Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


Oxu təlimində kurikulum. Oxu təlimində fəal ( interaktiv) dərsin qurulması mərhələləri



Yüklə 131,95 Kb.
səhifə11/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
OTM (mühazirə mətnləri) yeni

7. Oxu təlimində kurikulum. Oxu təlimində fəal ( interaktiv) dərsin qurulması mərhələləri
XXI əsr qloballaşma əsri kimi tarixə daxil oldu. Bu, özünü təhsil sahəsində daha qabarıq büruzə verdi. Təhsil sahəsində gedən islahatlar çərçivəsində yeni yanaşmalar meydana gəldi. Əsası 1999-cu ildə qoyulan və ardıcıl həyata keçirilən “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”nın tələblərinə uyğun təhsil sahəsinə aid çoxsahəli islahatlar həyata keçirilməyə başlandı. Bu islahatlar çərçivəsində “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)”nun qəbul edilməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr 233nömrəli qərarı ilə təsdiq edilmişdir) təhsil sahəsində köklü dəyişikliklərin yaranmasına səbəb oldu.
Yeni kurikulum sənədinin qəbul edilməsi (Ümumtəhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları. 3 iyun 2010) bu sahədə gedən işlərin geniş vüsət almasına səbəb oldu. Kurikulum təhsili şagirdlərdə əzbərçilik deyil, sərbəst düşünmə, öyrəndiklərini tətbiqetmə bacarığını, məntiqi təfəkkürü inkişaf etdirir.
Milli kurikulum təhsilin məzmunu (ümumtəlim nəticələri, məzmun xətləri, əsas və alt standartlar); təlim strategiyaları (fəal dərsin təşkili prinsipləri, fəal dərsin planlaşdırılması, fəal dərsin forma və üsulları); qiymətləndirilməsi, qiymətləndirilmə mexanizmləri və standartları ilə bağlı bütün fəaliyyət sahəsini özündə əks etdirən konseptual sənəddir.
Milli kurikulum konseptual sənədi özündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatını, dəyərləndirmə modelini, texniki təchizatını və s. əks etdirir. Müəllim və məktəb qarşısında duran vəzifələri və onların həlli yollarını göstərir.
Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:

  • ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;

  • fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;

  • təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;

  • nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;

  • təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənlədirilməsinin təmin olunması;

  • şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.

Kurikulum anlayışının məzmunu, xarakterik xüsusiyyətləri, məqsəd və vəzifələri “Kurikulum” (curriculum) latın sözü olub, lügəvi mənası “kurs”, “elm”, “yol”, “istiqamət” deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. “Curriculum” sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənədlərində rast gəlinir. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk Kredit Sazişi əsasında bağlanıb.
15 iyun 1999-cu il tarixində “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı” təsdiq olunmuşdur. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.
“Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” 30 oktyabr 2006 –cı ildə Nazirlər Kabinetinin sərəncamı ilə qüvvəyə minmişdir və 2008- ci ildən tədrisə tətbiq olunmağa bağlanmışdır.
Nazirlər Kabinetinin sərəncamı ilə 3 iyun 2010 –cu il tarixində “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adlı yeni kurikulum sənədi qəbul olundu və əvvəlki “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” çərçivə sənədi quvvədən düşmüş elan edildi.
Milli kurikulum təhsilin məzmunu (ümumtəlim nəticələri, məzmun xətləri, əsas və alt standartlar), təşkili (fəal dərsin təşkili prinsipləri, fəal dərsin planlaşdırılması, fəal dərsin forma və üsulları) və qiymətləndirilməsi (qiymətləndirilmə mexanizmləri və standartları) ilə bağlı bütün sənədləri özündə əks etdirən konseptual sənəddir.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır.

  • fənyönümlü

  • şəxsiyyətyönümlü

Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir.
Müasir kurikulum ənənəvi proqramlardan fərqli olaraq şəxsiyyətyönümlü, nəticəyönümlü, tələbyönümlü, inteqrativlik əsas prinsip kimi qəbul olunmuş, qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilən bir proqramdır.
Bütövlükdə ayrı-ayrı fənlərin xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları adlanır. Fənn kurikulumunun strukturuna daxildir: giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, məzmun, strategiya və qiymətləndirmə. Məzmun hissəsinə aiddir: ümumi təlim nəticələri, məzmun xətləri, məzmun xətləri üzrə təlim nəticələri və məzmun standartları. Təlim strategiyasına daxildir: fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri, forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr və müəllimin təlim fəaliyyətinin planlaşdırılması. Təlim qiymətləndirmə hissəsinə aiddir: əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri.
Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri vardır. Ənənəvi və milli kurikulumun səciyyəvi cəhətlərinin müqayisəli təsvirinə nəzər salaq: Ənənəvi təhsil proqramı bilikyönümlüdür Müasir kurikulum şəxsiyyətyönümlüdür Ənənəvi təhsil proqramı müəllimyönümlüdür Müasir kurikulum isə şagirdyönümlüdür Ənənəvi təhsil proqramı fənyönümlüdür Müasir kurikulum isə nəticəyönümlüdür Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarekter daşımır Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. Ənənəvi təhsil proqramı təklifyönümlüdür Müasir kurikulum isə tələbyönümlüdür Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib. Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.Uşaqlar artıq dərsi özləri qavramaları,müəllimin yalnız nəzarətçi rolu üstün tutulur.
Milli kurikulumun strukturuna aşağıdakılar daxildir:
Ümumi təhsil pilləsi üzrə kurikulum
1.Ümumi təhsil səviyyələri üzrə ümumi təlim nəticələri
1.1.İbtidai təhsil üzrə ümumi təlim nəticələri
1.2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri
1.3.Tam orta təhsil üzrə ümumi təlim nəticələri
2.Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları
2.1. İbtidai təhsil səviyyəsi üzrə məzmun standartları
2.2. Ümumi orta təhsil səviyyəsi üzrə məzmun standartları
2.3. Tam orta təhsil səviyyəsi üzrə məzmun standartları
3. Ümumi təhsil pilləsində tədris edilən fənlər
3.1. İbtidai təhsil səviyyəsində tədris edilən fənlər
3.2. Ümumi orta təhsil səviyyəsində tədris edilən fənlər
3.3. Tam orta təhsil səviyyəsində tədris edilən fənlər
4. Ümumi təhsil səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının maksimum miqdarı
5. Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
6.Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi
2008-2009-cu tədris ilindən ibtidai siniflərdə kurikulum tətbiq olunmağa başlandı. Azərbaycan dili üzrə dərslik komplektləri (dərslik+metodik vəsait+iş dəftəri) işlənib hazırlandı. I-IV siniflər üçün Azərbaycan dili dərslikləri müəlliflər heyəti tərəfindən tərtib edildi.
Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır. Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır.
Fəal ( interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. İnduktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir , deduktiv tədqiqət isə əksinə. İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur.
Dərsin məqsədlərini, dərsin tipini müəyyənləşdirəndən sonra müəllim artıq fəal təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır.
İnteraktiv metodlarla keçirilən dərs bir neçə mərhələdən ibarətdir. Onlar aşağıdakılardır:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin