5.5. Təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.
XXX Universiteti tərəfindən iş adamları, valideynlər ilə görüşlərdə təhsil proqramları üzrə aparılan hazırlığa dair müraciətləri daim diqqət mərkəzindədir. Tələbələrlə görüşlərdə təhsil proqramları üzrə aparılan hazırlığa dair onların şıkayətləri olmasa da, qeyd olunan istiqamətlərdə təklifləri dinlənilir, təhsil qanunvericiliyində keyfiyyətsiz təhsilə görə məsuliyyət məsələsi nəzərə çatdırılır.
AR TN illər üzrə ali təhsil müəssisələrində “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrlərinə əsasən imtahanlar zamanı baş verə biləcək münaqişələrin aradan qaldırılması məqsədi ilə hər imtahan sessiyası müddətində universitetdə apelyasiya komissiyası yaradılmışdır.
Apellyasiya komissiyası öz işini Təhsil Nazirliyinin 11 sentyabr 2008-ci il tarixli 1059, 1060 nömrəli əmrləri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” müvəqqəti əsasnamələr əsasında qurmuş və “İmtahana görə balların yığılması” bölməsinə xüsusi diqqət yetirilmişdir. İllər üzrə komissiyaya müraciətlər və nəticələr aşağıdakı kimi olmuşdur:
Tədris ili
|
Semestr
|
Apelyasiyaya müraciət edənlərin sayı, nəfər
|
Apelyasiyada düzəliş olunan işlərin sayı
|
Düzəliş olunan işlər, %-lə
|
Qeyd
|
2014-2015
|
Payız
|
53
|
26
|
49,1
|
|
2014-2015
|
Yaz
|
25
|
13
|
52,0
|
|
2015-2016
|
Payız
|
282
|
109
|
38,7
|
|
2015-2016
|
Yaz
|
121
|
40
|
33,1
|
|
2016-2017
|
Payız
|
171
|
58
|
33,9
|
|
2016-2017
|
Yaz
|
298
|
104
|
34,9
|
|
2017-2018
|
Payız
|
233
|
121
|
51,9
|
|
Apellyasiya komissiyası iclaslarının protokollarının təhlili göstərir ki, cavab blanklarının əksəriyyətinin müəllimlər tərəfindən obyektiv yoxlanılmasına baxmayaraq, bir çox hallarda işlərin səthi və qeyri-dəqiq yoxlanılması, nəzərdənqaçmaların olmasına yol verilmiş və bəzi hallarda isə qiymətlər müvafiq meyarlara uyğun verilməmişdir. Bu halların bir daha təkrarlanmaması ücün hər bir düzəliş olunan iş üçün apelyasiya komissiyasının iclasının protokolundan çıxarış müvafiq fakultə rəhbərliyinə təqdim edilmişdir.
Apellyasiya komissiyası hər bir tələbənin şikayətinə obyektiv baxmış, tələbənin qiymətləndirmədən narazı qaldığı fənn müəllimi və yaxud işi yoxlayan müəllimdən əlavə, uyğun ixtisas üzrə fənni bilən digər müəllimlərdə dəvət edilmiş, obyektivliyin və ədalətin bərpası maksimum dərəcədə diqqətdə saxlanılmışdır.
Apellyasiya komissiyasının iclaslarında tələbələrin semestrin yekununa görə tədris edilən fənlər üzrə fənn proqramının mənimsəmə göstəricilərinə nəzarət qrafikinə də baxılmışdır. Bu qrafikdə hər bir tələbənin fənnin tədrisinə davamiyyətə, sərbəst iş tapşırığını yerinə yetirməsinə, məşğələ dərslərində qiymətlərinə görə yekun balı, onun semestr boyu çalışqanlığını göstərir. Uzun illərin təcrübəsi göstərir ki, imtahanda qeyri-müvəffəq qiymət alan tələbələr əsasən gündəlik tədris prosesində zəif bilik nümayiş etdirən və imtahanlara hazırlaşmayanlardır.
Dostları ilə paylaş: |