Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


Oxunun müxtəlif növlərindən istifadə



Yüklə 131,95 Kb.
səhifə9/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
OTM (mühazirə mətnləri) yeni

6. Oxunun müxtəlif növlərindən istifadə
I-IV siniflərdə oxunun müxtəlif növlərindən istifadə şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluğuna da əsaslı təsir göstərir. Məlumdur ki, oxu prosesi həm səsli, həm də səssiz gedir. Oxunun bu növlərinin təlim prosesində öz yeri, öz əhəmiyyəti var. Əgər məqsəd şagirdlərə məzmunu anlaşıqlı və dəqiq çatdırmaq, onlarin eşitmə və dinləmə bacarıqlarını inkişaf etdirmək, yol verilən nöqsanları tutmaq, səbəblərini araşdırmaq, onlara qarşı mübarizə aparmaq, nitqlərini canlı danışıq dilinə yaxınlaşdırmaqdırsa, səsli oxudan istifadə olunmalıdır. Bu prosesdə şagirdlər oxu texnikasına və ədəbi tələffüz qaydalarına nə dərəcədə yiyələndiklərini nümayiş etdirirlər. Ona görə də I-IV siniflərdə səsli oxudan hər bir dərsdə, dərnəkdə, səhərcikdə və s. istifadə edilir.
Səsli oxuda məqsəd şagirdə mətndəki sözlərin düzgün tələffüz qaydasını və həmin sözlərin hansı mənada işləndiyini öyrətməkdir. Səsli oxu şagirdlərin oxu səviyyəsini müəyyənləşdirməklə yanaşı, onların nitq bacarıqlarını da inkişaf etdirir. Eyni zamanda dinləyənlərin zehni inkişafına da kömək edir, onlarda mövzuya maraq yaradır və oxumağa həvəsləndirir.
Səsli oxunun ən əsas şərtləri sözlərin düzgün tələffüzünə fikir vermək, şagirddə oxumağa həvəs yaratmaq və onun başqası ilə danışırmış kimi, normal tempdə oxumağını təmin etməkdir. Səsli oxuda sürətli oxumaqdan daha çox intonasiyalı oxumaq vacibdir. İntonasiya isə mətndə təsvir olunan hiss və həyəcana, düşüncələrə əsasən müəyyən edilməlidir. Mətn diqqətlə dinlənilməli, oxuyarkən tələskənliyə yol verilməməli, düzəliş və qeydlər oxu bitdikdən sonra aparılmalı, ehtiyac yoxdursa, oxunulmuş hissə yenidən oxunmamalıdır.
Səssiz oxuda məqsəd şagirdlərə səlis və sürətli oxumağı öyrətməkdir. Səsli və səssiz oxu arasındakı ən əsas fərq odur ki, səsli oxu özündə təkcə anlamağı deyil, anlatmağı da ehtiva edir. Səssiz oxu sinifdə hər gün və yaxud həftədə bir dəfə tətbiq edilə bilər. Bu zaman şagirdlər hər hansı bir mətni və ya özləri seçdikləri əsəri müəllimin verdiyi vaxt ərzində oxuyurlar. Burada müəllim özü də oxuya qoşulmaqla şagirdlərə nümunə olmalıdır. Səssiz oxu zamanı müəllim həm də şagirdlərin başqalarına mane olmamağına, bir-birinin diqqətini yayındırmamağına fikir verməlidir. Oxu bitdikdən sonra ümumi şəkildə və ya şagirdləri qruplara bölərək mətnlə bağlı müzakirələr keçirilir. Müzakirə zamanı şagirdlərə "Nə üçün bu mətni (əsəri) seçdiniz?", "Əsərdə (mətndə) sizi maraqlandıran məqamlar hansılardır?", "Bu əsəri (mətni) yoldaşlarınıza nəyə görə tövsiyə edərdiniz?" və s. kimi suallar verərək onların mətnlə (əsərlə) bağlı fikirlərini öyrənmək olar. Şagirdlər mətndə (əsərdə) onları maraqlandıran məqamları, başa düşmədikləri hissələri, mətni (əsəri) oxuyarkən hiss etdiklərini yazılı və ya şifahi şəkildə bildirə bilərlər.
Panoram sürətli oxu sürətli oxunun daha da təkmilləşdirilmiş formasıdır. Sürətli oxu mükəmməlləşdikcə qismən dərinləşdirilmiş oxuya keçmək olar. Dərinləşdirilmiş oxuda bütün təfərrüatlara diqqət yetirilir, onlar təhlil edilir və qiymətləndirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı hesab edirlər. Dərinləşdirilmiş oxu zamanı siz təkcə mətni oxumur və başa düşmədiyiniz yerləri aydınlaşdırmırsınız, həm də öz bilik və təcrübələriniz əsasında məsələni tənqidi şəkildə nəzərdən keçirir, verilən izahlarda güclü və zəif məqamları tapır, fikir və qənaətləri müstəqil şərh edirsiniz. Bu da oxunmuş materialı asanlıqla yadda saxlamaq imkanı verir və məşğələlərdə fəallığı yüksəldir. Bu üsulla tanış olmayan mətnləri, mürəkkəb dərslik mövzularını oxumaq asanlaşır.
Seçmə oxunu sürətli oxu vərdişinə sahib insan ənənəvi qaydada oxuyandan iki-üç dəfə daha tez edir.
Qeyri-ardıcıl (ordan-burdan) oxu sürətli oxunun elə bir növüdür ki, bu zaman mətnin ayrı-ayrı fəsilləri ardıcıl deyil, müxtəlif hissələrdən, pərakəndə oxunur. Oxucu sanki hər şeyi görür, heç bir yazını ötürmür, lakin diqqətini yalnız mətnin ona lazım olan hissələrində cəmləşdirir. Qeyri-ardıcıl oxu metodundan çox vaxt kitabı bir dəfə nəzərdən keçirdikdən sonra, ikinci dəfə oxuyarkən istifadə olunur. Bu cür oxunun sürəti sürətli oxudan artıq olur, çünki kitabın səhifələri sadəcə lazım olan fəsil axtarılıb tapılana kimi vərəqlənir. Qeyri-ardıcıl oxu dərinləşdirilmiş oxudur.Nəzərdən keçirərək oxu üsulundan kitabla ilkin tanışlıq üçün istifadə edilir.
Oxu üsulları bizə təbii və sadə görünən oxu prosesinin əslində nə qədər mürəkkəb və müxtəlif olduğunu göstərir. Bu üsullara yiyələnmək isə sürətli oxu vərdişi qədər vacib məsələdir.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin