Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə2/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
OTM (mühazirə mətnləri) yeni

1. Təlim-bilik, bacarıq və vərdişləri müəyyən plan üzrə həyata keçirən bir üsuldur. Təlim dərsdə verilən və ya öyrədilən biliklərə xidmət edir.
2. Təhsil-əldə edilmiş bilik, bacarıq və vərdişləri sistemli mənimsədir və ya biliklərin məcmusudur. Şagirdlərin qabilyyətini interaktiv inkişaf etdirir, onların dünyagörüşünü formalaşdırır.
3. Tərbiyə-isə təlim və təhsilin nəticəsində əldə edilən davranış və əxlaq qaydaları, adət və ənənələrin vərdişidir
Oxu təliminin optimallaşdırılması, təlimin tərbiyələndirici və inkişafetdirici effektinin təmin edilməsi o vaxt mümkündür ki, müəllim yeni bilikləri şərh etməyin, şagirdlərin fəaliyyətini təşkil etməyin metodlarını bilsin, həmin metod və priyomları düzgün seçməyi bacarsın. Priyom metodun müəyyən hissəsidir. Hər hansı metodun tətbiqində priyomlardan istifadə mümkündür. Oxu təlimində əsasən,aşağıdakı priyomlardan istifadə olunur: müqayisə, tutuşdurma,ümumiləşdirmə, təsnifetmə, mətni hissələrə ayırmaq, əsas ideyanı göstərmək, planın tərtibi, seçmə oxu, yığcam nəqletmə və s. Müasir dövrdə şagird zehninin inkişafını təmin etmək məktəblərdə bir ümdə vəzifə kimi qarşıya qoyulmuşdur. Şagirdə nəyi öyrətmək və necə öyrətmək yolları müəyyənləşir. Hаl-hazırkı dövrdə oxu təliminin səmərəli təşkili üçün aşağıdakı
metodlar nəzərdə tutulur.
1.İdarəetmə metodu
2.Doqmatik metod
3.İnkişafetdirici metod
4.İntensivləşdirmə metodu
I İdarəetmə metodu - Şagirdlərə hərtərəfli bilik və bacarığın verilməsini, məsuliyyət hissini duymasını, dünyagörüşünün formalaşmasını, adət-ənənənin öyrənilməsini, mədəniyyət və s. kimi dəyərləri bilməsini qarşıya qoyur. Daha doğrusu xalqa məhəbbət, vətən sevgisi, müstəqil və yaradıcı düşünmə şəxsiyyət kimi formalaşmağa zəmin yaradır. Müasir təhsil sistemində idarəetmə metoduna sosial pedaqoji sistem kimi baxılır. Bu metodun vasitəsi ilə təlim-tərbiyə təhlil olunur və bu proses zamanı şagirdin münasibəti şüurlu sürətdə öyrənməyi tənzimləyir. İdarəetmə metodu il boyu tədrisdə nəzərdə tutulur və müəllim tədris zamanı aşağıdakı məsələlərə diqqət yetirir.
-poqramın(kurikulumun) qarşıya qoyduğu təlim nəticələrini müəyyənləşdirir;
- mövzunun ideya-məzmunu təhlil edilir;
-tədris zamanı qarşıya çıxan çətinliyin dəf olunmasında şagirdlərlə qarşılıqlı fəaliyyət göstərir;
-şagirdlərin bilik və bacarıq səviyyələrini dəyərləndirir və s.
Müəllim hər zaman sinfi idarə edir, şagirdlərin fəallığının təşkili üçün lazımı mühit yaradır. Müəllim idarəetmə metoduna tədris prosesində pillə-pillə nail olur. Məsələn, hər bir mətn üzrə müxtəlif variantlı hazırlıq işi aparır. Müəllim hər bir mətnin tədrisində fakt və hadisəyə maraqlı motivasiya qurur. Bunun üçün mümkün olan bütün əyani vasitələrdən istifadə edir, lazım olduqda müşahidələr təşkil edilir. Başqa bir mövzunun tədrisində şəkillərdən(tək, sujetli, seriya) yararlanır, daha sonra mövzunun tələbinə əsasən sxem, cədvəl, iş vərəqlərindən istifadə edir, mövzunun məzmununa uyğun plan tərtib edir. Daha sonra mətnin oxusu, çətin söz və ifadələr üzrə lüğət işi gedir, obrazların xarakteri açılır, monoloji və dialoji niqin inkişafına diqqət verilir, şagirdlərin nağıletmələrinə şərait yaradılır və s. Müəllim şagirdə verilən bilik və bacarığın praktikaya, həyata tətbiqini istiqamətləndirir.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin