Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi Cari vəziyyət



Yüklə 22,75 Kb.
səhifə2/4
tarix10.05.2023
ölçüsü22,75 Kb.
#110662
1   2   3   4
Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi

Təklif edilən layihə

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, özünüməşğul şəxslərin formal məşğulluğa keçidini təmin etmək məqsədilə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz almaqla fəaliyyət göstərməsi istiqamətində daha effektiv stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Təklif olunan layihənin icra edilməsi həm, özünüməşğul şəxslərin məşğulluq imkanlarını genişləndirəcək, həm əmək bazarında tələb və təklif arasında harmoniyanın təmin olunması istiqamətində səmərəli olacaq, həm özünüməşğul şəxslərin vergi orqanlarından sabit qəbz almaqla fəaliyyətinin rəsmiləşdirməyə həvəs yaradacaq, həm də dövlət büdcəsinə vergi daxilolmalarını və DSMF-ə sığorta ödənişlərini artıracaq.


Belə ki, layihə özünüməşğul şəxslərin fəaliyyət göstərdiyi sahələr üzrə öz məhsul və xidmətlərini bazarda təklif etmək məqsədilə vahid bir elektron bazanın mobil tətbiq vasitəsilə yaradılmasını nəzərdə tutur. Özünüməşğul şəxslər – istər məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər, istər dayə, bağban, ev işlərində xidmətçi, istərsə də fərdi ticarətlə məşğul olan fərdlər– bu proqramdan qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradacaqlar. Öz şəxsi kabinetlərində bu şəxslər özləri haqqında (xidmət göstərdiyi ərazi, sertifikatlar və s.) və təklif etidyi məhsullar və ya göstərdiyi xidmətlər barədə (təklif etdiyi mal və xidmətlərin adları, qiyməti və digər məlumatar) zəruri məlumatları qeyd edəcəklər. Proqram GPS funksiyası ilə təmin edilməklə hər bir kəsin qeydiyyatını və istifadəsini şəxsiyyət vəsiqəsi vasitəsilə mümkün edəcəkdir. Belə ki, proqram həm, özünüməşğul şəxslərə həm də onların xidmətlərinin istifadəsində yararlanan digər vətəndaşlar üçün nəzərdə tutulub. Digər istifadəçilər lazım olan xidmətlər üçün (məs: elektrik avadanlıqlarının təmiri) proqramda axtarış verəcək və müvafiq yaşayış ərazisi üzrə həmin xidmətləri təklif edən özünüməşğul şəxslər və təklif edilən xidmət və qiymətlər barədə məlumat əldə edəcək. Qeyd edək ki, bu mobil tətbiq nəinki, özünüməşğul şəxslərin təklif etdiyi mal və xidmətlər bazarını genişləndirəcək, eyni zamanda həmin mal və xidmətlərin istifadəçiləri üçün də lazım olan xidmətləri tez və optimal əldə etməyə imkan yaradacaq.
Bu mobil tətbiqin formal məşğulluğun təşviqində rolu çox əhəmiyyətli olacaqdır. Belə ki, adıçəkilən mobil tətbiq geniş əhali kütləsi üçün ödənişsiz olsa da, öz məhsul və xidmətlərini təklif edən özünüməşğul şəxslər üçün yalnız Vergi Məcəlləsində qeyd edilmiş sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə etdikdən sonra mümkün olacaq. Bu tətbiqin özünüməşğul şəxslər üçün öz məhsul və xidmətlərinin reallaşdırmaq istiqamətində geniş imkanlar açacağını nəzərə alsaq, qəbz əldə etməyə çəkilən xərc böyük görsənməyəcək və həmin şəxslərin öz məhsulları üçün bazar tapmasını sürətləndirəcək. Qeyd edilən qəbzin müddəti bitdikdən sonra isə həmin şəxsin qeydiyyatı avtomatik olaraq dayandırılacaqdır.
Qeyd edilən mobil tətbiqin Respublikada əmək və məşğulluq sahəsində dövlət siyasətini həyata keçiriən qurum olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və vergi siyasətini həyata keçirən qurum olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə layihəsi olması təklif olunur. Və hər iki qurumun elektron informasiya sisteminin bu tətbiqə intqerasiya edilməsi mobil tətbiqin effektiv təşkil edilməsi üçün zəruridir.
Mobil tətbiqin geniş əhali kütləsinə təqdim edilməsi üçün keyfiyyətli reklam və tanıtma işlərinə ehtiyac olacaq və tətbiqin əhali tərəfindən geniş istifadəsini stimullaşdırmaq məqsədilə bir müddət (3 ay) ödənişsiz – yəni qəbz almadan istifadəsinə imkan verilməlidir.



Yüklə 22,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin