TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/28
tarix28.11.2016
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28

- 3 - 
 
 
     İSSN 2223-5124 
ELMİ ƏSƏRLƏR 
 
TƏBİƏT ELMLƏRİ VƏ TİBB SERİYASI 
          SERIES OF NATURAL SCİENCES AND MEDİCİNE
 
SCIENCES 
 
          СЕРИЯ ЕСТЕСТВЕННЫХ  НАУК МЕДИЦИНЫ 
№3(68) 
NAXÇIVAN,  NDU, “QEYRƏT”-2015 
НАУЧНЫЕ ТРУДЫ 
SCIENTIFIC  WORKS 

- 4 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
BİOLOGİYA 
SALEH  MƏHƏRRƏMOV 
AMEA-nın müxbir üzvü                                                                                                                                                                
                                                                                 Naxçıvan Dövlət Universiteti    
                                                                                  salehmaharramov@mail.ru     
UOT:  581.1 
 
YOVŞAN  ÜZƏRLİK  QARIŞIĞININ SELİKLİ  QİŞALARA  YERLİ  TƏSİRİ 
 
Aparılan  tədqiqat  işində  antihelmint  səmərəyə  malik  yovşan-üzərlik  qarışığının  selikli 
qişalara  təsirini  öyrəndik.  Təcrübədə  qarışıqdan  hazırlanan bişirmənin dəri səthində, ağız boşluğu, 
udlaq,  qida  borusu,  mədə-bağırsaq  selikli  qişalarında  iltihab  xarakterli  reaksiya  yaratmadığını 
müşahidə etdik.   
 
Açar  sözlər: yovşan, üzərlik, toksiki təsir, yerli təsir, selikli qişalar 
Key words:  wormwood, rue,, toxic affect, local affect, mucous membrance. 
Ключевые  слова:  полынь,  гармала,  токсическая  действия,  местная  действия, 
слизистые оболочки 
 
  Preparatın  müalicə  və  toksiki  təsiri  onun  hansı  miqdarda  orqanizmə  daxil  edilməsindən  də 
asılıdır.  Hətta  müalicə  əhəmiyyətli  bitki  və  kimyəvi  mənşəlli  preparatlarla  zəhərlənmələr  zamanı 
heyvanların  ürək-damar,  tənəffüs,  həzm,  sinir  sistemində,  maddələr  mübadiləsində,  humoral 
sistemdə  disfunksiyalar  əmələ  gəlməklə,  temperatur  aşağı  enir,  ümumi  halsızlıq  yaranır,  immunitet 
zəifləyir,  diri  çəkiləri  azalır.  Qanın  formalı  elementlərinin  sayında,  fiziki-kimyəvi  xassələrində 
leykositlər  formulunda  normadan  kənara  çıxmalar  müşahidə  edilir  [11,  s.  191-194].  Daxili 
orqanlarda  histopatoloji  dəyişikliklər  qeydə alınır  [2, s. 1-5]. 
Otlaqlarda  yayılan  bəzi  zəhərli  bitkilər  həm  də  müalicəvi  əhəmiyyətə  malikdir.  Buna  görədə 
hətta  yüksək  səmərəliliyə  malik  bitkilər  praktik  olaraq  tətbiq  edilməmişdən  əvvəl  toksikoloji 
cəhətdən  qiymətləndirilməlidir.  Az  miqdarda  müalicəvi    əhəmiyyətə  malik  bitkilər  heyvan 
tərəfindən  artıq  yeyildikdə  toksiki  təsir  göstərir.  Zəhərli  bitkilər  heyvanlar  üçün  toksiki  maddələri 
həyat  fəaliyyətləri  dövründə  hazırlayaraq  yarpaqlarında,  köklərində  və  b.  vegetativ,  generativ 
orqanlarında  saxlayırlar.  Bitkiləri  tərkibindəki  zəhərli  maddələrin  təbiətinə  görə 4 qrupa  ayırırlar: 
         1) alkaloidləri  sintez  edən bitkilər; 
         2) tərkibində  qlikozidlər  çox olan  bitkilər;   
         3) efir  yağları  və fitonsidlərin  üstünlük  təşkil  etdiyi  bitkilər; 
         4) fotosensibilizasiya  edici  maddələrə  malik  bitkilər  [3, s. 221-223]. 
Heyvanların  zəhərli  bitkiləri  yemə  səviyyəsi  eyni  olmur.  Gövşəyənlər  qlikozid  tərkibli 
maddələri  daha  çox  yeyir.  Bitkilərlə  zəhərlənmiş  keçilərin  südünü  başqa  heyvanlara  içirtdikdə  də 
toksikoz  yaranır.  Zəhərli  bitkilərin  hətta  yemlə  heyvan  orqanizminə  düşməsi  hallarında  da 
toksikozlara  təsadüf  edilir.  Bitkilərin  toksikliyi  vegetasiya  dövründən,  yaşından,  qidalanma 
şəraitindən,  onların  inkişafını  sürətləndirmək  üçün  səpilən  kimyəvi  gübrələrin  verilmə  miqdarından 
və b. amillərdən  asılıdır  [4].  
Baldırğanın  ağ  siçanlar  üzərində  çiçəkləmə  və  meyvələrin  yetişmə  fazasında  maksimal  keçid 
həddi  müvafiq  olaraq  5200,  5050  mq/kq,  orta  öldürücü  dozası  hər  iki  fazada  7390  mq/kq,  100% 
öldürücü  dozası  isə  10030  və  10050  mq/kq-dır.  Onun  çiçəkləmə  və  meyvələrin  yetişmə 
mərhələsində  Kaqan  və  Stankoviç  metodu  ilə  müxtəlif  dozalarda  uzun  müddət  verilməsinə 
baxmayaraq  heyvanların  50%-i  ölmədiyindən  kumulyasiya  əmsalını  təyin  etmək  mümkün 

- 5 - 
olmamışdır.  Baldırğanın  boğaz  siçovullara  müalicə,  müalicə  dozasının  3,  5  dəfə  artırılmış 
miqdarları  verilən  tədqiqatlarda  embriotoksik,  teratogen  təsir  qeydə  alınmamışdır  [7, s. 96].  
Baldırğanın  müalicə  (0,9  q/kq),  müalicə  dozasının  3  və  5  dəfə  artırılmış  miqdarları 
yedizdirilmiş  qoyunların  bədən  temperaturu  normal  dərəcədə  olmuşdur.  Heyvanların  hərəkət 
koordinasiyasında,  davranışında,  selikli  qişaların  rəngində  patoloji  dəyişikliklər  görünməmiş,  ürək 
vurğularının  taxikardiya  və  bradikardiyasına,  tənəffüs  hərəkətlərinin,  işgənbənin  peristaltikasının 
sayında  tezləşmə  və  seyrəkləşmə  hallarına  təsadüf  edilməmişdir.  Təcrübədə  olan  heyvanların 
qanında 
eritrositlərin,  leykositlərin,  trombositlərin  sayı,  hemoqlobinin  miqdarı,  eritrositlərin 
hemoqlobinlə  doyma  dərəcəsi  normal  ölçüdə  olmuşdur.  Həmin  heyvanlardan  götürülən  sidiyin 
fiziki-kimyəvi  xassələrində  patoloji  dəyişiklik  əmələ  gəlmir.  Baldırğan  qəbul  edən  heyvanların 
ürək,  dalaq,  qara  ciyər  və  böyrəklərindən  götürülən  nümunələrin  mikroskopiyasında  histopatoloji 
dəyişiklik  görünməyib.  Buna  görə  də  baldırğan  praktik  olaraq  həzm  sistemi  strongilyatlarına  qarşı 
yüksək  antihelmint  səmərəyə  malik,  lakin    toksiki  təsiri  olmayan  bitki  kimi  qəbul  edilməlidir  [6,  s. 
51-52; 8, s. 168-171]. 
Orlyak  ayı  döşəyinin  dəmləməsini  4  ay  ada  dovşanlarına  verdikdə  qanda  eritrositlərin, 
hemoqlobinin,  leykositlərin,  trombositlərin  miqdarı  azalır,  eritrositlərin  çökmə  sürəti  artır, 
eritrositlər  sidiklə  ixrac  olunur.  Mədə-bağırsaqda  hemorargik  kataral  iltihab,  sidik  kisəsinin  selikli 
qişasında  hemorargiyalı  şişkinlik,  eroziya  və papillomatoz  əmələ  gəlir  [10, s. 121-125].  
Andız,  propolisdən  hazırlanan  dəmləmə,  sarımsağın  şirəsi,  şirin  biyanın  kökündən 
hazırlanan  ekstrakt  yüksək  dərəcədə  bioloji  fəal  maddələrə  malik  olmaqla  bakteiosid,  bakteriostatik, 
sidik  qovucu  və b. istiqamətlərdə  orqanizmə  stimuledici  təsir  göstərir  [9]. 
Antihelmint  təsirləri  müəyyənləşdirilən  bitkilərin  qarışıq  formada  heyvanlara  verilməsi 
zamanı  yüksək  səmərənin  alınması  onların  toksikoloji  xüsusiyyətlərinin  araşdırma  zərurətini 
yaradır. 
Apardığımız  tədqiqatlarda  yovşan-üzərlik  qarışığının  nematodlara  qarşı  səmərəli 
antihelmint  təsirə  malik  olduğunu  sübut  etmişdik.  İki  bitki  qarışığının  verilməsi  sinergizm  zamanı 
bir- birinin  təsirini  qüvvətləndirir.  Bitkilərin  tərkibindəki  maddələrin  antaqonist  olması  onların 
helmintosid  təsirini  azaltmaqla  yanaşı  heyvan  orqanizmində  toksiki  əlamətlərin  yaranmasına  səbəb 
olur.   
Həzm  sistemi  strongilyatları  ilə  yoluxmuş  heyvanlarda  yovşanın  və  üzərliyin  yerüstü  yaşıl 
kütləsindən  hazırlanmış  bişirmələrin  antihelmint  təsirini  öyrəndikdən  sonra  onları  müxtəlif 
formalarda  yedizdirməklə  səmərəliliyini  yoxlamışdıq.  Yüksək  antihelmint  təsir  göstərən  yovşan-
üzərlik  qarışığının  heyvanlara  qüvvəli  yemlə  verilməsi  təcrübəsində  ən  yüksək  səmərəlilik 
hemonxuslara  qarşı  alınmışdır  [1,  s.  10-25].  Yovşanın  heyvanlar  tərəfindən  sərbəst  şəkildə 
yeyilməsi  onun  toksikologiyasının  öyrənmək  zərurətini  bir  daha  artırır.  Toksiki  təsir  göstərən 
bitkilər  olan  otlaq  sahələrində  heyvanların  fasiləsiz  otarılması  kütləvi  zəhərlənmələrə  səbəb olur. 
Yovşan-üzərlik  qarışığının  təcrübə  heyvanları  üzərində  dəri  və  selikli  qişalara  toksiki 
xüsusiyyətlərini  bitkilərin  topladığımız  yaşıl  yerüstü  kütləsindən  hazırladığımız  bişirmə  formasında 
öyrəndik.   
Preparatın  yerli  təsiri  onun  sürtüldüyü  bədən  hissəsində  yerli  olaraq  dəyişikliyin  əmələ 
gəlməsi  ilə  ölçülür.  Bu  zaman  həmin  nahiyyədə  qızartı,  infiltrasiya,  şişkinlik,  yerli  temperatura  kimi 
iltihab  tipli  reaksiyaların  yaranmasına  diqqət  edilir.   
  Helmintosid  təsirə  malik  yovşan-üzərlik  qarışığının  yerli  təsirini  həm  bədən  səthinə 
sürtməklə,  həm  də  həzm  sisteminə  yeritməklə  öyrəndik.  Təcrübəni  ağ  siçovullar  üzərində  apardıq. 
Bişirmənin  təsirini  hər  qrupda  6  baş  təcrübə  heyvanı  olmaqla  V  qrupda  öyrəndik.  Yovşan-üzərlik 
qarışığından  hazırlanmış  bişirmənin  dəri  səthinə  təsirini  öyrənmək  üçün  təcrübədə  olan  I  qrup 
siçovulların  qarın  nahiyyəsinin  tükünü  təmizləyib  1:5  nisbətində  hazırlanmış  məhluldan  gündə  bir 
neçə  dəfə  olmaqla  həmin    nahiyəyə  sürtürdük.  II  qrup  siçovullara  bişirmənin  müalicə  (6  q/kq),  III 
qrupa  isə  onun  3  dəfə  artırılmış  miqdarını  (18  q/kq)  qida  borusuna,  ağız  selikli  qişasına 
toxundurmaqla  mədəsinə  yeritdik.  IV  və  V  qrupda  olan  siçovullar  isə  nəzarətdə  olmaqla  həmin 
proseslərdə  adi distillə  sudan  istifadə  etdik  [5].  
Müayinə  etdiyimiz  məhlulun  dəri  səthinə  təsirini  adi  gözlə  həmin  gün  və  24  saat  sonra 
nəzarət  etməklə  izləyirdik.  Yerli  təsirini  öyrəndiyimiz  preparatın  sürtüldüyü  dəri  nahiyəsində  iltihab 

- 6 - 
xarakterli  reaksiya  görünməyərək  onun  rəngi  adi  vəziyyətdə  olduğu  kimi  qalaraq  nəzarət  qrupundan 
fərqlənmirdi.  Məhlulun  müxtəlif  dozada  həzm  sisteminin  selikli  qişalarına  yerli  təsirini 
müəyyənləşdirmək  üçün  həmin  qrupda  olan  siçovulların  bir  hissəsini  3,  bir  hissəsini  6  saat,  digər 
hissəsini  isə  1  gündən  sonra  öldürüb  müayinə  etdik.  Müayinəni  siçovulları  öldürdükdən  sonra  ağız, 
udlaq,  qida  borusu,  mədə,  nazik  və  yoğun  bağırsaqları  yarıb  daxili  selikli  qişalarını  yoxlamaqla 
apardıq.  Müayinədə  yovşan-üzərlik  qarışığından  hazırlanmış  bişirmənin  müalicə  dozasının  verildiyi 
bütün  siçovulların  ağız,  udlaq,  qida  borusu  və  mədə-bağırsaq  traktının  selikli  qişasında  qızartıya, 
iltihab  reaksiyasına  təsadüf  etmədik.  Yovşan-üzərlik  qarışığının  müalicə  dozasının  3  dəfə  artırılmış 
miqdarı  verilən  və  3  saat  sonra  öldürülən  siçovulların  ağız  boşluğunun,  qida  borusunun  və  mədənin 
selikli  qişasında  qızartı  görünürdü.  6  saat,  1  gün  sonra  öldürülən  heyvanlarda  isə  həmin  dəyişikliyə 
təsadüf  etmədik.   
Təcrübələrin  nəticəsi  göstərir  ki,  antihelmint  təsirə  malik  yovşan-üzərlik  qarışığından 
hazırlanmış  bişirmə  dəri  səthinə,  həmçinin  ağız  boşluğu,  udlaq,  qida  borusu  və  mədə-bağırsağın 
selikli  qişalarına  toksik  təsir  etmir.   
 
ƏDƏBİYYAT   
 
1.  Müalicə  profilaktika  məqsədilə  qoyunların  mədə-bağırsaq  nematodozlarına  qarşı  anthelmint 
bitkilərin  və  onların  kimyəvi  preparatla  qarışığının  işlədilməsinə  dair  təkliflər.  Bakı,  Mütərcim, 
2010, 27 s. 
2.  Sarsılmaz  M,  Özen  OA.  Subkronik  dönem  boyunca  formaldehit  soluyan  sıçanların  leydig 
hücrelerindeki  histopatolojik  değişiklikler  // Fırat  Tıp  Dergisi,  2000, c.2, s.1-5 
3. Şener S., Yıldırım  M. Veteriner  Toksikoloji  / Teknik  Yayıncılık,  2000, s.221-223  
4.  Tuna  A.,  Özer  Ö.,  Muğla  Ü.  Farkli  kalsiyum  bileşiklerinin  karpuz  (citrullus  lanatus)  bitkisinde 
verim,  beslenme  ve  bazi  kalite  özellikleri  üzerine  etkisi  //  Erciyes  Üniversitesi  Ziraat  Fakültesi 
dergisi,  2005, 42/1, 
http://firattipdergisi.com/pdf.  php3?id=429
   
  
5.  Кравченко  И.А.  Токсикологическая  и  фармакологическая  оценка  новых  нематодоцидных 
антгельминтиков  бифена  и  кубифена:  Автореф.  дис.  ...  канд.  вет.  наук. М., ВИГИС, 1990, 21 
с. 
 
6.  Магеррамов  С.Г.  Влияние  лекарственного  антигельминтного  растения  борщевика  на 
общее  клиническое  состояние  и  физико-химические  свойства  мочи  овец  /  Материалы 
конференции  Роль  науки  в  интенсификации  сельского  хозяйства.  Новосибирск,  Сибирское 
отделение ВАСХНИЛ,  1990, ст. 51-52  
7.  Магеррамов  С.Г.  Токсикологическая  оценка  лекарственного  растения    борщевика  //  Бюл. 
ВИГИС,  1990, № 54, с. 96  
8.  Магеррамов  С.Г.  Гистологические  изменения  внутренних  органов  овец  под  влиянием 
борщевика  //  Актуальные  вопросы  профилактики  и  ликвидации  заразных  и  незаразных 
болезней животных. Тематический сборник трудов АзНИВИ,  1991, s. 168-171 
9. Фитопрепараты. 13 mart 2008. http://
www.fito.biz.ua/
product   
10.  Эюбов  И.З.,  Шириев  Ф.,  Алишзаде  С.Д.  Влияние  папоротника  орлянка  на  организм 
кроликов  //  Актуальные  вопросы  профилактики  и  ликвидации  заразных  и  незаразных 
болезней животных. Тематический сборник трудов АзНИВИ,  Баку,  1991, s. 121-125 
11.  Kısmalı  G.  Effects  of  coenzyme  Q10  on  blood  biochemistry  in  rats  //  Kafkas  Üniversitesi 
veteriner  fakültesi  dergisi,  2009, c. 15,  № 2, s. 191-194  
 
ABSTRACT 
Saleh Maharramov 
 
The local effect of the rue-wormwood  of mixture  to the mucous  membrane 
       Our  research  in  the  anthelmintic  effect  of  high  local  impact  of  wormwood,  rue  learned  a 
mixture  of    bakng.  To  investigate  the  effect  of  distilled  water  to  the  baking  surface  of  the  skin  with  a 
1:5  ratio  of  1  settled  solution  several  times  a  day  with  the  skin  of  experimental  animals  have  been 

- 7 - 
cleaned.  Inflammation  of  the  skin  reaction  to  the  area  of  application  of  the  solution  of  their  stay,  as 
well  as  its  color  control  group  did  not  differ  from  the  normal  position.  To  determine  the  effect  of 
different  doses  of  the  solution  to  the  mucous  membrances  of  the  digestive  system,  the  drug  treated 
rats  in  the  experiment  (6kg/kg)  increased  the  amount  of  3  times  and  treatment  dose  (18kg/kg) 
pursued.  Wormwood,  rue  examination  treated  by  a  mixture  of  baking  all  the  rats  given  doses  of  the 
mouth,  pharynx,  esophagus  and  gastrointestinal  tract  mucosa  redness,  inflammation  reaction  was 
not  found.  The  treatment  dose  was  increases  to  3  times  the  amount  of  the  rats  were  killed  3  hours 
after  the  oral  cavity,  esophagus  and  stomach  mucosa  seemed  redness.  After    6  hours,  1  day  after  the 
animals  were killed,  the  change  did  not occur.   
 
РЕЗЮМЕ 
Салех Магеррамов 
 
Местное действие смеси из полыни и гармалы на слизистые оболочки 
 
В  проведенных   опытах изучали местное действие отвара, приготовленного из смеси 
полыни  и  гармалы,  обладающих  высоким  антигельминтным  действием.  Для  выяснения 
действия  на  поверхности  кожи  подопытных  животных  несколько  раз  в  день  смазывали 
очищенные части отваром, разведенным дистиллированной водой 1:5. В области смазанной 
раствором  кожи  не  выявлена  реакция  воспалительного  характера,  ее  цвет  продолжал 
оставаться прежним, не отличаясь от цвета кожи животных контрольной группы. 
 
Для  выяснения  местного  действия  раствора  в  разных  дозах  на  слизистые  оболочки 
вводили в пищеварительную систему подопытных крыс препарат в терапевтических (6г/кг) и 
трехкратно увеличенных (18г/кг) дозах. При обследовании у слизистых оболочек рта, глотки, 
пищевода  и  желудочно-кишечного  тракта  крыс,  введенных  терапевтической  дозы  отвар, 
приготовленный  из  смеси  полыни  и  гармалы,  красноты,  воспалительной  реакции  не 
наблюдалось.  У  слизистых  оболочек  рта, пищевода и желудка крыс, введенных трехкратной 
дозы  отвар  и  убитых  через  3  часа,  появилась  краснота.  У  крыс,  убитых через 6 часов, одни 
сутки, подобных изменений не обнаружено. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 

- 8 - 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
          AKİF   MƏRDANLI               
                                                                         akifmerdanli@mail.ru  
                                                        FƏRMAN   XUDAVERDİYEV                      
                                                                  fermanxudaverdiyev@mail.ru 
                                                          TOFİQ  ƏLİYEV                                                                
                                                  tofiqeliyev@mail.ru 
Naxçıvan Dövlət Universiteti    
UOT:  631,8                                              
 
NAXÇIVAN   MUXTAR RESPUBLİKASININ   ŞƏRUR  RAYONUNDA  MEYVƏ 
AĞACLARINA   ZƏRƏRVERƏN  BAŞLICA   KƏPƏNƏKLƏR VƏ 
ONLARIN TƏBİİ DÜŞMƏNLƏRİ 
 
Açar  sözləri:  Meyvə güvəsi,kəpənək zərərverici, tırtıl  
Key words:  Butterfly, vermin, larva, fruit, moth, insects 
Ключевые слова: бабочка,вредитель, личинка, моль, насекомы 
 
  
Azərbaycan    respublikası  prezidentinin  2008-2015-ci    illərdə    Azərbaycanda    əhalinin    ərzaq  
məhsulları  ilə  etibarlı    təminatına    və  ərzaq    məhsullarının    təhlükəsizliyinə  dair    dövlət  
proqramının    həyata    keçirilməsi    sahəsində  keyfiyyətli    meyvə  məhsullarının  yetişdirilməsi,    yeni  
bağların    yaradılması  işləri    gün-gündən  genişlənir.    Haqlı    olaraq    bu  ili  prezident  İ.Əliyev 
Azərbaycanda   kənd təsərrüfatı  ili   elan  etmişdir.    
Azərbaycanda    o  cümlədən    Naxçıvan  MR-in    Şərur    rayonunda    qiymətli    yerli  meyvə 
ağacları  becərilir.  Son  3-4    ildə    Şərur  rayonunda  100  hektardan    çox    meyvə  bağı  əkilmişdir.    Buna  
əsasən  Türkiyə  dövlətindən    gətirilmiş    alma,  armud,  ərik,  şaftalı  və  bəzi  çəyirdəkli    meyvə  
bitkilərini    göstərmək  olar.   Onların   bərpasına    və məhsuldarlığına   xüsusi   diqqət   yetirilir.   
Yüksək   meyvə  məhsulu  götürmək   üçün   geniş   tədbirlər  planı   hazırlanıb  həyata  keçirilir. 
Müasir  dövrün  əsas  tələbləri    kimi    ətraf    mühütün    çirklənməsinə    qarşı    ekoloji  təmiz  
məhsul    əldə    etmək    üçün    insan    və  heyvan    orqanizmlərində    toplanaraq  müəyyən    fəsadlar    törədə  
bilən  kimyəvi  insektisidlərdən  zərərverici    həşəratlara    qarşı    mübarizədə    az    səmərəli  istifadə  
etməklə,  inteqrir  və bioloji   mübarizə   tədbirlərinə  daha  böyük   üstünlük  verilmişdir. 
Şərur    bölgəsində    meyvə    bağları  hər  il    canlı  zərərverici  həşəratlar  tərəfindən    20-30%, 
ziyana  uğrayan    zərərvericilərin  kütləvi    artıb  çoxalan    dövrü    isə  60-75%-ə  qədər  çatır.  Belə 
zərərvericilər    içərisində    kəpənəklər  dəstəsi  bioekoloji  xüsusiyyətlərinə,  yayılmasına  təsərrüfat  
əhəmiyyətinə  və entomofoqlar   tərəfindən   tənzimlənməsinə   görə əsas  yerlərdən   birini   tutur. 
Aparılan    çoxillik    tədqiqatlara    əsasən    Şərur  bölgəsində  bağ    sahələrində    ağaclara  zərər 
verən  5 növ  kəpənək və onların   təbii   düşmənləri   haqda  məlumat  verək. 
1.Meyvə  güvəsi-Yponomenta-padellus  h.    meyvə  güvəsi    kəpənəklər  (hepidoptera) 
dəstəsinin  sincabaoxşar  güvələr  (yponomentidae)    fəsiləsinə    aiddir.  Kəpənəyin  qanadlarının  
açılmış    vəziyyətdə    ölçüsü  18-22  mm-dir.  Ön    qanadlarında    3  cərgədə  düzülmüş  16-19  qara  
nöqtələr  vardır.  Arxa    qanadlar  boz  kül  rəngdədir.    Tırtılları  14-16  mm    uzunluqda  olmaqla    sarımtıl 
göy  rəngdədir.  Pup tünd  sarı  rəngdə  olmaqla  ölçüsü  7-11 mm  –dir.   
Meyvə  bağlarında    geniş    yayılaraq    yalnız  çəyirdəkli  meyvə  bitkilərinə,  ərik,  şaftalı,  gavalı, 
badam,  alça  və  s.    zərər  verir.    Şaftalı  və  əriyin  ciddi  zərərvericisi  hesab    edilir.  Bu  bitkilərə  35-45% 
zərər  verir.   
Ərik  ağacı  üzərində  aparılan  müşahidələrə  əsasən  meyvə  güvəsinin    kəpənəklərinin  
bağlarda    görünməsi  iyun  ayının    birinci    ongünlüyündən    başlayaraq    avqust    ayının    axırlarına  
qədər    davam  edir.    Bu  müddətdə    havanın    orta  gündəlik  temperaturu    30-38
0
  C  olur.    Dişi  

- 9 - 
kəpənəklər    yumurtalarını  tək-tək    halda  1-2  illik    zoğların  tumurcuq  yanlığına    qoyurlar.  
Yumurtaların    embrional  inkişafı  25-26  gün    çəkir.  Yumurtalıqdan    çıxan    kiçik    yaşlı  tırtıllar 
kəpənəyin  ifraz  etdiyi    maye  ilə      düzəldilmiş    qalxancıq    altında  qışlayırlar.    Yazda    qışlama 
yerlərindən  çıxan    tırtıllar    zoğların    üzəri    ilə    hərəkət  edərək    təzəcə    açılmış  yarpaqlarla  
qidalanmağa  başlayırlar.  Yarpağın    damarlanmış    hissəsinə    toxunmurlar.    Belə    zədələnmiş  
yarpaqlar    inkişafdan  tədricən    qalır  və    sonra    quruyub    yerə    tökülür.    Tırtıllar    4  yaş    dövrü  
keçirirlər.    Yaş  dövrü  35-38  gün  çəkir.    Axırıncı  yaşda    onlar  yarpaqlar    üzərində    ayrı-ayrılıqda  
pup    mərhələsinə    keçirlər.    Puplar    ipək    baramacıqlar    içərisində    yerləşirlər.  Pup    mərhələsi    Şərur  
rayonu    şəraitində  15-18  gün  çəkir.  Meyvə    güvəsi    kütləvi    çoxaldığı    dövrdə    ağaclara    60-65%  
zərər   verir.  Nəticədə   ağaclar   quruyub   sıradan   çıxırlar.   
2. Zolaqlı   meyvə güvəsi  
Kəpənəyin    qanadlarının    açılmış  halda    ölçüsü    11-14  mm-dir.  Onun  qanadları    açıq  boz  
rəngdədir.  Yumurtaları      oval  formada  olub  sarıdır.    Yaşlı    tırtılların    uzunluğu  8-12  mm,  oxlav  
formasında   olub  çəhrayı  rəngdə,  pupun   uzunluğu  6-7 mm  olub,  qəhvəyi   sarı  rəngdədir.    
Zolaqlı  meyvə  güvəsi  Azərbaycanda  ilk  dəfə  Z.M.  Məmmədov  tərəfindən  qeydə  alınmışdır 
(2004).  Müəllifin    Ordubad  rayonunun  meyvə  bağlarında  apardığı  tədqiqatlarına  əsasən,  zolaqlı 
meyvə  güvəsi  ərik  meyvəsinin  60  –  65  %-ni  yoluxdurur.    Ərik  meyvəsindən  başqa  heyva  və 
şaftalıya  da zərər  verdiyi  qeyd edilmişdir.   
Zolaqlı  meyvə  güvəsi  ikinci  yay  tırtılı  mərhələsində  cavan  zoğların  qabığı  altında  qışlayır. 
Yazda  aprel  –  may  ayında  zərərvericinin  ikinci  mərhələsinin  tırtılları  qışlama  yerlərindən  çıxırlar, 
tumurcuq,  çiçək  və  təzəcə  açılmış  yarpaqlarla  qidalanırlar.  Tırtılların  inkişafı  mayın  25  –  dək  çəkir. 
Puplaşma  əsasən  yetişmiş  meyvələrin  içərisində  gedir.  Pup  mərhələsi  8-10  gün  çəkir.  Birinci  nəslin 
kəpənəkləri  iyun  ayının  axırlarına  təsadüf  edir.   
Birinci  nəsil  kəpənəklərin  uçuşu  Şərur,  Kəngərli  və  Ordubad  rayonlarında  iyunun  8  –  dən 
başlayaraq  20  –  28  gün  çəkir.  Kütləvi  uçuş  isə  iyunun  15  –  25  –  nə  təsadüf  edir.  Ikinci  nəslin 
kəpənəklərinin  uçuşu  isə  iyulun  5  –  10  arasında  başlayaraq  avqustun  5  –  15  arasında  başa  çatır. 
Kütləvi  uçuş  dövrü  iyulun  20  –  dən  avqustun  10  –    dək  davam  etməklə  15  –  20  gün  çəkir. 
Kəpənəklər  uçuşdan  6  –  8  gün  sonra  yumurta  qoymağa  başlayır.  Onlar  yumurtalarını  cavan  zoğlar, 
tumurcuq  və  meyvənin  saplaq  hissəsinə  qoyurlar.  Yumurta  mərhələsinin  inkişafı  20  –  24
0
  S 
temperaturda  5  –  6  gün  çəkir.  Yumurtadan  çıxan  tırtılların  inkişaf  dövrü  meyvənin  içərisində 
keçməklə  45 – 50 gün  davam  edir  və nəticədə  bir  ildə  iki  nəsil  verir.    
Ədəbiyyat  məlumatlarına  əsasən  zolaqlı  meyvə  güvəsinin  Tacikistanda  badam  meyvəsinə, 
Qafqazda  alça,  gavalı  və  xurmaya,  Moldovada  gilas,  ərik  və  şaftalıya  ciddi  zərər  verməsi,  hətta 
alma  və armud  meyvəsinə  də zərər  verməsi  qeyd edilmişdir.   (Savkovskiy  1976)  
Zərərvericilərin  növ  tərkibini,  morfoloji  əlamətlərini  müəyyən  etmək  üçün  MBS  –  1  və 
MBS  –  9  mikroskop  –  lupadan,  “Biolam”  mikroskopundan,  “Canon”  digital  fotoaparatından, 
yoluxmuş  tırtılların  bəslənməsi  üçün  “İSO  –  9001”  markalı  termostatdan,  termometrdən, 
psixrometrdən  istifadə  edilmişdir.   
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə