Bir neçə gündən sonra xalqımızın ən
qədim və sevimli bayramı olan Novruz
ölkəmizə öz mübarək qədəmlərini qoya-
caq. Yeni həyat gətirən, qəlbləri sevindirən,
ətrafı gözəlləşdirən, təbiəti oyadan Nov-
ruz bayramı bəşəriyyətin ən qədim şənlik
və mərasimlərindən biridİr. Xalqımızın bu
günə qədər yaşatdığı, qoruyub gələcək
nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu
bayram özündə dünyanın yaranma və ya-
şam sirlərindən tutmuş, gələcəyə,xoşbəxtliyə,
bolluğa ümidini əks etdirir. Novruz yeni gün,
yeni həyat mənasını daşımaqla həm də bir
çox xalqların yeni ilidir. Çünki məhz Novruzda
həyat yenidən canlanır, torpaq qış yuxusundan
oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir,
günəş istisi artır, gecə ilə gündüz bərabərləşir
və beləliklə də yeni həyat başlayır.
Novruz bayramının mənşəyi qədimdir. İs-
lam dini Yaxın Şərq və Orta Asiya ölkələrində
yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin
xalqlarının adət-ənənələrini, bayramlarını
təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər,
müxtəlif təriqət nümayəndələri bu bayramı
təbii və tarixi köklərindən ayırmağa çalışmış,
ona dini, mövhumi libas geyindirməyə cəhd
göstərmşlər. Hətta bəzi din xadimləri belə bir
fərziyə uydurmuşlar ki, Novruz bayramı guya
IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi
günlə əlaqədardır. Halbuki imam Əli iyul ayın-
da hakimiyyətə gəlmiş, Novruz isə yazda bay-
ram edilir.
Xalqın bayramla əlaqədar keçirdiyi
mərasimlər heç bir dini ehkamlar ilə bağlı
deyildir. Əksər xalqlar bahar bayramının əsl
mahiyyətindən doğan bir sıra adət-ənənələri,
oyunları indiyədək saxlamışlar. Bəzi mənbələr
Novruzun Atəşpərəstliklə bağlı olduğunu, od
simvolunun müqəddəs olduğunu qeyd edir.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam
dini yayıldıqdan sonra da Novruz bayramın-
da yaz ənənələrinin, əkinçilik təqvimi etiqad-
larının möhkəm yer tutduğunu göstərirlər.
Əbu Reyhan Biruni Novruz bayramı haqqın-
da müxtəlif rəvayətlərdən, onun yaranması
səbəblərindən, bu bayram münasibətilə xalq
arasında yayılmış adət-ənənələrdən bəhs et-
miş, Novruz bayramının təbiətin oyanması,
əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl
dünyəvi bayram olduğunu qeyd etmişdir.
Bayram hazırlığı və çərşənbələr...
Bu bayrama insanlar hələ mart ayı ilk
qədəmlərini qoyandan hazırlaşmağa başla-
yırlar. Xalqımız bayramqabağı mənzillərini
təmizləyər və bununla da sanki qışdan yığı-
lıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz
çıxsınlar. Uzun əsrlər boyu formalaşan inan-
ca görə, yeni ili necə qarşılasan, il boyu eyni
şəkildə davam edəcəksən. Bu səbəbdən də
insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni
zamanda uşaqlara və özlərinə təzə libas alır-
lar. Bayram günü yaxınlaşdıqca insanlar biş-
düşlərini edər, şirniyyatlarını bişirər, çərəzlərini
hazırlayarlar.
Novruz gününə aparan yol 4 "mərhələdən"
- çərşənbələrdən keçir. Bəzi qədim inanclara
görə kainat 4 ünsürdən - su, od, torpaq və
küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruz-
dan, günün bərabərləşməsindən əvvəl qeyd
olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yaran-
dım" deyiblər vücudnamələrində, yəni su, od,
torpaq və yelə bağlıdır insan.
• Birinci su çərşənbəsi adlanır. Yəni bahara
doğru çayların azacıq buz bağlayan yerləri
əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş
islanmağa başlayır. Bu çərşənbədə qızlar
bulaqlardan sərin, şirin su gətirər, evin
ətrafına çiləyər, üzlərini yuyardılar.
• İkincisi od çərşənbəsi adlanır. Ona görə ki,
bahara doğru günəş yavaş-yavaş torpağı
qızdırır, isidir, onu yaratmaq üçün hazır-
layır. Od çərşənbəsində tonqallar qalayar,
hər ailə üzvünün adına bir şam yandırar,
xonçalar düzəldərlər.
• Üçüncüsü yel çərşənbəsidir. Yəni yel ar-
tıq azacıq oyanmış torpağı, təzəcə çıxmış
yaza həsrət gülləri tərpədir, tumurcuqla-
nan ağacları yellədir.
• Dördüncüsü torpaq çərşənbəsidir. Torpa-
ğı ana təbiət su ilə isladır, günəşlə isidir,
onu məhsuldarlığa hazırlayır. Ona görə də
qədimdə ilk yaz əkinini xışla-kotanla məhz
torpaq çərşənbəsi günündə başlayardılar.
Yaşlı qadınlar "Səməni, saxla məni, ildə
göyərdərəm səni" deyib buğda isladardı-
lar.
Bildiyimiz kimi, hər bir çərşənbənin
özünün ritualları var. Su çərşənbəsində in-
sanlar bir-birinin üzərinə su atarlar. Su
çərşənbəsində adamların bir-birinin üzərinə
təmiz su çiləməsi əbədiyyət, sağlıq, dirilik
rəmzidir". İlaxır çərşənbədə və bayram günü
insanlar qəbir üstünə gedər, valideynlərinin
və yaxınlarının məzarı üzərində şam yandırar,
yasin oxutdurarlar. Bu da dünyadan köçən
əzizlərə hörmət, keçmişini unutmamaq
mahiyyəti daşıyır.
Novruz süfrəsi və adətləri
Bayram günü süfrəni bəzəyəndə 7 cür
nemət masaya qoyulur. Bunlar su (təmizlik),
güzgü (paklıq mənasında, yəni insanlar ona
yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq
olsun deyə baxarlar), səməni (təbiətin oyan-
ması), balıq (bu heyvan çox çevik olduğundan
insanların da həyatda çevik olması arzulanır),
alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və
fincan içərisində qoyulan qızıldır (bu da var-
dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bay-
ram xonçasında 7 rəngdə şam yandırılması da
ənənələrdən sayılır. Son zamanlar isə əsasən
ailənin üzvlərinin sayı qədər şam yandırılır.
Şamı kimsə söndürməməlidir, sona qədər
yanmalı və özü sönməlidir. Deyilənə görə, hər
yanan şam ailənin bir üzvünün həyat yolunu
göstərir.
Bayram süfrəsini rənglənmiş yumurta-
lar da bəzəyir. Bu da canlı aləmin yaranışına
işarədir. Yumurta adətən qırmızı rənglə bo-
yanır. Qırmızı rəng isə bəşəriyyətin şadyana-
lıq içində yaşamaq istəyinin təcəssümüdür.
Yumurta həm də cansızdan canlıya keçidin
simvoludur. Yəni soruşurlar ki, yumurta birinci
yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birin-
ci yumurta yaranıb. Çünki canlılar cansızdan
əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb,
sonra ondan insanı və heyvanları yaradıb. Yu-
murta isə həm canlıdır, həm də cansız. Novruz
bayramında həmçinin yumurta döyüşdürülür.
Novruzun əsas atributu paxlavadır. Paxla-
va ulduzu, qadınlığı göstərir və doğum sim-
voludur. Yeri gəlmişkən qeyd edək ki, Nov-
ruz bayramından əvvəl, yəni 21 dekabrdan
fevralın sonuna qədər Azər bayramı idi. Bu
zaman kişilər evdə qalırdılar. Buna görə də
mart ayında artıq qadınların əksəriyyəti 2-3
aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da
simvolu şəkərburadır, çünki bu şirniyyat qarın
formasındadır. Şəkərbura həm də ayın simvo-
ludur. Şorqoğalı isə günəşin simvoludur.
Novruzun daha bir tərəfi onun simvolik
personajları - Keçəl, Kosa və Bahar qızı ilə
bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki döv-
rünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki
örtüyünün cücərməsini xarakterizə edir.
Novruzun əsas tələblərindən biri də
küsülülərin barışmasıdır. Bu da xalqın birliyə,
həmrəyliyə dəvət olunması xarakterini daşıyır.
Qədim azərbaycanlılar yaxşı biliblər ki, parça-
lanmış xalqı basmaq, yenmək düşmən üçün
asan olur. Amma bir olan, vəhdət təşkil edən
kütləni yenmək qeyri-mümkündür.
İlaxır çərşənbədə və bayram günündə
qeybətə yol verməmək və yalnız xoş sözlər
danışmaq tövsiyə olunur. Çünki həmin gün
cavan oğlan və qızlar ürəklərində arzu tutaraq
qulaq falına, yəni qonşuların etdiyi söhbətə
gizlincə qulaq asmağa gedərlər. İnanca görə,
pusulan qapıdan ilk eşidilən sözdən arzula-
nan niyyətin baş tutub-tutmayacağı bəlli olur.
Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun
da arzusu yeni ildə yerinə yetəcək.
Novruzun ənənələrindən biri də uşaqla-
rın qonşulara, qohumlara papaq atmasıdır.
Yeniyetmələr əsasən İlaxır çərşənbədə papaq
atarlar. Papaq atılan evdə isə onu bayram
nemətləri ilə doldurular və sahibinə qaytarı-
lar. Bunun da mənası var. İnanca görə, insan-
lar bu addımları ilə bişirdiklərini paylaşar və
kasıb ailələrə əl tutarlar. Çünki Novruz mad-
di vəziyyətindən asılı olmayaraq hər kəsin
şənləndiyi bir bayramdır. Bayram günü bütün
mənzillərin qapıları açıq olar. Səhərisi isə in-
sanlar bir-birinin evinə gedərək bayramlarını
təbrik edərlər.
Göründüyü kimi, Novruz bayramı öz
adət, ənənə və tarixi olan Azərbaycan xalqı-
nın ən əziz və sevimli bayramlarından biridir.
Əsrlər boyu xalqımız bu bayramı qeyd etmiş-
dir. Ancaq müstəqillik dövründə bu bayram
rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı
Novruz bayramına ən hərarətli münasibət
bəsləyir. Bu bayram ailə dəyərləri, milli-
mənəvi dəyərlərimizi, ənənələrimizi, milli
mədəniyyətimizi, tariximizi əks etdirir.
YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ
SEVİNDİRƏN, TƏBİƏTİ OYADAN, BAY-
RAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ
BAYRAMINIZ MÜBARƏK OLSUN!
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə
sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”
Heydər Əliyev
BÜLLETEN-5 | MART 2015
“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin
göstərilməsi üçün bütün imkanlar var!”
İlham Əliyev
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika twitter.com/MerkeziKlinika
NOVRUZ GƏLİR, YAZ GƏLİR…
Qarşıdan Novruz bayramı gəlir. Bu
bayramda hər evdə milli, ləziz yeməklər
hazırlanır, zəngin süfrələr açılır. Nov-
ruz mətbəxi yüksək kalorili qidalar-
la, xüsusilə şəkərbura, paxlava və s.
bu kimi bol miqdarda şəkərin, yağın
və qoz-fındığın istifadəsi ilə hazırlan-
mış şirniyyatlarla zəngindir. Bayram
günlərində bu qidalardan həddən artıq
qəbul edilməsi insanlarda həzm siste-
mi xəstəliklərinin artmasına səbəb olur.
Demək olar ki, mart ayı daha çox bay-
ramlar ayı olduğundan mədə bağırsaq
xəstəliklərinin ən aktual olduğu aydır.
Gündəlik fəaliyyətimizdə ener-
ji ilə təmin olunmağımız üçün,
mütəmadi olaraq qida qəbul
edib, onu həzm etməliyik. Həzm
sisteminin vəzifəsi qəbul olun-
muş qidanı müəyyən mexani-
ki və kimyəvi dəyişikliklərə
uğradaraq həzm etmək,
həzm olunmuş qida-
nı sormaq və qalıq
hissəni bədəndən xa-
ric etməkdir. Həzm
sisteminin hər-hansı
bir üzvünün (bunlar isə
ağız, qida borusu, mədə,
12-barmaq, nazik və yo-
ğun bağırsaqdır) işinin
pozulması bizim həyat
tərzimiz, qəbul etdiyimiz
qida və içkilər ilə əlaqədar
olub müxtəlif xəstəliklərə
gətirir.
Qidalanmanın
(yemək
qəbulunun) pozulmasından ortaya
çıxan həzm sistemi xəstəliklərindən biri
bəlkə də çoxumuzun tez-tez eşitdiyi dis-
pepsiyadır.
Dispepsiya nədir?
Dispepsiya həzm sisteminin nor-
mal fəaliyyətinin pozulmasına, həzm
prosesinin çətinləşmiş və ağrılı şəkildə
keçməsinə deyilir.
Dispepsiyanın
yaranma
səbəblərindən bunları qeyd etmək olar:
- dərman preparatlarının qəbulu
- sinir sisteminin xəstəlikləri
- mədə turşuluğunun artması
- H.Pylori dediyimiz mədə bakteriyası
- alimentar (yəni yuxarıda qeyd olu-
nan qidalanmanın pozulması).
Dispepsiyanın
geniş
yayılmış
əlamətləri aşağıdakılardır:
Şikayətlərin səbəblərindən asılı ola-
raq orqanik və funksional (xorasız) dis-
pepsiya ayırd olunur. Orqanik dispep-
siya haqda yalnız xəstənin müayinəsi
zamanı xora xəstəliyi, mədə şişləri, öd
daşı xəstəliyi, xroniki pankreatit və s.
kimi patologiyalar aşkar olunduqda
danışmaq olar.
Əgər ətraflı müayinə nəticəsində
yuxarıdakı xəstəliklər istisna olunarsa
(bir il ərzində dispepsiya şikayətlərinin
12 həftədən az olmayaraq davam etdi-
yi halda) bu xəstəlik xorasız dispepsiya
(funksional dispepsiya) hesab edilir.
Dispepsiyanın yaranmasının qarşısı-
nı almaq üçün nə etməli? Bunun üçün
gündəlik həyat tərzində bəzi qaydalara
diqqət yetirilməlidir:
- yağlı, şəkərli yeməklərin azaldılması
- tez-tez amma az miqdarda yemək
(gündə 4-5 dəfədən çox olmayaraq)
- yatmamışdan ən az 2-3 saat öncə
yemək qəbulunun dayandırılması
- artıq çəki və yağlanmanın qarşısının
alınması
- stresdən mümkün olduğu qədər
uzaq durulması
- zərərli vərdişlərin, əsasən də alkoqol
qəbulunun kəsilməsi
Dispepsiya
yaranmışsa,
onun
müalicəsi üçün (geniş müayinədən son-
ra) gedişatından asılı olaraq müxtəlif
dərman
preparatlarından
istifadə
edilir. Lakin preparatın seçimi həkim
tərəfindən həyata keçirilməlidir.
