amorfa növü mədəni halda becərilir.
Andız- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidir.
Latın dilində «Inula» adlanır. Lüğəti mənası inaein- təmizləmək deməkdir. Rus dilində «Devəsil»
adlanır. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların
hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində istifadə olunur. Xalq təbabətində
təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan
florasında 13 növü geniş yayılmışdır.
Ardıc – Sərvkimilər fəsiləsinə aiddir. Kol və ya ağac bitkisi olub, latınca «Juniperus», rus
dilində isə «Mojjevelğnik» adlanır. Meyvələrində efir yağı vardır. Təbabətdə yağından dəri
xəstəliklərinin müalicəsində istifadə olunur. Meyvələri güclü sidikqovucu xüsusiyyətə malikdir.
İynəyarpaqlarında 32,3% C vitamini vardır. Dekorativ və quraqlığadavamlı kol və ya ağaclar olub,
bağ və parklarda geniş yayılmışdır. Oduncağı yandırıldıqda közü 24 saat qala bilir. Yaxşı
qayçılanma qabiliyyətinə görə ona hər forma vermək mümkün olduğundan bu bitkidən
yaşıllaşdırılmada canlı çəpər kimi istifadə olunur. Azərbaycanda 6 növü geniş yayılmışdır. MNB-
da kolleksiyada becərilir.
Armud – İtburnukimilər fəsiləsinə aid olub, ağac və ya kol bitkisidir. Latın dilində «Pyrus»,
rus dilində isə «Qruşa» adlanır. Armudun meyvəsi qida kimi təzə və qurudulmuş halda (qax kimi)
yeyilir. Qurudulmuş, toz halına salınmış armud ununun buğda unu ilə qarışığından çörək və qoğal
hazırlanır. Cır armudun meyvələri qidada pörtülmüş və qızardılmış halda, kompot və armud
cövhərinin hazırlanmasında istifadə olunur. Ondan həmçinin spirt də hazırlanır.Armudun
meyvələrinintərkibində 12-21,6 mq %-ə qədər C vitamini vardır. Azərbaycanda 18 növü bitir ki,
bunlardan ikisi mədəni şəraitdə becərilir. MNB-da kolleksiyada becərilir.
Arpa – Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan ot bitkisidir. Latın dilində «Hordeum»
adlanıb, arpanın qədim Roma adıdır. Rus dilində «Əçmenğ» adlanır. Heyvanlar üçün qidalı yem,
xüsusən də «arpa bəlimi» kimi çox istifadə olunur. Arpanın dəni iri və xırda buynuzlu heyvanlar,
atlar üçün qiymətli yem hesab olunur. Pivə istehsalında əsas komponent kimi geniş istifadə olunur.
Bəzək bitkisi kimi sünbülləri çox yaraşıqlıdır. Azərbaycan florasında 8 növü bitir.
Artişok – Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aiddir. Ənginar və ya
Artişok çoxillik ot bitkisidir. Latın dilində «Cynara» adlanır. Sözün lüğəti mənası yunan dilində
«it» deməkdir. Bu söz onun tikanlı olması və əl-ayağa batması ilə əlaqədardır. Həm yem, həm də
tərəvəz bitkisi kimi istifadə olunur. Rus dilində «Artişok» adlanır. Qidada ətli çiçək yatağı, ətli
pulcuq qını, cavan zoğ və saplaq yarpaqları ala-çiy və qaynadılmış halında işlədilir. Artişokun
açılmamış səbətinin tərkibində 9,5 qram vitamin B1, yarpaqlarında isə 24,7-38,6 mq % C vitamini
vardır. Artişokun toxumlarının tərkibində 30%-ə qədər qatı yağ vardır. Bu yağdan sabun
istehsalında istifadə olunur. Artişokun köklərində inulin, yarpaqlarında isə qlükozid sinarin kimi
dərman maddələri vardır. Artişok həmçinin balverən bitkidir. Azərbaycanda 2 növü vardır ki,
bunlar da mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır.
Asfodelina – Asfodelinakimilər fəsiləsinə aid olub, birillik və çoxillik ot bitkisidir. Latınca
«Asphodeline», rusca isə «Asfodelina» adlanır. Xarici görünüşünə görə «Asphodelus» cinsinə
məxsus növlərə oxşadığından ona bu ad verilmişdir. Kökümsovları və toxumları ilə asanlıqla
çoxalır. Mərkəzi Nəbatat Bağında toxumdan təbii bərpa olunaraq geniş yayılır. Bəzək əhəmiyyətli
9
bitki olub 40-45 gün çiçəkləyir. Azərbaycan florasında iki növü geniş yayılmışdır: Birillik
ağacvari asfodelina, Çoxillik Ģovis asfodelinası.
Asırqal – Melenta fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca «Veratrum», rusca
«Çemeriüa» adlanır. K. Linney «Hellelorus»un qədim adını bu cinsə vermişdir. Kökümsovunun
tərkibində alkaloidlərdən nervin və veratroidin vardır. Xalq təbabətində kökümsovu ağrıkəsici
kimi, əsəb xəstəlikləri müalicəsində və parazitlərlə mübarizədə istifadə olunur. Yarpaq və
gövdəsindən alınan toz burunun selikli qişasına, gözə, tənəffüs yollarına təsir edir və asqırmaya
səbəb olur. Heyvanlar bu bitkini yemir və təsadüfən yedikdə isə onlarda zəhərlənmə halları baş
verir. Azərbaycan florasında Lobel asırqal növü geniş yayılmışdır.
Astra (Kəpənəkçiçək, Aconitum) – Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçək-kimilər) fəsiləsinə
aiddir. Kəpənəkçiçək çoxillik ot bitkisi olub, latın dilində «Aconitum», rus dilində isə «Akonit»,
«Boreü» adlanır. Yunanca «akoniton» sözünün latınlaşmış formasıdır. Bitkiyə bu ad canavar və
digər yırtıcı heyvanları zəhərləmək üçün istifadə olunduğundan verilmişdir. Heyvanlar üçün zəhərli
bitki sayılır. Zəhərləyici xüsusiyyətləri hələ qədimdən məlum olmuşdur. Yunanlar və çinlilər ondan
ox üçün zəhər hazırlayırdılar. Bəzi mənbələrə görə Teymurləngi bu bitki ilə zəhərləmişlər. Bitkinin
zəhərli olması onun tərkibində akonitin alkaloidinin olması ilə əlaqədardır. Maraqlı orasıdır ki,
bitkinin zəhərli olub-olmaması, yaşından, coğrafi yerləşməsindən çox asılıdır. Cənub qurşaqlarında
o daha zəhərlidir. Norveçdə isə ondan heyvanlar üçün yem kimi istifadə edirlər. Tibet təbabətində
«tibbin padşahı» sayılaraq sibir yarası, ağciyər xəstəliklərinin müalicəsində istifadə olunur.
Dekorativ əhəmiyyətlidir. Padzəhr (zəhər əleyhinə) kəpənəkçiçəyinin acı kökümsovundan
təbabətdə zəhərlənməyə, bağırsaq qurduna, soyuqdəymə və ya titrətməyə qarşı istifadə olunur.
Hündür kəpənəkçiçəyinin tərkibində olan akonitin alkaloidi heyvanların iflic olmasına səbəb olur.
Azərbaycan florasında 3 növü bitir.
At boyanası – Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aiddir. Çoxillik bitki olub, latın
dilində «Hippomarathrum» adlanır. Lüğəti mənası hippos - at, marathron- razyana deməkdir. Rus
dilində isə bu bitki «Konskiy fenxelğ» adlanır. Yemək məqsədilə yarpağının yoğun saplağından
istifadə olunur. Azərbaycan florasında 3 növü bitir.
Atıl-batıl – Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aiddir. Çoxillik bitki olub, latın
dilində «Zosimia», rus dilində isə «Zosimiə» adlanır. Dekorativ və dərman bitkisi kimi
əhəmiyyətlidir. Eyni zamanda ofsun bitkisi olub, üzərlik kimi bəd–nəzərə qarşı, pis əhval-ruhiyyəni
yox etmək üçün xalq arasında istifadə olunur. Azərbaycan florasında 1 növü bitir.
At lərgəsi – Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Latın dilində
«Vicia faba» adlanır. « Vicia sativa» nın adı qədim Roma alimi Varronanın adı ilə bağlıdır. Rus
dilində isə bu bitki «Konskie bobı» adlanır. Azərbaycanda 40-42 növü vardır ki, bunlardan yalnız
biri mədəni şəraitdə becərilir.
Atpıtrağı- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aiddir. İkiillik bitki olub,
latın dilində «Arctium», rus dilində «Lopuşnik» adlanır. Atpıtrağının köklərində 19% inulin və 69%
karbohidrat vardır. Atpıtrağının cavan kökləri çiy və qaynadılmış halda istifadə olunur. Xırda-xırda
doğranılmış kökünün qaynadılması zamanı qatıq, turşəng və sirkə qatılarkən atpıtrağının
tərkibindəki inulin şəkərə çevrilir. Cavan yarpaqlarından salat hazırlanır və çox vaxt «borş»
xörəyinə də qatılır. Qurudulmuş və xırda üyüdülmüş köklərindən nişasta unu hazırlanır. Çörəyin
hazırlanmasında adi una 30% atpıtrağı unu əlavə oluna bilər. Atpıtrağının bütün növləri yaxşı
balverən bitkidir. Toxumlarında 17%-ə qədər qatı yağ vardır. Azərbaycan florasında 4 növü bitir.
Onlardan ən çox istifadə olunanı Ġri atpıtrağıdır.
Atşabalıdı – Atşabalıdıkimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, latınca «Aesculus» adlanır.
Lüğəti mənası aescare və ya escare-yeməli deməkdir. Adından məlum olduğu kimi heyvanlar,
xüsusən də atlar üçün yeməli meyvədir. Rus dilində bitki «Konskiy kaştan» adlanır. Atşabalıdı
yaşıllaşdırmada geniş istifadə olunur. Balverən bitkidir. Toxumlarında yüksək keyfiyyətli nişasta,
yağ, spirt və saponinli maddələr, meyvəsinin qabığında isə aşılayıcı və boyaq maddələri vardır.
Azərbaycan florasında Adi atĢabalıdı növü bitir. MNB-da kolleksiyada becərilir.
10
Ayıdöşəyi – Ayıdöşəyikimilər fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca «Dryopteris»
adlanır. Lüğəti mənası dryus-palıd, pteris- ayıdöşəyi deməkdir. Yəni palıd meşələrində bitən
ayıdöşəyi. Rus dilində bu bitki «Hitovnik» adlanır. Təbabətdə lentşəkilli bağırsaq qurduna,
zəhərlənməyə qarşı geniş istifadə olunur. Tərkibində efir yağı, qətran və c. maddələr vardır.
Azərbaycan florasında 8 növü bitir. Onlardan ən əhəmiyyətli və geniş istifadə olunanı Erkək
ayıdöĢəyidir. MNB-da kolleksiyada becərilir.
Aylant – Aylantkimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, quraqlığa və şaxtaya davamlıdır.
Bəzən buna şeytan, rus və ya çin ağacı da deyirlər. Latınca «Ailanthus», rus dilində isə «Aylant»
adlanır. Bir çox ölkələrdə onun yarpaqları ilə vəhşi ipəkqurdunu qidalandırırlar. Qabığından və
yarpaqlarından qurdqovucu və ishal xəstəliklərinə qarşı istifadə olunur. Azərbaycan florasında
Nəhəng aylant növü mədəni şəraitdə bitir. MNB-da geniş yayılmışdır.
Ayrıq- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca «Agropyrum»,
rus dilində isə «Pırey» adlanır. Yaşıllaşdırmada qayçılamanı yaxşı götürdüyünə görə ən çox çəmən
(qazon) bitkisi kimi istifadə olunur. Bütün heyvanlar tərəfindən yeyilən qidalı yem bitkisidir. Xalq
təbabətində kökündən hazırlanmış dəmləmə və cövhərindən halsızlığa, zəifliyə qarşı,
kökümsovlarından alınmış cövhərdən isə dərman həblərinin dadını yaxşılaşdırmasında istifadə
olunur. Azərbaycan florasında 15 növü bitir. Onlardan ən əhəmiyyətlisi sürünən ayrıqdır.
Azat (Nil) – Qarağackimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, latınca «Zelkova», rus dilində
isə «Dzelğkva» adlanır. Lənkəran bölgəsində bitkiyə Nil də deyilir. Oduncağı çox qiymətlidir.
Ondan tikintidə, gəmiqayırmada, körpü tikintilərində, su dəyirmanı və b. yerlərdə geniş istifadə
olunur, rəndələndikdə çox yaraşıqlı görünür. Belə qiymətli oduncağına görə kökü kəsilmək
təhlükəsi altında olduğundan Azərbaycanın «Qırmızı kitab»ına daxil edilmişdir. Azərbaycan
florasında 1 növü-Vələsyarpaq azat yayılmışdır. MNB-da kolleksiyada becərilir.
Badam –Gülçiçəkkimilər fəsiləsinə aid olub, ağac və kol bitkisidir. Latınca «Amygdalus»
adlanır. Lüğəti mənası amygdale və amygdalea, yəni badam ağacı olub, Teofrastın, Dioskoridin və
Plineyin əsərlərində göstərilmişdir. Rus dilində i«Mindalğ» adlanır. Qiymətli meyvə ağacıdır.
Adətən şirinləpəli növləri becərilir ki, onlardan qidada və əsasən də qənnadı sənayesində geniş
istifadə olunur. Acı badamın meyvəsinin ləpəsində 50%-ə qədər yağ vardır ki, bundan acı badam
yağının alınmasında istifadə olunur. Badam yağı təbabətdə, ətriyyatda istifadə olunur. Azərbaycan
florasında 3 növü bitir, 1 növü isə mədəni şəraitdə becərilir. Onlardan ən əhəmiyyətlisi mədəni
şəraitdə becərilən Adi badamdır. MNB-da və Şamaxı dayaq məntəqəsində 20-yə qədər sortu
becərilir.
Badımcan- Badımcançiçəklilər fəsiləsinə aiddir. Azərbaycanda birillik bitki kimi, tropik
ölkələrdə isə çoxillik bitki kimi becərilir. Vətəni Hindistan olub, Mədrəs vilayətində yabanı halda
bitir. Əbu Baytara görə Afrikada hələ orta əsrlərdən əvvəl yayılmışdır. Latınca «Solanum», rus
dilində isə «Baklajan» adlanır. Badımcan xeyirli tərəvəz bitkisi kimi çox qiymətli olub, ondan
badımcan qızartması, dolması, kürüsü və tutması hazırlanır. Dərman bitkisi kimi qanda xolestirinin
miqdarını tənzimləyir.
Badyan- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aiddir. İkiillik ot bitkisi olub, latınca
«Conium» adlanır. Lüğəti mənası yunan dilində conos olub, «cır zoğ» deməkdir. Meyvəsindən
qidada istifadə etdikdə başgicəllənməyə səbəb olur. Rus dilində bitki «Boliqolov» və ya «Omeq»
adlanır. Bitkinin bütün hissələri, xüsusən də meyvələri zəhərlidir. Meyvələrinin tərkibində 1%-ə
qədər müxtəlif alkaloidlər vardır. Bitki qurudulduqda tərkibində olan alkaloidlərin parçalanması
nəticəsində zəhərliliyi itir. Koniim təbabətdə ağrıkəsici dərman kimi istifadə olunur. Azərbaycan
florasında Ləkəli badyan növü bitir.
Bağamburc (Həmişəcavan) –Bağamburckimilər fəsiləsinə aid olub, latınca «Viscum», rus
dilində isə «Omela» adlanır. Bağamburc parazit olaraq meyvə ağaclarına (armud, alma və b.) zərər
vurur və bəzən onların məhvinə də gətirib çıxarır. Bağamburc ev heyvanları üçün qışda yaxşı
yemdir. Onun yarpaqlarından alınan dərmanlar hipertoniya xəstəliyində istifadə olunur.
Azərbaycan florasında Ağ bağamburc növü bitir.
11
Bağayarpağı- Bağayarpağıkimilər fəsiləsinə aiddir. Birillik və çoxillik ot bitkisi olub, latınca
«Plantago» adlanır. Lüğəti mənası planta- iz, agree- istiqamət deməkdir. Rus dilində «Podorojnik»
adlanır. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur. Yarpaqlarında plantaqulisid adlanan
maddə olduğuna görə çiban tipli yaraların müalicəsində dərman kimi istifadə edilir. Təzə
bitkilərindən hazırlanmış cövhər «homeopatiyada» (dərmanların kiçik dozalarla müalicə üsulu)
istifadə olunur. Əksər növləri aşı maddəsi ilə zəngindir. Vitaminli bitkilərdir, yarpaqlarında A və B
vitaminləri vardır. Bağayarpağının toxumları ishala qarşı istifadə olunur. Azərbaycan florasında 13
növü bitir. Onlardan ən əhəmiyyətlisi Böyük və NeĢtərvarı bağayarpağıdır.
Bağırdələn- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Tragus» adlanır.
Lüğəti mənası traqos- keçi deməkdir. Rus dilində «Kozleü» adlanır.Qış otlaqlarının alağı kimi
tanınır. Azərbaycan florasında Salxımvarı bağırdələn növü becərilir.
Bağ səhləbi- Səhləbkimilər fəsiləsinə aid olub, çoxillik köküyumrulu bitkidir. Latınca
«Anacamptis», rus dilində «Anakamptis» adlanır. Kök yumrularının tərkibi selikli qişa ilə
zəngindir. Xalq təbabətində və tibbidə ondan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə
olunur. Bu növün itmə təhlükəsi olduğuna görə bir çox ölkələrin (Rusiya, Ukrayna, Belorusiya və
s.) «Qırmızı Kitab»larına daxil edilmişdir. Azərbaycan florasında Piramidal bağ səhləbi növü
bitir.
Baharotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Latınca
«Erophila» adlanır. Yunan dilində er- yaz, ifileo- sevmək deməkdir. Erkən yazda bəzən isə fevral
ayında çiçək açır. Əksər növləri baharda çiçək açdığına görə xalq onu «baharotu» və ya
«yazçiçəyi» adlandırır. Rus dilində «Vesnənka» adlanır. Azərbaycan florasında Qısa, Tez və Yaz
baharotu növləri bitir.
Baqəvər (Süsənbər)- Süsənbərçiçəkkimilər fəsiləsinə aid olub,çoxillik ot bitkisidir. Latınca
«Alisma», rus dilində isə «Çastuxa» adlanır. Təzə tədarük edilmiş halda heyvanlar üçün zərərlidir,
qurumuş halda isə öz zəhərlilik xüsusiyyətini itirir. Kökümsovu nişasta ilə zəngindir və bişirilmiş
halda yeyilir, çiy halda zəhərlidir. Xalq arasında geniş yayılmış dərman bitkisidir ki, ondan
quduzluğa qarşı dərman kimi istifadə olunur. Bəzək əhəmiyyətli bitki kimi rütubətli sahələrin və
dayaz su hovuzlarının tərtib edilməsində istifadə etmək olar. Azərbaycan florasında 3 növü bitir.
Onlardan ən əhəmiyyətlisi Yol baqəvəridir.
Baldırğan- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, ikiillik və ya çoxillik ot
bitkisidir. Latınca «Heracleum» adlanır. Bitkinin gövdə və yarpaqları iri ölçülü olduğundan qədim
yunan mifologiyasının qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. Rus dilində «Borhevik»
adlanır. Bu da tər yarpaqlarının «borş» xörəyinin hazırlanmasında istifadə olunması ilə əlaqədardır.
Bitkinin cavan hissələri qidada nəm və turşuya qoyulmuş halda istifadə olunur. Yarpaq və
meyvələrində efir yağları vardır. Yarpaqlarında qurudulmuş halda 1,25%, meyvələrində isə 0,23-
dən 1,75%-ə qədər efir yağı vardır. Baldırğanın bəzi növləri dəriyə qıcıqlandırıcı təsir göstərir,
bəzən güclü yanığa da səbəb olur. Azərbaycan florasında 7-8 növü bitir. MNB-da kolleksiyada
becərilir.
Balıqotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olub, çoxillik kökümsovlu bitkidir. Latınca
«Digraphis» adlanır. Yunan dilində di- iki, qrafis- salxım deməkdir. Rus dilində «Dvukistoçnik»
adlanır. Erkən yazda vegetasiyaya başlayır və heyvanlar üçün qidalı yem sayılır. Vaxtı keçəndə,
yəni vegetasiyanın I-II aylarında qabalaşır. Ona görə onu sünbülləşəndən sonra biçib yem bitkisi
kimi tədarük etmək lazımdır. Azərbaycan florasında QamıĢvari balıqotu növü bitir.
Balqabaq (Boranı, Qabaq, Küdü)- Boranıçiçəkkimilər fəsiləsinə aid olub, birillik bitkidir.
Latınca «Cucurbita» adlanır. Lüğəti mənası cucumis- xiyar, orbis- dairə olub, «dairəvi xiyar»
deməkdir. Rus dilində «Tıkva» adlanır. Balqabağın müxtəlif növləri tərəvəz bitkisi kimi geniş
əkilib becərilir. Meyvəsi B
1
,B
2
və C vitaminləri ilə zəngindir. Toxumlarında filosterin, şəkər, salisil
turşusu, fitin və digər maddələr vardır. Balqabaq mədə-bağırsaq xəstəliklərinin müalicəsində, uşaq
və böyüklərdə əmələ gələn yastı, yumru və biz qurdlarının salınmasında istifadə edilir. Azərbaycan
florasında 3 növü mədəni şəraitdə becərilir.
12
Balzamin- Balzaminkimilər fəsiləsinə aiddir. Xalq arasında xına (həna) gülü kimi tanınan bu
bitki birillik olub, latınca «Impatiens», rus dilində isə «Nedotroqa», «Prıqun» və ya «Balğzamin»
adlanır. Sözün latın mənşəyi «səbirsiz», «dözümsüz», «toxunma mənə» deməkdir. Bu ad bitkiyə
onun bəzi növlərinin yetişmiş meyvəsinə toxunduqda çatlaması və toxumunu ətrafa ataraq
yaymasına görə verilmişdir. Yarpaqları və çiçəkləri boyaqçılıqda qırmızı və sarı rəng çalarlarının
alınmasında geniş istifadə edilir. Çiçəklərindən alınan rəng isə saç tükünün qırmızımtıl rəngə
boyanmasında istifadə olunur. Xalq təbabətində əl və ayaq barmaqlarının arasında göbələk
xəstəliyi və gicişmə baş verərkən həna (balzamin) yaxması ilə müalicə edilir. Çiçəklərində 68,5% C
vitamini vardır. Azərbaycan florasında 2 növü bitir, 1 növü isə mədəni şəraitdə becərilir. MNB-da
kolleksiyada becərilir.
Barmaqotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə daxildir. Latınca «Digitaria» adlanır. Lüğəti
mənası latın dilində diqitus- barmaq deməkdir. Rus dilində «Rosiüa» adlanır. Bitkinin yarpaqları
barmağa oxşadığından xalq onu «barmaqotu» adlandırıb. Tərkibində 7,31-8,02% proteyin, azotsuz
piy -2,53%, 39,41%-42,98% ekstrativ maddələr, 11,61-8,80% kül sellüloza vardır. Xalq arasında
cavan pöhrə və zoğları qida bitkisi kimi istifadə olunur Otlaq bitkisi kimi çox əhəmiyyətlidir. Güclü
kök sisteminə malik olduğuna görə qumluqların bərkidilməsində istifadə etmək olar. Azərbaycan
florasında 5 növü bitir.
Başınağacı- Başınağacıkimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Viburnum» adlanır.
Lüğəti mənası viere- toxumaq, vimen- səbət deməkdir. Rus dilində «Kalina», «Qordovina» adlanır.
Bitkinin cavan zoğ və budaqlarından səbət, cəvərən, əl çantası toxunmasında geniş istifadə
olunduğu üçün ona bu adı vermişlər. Quraqlığadavamlı kol bitkisidir. Toxumla, qələmlə və
firqəndə üsulu ilə çoxaldılır. Meyvələrində aşı maddələri vardır. Yarpaqlarından samanı-sarı rəng
alınır. Dərman bitkisidir. Qabığının tərkibində aşı maddələri olan tannin (2%-ə qədər),
qətran(6,5%), turşular (qarışqa, sirkə və b. turşular), viburnin qlükozidi, fermentlər və digər
maddələr vardır. Bitkinin budağı və qabığından qankəsici dərman kimi istifadə olunur. Bütün
növləri dekorativdir. Azərbaycan florasında 3 növü bitir. MNB-da kolleksiyada becərilir.
Başlıot- Gülçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latınca «Poterium» adlanır.
Yunan dilində poterion- piyalə və ya qədəh mənasını verir . Rus dilində «Çernoqolovnik» adlanır.
Tüklümeyvə başlıotun yarpaqlarında 61,9 mq% C vitamini vardır. Cavan yarpaqları xiyar dadı
verir və ondan salat kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir.
Batbat (Donuz paxlası, Bəngotu)- Badımcançiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik
və çoxillik ot bitkisidir. Latınca «Hyoscyamus» adlanır. Bu sözün lüğəti mənası yunan dilində hys-
donuz, kyamos- paxla olub, «donuz paxlası» deməkdir. Rus dilində «Belena» adlanır.
Yarpaqlarında zəhərli alkaloid olan qiossiamin (0,1%) və qiossin vardır. Tibbdə ağrıkəsici və
sakitləşdirici kimi istifadə olunur. Yarpaqlarında 64 qamma karotin (A provitamini) və 82,6 mq%
C vitamini vardır. Zəhərli bitkilər olduğu üçün bu vitaminlərdən istifadə etmək məsləhət deyildir.
Azərbaycan florasında 3 növü bitir. Bunlardan ən əhəmiyyətli növü Qara batbatdır.
Bellevaliya və ya yabanı sünbülçiçək- Sünbülçiçəkkimilər fəsiləsinə daxildir. Soğanaqlı bitki
olub, latınca «Bellevalia» adlanır. Bu cins 1598-ci ildə Fransanın Monpelye şəhərindəki Nəbatat
Bağının yaradıcısı olan P.R. Belvalın şərəfinə adlandırılmışdır. Rus dilində «Belğvaliə» adlanır.
Bəzək-bağçılıqda və gülçülükdə əvəz olunmaz dekorativ bitkidir. 5 yabanı növü 1969-cu ildən
başlayaraq AMEA Mərkəzi Nəbatat Bağında becərilir.
Beşmeyvə – Əməköməcikimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca
«Kosteletzkya» adlanır. Lüğəti mənası Çex Nəbatatçı alimi, professor V.F. Kosteleskovanın
şərəfinə adlandırılmışdır. Rus dilində «Kosteleükiə» adlanır. Lif verən bitki olub, ondan kəndir, çatı
və ipin hörülməsində və toxunmasında istifadə olunur. Eyni zamanda balıqçılıq avadanlıqlarının,
quşların ovlanması üçün torların hazırlanmasında istifadə edilir. Dekorativ bitki olub, Azərbaycan
florasında 1 növü bitir.
Bədrənc- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə daxildir. Xalq arasında bəzən ballı
nanə, limonlu nanə kimi tanınan bu çoxillik bitki latınca «Melissa» adlanır. Yunan dilində
13
melissa- arı deməkdir. Tərkibində şirin tamlı şirə olduğu üçün arıları özünə cəlb edir. Rus dilində
«Melissa» adlanır. Qiymətli tərəvəz bitkisi kimi çox istifadə olunur. Dovğa, kətə, buğlama
yeməkləri hazırlayarkən göyərtilərin tərkibinə qatdıqda çox ətirli olur. Bədrəncin efir yağlarının
tərkibində 55-60%-ə qədər sitral və 5%-ə qədər sitronemeola vardır. Ətiri əhvalı yaxşılaşdırır,
fitonsidləri havanı təmizləyir, çiçək və yarpaqları ətirli dərman bitkisidir. Azərbaycan florasında
Dostları ilə paylaş: |