Yaşla əlaqədar olaraq gormə itiliyi və səhəsi artır ki, bu da əsas etibarı ilə 9-10 yaşa kimi
daha intensiv şəkildə dəyişir. Belə ki, məsələn kiçik yaşlı məktəblilərdə görmə itiliyi yaşlılara
nisbətən yüksək olur, buna baxmayaraq görmə qavrayışının maksimal dəqiqliyinə və rəng
çalarlarının fərqləndirilməsinə yeniyetməlik dövrünün başlanğıcında, yəni 12-13 yaşda nail olmaq
olar. Görmə sahəsi əlaxüsus məktəbəqədər dövrdə intensiv şəkildə inkişaf edir, lakin 10-11 yaşa
kimi görmə sahəsi demək olar ki, yaşlıların göstəricilərinə yaxınlaşır.
Boksda görmə analizatoru vasitəsilə alınan məlumatlar döyüşün bütün mərhələlərində
birinci dərəcəli rol oynayır və yalnız əsas etibarı ilə qısa vaxt çərçivəsində olan yaxın döyüş zamanı
rəqibin fəaliyətini görməkdən ötrü görmə analizatorunun əsas vəzifəsini dəri hərəki reseptorları
oynayır.
Hərəki analizator.
Bu proprioreseptiv və ya oynaq əzələ analizatoru kimi ifadə olunmaqla, insanın hərəki
aparatının müxtəlif hissələrinin fəaliyyəti ilə əlaqədardır. Digər hissiyat orqanları kimi hərəki
analizator üç hissədən ibarətdir. Birinci hissə olan reseptorlar (proprioreseptorlar) əzələlərdə,
vətərlərdə və oynaq bağ anaratında yerləşir. Onlar əzələlərin yığılması və boşalması zamanı
oynayırlar, yəni daha dəqiq desək impulslar toplusu əzələlərin istənilən vəziyyətində mərkəzi sinir
sisteminə çatdırılır. Proprioreseptorlarda baş verən oyanma mərkəzi sinir sisteminin müxtəlif
şöbələrinə , o cümlədən əsas etibarı ilə baş beynin böyük yarımkürələr qabığının başlıca şırımına
çatdırılır ki, burada da qıcıqların yüksək səviyyəli analiz və sintezi həyata keçirilir. Bədənin hər
hansı bir vəziyyətinin saxlanılmasında və ya hərəkət zamanı bu analizator əks əlaqə vasitəsilə
mərkəzi sinir sisteminin əzələlərin yığılması və boşalmasının hansı dərəcədə olması, vətər və
bağların dartılması, oynaqların vəziyyəti barədə məlumatlandırır. Hərəki analizator vasitəsilə
ötürülən impulslar eləcə də əzələ tonnosunun saxlanması üçün də bir şərtdir.
Digər sensor sistemlərdə olduğu kimi hərəki analizatorların funksiyaları da yaşla əlaqədar
olaraq qanunauyğun şəkildə inkişaf edir. Hərəki analizatorların inkişafı, uşaqların gündəlik həyatı
hərəki fəaliyyətində icra etdikləri hərəkətlərin miqdarı və müxtəlifliyindən bilavasitə asılıdır. Böyük
yarımkürələr qabığının hərəkətlə bağlı şöbəsinin hüceyrəvi quruluşunun dəyişikliklərini tədqiq edən
- 174 -
morfoloqlar belə qənaətə gəlmişlər ki, hərəki analizatorun beyin şöbəsinin hüceyrələrinin tək-
milləşməsi prosesi kiçik məktəbli yaşı və hətta yeniyetməlik dövründə də davam edir. Beləliklə
hərəki analizatorun sinir hüceyrələrinin quruluşunun tam şəkildə formalaşmasına əsasən 12-13 yaş
həddində nail olunur. Bu onunla izah olunur ki, daha yuxarı yaş dövrlərində hərəki analizator artrıq
cüzi şəkildə inkişaf edir. Ona görə də yuxarı məktəb yaşlı dövrdə hərəki fəallığın xarakteristikasını
müəyyən etmək daha məqsədəuyğun olardı. Adətən hər hansı bir idman növü ilə məşğul olmayan