Ən çox rast gəlinən xəstəliklərdən
biri
Qastroezofageal
reflüks
xəstəliyidir. Biz yemək yeyən zaman
mədəmiz turşu ifraz edir. İfraz edilən
turşunun rolu mədəyə daxil olan
qidanı həzm etməkdir. Bizim
mədəmizin içəri divarları elə
qurulmuşdur ki, turşu onu
zədələmir. Amma qida
borusunun quruluşu baş-
qadır və mədə turşusu
ilə təmasda olduqda
zədələnir. Qida bo-
rusunun mədəyə
keçdiyi
yerdə
qapaq mexaniz-
mi mövcud olur
və qida mədəyə
daxil
olduqda
bu qapaq açılır,
mədə dolu olan za-
man isə qapanaraq
qidanın və mədə
mötəviyyatının geri
qayıtmasına
im-
kan vermir. Bu qa-
paq tam bağlanmadı-
ğı halda mədənin turş
möhtəviyyatı qida borusuna
keçir və onu zədələyərək iltihab
törədir.
Odur ki, mədə möhtəviyyatının
qida borusuna geri qayıtması və onu
zədələməsi
Qastroezofageal
Ref-
lüks Xəstəliyi (QERX) adlanır. Bunun
səbəbləri:
- Siqaret
- Spirtli içkilər
- Kofe
- Şokalad
- Nanə
- Yağlı qidalar
Mədədə təzyiqin artmasına təsir
edən faktorlar:
- Mədənin dolu olması
- Köklük
- Yeməkdən sonra önə əyilmək, ağır
fiziki iş görmək
- Yeməkdən sonra uzanmaq
- Hamiləlik.
Əlamətləri:
- Döş sümüyünün arxasında yanma
və ya ağrı hissi
- Udqunmanın çətinləşməsi
- Ağızda turş dad
- Döş sümüyünün arxasında ağrı
- Öskürmə
- Yatan zaman tənəffüsün çətinləşməsi
Diaqnozu:
İlkin diaqnoz xəstənin şikayətləri
əsasında qoyulur. Dəqiq diaqnoz
üçün xəstəyə endoskopiya müayinəsi
təklif olunur, bu zaman qida borusu
ilə mədəni ayıran qapaq mexanizmi-
nin işinin pozulması, qida borusunda
zədələnmələrin görüntüsünü alıb tam
dəqiq diaqnoz qoymaq mümkündür.
İkinci planda isə barium qəbul edib
qida borusunun rentqenoqramması-
nın çəkilməsidir. “24 saat turşuluğun
səviyyəsinin ölçülməsi” (pH-metriya)
üsulu isə daha az istifadə olunur.
QERX-in müalicəsində ilk növbədə
həyat tərzində dəyişikliklər, zərərli
vərdişlərin tərgidməkdir, məsələn :
• Siqaret və alkoqolu tərgitmək
• Əlavə çəki ilə mübarizə
• Yatağın baş ucunu ayaq ucuna
nisbətən 10-15 sm yüksəltmək.
• Dar geyimlərdən imtina etmək.
• Qida qəbulu gündəlik 4-5 dəfə xır-
da porsiyalarla müntəzəm, yaxşı
çeynəməklə.
• Sonuncu qida qəbulu gecə yuxu-
sundan ən az 3 saat əvvəl olmalı.
• Yetərli istirahət(8 saatlıq yuxu).
• Qəbizliyin aktiv müalicəsi (varsa).
• Yeməkdə bu qida məhsullarından
tamamilə istifadə etməmək və ya
gündəlik azaltmaq:
- sitrus və turş meyvələr
- pomidor
- istiotlu və yağlı yeməklər
- kofe
- qazlı sular
Həyat üslubunu dəyişməklə yana-
şı dərman preparatları ilə müalicə da
tövsiyyə edilə bilər. QERX-in uzun za-
man aparılan dərmanlarla müalicəsi
mümkün olmursa cərrahi əməliyyat
məsləhət görülür.
Bütün bu dediklərimizdən belə
nəticəyə gəlmək olar ki, hər bir şəxs
ilk növbədə qidalanmasına və sağlam
həyat tərzinə diqqət etməlidir.
Qastrenteroloq Nərgiz Əfəndiyeva
Dr. Nigar Quliyeva
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-5 | MART 2015
2
Həzm sisteminin xəstəlikləri
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-5 | MART 2015
3
Sevinc Cəmil qızı Abdullayeva 17 yanvar 1975-ci ildə
anadan olmuşdur. 1993-1999-cu illərdə ATU-nun Pe-
diatriya fakültəsində təhsil almış, 2001-ci ildə Səhiyyə
Nazirliyinin göndərişi ilə Türkiyə Cümhuriyyəti Ankara
şəhəri Hacetepe Universitetində Pediatrik allerqologi-
ya və immunologiya ixtisası üzrə 3 aylıq kurs keçmişdir.
01.06.2001-ci ildən Mərkəzi Klinikada pediatr-allerqoloq
vəzifəsində fəaliyyət göstərir.
Atopik dermatit getdikcə daha çox rast gəlinən bir
xəstəlik növünə çevrilməkdədir. Bu xəstəlik, əsasən, xroni-
kidir, lakin yoluxucu deyildir və xəstəliyin 50%-nə 12 ayın-
dan kiçik uşaqlarda təsadüf edilir. Atopik dermatit uşaqla-
rın yarısında yetkinlik yaşına qədər davam edə bilər.
Ümumiyyətlə, uşaqların 1-5%-də müşahidə olunan bu
xəstəlik anasında allergiya olan yenidoğulmuşların 30%-də
görülür. Xəstəliyin ən çox rast gəlmə yaşı 1 yaşdır, bu yaşda
əmələ gələn atopik dermatit daha uzun illər davam edir.
Atopik dermatit xəstəliyi çox nadir rast gəlinən və
müalicəsi mürəkkəb bir xəstəlikdir. Buna baxmayaraq, bu
xəstəlikləri tam müalicə etmək üçün Mərkəzi Klinikanın
Pediatriya şöbəsində bütün şərait mövcuddur və müalicə
müasir tibbin son nəaliyyətlərindən istifadə etməklə
peşəkar kadrlar tərəfindən uğurla həyata keçirilir.
Atopik dermatit xroniki, təkrarlanan, çəhrayı-qırmızı
rəngli, üzəri qabıqlanan qaşıntılı səpgilərlə müşahidə olu-
nur. Bu əlamətlər bütün bədənə yayılmış və ya məhdud
sahələrdə ola bilər. Səpgilər həmçinin, çəhrayı rəngli, su-
lanan, qaşıntılı yaralar şəklində də ola bilər. Bu xəstəlikdə
çox zaman dərinin quruluğuna rast gəlinir. Dəri çox qa-
şınma nəticəsində infeksiyalaşa bilər. Şikayətlərin da-
vamlı təkrarlandığı və sağalmadığı vaxtlarda dəri qalın-
laşması, rənginin tündləşməsi və çatların əmələ gəlməsi
müşahidə olunur.
Əlamətləri:
1. Ciddi qaşıntı.
2. Təkrarlayan səpgilər: dəridə quru, kələ-kötür, pulla-
nan sahələr.
3. Körpələr və kiçik yaşlı uşaqlarda atopik derma-
tit, əsasən, üz, qulaq arxası, dirsəklər və ya diz
nahiyyələrində rast gəlinir, ancaq bu bədənin digər
yerlərinə də yayıla bilər.
4. Daha böyük uşaqlarada atopic dermatit əlləri, boynu,
dirsəklərin iç səthini, dizlərin arxasını, ayağın üstünü
tutar.
5. Xronik hallarda dəridə qalınlaşma ola bilər.
6. Əl və ayaq biləyi cizgilərinin dərinləşməsi.
