Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə20/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
OTM (mühazirə mətnləri) yeni

Nağılın oxusu . Nağıllar quruluşuna görə hekayələrə yaxındır. Hekayədə olduğu kimi nağıllarda da ideya, iştirak edən şəxslər vardır. Hər xalqın tarixi nağıllarda öz obrazlı əksini tapıb. Nağıllar hər bir xalqın dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir, lakin nağıllarda reallıqdan uzaq həyata uyğun olmayan gəlməyən, fantastik hadisələr, əşyalar vardır. Nağıllar uşağın sirli-sehrli qəlbinə yol tapa bilən yaxın dostu, onun fərəhli hisslərinin mənbəyidir. Nağıllardan istifadə uşaqların dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, yaddaşını gücləndirir. Nağılların oxusu şagirdlərin təxəyyülünü inkişaf etdirir. Çünki, nağıllarda hadisələr əyləncəli şəkildə kompozisiya, parlaq obrazlarla verilir. Nağılların dili sadə, zəngin və obrazlı ifadələrlə verilir ki, bu da şagirdlərin nitqini inkişaf etdirir. Nağılda başlanğıc və sonluq təkrar olunur. Nağıllarda hadisələr dramatik, personajlar canlı verilir. Nağıllarda hadisələrin bu cür verilməsi uşaqları xarici aləmi obrazlı görməyə alışdırır, onların yaradıcı marağını inkişaf etdirir. Şagirdlərə xalq dilinin nüfuzedici gücü vasitəsilə təqdim edilən, söylənilən nağıl onların nitqinin zəngin, səlis və obrazlı olmasına imkan yaratmaqla, təfəkkürünü inkişaf etdirir.
Kiçik yaşlı məktəblilərlə aparılan tərbiyə işlərində nağıllardan-bu böyük sərvətdən səmərəli istifadə etmək olduqca faydalıdır. Biz nağıllar vasitəsi ilə babalarımızın məişəti, adət və ənənəsi, istifadə etdikləri əmək alətləri, geyimləri, qab-qacağı, oyuncaqları və oyunları ilə tanış oluruq. Nağıllar şagirdlərin təfəkkürünü, təxəyyülünü, dünyagörüşünü, yaddaşını genişləndirir, əməksevərlik, düzlük, doğruçuluq, yoldaşlıq, dostluq, doğmalara məhəbbət, xeyirxah insanlara hörmət hissini artırır, lüğət ehtiyatını zənginləşdirir, nitqini inkişaf etdirir. Eyni zamanda nağıllar rabitəli nitqi inkişaf etdirir, bədii təxəyyülün, fantaziyanın genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edir. Nağıllar uşaqların təfəkkürünün və nitqinin inkişafına güclü təsir göstərərək, onları düşünməyə, fakt və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətlərini müəyyənləşdirməyə istiqamətləndirir. Kiçikyaşlı uşaqların nitq inkişafı, düzgün danışıq və tələffüz vərdişlərinə yiyələnmələri, söz ehtiyatının artması vacib məsələ kimi hər bir müəllimi və valideyni düşündürür. Böyüklərin uşaqlar üçün yaratdıqları nağıllar böyük təbiyəvi əhəmiyyəti ilə seçilərək, uşaqlarda ədəbiyyata həvəs oyadır, onların bədii zövqünü oxşayır. Belə ki, uşaq psixologiyasını, onun daxili aləmini, gələcək tərbiyə yollarını xalq qədər doğru, dürüst müəyyənləşdirməyi bacaran ikinci bir təsirli qüvvə tapmaq çətindir. Nağıllar uşaqların təfəkkürünün inkişafına təsir göstərməklə, yaradıcı fantaziyanı inkişaf etdirir. Uşaqlar özlərini nağıl qəhrəmanına bənzədir, yaranan “çətinliklərin” aradan qaldırılması yollarını fikirləşir və öz planlarını söyləməklə yaradıcılıqlarını inkişaf etdirmiş olurlar. Eyni zamanda nağıllardakı oyun-nəğmələr də uşaqların məntiqi təfəkkürünü, bədii zövqünü və rabitəli nitqini inkişaf etdirir, onları kitab oxumağa həvəsləndirir. Kiçikyaşlı mək- təblilərin mütaliəsində nağıllar mühüm yer tutur. İbtidai siniflərdə xalq nağılları ilə yanaşı, yazıçılar tərəfindən yazılmış nağıllara da geniş yer verilir. İbtidai sinif “Azərbaycan dili” dərsliyində bu janra kifayət qədər yer ayrılmışdır. Nağılı maraqlı edən cəhətlərdən ən mühümü onun təhkiyə formasında qurulmasıdır. Nağılın əhəmiyyətini, uşaqların tərbiyəsində oynadığı rolu heç nə ilə əvəz etmək olmaz. Nağıllar vasitəsi ilə şagirdlər müsbət əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnirlər. Savad təlimindən sonrakı dövrdə oxu vərdişlərinin inkişaf etdirilməsi baxımından nağılların oxusu vacib sayılır. Nağılların oxusunda diqqətdə olan məsələlər:

  • nağıllar şifahi nitqə əsaslanır;

  • nağıl nağıletmə üçün nəzərdə tutulmuşdur;

  • nağılların özünəməxsus dil xüsusiyyətləri vardır;

  • nağılların oxusunda səhnələşdirmə elementlərindən istifadə maraq doğurur;

  • nağıllarda oxunun necə aparılması vacib şərtdir;

  • nağılın ifadəli oxusu keyfiyyətli oxunun açarıdır;

  • nağıletmə və oxu zamanı dinləyici ilə sıx ünsiyyət zəruridir.

Nağıllar oxunarkən müəllim aşağıdakıları nəzərə almalıdır:
 Nağıllar üzərində iş real hadisələrin təsvir olunduğu hekayələrlə iş kimi aparılmalıdır. Nağıllarda əfsanələrin, insanların arzu və istəklərinin öz əksini əfsanə, fantastika şəklində tapması şagirdlərə çatdırılmalıdır. Heyvanların, quşların insanla danışa bilməsi, divin, əjdahanın olması nağılın maraqlı cəhətlərindən biri kimi təqdim olunmalıdır. Nağıllarda bir çox əfsanələrin indi həqiqətə çevrilməsi,sehirli güzgünün televizor, uçan xalçanın təyyarə və s. olması şagirdlərin nəzərinə çatdırılır. Nağıllardakı qəhrəmanların xarakter əlamətlərini müəyyənləşdirmək məqsədi ilə açıq suallardan istifadə edilməlidir. Məsələn, “Nə üçün ögey ana göyçək Fatmaya zülm edir?” Bu suala cavab verərkən şagirdlər müxtəlif fərziyyələr söyləyirlər. “Ögey anadır”. “Paxıldır”. “Ayrı seçkilik edir”. “Öz qızının xoşbəxt olmasına, Fatmanın isə bədbəxtliyinə çalışır”. Şagirdlər ögey ananı mənfi obraz kimi qiymətləndirirlər. Nağılların didaktik təsiri çox güclüdür. Nağıllardakı insan xarakterləri, qarşılıqlı münasibətlər o qədər aydın təsvir olunur ki, onları açmağa ehtiyac yoxdur, şagirdlərin özləri nəticə çıxara bilirlər. Nağıllar nağıl etmək üçün yaranmışdır. Bu, onların xarakter cəhətidir. Nağılların həm kompozisiyası, həm də dili mətnə yaxın şəkildə nağıletməni təmin edir. Müəllim və ya aktyorun ifasında nəql edilmiş mətnin fonoxrestomatiyası şagirdlərə güclü təsir göstərir. Seriya şəkillər üzrə nağıletmə, nağıla sözlərlə şəkil çəkmə, rollar üzrə nağıletmə məzmunun yaxşı mənimsənilməsini təmin etməklə yanaşı, şagirdlərin nitqini və yaradıcı qabiliyyətini də inkişaf etdirir.
 Planın tərtib edilməsi də nağıletmənin gedişindən asılı olur. Əgər şagirdlər mətnin şəkilli planını tuturlarsa, bu, o qədər də çətinlik törətmir. Bəzən nağıllardakı personajlar (simurq quşu, div, əjdaha, uçan at və s.) haqqında şagirdlərin təsəvvürlərini canlandırmaq üçün müvafiq müqəvva, maska, model və s. göstərmək, gördükləri canlılarla müqayisə etmək lazım gəlir.
Nağılların ifadəli oxusu-şagirdin canlı danışığı üçün zəruri vasitədir. Nağılın məzmunundakı hadisənin müxtəlifliyi şagird oxusunda özünü göstərir. Məsələn,heyvan eposunda olan nağıllar şagirdin avazla oxusunu,sözlərin ifadəsində vurğunun müxtəlif növlərindən istifadəni zəruri edir.Sehrili nağıllar şağirdlərin səs,oxu dinamikasını dəyişir,intonasiyanı səciyyələndirir və s.
İbtidai siniflərdə mətn üzrə nağıletmənin dörd növü var:
1. Sadə şəkildə (öyrəndiyi kimi) nağıletmə ;
2. Sual cümlələri ilə nağıletmə;
3. Nəqli cümlələrlə nağıletmə ;
4. Qarışıq şəkildə nağıletmə
Mətn üzrə nəqletməyə nələr daxildir? şagird:

  • mətndəki hadisələri ardıcıl şəkildə danışır;

  • mövzudakı hadisələrin inkişaf mahiyyətini açır;

  • mətndəki insani davranış və hərəkətləri qiymətləndirir;

  • fakt və hadisələri seçməyi bacarır;

  • mətni yığcam danışır;

  • mətnin məzmununu birinci və üçüncü şəxslərin dilindən danışır;

  • mətndə xoşuna gələn hissələri danışır;

  • mətnə aid verilmiş suallara cavab tapır;

  • mətnin məzmununa uyğun mətn qurub danışır və s.

Oxu vərdişlərinin inkişafı və nitqlə bağlı irəliləyişlər şagirdlərin oxunan mətnin məzmununun yığcam, geniş, yaradıcı nağıl etməsində, şeir və nəsr parçalarının, monoloqların əzbər söylənməsində, əsərlərin səhnələşdirilməsində tapır. Bundan başqa müşahidələr əsasında nağıletmə, Şəkillər üzrə nağıletmə, ekran əsərlərinə dair nağıletmə növləri də şagirdlərin şifahi nitq vərdişlərini inkişaf etdirir.


Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin