Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə17/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
OTM (mühazirə mətnləri) yeni

Bədii mətnlərin oxusu. Bədii mətnlər. I-IV siniflərdə bədii materiallar şagirdlərə müsbət əxlaqi keyfiyyətlər aşılayır. Bədii mətnlər də elmi-kütləvi materiallar kimi, şagirdlərə təbiət və cəmiyyət haqqında elmi biliklər verir. Bununla belə bədii mətnlərdə müəllimin təsvir edilən hadisəyə münasibəti də olur. Bədii əsər yazıçının, şairin bədii təxəyyülünə, fantaziyasına və zövqünə əsasən, həyatın obrazlı inikasıdır. Burada müəllif həyatı (təsvir etdiyi hadisəni, onun bu və ya digər əlamətlərini və s.) tipikləşdirir, hadisələr sistemi hazırlayır, obrazları düşündürür, danışdırır, hərəkətə gətirir, ümumiləşdirib canlı bir aləm yaradır. Bədii mətnlər yalnız insan psixikasının ayrı-ayrı cəhətlərinə - yaddaş, təfəkkür, təxəyyül, emosiyasına deyil, bütövlükdə insan şəxsiyyətinə güclü təsir göstərir.
Burada real həyatda baş vermiş tipik hadisələr sözün köməyi ilə yaradılmış obrazlarla əks etdirilir. Uşaq şəxsiyyətinin formalaşdırılmasında bədii mətnlərin rolu əvəzedilməzdir. Şagirdlər bədii mətnlər vasitəsi ilə söz anlayışının qüdrətini dərk edir. Şəkilli kitablara baxmağı, şeir əzbərləməyi, hekayə söyləməyi, nitqi inkişaf etdirməyi,eləcə də emosiya və marağı formalaşır, həmçinin, intellektual-mənəvi inkişafına şərait yaranır.
Bədii mətnlərin uşağın yaş və bilik xüsusiyyətinə müvafiqliyi təmin edildikdə həmin vəzifənin öhdəsindən gəlmək olar. Buna görə də ibtidai siniflərdə şagirdlər bədii mətnlər - nağıl, təmsil, şeir, hekayə haqqında elementar praktik məlumat alır və onları oxumağı öyrənirlər.
İbtidai siniflərdə bədii mətnlərin dili üzərində işin xüsusiyyətlərini aşağıdakı qaydada qruplaşdırmaq mümkündür:
1.Bədii təsvir və ifadə vasitələrinin praktik cəhətdən başa düşülməsini və nitqdə
işlədilməsini təmin etmək;
2. Mətndə onların vəzifəsi və bədii rolunu göstərmək;
3.Bədii obrazların düzgün canlandırılması və əsərin məzmununun dərindən başa düşülməsinə nail olmaq;
4. Şagirdlərin bədii zövqünü inkişaf etdirmək .
Hekayə, nağıl, təmsil, şeir və s. məktəblərdə bədii oxunun materialı kimi
təyin edilmişdir. Həmin materialların əsas xüsusiyyəti bundan ibarətdir ki, burada yazıçı varlığa, onu maraqlandıran hadisələrə münasibətini obrazlı şəkildə bildirir. Onun başlıca məqsədi varlığı realistcəsinə təsvir etmək və estetik cəhətdən əks etdirməkdir.
Bədii əsərlər janrlarına görə müxtəlifdir. Hər bir ədəbi janrın öz üslubu,
quruluşu və priyomları olduğundan onların şagirdlərə təsiri də fərqlidir. Bədii əsərlər üç növdə olur: epik, lirik, dramatik. I sinifdən başlayaraq oxu dərsliklərində hər üç növə aid nümunələr verilir. Sadalanılan növlərə aid mətn üzrə iş apararkən onun xüsusiyyəti nəzərə alınmalıdır. Sinif müəllimi lirik, epik və dramatik əsərləri, onun növlərinin xüsusiyyətlərini, bu xüsusiyyətlərin təlim prosesində nəzərə alınmalı olduğunu bilməlidir. Bədii mətnlər şagirdlərin hisslərinə və iradəsinə güclü təsir etməklə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Uşaqlar bədii əsərlərdəki müsbət qəhrəmanları sevir və onlarla birlikdə həyəcan keçirirlər. Bununlada, şagirdlərin həm intellektual, həm də mənəvi cəhətdən inkişaf prosesi baş verir.
İbtidai siniflərdə bədii mətnlərin oxusu yuxarı siniflərdə keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də, bu mərhələdə şagirdlər bədii əsəri təhlil etməyi, hadisələrin zaman və məkan şəraitini təyin etməyi bacarmalı, qəhrəmanın xarakterini müəyyənləşdirməyi, ilk poetik anlayışlara- şer, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s. dəqiq yiyələnməlidirlər. O cümlədən, şagirdlər bədii mətnlərdə tez-tez rast gəldiyimiz bədii təsvir vasitələri haqqında da təməl biliklərə sahib olmalıdırlar.
Bədii mətnlər üzrə oxu aşağıdakı sistemlə aparılır:
I Mətnin bütöv oxunması. Burada əsas məqsəd şagirdlərə oxunan mətnin məzmununu şüurlu mənimsətmək və onlara ifadəli oxumaq nümunəsi verməkdir.
II Mətnin hissə-hissə oxunması. Əgər elmi-kütləvi mətnlərin hissə-hissə oxunması prosesində şagirdlərə məzmunla bağlı məlumatlar verilirsə, burada məzmunun tam mənimsənilməsi üzrə iş gedir. Şagirdlərin bütöv oxu zamanı yiyələndikləri biliklər daha da genişlənir, dərinləşir və dəqiqləşir.
III Müəllimin tapşırığı əsasında mətnin sərbəst oxunması. Elmi-kütləvi mətnlərə nisbətən bədii mətnlərdə müxtəlif iş variantlarından istifadə etmək imkanları daha genişdir:
1) konkret obrazların hərəkətinin, xarakterinin müəyyənliyini ifadə edən söz, ifadə və cümlələrin seçilməsi;
2) bir-birilə ziddiyyət təşkil edən obrazlara aid müqayisəli xarakteristikanın tərtibi ilə bağlı söz və ifadələrin seçilməsi;
3) yazıçının istifadə etdiyi təsvir vasitələrinin seçilməsi;
4) əsərin əsas ideyasını müəyyənləşdirən cümlələrin seçilməsi və s.
IV Mətnin səhnələşdirilib oxunması
V Mətnin təkrar oxunması. Əgər mətn həcmcə kiçikdirsə və məcazlarla, obrazlı ifadələrlə o qədər zəngin deyildirsə, onu bütöv oxumaq məsləhətdir. Yaxud əksinə, material böyükdürsə, emosional xarakter daşıyırsa, iki-üç, bəzən də dörd şagird tərəfindən hissə-hissə oxunmalıdır. Sadə, kiçik həcmli hekayələr, xüsusilə təmsillər və nağıllar təkrar oxunmaya da bilər. Mətnin təkrar oxunması oxu vərdişlərinin inkişafı, bədii obrazların, məzmunun şagirdlərin təsəvvüründə möhkəmləndirilməsi, lüğət ehtiyatının zənginləşdirilməsi, oxunun canlı danışıq nitqinə yaxınlaşması baxımından əhəmiyyətlidir.
VI Mətnin sonuncu dəfə oxunması. Burada təbii sual meydana çıxır: mətnin təkrar oxusu ilə sonuncu oxusu arasında fərq nədən ibarətdir? Təlim prosesində onların hər ikisini tətbiq etməyə ehtiyac varmı? Təkrar oxuda əsas məqsəd bədii obrazları şagirdlərin təsəvvüründə canlandırmaqdırsa, sonuncu oxuda məzmunu onların şüurunda möhkəmləndirmək və emosional təsir qüvvəsini artırmaqdır. Məqsəddən aydın olur ki, bunlar təlim əhəmiyyətinə görə bir-birindən əsaslı şəkildə fərqlənən, lakin biri digərinə xidmət edən iş formasıdır. Ona görə də təlim prosesində onlardan istifadə olunmalıdır.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin