Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə18/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
OTM (mühazirə mətnləri) yeni

Hekayənin oxusu. Hekayədə hadisə müəyyən xətt üzrə ardıcıllıqla izlənilə və yadda saxlanıla bilər.Hekayələrin oxunması düzgün oxu texnikasının inkişafı baxımından da faydalıdır. Bu məqsədlə I-II siniflərdə hekayənin müəllim tərəfindən oxusu çox vacibdir. III-IV siniflərdə buna o qədər də ehtiyac qalmır. Dramatik hadisələrlə zəngin, emosional hekayələri şagirdlər müəllimin ifadəli oxusu nümunəsində daha yaxşı mənimsəyirlər.
Hekayənin məzmunundan, həcmindən və şagirdlərin yaşından asılı olaraq onun öyrənilməsinə həsr olunmuş məşğələlər müxtəlif cür qurulur. Şagirdlər hekayədə hadisələri müəyyən xətt üzrə ardıcıllıqla izləyə və yadda saxlaya bilərlər. Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalımalıdır ki, şagirdlər hekayədəki hadisənin baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər. Şagirdlər hekayədə iştirak edən şəxslərin, xüsusilə qəhrəmanların xarakterik əlamətlərini, xarici görünüşünü müəyyənləşdirməyi bacarmalıdırlar. Hekayə oxunduqdan sonra müəllim hekayədən qəhrəmana aid xüsusiyyətləri(sifətləri) bildirən sözləri seçməyi, ona
xasiyyətnamə tərtib etməyi tələb edə bilər, lakin əvvəlcə müəllim şagirdlərə hekayəyə sadə xasiyyətnamə tərtib etməyi öyrətməlidir. Xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır. Məsələn, şagirdlər III sinifdə “Yaxşılığa yaxşılıq” hekayəsini oxuyarkən Tural və Vüsal surətlərini tutuşdururlar. Şagirdlər bildirirlər ki, Tural diqqətli, qayğıkeş, saf ürəkli, mərhəmətli, təbiəti və onun bir parçası olan heyvanları sevən, onları qoruyan, yardım edən oğlandır. Vüsal isə laqeyd, diqqətsiz heyvanları sevməyən(təbiəti sevməyən) və dostuna kömək etməyən oğlandır. Tural yoldaşına nümunə olmağa və onu yaxşı yola dəvət etməyə çalışandır və s. IV siniflərdə bu sahədə iş bir qədər də mürəkkəbləşir. Şagirdlər iştirak edənləri müqayisə etmək, qəhrəmanların hərəkətlərini qiymətləndirməklə yanaşı, onlara münasibət bildirməyə, həm də bunun səbəbini izah etməyə çalışırlar. Bir çox hallarda hekayədəki dialoqa qəhrəmana xasiyyətnamənin verilməsi vasitəsi kimi baxmaq lazımdır. Hekayənin ifadəli oxusu–şagirdlərdə əsərdəki obrazlara emosional yanaşmağı, intonasiyaya əməl etməyi, cümlələrdəki sözlərin məna əlaqəsini başa düşməyi, əsərdə təsvir olunanlara səmimiyyət hissini oyadır.
II sinif “Azərbaycan dili” dərsliyində verilmiş bir neçə hekayənin tədrisinə nəzər salaq. “İki gombul və dovşan”(2 saat) – 1-ci saat


Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin