xolinoblokatorlar qrupunun biperiden, triperiden, benztropin mezilat, bomaprin hidroxlorid kimi nümayəndələrindən də geniş istifadə olunur. Bu preparatların təsir spektri triheksifenidilə müvafiq olmaqla, biri-birindən yalnız, istifadə dozaları, terapevtik effektlərinin latent dövrü, intensivliyi, gücü və xarakterilə fərqlənir.
Parkinson xəstəliyi əleyhinə təsir, həmçinin, fenotiazin törəmələri qrupunun mərkəzi xolinoblokadaedici aktivliyə malik dietazin, etopropazin, eləcə də, antihistamin maddələr - Difenhidramin, orfenadrin və xlorfenoksamin preparatlarında da vardır. Fenotiazin törəmələri və anti-histaminlər qrupu nümayəndələrinin Parkinson xəstəliyi zamanı təsiri xolinoblokatorlardan zəifdir. Onlardan, əsasən, yaşlı xəstələrin müalicəsində (xolinoblokatorların əlavə effektlərinə dözümsüzlük göstərdik-lərinə görə) istifadə olunur. Bu cəhətdən, daha çox hallarda üstünlüyü difenhidramin preparatına verirlər. O, müalicə məqsədilə gündə 3 dəfə, hər dəfə 25-50 mq dozalarda təyin olunur. Antihistamin preparatlar sedativ təsirə malik olduqlarına görə, xəstəliyin yuxusuzluq və gərginlik kimi arzuolunmaz əlamətlərini də aradan qaldırır.
Parkinson xəstəliyinin kompleks müalicəsində, həmçinin, trisiklik antidepressantlardan da istifadə olunur. Bu preparatların (kiçik dozalarda) levadopa və xolinoblokatorlarla birlikdə təyini, sonuncuların terapevtik effektini qüvvətləndirir. Trisiklik antidepressantların bu xəstəlik zamanı təsiri, onların antixolinergik xüsusiyyətlərilə əlaqədardır.
Xəstəliyin ağır, xüsusən, müalicəyəyatımsız formalarında bəzən cərrahi müdaxilədən istifadə edilir. Məlumdur ki, orqanizmin hərəki-motor funksiyalarının tənzimində əsas rolu striatum (corpus striatum) oynayır. Striatumdan başlayan və hərəki fəaliyyətə nəzarət edən sinir lifləri talamusun bəzi nüvələrindən keçir. Çox mürəkkəb və çətin olmasına baxmayaraq, talamus üzərində aparılan stereotaksik cərrahi əməliyyatlar (talamotomiya) Parkinson xəstəliyinin müalicəsində uğurlu nəticələr almağa imkan vermişdir. Hazırda daha çox hallarda talamotomiya əvəzinə pallidotomiyadan (termokoaqulyasiya vasitəsilə) və ya talamusun subtalamik və paraventrikulyar (nucleus ventralis interme-dius thalami) nüvələrinin elektrik stimulyasiyası kimi cərrahi müdaxilələrdən istifadə edilir. Son illər qara cisim (s.nigra) və quyruqlu nüvə (n.caudatus) üzərində aparılan transplant əməliyyatlarınuğurlu nəticələri haqqında da məlumatlar verilir. Nəzərə almaq lazımdır ki, MSS-nin xronik gedişli ağır xəstəliklərindən biri olan parkinsonizmin dərman müalicəsi, ancaq əvəzedici terapiyadır. Başqa sözlə desək, bu məqsədlə istifadə olunan bütün preparatlar müalicəvi təsirini yalnız işlədildikləri müddətdə saxlayır. Dərmanların qəbulunun dayandırılması müəyyən vaxtdan sonra xəstəliyin əlamətlərinin yenidən meydana çıxmasına səbəb olur.
Azərbaycan Tibb Universiteti
Əczaçılıq fakultəsi
III kurs 801 A qrup tələbəsi
Nəsibova Töhfə Aslan qızının
Farmakologiya 1 fənnindən
“Parkinson xəstəliyi zamanı istifadə olunan preparatlar və onların əlamətlərinin aradan qaldırılması səbəbləri”