Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


İnteraktiv üsulların oxu təlimində tətbiqi



Yüklə 131,95 Kb.
səhifə14/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
OTM (mühazirə mətnləri) yeni

8. İnteraktiv üsulların oxu təlimində tətbiqi
Seçilən üsulların mətnin xüsusiyyətinə (bədii, elmi, publisistik) uyğun olmasına diqqət etmək vacibdir.
Mətnlərin müqayisəsi üsulunda - Mövzu təqdim edilir və şagirdlərə həmin mövzuda kiçik bir mətn yazmaq tapşırılır. Sonra şagirdlərə yazdıqları mətn ilə dərslikdəki mətnləri müqayisə etmək tapşırığı verilir: Mətnləri oxuyun, hər iki mətnin oxşar və fərqli cəhətlərini seçin. Seçim edərkən aşağıdakı məsələləri nəzərə alın:
• Sizin yazdığınız mətndə verilən məsələlər;
• Dərslikdəki mətndə verilən məsələlər;
• Hər iki mətndə verilən məsələlər;
• Fikirlərinizi daha aydın ifadə etmək üçün Venn diaqramından istifadə edin.
• Öyrəndiklərinizdən nə qənaətə gəldiniz?
• Belə bir mövzuda yenidən mətn yazsaydınız, ona başqa nələr əlavə edərdiniz?
Sinkveyn - Fransızların yaratdığı, beş sətirdən ibarət şeir janrı olan “Sinkveyn” (fransızca “beş” deməkdir) üsulu “beş coşğu", yaxud “beş uğur" mənasını verir. Sinkveyn xüsusi qaydalar əsasında yazılan şeirdir. Həmin qaydalar isə belədir:
1.Birinci sətirdə şeirin həsr olunduğu məfhumun adı verilir və adətən isimlə ifadə olunur. 2. İkinci sətirdə həmin məfhumu təyin edən, sizin onun haqda fikirlərinizi ifadə edən iki söz verilir və adətən sifətlə ifadə olunur. 3. Üçüncü sətirdə məfhumun nə etdiyini, yaxud onunla nə edildiyini göstərən üç söz verilir və adətən feillə ifadə olunur. 4. Dördüncü sətirdə məfhuma münasibətinizi göstərən dörd sözdən ibarət cümlə (cümlə sual və ya xitab formasında da ola bilər) verilir. 5. Beşinci sətirdə isə məfhumla bağlı insanın hiss və assosiasiyalarını təsvir edən bir və ya iki söz verilir. Məsələn: Tətil. Nəşəli, unudulmaz. Dincəlirik, əylənirik, sevirik. Hamının sevdiyi xoşbəxt çağlar. Xoşbəxtlik.
Sinkveyn oxunulan kitab və ya verilən problem haqqında qısa və bədii xülasədir. Bu metod şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqları formalaşdırır. Bu üsuldan istənilən mətnin (bədii, elmi, publisistik) oxusundan sonra istifadə etmək olar.
Müəllifdən soruş (Müəllif kreslosu)- Şagirdlərə əvvəlcədən mətni oxuyarkən müəllifə vermək istədikləri suallar (2-3 sual) fikirləşmək tapşırılır (suallar mətnin məzmunu haqqında olmalıdır). Sonra şagirdlərdən biri müəllif rolunu ifa edir və digər şagirdlər suallarını bu “müəllifə” verirlər. Şagirdlərdən bir neçəsi müəllif rolunda çıxış edərək suallara cavab verə bilər. Bu üsul şagirdlərdə mətni daha diqqətli oxumaq vərdişi formalaşdırır. Çünki diqqətli oxu həm mətnin məzmunu ilə bağlı suallar yaradır, həm də insanı bu suallara cavab axtarmağa təhrik edir. Əsasən elmi və publisistik mətnləri bu üsulla öyrənmək tövsiyə edilir.
Nişanlamaqla oxu (İNSERT) - Bu üsulla şagird mətndəki informasiyanı saf-çürük edə-edə oxuyur, bir növ mətni “inventarizasiya” edir, mətndə verilən informasiyanı qruplaşdırır. Şagirdlərə mətni aşağıdakı kimi işarələməyi təklif edin: “+” işarəsi ilə sizə artıq məlum olan informasiyanı qeyd edin; “-” işarəsi ilə əvvəlki biliklərinizə zidd olan informasiyanı qeyd edin; “!” işarəsi ilə sizin üçün maraqlı və gözlənilməz olan fikirləri qeyd edin; “?” işarəsi ilə sizin üçün qaranlıq qalan, daha çox öyrənmək istədiyiniz informasiyanı nişanlayın. Mətn ilə bu cür işlədikdən sonra həmin hissələri aşağıdakı cədvəldəki kimi sistemləşdirmək olar: + - ? ! Mən bunu bilirdim. Bu, mənim bildiyimə ziddir. Mən bu haqda daha çox bilmək istəyirəm. Bu, mənim üçün yeni məlumatdır. Nişanlama ilə oxu elmi və publisistik mətnlərlə iş üçün yararlı üsuldur.
Bilirəm, İstəyirəm bilim, Öyrəndim (BİBÖ)- Bü üsul oxu materiallarının dərk edilməsində şagirdləri məqsədli oxucuya çevirmək üçün çox faydalı üsuldur. BİBÖ üsulu informativ mətnlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Onu bədii mətnlərə tətbiq etmək məntiqsizdir. Nümunə Şagirdlər mətni oxumamışdan əvvəl cədvəlin I və II sütunlarını cavablandırırlar. Burada oxucunun aydınlaşdırmaq istədiyi suallar onun oxu məqsədini təşkil edir. Mətnlə tanış olduqdan sonra isə III sütuna fikirlər yazılır. II sütunda açıq qalmış suallara cavab tapmaq üçün müvafiq mənbə axtarmaq məsələsi gündəmə gəlir.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin