ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Yekun Dövlət Attestasiya Komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri



Yüklə 154,94 Kb.
səhifə22/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
Özünütəhlil hesabatı

5.4. Yekun Dövlət Attestasiya Komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri.
Yekun Dövlət Attestasiya Komissiyalarının (DAK) işlərinin nəticələrinə dair AR TN-nin təsdiq etdiyi sədrlər tərəfindən hazırlanan hesabatlar fakültə elmi şuralarında təsdiq edilir, məzunların buraxılış işlərinin və yekun dövlət imtahanlarının nəticələri mütəmadi və ətraflı təhlil olunur. Mövcud qaydalara uyğun olaraq, dövlət attestasiyasıları başa çatdıqdan sonra dövlət attestasiya komissiyalarının sədrləri komissiyaların fəaliyyəti barəsində müvafiq şəkildə yazılı hesabatlar vermişlər.
Hesabatlardan məlum olur ki, attestasiyadan keçirilən tələbələrin böyük əksəriyyəti imtahana salınmış fənlər üzrə qazandıqları bilikləri elmi şəkildə, dolğun və məntiqi ardıcıllıqla ifadə etməyi bacarırlar, müvafiq terminologiyadan düzgün istifadə edə bilirlər. Buraxılış işləri yerinə yetirmiş tələbələr buraxılış işlərini tələb olunan səviyyədə tərtib etmiş və müdafiə etmişlər. Protokolların təhlili göstərir ki, komissiya tərəfindən verilmiş suallar düzgün cavablandırmışdır.
Dövlət attestasiya komissiyalarının sədrləri öz hesabatlarında qeyd etmişlər ki, attestasiyadan keçirilən tələbələrin bilik səviyyələri komissiya üzvlərini razı salmışdır. Komissiya üzvlərinin fikrincə, məzunların böyük əksəriyyəti nəzəri hazırlıq prosesində əldə etdikləri bilikləri istehsalatda praktiki şəkildə tətbiq etməyi bacaracaqlar, gələcək peşələri ilə bağlı qarşıya çıxan müxtəlif məsələləri müstəqil şəkildə həll etmək səriştəsinə malik olacaqlar. Hesabatların təhlili belə bir nəticə çıxarmağa əsas verir ki, komissiyaların sədrləri və üzvləri kollegial şəkildə işləmiş, öz fəaliyyətlərini şəffaflıq və obyektivlik şəraitində qurmuş, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarlarını düzgün tətbiq etmiş və qiymətləndirmənin nəticələrini tələbələrə operativ elan etmişl, barələrində “bakalavr” dərəcəsi verilməsi qərarını çıxardıqları məzunların əmək bazarı üçün mütəxəssis kimi yetişdirildiyinə zəmanət verdiklərinə görə öz vəzifələrinə məsuliyyətlə yanaşmışlar.
Hesabatlarda bəzi çatışmazlıqlar da qeyd edilmişdir. Belə ki, bəzi tələbələrin yazı mədəniyyətinin səviyyəsi aşağı olmuş, fikirlərinin izahında məntiqi ardıcıllığa riayət edilməmiş, uzunçuluğa yol verilmişdir. Buraxılış işlərinin bəzilərində orfoqrafik səhvlərə yol verilmiş, fəsillərin və yarımfəsillərin həcmləri mütənasib bölünməmiş, mövcud ədəbiyyatın icmalı hissəsinin həcmi həddən ziyadə böyük olmuş, işin məqsəd və vəzifələri bəzi hallarda çıxarılmış nəticələr ilə uyğun olmamış, istifadə olunmuş ədəbiyyat siyahısı həddindən artıq olmuş, onların arasında işdə istinad edilməmişləri də yer almışdır. Müdafiə zamanı bəzi tələbələr komissiya tərəfindən verilmiş suallara əsaslandırılmış şəkildə cavab verməkdə çətinlik çəkmişlər.
Sədrlərin bir qismi öz hesabatlarında komissiya üzvlərinin bəzi təklif və tövsiyələrini ümumiləşdirərək qeyd etmişlər ki, məzunların – gələcək mütəxəssislərin nitq mədəniyyətinə diqqət yetirmək lazımdır – bu baxımdan yekun dövlət imtahanlarının gələcəkdə yazılı olmaqla bərabər, eyni zamanda şifahi şəkildə də aparılması barəsində düşünməyə dəyər, buraxılış işlərinin mövzularını istehsalata daha çox yaxınlaşdırmaqla onların praktik əhəmiyyətini artırmaq, işlərdə informasiya texnologiyalarını daha çox tətbiq etmək, müdafiə zamanı slaydlardan daha geniş istifadə etmək, axtarış elmi tədqiqatlar sahəsində işlərin yerinə yetirilməsini genişləndirmək məqsədəuyğun hesab edilmişdir.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin