Нахчыванской Автономной Республике.
Для изучение аутэкологию славок и орнитологические исследования в различных
территориях Нахчыванской А.Р. Установленю что на этих территориях распространени 12
видов славок и 3 вида мухоловок.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru E.Məmmədov
- 37 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ƏLİYAR İBRAHİMOV
AMEA Naxçıvan Bölməsi
E-mail: aliyaribragimov@mail.ru
AYNUR İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin Dissertantı
FATMAXANIM NƏBİYEVA
AMEA Naxçıvan Bölməsi
E-mail: fatmakhanym_58@mail.ru
UOT: 58
ALİ BİTKİ ŞÖBƏLƏRİNİN VƏ BİRLƏPƏLİLƏRİN
TƏYİN ETMƏ CƏDVƏLİ
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində bitki aləminin mövcud olan iri
şöbələrinin və birləpəlilərin fəsilə, cins və növlərinin təyinetmə cədvəli verilmişdir. Tədqiqat
zamanı məlum olmuşdur ki, ərazidə 6 şöbə, birləpəlilər sinifində 66 fəsilə, 120 cins və 1200 növ
vardır. Onlardan 24 fəsilə, 70 cins 545 növ su-bataqlıq ekosisteminə məxsusdur. Bir neçə fəsilə,
cins və növ yeni aşkar edilmişdir. Taksonların təyinində onların ən əsas əlamətləri götürülmüşdür.
Açar sözlər: şöbə, birləpəli, fəsilə, cins, növ, əlamət, təyin, cədvəl, su-bataqlıq
Key words: department, monocotyledonous, family, genus, species, sign, determinant, table,
wetlands
Ключевые слова: отдел, однодольное, семействa, род, вид, признак, определитель,
таблица, водно-болотные, растительности.
Bitkilərdən düzgün və səmərəli istifadə etmək üçün ilk növbədə onun istənilən bitki olub-
olmadığına əmin olmaq lazımdır. Ona görə bitkini təyin etmək qaydalarını bilmək vacib şərtdir.
Bitkini nəyin etmək dedikdə onun bitki aləminin hansı şöbəsinə, fəsiləyə, cinsə və növə mənsub
olduğu nəzərdə tutulur. Bitkiləri dəqiq təyin etmək üçün onun morfoloji əlamətlərini, yəni gövdə,
qabıq, yarpaq, çiçək, erkəkcik, dişicik, meyvə, toxum və digər əlamətləri ayırd etmək lazımdır.
Həmin əlamətlər teza və antitezalardada yerləşdirilmiş təyinetmə cədvəllərindəki əlamətlərlə
uyğunluğu yoxlanılır. Təyin olunacaq bitkinin təzə yığılmış tam forması (ağac və kolların hissələri,
otların kökü, kökümsovu, soğanaı, yerüstü hissəsi) yaxud herbari nüsxəsi təyinat avadanlığı
(mikroskop,lupa, pinset, xətkeş və b.) ilə birlikdə qarşıda olmalıdır.
Bitki aləminin iri şöbələrini təyin etmək üçün cədvəl:
1.
Bitki, heç bir vaxt çiçək əmələ gətirmir və sporlarla çoxalır
Bitki, çiçək əmələ gətirir və toxumlarla çoxalır --------------------------------------------------------2
Ali sporlular - Sporophyta
2. Yaşıl iynəşəkilli və ya pulcuqşəkilli ağac bitkilərdir; bəzən yarpaqları tam inkişaf
etməmişdir, qısa pərdəşəkilli qın şəklindədir, yumurtacıq yumurtalıqla əlaqədar deyildir və toxum
kimi açıq yerləşmişdir; meyvə əmələ gətirmir. Çiçəkləri çiçəkyanlıqsızdır.
