TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə4/28
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   28

ƏDƏBİYYAT 
 
1.
 
Əsədov  E.S.  Naxçıvan  MR-də  bal  arısının  (Aris  mellifera  L.)  bioekoloji  xüsusiyyətləri, 
təbii-coğrafi  şəraitdən  asılı  olaraq  arı  vərəmumunun  toplanması  və  fiziki-biokimyəvi 
xassələri:  Biol.  elm.  nam.  … dis. avtoref.  Bakı,  2007, 20 s. 
2.
 
Qasımov  A.Q.  Naxçıvan  Muxtar  Respublikasında  çəyirdəkli  meyvə  ağaclarına  zərər  verən 
cücülər  və onların  entomofaktları.  Avtoreferat.  nam  .diss.  2009 səh 3-20 
3.
 
Məhərrəmov  M.M.  Naxçıvan  Muxtar  Respublikasının    (Hymenoptera,  Apoidea)  arıkimiləri. 
Avtoreferat.  nam.diss.  2009 səh  3-21 
4.
 
Naxçıvan  Muxtar  Respublikasının  onurğasızlar  faunasının  taksonomik  spektri.”Əcəmi” 
Nəşriyyat-Poliqrafiya  Birliyi.Naxçıvan,  2014, 320 s. 
5.
 
Məmmədov  Y.M.  Naxçıvan  MR-da  dənli  bitkilərin  sərtqanadlılar  (Coleoptera)  faunası  əsas 
zərərvericilərə  qarşı  mübarizə  tədbirləri.  Avtoreferat   nam.diss.   1995,səh 3-21 
6.
 
Musayev  M.Ə.,Əliyev  S.V.  Naxçıvan    MSSR-in  heyvanat  aləmi.  Az.SSR,  EA  Bakı,  1975, 
241s. 
7.
 
Seyidov  M.M.  Naxçıvan  MR-in  ərazisində  yayılmış  bal  arısının  (Apis  mellifera  L.
biokimyəvi  və bəzi  fizioloji  xüsusiyyətləri:  Biol.  elm.  nam.  … dis. avtoref.  Bakı,  2001, 34 s. 
8.
 
Tahirov  Ə.S.  Naxçıvan  MR-də  erkən  yazda  bal  arısı  (Apis  mellifera  L.)  ailəsində  arıların 
yetişdirilməsi  və paket arıçılığının  inkişafı.  Aftoreferat.  nam.diss.  2008, səh 3-20 
9.
 
Абдинбекова 
А.А. 
Бракониды 
(Humenoptera, 
Bracomidae) 
Азербайджана, 
Автореферат.  докт.дисс...., Баку,  1970, стр 1-34 
10.
 
 Богачев  А.В.    Самедов  Н.Г.  Материалы  к изучению паразита фауны Нах.АССР,из-во 
АН    Азерб.ССР 1949 , № 5 
11.
 
Богачев  А.В.  Список  видов  жуков  из  семейств  (Tenebrionidae  и  Scarabaeidae).тир 
зоол.ин-та, 1938 том 8/42, стр 135-150 
12.
 
 Везиров  Н.Д.  Злаковые  тли  Нахичеванской  АССР  (Aphidoidae,  Homoptera)  тир  
Нах.КЗОС, 1967 № 6 стр 52-58 
13.
 
Гидаятов  Д.А.  Полужесткокрылые  группы  пентатомоморфа  Азербайджана.  из-тво 
“Елм”  1982,  стр 5-7 ;25-34 
14.
 
Джафаров  А.А.  Основные  вредители  зерновых  культур  из  мира  насекомых  в 
Нахичеванской АССР и меры борбы с ними Автореферат. канд.дисс. Баку 1950 стр 3-
20 

- 23 - 
15.
 
Джафаров  Й.М.  Особенности  развития яблонной плодожорки в Нахичеванской А.Р.и 
научные    обоснования  разработки  прогнозов  и  сигнализации  сроков  борбы  с  ней. 
Автореферат.  канд. диссс. Баку,  1995, стр 3-27 
16.
 
 Джафаров  Ш.М.  Новые  виды  мокричы  (Diptera,  Heleidae)  из  Нахичеванской 
АССР“ДАН   Азерб.ССР” 1958, стр 14 
17.
 
 Криченко А.Н. Настояшие  полужесткокрылые  насекомые (Hemipterei) 
Нахичеванской АР, тир.зоол.ин-та Аз.ФАН СССР, 1938, VIII/42,  стр 75 
18.
 
Курбанов  Т.Т.,  Кулиев  Т.А.  К  биологии  и  хозяйственному  значению  некоторых 
паразитов и хишников мольвовой моли в Нахичеванской АССР. Из-во АН Азерб.ССР 
(сер.биол. и мед.наук)  1963, № 5, с.62-62 
19.
 
Мамедов  З.М.  Паразиты  вредителей  плодовых  култур  в  условиях  Нахичеванской 
АССР. Автореферат.  канд.дисс..., Баку,  1969, стр 3-20 
20.
 
Эфенди  Р.Е.  Высшие  чещуекрылые  Азербайджана  их  биология,  экология, 
зоогеография  и  хозяйственное  значение.  Автореферат.  канд.дисс...,  Баку,  1971,  стр  3-
20 
 
ABSTRACT 
 
Yaver  Mamedov, Ali  Tahirov,  Aynure  Mamedova   
On the study of entomofauna  in  the territory  of the Nakhchivan  Autonomous  Republic 
In  the  article  the  history  of  the  entomological  researches  carried  out  in  the  territory  of  the 
Nakhchivan  Autonomous  Republic  is  studied.  It  was  determined  that  the  entomological  researches 
were  carried  out  on  a  scientific  level  since  the  second  half  of  the  19
th
  century  and  continued  by  the 
Azerbaijani  scientists  since  the  second  half  of  the  20
th
  century.  Basically  these  researches  were 
carried  out  in  the  direction  of  studying  the  faunstic,  beneficial  and  harmful  insects.    Species 
diversity  and endemic  sorts  of the insects  spread in  the  territory  have  been determined.   
 
РЕЗЮМЕ 
 
                                                                    Явер Мамедов, Али Тахиров, Айнуре Мамедова 
об исследования энтомофауны на территории Нахичиванской Автономной Республики 
В  статье  рассматриваются  энтомологические  исследования  на  территории 
Нахичиванской Автономной Республики. Выяснилось что, энтомологические исследования в 
научном  направлении  начались  с  середины  IX  века,  а  позже,  велись  Азербайджанскими 
учёным  с  середины  XX  века  и  в  основном  были  направлены  на  изучение  фаунистический 
вредных 
и 
полезных 
насекомых. 
Были 
выявлены  разновидности  насекомых 
распространённых на данной территории. 
 
                                         
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Baytarlıq üzrə fəlsəfə doktoru Y.Rüstəmli
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 

- 24 - 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
HİLAL  QASIMOV 
Naxçıvan Dövlət Universiteti 
E-mail: hilal_1964@mail.ru 
UOT   616.2:615.5  
 
 
MƏİŞƏTDƏ VƏ TİKİNTİDƏ İSTİFADƏ  OLUNAN BİTKİLƏRİN 
ETNOBOTANİKİ  VƏ FLORİSTİK   TƏHLİLİ 
 
Açar  sözlər:  Populus tremulaUlmus
 
glabrapalıd, yemişan, cəhrə, xış, oxlov, nehrə. 
Key words:  Populus tremulaUlmus
 
glabraoak, hawthorn, spinning wheel, wooden plow, 
a rolling  pin, churn. 
Ключевые слова: Populus tremulaUlmus
 
glabraдуб, боярышник, прялка, деревянный 
плуг, скалка, маслобойки. 
 
Naxçıvan  Muxtar  Respublikası  hələ  qədim  zamanlardan  sənətkarları  ilə  Yaxın  Şərqdə  şöhrət 
tapmışdır.  Qədim  xalq  sənəti  sahələri  olan  dulusçuluq,  daşişləmə,  ağacişləmə,  toxuculuq,  zərgərlik 
və  sair  Eneolit  və  İlk  Tunc  dövrlərindən  muxtar  respublikada  inkişaf  etmişdir.  Əkinçiliyin  və 
maldarlığın  intensiv  inkişafı  sənətkarlığın  təkamülünə  şərait  yaratmışdır.  Mədəni  tələbatın  artması 
bəzək  əşyalarının,  hətta  əmək  alətlərinin,  məişət  avadanlıqlarının,  silahların  müəyyən  hissəsinin 
gözəl  bədii  tərtibatla  hazırlanması  ilə  nəticələnmişdir. 
Arxeoloji  qazıntılar  nəticəsində  qədim  yaşayış  yerlərindən  (I  və  II  Kültəpə,  Sədərək,  Maxta, 
Ovçular  təpəsi,  Daşarx,  Qızılburun,  Şahtaxtı,  Qarabağlar,  Külüs,  Kolanı  və  s.)  müxtəlif  əmək 
alətləri,  məişət  və bəzək  əşyaları  aşkar edilmişdir  [4].  
Respublikamızda  ağacın  inşaat  materialı  kimi  rolu  hələ  lap  qədim  dövrlərdən  müxtəlif 
təyinatlı  olmuşdur.  Ağacişləmə  cənəti  qədim  tarixə  malikdir.  XVII  əsrdə  Azərbaycanda  olmuş 
fransız  səyyahı  J.Şarden  burada  yerli  ustaların  naxışlı  qapı,  pəncərə  və  tavan  düzəltdikləri  haqqında 
məlumat  vermişdir.  Bu  işlərdə  ən  çox  qoz  və  çinar  ağaclarından  istifadə  edilirdi.  Bu  sənətin  geniş 
yayılması  zəngin  meşə  sərvətlərinin  olması,  yerli  əhalinin  ağacdan  hazırlanan  məişət  avadanlığı  və 
istehsalat  alətlərinə  olan  tələbatı  ilə  bağlı  olub  kənd  yerləri  üçün  daha  səciyyəvidir. 
Respublikamızın  meşələrində  bitən  qoz,  fındıq,  qarağac,  palıd,  göyrüş,  vələs,  zoğal,  yemişan,  əzgil 
və  s.  növlərindən  ev  əşyaları,  məişət  qabları,  təsərrüfat  alətləri  və  nəqliyyat  vasitələrinin 
hazırlanmasında,  həmçinin  inşaat  işlərində  geniş  istifadə  olunmuşdu.  Keçmişdə  hər  bir  ailənin  ev 
məişətində  istifadə  edilən  mətbəx  ləvazimatı  –  çömcə,  qaşıq,  təknə,  tabaq,  yayımaxın  (dördayaq), 
çanaq,  oxlov,  həvəngdəstə;  toxuculuq  alətləri,  -  cəhrə,  daraq,  hənaağacı,  kirkə;  təsərrüfat  alətləri  – 
xış,  kotan,  mala,  tapan,  vəl,  bel,  kürək,  yaba,  şana,  dırmıq;  nəqliyyat  vasitələri  –  araba,  kirşə,  xizək; 
musiqi  alətləri  –  saz,  ud,  tar,  qaval,  nağara  və  s.  yerli  ustalar  tərəfindən  hazırlanırdı.  Ağacişləmə 
ustaları  tərəfindən  düzəldilən  məmulatlar  yerli  əhalinin  tələbatını  ödəyirdi.  Əhalinin  keçmiş 
məişətində  beçik,  miz,  taxt,  ağac  çarpayı  və  c.  ev  əşyaları  da  az  yer  tutmurdu.  Dağətəyi  kəndlərdə 
yerli  ustalar  müxtəlif  ağac  qablar  və alətlər  hazırlayaraq  həftə  bazarlarında  satırdılar  [2] .  
Adətən,  şana,  kürək,  bel  sapı  söyüd,  qovaq,  quşarmudu  ağaclarından,  təknə,  tabaq  qozdan, 
saz  tutdan,  araba  təkərləri,  kotanın  çarxları,  vəl  palıd  və  qarağacdan,  çömçə,  qaşıq  yabanı  armud, 
yemişandan  düzəldilirdi.  Xəmir  təknəsi  əsasən  qovaq  ağacından  hazırlanırdı.  Qovaqdan  hazırlanan 
təknə  südü  qıcqırtdığına  gərə bu ağacdan  istifadə  edilmirdi. 
Tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  xışın  kötüyü  üçün  ən  yaxşı  material  yabanı 
armud  və  yabanı  tut  ağaclarıdır.  Bu  ağaclardan  hazırlanan  xış  kötüyünün  səthi  çox  hamar 
olduğundan  palçıq  tutmur.Nəm  torpaqları  bu  xışla  şumlayırdılar.  Bələliklə,  ağac  növü  seçilərkən 
onların  istehsal  xüsusiyyətləri  ilə  yanaşı,  həm  də fiziki-bioloji  xüsusiyyətləri  nəzərə  alınırdı.   

