Türkeş çökəkliyi. Bu çökəklik Badamlı çökəkliyi ilə yanaşı yerləşir. Maili düzənliyi
xatırladır. Mütləq yüksəkliyi 1400 m, şərqdə isə 1100 metrdir. Ərazi allüvial -prolüvial
çöküntülərdən ibarətdir. Tez-tez gələn sellər ərazidə yeni çöküntü qatı yaradır. Parçalanma zəif
gedibdir.
Torpaqları açıq şabalıdı dağ torpaqlarıdır. Təbii bitki örtüyü içərisində yovşan, kəklikotu, nanə,
gəvən, karvanqıran, taxılkimilər üstünlük təşkil edir. Əsasən otlaq kimi istifadə edilir.
Tirkeş çökəkliyində Tirkeş və Sələsüz kəndləri yerləşir. Vaxtilə əkinçiliyə yararlı torpaqlardan
dəmyə əkinçilikdə istifadə edilirdi. Suvarma sisteminin yaradılması ərazini suvarma suyu ilə təmin
etdiyindən tütünçülük və meyvəçilik inkişaf etdirilmişdir. Sələsüz kəndinin 110 ha, Tirkeş kəndinin
isə 162 ha əkin sahəsi mövcuddur. «Vayxır dəryaçası» istifadəyə verildikdən sonra əkin sahələrinin
bir qisminin suya olan tələbatı təmin edilmişdir. Yeni qurğular yaradılarsa əkinə yararlı torpaq
sahəlrini artırmaq olar. Torpaq islahatı aparıldıqdan sonra yem bitkilərinin əkini sürətlənmişdir.
Çökəklikdə olan əkin sahələrinin tam istifadəsi üçün «quru arx» suvarma sistemi bərpa olunmalı və
yeni nasos stansiyaları yaradılmalıdır. Bu sistem bərpa edildikdən sonra 1200-1500 ha torpaq
sahəsinin su təminatı yaxşılaşmış olar (4 səh. 31).
Şahbuz çökəkliyi. Bu erozion-tektonik çökəklik 1200-1300 m mütləq yüksəklikdə yerləşir.
Çökəklik IV dövr çöküntüləri ilə örtülüdür. Yarğan və dərələrdə orta eosenin vulkanogen - çökmə
suxurları üzə çıxıbdır.
Çökəkliyin mərkəzindən Naxçıvançay keçir. Çayın sağ sahilində çay terrasları aydın görünür.
Onların hündürlüyü 6-10 metrə çatır. Daha hündür sahələrdə isə terras qalıqları nəzərə çarpır. Bu
terras qalıqları çay yatağından 30-40 m hündürlükdə yerləşir.
Çökəklik orta dərəcədə parçalanbdır. Ərazidə açıq şabalıdı torpaqlar yayılıbdır. Bitki örtüyü keçid
yovşanlı - friqanoidlərdən ibarət olub yovşan, müxtəlif növ gəvən, kəklikotu, taxılkimilər, qərənfil,
efirli bitkilər, südləyən, itburnu və s. yayılıbdır (1 səh. 119). Çökəklikdə əsasən üzümçülük, tütün,
taxıl, yem bitkiləri becərilir. Təsərrüfatlarda götürülən məhsula görə üzümçülük fərqlənir. Ona
görədə üzümçülüyün inkişaf etdirilməsi daha sərfəlidir.
Son illər Naxçıvançayın sağ sahilində terraslarda ərik bağları salınmışdır. Rayon bundan xeyli gəlir
əldə etmişdir. Ancaq torpaq islahatı keçirildiyi müddətdə bu bağlar diqqət mərkəzindən kənarda
qaldığından suvarılma aparılmamış və ağacların əksəriyyəti qurumuşdur. Bu ərik bağları bərpa
edilməli və təcrübədən istifadə edilərək yeniləri salınmalıdır.Burada yamaclarən əksəriyyətindən
bağçılıqda istifadə edilə bilər. Problem dağ yamaclarında suvarma suyunun olmamasıdır.
Şahbuz rayonunda olan 1613 ha suvarılan torpaq sahəsinin əksəriyyəti bu çökəklikdə yerləşir. Bu
çökəklikdə 12 ha tütün, 841 ha dənli bitkilər, 134 ha yem bitkisi, 179 ha çoxillik bitki əkini sahəsi
var (4 səh.32).
Gal çökəkliyi. Bu çökəkliyin təbii xüsusiyyətləri Şahbuz çökəkliyinin xüsusiyyətlərinə
oxşardır. Erozion-tektonik mənşəli bu çökəklik üçbuçaq formalı olub şimal-qərbdə ensiz, cənub-
şərqdə isə enlidir. İlanlı dağdan başlayıb şimal-şərqdə antiklinal tirə ilə, cənub və cənub-şərqdə isə
kuestlərlə sərhədlənir. Toğluca tirəsi (1200 m) Gal çökəkliyinin mərkəzində kümbəzvari formada
yüksəlir.
Paradaş çökəkliyi. Dəniz səviyyəsindən 1200-1400 m hündürlükdə yerləşən bu düzənlik
quru dərələrlə parçalanıbdır. Ərazidə açıq şabalıdı torpaqlar yayılıbdır. Su təminatı yaxşı
olduğundan əksəriyyət hissəsi şumlanıbdır.
Təbii bitkilərdən yovşan, taxılkimilər, efemer bitkilər, dəvə tikanı, sirkan, kəvər, qanqal və s.
yayılıbdır. Çay yataqlarında sel çöküntüləri üzərində dəvəqırana nadir hallarda isə yulğuna rast
gəlinir.
- 98 -
Düzənliyin oturaq-düzənlik hissələrində taxıl əkilir. Üzümlüklər nisbətən az sahə tutur. Çökəkliyin
qalan hissələrindən otlaq kimi istifadə edilir. Su təminatını yaxşılaşdırmaqla əkin sahələrini
artırmaq olar (4 səh. 33).
Əbrəqunis çökəkliyi. Çökəkliyin mərkəzindən Əlincəçay keçir. Ərazi allüvial və qismən də
sel çöküntüləri ilə örtülüdür. Çay sahillərində subasarlar inkişaf edibdir. Çay boyunca allüvial
torpaqlar, qalan sahələrdə isə şabalıdı torpaqlar yayılıbdır. Ərazinin maillik dərcəsi az olduğundan
əkinçilikdə istifadə edilir (1 səh. 123).
Əlinjəçay boyunca tuqay meşələri subasarlarda söyüd, yulğun, xatınbarmağı kolluqları yayılıbdır.
Söyüd kolluqları Ləkətağ kəndinə qədər uzanrı. Haliyədə taxıl, tütün əkini öz yerini yem bitkiləri
əkininə verir.
Ərəzin çökəkliyi. Çökəkliyin torpaq-bitki örtüyü qonşu Əbrəqunis çökəkliyi ilə eynidir. Bu
çökəklikdə üzümçülük inkişaf etdirilir. Qonşu çökəklikdən fərqli olaraq bu çökəkliyin su təminatı
pisdir. Ərazinin su təminatını yaxşılaşdırmaq üçün Əlinjəçay üzərində hidrotexniki qurğu
yaradılmalıdır. Belə bir tədbir həyata keçirilərsə 5000 ha torpaq sahəsinin su təminatı yaxşılaşar,
1500 ha torpaq sahəsi isə əkinçiliyin ixtiyarına verilmiş olar.
Ərazinin təbii bitkiləri hündür sahələrdə və quru dərələrin yamajlarında qalmışdır. Təbii yem bazası
və əkinçilik əsasında heyvandarlığın sürətli inkişafı üçün təbii şərait mövcuddur.
Nəticə
Naxçıvan MR ərazisi nəinki su qıtlığı, hətta torpaq qıtlığı regionunda yerləşir. Əhalinin təbii
artımının cox olması adambaşına düşən topraq sahələrinin ilbə-il azalmasına səbəb olur. Torpaq
islahatının həyata keçirldiyi bir neçə il ərzində ərazisidə kənd təsərrüfatı sürətlə inkişaf etmiş,
məhsil bolluğu, xüsusən taxıl bolluğu yarandı. Həmin dövrdə k\t-nın sürətli imkişafının bir sıra
obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblərdən biri iş yerləri olmadığından , hətta şəhər
əhalisi kənd yerlərindən torpaqları icarəyə götürüb məhsul istehsalına qoşuldular. Respublikamızda
sosial-iqtisadi inkişafın sürətlənməsi yeni-yeni iş yerlərinin açılması məhsuldar qüvvələrin şəhər
məskənlərinə miqrasiyasına səbəb oldu. Çünki, sənaye müəssisələrindən gələn gəlir k\t-dan gələn
gəlirdən bir neçə dəfə coxluq təşkil edirdi. Bu prosesin sürətlənməsi torpaqların istehsal
dövrüyyəsindən çıxmasına, örüş –otlaq sahələrinə çevrilməsinə səbəb olmuşdur.
Bu gün icra mülkiyyətinə verilmiş torpaqların birləşdirilməs, onların iri təsərrüfatlar halında
birləşdirilməsi zərurəti yaranmışdır. Belə təsərrüfatlar dövlət nəzarətində olarsa yeni aqrotexniki
qaydalar- yaşıl inqilab tətbiq etməklə neftdən asılı olmayan təsərrüfat sistemi yaratmaq olar.
Naxçıvan MR ərazisində torpaqlardan istifadənin yaxşılaşdırılması üçün ilk növbədə su problem
həll edilməlidir.
ƏDƏBİYYAT
1. Babayev S. Y. Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası. Bakı- 1999
2.Алиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку - 1988
3. N.Q.Aslanov “Torpaqların meliorasiyası” Bakı. 2004
4 . Ə.M. Həsənov. Naxçıvan MR-in təbii sərvətləri və onlardan istifadə yolları
Bakı-2001
5. Quliyev Ə., Həsənov Ə.M.,(2012), Bazar iqtisadiyyati şəraitində Naxçivan MR-də torpaq
ehtiyatlarindan səmərəli istifadə. Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndəsi, kənd
təsərrüfatı elmləri doktoru, prof. M. R. Abduyevin (www.abduyev.info) 85 illik yubileyinə həsr
olunmuş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya”
mövzusunda beynəlxalq konfrans materialları . Bakı, 2012.s.445-448.
6.Quliyev Ə., Həsənov Ə.M., (2012), Arazboyu və dağətəyi torpaqlarinin еkomеliorativ
qiymətləndirilməsinin əsas prinsipləri. Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndəsi,
kənd təsərrüfatı elmləri doktoru, professor M.R. Abduyevin (www. abduyev.info) 85 illik
yubileyinə həsr olunmuş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə
və ekologiya” mövzusunda beynəlxalq konfrans materialları . Bakı, 2012. S.453-455.
- 99 -
7.Quliyev Ə.G., Naxçıvn MR Arazboyu və dağətəyi torpaqlarının ekoetik problemləri və onlardan
səmərəli istifadə yolları. Torpaqşünaslıq və Aqrokimya institutu əsərlər toplusu, XVII cild, Bakı,
2007 səh.203-205.
8. Quliyev Ə. G., Həsənov Ə.M.,(2011). Naxçıvan MR-in torpaq ehtiyyatlarından səmərəli istifadə
yolları.Torpaqşünaslıq vəAqrokimya institunun əsərləri. XX cild, 2011, səh.301-305.
ABSTRACT
A.Guliyev, A. Hasanov
Economic and geographical assessment of using intermountain depressions
in the agriculture in Nakhchivan Autonomic Republic
In the article it is noted that ecomeliorativ and ecogeography evaluation have been
conducted for using
the land. But the positive factors that leat to use of land and the negative factors that impeding
haven t been assessed.
In the article it is noted the theoretical bases of the evaluation of these factors. Intermountain
depressions land and their economic and geographical evaluation have been conducted.
РЕЗЮМЕ
А. Кулиев, А.Гасанов
Экономико-географическая оценка использования межгорных впадин
Нахчыванской АР в сельском хозяйстве
В статье говорится о том, что для пользования этими землями производят их
экомелиоративную, экогеографическую и другие оценки. Но не оцениваются создающие для
использования землями положительные и создающие трудности отрицательные факторы.
В статье эти факторы опубликованы, проведена економико-географическая оценка
использования земель межгорных впадин.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
N.Bababəyli
- 100 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
SƏXAVƏT SALAHOV
thermalwater_63@mail.ru
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti
Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası
UOT:911.2
ORTA KÜR ÇÖKƏKLİYİNDƏ TERMAL SULARIN PERSPEKTİVLİYİ
Açar sözlər: Çökəklik, yod, balneoloji, tərkib, perspektiv , termal, kompleks, struktur,
göstərici, ehtiyat.
Termal sular respublikamızda bu 3 kriteriya əsasında istifadəyə yararlı hesab oluna bilər.
Əlbəttə ki, burada digər amillər də (relyef, ekzogen, texnogen və s.) nəzərə alınmalıdır.
Respublikamızda regionların iqtisadi inkişaf proqramı çərçivəsində termal suların
enerjisindən istifadə daha zəruridir. Müasir intrastrukturu tənzimləyə biləcək tükənməz enerji
potensialı resusrları ekoloji baxımdan daha rentabelli hesab olunmalı, bu sahəyə diqqət
artırılmalıdır. Bu baxımdan alternativ enerji potensialı hesabına yeni yaradılacaq unikal resurslar
haqqında dövlət proqramına əsaslanaraq tədqiqat rayonunda termal suların axtarışı və kəşfiyyatı
işlərinin genişləndirilməsi vacibdir.
Tədqiqat rayonu ərazisində termal sular geniş yayılmışdır. Yüksək su sərfi, müxtəlif
kimyəvi və qaz tərkibi, habelə əlverişli coğrafi mövqeyinə görə xalq təsərrüfatının müxtəlif
sahələrində yararlı hesab olunan termal sular həm də müalicəvi məqsədlər üçün
əhəmiyyətlidir(1,3).
Orta Kür çökəkliyində termal sular müxtəlif vaxtlarda Mezokaynozoy çöküntülərində
axtarış-kəşfiyyat və təcrübi sınaq işləri ilə öyrənilmişdir. Bu baxımdan alternativ enerji mənbələri
haqqında Dövlət proqramına uyğun olaraq hidrotermal resurslardan səmərəli istifadə edərək xalq
təsərrüfatının inkişafını bu istiqamətə yönəltmək vacibdir.
Termal suların perspektivliyinin qiymətləndirilməsi zamanı ilkin parametr kimi temperatur
göstəricisi əsas götürülür.
Digər bölgələrdə də termal suların əsas göstəriciləri nəzərə alınmış, müvəqqəti və daimi
kondisiya əsaslandırmaları tərtib olunmuşdur. Texniki iqtisadi əsaslandırmalar zamanı termal
suların keyfiyyəti və kəmiyyəti nəzərə alınmış, proqnoz və istismar ehtiyatların hesablanması üçün
ayrı-ayrı su yığıcılarda təbii iqlim şəraiti seçilmişdir.
Tədqiqat rayonu ərazisində inkişaf tapmış termal sular dağətəyi və dağarası artezian
hövzələrində, həmçinin dağqırışıq zonalarında çat-damar tipli yataqlar şəklindədir. Küryanı bölgədə
termal su yataqları geoloji quruluşuna görə bir sıra pozulmalarla səciyyələnir və müxtəlif tektonik
bloklara bölünürlər. Bu blokların hidrogeoloji xüsusiyyətləri ayrı-ayrı sahələr üzrə öyrənilmişdir(2).
Tədqiqat sahəsində ayrı-ayrı strukturlarda termal sular perspektivlidir və yer səthində yüksək
temperatur göstəriciləri ilə xarakterizə olunur. Yüksək termik kriteriyalara təsir göstərən əsas
parametrlər sırasına dərinlik qırılmaları da daxildir. Kür bölgəsində termal suların əmələ gəlməsi və
formalaşması əsasən məsaməli-çat tipli hesab olunur və litoloji tərkibinə görə müxtəlif fasial
xarakterlidir. Ona görə termal suların perspektivliyini qiymətləndirərkən mürəkkəb şəraitə malik bu
bölgədə bütün faktiki materialların korrelyasiyası aparılmış, lokal və regional strukturlarda
perspektivlik qiymətləndirilmişdir.
Termal suların perspektivliyini qiymətləndirərkən 2 cür ehtiyyatlar :ekzogen və endogen
suların müxtəlif horizontların məsamələrində və çatlarında yığılan, bir-birilə hidravliki əlaqədə olan
termal
sular
nəzərə
alınmışdır.
Belə
ehtiyyatlar
respublikamızın
müxtəlif
regionlarında
Mezokaynozoy çöküntülərində qiymətləndirilmişdir.
- 101 -
Təbii ehtiyyatlar laylara vurulan və ya ayrı-ayrı laylardan süzülən sular hesabına əmələ gəlir
ki, bunlar da tarazlaşmış və tarazlaşmamış hidravlik şəraitlə xarakterizə olunurlar.
İrimiqyaslı kompleks geoloji-hidrogeoloji tədqiqatların aparılması nəticəsində termal su
yataqlarının
genezisi
məsələlərinə
baxılmış,
müxtəlif hidrotermal hövzələrin perspektivliyi
qiymətləndirilmişdir(4).
Əsasən xloridli-natriumlu tərkibə malik termal sular müalicəvi əhəmiyyətə malik olub,
mərkəzi əsəb sisteminə, ürək-qan-damar sisteminə, habelə dəri və s. xəstəliklərin müalicəsində
əhəmiyyətlidir. Bununla yanaşı, mədə-bağırsaq, maddələr mübadiləsinin fəallaşmasında və başqa
sahələrdə bu suların rolu böyükdür.
Sənaye-termal suların tərkibində kükürd komponenti aktiv kimyəvi təsirə malikdir və termal
sulardan istifadə zamanı daha təsirlidir.
Termal suların qaz tərkibində radonlu sular müalicəvi əhəmiyyət kəsb edir. Bu sular ürək-qan-
damar sistemi, maddələr mübadiləsi, əsəb sistemi və digər xəstəliklərin müalicəsində fizioloji təsirə
malikdir.
Termal suların elmi-nəzəri, habelə praktiki əhəmiyyətini nəzərə alaraq onun aşağıdakı istifadə
sahələrini göstərmək olar:
1. Sanatoriya-kurort komplekslərində.
2. Kimyəvi sənayedə.
3. İstilik enerji mənbəyi kimi ayrı-ayrı sahələrdə.
Tərkibində yod və brom komponenetinin çox olması bu sulardan müdafiə sənayesində, atom
energetikasında, radioaktiv izotop sənayesində, kənd təsərrüfatının müxtəlif sahələrində və digər
məqsədlər üçün istifadə etməyə imkan verir.
Yüksək metan komponeneti ilə səciyyələnən termal suların sənayedə əhəmiyyəti böyükdür.
Respublikamızın müxtəlif sahələrində yayılmış termal-sənaye suların tərkibində olan metan
qazından yanacaq-enerji mənbəyi kimi istifadə etmək mümkündür(4,5).
Hal-hazırda isti suların enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə
etmək mümkündür. Respublikamızda, Bərdə , Tərtər, Ağcabədi , və başqa ərazilərdə yüksək həcmli
termal su resursları mövcuddur. Tədqiqat rayonunda termal suların potensial ehtiyatları böyükdür.
Bu sulAdan sanatoriya-kurort müəssisələrinin istilik sistemlərində, müalicə-sağlamlıq və idman
obyektlərində, kommunal müəssisələrdə, parniklərdə, habelə tərəvəz və digər kənd təsərrüfatı
məhsullarının yetişdirilməsində istifadə etmək olar.
Respublika ərazisinin xarakterik xüsusiyyətlərindən biri də yer təkinin yüksək temperatura
malik olması və bununla əlaqədar olaraq termal suların qeyri-bərabər paylanmasıdır. Əksər
bölgələrdə termal sular yer səthinə öz axını ilə çıxır, yəni təzyiqli sulardır(6).
Lazımi tədbirlərin həyata keçirilməsi nəticəsində bu bölgələrdə yaşıllıq zolağının qorunması,
əlverişli şəraitin yaradılması və yeraltı sulardan məqsədyönlü istifadə olunmasına imkan
yaranacaqdır. Aparılmış texniki-iqtisadi hesablamalar göstərir ki, termal sulardan istifadə olunması
təbii qaza, elektrik enerjisinə, neft məhsullarına qənaət edilməsinə imkan verəcəkdir.
Termal sulardan neft quyularının təkrar işlədilməsində də (quyuların parafindən təmizlənməsi,
neft çıxarılan laylarda təzyiqin yaradılması) istifadə etmək mümkündür.
Tədqiqat rayonu ərazisində yayılmış termal sulardan xalq təsərrüfatının müxtəlif sahələrində
istifadə edilməsi respublika iqtisadiyyatına çox böyük səmərə gətirə bilər. Onu da qeyd etmək
vacibdir ki, yeraltı termal sular yüksək minerallaşmaya malik olduqda bu suların yüksək geotermik
xüsusiyyətlərinə baxmayaraq onlar perspektivlik baxımından bir o qədər də əhəmiyyət kəsb etmir.
Bunun üçün texniki iqtisadi hesablamalar aparmaqla perspektivli sahələr ayrılmalıdır.
Yüksək perspektivli sahələr: Küryanı bölgəsində termomineral sular yüksək perspektivlidir.
Yüksək perspektivli sahələrdə termal suların temperaturu quyu ağzında 70-94
0
C təşkil edir. Burada
suyun sərfi 576-15000 m
3
/gün-dür(7).
Qeyd etmək lazımdır ki, təsvir olunan sulu komplekslərin arasında ən perspektivli Üst
Təbaşir və Üst Məhsuldar qat sulu kompleksləri hesab olunur. Suların kimyəvi tərkibinə,
hidrodinamik, geotermik xüsusiyyətlərinə, yatma dərinliklərinə və texniki-iqtisadi göstəricilərinə
görə Üst Məhsuldar qat sulu kompleksi əsas istismar obyekti kimi hesab olunur.
- 102 -
Yevlax-Ağcabədi çökəkliyində iki tip termal sular müəyyən edilmişdir: Lay və dərinlik suları.
Lay termal suları sahə və kəsiliş boyu daha geniş yayılmaqla nisbətən daha yaxşı öyrənilmişdir,
ancaq belə hidrogeologi obyektlər az debitli və aşağı temperaturlu olmaları səbəbindən çox da
maraq doğurmur. Lay termal sularından istifadə baxımından Üst Təbaşir karbonat kompleksi daha
perspektivli obyekt kimi qiymətləndirilir.
Orta-Kür çökəkliyində 3 termal su kompleksi müəyyən edilmişdir: bu komplekslər çox su sərfi
və yüksək istilik enerji potensialı ilə səciyyələnir (231). Bu çökəklik 3 mərtəbəli termal-artezian
hövzəsindən ibarətdir: burada Üst Təbaşir çöküntüləri ən qədimidir, üst hissədə isə Eosen və
Maykop termal su kompleksləri yerləşir. Bu strukturda 12 termal su yatağı müəyyən edilmişdir.
Onlardan üçü üzrə geotermal suların proqnoz-istismar ehtiyatları 800 x 10
3
m
3
/gün həcmində
hesablanmışdır ki, bu da ildə 3,5 x 10
6
ton şərti yanacağa bərabərdir.
Bu sahədə termal suların temperaturu quyu ağzında 40-70
0
C arasında təşkil edir. Burada
suyun sərfi 200-576 m
3
/gün-dür.
Axtarış-kəşfiyyat məqsədilə aparılmış tədqiqat işləri zamanı Şirvanlıda Zümürxan, Tərtərdə
Dəmirlər və İsmayılbəyli sahələrində istiliyi yer səthində 50
0
C-dən çox termal sular alınmışdır.
Ağcabədi sahəsində dərinliyi 2707 m və Tərtər sahəsində dərinliyi 2714 m olan quyulardan
gündəlik su sərfi 1100 m
3
-ə çatan termal suların istiliyi quyu ağzında 56
0
C olmuşdur.
Əgər nəzərə alsaq ki, yüksək perspektivli sahələrdə dərinlik qırılmaları qranit, hətta bazalt
qatına qədər təsiredici gücə malikdir, onda respublikanın ayrı-ayrı regionlarında termal su
hövzələrinin
genezisi
məsələlərinin
araşdırılması
zamanı dislokasiya proseslərinin dərinlik
dərəcəsindən asılılığını qeyd etmək daha dolğun olardı. Bu mənada tədqiqat rayonunun
perspektivliyinin qiymətləndirilməsi zamanı termal su hövzələrinin Orta Kür çökəkliyində məhz
müxtəlif istiqamətli dərinlik qırılmalarının geometrik göstəricilərindən asılılığı öndəmdə olmalıdır.
Ona görə də Ümumqafqaz, eninə, ortoqonal istiqamətlərdə dərinlik qırılmaları kristallik
fundamentin üst hissəsinə qədər təsir göstərir, bu da flyüdlərin inversiyası və konveksiyasına səbəb
olur ki, nəticədə ayrı-ayrı bölgələr üzrə dərin strukturlardan istilik daşıyıcıları yer səthinə doğru
miqrasiya edir və nəticədə termal su hövzələri üçün əlverişli şərait yaranır.
Mezokaynozoy yaşlı çöküntülərin termal sularının perspektivliyini qiymətləndirərkən belə
məlum oldu ki, respublika ərazisində müasir infrastrukturu tənzimləyə biləcək yüksək potensiala
malik su ehtiyatları mövcuddur.
Dostları ilə paylaş: |