiss» adlanır. Yarpaqları acı və zəhərli olduğu üçün mal-qara tərəfindən yeyilmir. Tərkibində
alkaloid «taksin» (C
27
H
51
NO
10
) və yarpaqlarında efir yağı vardır ki, bu da qıcıqlandırma
xüsusiyyətinə malikdir. Qaraçöhrənin toxumlarının tərkibində 30,38% yağ vardır. Xalq
təbabətində yarpaqlarından ürək xəstəliyinə qarşı istifadə olunur. Dekorativdir, yaxşı balverəndir.
Azərbaycan florasında 1 növü becərilir. MNB-da kolleksiyası vardır.
Qaragilə- Doqquzdonkimilər fəsiləsinə aiddilər. Kol bitkisidir. Meyvə əmələ gətirəndə çox
bəzəkli görünür. Qayçılanma vasitəsilə yaşıllaşdırmada müxtəlif formalar vermək mümkündür.
Bitki latın dilində «Symphoricarpus», rus dilində «Snejnik», «Snejnoəqodnik» adlanır. Balverən
bitkidir. Azər-baycan florasında mədəni əkin şəraitində Salxımvarı qaragilə növü be-cərilir.
Qarağac- Qarağackimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Ulmus», rus dilində «Vəz»,
«İlğm», «Berest», «Karaqaç» adlanır. Azərbaycan rayonlarında küçələrin, bağların və parkların
yaşıllaşdırılmasında, bəzi yerlərdə yolların kənarında və meşə zolaqlarının salınmasında istifadə
edilir. 300 ilə qədər yaşayır. Balverəndir və dekorativdir. Xalq təbabətində qabığını doğrayıb
qaynadır, süzüb buğda unu ilə məlhəm hazırlayır və ondan çiban tipli yaraların müalicəsində
43
istifadə edirlər. Azərbaycan florasında 6 növü vardır ki, bunlardan ikisi mədəni şəraitdə becərilir.
MNB-da kolleksiyası vardır.
Qarağat- Daşdələnkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Ribes», rus dilində
«Smorodina» adlanır. Qarağat meyvələrində quru maddənin miqdarı 12,8-23,5% təşkil edir.
Giləmeyvədə pektin, pentozan, sellüloza, üzvi turşular (2-3%), azotlu maddələr (0,20-1,41%) və
az miqdarda A, B
1
və P vitaminləri vardır. Qarağat meyvələri təzə halda yeyilir, onlardan püre,
jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və
turş olduğundan tərəvəzlərin konservləşdirilməsində ədəva kimi istifadə edilir. Qarağatdan sinqa
xəstəliyi, mədə pozuntuları zamanı müalicə vasitəsi kimi də istifadə olunur. Azərbaycan
florasında 3 növü vardır ki, bunlardan biri mədəni şəraitdə be-cərilir. MNB-da Qırmızı və Qara
qarağatın kolleksiyası vardır.
Qaraot- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın
dilində «Origanum», rus dilində «Duşiüa» adlanır. Qaraotun yarpaqlarından kvas içkisinin tamını
yaxşılaşdırmaq üçün, cavan zoğlarından isə ətrinə görə xiyar və pomidorun duza qoyulması
zamanı istifadə edilir. Onun tərkibində 2-7% ətirli timol yağı, 258 mq%-ə qədər C vitamini,
toxumlarında isə 29,15% yağ vardır. Yerli əhali yun ipləri qara və tünd-qırmızı rəngə boyamaq
üçün qaraotdan istifadə edirlər. Xalq arasında baş, diş ağrıları zamanı, habelə zökəmə qarşı adi
qaraot dəmlənməsi kimi içilir. Bundan əlavə onu boymadərənin qurumuş çiçəkləri ilə birlikdə
(toz halında) müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə edirlər. Azərbaycan florasında
Adi qaraot növü becərilir.
Qaratikan- Murdarçakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Paliurus», rus dilində
«Derji-derevo» adlanır. Xalq təbabətində yarpaq və qabığı sidikqovucu dərman kimi, eyni
zamanda qotur, dəmrov xəstəliyinə qarşı da istifadə edilir. Qaratikanın budaqları yandıqda qaraya
çalan yağlı külü çıxır. O yağı pambığa hopdurub qotur, göbələk və dəmrova sürtdükdə müalicə
edir. Meyvə və qabığının tərkibində aşı maddəsi vardır. Azərbaycan florasında 1 növü becərilir.
MNB-da kolleksiyası vardır.
Qarğaayağı- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir.
Bitki latın dilində «Coronopus» adlanır. Lüğəti mənası korone-qarğa, ipus-ayaq deməkdir. Rus
dilində «Voronğə lapa» adlanır. Cavan (tər) yarpaqları qidada vəzəri kimi, kökləri isə
qaynadılmış halda istifadə olunur. Azərbaycan florasında Sürtük qarğaayağı növü becərilir.
Qarğa gözü- Trillialar fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Paris»
adlanır. Lüğəti mənası par-tən, bərabər, eyni deməkdir. Rus dilində «Voroniy qlaz» adlanır. Xalq
təbabətində yarpaqlarından sarı və yaşıl boya alınır. Zəhərli bitki olub, tərkibində saponin,
parstifin vardır. Azərbaycan florasında Natamam qarğagözü növü becərilir.
Qarğa soğanı- Süsənkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Gladiolus» adlanır. Lüğəti mənası gladius-qılınc deməkdir. Rus dilində «Şpajnik» adlanır.
Qarğasoğanının kərpicvarı və adi növlərinin soğanaqlı yumruları qaynadılmış halda yeyilir. Xalq
təbabətində soğanaqlı yumrularından qızılçaya qarşı yarasağaldan, diş və böyrək daşı
xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Azərbaycan florasında 6 növü becərilir. MNB-
da 5 növün kolleksiyası vardır.
Qarğıdalı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Zea», rus dilində
«Kukuruza», «Mais» adlanır. Qidada qızardılmış və qay-nadılmış halda, saçaqları böyrək
xəstəliklərinin müalicəsində istifadə olunur. Qarğıdalı unundan qoğal, kökə hazırlanır.
Azərbaycan florasında bostan bit-kisi kimi müxtəlif çeşidləri becərilir.
Qarğu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Arundo», rus dilində
«Arundo» və ya «Trostnik» adlanır. Kökümsovunun tərkibində alkaloid vardır. Xalq təbabətində
tərlədici və sidikqovucu dərman kimi istifadə olunur. Dekorativ bitkidir. Gövdəsindən çəpərlər
hazırlanır, yaşayış komaların (cobustan) üzərini örtür və müxtəlif musiqi alətləri hazırlanır. İri
buynuzlu mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan flo-rasında Qamışvarı qarğı növü
becərilir. MNB-da Alabəzək qarğu növünün kolleksiyası vardır.
44
Qarpız- Boranıkimilər (Qabaqkimilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Citrullus», rus dilində «Arbuz» adlanır. Qarpız meyvələri çox şəkərli, sərinləşdirici olub, aclığı
və susuzluğu aradan qaldırır. Qarpızda 8-12%, bir meyvəsində isə 1-1,5 kq təmiz şəkər olur. Bu
şəkərin yarısı saxaroza, yarısı qlükoza və fruktozadan ibarətdir. Ona görə qarpız meyvələri insanı
şəkər xəstəliyindən mühafizə edir. Qarpızda B
1,
B
2
, PP, C vitaminləri, kalium, manqan, kalsium,
dəmir və s. minerallar vardır. Bu duzlar qanın hemoqlobinini artırır, tənəffüsü asanlaşdırır.
Qarpızdan şərab, mürəbbə, sukat, nardək hazırlanır. Xırda meyvələri duza qoyulur, toxu-mundan
40%-dək yağ almaq olur. Azərbaycan florasında: Adi və Yemlik (mal-qara üçün) qarpız mədəni
şəraitdə geniş əkilib becərilir.
Qatırquyruğu- Qatırquyruğukimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Equisetum», rus
dilində «Xvoh» adlanır. Xalq təbabətində sidikqovucu dərman kimi istifadə olunur. Bataqlıq
qatırquyruğunun tərkibində alkaloid qrupundan olan ekvizetin olduğuna görə zəhərli hesab olunur
və mal-qara tərəfindən yeyilmir. Azərbaycan florasında 6 növü vardır. MNB-da kolleksiya
sahəsində vardır.
Qatran- Kələmçiçəkkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir.
Bitki latın dilində «Crambe» adlanır. Lüğəti mənası krambe-kələm deməkdir. Rus dilində
«Katran» adlanır. Yarpaqları və cavan zoğları qidada bişməmiş halda istifadə olunur, ətrinə görə
gül kələmini xatırladır. Azərbaycan florasında 6 növü yayılmışdır.
Qayaotu- Dovşankələmikimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Sempervivum» adlanır. Lüğəti mənası simper-həmişə, vivum-diri deməkdir. Rus dilində
«Molodilo», «Jivuçka» adlanır. Dekorativ bitkidir. Yarpağından alınmış şirə üzə al-qırmızı rəng
və təravətlik verir. Cavan (tər) yarpaqları qidada kahı (salat) kimi istifadə olunur. Balverən
bitkidir. Azərbaycan florasında 3 növü vardır ki, bunlardan 2 növü MNB-da becərilir.
Qaymaqçiçək- Qaymaqçiçəkkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir.
Bitki latın dilində «Ranunculus» adlanır. Lüğəti mənası rana-qurbağa deməkdir. Rus dilində
«Lötik» adlanır. Zəhərli bitkidir. Azərbaycan florasında 33 növü yayılmışdır.
Qaytarma- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Potentilla»
adlanır. Lüğəti mənası potens-qüvvətli, qüdrətli, əzəmətli deməkdir. Rus dilində «Lamçatka»
adlanır. Dekorativ bitkidir. Yarpaqlarının tərkibində C vitamini, köklərində isə ətirli efir yağı
vardır. Xalq təbabətində qan damarlarının daraldılmasına istifadə olunur. Nektarlıdır. Bitkinin
bütün hissələrində aşı maddələri vardır. Azərbaycan florasında 31 növü bitir.
Qazayağı- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki latın
dilində «Falcaria», rus dilində «Rezak» adlanır. Cavan zoğları çiy halda yeyilir. Eyni zamanda
duza qoyulur. Tərkibində efir yağı vardır. Azərbaycan florasında 1 növü vardır.
Qazsoğanı- Zanbaqkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Gagea» adlanıb mənası qaz
deməkdir, rus dilində «Qusinıy luk» adlanır. Mal-qara üçün yaxşı yem bitkisi hesab olunur. İlk
yazda çiçəklərin az olduğu vaxt yaşıllaşdırma üçün çox əlverişlidir. Azərbaycan florasında 18
növü bitir.
Qəlbotu- Lamiasiyakimilər (Dodağaçiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir.
Bitki latın dilində «Acinos» adlanır. Lüğəti mənası akinos-toxum deməkdir. Rus dilində
«Duşevka» adlanır. Efir yağlı dərman bitkisidir. Yarpaqlarında 230 mq% C vitamini vardır.
Azərbaycan florasında 2 növü bitir.
Qərənfil- Qərənfilçiçəklilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Dianthus», rus dilində «Qvozdika» adlanır. Gözəl çiçəklərinə görə gül dəstəsi
düzəltmək, çiçəkliklər salmaq üçün geniş istifadə olunur. Fiziki və əqli çatışmamazlıqlarda,
qəbzlikdə, ciyər xəstəliklərində (vərəmdə), qadın xəstəliklərində, qoturluqda, mədə yaralarında,
iltihablı yaralarda, revmatizm, artrit, diş ağrılarında istifadə olunur. Eyni zamanda qıcolmaya
qarşı və dəridə yaranan iltihabın aradan götürülməsində təsirli dərman vasitəsidir. Azərbaycan
florasında 26 növü vardır ki, bunlardan 3 növü və 10 çeşidi (sortu) MNB-da becərilir.
45
Qıfotu- Kəndirçiçəklilər fəsiləsinə aid olan çoxillik ot bitkisidir. Bitki latın dilində «Vinca»
adlanır. Lüğəti mənası vincere-qalib gəlmək deməkdir. Rus dilində «Barvinok» adlanır.
Dekorativ bitkidir. Xalq təbabətində yarpaqlarından qızdırmaya qarşı və qankəsən dərman kimi
istifadə olunur. Qıfotu həlim halında diş ağrıları zamanı və ağız yaxalamaq üçün istifadə olunur.
Yarpaqlarında 26 mq% C vitamini vardır. Bitkinin qarışığından hazırlanan raunatin və rezelpin
həbləri qan təzyiqini normallaşdırır. MNB-da 2 növü becərilir.
Qıfsəbət- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki
latın dilində «Serratula», rus dilində «Serpuxa» adlanır. Çiçəklərinin forması qıfvarı səbətə
oxşadığından belə adlanır. Çox dekorativ bitkidir. Azərbaycan florasında 7 növü bitir.
Qıjı- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Nasturtium» adlanır. Lüğəti mənası nasus-burun, torquere-əziyyət vermək deməkdir. Rus
dilində «Jeruxa» adlanır. Tər yarpaqları qi-dada vəzəri kimi istifadə olunur. Toxumlarında xardal
yağı və qlükozid si-nergin vardır. Mal-qara tərəfindən yeyilmir. Qıjının şirəsi yod, dəmir, fosfor
və s. İlə zəngindir. Qıjı dərman bitkisi kimi maddələr mübadiləsinin yaxşı-laşmasında və
avitaminozda istifadə olunur. Azərbaycan florasında Dərman qıjısı növü yayılmışdır.
Qırğıotu(Şahin,qızılquş,tərlan)- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçək-
lilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Hieracium» adlanır. Lü-ğəti mənası
hierax-şahin, qızılquş, tərlan deməkdir. Rus dilində «Əstrebinka» adlanır. Yun və iplərin
boyanmasında, həmçinin dekorativ bit-ki kimi çiçək kompozisiyalarının bəzədilməsində geniş
istifadə olunur. Azər-baycan florasında 70 növü vardır.
Qırxbuğum (Qızılcıq, yolotu)-Qırxbuğumkimilər fəsiləsindəndir. Bitki
latın dilində «Polygonum», rus dilində «Qreçişnik», «Qoreü» adlanır. Azər-baycanın əksər
rayonlarında qırxbuğumdan çiy və bişirilmiş halda qida kimi geniş istifadə olunur. Ondan dovğa,
buğlama, aş, kətə və s. hazırlanır. Qırxbuğum həm də qiymətli dərman bitkisidir. Əsasən
sidikqovucu dərman kimi də istifadə olunur. Tər yarpaqlarında 216 mq% C vitamini vardır. Xalq
arasında qırxbuğum otundan hazırlanmış xörəklər mədə-bağırsaq xəstəlik-lərinin müalicəsində
istifadə edilir. Onun yarpaqları çıxıq və sınıqlarda, çiban tipli yaralarda təpitmə kimi
əvəzolunmazdır.
Qırtıc- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Colpodium» adlanır.
Lüğəti mənası kolpodek-dirsək deməkdir. Rus dilində «Kolğpodium» adlanır. Çəmən (qazon)
bitkisi kimi əhəmiyyətlidir. Azərbaycan florasında 4 növü yayılmışdır.
Qızçiçəyi- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
birillik və çoxillik bitkidir. Bitki latın dilində «Bellis» adlanır. Lüğəti mənası bellis-gözəl
deməkdir. Rus dilində «Marqaritka» adlanır. Qızçiçəyinin müxtəlif rəngli çiçəklərindən istifadə
etməklə ayrı-ayrı çiçək kompozisiyaları yaratmaq mümkündür. Xüsusi düzəldilmiş iri
güldanlarda əkib eyvanları, şüşəbəndləri, sərgi zallarını bəzəmək, bayram tədbirlərində istifadə
etmək olar. Azərbaycan florasında 2 növü bitir. MNB-da 2 növü və bir neçə çeşidi (sortu)
becərilir.
Qızılağac- Tozağacıkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Alnus», rus dilində
«Olğxa» adlanır. Qabığı parçanın müxtəlif rənglərə boyanmasında istifadə olunur. Yarpaqlarında
205,1 mq% C vitamini vardır. Qozasından alınan cövhər kolit (yoğun bağırsağın iltihabı) və
dizenteriyanın müalicəsində istifadə olunur. Azərbaycan florasında 3 növü vardır. MNB-nın
kolleksiya sahəsində becərilir. Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir.
Qızılçətir-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan bir-illik və ikiillik
bitkidir. Bitki latın dilində «Centaurium» adlanır. Lüğəti mənası kentaurion-qırmızıçiçək bitkinin
adı ilə bağlıdır. Rus dilində «Zolototısəçnik» adlanır. Çox dekorativ bitki olub bəzək-bağçılıqda
və gülçülükdə müxtəlif çiçək kompozisiyalarında geniş istifadə olunur. Azərbaycan florasında 5
növü bitir. MNB-da kolleksiya sahəsində əkilib becərilir.
Qızılləçək- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
46
çoxillik bitkidir. Bitki latın dilində «Ancathia» adlanır. Lüğəti mənası ankos-ti-kanlı, ilişən
deməkdir. Rus dilində «Ankaüiə» adlanır. Azərbaycan flora-sında Odvarı qızılləçək növü
yayılmışdır.
Qızılsaqqal- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Chrysopogon»
adlanır. Lüğəti mənası xrizos-qızıl, poqon isə saqqal deməkdir. Rus dilində «Zolotoborodnik»
adlanır. Vegetativ orqanlarında efir yağı vardır. Azərbaycan florasında Ssikada qızılsaqqal növü
vardır.
Qızılsarmaşıq- Qızılsarmaşıqkimilər fəsiləsinə aid olan birillik, ikiillik bitkidir. Bitki latın
dilində «Cuscuta», rus dilində «Povilika» adlanır. Kənd təsərrüfatı bitkiləri üçün zəhərli
sarmaşıqdır. Qızılsarmaşığın, o cümlədən birsütuncuqlu qızılsarmaşığın gövdəsində 34,3 mq% C
vitamini vardır. Azərbaycan florasında 8 növü yayılmışdır.
Qızıl səbət-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir.
Bitki latın dilində «Solidago» adlanır. Lüğəti mənası solidare-möhkəmləndirmək deməkdir. Rus
dilində «Zolotarnik» adlanır. Vitaminli bitkidir, tərkibində A və C vitaminləri vardır. Balverəndir.
Balı qızılı-sarı rəng-də olub, xoş dada malikdir. Gövdəsinin qabığından, yarpaq və çiçəklərindən
boyaqçılıqda müxtəlif rənglərin alınmasında istifadə olunur. Azərbaycan florasında 2 növü bitir.
Qızüzümü- Üzümçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Parthenocissus» adlanır.
Lüğəti mənası partenos-toxunulmamış, cissos-sar-maşıq deməkdir. Rus dilində «Deviçiy
vinoqrad» adlanır. Tez böyüyən kol-şəkilli sarmaşan bitkidir. Şaquli yaşıllaşmada geniş istifadə
olunur. Azər-baycan florasında BeĢyarpaq qızüzümü növü bitir. MNB-da kolleksiyası vardır.
Qonaqotu- Qonaqotukimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Passiflora», rus dilində
«Strastoüvet», «Passiflora» adlanır. Çox dekorativ sarmaşan bitkidir. Bəzən ona Şahin ulduzu və
ya tacı deyirlər. Toxumları və qələmləri ilə çoxalır. Azərbaycan florasında Atlı qonaqotu növü
yayılmışdır. MNB-nın kolleksiya sahəsində becərilir.
Qoturotu- Fırçaotukimilər fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir. Bitki latın dilində
«Knautia», rus dilində «Korostavnik» adlanır. Azərbaycan florasında 2 növü vardır.
Qovotu- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki latın
dilində «Cerinthe» adlanır. Lüğəti mənası kerinthos-arı yemi və ya arı mumu (vərəmum)
deməkdir. Rus dilində «Voskovnik» adlanır. Azərbaycan florasında Kiçik qovotu növü
yayılmışdır.
Qovuqca- Qovuqcakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Utricularia» adlanır. Lüğəti
mənası utriculus-qovuqcuq, qabarcıq deməkdir. Rus dilində «Puzırçatka» adlanır. Azərbaycan
florasında Adi qovuqca növü bitir.
Qoyunboğan- Novruzçiçəyikimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir.
Bitki latın dilində «Lysimachia», rus dilində «Verbeynik» adlanır. Yarpaq və çiçəkləri xalq
təbabətində qanaxmaya qarşı və tezsağaldıcı dərman kimi istifadə olunur. Gövdəsindən müxtəlif
rənglərdə: sarı, yaşıl, qara, qəhvəyi və s. boya alınır. Kökümsovunun tərkibində saponin vardır.
Azərbaycan florasında 3 növü bitir.
Qoyunqulağı- Qərənfilçiçəklilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Silene», rus dilində «Smolevka» adlanır. İlk yazda qoyunqulağının yerüstü hissəsi
sürətlə inkişaf edir. Ondan başqa göyərtilərlə birlikdə kətə, sıxma, buğlama bişirilir. Kökləri
saponin maddəsi ilə zəngindir. Xalq arasında qurudulmuş yarpaqlarının dəmləmələrindən diş
ağrılarında istifadə edilir. Bəzək bitkisi kimi çiçək kompozisiyalar yaratmaq üçün istifadəyə
yararlıdır. Qoyunqulağı toxumları ilə çoxalır. Azərbaycan florasında 49 növü yayılmışdır.
Qoz- Qozçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Juglans», rus dilində «Orex»
adlanır. Dünya miqyasında geniş yayılmış, meyvələrinin yüksək qidalılıq xüsusiyyətinə və
oduncağının mebel sənayesində böyük əhəmiyyətinə görə çox qədimdən insanlar tərəfindən
qiymətləndirilmiş və geniş sahələrdə becərilmişdir. Qozun ləpəsində 30-75% yağ, 8,0-21% zülal,
16% sulu karbonlar, 0,3 mq% B
1
, 30-50 mq% C və həmçinin az miqdarda A
1
,
B
2
, E və P
vitaminləri vardır. Ləpədən yüksək keyfiyyətli yağ alınır. Yetişməmiş kal, xırda meyvələrindən
47
mürəbbə hazırlanır. Qoz yarpaqları qüvvətli qovucu xüsusiyyətə malikdir. Yetişməmiş
meyvələrin qərzəyindən C vitamini və vitaminli sirop istehsal edilir. Xalq təbabətində qərzəkdən
alınmış şirə müxtəlif yaraların müalicəsində, həmçinin ekzema və digər dəri xəstəlikləri, dəri
vərəmi zamanı məlhəm (maz) kimi işlənir. Azərbaycan florasında 2 növü yayılmışdır. MNB-nın
kolleksiya sahəsində əkilib becərilir.
Qozqurab- Zirinckimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Bongardia», rus dilində «Bonqardiə» adlanır. Yarpaqlarında xoşagələn turşu olduğundan onu
çiy və duza qoyulmuş halda işlədirlər. Bir çox regionlarda kök yumrularını kartof kimi buğda,
küldə və yaxud təndirdə bişirib yeyirlər. Kök yumrularının tərkibində nişasta və C vitamini
vardır. Dekorativ bitki kimi bağ və bağçaların bəzədilməsində geniş istifadə etmək olar.
Azərbaycan florasında Qızıllı qozqurab növü bitir. MNB-da kolleksiya sahəsində vardır. Nadir
və nəsli kəsilməkdə olan bitki olduğuna görə Azərbaycanın «Qırmızı Kitab»ına düşməsi məsləhət
görülür.
Quax (Qovaq, qələmə)- Söyüdçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Populus»
adlanır. Lüğəti mənası populus-xalq deməkdir. Rus dilndə «Topolğ» adlanır. Oduncağı ağdır,
yumşaqdır. Oduncağında 50%-ə qədər sellüloza vardır. Sellüloza istehsalında istifadə olunur.
Qabığında aşı mad-dəsi (3-5%), qlükozid salisin və populin vardır ki, bu da dəri aşılanmasında
dərman kimi istifadə olunur. Sürətlə boy atmaqla tez böyüyür. Ona görə də ondan tarlaqoruyucu
kimi istifadə edilir. Azərbaycan florasında 11 növü var-dır ki, bunlardan 5-i mədəni şəraitdə
becərilir. MNB-da 5 növünün kollek-siyası vardır.
Qumotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Ammochloa» adlanır. Lüğəti mənası ammoc-qum, xloa-ot deməkdir. Rus dilində «Pesoçnik»
adlanır. Azərbaycan florasında Fələstin qumotu növü yayılmışdır.
Qurbağaotu- Qurbağaotuçiçəkkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sparganium»
adlanır. Lüğəti mənası sparqanon-lent, bağlama deməkdir. Rus dilində «Ejeqolovnik» adlanır.
Azərbaycan florasında 4 növü vardır.
Qurdağzı (Şirağzı)- Keçiqulağıkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Antirrhinum» adlanır. Lüğəti mənası anti-inkar etmə, rhinos-burunsuz deməkdir. Rus dilində
«Lğvinıy zev» adlanır. Çiçəklərinin forması qurdun (şirin) ağzına oxşadığına görə qurdağzı
(şirağzı) adlanırlar. Çiçək kompozisiyası yaratmaq üçün geniş istifadə olunur. Azərbaycan
florasında Ġri qurdağzı (ġirağzı) növü mədəni şəraitdə becərilir. MNB-da kolleksiyada becərilir.
Quruca- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan
birillik və çoxillik bitkidir. Bitki latın dilində «Gnaphalium» adlanır. Lüğəti mə-nası gnaphalon-
keçə, yun deməkdir. Rus dilində «Suşeniüa» adlanır. Azər-baycan florasında 5 növü bitir.
Quşarmudu (Üvəz)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sorbus», rus dilində
«Rəbina» adlanır. Quşarmudu qiymətli meyvə bitkisidir. Meyvəsindən mürəbbə, marmelad, jele,
povidlo və s. hazırlanır. Dekorativ və balverən bitkidir. Azərbaycan florasında 11 növü vardır.
MNB-nın kollek-siya sahəsində becərilir.
Quşdarısı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın
dilində «Milium», rus dilində «Prosənik», «Bor» adlanır. Yem bitkisidir, mal-qara və quşlar
tərəfindən həvəslə yeyilir. Yarpaqlarında 146,1 mq%, süpürgəsində isə 66,5 mq% C vitamini
vardır. Azərbaycan florasında 3 növü bitir.
Quşəppəyi (Çoban çantası)- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik
bitkidir. Bitki latın dilində «Capsella» adlanır. Lüğəti mənası capsella-kisəcik deməkdir. Rus
dilində «Pastuşğə sumka» adlanır. Qidalı tərəvəz bitkisidir. Xalq arasında qida kimi geniş istifadə
olunur. Ondan buğlama, sıyıq hazırlanır və başqa göylərə qatmaqla kətə bişirilir. Quşəppəyi
yarpağında 198 mq% C vitamini vardır. Xalq təbabətində qan-axmanın qarşısını almaq üçün
istifadə olunur. Azərbaycan florasında Adi quĢəppəyi növü yayılmışdır.
Quşqonmaz- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Filipendula» adlanır. Lüğəti mənası filum-tel, sap, pendere-asılmaq deməkdir. Rus dilində
48
«Labaznik» adlanır. Yarpaqlarında 250 mq% C vitamini və 104 qamma A vitamini vardır.
Qarağacyarpaq quşqonmazın cavan budaqları qidada kahı kimi istifadə olunur. Çiçəklərindən çay
hazırlanır. Yaxşı balverən bitkidir. Kökləri aşı maddəsi ilə zəngindir və aşılanmada istifadə oluna
bilər. Azərbaycan florasında 2 növü vardır. MNB-da kolleksiyada becərilir.
Quzuqulağı (Əvəlik, turşəng)- Qırxbuğumkimilər fəsiləsinə aid olan birillik, ikiillik və
çoxillik bitkidir. Bitki latın dilində «Rumex», rus dilində «Havelğ» adlanır. Qurudulmuş
əvəlikdən qış vaxtı hazırlanan əvəlikli aş, əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və s.
xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Əvəlikli aş və yaxud əvəlikli
sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Əvəlikli umac soyuqdəyməyə,
zökəmə və sinə tutulmasına çox kömək edir. Yarpaqlarında C vitamini vardır. Kökləri aşı
maddəsi ilə zəngindir. Azərbaycan florasında 17 növü bitir. MNB-da kolleksiyada becərilir.
Lakmusotu- Südlüyənkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Chrozophora» adlanır. Lüğəti mənası chros-boya, forein-çəkmək deməkdir. Rus dilində
«Xrozofora» adlanır. Meyvə və yarpaqlarından alınmış şirə müxtəlif materialların göy rəngə
boyanmasında paltarları yuyarkən lil (sinğka) əvəzinə istifadə olunur. Azərbaycan florasında
Dostları ilə paylaş: |