- 25 - 
Hər  bir  ağacın  vaxtında  kəsilməsi  və  tədarük  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi. 
Ağacın  kəsilmə  dövrü  ağacdan  “suyun  çəkilməsi”  ilə  müəyyən  olunurdu.  Bu  dövr  adətən  payızın 
soyuqlarından  qışın  sonlarına  kimi  davam  edirdi.  İlk  yazda  bitkilər  oyandığından  ağaclar  tədarük 
edilmirdi.  Cənub  (güney)  tərəfin  ağacları  daha  sağlam  və  yaxşı  inkişaf  etmiş  olur.  Düz  və  düyünsüz 
ağaclardan  istifadə  edilirdi.  Ağac  məmulatını  qurd  vurmaması  üçün  palıd,  qarağac,  qara  qovaq 
qaranlıqda,  fısdıq,  ağ qovaq, söyüd,  vələs,  çinar  kimi  ağ ağaclar  isə  ay işığında  kəsilirdi. 
Məişətdə  istifadə  edilən  bir  sıra  bitkilərin  bioekoloji  xüsusiyyətləri  və  muxtar  respublika 
ərazisində  yayılma  arealları  haqqında  tədqiqat  məlumatları  aşağıda  öz  əksini  tapmışdır  [6, 7]. 
Armud  -  Pyrus  L.  Ağac  və  ya  kol  bitkisi  olub,  çiçək  qrupu  qalxanvari  və  ya  tək  çiçəklidir. 
Kasacığı  5,  ləçəkləri  5,  erkəkcik  15-20  və  sütuncuq  5  nadirən  2-3-4  olur.  Azərbaycanda  18  növü, 
Nax, MR-də 15 növü  yayılmışdır. 
Söyüdyarpaq  armud  -  Pyrus  salicifolia  Pall.  Dağınıq  çətirli,  budaqları  tikanlı,  hündürlüyü  8-
10  m,  qabığı  qırmızımtıl-boz  rəngli  ağac  və  ya  koldur.  Yarpaqları  lansetvari,  sivri,  hər  iki  tərəfi 
ağımtıl-boz  ipəyi  tükcüklüdür.  Yarpaq  saplağı  çox  qısadır.  Meyvələri  iri  sarımtıl  və  ya  qızılı  olub, 
saplağı  çox qısadır.  Orta dağlıq  qurşağın  quru  və daşlıq   sahələrində  yayılmışdır.   
Qafqaz  armudu  -  Pyrus  caucasica  Fed.  Cavan  budaqları  boz  qabıqlı  və  tikanlıdır.  Yarpaqları 
girdə  və  ya  geniş  yumurtavari,  əsasən  uzunsov,  əsası  girdə,  küt  və  ya  iti  uclu,  tam  kənarlı,  saplağı 
yarpaq  ayasından  2-3  dəfə  uzundur.  Çiçəklər  qalxanda  toplanıbdır.  Meyvəsi  girdə  və  ya 
yastılaşmışdır.  Orta dağlıq  qurşağın  meşələrində  yayılmışdır.   
Daş  armud  -  Pyrus  oxyprion  Woronow.  Dağınıq  çətirli,  tikanlı,  çılpaq  və  ya  cavan  budaqları 
torvari  tükcüklüdür.  Yarpaq  ayası  tədricən  saplağa  doğru  nazikləşən,  tərs  və  kifayət  qədər  dar 
neştərvari,  iti  mişardişli,  çılpaq,  dərivari,  yuxarısı  enliləşən,  alt  tərəfi  zəif  torvari  tükcüklüdür. 
Meyvəsi  kiçik  armudşəkillidir.  Orta dağlıq  qurşağın  qayalıq  və daşlıq  ərazilərində   yayılmışdır.   
Adi  armud  -  Pyrus  communis  L.  Tikansız  ağacdır.  Yarpaq  ayası  girdə,  və  ya    azca 
yumurtavari,  küt  və  ya  iti  uclu  kənarları  mişardişli,  çılpaq,  üstü  parıldayan  və  quruyanda  qaralır. 
Meyvələri  iri  və  qızılı-sarıdır.  Orta  dağlıq  qurşağın  meşələrində  yayılmışdır.  Ç.və  m.  IV-IX. 
Mezofit.  Coğrafi  tipi:  Şərqi  Aralıq  dənizi.  Yayılması:Naxçıvan. 
Quşarmudu  -  Sorbus    L.  Kol  bitkisi  olub,  çiçək  qrupu  çoxçiçəkli  qalxandır.  Kasacığı 
5,ləçəkləri  5,  erkəkcik  15-25  və  sütuncuq  3  nadirən  2-4-5  olur.  Yarpaqları  sadə  və  ya  lələkvaridir. 
Azərbaycanda  11 növü,  Naxçıvan.  MR-də 9 növü  yayılmışdır. 
Adi  quşarmudu  -  Sorbus  aucuparia  L.  Hündür  kol  bitkisi  olub,  tumurcuqları  konusşəkilli  və 
tükcüklüdür.  Yarpaqları  üzəri  çilpaq  alt  hissəsi  tükcüklü  olan  11-19  yarpaqcıqdan    ibarətdir. 
Yarpaqlar  əsasından  və  ya  ortasından  başa  qədər  mişar  dişlidir.  Yetişmiş  meyvələri  narıncı  və  ya 
qırmızı  olub,  girdə  və ya yumurtavaridir.  Orta dağlıq  və subalp  qurşağın  meşələrində   yayılmışdır. 
Qonur  quşarmudu  -  Sorbus  subfusca  (Ledeb.)  Boiss.  Tumurcuğunun  ancaq  yanları  tüklü 
olan  koldur.  Yarpaqları  iri  tərs  yumurtavari-elliptik,  hər  iki  tərəfi  çılpaq,  əsası  pazvari  və  ya  girdə, 
ucu  iti  və  ya  küt,  kənarları  ikiqat  dişli,  yan  damarları  8-11  cüt  və  qısa  saplaqlıdır.  Ləçəkləri  ağ, 
meyvəsi  şarşəkilli  və  qırmızı  olub,  sonradan  göyümtül  rəng  alır.    Orta  dağlıq  və  subalp  qurşağın 
daşlı,  qayalı  və  kollu  yamaclarında  bitir.  Dekorativ  bitkidir.   BQ, KQ və Naxçıvanda  yayılmışdır. 
Salicaceae  Mirb.-Söyüdkimilər.  İkievli  ağac  və  ya  kol  bitkiləridir.Yarpaqları  növbəli,  sadə 
və  saplaqlıdır.  Çiçəkləri  bir  cinsli,  çiçək  yanlığı  olmayan,  sırğa  çiçək  qrupunda  toplanmışdır. 
Erkəkcikləri  1-5  və  ya  çox  olub  sərbəst  və  ya  birləşmişdir.  Dişicik  iki  meyvə  yarpağından  əmələ 
gəlmişdir.  İki  ağızcıqlı  yumurtalıq  üstdür.  (Populus  və  Salix  cinslərinin  çiçək  qrupları  bir-birindən 
fərqlidir.)  Meyvə  biryuvalı,  çoxtoxumlu  qutucuqdur.  Anemofil  (Populus)  və  entomofil  (Salix
bitkilərdir.   
Populus  L.-  Qovaq.  Ağac  bitkisi  olub  yarpaqları  uzun  saplaqlı  və  sadədir.  Çiçəkləri  bir 
cinsli,  ikievli  və  sırğaya  toplanıbdır.  Çiçəkyanlığı  yoxdur.  Çiçəkaltlığı  dişciklidir.  Erkəkcikləri  3-30, 
yumurtalıq  biryuvalı,  ağızcıq  genişdir.  Meyvələri  çox  toxumlu  qutucuq,  toxumları  kəkillidir. 
Anemofil  bitkilərdir.  Cinsin  Azərbaycanda  12 növü,  Naxçıvan  MR-də 12  növü  yayılmışdır.   
Populus  nigra  L.-  Qara  qovaq.  Dağınıq  çətirli  hündür  ağac  olub,  gövdəsinin  qabığı  bozdur. 
Yarpaqları  rombik-yumurtavari,  əsası  pazşəkilli,  itiuclu  və  yaşıldır.  Çiçək  oxu  çılpaqdır.  Erəkcikləri 
6-30  ədəddir.  Çiçəkaltlığının  pulcuqları  sarımtıl-qəhvəyidən  qırmızıya  qədər  dəyişir.  Çiçəkləri 

- 26 - 
bircinslidir.  Orta  dağ  qurşağının  çay  və  dərə  kənarlarında  rast  gəlinir.  BQ,  KQ,  Diabar  və 
Naxçıvanda  yayılmışdır. 
Populus  tremula  L.-Titrək  qovaq.  Dağınıq  çətirli  hündür  bitki  olub,  gövdəsinin  qabığı 
yaşılımtıl-bozdur.  Yarpaqları  uzun  saplaqlı,  girdə  və  ya  girdə-yumurtavari,  küt,  kənarları  oyuqlu  və 
iri  dişciklidir.  Yarpağın  üst  tərəfi  solğun  yaşıl,  alt  tərəfi  bozumtuldur.  Təzə  yarpaqları  azca 
yükcüklü  və  ya  çılpaqdır.  Çiçəkləri  bircinslidir.  Orta  dağ  qurşağının  çay  və  dərə  kənarlarında  rast 
gəlinir.  Mezofit  bitki  olub,  coğrafi  tipi  palearktikdir  (Şəkil  1).  
 
 
 
Şəkil  1. Populus tremula L.-Titrək  qovaq 
 
Salix  L.-  Söyüd.  İkievli  ağac  və  ya  kol  bitkiləridir.  Çiçəkləri  sırğada  toplanıbdır.  Erkəkcik  2 
nadirən  3-5  və  ya  çox  olub,  sərbəst  və  ya  birləşmişdir.  Yumurtalıq  oturaq  və  ya  ayaqcıqlıdır. 
Sütuncuq  bir,  tam  və  ya  iki  bölümlüdür.  Meyvə  biryuvalı,  çoxtoxumlu  qutucuqdur.  Entomofil 
bitkilərdir.  Yarpaqları  iki  yarpaqaltlıqlı,  saplaqlı  və  müxtəlif  formalıdır.  Cnsin  Azərbaycanda  11 
növü,  Naxçıvan  MR-də 11 növü  yayılmışdır. 
Salix  excelsa  S.G.Gmel.-  Hündür  söyüd.  Tumurcuq  və  əsas  damarları  kimi  budaqları  narıncı 
qırmızı  rəngli  ağacdır.  Yarpaqaltlıqları  yarımayşəkilli  və  ya  olmur.  Yarpaqları  neştərvari,  ilk  zaman 
ipəyi  tükcüklü,  sonradan  çılpaq  və  mişar  dişlidir.  Sırğalar  yarpaqlı  budaqlarda  olub,  silindrikdir. 
Çiçəkaltlığının  pulcuqları  solğun  sarı,  əsası  tükcüklüdür.  Yumurtalıq  oturaqdır.  Çay  sahilərinin 
bərkidilməsində  istifadə  olunur.  Aşağı  və  orta  dağlıq  qurşağın  çay  sahillərində  rast  gəlinir.  Coğrafi 
tipi:  İran-Turan.  Bütün  Azərbaycanda  yayılmışdır.     
Salix  alba  L.-Ağ  söyüd.  Hündürlüyü  15-20  m-dən  artıq  böyük  ağacdır.  Yarpaqları  geniş  və 
ya  ensiz  neştərvari,  xırda  mişar  dişli,  hər  iki  tərəfi  və  ya  alt  tərəfi  yumşaq  tükcüklüdür.  Yarpaq 
altlıqları  ensiz  neştərvaridir.  Sırğaları    nazik  olub,  yarpaqlı  zoğların  üzərində  yerləşir.  Orta  qurşağın 
çay  vadisi,  dərə  və  su  kənarlarında  yayılmışdır.  BQ,  Kür-Araz  ovalığı,  Alazan-Əyriçay  və 
Naxçıvanda  MR-də  yayılmışdır. 
Salix  purpurea  L.-Qonur    söyüd.  Hündürlüyü  2-4  m  olan  iri  koldur.Yarpaqları  tərs-
neştərvari,  aşağı  tərəfi  azca  göyümtül-yaşıl,  hər  iki  tərəfi  eyni  rəngli,  yuxarısı  narın  dişlidir. 
Yarpaqaltlığı  yoxdur.  Sırğaları  yarpaqlamamışdan  əvvəl  çiçəkləyir.  Erkək  çiçəkləri  silindrik,  dişi 

- 27 - 
çiçəkləri  nazik  silindrikdir.  Orta  qurşağın  sulu  ərazilərində  rast  gəlinir.  Coğrafi  tipi:  Palearktik.  BQ, 
KQ və Naxçıvan  dağlıqda  yayılmışdır. 
 
Maldarlıqla  məşğul  olan  kədlilər  ağac  nehrələrdən  istifadə  edirdilər.  Bu  nehrələrdən  XIX  və 
XX  əsrin  birinci  yarısında  dağ  və  dağətəyi  zonalarda  daha  geniş  istifadə  edilirdi.Əsasən  məhkəm 
ağacdan  hazırlanan  nehrələr  ellips  şəklində  olur.  Nehrələrin  uzunluğu  100-120  sm,  diametri  isə  25-
35  sm  olur.  Ağac  nehrələr  həm  içi  yonulmuş  bütöv  ağacdan,  həm  də  taxtadan  hazırlanır.  Nehrənin 
tən  ortasından  ağartını  tökmək  üçün  dimetri  8-10  sm  olan  deşik  açılır.  Nehrənin  hər  iki  tərəfinə 
dəmir  halqalar  keçirilir.  Həmin  halqalara  möhkəm  ip  bağlanır.  Nehrəni  çalxalamaq  üçün  üç  ağacdan 
ibarət  çatma  qurulur  və ayaqları  yerə  basdırılaraq  ucları  bir  yerdə bağlanır  (Şəkil  2). 
 
 
Şəkil  2. Ağac  nehrə 
 
Qədim  zamanlarda  hər  bir  kəndlinin  xırman  yeri  olardı.  Xırmanda  taxıl  sünbülləri  döyülər 
və  sovrularaq  dən  məhsulu  təmizlənərdi.  Taxılın  döyülməsi  iki  öküzə  qoşulmuş  vəldən  istifadə 
edilirdi.  Vəl    və  onun  qoşquları  müxtəlif  ağaclardan  hazırlanır.    Öküzün  boynundakı  tir  boyunduruq 
adlanır.  Boyunduruğun  tən  ortasından  zəncir  baağlanır  və  o  biri  ucu  isə  heşanı  döyən  vələ,  yaxud  da 
carcara  bağlanır.  Boyunduruğa  bağlanan  qolça  ağaclarına  samı,  altına  bağlanan  ipə  isə  sambağı 
deyilir.  Boyunduruq  qarağacdan,  şamılar  isə  yemişandan  düzəldilir.  Vəl  də  möhkəm  olması  üçün 
qarağacdan  hazılanırdı  [1]. 
Ulmaceae  Mirb.  -  Qarağackimilər.  Ağac  bitkiləri  olub,  yarpaqları  sadə,  növbəli  və 
saplaqlıdır.  Çiçəkləri  ikicinsli  nadirən  ayrı  cinslidir.  Çiçəkyanlığı  sadə,  4-8  üzvlü,  sərbəst  və  ya 
birləşmişdir.  Erkəkcikləri  4-8  ədəd,  yumurtalıq  üst  və  1-2  yuvalıdır.  Ağızcıq  2  bölümlüdür.  Meyvəsi 
quru  qanadlı  fındıqcadır.   
Ulmus  L.  -  Qarağac.  Yarpaqları  növbəli  və  iki  cərgəli  düzülmüş  ağacdır.  Çiçəkləri  ikicinsli 
olub,  sıx  yan  dəstələrdə  toplanıb  və  yarpaqlardan  əvvəl  açılır.  Çiçəkyanlığı  zəng  şəkilli  və  4-8 
paylıdır.  Erkəkciklər  4-8  ədəd,  çiçəkyanlığının  paycıqları  ilə  qarşı-qarşıya  və  onun  əsasına 
birləşibdir.  Yumurtalıq  üst  və  biryuvalıdır.  Meyvələri  yastılaşmış  fındıqca  olub,  yuxarısı  oyuqlu 
qanadcıqlıdır.  Növləri  BQ,  KQ,  Lənkəran  və  Naxçıvan  dağlıqda  yayılmışdır.  Cinsin  Azərbaycanda 

- 28 - 
5  növü,  Naxçıvan  MR-də  3  növü  yayılmışdır.  Xalqımız  qədimdən  cinsin  2  növündən  istifadə 
etmişlər. 
Ulmus
 
glabra  Huds.-Hamar  qarağac.  Hündür  ağac  olub,  yarpaqları  iri  18x7  sm  ölçüdə, 
elliptik,  tərs  yumurtavari  və  ya  uzunsov,  əsası  qeyri  bərabər  tərəfli,  üzəri  kələkötür,  altı  yumşaq 
tükcüklüdür.  Fındıqca  ipəyi  tükcüklü  qanadın  ortasında  yerləşib  və  yuxarı  oyuqla  dar  yarıqla 
ayrılmışdır.  Orta  dağlıq  qurşağın  meşələrində  yayılmışdır.  Mezofit  bitki  olub,  Qafqaz-Pontik 
coğrafi  tipinə  aiddir. 
Ulmus  scabra  Mill.-  Çılpaq  qarağac.  Hündür  ağac  olub,  yarpaqları  iri,  12-2  x    10-12sm  ölçüdə, 
tərs  yumurtavari  və  ya  uzunsov,  əsası  qeyri  bərabər  tərəfli,  sərt  tükcüklü  və  qısa  saplaqlıdır. 
Fındıqca  qanadın  ortasında  yerləşıb  və  yuxarı  oyuqla  dar  yarıqla  ayrılıbdır.  Orta  qurşağın 
meşələrində  yayılmışdır.  Mezofit  bitki  olub,  Avropa-Aralıq  dənizi  coğrafi  tipinə  aiddir:   
Crataegus  L.-Yemişan.  Rosaceae  Juss.  fəsiləsinə  aiddir.  Ağac  və  ya  kol  bitkisi  olub,  növbəli, 
sadə,  lələkvari  damarlı,  adətən  paycıqlı  və  ya  dilimli  dişcikli  yarpaqlıdir.  Çiçəkləri  5  üzvlüdür, 
mürəkkəb  və  ya  sadə  çətirdə  toplanıbdır.  Kasayarpaqları  və  ləçəkləri  5,  yumurtalıq  1-2-5  meyvə 
yarpağından  əmələ  gəlib  və  1-2  bəzən  3-5  yuvalıdır.  Meyvələri  sarı,  qırmızı  və  qara  olub,  ətlidir. 
Azərbaycanda  21,  Naxçıvan.  MR-də  21  növü  yayılmışdır.  Qanqırmızı  yemişan  növündən  istifadə 
edilmişdir. 
Crataegus  sanguinea  Pall.-  Qanqırmızı  yemişan.  Kol  bitkisi  olub,  qabığı  tutqun  boz  rəngli  və 
az  tikanlıdır.  Yarpaqları  tutqun  yaşıl,  üst  hissəsi  parıldayan,  alt  tərəfi  tükcüklü,  əsası  uzun  pazvari 
və  daha  uzun  paycıqlıdır.  Çiçək  qrupu  yığcamdır.  Meyvəsi  gilənarı-qırmızı  və  girdədir.  Orta  dağlıq 
qurşağın  meşələrində  yayılmışdır  (Şəkil  3).  
 
 
 
Şəkil  3. Crataegus sanguinea Pall.-Qanqırmızı  yemişan 
 
 Yaşayış  məskənləri  və  evlərin  etnoqrafik  baxımdan  tədqiqindən  tam  aydın  olur  ki,  maddi 
mədəniyyətin  bu  sahəsi  əsrlər  boyu  bir  çox  təbii-coğrafi,  sosial-siyasi,  iqtisadi-mədəni  və  s. 
amillərin  fəal  təsiri  ilə  böyük  təkamül  və  inkişaf  yolu  keçmiş,  xalq  məişətinin  əsasını  təşkil 
etmişdir.Ev-insanların  əsas  yaşayış  vasitələrində  olub,  onların  təbii  zəruri  istirahətini,  təsərrüfat,  
məişət  və həyati  tələblərini  təmin  edən  mühüm  mədəniyyət  abidəsidir  [5].   

- 29 - 
Ağac  materialları,  bir  qayda  olaraq,  evin  dirək,  kərən,  pərdi,  qapı,  dərasər,  dam  örtüyü,  
taxtapuş,  pəncərə,  sütün,  sürahı,  divar  şkafı  (gəncənə),  zeh,  harma  ağacı  və  müxtəlif  bəzək 
elementlərinin 
(şəbəkə) 
hazırlanmasında, 
həmçinin 
müxtəlif 
təyinatlı 
təsərrüfat  tikililərinin 
inşasında  istifadə  edilirdi.  Kərtmə,  cığma,  aradoldurma  kimi  ev  tiplərinin  inşasında  ağac  materialları 
əvəzedilməz  idi.  Tikinti  təcrübəsində  qarağac,  palıd,  fıstıq,  göyrüş,  vələs,  şam,  ardıc  və  b.  ağac 
cinsləri  başlıca  yer tuturdu.   
Qarğı,  qamış  və  çubuq  həyətlərin  ətrafına  çəpər  çəkilməsində  və  müxtəlif  səciyyəli  təsərrüfat 
tikililərinin  (quraqlıq,  təndirxana,  çardaq,  heyvandarlıqla  əlaqədar  inşa  olunan  təsərrüfat  tikililəri  və 
s.)  ətrafının  hörülməsində  inşaat  materialı  kimi  çubuq,  keçə,  palaz,  çadır,  “örəmə”  adlanan  xüsusi 
hörülmüş  qotazlı  ipdən  istifadə  edilirdi. 
Respublikamızda  qoşqu  və  yük  heyvanları  üçün  tövlə  tikilirdi.  Tövləni  tikmək  üçün  həyətin 
bir  tərəfində  düzbucaqlı  formada  təxminən  1-1,5  m  dərinliyində  kalafa  qazır,  onun  ortasına  “T” 
şəkilli  “aşıq  dirəyi”  basdırırdılar.  “Aşıq  dirəyi”nin  üstünə  atılan  qoşa  tirlərin  ucları  harma  diklərin 
üstündə  yerləşdirilmiş  kərənlərin  üzərinə  düşürdü.  Sonra  kalafanın  qırağı  boyunca  (əgər  kalafanın 
içərisində  daş  divar  hörülübsə),  daş  divarın  üstünə  harma  (keşəbənd)  döşəyib  tövlənin  üstündə 
çəpəki  şəkildə,  bir  ucu  harmanın,  bir  ucu  isə  aşıq  dirəyinin  üstündən  keçən  qoşa  tirlərin  üzərinə 
düşməklə  pərdilər  düzür,  onun  da  üstünü  avarla  basdıraraq  torpaq  qatı  əlavə  edib  möhkəm 
tapdalayardılar.  Tövlənin  dam  örtüyünün  bütün  ağırlığı  “aşıq  dirəyi”nin  üstünə  düşdüyündən,  o, 
adətən  ağır  və  davamı  ağac  növlərindən  (palıd,  ardıc  və  s.)  yonulub  dördkünc  formada  düzədilirdi. 
Tikilinin  qapısı  dabanlı  olmaqla,  adətən  palıd  ağacından  yonulur,  geydirmə  üsulu  ilə  hissələr  bir-
birinə  bərkidilirdi.  Maili  olaraq  tövlənin  içərisinə  enən  giriş  yolunun  qarşısında  dörd  dirək  üzərində 
çardaq  tikilirdi  [3].  Tövlədə  heyvanların  yemlənməsi  üçün  axur  da  tikilirdi.  Müxtəlif  ağac 
növlərindən  istifadə  edilmişdir: 
Fagaceae  Dumort.  -  Fıstıqkimilər.  Böyük  ağaclar  olub,  yarpaqları  sadə  və  növbəli,  birevli  və 
çiçəkləri  müxtəlif  cinslidir.  Erkək  çiçəkləri  başcıq  və  ya  uzun  sırğada,  dişi  çiçəkləri  sünbülvari 
çiçək  qrupunda  toplanıbdır.  Çiçəkyanlığı  xırda,  sadə  və  4-8  ləçəklidir.  Erkəkcikləri  5-20  ədəddir. 
Yumurtalıq  2-6  yuvalı,  əsasında  birləşmiş  2-6  sütuncuqlu  olub  altdır.  Meyvəsi  qoza  olub 
çiçəkaltlıqlarından  əmələ  gəlmiş  qədəh içərisindədir. 
Quercus  L.-  Palıd.  Böyük  ağaclardır.  Yarpaqları  tam  kənarlı,  dişcikli  və  ya  az-çox  dərəcədə 
paycıqlıdır.  Erkəkcikləri  4-12  ədəd,  çiçəkyanlığı  4-7  bölümlü  və  çiçəkləri  sırğada  toplanıbdır.  Dişi 
çiçəkləri  tək  və  ya  bir  neçə  ədəd  olub  budaqların  sonunda  yerləşirlər.  Yumurtalıq  3  və  ya  4  yuvalı,  3 
sütuncuqludur.  Meyvəsi  birtoxumlu  qozadır.  Qoza  çiçəkaltlıqlarından  əmələ  gəlmiş  qədəh 
içərisindədir.  Cinsin  Azərbaycanda  9 növü,  Naxçıvan  MR-də 4 növü  yayılmışdır.   
Quercus  macranthera  Fisch.&  C.A.  Mey.  ex  Hohen-  Şərq  palıdı.  10-15m  hündürlükdə  iri 
ağac  olub,  gövdəsi  tutqun  və  yarıqlı  qabıqla  örtülüdür.  Cavan  budaqlarının  qabığı  bozumtuldur. 
Yarpaqları  dərin  oyuqlu-paycıqlı,  üst  tərəfi  çılpaq,  alt  tərəfi  və  saplağı  sıx  tükcüklüdür.  Bircinsli  və 
birevli  bitkidir.  Orta    və  subalp  qurşağın  meşələrində  bitir.  Coğrafi  tipi:  Kiçik  Asiya-  Qafqaz.  BQ, 
KQ, Lənkəran  dağlıq  və Naxçıvan  dağlıqda  yayılmışdır. 
 
Sərvkimilər  -  Cupressaceae  S.F.Gray.  Ağac  və  ya  kol  bitkiləridir.  Yarpaqları  iynəvari  və  ya 
pulcuqvaridir.  Çiçək  qrupu  qozaşəkilli,  qısa  budaqların  sonunda  və  ya  qoltuğunda  yerləşir.  Erkək 
çiçəklər  çoxsaylı  pulcuqvari  erkəkcikli  olub,  hər  birində  3-6  sərbəst  tozcuq  kisəciyi  vardır.  Meyvə 
yarpaqları  bir  və ya çox yumurtacıqlı  qozadır.  Toxumu  qanadsız,  ləpələr  2 nadirən  5-6 olur. 
Ardıc  -  Juniperus  L.  Ağac  və  ya  kol  bitkisi  olub,  yarpaqları  iynə  və  ya  pulcuqvaridir. 
Yarpaqaltlıqları  yoxdur.  Çiçəkləri  bircinsli  və  ya  ikicinslidir.  Çiçəkləri  yarpaq  bucağında  və  ya 
budaqların  təpə  hissəsində  yerləşib,  əsası  pulcuqlarla  təchiz  olunubdur.  Erkək  sünbül  oval,  çoxsaylı, 
yuxarısında  3-7  qabarıq  tozcuqlu,  pulcuqvari-qalxanvari  erkəkciklidir.  Dişi  çiçəklər  3-6 
pulcuqludur.  Meyvələri  ikinci  il  yetişir.  Cinsin  Azərbaycanda  7  növü,  Naxçıvan  MR-də  5  növü 
yayılmışdır. 
  Adi  ardıc  -  Juniperus  communis  L.  Hündürlüyü  1-3  m  olan  koldur.  Cavan  budaqların  qabığı 
qırmızımtıl,  köhnə  budaqların  qabığı  tünd  boz  rəngdədir.  Yarpaqları  iynəvari  və  ucu  tikanvari 
sivridir.  Üst  tərəfində  bir  ağ  zolaq,  alt  tərəfində  küt  til  vardır.  Göyümtül  ləkəli  qara  meyvələri 

- 30 - 
kürəşəkillidir.  D.s.-dən  1900-3000  m  hündürlükdə  bitir.  Dekorativ  bitkidir.  Kseromezofitdir. 
Coğrafi  tipi:  Ön Asiya.  BQ, KQ və Naxçıvan  dağlıqda  yayılmışdır.      
 
Hündür  ardıc  -  Juniperus  excelsa  Bieb.  Hündürlüyü  9-15  m-ə  çatan  iri  ağacdır.  Gövdə 
qabığı  qırmızımtıl-boz  olub,  lövhəciklər  şəklində  çatlayır.  Pulcuqvari  yarpaqları  göyümtül-yaşıl 
rəngdədir.  4-6  pulcuqdan  əmələ  gələn  və  üzərində  göy  ləkə  olan  qozalar  1  sm  ölçüdə  olub,  qonur-
bənövşəyi    və  ya  qaramtıl  rəngdədir.  D.s.-dən  1800  m  hündürlüyə  qədər  quraq  ərazilərdə 
yayılmışdır.  Dekorativ  bitkidir.   
Yaşayış  evlərinin  müxtəlif  tiplərinin  formalaşmasında  inşaat  materialları  mühüm  əhəmiyyət 
kəsb  etmişdir.  Naxçıvan  Muxtar  Respublikasının  təbii-coğrafi  və  iqlim  şəraitinin,  həmçinin, 
topoqrafik  quruluşunun  müxtəlifiliyi,  burada  inşaat  materialının  ayrı-ayrı  növlərindən  səmərli 
istifadə  etməyə  imkan  vermişdir. 
 
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə