Çiçəktaclı çubuqluca və ya Bağ jasminidir.
Çuğundur (Pazı, zılx) – Tərəçiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik bitkidir.
Latınca «Beta», rus dilində «Svekla» adlanır. Çuğundur böyük təsərrüfat əhəmiyyətinə malikdir.
Çuğundurun yoğunlaşmış iyşəkilli kök yumrusunun tərkibi şəkərlə zəngindir ki, bundan da şəkər
alınır. Çuğundurdan qırmızı boya alınır. Çuğundurun yarpaqlarında 60 -75 qamm A vitamini,
52,2 – 93,1 mq % C vitamini, köklərində isə B vitamini vardır. Çuğundur heyvanlar üçün yaxşı
yem hesab olunur. Çuğundurun ocağın kökündə basdırılaraq bişirilmiş kökləri çox ləzzətlə
yeyilir. Azərbaycan florasında 4 növü vardır. Bunlardan ən əhəmiyyətlisi Adi çuğundur növüdür
ki, bu da mədəni şəraitdə becərilir.
Dağ çiçəyi- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latın dilində
«Coronaria» adlanır. Lüğəti mənası corona-tac deməkdir. Rus dilində «Qoriüvet» adlanır.
Dekorativ bitkidir. Azərbaycan florasında Dərivari dağçiçəyi növü bitir.
20
Dağdağan- Qarağackimilər fəsiləsindən olan ağac və ya kol cinsidir. Latın dilində
«Celtis», rus dilində «Karkas» və ya «Kamennoe derevo» adlanır. Quraqlığadavamlı, işıq və isti
sevəndir. Torpağa tələbkar deyildir. Oduncağı möhkəm olduğuna görə ona «daş ağac» da deyilir.
Balaca bir parçasını suya atdıqda asanlıqla batır. Meyvəsi yeyilir. Cavan yarpaqları heyvanlar
üçün yemdir. Qabığından dərinin aşılanmasında, möhkəm və davamlı oduncağından isə
dülgərlikdə istifadə olunur. Qədim zamanlardan xalqımız bu bitkini ovsun bitkisi kimi istifadə
edib. Göz dəyməyə qarşı balaca budağını 5 sm uzunluğunda kəsərək içərisini deşib körpələrin
qoluna bağlayır və ya boynundan asırlar. Hətta təzə doğulan inək, balasını yanına buraxmadıqda,
dağdağanı onun buynuzuna bağlayırlar ki, sakitləşib balasını qəbul etsin və əmizdirsin.
Azərbaycan florasında 4 növünə təsadüf edilir. MNB-da kolleksiyada becərilir.
Dağ keşnişi- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Bitki
latın dilində «Bifora» adlanır. Lüğəti mənası biforis-ikiqapılı deməkdir. Rus dilində «Bifora»,
«Kişneü», «Kindza» adlanır. İsti sevəndir. Azotlu və şoran torpağı sevir. Ədviyyə bitkisi kimi
tanınır və əsasən dovğa, buğlama, kətə, qutabların hazırlanmasında və s. istifadə olunur.
Azərbaycan florasında 2 növü vardır.
Dağlaləsi(Xoruzgülü,laləgülü,danaxayası, əbrişim)- Zanbaqkimilər fəsiləsinə aid olub,
çoxillik bitkidir. Latınca «Tulipa» adlanır. Lüğəti mənası turban- yüngül baş örtüyü deməkdir.
Rus dilində «Tölğpan» adlanır. Yaşıllaşdırmada müxtəlif çiçək kompozisiyası yaratmaq, gül
dəstəsi düzəltmək üçün istifadə olunur. Soğanaqları bişirilmiş halda yeyilir. Çiy yedikdə isə ürək
bulanma və qusma halları baş verir. Hollandiyada qızlar gəlin köçəndə dağlaləsinin qiymətli
sortlarının soğanaqlarını cehiz kimi onlara hədiyyə verirlər. Vaxtı ilə ən qiymətli növlərin
soğanlarını hətta un dəyirmanı və pivə zavodu ilə dəyişdirirdilər. Azərbaycan florasında 7 növü
bitir. 5 növü Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. Həmin növlər MNB-nın
kolleksiya sahəsində becərilir.
Dağ nanəsi- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə aid olub, birillik və çoxillik
kəskin ətirli ot bitkisidir. Bitki latın dilində «Ziziphora», rus dilində «Zizifora» adlanır. Demək
olar ki, bütün növləri efir yağlıdır. Kəklikotuvarı dağ nanəsindən alınan efir yağı çox ətirli
olduğundan ətriyyatda və sabun istehsalında ətirləndirici kimi istifadə olunur. Bəzi növləri
nektarlıdır. Yayın sonu və payız aylarında çiçəkləyir. Alpinarilərin yaradılması zamanı günəşli,
quru yerlərin daş çatlarında əkilir. Toxum vasitəsilə yazda, qələmlə yayın sonunda çoxaldılır.
Azərbaycan florasında 8 növü bitir.
Dağnovruzu(Meşənovruzu,meşəbənövşəsi)-
Novruzçiçəyikimilər
fəsiləsinə aiddir.
Respublikamızın bir sıra rayonlarında bitkiyə bəzən «meşə bənövşəsi» də deyilir. Bitki latın
dilində «Cyclamen», rus dilində «Drəkva» adlanır. Çoxillik kökyumrulu ot bitkisidir. Dekorativ
bağçılıqda geniş istifadə olunur. Ancaq toxumla çoxaldılır. İşıqlı və sərin yerlərdə daha yaxşı
inkişaf edir. Bütün növləri zəhərlidir. Tərkiblərində saponin-siklamiretin qlükozidi vardır. Xalq
təbabətində kök yumrusunun suyundan 1-2 damcı burun, alının və qulaq boşluğunun selikli
iltihabı xəstəliklərinə qarşı istifadə olunur. Azərbaycanda 2 növü vardır. Bir çox növləri nadir və
nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. MNB-da 3
növü kolleksiyada vardır.
Dağtərxunu- Kəpənəkçiçəkkimilər(Mürəkkəbçiçəkkimilər) fəsiləsindən olan çoxillik
bitkidir. Latın dilində «Tanacetum», rus dilində «Pijma» adlanır. Yarpaq və çiçəklərində efir
yağı, flavonoidlər, aşı maddələri və alkaloidlər vardır. Tibbdə bağırsaq qurdlarına qarşı işlədilir
Qaramal üçün zəhərlidir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz alınır. Ətirli iyinə
görə xalq təbabətində baş ağrısı, soyuqdəymə və s. xəstəliklərin müalicəsində istifadə olunur. Çiy
halda yeyilir. Müxtəlif xörəklərin məs: buğlama, sıyıq, kətə və s. hazırlanmasında istifadə olunur.
Azərbaycan florasında 4 növü yayılmışdır.
Dalamaz (Gicitkən)- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsindən olub, birillik və
çoxillik bitkidir. Bitki latın dilində «Lamium», rus dilində «Əsnotka», «Qluxaə krapiva» adlanır.
Dalamazın çiçəkləri dərman məqsədilə istifadə olunur. Çiçəklərinin tərkibində aşı maddəsi,
21
qlükozid, şəkər, efir yağı, saponin, yarpaqlarında isə 13,7-14,4 mq% karotin vardır. Cavan
yarpaqları qidada istifadə olunur. Balverən bitkidir. Azərbaycan florasında 5 növünə rast gəlinir.
Danaayağı(Kəcəb)- Danaayağıkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın
dilində «Arum», rus dilində «Aroynik» adlanır. Yeraltı kökyumruları dananın ayağına oxşadığına
görə ona danaayağı adı verilmişdir. Bitkinin bütün hissələrində zəhərli maddələr vardır. Kök
yumruları nişasta ilə zəngindir, bişirildikdən və qurudulduqdan sonra zəhərlilik xüsusiyyətini
itirir və qidada istifadə olunur. Ondan un və nişasta alınır. Qurudulmuş kök yumrularından alınan
toz xalq arasında yara sağaldıcı kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. Həmin
növlər AMEA-nın Mərkəzə Nəbatat Bağında kolleksiyada saxlanılır.
Danaqıran- Melentakimilər (Zambaqkimilər) fəsiləsinə aid olub, dekorativ bitki cinsidir.
Bitki latın dilində «Merendera», rus dilində «Merendera» adlanır. Çoxillik, 5-12 sm
hündürlüyündə soğanaqlı yumrulu bitkidir. Qumsal və şoran düzən ərazilərdə, dağlarda isə subalp
çəmənlərinə qədər yayılmışdır. İlk yazda çiçək açan bu bitkinin çiçəklərini danalar yedikdə
zəhərlənib öldüyündən ona bu ad verilmişdir. Qış otlaqlarında yaşayan heyvanlar üçün zərərli
bitki hesab olunur. Azərbaycan florasında 5 növü yayılmışdır. 5 növü MNB-da becərilir.
Danaya- Bigəvərkimilər fəsiləsinə aid olub, həmişəyaşıl budaqlı yarımkoldur. Bitki latın
dilində «Danae», rus dilində «Danaə» adlanır. Dekorativ bitkidir. Yaraşıqlı yarpaqları və gözəl
qırmızı rəngli giləmeyvələrindən gül dəstəsi düzəltdikdə çox yaraşıqlı görünür. Xalq təbabətində
yarpaqlarından işlətmə dərmanı kimi istifadə olunur. Yarpaqlarından alınan cövhər isə
soyuqdəyməyə qarşı yaxşı vasitədir.
Darı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latınca «Panicum», rus dilində
«Proso» adlanır. Panicum-darının qədim roma adıdır. Bu cinsə daxil olan növlərin əksəriyyəti
qida və yem bitkisi kimi becərilir. Toxumlarından nişasta alınmasında istifadə olunur. Tərkibində
yağ vardır. Darıdan hazırlanmış undan darı çadı (çörəyi) bişirilir. Qını çıxarılmış darı
yarmasından südlü sıyıq çox dadlı olur. Kağız istehsalında istifadə olunur. Azərbaycan florasında
2 növü vardır.
Darıotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın
dilində «Drabopsis», rus dilində «Krupkovnik» adlanır. Xırda meyvələri olduğuna və darıya
oxşadığına görə ona darıotu deyilir. Toxumları qidalı olduğundan ev və çöl quşları tərəfindən
həvəslə yeyilir. Azərbaycan florasında Yaz darıotu növü bitir.
Daşdələn (Qayaotu)- Daşdələnkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir.
Latın dilində «Saxifraga» adlanır. Lüğəti mənası saxum-qaya, frango-qırmaq deməkdir Rus
dilində «Kamnelomka» adlanır. Daşlı təpəciklərin yaşıllaşdırılmasında istifadə olunur. El
arasında qayaotu kimi tanınır. Bu bitkinin kökləri daşları dəlməklə qayada bitdiyindən daşdələn
adlanır. Üçbarmaqcıxlı daşdələnin yarpaqları qidada istifadə olunur. Azərbaycan florasında 15
növü vardır.
Daşmeyvə- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Bitki
latın dilində «Euclidium» adlanır. Lüğəti mənası yunan dilində eu-yaxşı, kleyo isə bağlamaq
deməkdir. Rus dilində isə «Krepkoplodnik» adlanır. Qayalarda və daşlıqda bitən bitki yaxşı
inkişaf etdiyinə görə ətrafda olan sahəni örtərək gözəl görkəm yaradır. Dekorativ bitkidir.
Daş sarmaşığı- Sarmaşıqkimilər fəsiləsinə aiddir. Kol bitkisidir. Latınca «Hedera», rus
dilində «Plöh» adlanır. Lüğəti mənası yunan dilində hedein-oturmaq deməkdir, bitkinin divara və
ya substrata möhkəm oturması ilə bağlıdır. Sarıgilə daş sarmaşığından ürəkbulanma və işlətməyə
qarşı istifadə olunur. Meyvələri acı olsa da quşlar tərəfindən yaxşı yeyilir. Meyvələrinin
tərkibində hederin, aşı maddələri: hederosaponin, boyayıcı piqment və linolev turşusu vardır.
Bəzək-bağçılıqda binaların şaquli və üfüqi yaşıllaşdırıl-masında, divarların, söhbətkeşlərin,
hasarların bəzədilməsində istifadə olunur. Azərbaycan florasında 4 növü vardır, onlardan 1-i
mədəni şəraitdə becərilir.
Dazı – ( Solmazçiçək, qaxot, qoyunqıran) Dazıkimilər fəsiləsinə aid olub, çoxillik
bitkidir. Bitki latın dilində «Hypericum», rus dilində «Zveroboy» adlanır. Dərman bitkisidir.
22
Dazının yarpaqlarından tənəffüs yolları xəstəlik-lərinin müalicəsində, ishala qarşı və yaraların
sağalmasında istifadə olunur. Bitkinin bütün hissələri aşı maddəsi ilə zəngindir. Dazının yarpaq-
larında 135,5 mq% C vitamini vardır. Azərbaycan florasında 15 növü bitir. Onlar-dan ən
əhəmiyyətlisi Zəyif dazıdır. MNB-nın kolleksiya sahəsində vardır.
Dəfnə (Lavr)- Dəfnəkimilər fəsiləsindən olan həmişəyaşıl ağac və ya kol cinsidir. Bitki
latın dilində «Laurus» adlanır. Lüğəti mənası lavare-yumaq və ya laus-fəxr deməkdir. Rus
dilində «Lavr» adlanır. Yunanlar Olimpiya yarışlarında qalib çıxan idmançıları dəfnədən
hörülmüş çələnglə mükafat-landırırdılar. Yəqin ki, fəxri sözü buradan qaynaqlanır. Yarpaqları
ədviyyə kimi kulinariyada işlədilir. Meyvəsindən tibbdə, baytarlıqda və sabun-bişirmədə istifadə
olunan təbii-efirli yağ alınır. Azərbaycan florasında Əsl lavr (Nəcib dəfnə) növü vardır ki, bu da
mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır.
Dəfnəgilənar- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Laurocerasus», rus
dilində «Lavrovişnə» adlanır. Yarpaqları dəfnəyə oxşa-dığına görə bu adla adlandırılır.
Dekorativdir, meyvələri iridir, şirintəhərdir və yeməlidir. Dərman bitkisidir. Azərbaycan
florasında mədəni şəraitdə becərilən Aptek dəfnəgilənarı növü vardır.
Dəlibəng (Tatla)- Badımcançiçəklilər fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın
dilində «Datura», rus dilində «Durman» adlanır. Dəlibəngin bəzi növləri olduqca zəhərli, bəziləri
isə dərman bitkisi kimi tanınmışdır. Tər-kibində giostsiamin, atropin, skopolamin və s. zəhərli
alkaloidlər vardır. Dəlibəngin yarpaqları əsəb sistemini sakitləşdirmək xüsusiyyətinə malikdir.
Yarpağından hazırlanmış preparat qıcolmaya, sinir sistemi xəstəliklərində və revmatizmə qarşı
istifadə olunur. Bronxial astmaya qarşı işlədilən astmatin və astmatolun preparatlarının
hazırlanmasında dəlibəngin qurudulmuş yarpağından istifadə edilir. Bəzək-bağçılıqda geniş
istifadə olunur. Azərbaycan florasında Adi dəlibəng növü vardır.
Dəliçətənə- Dəliçətənə fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Bitki latın dilində
«Datisca» adlanır. Lüğəti mənası yunan dilində datesai-şəfa verən, iskeiv-eyni hesab etmək
deməkdir. Rus dilində «Datiska» adlanır. Gövdəsindən kobud tel alınır ki, bundan da çətənə
lifinin alınmasında istifadə olunur. Yarpağından, kökündən bərk boya alınır. Xalçaçılıqda qırmızı
boya almaq üçün istifadə olunur. Cavan zoğları salatlara qatılır. Balverən bitkidir. Azərbaycan
florasında Kənaf dəliçətənə növü bitir.
Dəmirağacı- Dəmirağacıkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Parrotia», rus
dilində «Parrotiə», «Jeleznoe derevo» adlanır. Oduncağı çox möhkəm, ağır və davamlı, azacıq
elastik olduğu üçün ondan bəzi maşın hissələri, bədii məmulatlar və dekorativ faner hazırlanır.
Dəmirağacının toxumlarının tərkibində yağ vardır ki, bu da qidada istifadə olunur. Oduncağı
möhkəm olduğuna görə suda batır. Möhkəmliyinə və uzunömürlüyünə görə xalq onu dəmirağacı
adlandırıb. Vaxtilə toxuculuq sənayesində dəzgahlar üçün ondan məkik hazırlanırdı. Nadir və
nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. MNB-da
kolleksiyada becərilir. Yerə tökülmüş toxumları öz-özünə bərpa olunur.
Dəmirqara (Vələs, ulas)- Tozağacıkimilər fəsiləsinə aiddir. Bitki latın dilində
«Carpinus», rus dilində «Qrabinnik» adlanır. Azərbaycanın bir çox bölgələrində vələs, ulas adı
ilə adlandırılır. Vələsin Azərbaycan florasında 6 növü vardır ki, onlardan biri də dəmirqaradır.
Bitkiyə bəzən Şərq vələsi də deyirlər. Dəmirqaranın kök və yarpaqlarında aşı maddəsi vardır.
Möhkəm oduncağının közü istiliyini 24 saat saxlayır.
Dəmir səhləbi- Səhləbkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Gymnadaenia» adlanır. Lüğəti mənası yunan dilində qimnos-çılpaq, aden isə dəmir deməkdir.
Rus dilində «Kokuşnik» adlanır. Dəmir səhləbinin kök yumrusu selikli qişa ilə zəngin olub,
tərkibində «salep» adlı maddə vardır ki, bundan xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin
müalicəsində istifadə olunur. Kök yumrusunu qurudub, əzib və süddə dəmləyib içdikdə boğaz
ağrılarının qarşısını alır. Nadir bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir.
Azərbaycan florasında Çılpaq dəmir səhləbi növü vardır.
23
Dəmirtikan- Həlməlkimilər fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın dilində
«Tribulus» adlanır. Lüğəti mənası yunan dilində treis-üç, bolos-tikan deməkdir. Rus dilində
«Əkorüı» adlanır. Alaq bitkisi olub heyvanlar üçün zəhərlidir. Bitkidə vegetasiyanın sürətlə
inkişafı və toxumun əmələ gəlməsilə zəhərlilik xüsusiyyətləri daha da artır. Xəstəlik heyvanlarda
başın şişməsi, titrətmə və selikli qişanın sarı rəngə boyanması ilə başlanır. Onların iştahası itir və
arıqlayırlar. Ölüm halları 85-90% təşkil edir. Azərbaycan florasında Yatağan dəmirtikan növü
vardır.
Dəmrovotu (Ziyilotu)- Xaşxaşkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın
dilində «Chelidonium», rus dilində «Çistotel» adlanır. Dəmrovotunun tərkibində 14 növ alkaloid
müəyyən edilmişdir ki, onlardan ən mühümü xelidonin, sanqvinarin, protopin və xeleritrindir.
Tərkibində həmçinin qətran maddələri, kalsium, maqnezium, alüminium, karotin, C vitamini,
lipaza və bəzi efirli yağlar da vardır. Cövhəri və yaşıl bitkidən alınmış şirəsi xalq təbabətində dəri
vərəminə, ziyilə və s. qarşı istifadə olunur. Ödqovucudur. Xalq təbabətində dəri xəstəliklərinin,
xüsusən dəmrov və qoturun müalicəsində geniş istifadə olunur. Azərbaycan florasında 1 növü
yayılmışdır.
Dəvəayağı (Dəvəqulağı, süpürgə)- Qurğuşunçiçəyi fəsiləsinə aid olub, çoxillik bitkidir.
Bitki latın dilində «Limonium» adlanır. Lüğəti mənası yunan dilində leimon-otlaq deməkdir.
Cinsin bəzi növləri otlaqlarda yayıldıqları üçün onlara bu ad verilmişdir. Rus dilində «Kermek»
adlanır. Meyer dəvəayağı boyayıcı bitki, balverən və dekorativ bitki hesab olunur. Kökündən
qara boya alınır. Çiçəklərində 0,020 mq-a qədər nektar vardır. Təbii halda daha çox quraq
ərazilərdə yayılmışlar. Quraqlığa davamlı və bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş
istifadə olunur. Azərbaycan florasında 5 növü vardır.
Dəvədabanı (Ögey ana)- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçək-kimilər) fəsiləsinə aid
olub, çoxillik bitkidir. Bitki latın dilində «Tussilago» ad-lanır. Lüğəti mənası tussis-öskürək,
agere isə hərəkətə gətirmək deməkdir. Rus dilində «Matğ i maçexa» adlanır. Dərman bitkisidir.
Dəvədabanının yar-paqları bəlğəm gətirən və dərini yumşaldan maddələrin hazırlanmasında is-
tifadə olunur. Yarpaqlarında 27 mq % A vitamini və 21,3-44,2 mq% C vitamini, selikli maddələr,
tussilyagin qlükozidi və inulin vardır. Elmi və xalq təbabətində yarpaq cövhərindən xroniki
bronxit xəstəlik-lərində, laringit və bronxial astma xəstəliklərinin müalicəsində istifadə olu-nur.
Azərbaycan florasında Adi dəvədabanı növü vardır.
Dəvəqıran (Karvanqıran)- Qırxbuğumkimilər fəsiləsinə aiddir. Bitki latın dilində
«Atraphaxis», rus dilində isə «Kurçavka» adlanır. Quraqlığa-davamlı kol və ya kolcuq olub,
dekorativ əhəmiyyətinə görə çox qiymətlidir. Suya bir o qədər tələbkar deyil. Avrasiyanın səhra
və bozqır ərazilərində ya-yılmışdır. Abşeron şəraitində yaşıllaşmada istifadə etmək olar.
Azərbaycan florasında 2 növü bitir.
Dəvəquşu lələyi- Ayıdöşəyikimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Struthiopteris»
adlanır. Lüğəti mənası yunan dilində strution-dəvəquşu, pteris isə ayıdöşəyi deməkdir. Yarpaqları
dəvəquşunun lələyinə oxşadığına görə dəvəquşu lələyi adlanır. Rus dilində «Strausovoe pero»
adlanır. Həlim halına salınmış kökümsovu mədə-bağırsaq qurdlarına qarşı istifadə olunur.
Yarpaqları qablaşdırma materialı kimi alma, armud və digər meyvələrin nəql edilməsində istifadə
olunur. Azərbaycan florasında Alman dəvəquĢu lələyi növü vardır.
Dəvəotu- Tərəçiçəkkimilər fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın dilində
«Corispermum» adlanır. Lüğəti mənası yunan dilində koris-balaca, sperma-toxum deməkdir. Rus
dilində «Verblödka» adlanır. Bütün heyvanlar tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında 2
növü yayılmışdır.
Dilqanadan (Qatıqotu, ətgətirən)- Boyaqotukimilər fəsiləsinə aid olub, birillik və çoxillik
bitkidir. Latın dilində «Galium» adlanır. Lüğəti mənası yunan dilində gala-süd deməkdir. Rus
dilində «Podmarennik» adlanır. Xalq təbabətində müalicə məqsədilə yerüstü hissələrindən
istifadə olunur. Tərkibində asperulozid qlükozidi, kumarinlər, limon turşusu, karotinoidlər, C
vitamini və b. vardır. Kökündə antraxinonlar tapılmışdır. Son illər bu bitkiyə diqqət daha da
24
artmışdır. Belə ki, ondan hazırlanan dərman vasitələrindən xalq təbabətində sakitləşdirici,
ağrıkəsici, böyrək xəstəliklərində (pielonefrit) sidik qovucu, həmçinin mədə ağrıları zamanı və
sarılığın müalicəsində istifadə edilir. Gövdə və yarpaqları üzərində dalayan tilişkələri olur. Dilə,
dodağa dəydikdə cızır, dalayır və qanaxma baş verir. Ona görə xalq arasında onu dilqanadan
adlandırırlar. Yun boyamaq üçün çiçəklərindən yaşıl və sarı, köklərindən isə qırmızı rəng alınır.
Azərbaycan florasında 41 növü vardır.
Dişqurtduyan- Kərəvüzkimilər (Çətirçiçəkkimiər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki
latın dilində «Ammi» adlanır. Lüğəti mənası yunan dilində ammos-qum deməkdir. Rus dilində
«Ammi» adlanır. Xalq təbabətində yemək yeyəndən sonra dişlərin dibini təmizləmək üçün
bitkinin cavan çöplərindən istifadə edirdilər. Bitkinin adı xalqdan götürülmüşdür. Çöpləri
müalicəvi xüsusiyyətə malikdir. Azərbaycan florasında 1 növü vardır.
Dişotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidirlər. Bitki
latın dilində «Dentaria», rus dilində «Zubənka» adlanır. Kökümsovu qaynadılmış halda
yeməlidir. Dekorativ bitkidir. Azərbaycan florasında 2 növü vardır.
Doqquzdon- Doqquzdonkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Lonicera», rus
dilində «Jimolostğ» adlanır. XVI əsrdə yaşamış alman riyaziyyatçısı, fiziki və botaniki Adam
Loniseranın şərəfinə belə adlandırılmışdır. Əksər növləri çox bəzəkli olub, yaşıllaşdırmada geniş
əkilib becərilir. İlin fəsillərində çox müxtəlif rənglərə bəzəndiyinə görə ona xalq doqquzdon adı
vermişlər. Meyvələrində 0,7%-ə qədər efir yağı vardır. Giləmeyvəsindən hazırlanan cövhər
homeopatiyaya qarşı istifadə olunur. Giləmeyvəsi yeməli deyil, qidaya qatdıqda isə ürəkbulanma
və ishala səbəb ola bilər. Azərbaycan florasında 5 növü vardır, 3-ü isə mədəni şəraitdə MNB-da
becərilir.
Dombalankök- Zirinckimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Leontice», rus dilində «Leontiüa» adlanır. Əksər növləri yabanı halda daşlı, qayalıq ərazilərdə
bitir. Çoxillikdir. Vegetasiyaya tez başlayır. Yayda meyvələri yetişdikdən sonra yerüstü hissəsi
quruyur. Yumurtavarı kökyumuruları bişirildikdən sonra yeməli olur. Tərkibi nişasta ilə
zəngindir. Bəzək-bağçılıqda istifadə edilir. Azərbaycan florasında 1 növü yayılmışdır. MNB-da
becərilir.
Dovşanalması- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cotoneaster», rus
dilində «Kizilğnik» adlanır. Lyğəti mənası yunan dilində cotonea-heyva, aster-oxşar deməkdir.
Daşlı yamaclarda, divarların dibində əkmək və eləcə də alçaq çəpərlər salmaq üçün qiymətli
koldur. Dovşanalmasının meyvələri quşlar üçün yaxşı yemdir. Tamkənaryarpaq dovşanalmanın
yarapqlarında 284 mq %, qarameyvənin yarpaqlarında 115,8-250 mq % C vitamini vardır.
Azərbaycan florasında 5 növü vardır. Orta Asiyadan, Yaponiya və Çindən gətirilmiş 15 növü
MNB-da becərilir.
Dovşankələmi- Dovşankələmikimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik
bitkidir. Bitki latın dilində «Sedum» adlanır. Lüğəti mənası sedare-sakitləşdirmək, yəni yaranın
sağalması üçün ağrıkəsən dərmanın təsiri deməkdir. İkinci mənası isə sedere-oturmaq deməkdir.
Rus dilində «Oçitok» adlanır. Dovşankələmi qədim vaxtlardan dərman bitkisi kimi istifadə
olunub. Bu cinsin ayrı-ayrı növlərinin yarpaqlarını əzib yaranın üzərinə qoyurdular. Azərbaycan
florasında 22 növü vardır.
Döşotu- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik
bitkidir. Bitki latın dilində «Linosyris», rus dilində «Qrudniüa» adlanır. Xalq təbabətində su ilə
dəmləməsi sinəyumşaldıcı, bəlğəmgətirici olduğuna görə döşotu adlanır. Azərbaycan florasında 2
növü vardır.
Döyənəkotu- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Cucubalus» adlanır. Lüğəti mənası yunan dilində kakoc-pis, bolos-zərbə deməkdir. Rus dilində
«Voldırnik» adlanır. Bitkinin yarpaqlarını qurudub, döyüb toz halına saldıqdan sonra bu tozu
vazilenlə qarışdırır, alınmış yaxmadan əldə, ayaqda əmələ gəlmiş döyənəyin, qabarın
25
müalicəsində istifadə edirlər. Elə buna görə də xalq onu döyənəkotu adlandırır. Giləmeyvələri
zəhərlidir. Azərbaycan florasında Giləmeyvəli döyənəkotu növü bitir.
Durnaotu- Ətirşahçiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir.
Bitki latın dilində «Erodium» adlanır. Lüğəti mənası yunan dilində erodios-vağ, durna və ya
leylək deməkdir. Rus dilində «Juravelğnik», «Listnik» adlanır. Meyvələrinin forması durnanın
dimdiyinə oxşadığına görə çox vaxt bitkiyə el arasında durna dimdiyi deyilir. Azərbaycan
florasında 8 növü vardır.
Düyməotu- Keçiqulağıkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Celsia», rus dilində «Üelğsiə» və ya «Korovək» adlanır. 50-200 sm hündürlüyündə
ikiillik və çoxillik bitkidirlər. Toxumları formalaşan vaxtı qutucuq əməköməcidə olduğu kimi
düyməyə oxşayır. Qədimdə onu bir az dözümlü parçaya büküb, düymə formasında tikib istifadə
edirdilər. Çiçəkləri çox dekorativdir. Azərbaycan florasında 4 növü vardır.
Düyü- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Oryza», rus dilində
«Ris» adlanır. Xeyli növ və sortları vardır. Rütubət və is-tisevən bitkidir. Düyüdən nişasta, spirt,
yüksək keyfiyyətli yağ, küləşindən kağız, karton, hörgü məmulatı hazırlanır. Qiymətli qida
məhsuludur. Azərbaycan florasında Əkin düyüsü növü vardır.
Epimedium- Zirinckimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Epimedium», rus dilində «Gpimedium», «Qorənka» adlanır. Dekorativ bitkidir. Bütün növləri
çoxillik ot bitkiləridir. Bəzək-bağçılığında istifadə olu-nan xeyli hibridləri vardır. Azərbaycan
florasında Lələkvari epimedium növü vardır.
Eunomiya- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki
latın dilində «Eunomia» və ya «Aethionema» adlanır. Lüğəti mə-nası yunan di-lində evnomia-
düzgünlük deməkdir. Rus dilində «Eunomiə», «Krılo-tıçinnik» adlanır. Birillik və çoxillik
bitkilərdir. Əsasən bozqır əra-zilərdə yayılmışlar. Azərbaycan florasında Dəyirmiyarpaq
Dostları ilə paylaş: |