7. Göz altında tünd kölgələr.
8. Yanaq, kürək, qol və ayaqda kəskin sərhədli solğun
rəngli sahələr.
9. Atopik dermatit olan uşaqlar sonrakı illərdə astma və
allergik rinit ola bilərlər.
Qaşıntı atopik dermatitin ən narahat edici simptomu-
dur. Daha böyük uşaqlarda səpgidən öncə qaşıntı başla-
ya bilər. Ciddi qaşıntı xəstələrin yaşam səviyyəsinə mənfi
təsir edir: körpələrdə yuxunun, məktəb yaşlı uşqlarda
diqqətin pozulmasına səbəb olur.
Xəstəliyin başlama yaşına görə səpgilərin bədəndə
yayılması fərqlidir.
1. Körpəlik dövrü Atopik Ekzema:
2ay- 2 yaş arası körpələrdə rast gəlinir. Səpgilər,
xüsusilə üzdə (yanaqlarda), saçlı dəridə, boyunda,
kürəkdə, diz və dirsək nahiyyələrində olur. Əsasən sim-
metrik, sulanan, qabıqlı, qızarmış yaralar görülür. Uşaqlar
yaraları sürtərək qaşımağa çalışırlar. Bu dönəmdə başla-
yan xəstəlik 3 yaşına qədəq sağala bilir.
2. Uşaqlıq çağı Atopik Ekzema:
2-12 yaş arası uşaqlarda müşahidə edilir. Dəri
səpgiləri, əsasən, dirsək önü, diz arxası,əl biləyi və ayaq-
larda yerləşir. Əlamətlərin olduğu dəri sahələrində quru-
luq, çatlama, sulanma və qaşıntı var.
3. Yetkinlik dönəmi Atopik Ekzema:
Uşaqlıq çağı atopic ekzemasının davam etməsi və
ya ilk dəfə 12-20 yaş arasında başlayan dəri xəstəliyi
şəklində ortaya çıxa bilər. Dəridəki yaralar dirsək önü və
diz arxasında olur. Əsasən dəridə çatlama qalınlaşma və
rəngin qəhvəyi rəngli tündləşməsinə səbəb olur. Bəzən
göz və ağız ətrafında quruluq və qabıqlanmaya da rast
gəlimir. Bu proses xronikidir.
Atopik Dermatitin kəskinləşmə səbəbləri:
• Bəzi qidalar (süd, yumurta, balıq, çərəzlər, ədviyyatlar,
rəngli, boyalı qidalar, kimyəvi qatqı maddələri və.s).
• Allergenlər ( ev tozları, heyvan tükləri, pollenlər, kif
göbələkləri).
• İnfeksiyalar.
• İrritan maddələr (sabun, losyon, yun geyimlər və.s).
• Kimyəvi maddələr.
• Yuyucu maddələr.
• Hava nəmliyinin aşağı olması.
• Dəri quruluğu.
• İsti.
• Tərləmə.
• Psixoloji amillər, streslər.
Qorunma tədbirləri:
• Səbəbkar qidalardan uzaq durmaq.
• Daim nəmləndirici çəkmək.
• Yüngül pambıq geyimlərdən istifadə etmək.
• İlıq sulu hamamda hər gün çimmək.
• Rəngsiz, qoxusuz, yumşaq sabunlardan istifadə
etmək.
• Hamamdan sonra nəmləndirici çəkmək.
• Müntəzəm olaraq ixtisas həkiminin kontrolunda olmaq.
Atopik Dermatitin müalicəsi:
Bu xəstəliyin müalicəsinin əsasında həkim və ailə ara-
sında iş birliyinin olması əsas rol oynayır. Belə ki, xəstəliyə
səbəb olan qida bəzən uşağın əvəzolunmaz qidasıdır.
Məsələn, ilk 4 ayda ana südü olmadıqda südlü qarışıq-
dan istifadə olunur. Bu qidalar, əsasən, inək və ya keçi
südündən hazırlanır. İnək südünə allergiyası olan uşaq-
larda qidalanma əsl problemə çevrilir. Atopik dermatitli
uşaqların təxminən 20-30%-də gələcəkdə bronxial astma
və allergik rinit inkişaf edir. Bunu nəzərə alsaq, allergik bir
uşağın baxımının, qidalanmasının gələcək həyatının nə
qədər psixoloji yük olduğunu təsəvvür etmək çətin deyil.
Atopik dermatitin standart müalicəsi yoxdur. Müalicə
hər bir uşağa individual seçilir. Bu xəstəliyin müalicəsində
ümumi yönlər bunlardır:
• Allergenlərdən uzaq tutulması.
• Kəskin dönəmdə antihistaminlərin istifadəsi.
• Həkim təyin etdikdə kortikosteroid kremlərin
istifadəsi.
• Daimi nəmləndiricilərin istifadəsi.
Atopik dermatitin ağırlaşmalarından biri də dəri in-
feksiyalarıdır. Ən çox impetiqo, piodermiyalar, follikulit,
sellülit, fleqmona, çox nadir sepsis rast gəlinir. Elmi statis-
tikaya görə bu hal on min ekzemalı uşaqdan birində rast
gəlinən nadir xəstəlikdir.
Nadir xəstəlik olmasına baxmayaraq , bu şikayətlərlə
6 fevral 2015-ci il tarixində klinikamıza Nahid Daşdəmirov
adlı 4-5 aylıq uşaq daxil olmuş və Mərkəzi Klinikanın pe-
diatriya şöbəsində uğurla müalicə edilmişdir.
Xəstə daxil olarkən vəziyyəti çox ağır, bütün bədəndə,
üzdə və ətraflarda irinli, suluqlu, nekrotik-qanayan
səpgilər mövcud idi. Üzü və ətrafları ödemli, tənəffüsü xı-
şıltılı, hərarəti yüksək, özü süst idi. Anamnezindən məlum
oldu ki, uşaq normal doğulub, 1.5 ayına qədər normal in-
kişaf etmiş, 1.5-2 ayında isə üzdə və ətraflarında səpgilər
yaranmağa başlamışdır. Xəstənin yaxınları müxtəlif kli-
nikalara müraciət edərək körpəni müalicə etsələr də,
səpgilər getdikcə artaraq irinləməyə başlamış, daha son-
ra temperatur yüksəlmiş, xəstəxanaya yatırılaraq müalicə
başlanmış, lakin getdikcə vəziyyəti ağırlaşaraq, Mərkəzi
Klinikaya müraciət etmişdilər.
Xəstə bizə müraciət etdiyində hər şeyin bəsit bir inək
südü allergiyası ilə başladığı ortaya çıxdı. Lakin bu diaq-
nozun vaxtında qoyula bilməməsi nəticəsində uşaqda
əvvəlcə dəri infeksiyası, daha sonra infeksiya dərinləşərək
çiyində fleqmona, daha sonra həyatını təhlükə altına alan
ağır sepsis başlayıb və 1.5 aylıq uşağı ağır sepsisə gətirib.
Nahid xəstəxanamızda 25 gün çox ağır stasionar
müalicə aldı. Bu müddət ərzində antibiotik müalicəsi aldı,
dəfələrlə qan və qanəvzedicilər, lazımi qidalandırıcı və
maye dəstəyi, cərrahi, hematoloji konsultasiya ilə təmin
olundu. Məlum oldu ki, qanda anadangəlmə II,VIII,X
laxtalanma faktorları yoxdur. Xəstəyə rəhbərliyimiz
tərəfindən lazımi maddi güzəştlər olundu, nəhayət körpə
sağlamlığına qovuşdu. Bununla da xəstəxanamız daha
yeni bir ilkə imza atdı..
Vaxtında və düzgün qoyulmuş diaqnoz neçə həyat
qurtarır, neçə ailəyə sevinc bəxş edir!
Pediatr-allerqoloq Sevinc Abdullayeva
Atopik dermatit uşaqlarda nadir rast gəlinən xəstəlik
olsa da, mütəxəssislərimiz tərəfindən uğurla müalicə edilir
Cəmilə Oktay qızı Rəsulova 25 no-
yabr 1974 cü ildə Şəmkir rayonunda ana-
dan olmuşdur. 1991-1997 illərdə ATU-nin
Müalicə profilaktika fakultəsində təhsil
almışdır. 1997-1998 ci illərdə Respublika
xəstəxanasında internatura keçmişdir.
1999-2000 ci illərdə ETKİ-da həkim kar-
dioloq işləmişdir. 2000-2003 cü illərdə Ru-
siya Dövlət Tibb universitetində əyani aspi-
rantura keçmiş, mədəcik taxikardiyalarının
non invaziv diaqnostikası movzusunda
Tibb Elmləri Namizədi adını almışdır.
2008 ci ildən Mərkəzi Klinikada həkim
kardioloq vəzifəsində çalışır. 2009-2010 cu
illərdə İstanbul Kardioloji Universitetində
aritmologiya üzrə kurs keçmişdir.
2011-ci ildə Antalya Universiteti
Xəstəxanasında Kardio-reanimasiya üzrə kurs keçmişdir.
Hazırda Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalış-
maqdadır.
Əfqan Əlixan oğlu İbadov 20 mart 1980-ci ildə Cəlilabad şəhərində
anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin
1-ci Müalicə Profilaktika fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin
universiteti fərqlənmə ilə bitirmişdir. 2002-2003-cü illərdə Respublika
Klinik Xəstəxanasında urologiya ixtisası üzrə internatura kursu keçmiş-
dir. 2004-2006-cı illərdə hərbi xidməti hərbi hospitalda tibb xidmətinin
baş leytenantı, cərrahiyə bölməsinin həkimi kimi keçmişdir.
2006-2008-ci illərdə Rusiyada Yaroslavl Tibb Akademiyasında uro-
logiya üzrə kliniki ordinatura və əlavə olaraq “Endourologiya” kursu
keçmiş, bu müddət ərzində uroloji xəstələrin müayinə və müalicəsi,
açıq və endoskopik uroloji əməliyyatlar üzrə təkmilləşmiş, əməliyyatlar
icra etmişdir.
2009-cu ildən etibarən Mərkəzi Klinikanın Urologiya şöbəsində
fəaliyyətə başlamışdır. 2011-ci ildə “ESWL(distansion litotripsiya)” üzrə
kurs keçmiş və bu prosedurları icra etməyə başlamışdır. 2012-ci ildə
İstanbulda Avropa Endourologiya konqresində, digər konfrans və se-
minarlarda iştirak etmişdir. 2014-cü ildə Türkiyənin Bursa şəhərində
Uludağ Universitetində 3 ay müddətində “Laparoskopik urologiya” üzrə kurs keçmiş, bu müddət
ərzində laparoskopik uroloji əməliyyatlarda iştirak etmiş və icra etmişdir. Hal-hazırda Mərkəzi Klini-
ka Urologiya bölməsində fəaliyyətini davam etdirir. Evlidir, 1 uşağı var.
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-5 | MART 2015
4
Kubra Yəhya qızı Fərəcova 1907-ci
ildə Quba şəhərində qulluqçu ailəsində
anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə
Bakıya köçmuş və ilk təhsilini burada
almış, dördsinifli rus-tatar məktəbini
bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin
qızlar gimnaziyasında davam etdirmiş-
dir. Bu dövrdə çox az sayda qızlar var idi
ki, Azərbaycanın gələcək ictimai siyasi
həyatına, elmi-mədəni inkişafına xidmət
etmək üçün böyük arzularla yaşayırdılar.
Onlardan biri də Kübra xanım fərəcova
idi.
1920-ci ildə Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra Kubra
xanım Fərəcova yeni həyat quruculu-
gunda fəal iştirak etməyə başlayır. İb-
tidai məktəblər üçün müəllimlər hazır-
layan 3 aylıq kursu bitirdikdən sonra o,
Kürdəmirdə məktəb təşkil edir və bura-
da qadınlar arasında savadsızlığı ləğvi
ugrunda mübarizə aparır. O, burada 50
qız uşağına savadlanmasına dəstək olur.
Bu zaman onun cəmi 14 yaşının olma-
sına baxmayaraq, yorulmadan çalışır,
xüsusi kurslar təşkil edir, nəinki uşaq-
ların hətta böyüklərin də müəllimi olur.
O, bütövlükdə rayonun ictimai-siyasi
həyatında yaxından iştirak edir, rayon
qadınlar şöbəsinin müdiri kimi qadınlar
arasında təbliğat-təşviqat işləri aparır.
Kubra xanım Kürdəmirin ilk komsomolçu
qızı olur. 1929-cu ildə Kubra xanım həm
kommunist partiyasının üzvü, həm də
Azərbaycan Dövlət Universitetinin tibb
fakültəsinin tələbəsi olur. O, 1933-cü ildə
Tibb İnstitutunu bitirir və həkim diplo-
mu alaraq Respublika Komsomolunun
Mərkəzi Komitəsində “Ana və uşaqların
mühafizəsı” adlı məsul elmi iş üzərində
Elmi-tədqiqat İnstitutunda çalışmalar
aparır.
1937-ci ildə Respublika Xalq Səhiyyə
Komissarlığının müavini vəzifəsində irəli
çəkilir, bir neçə aydan sonra isə həmin
Komissarlığın başçısı olur.
Respublikada səhiyyə işinin rəhbəri
kimi o, özünün bütün qüvvəsini, biliyini,
təşkilatçılıq bacarığını xalqın sağlamlıqı-
nın mühafizəsi işinə həsr edir.
Müharibə
illərində
(1942-1943)
Azərbaycan
Kommunist
Partiyası-
nın Mərkəzi Kommitəsinin aparatında
işləyir.1943-1947-ci illərdə Azərbaycan
SSR Ali Soveti Rəyasət heyətinin katibi
vəzifəsində çalışmışdır. Daha sonra 1947-
1950-ci illərdə Azərbaycan SSR-nin ilk qa-
dın Səhiyyə Naziri olmuş və bu fəaliyyəti
dövründə çox faydalı təşkilatçılıq işləri
aparmışdır.
1950-ci ildə elmi-tədqiqat işinə qayı-
dan K. Fərəcova Ana və Uşaqları Mühafizə
İnstitutuna direktor vəzifəsinə göndərilir.
Institutu ana və uşaqların mühafizəsi
uşaq xəstəlikləri üzrə həkimlərin, həkim
mama-ginekoloqların ixtisasının artırıl-
ması üzrə elmi mərkəzə çevirir.
Ana və Uşaqları Mühafizə İnstitutu-
na 30 il (1950-1980-ci illər) müddətində
başçılıq edən professor K. Y. Fərəcova
böyük elmi, təşkilati və ictimai iş aparırdı.
Institutun rəhbəri kimi onun tərəfindən
müntəzəm olaraq Respublikanın rayon-
larında elmi-praktik konfranslar keçirilir,
yerlərdə köməklik göstərmək üçün ins-
titutn elmi işçilərindən ibarət briqada-
lar göndərilirdi. Onun tərəfindən 100-ə
qədər elmi iş yazılmışdır ki, bununda çox
hissəsi pedriatriyanın aktual məsələlərinə,
Azərbaycanda müxtəlif yaşlı uşaqların
sağlamlıq vəziyyəti və fiziki inkişafına
həsr olunmuşdur. K. Y. Fərəcova Reapub-
lika həkim-pediatrların 3 qurultayının
(1959,1964 və 1970), mama-ginekoloqla-
rın II qurultayının təşkilatçısı və iştirakçısı,
1977-ci ildə Bakıda keçirilən “Pedriatriya
praktikasında transfuziologiya və hema-
tologiya məsələləri” mövzusunda Ümu-
mittifaq konfransının təşkilatçılarından
biri olmuşur.
Uzun illər aparıcı səmərəli elmi
tədqiqat işlərinin yekun olaraq, 1960-cı
ildə namizədlik, 1970-ci ildə isə doktorluq
dissertasiyası şəklində müdafiə etmişdir.
120-dək
artıq
elmi
əsərin,
“Azərbaycanda
ana
və
uşaqların
mühafizəsinin inkişafı” adlı monoqrafi-
yanın, 20-yə yaxın metodiki tövsiyyənin
və broşurların müəllifi olan professor
K. Y. Fərəcova bir müəllim kimi də ha-
mının hörmətini qazanmışdır. Prof. K.
Fərəcovanın rəhbərliyi ilə 10-a yaxın
namizədlik işi başa çatdırılmışdır. Onun
rəhbərliyi altında 4 elmlər doktoru, 65
elmlər namizədi yetişmişdir. O, həmçinin
dəfələrlə Azərbaycan Tibb İnstitutunda
dövlət imtahan komissiyasının sədri ol-
muş, tibbi kadrların xüsusilə milli kadrla-
rın hazırlanması işində də böyük, misilsiz
xidmətləri olmuşdur.
24 may 1960-cı ildə Respublikanın
Əməkdar Həkimi adına layiq görülmüş-
dür, 1979-cu ildən İttifaq əhəmiyyətli
fərdi təqaüd alan K. Fərəcova SSR Ali So-
vetinin və 2 dəfə Azərbaycan SSR Ali So-
vetinin deputatı seçilmiş, 2 Qırmızı Əmək
Bayrağı və 2 “Şərəf nişanı” ordeni ilə təltif
edilmişdir.
İlk qadın Səhiyyə Naziri olan Kubra
Yəhya qızı Fərəcova 1 oktyabr 1988-ci ildə
dünyasını dəyişmişdir. Lakin bu cismani
ölümdür. Kübra xanım kimi şöhrətli ad
qoyub gedən insanlar heç vaxt ölmürlər,
şərəfli ölümləri ilə əbədiyyətə qovuşurlar.
Dr. Cəmilə Rəsulova
həkim-kardioloq
Dr. Əfqan İbadov
həkim-uroloq
Kubra Yəhya qızı Fərəcova
Azərbaycan səhiyyəsinin tarixi
Həkimlərimizi tanıyaq
MK baş həkimin müavini Həkim-
neonatoloq Sevda Əsədova 05-10
mart 2015-ci il tarixlərində Gürcüs-
tan Respublikasının Tiflis şəhərində
"Beynəlxalq Neonatoloji " Forum-
da iştirak etmişdir.
MK Urologiya Şöbəsinin müdiri
Həkim-uroloq Elbəyi Daşdəmirli 20-
25 mart 2015-ci il tarixlərində İspani-
yanın Madrid şəhərində "30th Annual
EAU" konqresdə iştirak edəcək.
Həkim-ginekoloq Ramin Salahov
18-22 mart 2015-ci il tarixlərində
Almaniya Federativ Respublikasının
Berlin şəhərində "Human reproduc-
tion" konfransda iştirak edəcək.
Həkimlərimiz beynəlxalq konfrans və kurslarda
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-5 | MART 2015
5
Vüqar Rəsul oğlu Abdulkərimov 24 oktyabr 1974-cü ildə
anadan olmuşdur. 1992-1999-cu illərdə İstanbul Universi-
teti Cərrahpaşa Tibb Fakültəsində Tibb ixtisası üzrə, 2002-
2007-ci illərdə həmin Universitetin İstanbul Fakültəsində
Anestezialogiya və reanimasiya ixtisası üzrə mütəxəssislik
(uzmanlıq) təhsili almış, 2007-2009-cu illərdə Alqologiya
ixtisası üzrə kurs keçmişdir. 01.09.2009-cu ildən Mərkəzi Kli-
nikada reanimatoloq-alqoloq vəzifəsində fəaliyyət göstərir.
Bir insanı ölümdən qurtaranda
- Haradasa oxumuşam ki, reanimotoloqlar ən böyük
“günahkar”lardır. Belə ki, onlar ölməkdə olan xəstəni
xilas etməklə Tanrının iradəsini pozmuş olurlar. Bu,
belədirmi?
- Əvvəla, fürsətdən istifadə edərək bütün xalqımızı qarşıdan
gələn Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik
edir, hər bir ailəyə ruzi-bərəkət və ən əsası can sağlığı arzula-
yıram. Elmi də bizə Tanrı göndərib. Pis niyyətlə etmədiyimiz
hər cür elm düzgün sayılır. Bəlkə ağır xəstələri göndərməklə
bizim biliyimizi, niyyətimizi imtahan da etmiş ola bilər. An-
caq biz bütün biliyimizi, bacarığımızı ortaya qoymuş olsaq
belə hər xəstənin həyatını xilas edə bilmirik. Hər şey bizim
əlimizdə olsaydı, onda heç bir həkimin yaxın qohumu, əzizi
dünyadan köçməz və ya xəstələnməzdi. Ümumiyyətlə, biz
reanimotoloqların etdikləri Allahın işinə qarışmaq deyil,
bu, insanlara etdiyimiz yaxşılıqlardır və peşə borcumuz-
dur. Həkimliyin müxtəlif sahələri var. Ancaq xəstələrin ən
ağır vəziyyətdə və həyatını davam etdirə bilməyəcək qədər
çətin vəziyyətdə olanlara reanimotoloqlar baxır. Mən rea-
nimotoloqun işini həmişə futbol komandasının qapıçısının
əməyinə bənzədirəm. O biri həkimlər oyunçulardır, reani-
motoloqlar isə qapıçılardır. Bizim işimiz qapını qorumaq-
dır. Reanimotoloqların etdiyi ən əhəmiyyətli iş həyatı vacib
funksiyaları təmin etməkdir. Əsas nəfəs, ürək və beyindir.
Reanimotoloqların işi ciddi nizam-intizam, fədakarlıq tələb
edən sahədir. Bu, ona görə fədakarlıq istəyir ki, hər dəfə et-
diyin işin nəticəsini ala bilmirsən. Xəstənin yaxınlarına pis
xəbər vermək o qədər asan deyil. Bu, bizim sahənin mənfi
tərəfidir. Yaxşı tərəfi də odur ki, bir insanı həyata qaytarmaq
bizə əvəzolunmaz duyğular yaşadır.
- Reanimasiya şöbəsinə hər gün nə qədər xəstə daxil olur?
- Xəstəxananın reanimasiya şöbəsi 20 çarpayılıq şöbədir.
6 mütəxəssis-həkim, 3-4 nəfər ixtisaslaşmaqda olan və
müqaviləli həkimlər çalışır. 24 tibb bacısı və digər perso-
nal. Müasir avadanlıqlarla təchiz olunmuş şöbəmiz kiçik
bir xəstəxana kimidir. Reanimasiyaya yerləşdirilən xəstələr
həyati göstəriciləri pozulmuş xəstələrdir. Biz onlara “kri-
tik xəstələr” deyirik. Xəstələr ümumi reanimasiyaya qəbul
kriteriyalarına – müəyyən diaqnozalara və göstəricilərə
görə qəbul olunurlar. Bura tənəffüs sisteminə bağlı ciddi
pnevmaniyalar, meningitlər, intubasiya edilməsi lazım olan
xəstələr, kəskin beyin qan dövranının pozulması, tənəffüsə
təsir edəcək epilepsiyalı və s. xəstələr daxil olur. Reanimasi-
yada hər orqana dəstək verəcək avadanlığımız mövcuddur
- süni tənəffüs aparatı, keçici pace-makerler , böyrək və
qaraciyər dəstək cihazları (CRRT, MARS). Avadanlıqlarımız
dünya xəstəxanalarının texnoloji avadanlığı ilə yarışacaq
səviyyədədir. İllik xəstə sayı 1200-1500 arasıdır.
- Çox vaxt xəstələr özlərində olan simptomları
bilmədiklərindən hansı həkimə müraciət etmək sualı
ilə üz-üzə qalırlar. Xəstələr öz həkimlərini necə tap-
malıdırlar?
- Hər bir insanın tibbi biliyinin olması məcbur deyil. Lakin
türkəçarələr yerinə mütəxəssislərə müraciət etmək vacib-
dir. Hansı həkimə yerləşdiriləcəyi qəbul şöbələrində vəya
təcili yardımda müəyyənləşdirilir. Burda böyük vəzifə tibb
işçilərinin üzərinə düşür. Əgər tibb personalı öz işlərini
peşəkar görərlərsə, hər hansı yanlışlıq və ya səhvlər olmaz.
Reanimotoloqların isə işi ona görə çətindir ki, bizim
xəstələr şikayətlərini bildirə bilmirlər, onlar huşu başların-
da olmayan xəstələrdir. Biz xəstələri baxış, müayinə, etdi-
yimiz lobarator və görüntüləmə müayinələrlə üzə çıxarır,
diaqnozunu qoyub müalicəsini aparırıq. Xəstə öz şikayətini
deyəndə onda həkim üçün daha rahat olur.
“Alqologiya” adlı yeni bir sahə
- Hər bir ağrı siqnaldır. Onun xroniki və ya müvəqqəti
olduğunu necə müəyyənləşdirirsiniz?
- Ümumiyyətlə, ağrı nəyinsə simptomu olmaqdan çıxıb.
Ağrı hal-hazırda özü bir xəstəlikdir. Xroniki ağrılar üç aydan
çox davam edən ağrılardır. Bu, özbaşına xəstəlikdir. Kəskin
ağrılar nəyinsə göstəricisi ola bilər. Tibbdə ağrılarla məşğul
olan “Alqologiya” adlı yeni bir sahə fəaliyyət göstərir. Bu
sahə xroniki ağrıları xəstəlik olaraq qəbul edir və onun
müalicəsi ilə məşğuldur.
- Ən dəhşətli ağrılar hansı xəstəliklərin əlaməti ola bilir?
- Ağrıların bir neçə ölçüsü var. Ağrı nisbi bir şey olduğu
üçün hər kəsin ağrı anlayışı eyni deyil. Bunların ölçü va-
hidi xəstənin özündən soruşulur (məsələn VAS).Burada
ağrı 10 üzərindən dəyərləndirilir. Qadınlarda 10 ağrının
son nöqtəsi olan doğum sancısıdır. Kişilərdə biz diş ağrı-
sını nümunə götürürük. (Əlbəttə, diş ağrısı doğum ağrısı-
nın yanında yüngül ağrıdır). Nevralgiya ağrıları, sümüyə
metastaz verən onkoloji ağrılar ən şiddətli ağrılar sayı-
lır. Bəzən çox ciddi bir xəstəliyin qətiyyən ağrısı olmaya
bilir və ya cüzi bir ağrısı olur. Müalicəyə ən çətin cavab
verən ağrılar neyropotik ağrı qrupudur ki, burada ağrının
əsas səbəbi sinirin yaddaşında qalan ağrılardır. Hər han-
sı bir ağrı sinirin özünün strukturunu poza bilir. Məsələn,
şəkərli xəstənin ayaq ağrıları neyropotik ağrılardır. Xərçəng
xəstəliyi də neyropotik ağrıya səbəb olur.
- Sadaladığınız ağrıların müalicəsi həmişə son nəticədə
cərrahi müdaxilə tələb edir?
- Ağrıların cərrahi müdaxilə tələb edən növləri də var. Biz
alqoloq olaraq cərrahi yox, qansız, narkozsuz müdaxilələr
edirik. 1 mm dən kiçik kateterlərlə ağrının mənbəyinə daxil
olur, dərmanlarla vəya radiofrekans (RFT) ilə həmin ağrının
mənbəyini yandırırıq. Bizim müdaxilələrimizin çoxu hara-
dasa cərrahi müdaxilələrlə eyni nəticələr verir.
- Müdaxilələrdən sonra xəstəliklərin tam sağalmasına
təminat verirsinizmi?
- Bizim şəxsi nəticələrimiz dünya standartları ilə eynidir.
Bu, bir çox ağrılarda fərqlidir. Deyək ki, onkoloji ağrılar-
da sempatektomiya üsulu ilə nəticəmiz 50-60 faizdirsə,
bel yırtıqlarında aldığımız nəticələr 70-80 faizdir. Ağrının,
xəstəliyin növünə görə aldığımız nəticələr fərqlidir, ancaq
heç birində 100 faiz olmur. Ümumiyyətlə, tibbdə “100 faiz-
dir”- deyə bir anlam yoxdur.
- Bel, onurğa ağrılarından şikayətlənənlərin sayı get-
gedə çoxalır. Bu xəstəliklərin səbəbi nə ilə bağlıdır?
- Bel xəstəliklərinin ən böyük səbəbi artıq çəki ilə bağlıdır.
Həmçinin oturaq həyat tərzi rol oynayır. Biz günümüzün
çoxunu oturaraq keçiririk. Cərrahlar günün çoxunu ayaq
üstə keçirdikləri üçün boyunları ağrıyır. Bu xəstəliklərin
qarşısının almağın ən yaxşı üsulu idmandır. Üzgüçülüklə
məşğul olmaq gözəl effekt verir. Problemlə mübarizə
aparmaq üçün müalicə seçildikdə ilk növbədə fiziotera-
piyadır. Nəticə alınmırsa alqologiya, yenə nəticə alınmırsa
cərrahi müdaxilədir. Ümumiyyətlə fəqərə xəstəlikləri təkcə
Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Müraciət
edənlərin 50-55 faizi onurğa ilə bağlıdır.
- Bəs insanların müəyyən ağrılardan xilas olmala-
rı üçün ağrıkəsicilərdən mütəmadi istifadəsi ilə bağlı
məsləhətiniz nədir?
- Ağrıkəsicilərə bağlı ağrıların özü ayrıca bir bölümdür və
müalicəsi çox çətindir. Ağrıkəsiciləri uzun müddət içmək
özü də ağrılara səbəb ola bilir. Ona görə biz hər çıxışımız-
da «özbaşına ağrıkəsici almayın» - deyə bildiririk. Bəzi in-
sanlar həddən artıq dərman düşkünüdür. Bəzi insanlar isə
dərman versən də onu içmək istəmirlər. O həddi saxlamaq
çox çətindir.
- Ümumiyyətlə “Alqologiya” tibbdə yeni sahə olduğu
üçün insanlar bu sahə ilə bağlı məlumatsızdırlar.
- Alqologiyanın tibbdə 35-40 yaşı var. Azərbaycanda ilk
dəfə 6 il əvvəl Mərkəzi Klinik Xəstəxanada Ağrı Mərkəzini
qurduq. Bu işdə müəllimim Prof. Dr. Nürəddin Lüləcinin
əməyi çoxdur. Xəstələr ilk başda bizim və digər klinikala-
rın həkimləri tərəfindən bizə yönəldilirdi. Son dövrlərdə
isə xəstələr özləri birbaşa bizə müraciət edirlər. Hal-
hazırda ölkədə bu sahənin inkişafı sevindirici haldır.
Nevralgiyası olan, onkoloji xəstələr, şekər vəya diğər
damar xəstəliyinə bağlı ağrılar ilə xəstələr bölməmizdə
müalicə olurlar.
Biz ayrılıqdan qorxuruq
- Ölüm hadisələri tibbdə çox olur. Belə gərgin iş şəraitində
işləmək və bu cür hadisələrin şahidi olmaq çətindirmi?
Beyin ölümü nədir?
- Ölüm hadisəsinə alışmaq anlayışı yoxdur. Sadəcə
biz reanimotoloq olaraq soyuqqanlığımızı qorumaq
məcburiyyətindəyik. Bu, bizim professional xüsusiyyətimizdir.
Əgər soyuqqanlı olmasaq bu, işimizə təsir edər. Yoxsa hər
xəstə dünyasını dəyişəndə həkimdən bir şey gedir. Bu,
hadisəyə alışmaq deyil. Biri gözünün qabağında ölürsə,
səs-küy etməklə xəstəyə daha da zərər vermiş olarsan.
Ölüm tibbi olaraq həyati funksiyaların yerinə yetirilməməsi
deməkdir. Beyin ölür, ancaq ürək işləyirsə, biz onu ölüm say-
mırıq. Sadəcə buna “beyin ölümü” deyirik. Xəstənin digər
orqanlarını isə mühafizə edə bilirik . Biz beyin ölümünün
diaqnozunu nevroloji müayinə ilə təyin edirik. Beyin ölü-
münü təsdiqləmək üçün 3-4 həkim bir araya gəlməlidir.
Xəstədə beyin ölümü diaqnozunu təsdiqləmək üçün bəzi
görüntüləmə üsulları var. Xəstənin beynin ölməsini ən dəqiq
göstərən şey angioqrafiyadır. Bundan əlavə, tomoqrafiya,
yuxu arteriyalarının dopleroqrafiyası da bizə beyin ölümü
haqqında məlumat verir. Beyini ölən xəstə faktiki yaşamayan
xəstədir. Ancaq onun digər orqanlarının ömrünü uzatmaq
olur. Bu, ümumilikdə geriyə dönüşü olmayan bir vəziyyətdir.
Xaricdə bunu xəstələrin yaxınlarına başa salaraq onların
böyrəyi vəya qaraciyərindən donor kimi istifadə etməyə
icazə alırlar. İnşallah zamanla Azərbaycanda da orqan ba-
ğışlamağı insanlar daha rahat qəbul edər və başkalarının
həyatını xilas etmiş olarlar. Beyin ölümü əlbəttə, ölümün
bir parçasıdır. Ancaq ölüm əsasən ürəyin dayanmasıdır. Bir
xəstəyə tibbi olaraq «öldü» demək üçün ürəyi atmamalıdır.
- Biz niyə ölümdən qorxuruq?
- Normalda əlinin bir yerə dəyəndə yanacağını bildiyin
halda qorxursan. Ölümdən qorxmaq fərqli şeydir. Ölüm
qaçınılmaz olduğu üçün ondan qorxmağa ehtiyac yox-
dur. Məncə biz ayrılıqdan qorxuruq. Biz yaxınlarımızdan,
sevdiklərimizdən ayrılmaqdan qorxuruq.
- Elm hazırda «Ölümdən sonrakı həyat» üzərində baş
sındırır. Sizcə ölümdən sonra həyat varmı?
- Məncə ölümdən sonra həyat var. Ölümdən sonra həyatın
olmaması insanları daha da ümidsizliyə qapadar. İnsanlar
daha da nəzarətsiz olarlar. Elm bunu isbatlaya bilməsə də,
«o dünya» fikir və ya inanc olaraq vardır.
- Elə bir zaman olacaqmı, tibb elminin qarşısında
«müalicəsi olmayan xəstəlik » sualı dayanmasın?
- Tibb elmi inkişaf etdikcə tapılan xəstəliklərə qarşı
önləmlər və müalicələr ola bilər. Ancaq sonsuz bir şey ola
bilməz. İnsanlar nədənsə ölməlidir. Biz həkimlər ancaq
erkən ölməyin qarşısını ala və ya həyat keyfiyyətini artıra
bilərik. Biz Allahın yazdığına qarşı çıxa bilmərik.
Müsahibəni götürdü:
Qızılgül Məmmədova
Dr. Vüqar Abdülkərimov: "Reanimotoloq olaraq
soyuqqanlılığımızı qorumalıyıq"
Mərkəzi Klinikanın Reanimasiya şöbəsinin müdiri, reanimotoloq-alqoloq Vüqar Abdülkərimovla müsahibə
Ölümdən qorxmaq fərqli şeydir.
Ölüm qaçınılmaz olduğu üçün
ondan qorxmağa ehtiyac yoxdur.
Məncə biz ayrılıqdan qorxuruq. Biz
yaxınlarımızdan, sevdiklərimizdən
ayrılmaqdan qorxuruq.
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-5 | MART 2015
6
İnsan öldükdən 7 dəqiqə
sonra beyni də ölür. Bu 7
dəqiqədə həmin adamın
xatirələri sürətli formada
gözünün qabağından keçir.
Ağladığınız zaman göz
yaşınız ilk sağ gözünüzdən
gələrsə xoşbəxtlikdən,
sol gözünüzdən gələrsə
kədərdən ağlayırsınız.
Bal xarab olmayan yeganə
qidadır.
Saqqız ilk dəfə 1948-ci
ildə amerikalı Con Kartis
tərəfindən satışa çıxarılıb.
Soğan doğrayarkən saqqız
çeynəmək gözün yaşarma-
sının qarşısını alır.
Uşaqlar yazda daha çox
böyüyür.
İnsan ağzında 40 min bak-
teriya yaşayır.
Ən uzun boylu insan
2.72 metr boyu olan ABŞ
vətəndaşı R.P.Wadlow ol-
muşdur.
Təsisçi:
Mərkəzi Klinika
Baş redaktor: Toğrul Adıgözəlov
Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov
Bülleten ayda bir dəfə nəşr olunur.
Tiraj: 500
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika twitter.com/MerkeziKlinika
MARAqLı fAKTLAR
Dünya gülür üzümə,
Vətənimə yaz gəlir.
Hər dağıma düzümə,
Çəmənimə yaz gəlir.
Ürəyimdə bahardır,
Gözüm önündə bahar.
Bir işvəli gözəlin,
Təbəssümündə bahar.
Sən, ey nəğməkar pəri,
Fəsillərin sonası.
Gəlişinlə hər evdə,
Əlvan şamlar yanası.
Alışan tonqalların,
Bir aləm büsatı var.
Novruzun hər süfrədə,
Bəxşişi, baratı var.
Belində qizil kəmər,
Nazlanır göy səməni.
Kosaya nəmər verin,
Əlində xurcun gəlir.
Dillən, ey qara zurna,
Telli sazla həmahəng.
Bu bahar gözlərimdə
Çiçək açır rəngbərəng.
Havalanır uzaqdan,
“Yallı gedək” sədası.
Qopur hər dodaqdan,
“Sağ ol”, “var ol” nidası.
Novruz ulu tanrıdan,
Vətənimə ərmağan.
Süfrələrin neməti,
Lütfündür ey yaradan.
Hamı deyir bu bayram,
Şənliklərin tacıdır.
Ürəklərin sevinci,
Dərdlərin əlacıdr.
Hörmətlə yola salaq
Köhnə ili ay ellər.
Bu baharın ayağı
Sayalıdır deyirlər.
Personalın yaradıcılığı
MK bağbanı: Yusif Bağırov
Yaz gəlir
Dostları ilə paylaş: |