15-17 yaşlı yeniyetmə, 12-14 yaşlı yeniyetmələrə nisbətən kifayət qədər az hərəkət icra edir. Bütün
bunlara baxmayaraq onu da unutmaq olmaz ki, yuxarı yaşlarda idmanla məşğul olmaq hərəki
analizatorun inkişafını tənzimləyir. Həmçinin hərəki analizatorun öz maksimal inkişafına məhz
cinsi yetişkənlik dövründə nail olunmasını tam bioloji səbəblərinin də mövcud olmasını nəzərdən
qaçırmaq olmaz. Bu 13-14 yaşlı yeniyetmələrin yüksək səviyyəli təkmilləşmiş hərəkətlərinin
çoxsaylı nümunələri ilə sübuta yetirilə bilər. Yeniyetmə üçün elə mürəkkəb hərəkət texnikası
mövcud deyil ki, o onun üçün icra edilə bilən və qavranılan olmasın. Əgər yeniyetməlik dövründə
uşaqlar idman hərəkətlərinin icra texnikasına yiyələnirlərsə, bu halda daha yuxarı yaşlarında
qazanılmış hərəki vərdişlər əsasında onlarda fiziki keyfiyyətlərin inkişaf prosesi daha səmərəli
şəkildə baş verə bilər.
Məlum olduğu kimi boks məşqləri hərəki analizatorun imkanlarına xeyli müsbət təsir
göstərir. Belə ki, idman təmrinlərinin icrasının yüksək formada təkmilləşməsi hər zaman hərəkət
orqanlarından fasiləsiz şəkildə məlumatların alınması ilə əlaqədardır. Buna misal olaraq qeyd etmək
olar ki, boksçunun əzələ hərəki qavrayışı zərbələrin hissiyatında, yəni vaxtında düzgün, güclü,
dəqiq, eləcə də zəif zərbələri istifadə etmək qabiliyyətində əsas rol oynayır.
Vestibulyator analizator.
Bədən vəziyyətinin və hərəki istiqamətin, eləcə də tarazlığın saxlanılmasında hərəki
analizator reseptorlarından başqa, həmçinin vestibulyar aparat da mühüm rol oynayır. Vestibulyar
analizatorun reseptorları gicgah sümüyü piramidinin labirintinin müxtəlif şöbələrində yerləşdirilir
ki, ilbiz və yarımkürəvi kanallar onun tərkib hissələrindən hesab olunur. Mürəkkəb quruluşa malik
olan otolit aparatı və ampula hissəsi reseptorlara xidmət edir. Bu reseptorlarda baş verən oyanma
uzunsov, aralıq beyinə çatdırılır, lakin daxil olan qıcıqların yüksək səviyyəli analiz və sintezi baş
beynin böyük yarımkürələrinin gicgah nahiyəsində həyata keçirilir. Bədən tarazlığının bütün
vəziyyətlərinin istənilən dəyişiklikləri vestibulyar aparatın reseptorlarının qıcıqlanmasına səbəb olur
ki, bu da orqanizmə olan mexaniki faktorların təsiri ilə əlaqədardır.
Boksda bir çox təmrinlərin icrası xüsusən müvazinətin, başın müxtəlif vəziyyətlərinin
saxlanması ilə əlaqədar olan hərəkətlər zamanı vestibulyar analizator tərəfindən olan siqnalizasiya
sayəsində idmançı bədəninin fərqli yerdəyişmələri barədə məlumatlar təmin olunur. Bu məlumatlar
mərkəzi sinir sisteminə daxil olmaqla hərəkətlərin proqnazlaşdırılmasını yaxşılaşdırmaqla yanaşı
eyni zamanda onların dəqiqliyini və bir-biri ilə uyğunlaşdırılmasını təmin edir. Yeniyetmə
boksçularda məşqlər ərzində davamlı dinamik müvazinətin saxlanılması imkanları yüksəlir,
baxmayaraq ki, bu zaman əzələlər hələ tam möhkəmlənməyib, lakin müvazinətin mexaniki təsirlərə
qarşı gücləndirilmiş reaksiya verirlər. Bu cür reaksiya əzələləri zəif inkişaf etmiş yeniyetmələr və ya
astenik tipə məxsus olan uşaqlar üçün xarakterikdir.
Boksda müvazinət.
Boksçunun müvazinəti – döyüş şəraitində zərbə vuranda, yer dəyişəndə, müdafiə hərəkətləri
yerinə yetirəndə bədəni sarsılmaz, əyiməz, yıxılmaz davamlı saxlamaq imkanıdır.
Müvazinət iki yerə bölünür: statik və dinamik müvazinət. Statik müvazinət boksa xas deyil.
Sarsılmaz dinamik müvazinəti saxlamaq imkanı olan boksçu çətin kordinasiya hərəkətləri yerinə
yetirə bilər. Döyüş zamanı müvazinət pozularsa, hətta balaca bir təkanda, məsələn orta və əsasən
yaxın məsafələr şəraitində boksçu öz hücumundan yıxıla bilər. Buna görə də pis dinamik müvazinət
saxlamaq imkanına malik olan boksçunun hücum və əks hücum müdafiə hərəkətləri az effektli olur
və bu boksçunun daha çox sayda zərbə buraxmasına səbəb olur. Davamlı müvazinət üçün məşqçilər
xüsusi tapşırıqlardan istifadə edirlər. Məsələn, vaxtla gimnastik (til) şalban üzərində və yaxud çəllək
üzərində sürətlə getməlidir.
Dəri analizatoru.
- 175 -
Boksçu fəaliyyətində dəri hissiyatının rolunun düzgün qiymətləndirilməsi böyük əhəmiyyətə
malikdir. Dəri hissiyatının dörd növü var: 1) toxunma və təzyiq, 2)ağrı, 3) istilik, 4) soyuqluq. Bu
hissiyatlar hər biri spesifik reseptorlar tərəfindən mənimsələn qıcıqlanmaların nəticəsində törənir ki,
onlar da bir-birindən daha qalın və dərin qatlarında yerləşmə quruluşuna görə fərqlənirlər. Toxunma
və təzyiq hissiyatı deyəndə taktil hissiyat (lamisə) da başa düşülür. Yeniyetmələrdə olan lamisənin
yaşılara nəzərən çox olması göstərilir.
Bu digər və ya daxili orqanların vəziyyətinin təhlükəli xoşagəlməz olmasına tez-tez vahid
siqnallarla xəbərdar olması ağrı hesab edilir. Ağrı hissiyatı xüsusi reseptorlar vasitəsilə həyata
keçirilir ki, bu da bütün bədən boyu yerləşmişdir. İsti və soyuq hissiyatı, daha doğrusu temperaturun
dəyişməsi iki növ resptorlar vasitəsilə qavranlır: onlardan biri istinin, digəri isə soyuğun təsirindən
oyanır. Temperatur fərqinə qarşı daha çox qarın nahiyəsinin dərisi öz həssaslığı ilə seçilir. Ətraflar
bədənə nisbətən istiyə qarşı daha az həssasdırlar. Bədənin açıq hissələri bağlı hissələrinə nəzərən
soyuğa qarşı daha az həssaslığı ilə diqqəti cəlb edirlər. Beləliklə, məşqçi bilməlidir ki, orqanizmin
möhkəmləndirilməsi, qeyri sabit uyğunlaşma mexanizmlərin formalaşmasını təmin edir ki, bunun
da sayəsində orqanizmi möhkəm olan boksçularda, xüsusən böyük fiziki və psixi yüklənmələrdən
qaynaqlanan xəstəlik əlamətləri çox az-az hallarda təsadüf olunur.
ƏDƏBİYYAT
1.
Qalib Şamil oğlu Əbiyev “Yeniyetmə boksçuların məşqinin fizioloji xüsusiyyətləri”. Bakı,
2011.
2.
Ağacan Q. Abiyev, Tofiq X. Babanlı, Elçin A. Hüseynov “Boks”. Bakı, 2006.
3.
Y.A.Yermolayev “Qamət pozuntularının profilaktikası”. Moskva, 1985.
ABSTRACT
Alikhanov Valeh
Physiological changes in the practice of teenager boxers
The article deals with physiological changes in the practice of teenager boxers. The article
analyzes fundamental changes of the organism in the sport practice and adolescence period of the
experienced physiologists, titled sport specialists. The attention is drawing to change and formation
of body figure under in influence of sport practice and environment.
РЕЗЮМЕ
Алиханов Валех
Физиологические изменения, происходящиеся у подростков
во время тренировок
В статье говорится о физиологических изменениях, происходящихся у подростков во
время тренировок. В ней анализируются фундаментальные изменения, происходящиеся у
известных физиологов и титулированных спортсменов как во время спортивных тренировок,
как и в подростковом возрасте их жизни вообще. Изменения и формирование их
телосложения в подростковом возрасте во время спортивных тренировок, влияние на это
окружающей среды и другие вопросы находит свое отражение в настоящем исследовании.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz
Məmmədov
- 176 -
MÜNDƏRİCAT
BİOLOGİYA
1.
Saleh Məhərrəmov. Yovşan üzərlik qarışığının selikli qişalara yerli təsiri.................................3
2.
Akif Mərdanli, Fərman Xudaverdiyev, Tofiq Əliyev. Naxçıvan MR-in Şərur
rayonunda meyvə ağaclarına zərərverən başlıca kəpənəklər və onların təbii düşmənləri........7
3.
Musa Piriyev. Naxçıvan Muxtar Respublikasında yayılmış qoz cinsinin növ tərkibi,
təsərrüfat xüsusiyyətləri və yaşıllaşdırmada istifadə edilməsi....................................................10
4.
Həbib Hüseynov, Səxavət Bayramov, Leylabəyim Seyidova. Naxçıvan MR şəraitində
müxtəlif bitkilərə zərər verən şıqqıldaq böcəklər fəsiləsinin ( coleoptera, elateride) bəzi
növlərinin bioekoloji xüsusiyyətləri...........................................................................................15
5.
Yavər Məmmədov, Əli Tahirov, Aynurə Məmmədova. Naxçıvan Muxtar Respublikası
ərazisində entomofaunanın tədqiqinə dair...................................................................................19
6.
Hilal Qasımov. Məişətdə və tikintidə istifadə olunan bitkilərin etnobotaniki
və floristik təhlili........................................................................................................................23
7.
Hüseyn Novruzov. Naxçıvan Muxtar Respublikasında yayılmış silvilər və
milçəkqapanlar fəsiləsinə daxil olan quşların autekologiyası..............................................30
8.
Əliyar İbrahimov, Aynur İbrahimova, Fatmaxanim Nəbiyeva.
Ali bitki şöbələrinin və
birləpəlilərin təyin etmə cədvəli..................................................................................................36
9.
Daşqın Qənbərov. Naxçıvan Muxtar Respublikası florasında yayılan astracantha və
astragalus növlərinin hündürlük qurşaqları üzrə yayılması, fitosenoloji xüsusiyyətləri və
əhəmiyyəti...................................................................................................................................44
10.
Əfruz Nəsirova. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış campanulaceae juss. –
zəngçiçəyikimilər fəsiləsinə daxil olan bitkilərin şaquli zonallıqlar üzrə yayılma
qanunauyğunluğu........................................................................................................................54
11.
Elşad Əhmədov, Mahirə Məmmədova. Baykoksun eimeria tenella ( apicomplexa,
coccidia, eimeriidae) oosistalarina in vitro təsiri……………………………………………....59
12.
Ramiz Ələkbərov. Naxçıvan Muxtar Respublikası florasında yayılan dalamazkimilər
(lamiaceae lindl.) fəsiləsinin prunella l. (boğazotu) cinsinə daxil olan növlərin biomorfoloji
və müalicəvi xüsusiyyətləri........................................................................................................63
13.
Surə Rəhimova. Naxçivan Muxtar Respublikası ərazisində yayılan capparaceae juss.
fəsiləsinə daxil olan capparis herbacea l. növünün fitokimyəvi tədqiqi və müalicəvi
xüsusiyyətləri..............................................................................................................................67
14.
Zülfiyyə Salayeva. Liliales sirasına daxil olan bitkilərin tədqiqi vəziyyəti...............................71
15.
Fəridə Səfərova. Zəhərli bitkilərinin arıcılığa təsiri...................................................................78
- 177 -
KİMYA
16.
Yasin Babayev. Qallium (indium)seskvitellurid-germanium sistemlərində qarşılıqlı təsir
xüsusiyyətlər..............................................................................................................................82
17.
Mirnazim Seyidov, Akif Əliyev. Neftin mənşəyinin tədrisinə dair..........................................86
COĞRAFİYA
18.
Mübariz Nuriyev.
Naxçıvan MR-də alçaqtemperaturlu günəş, su qızdırıcılarının
tətbiqinin perspektivi..................................................................................................................90
19.
Əli Həsənov, Ülviyyə İsgəndərova. Naxçıvan Muxtar Respublikasının dağarası
çökəkliklərindən kənd təsərrüfatında istifadənin iqtisadi-coğrafi qiymətləndirilməsi..............94
20.
Səxavət Salahov.
Orta Kür çökəkliyində termal suların perspektivliyi....................................99
21.
Elnarə Seyidova, Turanə Seyidova. S.Y.Babayevin coğrafiya elminin inkişafında rolu......104
TİBB ELMLƏRİ
22.
Malikəjdər İbrahimov. İnfarktdan sonrakı stenokardiyalarin diaqnostika və müalicəsinin
müasir prinsipləri.......................................................................................................................108
23.
İsa Abdullayev.
Yayılmış peritonitlərin müalicəsinin nəticələrinin yaxşılaşdırılmasında
cərrahi manipulyasiyaların təkmilləşdirilməsi ilə yanaşı, immun status və sitokin profili
göstəricilərinin korreksiyasının əhəmiyyəti...............................................................................113
24.
Cəbi İsmayılov, Azər İsmayılov
.
Bitişmə xəstəliyinin əmələ gəlməsində anatomik
faktorun rolu..............................................................................................................................121
25.
Gültə kin Əliye va. İmuno lo ji səbəblərd ə n hamilə liy in pozulmas ı zama nı hla
toxuma uyğunluğu ilə abo qan qrupu sistemi üzrə uyğunsuzluq arasındakı əlaqə.................125
26.
Malik Əliyev. Dodaq və damaq yarığı anomaliyaları və Naxçıvanda rast gəlmə tezliyi....131
27.
Münəvvər Ələsgərli. Toksoplazmozun diaqnostika üsulları..................................................133
28.
Arzu Ağayeva. Helicobacter pylori-nin insan orqanizminə patogen təsiri..............................138
29.
Səfər Qədimov. Qaraciyərin OS zədələnmələrində tətbiq olunan cərrahi taktikanın müasir
aspektləri....................................................................................................................................141
30.
Çinarə Məmmədova. Hipertoniyada istifadə olunan dərman (antihipertenziv)
maddələrinin farmakologiyası...................................................................................................149
BAYTARLIQ
31.
Etibar Məmmədov. Şərur rayonunun ət-kəsim məntəqələrində kəsilmiş qoyunlarda
anoplosefalyat növlərinin yayılması..........................................................................................155
32.
Qadir Fərhadov. Mədə-bağırsaqhelmintlərinin (b. Trigonocefalium ,haemonchus
contortus, trichostrongylus , nematodirus) parazit - sahib münasibətləri................................158
33.
Fezi İbadov, Mirmahmud Seyidli. Baytarlıq təbabətində həzm sistemi xəstəliklərində
işlədilən dərman bitkiləri........................................................................................................161
METODİKA
34.
Зярювшян Бабайева. Али вя орта мяктяблярдя ЙТТ, интерактив тялимин тятбиги
вязиййяти....164
35.
Valeh Əlixanov. Yeniyetmə boksçuların məşq prosesində baş verən fizioloji dəyişikliklər...168
- 178 -
Dostları ilə paylaş: |