Fəsilənin ümumi əlamətləri: Çiçəkləri ikicinsli olub, çiçəkyanlıqsızdır. Hər bir çiçək 1
erkəklidir, qısa saplı, iri tozcuqludur və 4 dişiciklidir (bəzən dişiciklərin sayı 10-a qədər artır).
Çiçəkləri ikiçiçəkli, sünbülşəkilli çiçəkqrupunda toplanır, yarpaqları örtən qınla əhatə olunmuşdur,
Meyvə saplağı meyvə zamanı güclü uzanandır. Meyvəciyi- armudabənzər fındıqcıqdır.
Bütün yer kürəsində yayılmış 3 növündən Qafqazda və Azərbaycanda 2 növü vardır.
Azərbaycan florasının I cildində Naxçıvan MR florası üçün heç bir növü verilmir. 1 növ - Ruppia
maritima L. - Dəniz rupiyası Ə.Ş. İbrahimov və T.H. Talıbov, 2-ci isə Ə.Ş İbrahimov, A.M.
İbrahimova və F.X. Nəbiyeva tərəfindən yeni aşkar edilmişdir.
Növlərin təyinetmə cədvəli
1. Çiçəkqrupunun ayaqcığı meyvə zamanı güclü uzanandır, 10 sm-ə qədər və daha çox,
əsasından spiralvari burulmuşdur. Meyvəsi çəpinə-armudşəkillidir. -------R. spiralis (L) Dum.
2. Çiçəkqrupunun ayaqcığı meyvə zamanı 3 sm-dən uzun olmur, əsasından spiralvari
burulmamışdır. Meyvəsi düzdür -------------------------------------------------------------R. maritima L.
Zannikellliyakimilə r - Zannichelliaceae L. fəsiləsi
Fəsilənin ümumi əlamətləri: Çiçəkləri bircinslidir, birevlidir,erkək və dişi çiçəkləri bir
çiçəkqrupunda yaxınlaşmışdır. Erkək çiçəkləri çılpaqdır, çiçəkyanlıqsızdır, erkəkcikləri 1-2 ədəddir,
dişi çiçəkləri 4-8 dişiciklidir, oturaqdır və ya ayaqcıq üzərindədir, çiçəkyanlığını əvəz edən qısa
pərdəvari qədəhəbənzər. Örtüklə əhatə olunmuşdur. Yumurtacıq 1-dir, asılıdır. Meyvəciyi
dərivaridir, Meyvəcik dərivaridir, sıxdır. Toxum uzunsovdur.
Yer kürəsində cinsin Avstraliyadan başqa yayılmış 3 növünün hamısı Qafqazda və
Azərbaycanda rast gəlinir. Azərbaycan florasının I cildində heç birinin Naxçıvan MR-də olduğu
verilmir. Ancaq 1 növü - Z. palustris L. Bizim tərəfimizdən yeni aşkar edilmişdir. Cinsin Z.
pedunculata növünün Naxçıvan MR-də tapılması ehtimalı vardır. Növün axtarışı davam etdirilir.
Növlərin təyin edilməsi üçün cədvəl
1. Sütuncuq meyvəcikdən 2-3 dəfə qısadır. ----------------------------------------Z. palustris L.
= Sütuncuq demək olar ki, tamamilə meyvəciyin uzunluğuna bərabərdir ---------------------- 2
2. Meyvəciyi xırdadır, 2 mm - ə qədər uzunluqdadır, ayaqcıq üzərində uzunluğu onlara
bərabərdir və ya bir qədər qısadır ------------------------------------------------------Z. pedunculata
= Meyvəcikləri bir qədər iridir, 2,5-3,5 mm uzunluqdadır, tamamilə oturaqdır.
Naxçıvan MR - də yayılması ehtimal olunur. ------------------------------------------Z. major Boenn.
- 42 -
Üçdişkimilə - Juncaginaceae Rich. fəsiləsi
Fəsilənin
ümumi əlamətləri: Çiçəkləri ikicinslidir, çiçək qrupunda toplanmışdır.
Çiçəkyanlığı sadədir, 6 ləçəklidir. Erkəkcikləri 6-dır. Meyvəyarpaqcıqları 6, uzunsov yumurtalığa
birləşmişdir, Sütuncuqsuz oturaq ağızcıqlı və ya sərbəstdir. Ağızcığın çox hissəsi məxməri
əmziklərlə örtülmüşdür. Meyvə qurudur, 3-6 meyvəcikdən ibarətdir. Çoxillik kökümsovlu ot
bitkiləridir və çox hissəsi kökətrafıdır, iki cərgə yerləşmiş yarpaqcıqdır. Artıqnəmli və
bataqlışlaşmış yer bitkisidir. Fəsilənin bütün yer kürəsində yayılmış 5 cinsindən Qafqazda,
Azərbaycanda , o cümlədən Nax. MR- də 1 cinsinə rast gəlinir.
Üçdiş –Triglochin L. cinsi
Cinsin
əlamətləri: Çiçəkləri ikicinslidir, sadə salxım çiçək qrupunda toplanmışdır.
Çiçəkyanlığı sadə olub, iki dairədə yerləşmiş 6 yarpaqcıqlıdır. Erkəkcikləri 6-dır, iki dairədə
yerləşir. Meyvəyarpaqcıqları 6-dır, onlardan 3-ü xaric hissədədir, çox vaxt dölsüzdür. Meyvə
qurudur, bir toxumlu fındıqcıqlara parçalanır. Çoxillik kökümsovlu ot bitkiləridir və ikicərgə
yerləşmiş kökətrafı yarpaqlıdırlar. Cinsin yer kürəsində yayılmış 13 növündən 7-si Avstraliya üçün
səciyyəvidir, qalanları geniş yayılıb, Qafqazda və Azərbaycanda 2, Nax. MR-də 1 növü vardır.
Növlərin təyini üçün cədvəli
1. 6 ədəd meyvəyarpaqcığının hammısı meyvə əmələ gətirəndir. Meyvəcikləri 6-dır.
Kökümsovu yan zoğsuzdur. Gövdəsi nisbətən yoğundur. Yarpaqları enli-xətvaridir.
= Ancaq üç daxili meyvəyarpaqcığı meyvə verəndir, Xaricdəki 3-ü isə dölsüzdür.
Meyvəcikləri 3-dür. Kökümsovu nazik yan zoğludur. Sütuncuq daha nazikdir. Yarpaqları ensiz-
xətvaridir. ------------------------------------------------------------------------------------T. Palustris
Baqəvərkimilər - Alismataceae Vent. fəsiləsi
Fəsilənin ümumi xarakteristikası: Çiçəkləri bircinsli və ya ikicinslidir, birevlidir.
Çiçəkyanlığı altı yarpaqlıdır, 3 xarici və 3 daxili rənglənmiş yarpaqcıqlardan ibarətdir. Erkəkcikləri
6 və ya çoxsaylıdır. Dişicik 6 və ya çoxdur, 2 yaxud çoxlu yumurtacıqlıdır. Meyvə çiçəkləri
qurudur, açılmayandır. Su və ya bataqlıq bitkiləridir, kökətrafı rozet yarpaqlıdır və adətən budaqlı
yarpaqsız çiçəklənən gövdəlidir. Bütün yer kürəsində yayılmış 12 cinsindən Qafqazda və
Azərbaycanda 3 cinsi vardır. Onlardan bir cins Nax. MR ərazisindədir.
Baqəvər cinslərinin təyinetmə cədvəli
1.
Çiçəkləri bircinsli, birevlidir. Erkəkcikləri çoxdur. Meyvəcikləri şişkin (выпуклый)
çiçək yatağında spiralvari yerləşmişdir.
=
Çiçəkləri ikicinslidir. Erkəkcikləri 6-dır. Meyvəcikləri çiçək yatağında halqalı
yerləşmişdir ------------------------------------------------------------------------------------------------------ 2
2. Yetkin meyvəcikləri 6-10-dur. Meduzvari-dağınıqdır.
= Meyvəcikləri çoxsaylıdır, dağınıq deyil, başcığa toplanmışdır.
Baqəvər - Alisma L. cinsi
Ümumi əlamətləri: Çiçəkləri ikicinslidir. Kasayarpaqları 3-dür, meyvə zaman qorunub
saxlanılır. Ləçəkləri 3-dür. Dişiciyi çoxsaylıdır, sərbəstdir, yerləşməsi halqavaridir; sütuncuq
yumurtalığın qarın tərəfində uc hissədən aşağıda yerləşir. Meyvəcikləri yanlara güclü sıxılmışdır,
birtoxumludur, nazik kağızı meyvəyanlıqlıdır. Artıq nəmli və bataqlışlaşmış yerlərdə yayılmış
çoxillik bitkilərdir. Kökətrafı rozet yarpaqlı və adətən yarpaqsız dəstəli-budaqlanmış gövdəlidir.
Cinsin 6 növündən Qafqazda və Azərbaycanda 3 növü yayılmışdır.
Baqəvər növlərini təyin etmək üçün cədvəl
1. Aşağı yarpaqları ürək şəkilli və ya dəyirmi əsaslıdır.-------A. plantaqo - aquatica L.
=Yarpaqlarının hammısı əsasına doğru daralmışdır, yığılmışdır
(суженные) ------------------------------------------------------------------------------------------- 2
2.
Sütuncuq düzdür, yumurtalıqdan uzundur. Meyvəcikləri kürəkdə bir şırımlıdır.
A. lanceolatam With.
= Sütuncuq qarmaqvari- qatlanmışdır, yumurtalıqdan qısadır. Meyvəciyi bel hissədə 2
şırımlıdır. --------------------------------------------------------------- A. Gramineum Lej.
Növlərdən: A. plantaqo-aquatica L. və A. lanceolatum With. Naxçıvan MR-in artıq nəmli,
bataqlıqlaşmış və durğun su kənarlarında yayılmaqla cəngəllik əmələ gətirirlər.
- 43 -
Suoxukimilər - Butomaceae S. F. Gray fəsiləsi
Fəsilənin ümumi səciyəsi: Kökətrafı yarpaqlı və yarpaqsız çiçək gövdəsi olan çoxillik
bataqlıq, yaxud su bitkisidir. Çiçəkləri düzdür ikicinslidir. Çiçəkyanlığı altıyarpaqlı, tacvari.
Erkəkcikləri 9 və ya çoxdur. Dişiciyi 6, nadir halda çoxdur. Meyvəsi mürəkkəbdir və
yarpaqcıqlardan ibarətdir.
Suoxu – Butomus L. cinsi
Cinsin ümumi əlamətləri: Çiçəkyanlığı 6 qırmızımtıl-ağ yarpaqcıqlardan ibarətdir, xarici
hissədəki 3 çiçəkyanlığının xarici eşik tərəfi yaşılımtıldır. Erkəkcikləri 9-dur, onlardan 3-ü
çiçəkyanlığının xarici yarpaqlarına və 6-sı isə daxili yarpaqcıqlara əksinə oturmuşdur. Meyvə 6
yarpaqcıqdan təşkil olunub, əsasında və daxili tərəfdə açılan boylama hissədə bitişmişdir.
Evraziyanın mülayim vilayətlərində geniş yayılmış 2 növündən Qafqazda, Azərbaycanda və o
cümlədən Nax. MR-də 1 növünə rast gəlinir.
Suoxu növünü təyin etmək üçün cədvəl
1. Çiçəkyanlığı ellipisvaridir, ağdır əsası tünd bənövşəyi-çəhrayı ləkəlidir. 11-13 mm
uzunluqdadır. Erkəkcikləri bənövşəyi tozcuqlu erkəkcikləri 9-dur. --------------------B. umbelatus L.
Adiantkimilər - Adiantaceae Newman. fəsiləsi
Fəsilənin ümumi səciyyəsi: Sorusları uzunsovdur, dəyirmi və ya xəttidir, yarpağın
qatlanmış, burulmuş pərdəvari kənarı ilə örtülmüşdür. Orta ölçülü qıjılardır. Yarpaq saplağı
bağlaşmamışdır. Yarpaq ayası bölümlüdür. Əvvəllər Ayıdöşəyikimilər- Polypodiaceae R.Br.
fəsiləsi daxilində cins olan Adiantum L. bir sıra özünəməxsus fərqli əlamət və xüsusiyyətlərinə görə
fəsilə səviyyəsinə qaldırılmışdır. Əsasən tropik zonada yayılmış 185 növündən Qafqazda,
Azərbaycanda və o cümlədən Nax. MR-də 1 növü yayılmışdır.
Adiant - Adiantum L. cinsi
Cinsin təyinetmə cədvəli
1.Sorusları dəyirmidir, bel hissədə və ya damarın sonunda oturub ------------------------------2
= Sorusları uzunsovdur və ya xəttidir, sonuncudur və ya damar boyu oturub. Saplağı
bağlaşmamışdır ---------------------------------------------------------------------- ----------------------------5
5. Yarpaqları və onların seqmentləri çılpaqdır. Sorusları damarın üstündə uzunsovdur, seqmentin
burulmuş aşağı dairəvi pərdəvari dilimi ilə örtülmüşdür. ---------------Adiantum capillis veneris L.
Acilıqkimilər - Ephedraceae Dumort. fəsiləsi
Fəsilənin 3 cinsindən Qafqazda və Azərbaycanda 1cinsi var.
Acılıq - Ephedra L. cinsi
Yer kürəsinin mülayim quru vilayətlərində yayılmış 32 növündən Qafqazda və
Azərbaycanda 4 növünə rast gəlinir
Acılıq növlərini təyin etmək üçün cədvəl
1.
Kolcuqdur, 10-25 sm hündürlükdədir. Budaqları yuxarı olub tez-tez burulmuşdur.....2
= 1,5 m hündürlükdə koldur, sünbülü oturaq tozcuqludur. E. aurantiaca Takht. et Pachom.
2. Meyvə əmələ gətirən sünbüllərin daxildəki cüt çiçəkyanlığı, həmçinin xarici çiçəkyanlığı
uzunluğunun üçdə biri bitişmişdir. ------------------------------------------------------ E. procera F.et M.
ƏDƏBİYYAT
1.
Qəlirov H.M. Bitkilərin təyinat kitabçası. Bakı, APİ-nin nəşriyyatı. 1959, 243 s. s. 21-116
2.
İbrahimov Ə.Ş. Naxçıvan MR-in yüksək dağ su-bataqlıq bitki örtüyü və onun əhəmiyyəti //
İnformasiya vərəqi, “Kənd təsərrüfat” ser. (Bitkiçilik), 1980, AZETEİİ, № 85, 4 s.
3.
Tariyel Talıbov, Əliyar İbrahimov .Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
“Əcəmi” Nəşriyyatı Poliqrafiya Birliyi. 2008, 364 s. s.42-86
4.
Tariyel Talıbov, Əliyar İbrahimov.Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”ı (Ali
sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Cild 2, “Əcəmi” Nəşriyyatı Poliqrafiya Birliyi.
Naxçıvan, 2010, 676 s. s.20-21
5.
Гроссгейм А. А. Определитель растений Кавказа. Государственное
6.
Издательство «Советская наука». Москва, 1949, 756 с. с. 11-42
- 44 -
7.
Флора Азербайджана. Т. 1. Издательство Академии Наук Азербайджанской ССР. Баку,
1950, 650 с. с. 11- 116
8.
Caucasian Flora Conspectus. Volume II. Saint-Petersburg University Press. 2006,466 p.
P.247
ABSTRACT
Table determinant of the department and
Monocots higher plants
The article presents information on the main departments in the plant kingdom and monocots
Nakhchivan Autonomous Republic. Is given the determinant table family, genera and species. The
study showed that the flora of the republic indicated 6 department and monocotyledonous
represented 66 families, 120 genera and 1200 species. Of these 24 families, 70 genera, 545 species
belong to of the wetland ecosystem. Were found several family, genus and new species. By the
definition of taxa adopted main symptoms.
РЕЗЮМЕ
Таблица определитель отделов и однодольных высших растений
В статье приводятся сведения об основных отделах в растительном царстве и
однодольных Нахчыванской Автономной Республики. Дано определение таблицы семейства,
родов и видов. Исследование показало, что во флоре республики указываются 6 отдел и 2
класса. Класс однодольный представлен 66 семей, 120 родов и 1200 видов. Из этих 24
семейства, 70 родов и 545 видов относятся к водно-болотных экосистем. Были обнаружены
несколько семейства, род и новый вид. По определение таксонов взяты основные симптомы.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru E.Məmmədov
- 45 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
DAŞQIN QƏNBƏROV
Naxçıvan Dövlət Universiteti
UOT: 581.1
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FlORASINDA YAYILAN ASTRACANTHA
VƏ ASTRAGALUS NÖVLƏRİNİN HÜNDÜRLÜK QURŞAQLARI ÜZRƏ YAYILMASI,
FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏHƏMİYYƏTİ
Açar sözlər: astragalus, astracantha, şaquli, cins, növ, ekoloji
Key words: astragalus, astracantha, vertical, genus, species, ekological.
Ключевые слова: astragalus, astracantha, вертикалный, род, вид, экология
Naxçıvan MR-in relyefi başlıca olaraq düzənlik, dağətəyi və dağlıq ərazilərdən ibarətdir.
Muxtar respublikanın Arazboyu qurşağı 600-1000 metr yüksəklikdə yerləşən geniş bir sahəni əhatə
edir. Naxçıvan MR-in şimal-şərqində yerləşən Zəngəzur silsiləsinin ən yüksək zirvəsi Qapıcıq
(3906 m) dağıdır.
Muxtar respublikanın ərazisində şaquli zonallıq daha çox nəzərə çarpır. Hündürlük
qurşaqları üzrə bitki növlərinin yayılması da müxtəlifdir. İqlim şəraitinin müxtəlifliyi, bitkilərin bu
şəraitə uyğunlaşmalarının eko-fitosenotik qanunauyğunluqları mürəkkəb geoloji tarixə malik olan
ərazidə növlərin müxtəlif hündürlüklərdə, müxtəlif tərzdə paylanmasına səbəb olmuşdur. Bəzi
ərazilərdə zəif, bəzi ərazilərdə intensiv parçalanmış relyefə, müxtəlif torpaq, iqlim şəraitinə malik
Naxçıvan Muxtar Respublikası ərazisində istər birbaşa və istərsə də dolayısı ilə təsir göstərən
müxtəlif ekoloji faktorların təsiri nəticəsində bitki növləri və bitki qrupları hündürlük qurşaqları
üzrə eyni dərəcədə paylanmamışdır.
Burada bitkilik tiplərinin yayılması zonallıq qanununa tabe olaraq, mühit şəraitinin
dəyişilməsi ilə əlaqədar şaquli istiqamətdə düzənlikdən yüksək dağlığa doğru dəyişilir. Növləri
hündürlüklərə görə müəyyənləşdirərkən, fiziki-coğrafi və ekoloji şərait ilə bir-birindən fərqlənən 7
şaquli qurşaq götürülmüş, onların yayıldığı hündürlüklər dəqiqləşdirilmiş, Astracantha və
Astragalus
növlərinin
yayılma
qanunauyğunluqları
tədqiq
olunmuşdur.
Növlərin
şaquli
hündürlüklər üzrə yayılması cədvəldə öz əksini tapmışdır. Muxtar respublika ərazisində hündürlük
qurşaqları üzrə Astracantha cinsinin 15, Astragalus cinsinin isə 72 növ yayılmışdır (3).
Cədvəl 1
Astracantha cinsinə mənsub olan növlərin hündürlük qurşaqları üzrə yayılması
Qeyd edilən qurşaqlardakı növlərin sərhədlərinin dəqiq müəyyən edilməsində bir sıra
çətinliklər meydana çıxmışdır. Belə ki, bəzi Astracantha növlərinə bir neçə qurşaqda rast gəlindiyi
halda, elə növlər də vardır ki, onlara yalnız bir qurşaqda rast gəlinmişdir. Cədvəldən aydın olur ki,
düzənlik və dağətəyi qurşaqlarda Astracantha cinsinin növünə rast gəlinmir. Astracantha cinsinə
No
Qurşaqlar
Dəniz səviyyəsindən
nisbi hündürlük m-lə
Növlərin sayı
Növlərin sayı %-lə
1
Aşağı dağlıq
1200-1500
4
19,05
2
Orta dağlıq
1500-2300
12
57,15
3
Yüksək dağlıq
2300-2800
1
4,76
4
Subalp
2800-3200
2
9,52
5
Alp
3200-3600
2
9,52
- 46 -
aid olan növlərin hündürlük qurşaqlarında faiz nisbətlərinə görə paylanması aşağıdakı diaqramda
göstərilmişdir.
Diaqram 1: Astracantha Podlech cinsinə aid olan növlərin hündürlük
qurşaqları üzrə paylanması
Diaqramdan göründüyü kimi Astracantha cinsinin aşağı dağlıq qurşağı üzrə 4 növü A.
andreji, A. alexeenkoana və s . (19,04%) yayilmışdır. Ərazinin orta dağlıq qurşağı növlərinin sayına
görə digər qurşaqlardan daha zəngindir. Bu qurşaqda 12 növ A. barba - carpina, A. jucunda, A.
karabagchensis, A. karjaginii, A. microcephala, A. meyeri, A. vedica və s. (57,15 %), yüksək dağlıq
qurşağı üzrə 1 növü A. gudrathi (4,76 %), subalp və alp qurşaqları üzrə cəmi 4 növ A. aurea, A.
insidiosa və s. (19,04 %) qeydə alınmışdır.
Səhralar bitkilərin yaşaması üçün az əlverişli olan ərazilərdir. Səhra tipli bitkilik Arazboyu
düzənliklərdə yarımsəhra bitkiliyinin daxilində kiçik sahə tutmaqla ləkələr şəklində rast gəlinir.
Belə lokal ləkələr ən çox Araz çayına yaxın, aşağı hissələrində şorlaşmış torpaqlarda yayılmışdır.
Muxtar respublika ərazisində Astragalus cinsinin düzənlik zonasında 6 növü yayılmışdır. Həmin
növlər A. ammophilus, A. paradoxus, A. aduncus, A. asterias, A. arguroides, A. campylorrhynchus
(8,33 %) düzənlik və dağlıq qurşaqlarda formasiyalar əmələ gətirir.
Dağətəyi qurşaq 1000-1200 m yüksəkliklərə qədər davam edir. Burada rütubət çatışmazlığı,
yay aylarında temperaturun çox yüksək olması və torpağın duzlaşması yarımsəhra bitkilərinə təsir
edən əsas faktorlardır. Yarımsəhra zonasında illik yağıntının miqdarı 200-300 mm - dən artıq
olmur. Yağıntılar əsasən yaz və payız aylarında baş verir. Bu dövrlərdə birillik efemer bitkilər gur
inkişaf edərək qış otlaqlarının yem dəyərini artırırlar. Burada quraq keçən dövr 4-5 ay davam edir.
Belə sərt ekoloji şərait yarımsəhralarda sadə tərkibli bitki qruplaşmalarının inkişafına səbəb olur.
Muxtar respublika ərazisində Astragalus cinsinin dağətəyi qurşağı üzrə 6 növü A. longicuspis, A.
corrugatus, A. psiloglottis A. tribuloides, A. hajastanus (8,33 %) yayılmışdır.
Muxtar Respublika ərazisində Astragalus cinsinin aşağı dağlıq qurşağı üzrə 24 növü
yayılmışdır. Onlardan 13 növü- A. hamosus, A. odoratus, A. schelkovinikovii, A. montis-aquilae, A.
conspiocus, A. candolleanus, A. nachitschevanicus və s. (54,16 %) aşağı dağlıq və orta dağlıq
qurşağı, 11 növü- A. cancellatus, A. cicer, A. commixtus, A. ordubadensis, A. strictilobus, A.
szovitsii və s. (45,83 %) isə orta dağ qurşağı üzrə paylanmışdır.
Orta dağlıq qurşaq müxtəlif meyillikili, nisbətən aşınmaya məruz qalmış, töküntülərin
nisbətən çoxluğu xarakterizə olunan, intensiv parçalanmış, vulkanogen çökmə suxurların yayıldığı
ərazilərdir. Meylliyi az olan yamaclar zəif inkişaf etmiş strukturlu boz-qəhvəyi, qonur-gillicəli və
dağ-çəmən torpaqlarla örtülmüşdür. Bu qurşaq mötədil sərin qurşaq olub, düşən yağıntının miqdarı
600-650 mm-dir. İyun, iyul və avqust aylarının quruluğu ilə xarakterizə olunur ki, bu aylarda
əraziyə düşən yağıntının orta miqdarı 45-50 mm-dən artıq olmur. Ərazidə nisbi rütubət adətən 50-
4. N/s: 2;
(9,52)
5. N/s: 2;
(9,52)
1. N/s: 4;
(19,05%)
2. N/s: 12;
(57,15%)
3. N/s: 1;
(4,76)
Dostları ilə paylaş: |