- 38 -
Çılpaqtoxumlular - Gymnospermae
Otşəkilli və ağacşəkilli bitkilər olub, tipik yarpaqlı və ya, əksər yarpaqları pulcuqludursa,
onda bitki otvaridir. Yumurtacıqları yumurtalıqda yerləşir, toxumları meyvəyanlığında olur, hansı
ki, birlikdə meyvə əmələ gətirirlər ---------------------------------------------------------------------------- 3
3. Rüşeym bir ləpəlidir. Adətən çiçəkləri üçüzvlüdür. Yarpaqları demək olar ki, həmişə
paralel və ya qövsvari damarlıdır.
Birləpəlilər – Monocotyledonae sinfi
Ruşeym adətən iki ləpəlidir. Çiçəkləri 4-5 üzvlüdür, nadir hallarda 3- üzvlüdür. Yarpaqları
adətən torvari damarlanandır.
İkiləpəlilər- Dicotyledonae sinfi
Birləpəlilər sinifinin fəsilələrini təyin etmək üçün cədvəl
Adiantkimilər - Adianthaceae Newm. fəsiləsi
Fəsilənin ümumi əlamətləri: Sorusları uzunsovdur, girdədir, yaxud xətvaridir, kənarları
qatlanmış pərdə şəkilli yarpaqlarla örtülmüşdür. Orta böyüklükdə qınlardır, yarpaq saplaqları
bağlaşmamışdır. Yarpaq ayası bölümlüdür. Adiantum L. - Adiant cinsi
Cinsin dünya miqyasında əsasən tropik zonada yayılmış 185 növündən Qafqazda və
Azərbaycanda və o cümlədən Naxçıvan MR-də 1 növü vardır.
1. Olduqca kiçik su bitkiləri olub, sərbəst halda su səthində üzəndirlər. Yarpaqları yoxdur. Bitki 1-5
mm enində yarpaq ayası formasındadır. Bir və ya bir neçə kökü vardır, yaxud tamamilə köksüzdür.
Çılpaq bircinsli çiçəkləri nadir halda yarpaq ayasının əsasında büküşdə inkişaf edir.
Sugülükimilər - Lemnaceae S.F. Gray fəsiləsi
2. Çiçəkyanlığı yaşıldır, otvaridir, və ya qurudur, pərdəlidir,
Altıyarpaqlıdır ------------------------------------------------------------------------------------------------- 2
Çiçəkyanlığı başqa rəngə boyanmışdır ---------------------------------------------------------------------- 3
3. Çiçəkyanlığı qurudur, zarlıdır, sütuncuq üç sapşəkilli ağızcıqlıdır. Meyvə- çoxtoxumlu
qutucuqdur, açılan qapaqcıqlıdır.
Cığkimilər - Juncaceae Juss. fəsilə
Çiçəkyanlığı otvaridir (травянистый). Sütuncuğu yoxdur, ağızcıq(рыльца) oturaqdır.
Meyvəsi birtoxumlu fındıqcıq və ya 3 çalovludur, bir ikitoxumludur.
Fəsilə - Juncaqinaceae Juss.
1. Dişicik üç birləşmiş meyvəyarpaqcıqlarından ibarətdir. Erkəkcik 6-dır. Dişicik altı və ya
başqa sayda sərbəst meyvəyarpaqcıqlarından ibarətdir. Erkəkcik 6 – dan çoxdur ---------------------2
2. Erkəkciklər 6 və ya çoxdur. -------------------Baqəvərkimilər -Alismataceae Vent. fəsiləsi
Erkəkciklər 9 - dur. ---------------------------- Suoxukimilər-Butomaceae Mirb. fəsiləsi
1.
Sünbüləbənzər çiçək qrupu olan və ya tək-tək, yaxud cütçiçəkli su
bitkiləridir ---------------------------------------------------------- ----------------------------------- 2
= Quru vəya bataqlıq bitkisidir.----------------------------------------------------------------------- 3
2. Erkək və dişi çiçəkləri çiçəkyanlıqsızdır. Çiçəkdə erkəkciklər 2-4 ədəddir.
Meyvəyarpaqcıqları sərbəstdir, sayca 1-6 ədəddir.
Suçiçəyikimilər - Potamodetonaceae Dumort. fəsiləsi
= Erkək çiçəklər borulu çiçəkyanlıqlıdır və bir erkəkciklidir. Dişi çiçəkləri çiçəkyanlıqsızdır.
15. Çiçəkqrupu-ətli qıcadır, əsasından yuxarı çiçək yarpağı ağ örtük görünüşlü və ya uzun
qılıncgörünüşlü yaşıl yarpaqlıdır. Meyvəsi giləmeyvə görünüşlüdür.-
Danaayağıkimilər-Araceae Adans. fəsiləsi
= Çiçəkqrupu əvvəlki görünüşlüdür. Meyvə fındıqcıq görünüşlüdür ----------- ---------------16
16. Çiçəklər sünbül əmələ gətirən pərdəli pulcuğa birləşmişdir, axırıncı müxtəlif şəkilli
çiçək qrupu əmələ gətirir------------------------------------------------------------------------------------------
----17
= Çiçəkləri pərdəli pulcuqla birləşməmişdir. Və sünbül əmələ gətirmir -----------------------18
17. Gövdəsi dəyirmidir. Yarpaqları adətən xəttidir, qın boyu parçalanmışdır, və adətən qının
yarpaq ayasına keçid yerində qısa pərdəşəkilli dilciklidir. Çiçəkləri adətən ikicinslidir. Ayrı-ayrı
çiçəklər iki çiçək pulcuğu arasında yerləşmişdir Erkəkcik sapı tozluğun ortasına bərkimişdir.
- 39 -
Qırtıckimilə r - Poaceae Barnhart (Taxıllar) fəsiləsi
= Gövdəsi adətən üçtillidir. Yarpaqları xəttidir, qapalı qınlı və dilciksizdir. Çiçəkləri adətən
bircinsli olub, çiçək pulcuqlarının qoltuğunda yerləşmişlər. Erkəkcik sapı tozluğun əsasına
bərkimişdir.
Cilkimilər - Cyperaceae Juss. fəsiləsi
18. Çiçəkqrupu - qara və ya açıqqəhvəyi rəngli sıx silindirik sünbüldür; çiçəkqrupunun
yuxarı hissəsində erkəkcik çiçəklərdən ibarət olan hissəsi, aşağıda dişi çiçəklər olan hissədən
ayrılmışdır.
Ciyənkimilər - Typhaceae L. fəsiləsi
= Çiçəkqrupu şarşəkilli başcıqlardan ibarətdir, salxım və ya süpurgədə yerləşmişdir, yuxarı
başcıqlar erkək, aşağı başcıqlar dişi çiçəklidir.
Qurbağaotukimilər - Sparganiaceae Rudolphi fəsiləsi
Cins və növlərin təyin etmə cədvəli
Ciyən -Typha L. cinsi
Yoğun kökümsovu erkən tökülən iki cərgə yerləşmiş pulcuqlu yarpaqlarla örtülmüşdür. Aşağı
yarpaqları qın şəklindədir, qalanları silindirik qınlıdır, enli-xətti və ya dar-xətlidir. Çiçək qrupunun
erkək və dişi hissəsi qıcanın oxu hissəsində bir-birinə toxunur və ya sərbəst sahə ilə ayrılırlar.
Tozluqları dördyuvalıdır.
Cinsin 18 növündən Qafqazda - 8, Azərbaycanda 7 növü vardır. Onlardan Naxçıvan
MR ərazisində 6 növü yayılmışdır.
1.Qıcanın erkək və dişi hissəsi bir-birinə toxunur. Dişi çiçəklər çiçəkyanlıqsızdır.
Yarpaqları enli-xətlidir. ---------------------------------------------T. latitolia L.
= Qıcanın erkək və dişi hissəsi müəyyən məsafədə çılpaq sahə ilə ayrılmışdır --------------- 2
2. Qıcanın dişi çiçəkli hissəsi oval və ya uzunsov formadadır. Dişi çiçəkləri
çiçəkyanlıqsızdır. -------------------------------------------------------T. laxmannii Lepech.
= Qıcanın dişi hissəsi silindirik və çiçəkyanlıqlıdır ------------------------------------------------ 3
3. Gövdəsi nazikdir, hündürlüyü 1-m -dən artıq deyildir, yarpaqsızdır. Qıcanın erkək
hissəsinin qələmi çılpaqdır. --------------------------------------------T. minima Funck
= Gövdəsi yoğundur, 1-2 (4) m hündürlükdədir. Qıcanın erkək hissəsinin qələmi
tükcüklüdür ------------------------------------------------------------------------------------------------------- 4
4. Dişi çiçəkqrupu 1-1,5 sm enində olub, görkəmli uzun ağızcıqlıdır.---- T. angustifolia L.
= Dişi çiçəkqrupu 0,5-0,8 sm enindədir və kənara çıxan) ağızcıqlıdır, onlara bərabər olan
kürəkli sivriləşmiş çiçəkyanlıqcıqlıdır. ---T. domingensis Pers. (T. anguststa Bory et Chaub)
T. alexevii Mavrod. - Aleksey ciyəni Fedds Repert. Bu ciyən növü Dağıstandan təsvir
olunub. Tip: «Qızıl –Yurtovski rayonu Prorva çayına yaxın, Sulak qəsəbəsindən 10 kilometr
cənubda. 4 .VI. 1961, N. Svelyov, S. Çerepanov, Q. Nepli, A. Bobrov . N.203, (LE). Şərqi
Önqafqaz: Ərazi - Sulak; Həmçinin Cənubi Zaqafqaziyada Naxçıvan MR ərazisində olan yeni və
endemik bitkidir. ( İlk dəfə olaraq Naxçıvan MR florasına daxil edilir).
Qurbağaotu - Sparqaniaceae Rudolphi fəsiləsi
Çiçəkləri bircinslidir, Şarşəkilli başcıqda, salxımşəkilli və ya süpürgəvari çiçəkqrupunda
toplanmışdır. Yuxarı hissədə erkək, aşağı hissədə dişi çiçək başcıqları yerləşir. Erkək çiçəklərin
çiçəkyanlığı yoxdur, 3 erkəkciklidir. Dişi çiçəklər çiçəkyanlıqlı olub, 3-6 pərdəvari yarpaqcıqdan
ibarətdir, yuxarı yumurtalıqlıdır, biryuvalıdır. Meyvəsi- quru meyvəyanlıqlı çəyirdəkdi.
Fəsilənin şimal yarımkürənin, mülayim və soyuq qurşaqlarında yayılmış 1 cinsi vardır.
Qurbağaotu - Sparyanium L. cinsi
Cinsin 30-40 növündən Qafqazda, Azərbaycanda və o cümlədən Naxçıvan MR- də 5 növü
vardır. Onlardan 4 növ Nax. MR florasında yeni aşkar edilmişdir.
Qurbağaotu növlərinin təyin etmə cədvəli.
1. Meyvəsi tərsinə-pramidaldır, yuxarı hissəsi şişkinləşmişdir. - S. erectum L.
Bu növ 1999-cu ildə Nax.MR ərazisində T.H. Talıbov və Ə.Ş. İbrahimov tərəfindən yeni
aşkar edilib. Meyvəsi iy şəkillidir -------------------------------------- ---------------------------------------2
2. Yetkin meyvəsi 6-11 mm uzunluqdadır, orta hissəsində kəmərsizdir. - S. neqlectum Beeby
- 40 -
= Yetkin meyvəsi 5-6 mm uzunluqdadır, orta hissədə kəmərlidir.- S. emersum Rehm.
3. Yetkin meyvəsi fərqlidir, orta hissəsində kəmərsizdir.------------ S. simplex Huds.
=Meyvələri sünbül çiçək qrupuna toplanmışdır. Yarpaqları su üzərində üzəndir. S.natans L..
Suçiçəyikimilər - Potamogetonaceae Dumort. fəsiləsi
Fəsiləyə mənsub olan nümayəndələrin çiçəyi bircinsli və ya ikicinslidir, süpürgəşəkilli
çiçəkqrupunda tonlanmışdır, yaxud tək-tək yarpaqların qoltuğunda yerləşmişdir. Çiçəkyanlığı
yoxdur və ya o pərdəvari örtücü yarpaqcıqla əvəz olunmuşdur. Erkəkcikləri 2-4 ədəd olmaqla, qısa
saplı və bəzən qanadşəkilli- genişlənmiş əlaqələndiricilidir. Dişicik 1-4 - dür və adətən sərbəstdir.
Meyvəsi fındıqcıqvari və ya çəyirdəkvaridir. Toxumu endospermsizdir, oraqşəkilli və ya sipralvari-
burulmuş qatlanmış rüşeyimlidir. Fəsilənin 9 cinsindən Qafqazda və Azərbaycanda 4 cinsi vardır.
Qeyd olunan cinslərə: Zannichellia L., Ruppia L., Zostera L. və Potamogeton L. aiddir.
Potamogeton L. cinsində 1 növ müstəsna olmaqla, qalan heç bir cins və növ Naxçıvan MR florası
ücün verilməmişdir. Onlar Ə.Ş. İbrahimov tərəfindən yeni aşkar olunmuş və floraya daxil
edilmişdir. Potamogeton L. cinsinin 1 növü olduğu halda 8 növü əlavə tapılmışdır. Digər tərəfdən
Suçiçəyikimilər- Potamoqeyunaceae Engl. fəsiləsində olan Zannichellia, Ruppia, Zostera cinslərinə
yeni sistematik nomenklaturaya görə fəsilə statusu verilmişdir.
Təyinetmə cədvəli:
1. Çiçəkləri çoxsaylı olub sünbülşəkilli çiçəkqrupunda toplanmışdır --------------------------- 3
=Çiçəkləri tək-təkdir və ya iki çiçəkli yarımçətir çiçəkqrupunda toplanmışdır ---------------- 2
2. Çiçəyi bircinslidir, qoltuqda yerləşir, tək-təkdir və ya 2-dir (cüt-cütdür).
Zannixelliyakimilər - Zannichelliaceae Dumort. fəsiləsi
= Çiçəkləri ikicinslidir, uzun nazik çiçəksaplağında cüt-cütdür.
Ruppiyakimilə r - Ruppiaceae Hutch. fəsiləsi
3. Çiçəkqrupunu oxu sıxdır. Çiçəkləri 1 erkəkcik və 1 dişicikdən ibarətdir.
= Çiçəkqrupunun oxu silindirikdir. Çiçəkləri 4 erkəkcik və 4 dişicikdən ibarətdir.
Suçiçəyi - Potamogeton L. cinsi
Suçiçəyi cinsinin ümumi əlamətləri: Çiçəkləri bircinslidir, bu və ya digər dərəcədə çox
saylı çiçəkləri axırıncı sıx silindrik sünbülşəkilli çiçəkqrupunda toplanmışdır. Çiçəkyanlığı yoxdur.
Erkəkcikləri 4-dür, Nər bir erkəkciyin əlaqələndiricisi aşağı hissədə dəyirmi qanadşəkilli
çiçəkyanlığını yarpaqcıqlarına bənzər çıxıntı ilə təchiz olunmuşdur. Dişicik 4-dür, sərbəstdir,
olduqca qısa sütuncuqludur və ya oturaq ağızcıqlıdır. Yumurtacıq 1-dir, əyilmişdir. Toxum oraqvari
və ya spiralvari əyilmiş, qatlanmış rüşeyimlidir. Şirin su bitkiləridir, suya batmış və ya su üzərində
üzən qınla təhciz olunmuş növbəli yarpaqlıdır.
Cinsin yer hər iki yarımkürənin isti və mülayim qurşaqlarındakı şirin sularda yaşayan 87
növündən Qafqazda-15 Azərbaycanda 12 növünün olduğu verilir. Azərbaycan florasının I cildində
Nax. MR florası üçün heç bir növ verilməmişdir. I cildin nəşrindən sonra son dövrlərdə 1 növ -
Patamogeton filitormis növü aşkar edilmişdir. 1989-cu illərdə Ə.Ş. İbrahimov tərəfindən bu
fəsiləyə aid əlavə 8 yeni növ aşkar edilmişdir. T. Qasımova suçiçəyi cinsinin təyin etmə cədvəli
vermiş, ancaq Nax. MR növləri barədə məlumatlar verməmişdir,
Suçiçəyi - Patomogeton L. növlərinin təyinetmə cədvəli
1.
Yarpaqları qarşı-qarşıya yerləşmişdir. -------------------Potamogeton densus L
=Yarpaqları növbəli yerləşmişdir ---------------------------------------------------------------------2
1.
Bütün yarpaqları suyabatmışdır, dar ensiz xəttidir və ya sapşəkillidir, yaxşı inkişaf etmiş
qınlıdır ----------------------------------------------------------------------------------------------- 3
= Yarpaqları müxtəlif formalıdır, suyabatmış və ya su üzərində üzəndir, qınsızdır, yarpaq
ayasının əsasında yaxşı inkişaf etmiş dilciklidir ------------------------------------------------------------ 5
3. Meyvəsi yaxşı inkişaf etmiş sivri, azca daxilə tərəf qatlanmış buruncuqludur.
= Meyvəsi nisbətən yaxşı inkişaf etmiş qısa və kütvari buruncuqludur ------------------------- 4
4. Meyvəciyi 4 mm uzunluqdadır, uc hissədən ayrılmış buruncuqludur.---- P. pectinatis L.
= Meyvəciyi 2 mm-dən uzun deyildir, çəpinə-ovaldır və uc hissəsindən aşağıda
ayrılmış buruncuqludur. ------------------------------------------------------- P. filiformis Pers..
5. Bütün yarpaqları sapşəkilli və ya qılcıqşəkillidir ----------------------------------------------- 6
- 41 -
= Yarpaqlarının hammısı, aşağıdakılardan başqa, 3 mm-dən enlidir, ovaldır,
lansetli və ya elliptikdir --------------------------------------------------------------------------- 7
6. Yarpağı tükşəkillidir, eni 1 mm-dən azdır. Meyvəciyi dəyirmidir.
P.trichoides Cham. et Schlecht.
=Yarpağı daha enli olub,1mm-dən 2 mm-ə qədər enindədir. ---------------------P. pusilus L.
7. Yarpaqlarının hammısı oturaqdır ------------------------------------------------ -----------------8
= Yarpaqlarının hammısı saplaqlıdır, suya batmışdır, bəzən öz formasına görə saplağa
bənzəyir ----------------------------------------------------------------------------------------------------------- 9
8. Yarpaqlarının kənarı qıvrımdır, ürəkşəkilli əsası yoxdur. ------------------------P.crispus. L.
= Yarpaqlarının kənarı qıvrım deyil. Onların əsası aydın seçilən ürəkşəkillidir, gövdəni əhatə
edəndir. ------------------------------------------------------------------------------------------ P.perfoliatus L.
9. Yarpaqlarının hammısı 5-15 mm uzunluqda qısa saplaq üzərindədir,
enli- lansetlidir. --------------------------------------------------------------------------P. lusens L.
= Üzən yarpaqları uzun saplaq üzərindədir, sualtı yarpaqları dar- xətli- lansetlidir və ya
saplağabənzərdir ----------------------------------------------------------------------------------------------- 10
10. Sualtı yarpaqları saplağabənzərdir, bəzən tez dağılandır, üzən dərivaridir, ürəkşəkilli və
ya pazşəkilli əsaslıdır ------------------------------------------------------------------------------------------ 11
11. Üzən yarpaqları əsasından ürəkşəkillidir, uzun saplaq üzərindədir, sualtı yarpaqları
saplaqşəkillidir.-------------------------------------------------------------------------------- P. natans L.
= Üzənyarpaqları aşağıya doğru sivriləşmişdir, əsası ürəkşəkilli deyil, sualtı yarpaqları
saplaqşəkillidir, bəzən tez töküləndir. -----------------------------------------------------P. nodosus Poir.
Ruppiyakimilə r - Ruppiaceae L. fəsiləsi
Dostları ilə paylaş: |