2. Strategiyalı oxu Şagirdlərin təlim nəticələrini yüksəltmək üçün müvafiq metod və üsullarla yanaşı strategiyadan da istifadə edərək, mətnin oxusunu düzgün təşkil etmək vacibdir. Oxunun düzgün təşkili dedikdə isə strategiyalı oxu nəzərdə tutulur. Strategiyalı oxu nədir? Strategiyalı oxu ilə bağlı müxtəlif yanaşmalar var. Mütəxəssislərin fikrincə, strategiyalı oxu mətni dərk edərək, düşünərək oxumaqdır. Onlardan bir qismi düşünür ki, strategiyalı oxu şagirdə daha məharətlə düşünməyi öyrədir, bir qismi isə strategiyalı oxunu təlimin əsas məqsədi hesab edir. Yəni bu cür oxu anlamaya, tətbiqə və təhlilə aparan əsas yoldur. Bununla şagird sürətli düşünmək, sual vermək, əvvəlki biliklərin əsasında yeni biliklər qazanmaq, fikir mübadiləsi aparmaq, oxuduqlarından nəticə çıxarmaq və bütün bunlardan həyatda qarşılaşdığı problemlərin həllində istifadə etmək bacarıqlarına yiyələnir.
Strategiyalı oxuda şagird öz oxu fəaliyyətini özü təşkil və idarə edir. O, verilən mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problemin həlli kimi görür və beləliklə, məqsədinə nail olmaq üçün öz fəaliyyətlərini düşünülmüş şəkildə təşkil edir, yəni öz strategiyasını qurur.
Oxu strategiyasını qurmağı bacaran şagird mətnin oxusundan gözlənilən nəticəni artıq oxuya başlamazdan əvvəl aydın təsəvvür edə bilir. O, dəqiq bilir:
- Hansı suallar cavablandırılmalıdır?
- Oxu hansı plana əsasən təşkil edilməlidir?
- O, bu haqda artıq nələri bilir?
- Səmərəli oxu üçün nələr etmək lazımdır?
Strategiyalı oxu həm də şagirdə öz oxu nəticələrini yoxlamaq və əldə etdiyi nəticələr üzərində düşünmək imkanı verir. Beləliklə, şagirddə vacib idraki bacarıqlar ̶ əsas ideyanı müəyyən etmək, onları əvvəlki biliklərlə əlaqələndirmək, oxuduğu mətni başqa mətnlərlə müqayisə etmək, mətndə təsvir olunanları təsəvvüründə canlandırmaq kimi bacarıqlar formalaşır. Bunları isə təfəkkürün yüksək mərhələsinə ̶ təxəyyülə doğru atılan addımlar kimi qiymətləndirmək olar. Bununla şagirdlər həm mətni qavrayır, həm də qavrama prosesinin mərhələlərini strukturlaşdırırlar.
Əlavə. Anlayaraq, dərk edərək,təşkil edilmiş oxuya cəlb edilməklə şagirdlərin strategiyalı oxusu təşkil edilir. Strategiyalı oxucular oxu zamanı strategiyaları düşünərək istifadə edirlər. Mətnin hər hansı hissəsini dərk etməyən şagird, bildiyi oxu strategiyalarını tətbiq edərək həmin hissənin dərk edilməsinə nail olur. Məsələn “Ucadan düşünmək” strategiyası mürəkkəb mətnlərin məzmununun dərk etməsində şagirdlərə çox faydalıdır. Şagirdlər “Oxudan əvvəl mülahizələr yürütdüm”, “Oxu zamanı özümə suallar verdim”, “Mətnin hissələri arasında əlaqə yaratdım” kimi fikirləri onların yüksək idraki bacarıqlarından istifadə etdiklərində xəbər verir. Ümumiləşdirmək, sual vermək, mətndən nəticə çıxarmaq və yekunlaşdırmaq kimi bacarıqlar metakoqnitiv bacarıqlardır. Şagirdər metokoqnitiv bacarıqları nə qədər çox istifadə edirlərsə, o qədər tez təlim materiallarını mənimsəyirlər. Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 saylı və Mir Cəlal Paşayev adına 39 saylı tamorta məktəblərdə strategiyalı oxu ilə bağlı aparılmış araşdırmalardan məlum oldu ki, Oxuya müxtəlif cür yanaşmalar mövcuddur. Bir qrup müəllimlər hesab edirlər ki, strategiyalı oxu mətni düşünüb oxumaqdır. Məktəblərin digər qrup müəllimləri düşünürlər ki,strategiyalı oxu şagirdə daha mükəmməl şəkildə düşünməyi öyrədən oxudur. Üçüncü qrupun nümayəndələri isə hesab edirlər ki, strategiyalı oxu təhsilin məqsədidir, yəni oxutəlimə, tətbiqə və təhlilə aparan əsas yoldur. Bununla oxucular çevik düşünmək, sualvermək, keçmiş biliklərə əsaslanan yeni biliklər əldə etmək, fikir mübadiləsi aparmaq,nəticədə fikri dəqiq müəyyənləşdirmək və onlardan həyati problemlərin həllində istifadəetmək kimi bacarıqlara yiyələnirlər .Təhsildə şagirdyönümlülük strategiyalı oxunun inkişafında xüsusi əhəmiyyət kəsb edir . Strategiyalı oxunun inkişafı o deməkdir ki, şagirdlər zehinlərində ilkin düşüncələrinitəlimlə əlaqələndirməyi öyrənməlidirlər.
Oxu strategiyaları oxunun təşkili, idarə etməsi və nəticənin qiymətləndirilməsi ilə yekunlaşmır.Məzmundan əldə edilən qənaətlərin müxtəlif həyat problemlərinin həllində istifadəsi bu prosesin davamı olub, şagird dünyagörüşünün genişlənməsinə və oxunun əhəmiyyətinin dərk edilməsinə xidmət edir.Hər fənn üzrə oxunun özünəməxsus cəhətləri vardır. Buna görə də, şagirdlərə ilk olaraq fənlər üzrə materialları oxumağın yolları öyrədilməlidir. Müəllimlər şagirdlərə sadəcə: ”Kitablarınızı açın və mətni oxuyun!” deməməlidir. Əksinə,onları oxudan əvvəl,oxu zamanı və oxudan sonra mühüm təlim strategiyalarının tətbiqinə istiqamətləndirməlidir.
Mətn üzərində iş təşkil edərkən müəllim əvvəlcədən işi planlaşdırmalı və hansı fəaliyyətlərin hansı məqamda yerinə yetiriləcəyini bilməlidir.
Mətnlər 3 hissədən ibarət olur: giriş, əsas hissə, sonluq (nəticə).
Mətnin giriş hissəsində əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında məlumat verilir. Əsas hissədə qəhrəmanın başına gələn hadisələr təsvir olunur. Sonluqda hadisələrin necə bitdiyi bildirilir və ya məzmunla bağlı nəticə çıxarılır.
Giriş. Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıq; əsas fikirlə əlaqə yaradan məqamların təqdim edilməsi. Nəzərə alınmalı məsələlər: oxuya hazırlıq; təsvir edilən əşya və hadisə haqqında maraq doğuran cümlələrin müəyyənləşdirilməsi; əsas fikrin təqdim edilməsi;əvvəlcədən əsas fikrə zəmin yaradılıbmı? Mətndə əsas fikirlə əlaqəsi olmayan məsələlərə yer verilibmi? Təsvir ediləcək məsələlər barədə oxucuda təsəvvür yaradılıbmı?
Əsas hissə. Əşya, hadisə, insan və məkanla bağlı təsvirlərin ardıcıllıq(uzaqdan yaxına və ya əksinə; ümumidən xüsusiyə və ya əksinə; insan təsvirində başdan-ayağa və ya əksinə), yaxud əhəmiyyətlilik baxımından müəyyənləşdirilməsi. Təsvir ediləcək məsələlərin müəyyən edilməsi və sıra ilə düzülməsi. Yalnız bədii və təsvir vasitələrinə deyil, həm də hisslərin və faktların təsvirinə yer verilibmi? Məsələlər haqqında danışılıb, yoxsa onların necə olduğu sözlə göstərilib? Düşüncə və hisslərin təqdim edilməsi. Şagirdin irəliyə doğru istiqamətləndirilməsi.
Nəticə. Təsvirləri yekunlaşdırmaqla yazının başa çatdırılması. Gözəl bir sonluğun verilməsi.
Strategiyalı oxu materiallar əsasında oxunun təşkil olunması,idarə edilməsi və nəticənin qiymətləndirilməsi mərhələlərindən sonra məzmundan əldə edilən qənaətlərin müxtəlif həyati problem və tapşırıqların həllində istifadə edilməsinə və şagirdin dünyagörüşünün zənginləşdirilməsinə xidmət edən vasitə kimi dəyərləndirilir.
Fikrimizcə, strategiyalı oxunun bir əhəmiyyəti də odur ki, şagird sözün orfoqrafik və orfoepik normaya uyğun yazılmasına və tələffüzünə yiyələnə bilir.
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, strategiyalı oxu verilmiş materiallarüzərində praktik şəkildə düşünüb, dərk etmə mühiti yaradır.