Otel biznesi müasir turizm sənayesinin komponenti kimi Otel təsərrüfatının turizmdə rolu ƏDƏBİyyat h. B. Sultanоva, M. M. Ağakərimоv, S. I. Baba-zadə «Mehmanхana təsərrüfatı»


Otel təsərrüfatının turizmdə rolu



Yüklə 27,08 Kb.
səhifə3/3
tarix09.03.2022
ölçüsü27,08 Kb.
#53523
1   2   3
Mövzu 2

2. Otel təsərrüfatının turizmdə rolu

Qonaqpərvərlik sənayesinin məşğulluq, stimullaşdırma və alqı-satqı iqtisadiyyatına və digər sahələrə verdiyi töhfəni nəzərə alsaq, şübhəsiz turizm sənayesinin lokomotivi olduğu və ən vacib alt sistemlərdən birini təmsil etdiyi görə bilərik.

1980-ci illərdən bəri yeni və çoxşaxəli investisiyalarla, ümumi sərmayəsi 70 milyard dollardan çox olan və sürətli böyüməsi olan qonaqpərvərlik sənayesi, təxminən 600 min məşğulluq, təxminən 2885 nazirlik tərəfindən təsdiqlənmiş yaşayış müəssisələri və ümumi yataq tutumu təxminən 1,3 milyon olan və 2013-cü ilin məlumatlarına görə 30 milyon turist və 11 milyard dollarlıq bir əməliyyat həcminə çatmışdır.

Qonaqpərvərlik sənayesi qonaqları üçün ən az idxal olunan maldan istifadə edərək hər il daxili bazardan 9 milyard dollar dəyərində mal və xidmətlər satın alır, iqtisadiyyata illik 11 milyard dollarlıq xalis qatqı təmin edir və investisiya və təmir işləri üçün 2-2,5 milyard dollar resurs ayırır. Bundan əlavə, qonaqpərvərlik sənayesi daxilolmalarda 54 sektora və məhsul istehsalında 57 sektora təsir edir, eyni zamanda daxilolmaların 97%-ni turizm sənayesi xaricindən alır və məhsulun 66% -ni digər sektorlara təklif edir.

Turizm sosial xidmət sahələri arasında müstəqil inkişaf gücünə malik olmaqla bərabər, həm də iqtisadiyyatın digər sahələrinə də güclü təsir etməkdədir. Başqa sözlə, turizmin inkişafını iqtisadiyyatsız təsəvvür etmək mümkün deyildir. Ona görə də ölkəyə və ya onun bir regionuna səfər edən turistlərin sayı haqqında danışdıqda ilk olaraq onlara göstərilən zərif xidmətlər nəzərdə tutulur ki, bunun da əvvəlində otel xidmətləri gəlir. Çünki otellər olmasa, turistlərin gəldikləri regionda 12 saatdan artıq qalması praktik olaraq mümkün deyildir. 

Otel və ya otel tipli müasir otel müəssisələri turizm sənayesində ən çox zərif xidmətlərin göstərildiyi və bilavasitə ən çox gəlirlər əldə olunduğu xidmət obyektləridir. Ümumi turizm xidmətlərinin 60 faizinə yaxını otellərdə təşkil oluna bilər. Bunlar adi səhər yeməyindən tutmuş konfrans və işgüzar görüşlərədək hər cür xidmətlər ola bilər. Turistlərin rahatlığı üçün nəzərdə tutulmuş bütün bu xidmətlər həm də otellərin gəliri deməkdir. Ona görə də müasir dövrdə otellərin yenilənməsi, onların texniki və komfort standartlarının təkmilləşdirilməsi üçün görülən hər bir iş xidməti personalın bacarığı ilə üst-üstə düşdükdə çəkilən xərclər bir neçə mövsümdə geri qaytarıla bilir. Otel təsərrüfatının təşkili isə təkcə müvafiq infrastrukturla bitmir. Yəni yaradılmış şərait regiona turist gətirən turoperatorların və qonaqpərvərlik sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrinin səriştəli fəaliyyəti ilə tamamlanmalıdır. Çünki otelsız turizm olmadığı kimi, peşəkar kadrlarsız da otellər, sadəcə yaraşıqlı binalardır.

Otel sənayesinə təsir göstərən amillər

Turizm və qonaqlama sənayesinin inkişafına təsir göstərən bütün müxtəlif amillər iki qrupa bölünə bilər: 1) xarici amillər;

2) daxili amillər və ya fərdi motivasiya faktları.

Xarici amillər ən ümumi, təbii qüvvələrdir, onlar iqtisadi subyektləri xarici mühitdən təsirləndirir, üstəlik onlar praktiki olaraq sənaye nəzarətinə və təsirinə məruz qalmırlar. Məsələn istehlakçı rifahının artması, tətil üçün verilən vaxtın 19 artması, nəqliyyat və kommunikasiya vasitələrinin güclü inkişafı, yeni kompüter texnologiyalarının yaranması kimi faktorlar otelçilik sənayesinin inkişafına təsir edir, onun inkişafı üçün yeni imkanlar açır.

Öz növbəsində xarici amillər iki alt qrupu əhatə edir:

- ümumi amillər;

- xüsusi amillər.

Ümumi xarici faktorlar universal olmaqla turizm və mehmanxana sənayesinin bütün sənaye və subyektlərinin inkişaf perspektivlərinə təsir göstərə bilər.

Bunlara aşağıdakılar daxildir:

- iqtisadi inkişafın sabitliyi;

- sosial-demoqrafik inkişaf tempi;

- elmi və texnoloji inkişafın və yeniliklərin sürəti;

- siyasi sabitlik;

- investisiya mühitinin vəziyyəti;

- ətraf mühit və ekologiya;

- dövlət idarəetmə sisteminin effektivliyi.

İqtisadi inkişafın sabitliyi və ya iqtisadi amillər – Hazırda dünyada turizm potensialından daha yüksək səviyyədə istifadə edən, eləcə də əhalisi daha çox səyahət edən ölkələr əsasən inkişaf etmiş ölkələrdir. İnsanların yaşayış səviyyəsinin yüksək olması turizmin inkişafını şərtləndirdiyindən, otelçiliyin də inkişafına səbəb olur. Ölkənin iqtisadi inkişaf səviyyəsi, o cümlədən sənayenin və xidmət sahələrinin inkişafı, əhalinin yaşayış səviyyəsi, ölkənin iqtisadi infrastrukturunun modern standartlara cavab verməsi, müasir texnologiyaların və elmi-texniki tərəqqinin iqtisadiyyata tətbiqi kimi amillər də iqtisadi amillərə daxildir.

Sosial-demoqrafik inkişaf tempi və ya demoqrafik amillər – turizm sektorunun, eləcə də otelçiliyin inkişafı demoqrafik amillərdən də asılıdır. Bu gün dünyada əhalinin sayında artım tendensiyası müşahidə edilir. Bu da özlüyündə turizm potensialının artmasına, səyahət edən insanların sayına, bununla da otel biznesinin inkişafına təsir edir. Əhalinin orta ömür müddətinin getdikcə artması, etnik turizmin populyarlaşması, milli tarixi köklərə bağlılıq, din və dil birliyi kimi cəhətlər də demoqrafik amillərə daxildir.

Elmi və texnoloji inkişafın və yeniliklərin sürəti və ya texnoloji amillər - Elmi və texnoloji inkişafın nailiyyətləri otelçilik sənayesində və xüsusilə nəqliyyat, paylaşma sistemləri və istehlakçı məlumatları kimi sahələrdə geniş istifadə olunur. Telekommunikasiya texnologiyalarının inkişafı onlayn rejimdə yerləşdirmə vasitələrində sifarişlərinə imkan verən kompüter rezervasiya sistemlərinin yaradılmasına gətirib çıxarmışdır. Qlobal distribütor sistemləri milyonlarla istifadəçiyə asanlıqla imkanlar açır: indi istehlakçı özü tur paketini əldə edə, lazımi rezervasiyaları edə və istədiyi marşrut üzrə səfər edə bilər.

Siyasi sabitlik və ya siyasi amillər – Hazırda dünya ölkələrində iqtisadiyyatın inkişafına təsir edən əsas amillərdən biri olan siyasi vəziyyət otelçiliyin inkişafına da birbaşa təsir edir. Bu gün ölkənin daxili siyasi sabitliyi onun inkişafına, eləcə də turistlərin səyahətinə təsir edən əsas amillərdən biridir. Ölkələr arasındakı dinc dostluq və qonşuluq münasibətləri, ticarət və digər iqtisadi əlaqələr, elmi-texniki münasibətlər, mədəniyyət sahəsindəki əlaqələr, ölkələr arasındakı müxtəlif iqtisadi, siyasi əməkdaşlıq müqavilələri siyasi amillərə aid olan vacib məqamlardır.

İnvestisiya mühitinin vəziyyəti – otelçilik biznesinin inkişafını şərtləndirən amillərdən biridir. Adekvat investisiya mühiti təmin edilmiş iqtisadiyyatlarda bütün iqtisadi subyektlər kimi otelçilik sənayesi də inkişaf edir. Bu gün respublikamızda həyata keçirilən layihələr və əlverişli investisiya mühiti otelçiliyin inkişafına öz təsirini göstərir.

Ətraf mühit və ekologiya və ya təbii amillər – Ekoloji amil kimi də adlandırılan bu aspektə ilin fəsillərindən asılı olaraq adekvat iqlim və cəlbedici təbii mühit, turistik və görməli təbii landşaftda yerləşməsi, mənzərəli meşə sahələrinin və təbii su hövzələrinin mövcudluğu, qış turizmi üçün iqlimin və uyğun şəraitin olması, ekoloji vəziyyətin, o cümlədən havanın və ətraf mühitin qənaətbəxş səviyyədə olması aiddir. Bununla yanaşı, qeyd etmək istərdim ki, təbii müalicə üsullarına üstünlük verən insanların dünyada müalicəvi əhəmiyyətə malik təbii resursları olan ölkələrə aktiv səyahət etməsi bu ölkələrdə də otelçilik fəaliyyətinin sürətli inkişafına şərait yaradır ki, bunları da təbii amillərə aid edə bilərik. Hazırda dünyada turizm sektoru təbii amillərin təsiri altında formalaşan bir çox ölkələr mövcuddur. İlin fəsillərindən asılı olaraq turistlər səyahət və dincəlmək, eləcə də müalicə üçün müxtəlif ölkələrə səyahət edirlər. Ölkəmizin təbii şəraiti, müxtəlif iqlim tiplərində yerləşməsi, ilin bütün fəsillərinin olması, təbii resurslarla zəngin olması, təbii müalicəvi resursların mövcudluğu onun turizm potensialının yüksək olmasından xəbər verir. Respublikamızın əsrarəngiz təbiəti, xalqımızın qonaqpərvərliyi, milli mətbəximizin füsunkar olması turistləri Azərbaycana cəlb edir. İlin bütün fəsillərinin ölkəmizdə yaşanması fəsli və dövri turizmin inkişafına da şərait yaradır. Son illər Respublikamızın müxtəlif bölgələrində bu turizm potensialının reallaşması istiqamətində aktiv fəaliyyət göstərilir. Həm yay, həm də qış turizm obyektlərinin sürətli artımı müşahidə edilir. Ölkəmizin təbii turizm potensialının reallaşması müxtəlif bölgələrdə otelçilik fəaliyyətinin inkişafına səbəb olur. Hazırda ölkəmizin müxtəlif bölgələrində ən müasir standartlara cavab verən müxtəlif ulduzlu otellər, qonaq evləri, otel şəbəkələri fəaliyyət göstərir. Dövlət idarəetmə sisteminin effektivliyi də otelçilik biznesinin inkişafına təsir edən amillərdən biridir.

Xüsusi xarici faktorlar daha dar, spesifik xüsusiyyətlərdir, onlar dolayı təsir göstərə bilər, lakin vacibdir və ən diqqətli və sistematik tədqiqat tələb edir. Təcrübə göstərir ki, ümumi xarakterli xüsusi xarici faktorların əlverişli birləşməsi, onların zəif nəzərə alınması, turizm və mehmanxana sənayesində ciddi sosial və iqtisadi çətinliklərə və problemlərə yol aça bilər. Xüsusi amillər aşağıdakılardır:

- mövsümilik və ya ilin fəsilləri;

- məzuniyyət və məzuniyyət müddətləri;

- həftənin bayramları və istirahət günləri;

- hadisə və tematik təqvim;

- hava şəraiti;

- təbii obyektlərin, çimərliklərin, tarixi və mədəni abidələrin vəziyyəti;

- sənaye müəssisələri arasında rəqabətin səviyyəsi və xüsusiyyətləri.

Daxili amillər və ya şəxsi motivasiya faktları - əsasən kompleks olaraq fəaliyyət göstərən və istehlakçıların seçiminə əhəmiyyətli dərəcədə təsir göstərən subyektiv faktorlardır. Bu faktorlar aşağıdakılardır:

- sosial-demoqrafik;

- sosial-iqtisadi;

- motivasiya;

- davranış.

Sosial-demoqrafik faktorlar yaş və cins qrupları üzrə istehlakçıların sayını, ailələrin ümumi sayını və ölçüsünü, ailə-həyat müddətinin mərhələlərini, həyat müddətinin müxtəlif mərhələlərində olan ailələrin nisbətini, istehlakçı təhsilini, həyat səviyyəsini, milli, dini üzvlüyünü və s özündə əks etdirir. Sosial-demoqrafik amillər istehlak tələbinə əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn 35 yaşa qədər olan gənclər otel sənayesinin məhsullarını və xidmətlərini seçərkən daha aktiv olur, müxtəlif əyləncə və idman fəaliyyətlərinə malik ucuz qiymətli mehmanxanalarda aktiv istirahətə üstünlük verirlər.

Sosial-iqtisadi amillər – Bura həm otellərin yerləşdiyi ölkənin əhalisinin, həm də bu ölkəyə səyahət edən turistlərin yaşayış səviyyəsi, daxili və xarici səyahətlərin əlçatan olması, inkişaf etmiş nəqliyyat infrastrukturu, ölkənin qlobal iqtisadiyyata və dünyaya inteqrasiyası, otel xidmətləri bazarının ümumi potensialı, istehlakçıların ümumi pul gəlirləri, hər bir ailə üzvünün gəlirləri, həftə sonları və məzuniyyət günləri, ödənişli tətillər, ümumi gəlir strukturu, istehlak xərcləri, o cümlədən istirahət və səyahət xərcləri və s. kimi məsələlər aiddir. Faktorların bu alt qrupu səfərin və ya istirahət növünün seçilməsində həlledici təsir göstərir və bəzi hallarda bunun tamamilə istisna edilməsinə səbəb ola bilər.

Motivasiya faktorları - Bu amillər otel və turist məhsullarını seçərkən istehlakçıların motivlərini müəyyənləşdirir və təklif imkanlarına kömək edir, beləliklə, bütün otelçilik sənayesinin dinamik inkişafını və yenilənməsini aktivləşdirir. Bu amillərə əsasən şəxsiyyətin tipi, sosial rolu və statusu, istehlakçının milli mentaliteti, özünü göstərmə xüsusiyyətləri, üslubu və həyat tərzi, dəyərləri və s. aiddir.



Davranış faktorları - qonaqlama sənayesinin məhsulları və xidmətlərini seçərkən və istehlakçı davranışına təsir edən amilləri birləşdirir. Buna daxildir: İstehlakçının məhsul və xidmətlər barədə məlumatlılığı, məhsullara olan münasibət və onların tələblərinə cavab verməsi və s.
Yüklə 27,08 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin