Otel biznesi müasir turizm sənayesinin komponenti kimi Otel təsərrüfatının turizmdə rolu ƏDƏBİyyat h. B. Sultanоva, M. M. Ağakərimоv, S. I. Baba-zadə «Mehmanхana təsərrüfatı»


Otel biznesi müasir turizm sənayesinin komponenti kimi



Yüklə 27,08 Kb.
səhifə2/3
tarix09.03.2022
ölçüsü27,08 Kb.
#53523
1   2   3
Mövzu 2

1. Otel biznesi müasir turizm sənayesinin komponenti kimi

Turizm artıq müasir anlamda sadəcə istirahət məqsədilə müxtəlif yerlərə səyahət anlayışı olmaqdan çoxdan çıxmışdır. Müasir dövrdə turizm cəmiyyətin inkişafında, həyat keyfiyyətinin yaxşılaşdırılmasında və ömür müddətinin artmasında vacib rol oynayır. Hər il turist səfərlərinin sayı artır, yeni turizm məhsulları hazırlanır, turizm infrastrukturu obyektləri tikilir, hələ dünən cəlbediciliyi olmayan region və ya ərazi turizm potensialının düzgün istifadəsi nəticəsində məhşur turizm destinasiyasına çevrilir.

Turizm sənayesi özündə bir çox komponentləri birləşdirir və mürəkkəb sahələrarası təsərrüfat kompleksidir. Bu vacib komponentlərdən biri olan otel təsərrüfatı, yerləşmə müəssisəsi kimi praktiki olaraq istənilən turizm növündə turməhsulun formalaşdırılmasına əsas yaradır. Otel təsərrüfatı, turizm sənayesinin ayrılmaz hissəsi kimi, təkcə turizmin yuxarıda göstərilən funksiyalarını yerinə yetirməyə öz töhfəsini vermir, həm də onların inkişafı və zənginləşməsi üçün imkanlar yaradır. Otel müəssisələrin inkişafı əsasən, əhalinin bəzi kateqoriyaları üçün xüsusilə vacibdir, turizm ehtiyatlarının mövcudluğu, müəyyən olan bu cür əlillər, yaşlılar, gənclər, aztəminatlı ailələrin əhalinin bəzi kateqoriyalar üçün xüsusilə vacibdir. İqtisadi fəaliyyət kimi hotel sənayesi mehmanxana xidmətlərinin göstərilməsi və s otel, turist düşərgələri, motel, məktəblər və tələbə yataqxanalarında, pansion və qısa müddətli yaşayış təşkili daxildir.

Otel sənayesi iqtisadi fəaliyyət növü kimi, yerləşmə müəssisələrində qısamüddətli yaşayışın təşkili və xidmətlərin göstərilməsini təmin edən otel, motel, kempinq, qonaq evləri və s. özündə birləşdirir. Müasir turizm növlərinin inkişafı, otel təsərrüfatında xidmətlərin strukturlaşması və seqmentləşməsi müxtəlif qrup yerləşmə müəsisələrinin yaranmasına səbəb olmuşdur.

Turizm sektorunda işləyən şəxslərin 65%-ə qədəri və turizmin bütün gəlirlərinin təxminən 68% -i yerləşmə müəssisələrinin payına düşür. 2017-ci ildə turizm sənayesində məşğul olanların 13%-ni gənc işçilər (15-24 yaş aralığı) təşkil edib, bu pay isə xidmət və qeyri-maliyyə iqtisadiyyatının 9%-idir.

Yeni yerləşmə müəssisələrinin yaranması turist destinasiyasının cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəldir və turist axınını artırır. Yerləşmə müəssisələrində göstərilən xidmətlərin serviz keyfiyyəti turizmin psixoloji aspektləri ilə bağlıdır, bu və ya digər ölkəyə gələn turistlərin ümumi təəsüratının yüksək olmasından asılıdır. “Mehmanxana” anlayışı ilə yanaşı “otel” anlayışı da tez-tez istifadə olunur, hansı ki, xidmət keyfiyyətinin yüksək səviyyəsi qonaqpərvərlikdə yaradılan yüksək atmosfera nəzərdə tutulur. Sürətlə inkişaf edən sahələrdən biri olan mehmanxana biznesi dünya ÜDM-in 6%-ni və bütün vergi gəlirlərinin təxminən 5% -ni təşkil edir.

Pandemiyadan əvvəl Səyahət və Turizm (birbaşa, dolayı və səbəbli təsirlər daxil olmaqla) dünyada yaradılan bütün yeni iş yerlərinin hər 4-dən 1-ni, bütün iş yerlərinin 10,6%-ni (334 milyon) və qlobal ÜDM-in 10,4%-ni təşkil edirdi (9,2 trilyon dollar). Bu arada, 2019-cu ildə beynəlxalq ziyarətçi xərcləri 1,7 trilyon ABŞ dolları təşkil edib (ümumi ixracın 6,8%-i, qlobal xidmətlər ixracının 27,4%-i).

Səyahət və Turizm sektoru 2020-ci ildə 4,7 trilyon ABŞ dollarına çatmal; olduğu halda, 4,5 trilyon ABŞ dolları itki ilə üzləşdi, ÜDM-ə töhfə 2019-cu illə müqayisədə heyrətamiz dərəcədə, yəni 49,1% azaldı; 2020-ci ildə qlobal iqtisadiyyatın ÜDM-da 3,7% azalma olmuşdur.

2019-cu ildə 10.4% olan ÜDM, 2020-ci ildə 5.5%-ə endi.

Otel biznesinin inkişafı digər sahələrin inkişafını da stimullaşdırır: nəqliyyat, ticarət, tikinti, kənd təsərrüfatı, xidmət sferası və s. Oteldə yaşayan hər 10 turist orta hesabla 3 nəfər üçün iş yerinin yaradılmasına birbaşa, 2 nəfər üçün iş yerinin yaradılmasına isə dolayı təsir edir. Ümumdünya mehmanxana fondu təxminən 17-18 milyon yerdir və bu göstərici daima artır. Mehmanxana biznesi bir çox səbəbdən sahibkarları cəlb edir: ilkin investisiyanın çox olmaması, turist xidmətlərinə tələbin artması, yüksək səviyyəli rentabellik və xərclərin orta müddətə qaytarılması.

Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Turizm sənayesi isə çox geniş olub, otellərdən başqa, yemək, nəqliyyat, ekskursiya, müalicə, rekreasiya, təhlükəsizlik, ticarət, informasiya, rezervasiya xidmətlərinin, hədiyyəlik əşya istehsalı və satışı, habelə turizm sektoru üçün kadr hazırlığı kimi onlarla digər xidmətlərin məcmusudur. Otellər turistlərin gecələməsi üçün vacib olduğundan onların fəaliyyəti və burada tətbiq olunan komfort standartları regiondakı turizm xidmətlərinin, peşəkar qonaqpərvərliyin səviyyəsi haqda ilkin fikir söyləməyə imkan verir. Hər halda, yaradılmış zəruri infrastruktur vardırsa, onda əsas yük də təşkilatçılığın, kadr məsələsinin üzərinə düşəcəkdir.

Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir. Turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, otel təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatların məcmusu nəzərdə tutulur. Turizm sənayesində və yaxud beynəlxalq turizm sistemində otel təsərrüfatı əsas yerlərdən birini tutur. Bir çox hallarda turist axınının qədəri məhz turizm sənayesinin bu bölməsinin həcmindən asılıdır. Otelin anlamı bir çox beynəlxalq yığıncaqlarda ələ alınaraq təmin edici tərifinin ortaya çıxarıla bilməsi üçün çalışılmışdır. Bu səbəblə 1952-ci ildə beynəlxalq Otel Sahibləri Birliyi "otel" sözünün hüquqi himayə altına alına bilməsi üçün otel termininin hər ölkədə aşağıda təyin olunan xüsusiyyətlərə malik təşkilatlar üçün qurulmasını qəbul etmişdir:

Otellər idarəetmədə olduğu qədər təchizatıyla da müştərilərin ehtiyaclarına cavab verə biləcək xüsusiyyətdə olmalıdır.


  • Yalnız yerləşmə ehtiyacını deyil, eyni zamanda qidalanma ehtiyacını da qarşılaya bilir.

  • Müştərilər ilə qısa müddətli müqavilə edən müəssisə olmalıdır.

  • Otelçilik sənayesinin maddi və estetik standartlarına uyğun gəlmə meylini göstərməli və buna özünü zəruri saymalıdır.

  • Heç bir faktor onun müştəri qəbul etmə xüsusiyyətini dəyişdirməməlidir.

  • Müştərilərinə təsis etdiyi otaqlarda sağlamlıq quruluşlarına uyğun olaraq yerləşdirilmiş duş və tualet kimi avadanlıq vasitələrini saxlamalıdır.

  • Yetər sayda texniki və xidmət personalına sahib olmalıdır.

Turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan otellər bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan otellər, pansionatlar, motellər öz rahatlığına görə, mənfəət şəraitinə, dizayn quruluşuna görə fərqlənirlər. Bütün bu kimi cəhətlərinə görə bu otellər 5 kateqoriyaya bölünür və yaxud 5 ulduzlu olur.

Turizm fəaliyyətində ən əhəmiyyətli sahələrdən biri turistlərin yerləşdirilməsidir. Bu obyektlər arasında otel, motel, hostel, kamp, turizm bazası, internat evi, turist yataqxanası və s. daxildir. Beynəlxalq təcrübəyə görə turistlərin yerləşdirilməsi obyektləri dörd qrupa ayrılır:

- otel və oxşar müəssisələr;

- kommersiya və sosial yerləşdirmə müəssisələri;

- ixtisaslaşdırılmış yaşayış obyektləri;

- xüsusi turistik yaşayış obyektləri.

Son iyirmi il ərzində sosial, siyasi və iqtisadi irəliləyiş sayəsində turizm əhalinin geniş təbəqələri arasında populyar olmuşdur. Turistlərin sayının artması ilə bərabər, turizm infrastrukturu və onun əsas komponenti - otel sektoru əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Müasir şəraitdə, otellər daha çox mənfəət əldə etmək üçün mübarizə aparmağa məcbur olur və bizneslərini genişləndirməyə çalışırlar. Son zamanlar dünyada baş verən son iqtisadi tənəzzüllər səbəbindən əksər ölkələrdə, eləcə də Azərbaycanda qonaqpərvərlik sənayesində rəqabət mübarizəsi kəskin şəkildə artmışdır. Telekommunikasiya, media və əlaqəli texnologiyalar sahəsində ciddi dəyişikliklər, xidmət sferasında yeni tendensiyaların tətbiqi xidmətin keyfiyyətinə, işçilərin peşəkarlığına və təklif olunan otel xidmətlərinin müxtəlifliyinə dair müştərilərin gözləntilərinin artmasına kömək etmişdir. Marketinq siyasətinin bir hissəsi kimi, otellər potensial müştəriyə xidmət səviyyəsinə və keyfiyyətinə dair məlumat verməli və təklif etdikləri xidmətləri ən azı müəyyən edilmiş səviyyədə təmin etməlidirlər. Bir çox müvəffəqiyyətli otel şirkətləri öz təcrübələrində inkişaf etməkdə olan bazarları görməyə, yeni yanaşmalardan istifadə etməyə və qabaqcıl 30 texnologiyaların tətbiq edilməsinə başlayaraq maliyyə imkanlarını daha da genişləndirir.Yerləşdirmə turizm sənayesinin əsasını təşkil edir, çünki turizmin təminatının vacib və ayrılmaz bir hissəsidir. Turistlər səyahət zamanı qidalanma, istirahət və əyləcə təklif edən yaşayış yerləri tələb edir. Nəticədə, kommersiya tipli yaşayış sahələri formalaşır. Yerləşdiyi yerə, xidmətlərin keyiyyətinə və sayına, xidmətlərin göstərilməsi üsuluna, yaşayış yerlərinin ölçüsü və növünə və.s amillərin təsiri altında otelçilik formalaşır.


Yüklə 27,08 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin