TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

ƏDƏBİYYAT 
1.
 
Ələkbərov  R.Ə. Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Dalamazkimilər  (Lamiaceae 
Lindl.)  fəsiləsinin  Ziziphora L. cinsinə  daxil  olan  növlərin  müalicəvi  xüsusiyyətləri   Naxçıvan 
Bölməsinin  Xəbərləri.  Təbiət  və texniki  elmlər  seriyası,  2013,  №4,  s. 132-138 
2.
 
Ələkbərov  R.Ə. Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Dalamazkimilər  (Lamiaceae 
Lindl.)  fəsiləsinin  Satureja L. (Çöl  nanəsi)  cinsinə  daxil  olan  növlərin  biomorfoekoloji  və müalicəvi 
xüsusiyyətləri.  Naxçıvan  Bölməsinin  Xəbərləri.  Təbiət  və texniki  elmlər  seriyası,  2014,  №4,  s. 115-119 
3.
 
Ələkbərov  R.Ə., Qasımov  H.Z. Gövdəsiz  çaşır (Prongos acaulis L.) və Çiriş  (Eresmus spectabilis 
(Bieb.)  bitkiləri,  onların  faydalı  xüsusiyyətləri.  “Faydalı  bitkilərdən  istifadənin  aktual  problemləri”  Bakı, 
26-28  oktyabr,  2011,s.  97-100 
4.
 
Mehdiyeva  N.P. Azərbaycanın  dərman  florasının  biomüxtə lifliyi.  Bakı,  "Letterpress"  nəşr,  2011,  s. 
188. 
5.
 
Səyyarə İbadullayeva,  Ramiz  Ələkbərov  Dərman bitkiləri  (Etnobotanika və Fitoterapiya) Medicial 
plants  (Ethnobotany and Phytoterapya) Təhsil,  Elm,  Bakı,   2013,   331  s. 
6.
 
Talıbov  T.H., İbrahimov  Ə.Ş. Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri  (Ali 
sporlu,  çılpaqtoxumlu  və örtülütoxumlu  bitkilər).  Naxçıvan,  Əcəmi,  2008,  364  s. 

- 67 - 
7.
 
Talıbov  T.H., İbrahimov  Ə.Ş., İsmayılov  A.H. Ələkbərov  R.Ə. Naxçıvan  Muxtar  Respublikasında 
rəsmi  dərman  bitkilərinin  taksonomik  spektri  / “Faydalı  bitkilərdən  istifadənin  aktual  problemləri”  (26-
28 oktyabr  2011),  Bakı,  s.189-195 
8.
 
Алекперов  Р.А. Биоморфологические,  экологические  и лечебные свойства  видов,  входящихся 
и роды Осimum  L. и Origanum L. семейства Lamiaceae Lindl.  флоры  Нахчыванской  Автономной 
Республики.  Современное  общество,  образование  и наука,  Тамбов, 30 июня  2014  года,  часть 4, с. 
13-17   
9.
 
Борисова  А. Г. Род черноголовка   Prunella  L. // Флора  СССР. М.; Л., 1954.  Т. 20. С. 494–498. 
10.
 
Виноградова  Т. А., Гажев Б. Н. Практическая  фитотерапия.  М.: Эксмо-Пресс,  2001.  С. 39-46 
c. 
11.
 
Георгиевский  В. П. Биологически  активные  вещества растений.  Новосибирск  :Наука,  1990. 
110  c. 
12.
 
Ибадуллаева С.Д., Алекперов  Р.А., Гасымов Г.З.. Thymus hyemalis Lange  (Lamiaceae) - Новый   
вид для флоры  Азербайджана.  Санкт-Петербург,  Бот. жур.,  2014,  т. 99,  №7,  с. 825-827. 
13.
 
Мамаев С.А. Основные  принципы  методики  исследования  внутривидовой  изменчивости 
древесных  растений  // Индивидуальная  эколого-географическая  изменчивость  растений.  Вып. 94. 
Свердловск,  1975.  с. 9–14. 
14.
 
Флора  Азербайджана.  Баку,  1957,  т. VII, c. 283-284 
15.
 
Fang  X, Chang  R., Yuen W., Zee S. Immune  modulatory  effects of  Prunella vulgaris L. // Mol 
Med. 2005.  № 15 (3).P. 491-  496. 
16.
 
Phenolicsrich  extracts from  Silybum  marianum  and  Prunella vulgaris reduce a high-sucrose  diet 
induced  oxidative  stress in  hereditary  hypertriglyceridemic  rats // Pharmacol  Res. 2004.  № 50 (2). P. 
123–130. 
17.
 
Shin  T., Kim  Y., Kim  H. Inhibition  of immediate  type allergic  reaction  by  Prunella vulgaris in  a 
murine  model  // Immunopharmacol  Immunotoxicol.  2001.  № 23  (3). P. 423–435. 
 
ABSTRACT 
RamizAlakbarov 
Biomorphological, environmental  and medical properties of certain  members of the genus 
prunella  l., family  lamiaceae lindl.  Distributed, in flora  Nakhchivan  Autonomous Republic  
The  article  describes  bio  morphological,  environmental  characteristics,  habitat  types  and 
prospects  of  the  species  belonging  to  the  genus  Prunella  L.,  family  Labiate  (Lamiaceae  Lindl.), 
Common  in  the  flora  of  Nakhchivan  Autonomous  Republic.  Also  provides  information  about  the  areas 
of  dissemination  of  existing  species  in  the  world,  Azerbaijan  and  in  the  redistribution  of  the 
Nakhichevan 
Autonomous 
Republic,  their  timing  of  flowering  and  fruiting,  chemical  and 
pharmaceutical  properties  of the action  and therapeutic  areas 
 
РЕЗЮМЕ 
Рамиз Алекперов 
Биоморфологические, экологические и лечебные свойствавидов, входящих в состав рода 
prunella l., семейства lamiaceae  lindl., распространенных, во флоре Нахчыванской 
Автономной Республики 
 
В  статье  изложены  биоморфологические,  экологические  характеристики,  типы  ареалов  и 
перспективы  использования  видов,  входящих  в  состав  рода  Prunella  L.,  семейства  Губоцветные 
(Lamiaceae  Lindl.),  распространенных  во  флоре  Нахчыванской  Автономной  Республике.  Также 
представлены  сведения  о  зонах  распространения  существующих  видов  вмире,  Азербайджане  и  в 
переделах  Нахчыванской  АР,  их  сроках  цветение  и  плодоношения,  химическом  и 
фармакологическим  свойстве  действиях  и лечебных  направлениях. 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent  
M.Piriyev
 
 
 

- 68 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
SURƏ RƏHİMOVA 
AMEA NaxçıvanBölməsi 
E-mail:sura_rahimova@hotmail.com 
UOT:  58 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  ƏRAZİSİNDƏ YAYILAN  CAPPARACEAE JUSS.  
FƏSİLƏSİNƏ DAXİL OLAN  CAPPARIS HERBACEA L. NÖVÜNÜN FİTOKİMYƏVİ 
TƏDQİQİ VƏ MÜALİCƏVİ  XÜSUSİYYƏTLƏRİ 
 
Məqalədə  Capparis  L.  cinsinə  daxil  olan  Capparis  herbacea  L.  növünün  meyvələrinin 
fitokimyəvi  cəhətdən  tədqiq  edildiyi  haqqında  məlumat  verilir.  Bir  neçə  həlledicilərdən  istifadə 
edilərək  meyvələrin  ekstraktları  alınmış  və  spektrləri  çəkilmişdir.  Müxtəlif  metodlardan  istifadə 
edilərək  ekstraktların  tərkibində  flavonoid,  karotinoid  və  xlorofil  piqmentlərinin  olduğu  müəyyən 
edilmişdir.  Bundan  başqa  Capparis  herbacea  L.  növünün  tibbi  xüsusiyyətləri  və  müalicəvi 
istiqamətləri haqqında da ətraflı məlumat verilmişdir. 
 
Açar  sözlər:  capparis,  flavonoid, karotinoid, heksan,  fitokimyəvi 
Key words:  capparis, flavonoid, carotenoid, hexan, phytochemical
 
Ключевые слова: каппарис, флавоноиды, каротиноиды,гексан,фитохимическое 
 
Qədim  zamanlardan  insanlar  bitkilərdən  müxtəlif  məqsədlər  üçün  əvvəlcə  qida,  sonralar  isə 
tibbi,  kosmetik  və  digər  məqsədlər  üçün  istifadə  etmişlər.  Hal-hazırda  bitkilər  müxtəlif  təsirlərə 
malik  təbii  dərman  xammal  maddələrinin  əvəzedilməz  mənbəyidir.  Son  illərdə  bir  çox  sahələrdə 
istifadə  etmək  məqsədilə  təbii  vasitələrin  axtarışı  vacib  məsələlərdən  hesab  edilir.  Bioloji  fəal 
maddələrlə  zəngin  olan  bitki  növlərinin  öyrənilməsi  və  tərkibindəki  maddələrin  tədqiqi  hal-hazırda 
müasir  elmin  aktual  problemlərindəndir.  Bu  məqsədlə  bitkilərdən  bioloji  aktiv  maddələrin  alınması 
və  öyrənilməsi,  istehsalatın  müxtəlif  sahələrinə  tətbiqi  mühüm  əhəmiyyətə  malik  vacib 
məsələlərdən  hesab  edilir.  XX  əsrin  əvvəllərindən  sənaye  inqilabının  başlanması  ilə  sürətli 
sənayeləşmənin  nəticəsi  olaraq  yeraltı  və  yerüstü  qaynaqlar  yararsız  vəziyyətə  düşmüşdür.  Xüsusilə 
də  atmosferə  buraxılan  zərərli  qazlar  ozon  təbəqəsinin  incəlməsində  və  hətta  deşilməsində  böyük  rol 
oynamışdır.  Bununla  bərabər  kimya  sənayesinin  inkişafı  ilə  əlaqədar  müxtəlif  məhsulların  istehsalı 
artmışdır  ki,  bu  da  orqanizmin  immun  sisteminə  təsir  edən  və  insanlarda  xərçəng  xəstəliyi,  tez 
yaşlanma  və  ürək  xəstəlikləri  yaratmışdır.  Belə  zərərli  təsirlərə  malik  sərbəst  radikalların  əmələ 
gəlməsi  günü-gündən  artmaqdadır.  Buna  görə  də  son  20  ildə  xüsusən  təbii  antioksidantlı  dərman 
bitkilərinə  tələbat  daha  çox yaranmışdır. 
Naxçıvan  Muxtar  Respublikasının  ərazisi  müxtəlif  dərman  və  faydalı  bitkilərlə  zəngin  olsa 
da,  heç  də  indiyə  qədər  fitokimyəvi  cəhətdən  ətraflı  tədqiq  olunmamışdır.  Buna  görə  də 
respublikanın  tükənməz  bitki  ehtiyatlarından  məqsədyönlü  və  səmərəli  istifadə  olunması,  bitkilərin 
fitokimyəvi  cəhətdən  tədqiq  edilməsi,  tərkibindəki  bioloji  aktiv  maddələrin  və  tətbiq  sahələrinin 
müəyyən  edilməsi  mühüm  məsələlərdən  hesab  edilir.  Bu  kimi  məsələləri  nəzərə  alaraq 
Capparaceae  Juss.  fəsiləsinə  daxil  olan  Capparis  herbacea  L.  növünün  fitokimyəvi  aspektdən 
öyrənilməsi  məqsədilə  tərəfimizdən  bir  sıra  tədqiqat  işləri  aparılmışdır. 
Capparaceae  Juss.  fəsiləsinin  nümayəndələri  əsasən  tropik  və  subtropik  ölkələrdə  yayılmış 
ot  və  kol  bitkiləri  olub,  əsasən  yarımsəhra,  çay  vadiləri,  gilli-çınqıllı  yamaclarda,  sıldırımlarda  və 
köhnə  tikililərdə  daha  çox  yayılmışdır.  Bu  fəsiləyə  daxil  olan  Capparis  L.  cinsinin  dünyada  350-dən 
çox  növü  yayılmışdır.  Demək  olar  ki,  37  cinsə  daxil  olan  400-dən  çox  növü  dünyanın  bir  çox 
ölkələrinin  əksər  ərazilərində  becərilir.  Azərbaycanda  və  o  cümlədən  Naxçıvan  MR  ərazisinin 
xüsusən  aran  və  dağətəyi  rayonlarında,  çöllərdə,  çay  kənarlarında,  gilli-çınqıllı  torpaqlarda, 

- 69 - 
düzənlik,  dağlıq,  qayalıq  və  qumlu  sahələrində  yayılmışlar.  Muxtar  respublikada  bu  fəsilənin  2 
cinsinə  daxil  olan  4 növü   yayılmışdır   [1,s.213; 2, s. 401]. 
Bu  fəsiləyə  daxil  olan  Capparis  herbacea  L.  növü  xalq  arasında  çöl  kəvəri,  çöl  qarpızı  bəzən 
də  yalama  adı  ilə  adlandırılır.  Bitkinin  gövdəsi  2  m-ə  qədər  uzanmaqla,  sürünəndir.Yalançı  zoğu  və 
yarpaqaltlığı  sarımtıl  tikanlıdır.  Yarpaqları  yumurtaşəkilli-dairəvi  və  ya  ellipsvaridir.  Qısa  saplaqlı 
və  seyrək  tükcüklü  olub,  sivri  ucludur.  Kasa  yarpaqları  iri,  18-30  mm  uzunluğunda  olmaqla, 
yumurtavarıdır.  Çiçəkləri  iri,  tək-tək  yerləşmişdir.  Ləçəkləri  3-6  sm,  ağ  və  ya  solğun-çəhrayı 
rəngdədir.  Meyvəsi  yumurtaşəkilli,  uzunsov  olub,  uzunluğu  20-45  mm-dir.  Giləmeyvəli  yarımkol 
bitkidir.  Yetişmiş  meyvələri  qırmızı  lətli,  toxumları  yumru,  qəhvəyi  rəngli  olub,  acı  dadlıdır.  Bitki 
mart-iyul  aylarında  çiçəkləyir,  iyun-avqust  aylarında  isə  meyvələri  yetişir.  Əkin  üçün  yararsız 
torpaqların  yararlı  torpaqlara  çevrilməsində  bu  bitki  mühüm  əhəmiyyətə  malikdir.  Tez  adaptasiya 
xassəsi  olduğundan  erroziya  və  yanğın  təhlükəsi  olan  ərazilərdə  əkilməsi  məqsədəuyğundur  [3, 
s.120-125]. 
Araşdırmalar  nəticəsində  aydın  olmuşdur  ki,  bu  növ  zəngin  fitokimyəvi  tərkibə  malikdir. 
Ədəbiyyat  məlumatlarına  əsasən  demək  olar  ki,  bitki  fenollu  birləşmələr  və  flavonoidlərlə  olduqca 
zəngindir    [5,  s.40-45].  Fenollu  birləşmələr  hidrogen  və  elektron  vermələrinə  görə  antioksidant 
molekullar  olaraq  fəaliyyət  göstərirlər.  Bu  maddələr  təbii  antioksidantların  əsas  qruplarını  təşkil 
edirlər.  Antioksidantlar  bitkilərin  bütün  hissələrində  rast  gəlinən  polifenollu  birləşmələrdir.  Fenollu 
birləşmələr  bitkilər  aləmində  ən  geniş  yayılan  maddələr  qrupunu  təşkil  edirlər.  Hazırda  8000-dən 
çox  fenollu  birləşmələr  məlumdur.  Bu  birləşmələr  güclü  antioksidant  xassələrə  malik  olduğundan 
orqanizmdə  yaranan  sərbəst  radikalları  neytrallaşdıraraq  bir  çox  xəstəlikləri  və  tez  yaşlanmanın 
qarşısını  alır.  Ən  geniş  yayılmış  fenollu  antioksidantlar  flavonoidlər,  kumarinlər,  tokoferollar  və 
fenol  turşularıdır.  Kosmetik  vasitələrin  alınmasında,  boyaq  və  kağız  istehsalında  xüsusən,  qida 
sənayesində  bu  birləşmələr  mühüm  əhəmiyyətə  malikdirlər  [4,  s.  3-5].  Flavonoidlər  bitkilər 
tərəfindən  sintez  edilən  fenollu  birləşmələrin  bir  sinfini  təşkil  edirlər.  Onlar  meyvə  və  tərəvəzlərin 
özünə  xas  dad  və  rəngini  verən  maddələrdir.  Təbii  olaraq  bitkilərin  gövdə,  yarpaq,  kök  və  xüsusilə 
də  çiçəklərində  olurlar.  Flavonoidlər  yaşıl  bitkilərin  çoxunda  olduğundan  bitki  ekstraktları  alınan 
zaman  tez-tez  onlara  rast  gəlinir. 
Capparis  herbacea  L.  növü  bir  sıra  müalicəvi  xüsusiyytlərə  malikdir.  Belə  ki,  bitkinin  çiçək, 
tumurcuq  və  meyvələri  müxtəlif  məqsədlərlə  -  saçlara  qulluq  edilməsində,  yaraların 
sağaldılmasında,  dalaq  və  qaraciyər  xəstəliklərinin  müalicəsində  istifadə  olunurlar.  Xalq 
təbabətində  kəvərin  təzə  dərilmiş  meyvələrindən  endemik  ur  xəstəliyində,  dizenteriyada  və 
qaraciyər  iltihabı  (hepatit)  zamanı,  yarpaqlarından  yanıqların,  şişlərin  müalicəsində  istifadə  edilir 
[6,  s.  197].  İştahartırıcı,  sidikqovucu  və  qəbizliyin  aradan  qaldırılması  kimi  xassələrə  malikdir. 
Buna  görə  də  bu  bitkidən  tibbdə  və  sənayenin  müxtəlif  sahələrində  geniş  şəkildə  istifadə  olunur. 
Otvari  kəvərin  çiçək  tumurcuqları  vitamin  və  minerallarla  zəngin  olduğundan  boyaq  maddəsi 
alınmasında,  dərman,  kosmetika  və  qida  sənayesində  tətbiq  edilir.  Revmatizm  ağrılarının  qarşısının 
alınmasına  kömək  edir,  dalağın  müalicəsi  və  qaraciyərin  mübadilə  funksiyasının  tənzimlənməsində, 
xərçəng  xəstəliyinin  inkişafının  qarşısını  alan  ekstraktların  hazırlanmasında  istifadə  olunan  bitkilər 
sırasındadır.  Belə  ki,  kəvərin  duza  və  ya  sirkəyə  qoyulmuş  qönçələri  qida  kimi  yeyilir,  kök  və 
budaqlarından  isə dərman  və kosmetik  vasitələr  alınmasında  istifadə  olunur  [7, s.74-75]. 
                                                      Təcrübi hissə 
17  sentyabr  2014-cü  il  tarixdə  Şahbuz  rayonuna  gedilən  ekspedisiya  zamanı  “Rüstəm 
meşəsi”  ətrafı  ərazilərindən  Capparis  herbacea  L.  bitkisinin  tam  yetişmiş  meyvələri  toplanılaraq 
laboratoriyaya  gətirildi.  Meyvələrin  lətli  hissəsi  toxumlardan  ayrılaraq,  otaq  temperaturunda, 
kölgədə  quruduldu  və  istifadə  edilənə  qədər  kağız  kisələrdə  saxlanıldı.  Meyvələr  üyüdüldü  və  bitki 
nümunəsindən  5  q  götürülərək  lipofil  xassəli  maddələri  və  xlorofilləri  ayırmaq  məqsədilə  əvvəlcə 
50  ml  heksanla  2  dəfə,  25˚C-də,  2  saat  müddətində  ekstraksiya  edildi.  Sonra  nümunələrin  qalığı 
qurudularaq,  etanolla  və  distillə  suyu  ilə  ekstraksiya  edildi.  Ekstraktın  tərkibindəki  maddələrin 
müəyyən  olunması  kimyəvi  və  fiziki-kimyəvi  metodlar  vasitəsilə  yerinə  yetirildi.  Ekstraktlardan 
fərdi  maddələrin  ayrılması  və  onların  saflaşdırılması  incə  təbəqə  xromotoqrafiya  və  UB-
spektrofotometrik  metodlar  vasitəsilə  yerinə  yetirildi.  İncə  təbəqə  xromotoqrafiya  Silufol  UV
254 

- 70 - 
lövhələrdə,  UB-spektroskopiyası  isə  200-700  nm  dalğa  uzunluğunda  Hitachi  UV-2900  UV-VIS 
spektrofotometr  cihazında  aparıldı. 
 
 
             Şəkil 1Capparis herbacea L. bitkisinin  meyvələrindən  alınan  heksan  ekstraktının  spektri                                
Nəticələr  və müzakirə 
Capparis  herbacea  L.  növünün  meyvələrinin  etanol  ekstraktının  UB  spektrlərinin  analizi 
nəticəsində  656-664  nm  dalğa  uzunluğunda  piklərin  alınması  ekstraktın  tərkibində  xlorofillərin 
olmasını,  432-466  nm  dalğa  uzunluğu  isə  karotinoidlərin  varlığını  göstərir.  Etanol  ekstraktında 
flavonoidlərin  vəsfi  təyini  bu  birləşmələr  üçün  xarakterik  olan  2  reaksiya:  dəmir  (III)  xlorid  və 
sianidin  testi  vasitəsilə  aparılmışdır.  Flavonoidlərin  dəmir  (III)  xloridlə  qarşılıqlı  təsirindən 
flovonollar  yaşıl  rəngli,  flovononlar  isə  qəhvəyi  rəngli  komplekslər  əmələ  gətirirlər.  Müvafiq 
rənglərin  alınması  ekstraktın  tərkibindəki  flavonoidlərin  olduğunu  təsdiq  edir. 
 Cədvəl 
Təzə  yığılmış  Capparis herbacea L. 
meyvələri 
Qurudulmuş  Capparis herbacea L. 
meyvələri 
 
Nəm təyini 
1 ədəd meyvənin 
lətli  hissəsinin 
çəkisi 
Toxumların 
çəkisi 
Meyvənin  lətli 
hissəsinin  çəkisi 
Toxumlarınçəkisi 
3.99 q 
7.14 q 
0.75q 
3.04q 
66 % 
 
 
 
 
 
 
 
Şəkil  2. Capparis herbacea L. növünün  meyvələrindən  alınan  etanol  ekstraktının  spektri 

- 71 - 
ƏDƏBİYYAT 
 
1.
 
Əsgərov  A.M.  Azərbaycanın  ali  bitkiləri  (Azərbaycan  florasının  konspekti)  Bakı,  Elm,  c.  I, 
2006, 247 s. 
2.
 
Флора Азербайджана. Баку:  Изд-во АН Азерб. ССР, 1953, т.4, 401 с. 
3.
 
Atilla  Akgül.    Yeniden  keşf  edilen  lezzet:    Kapari  (Capparis  sp.)  //  Selçuk  Üniversitesi,  s.  120-
125 
4.
 
Guliyev  V.B., Mansur  H. Flavonoidler.  İstanbul,  Cağaloğlu,  1999, 380 s. 
5.
 
Mehmet  Emin  Diken.  Bazı  şifalı  bitkilerin  antioksidan  içerikleri.  Yüksek  lisans  tezi.  Balıkesir 
Üniversitesi,  s. 81  
6.
 
Mustafa  Özer.  Tabiat  eczanesi,  şifalı  bitkiler  ansiklopedisi.  İstanbul,  Cağaloğlu,  2007,400 s. 
7.
 
Oktay  Yemiş.  Kapari  (Capparis  spp.)  acılık  birleşenleri  ve  flavonoidlerin  proses  sırasındaki 
deyişimi.  Doktora  tezi.   Ankara  Üniversitesi,  s. 101  
 
ABSTRACT                                                                
 Sura  Rahimova 
Phytochemical  research and  therapeutic  features of  capparis herbaceal. species which 
included  capparaceae juss. family  in the territory  of the Nakhchivan  Autonomous  Republic   
The  article  provides  information  about  the  phytochemical  research  fruits  Capparis  herbacea 
L.  is  part  of  the  species  of  Capparaceae  Juss..  C  using  certain  solvents  obtained  extract  fruits  and 
make  them  fotospektry.  It  is  established  that  the  content  of  extracts  are  flavonoids,  carotenoids  and 
pigments  hlorofilnye.  The  article  also  features  in  detail  the  medical  and  therapeutic  areas  of  species 
Capparis herbacea L. 
 
РЕЗЮМЕ 
Сурa Рагимова 
Фитохимическое  исследование и лечебные свойствавида capparis herbacea l., входящего  
в состав семейства capparaceae juss., распросранного  в территории  Нахчыванской 
Автономной Республики 
В  статье  приводится  сведение  о  фитохимическом  исследовании  плодов  Capparis 
herbacea  L.  входящего  в  состав  рода  Capparaceae  Juss..  C  применением  некоторых 
растворителей  получены  екстракты  плодов  и  сделаны  их  фотоспектры.  Установлено,  что  в 
содержимом  экстрактов  имеются  флавоноиды,  каротиноиды  и  хлорофилные  пигменты.  В 
статье  также  подробно  отражаются медицинскиеособенности и лечебные направления вида 
Сapparis herbacea L. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent  
M.Piriyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 72 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
                                                                                                              ZÜLFİYYƏ  SALAYEVA 
                                                                                               AMEA Naxçıvan Bölməsi 
 
 
                                                                     E-mail: Zulfiyyə Salayeva@rambler.ru 
UOT:  57.8 
 
LİLİALES SIRASINA DAXİL OLAN BİTKİLƏRİN  TƏDQİQİ VƏZİYYƏTİ 
 
Məqalədə,  Lilialis  sırasına  daxil olan bitkilərinin öyrənilmə tarixndən bəhs edilmişdir.  Qeyd 
edilmişdir  ki,  bu  sıraya  daxil  olan  bitkilər  geofit  bitkilərdir.  Azərbaycan  və  Dünya  alimlərinin 
tədqiqat  işlərində  Liliales  sırasına  daxil  olan  bitkilərin  sistematikası,  introduksiyası,    yayılması, 
morfoloji  quruluşu,  faydalı  xüsusiyyətləri  və  qorunması  haqqında  geniş  məlumatlar  verilmişdir. 
Lilialis  sırasına  daxil  olan  növlərin  əksəriyyətinin  bəzək,  dərman,  yabanı  tərəvəz,  yem  və  boyaq, 
bitkiləri olduğu göstərilmişdir. 
 
 
Açar  sözlər: geofit, bəzək bitkiləri,  faydalı,  fəsilə, cins, növ, mühafizə, flora, sistematik 
təhlil. 
Key  words:  Geofit,  ornamental  plants,  useful,  family,  genus,  species,  protection,  flora, 
systematic analysis.
 
Ключевые слова: геофит,  декоративных растений, полезный, семейство, род, вид, 
охрана, флора, систематический анализ.  
 
  
Naxçıvan  Muxtar  Respublika  florası  klassiklər  və  görkəmli  alimlər  tərəfindən  zaman-zaman 
öyrənilmiş  və  dəyərli  elmi  əsərlər  nəşr  edilmişdir.  Liliales  sırasına  Zambaqkimilər  fəsiləsi 
(Liliaceae  Juss.)  daxildir.  Lilialis  sırasına  daxil  olan  bitkilərinin  sistematikasının  əsasını  Marşall-
Biberşteyn  qoymaqla  indiyə  qədər  öyrənilməsi  davam  etdirilir  (38,  s.128-133).  Zambaqkimilər  
fəsiləsinin  öyrənilməsi  sahəsində  L.P.  Boçanseyevanın  gördüyü  elmi-tədqiqat  işlərini    xüsusi  ilə 
qeyd  etmək  olar.  Müəllif,  Qafqazda  yayılmış  tülpan  növlərindən  hibridləşmə  və  seleksiya  yolu  ilə 
müxtəlif  rəngli  80-ə  yaxın  yeni  sort  almışdır,  həmçinin  regionda  yayılmış  bu  növlərinin 
toxumlarının  cücərmə  biologiyası,  introduksiyası,  morfologiyası  üzrə  elmi-tədqiqat  işəlri  aparmışdır 
(12,  s.75-133).  A.A.  Axverdov,  N.V.  Mirzəyeva  Zambaqkimilər  fəsiləsi  bitkilərinin  bioekoloji 
xüsusiyyətlərini  çiçəkləmə  müddətini,  toxumlarla  və  vegetativ  üsullarla  çoxaldılma  yollarını 
öyrənmiş,  perspektiv  növlərin  yaşıllaşdırmada  istifadə  olunmasını  göstərmişdir  (11,  s.  37-45).  B.D. 
Serdyukov  da  Zambaqkimilər  fəsiləsilərinə  aid  olan  dekorativ  növlərin  təbii  şəraitdə  yayılma 
arealını,  hansı  bitkilər  əhatəsində  bitdiyini  müəyyən  etməklə  yanaşı,  həyat  formalarını,  toxum  əmələ 
gətirməsini,  boy  və  inkişafını,  kultura  şəraitində  bu  bitkilərin  çiçəkləməsini,  aqrotexniki  qaydada 
becərilməsi  yollarını  öyrənmiş  və yaşıllaşdırma  təsərrüfatına  təkliflər  etmişdir  (34, s. 85-93).  
Son  illərdə  Türkiyə  florasından  Liliaceae  Juss.  fəsiləsinə    aid  elm  üçün  bir-neçə  yeni  növlər 
verilmişdir,  onlardan  Tulipa  L.  cinsinə  aid  T  .gumusanica,  Lilium  cinsinə  aid  L.  pamphylicum    və  s. 
göstərmək  olar.  Elm  üçün  yeni  növ  hesab  edilən  T.  gumusanica  haqqında  məlumat  verilmiş  və 
regiondan  zanbaqkimilərə  aid  bir-neçə  yeni  növün  olduğu  da  müəyyən  edilmişdir  (43,  s.  221-226; 
47,  s.149-151).  Cinsin  digər  Tulipa  biebersteiniana  Schult.  et.  Schult.  fil.  növü  isə  Moskva 
vilayətinin  cənubunda  Oka  çayının  vadisində  və  Moldovanın  şimal-şərqində  Alatır  çayının  ətrafında 
yayılmışdır.  Həmçinin  bu  növə  Tatarıstanda  da  rast  gəlinir  və  yeni  yayılma  arealı  da  müəyyən 
edilmişdir.  B.Winterhdlerə  görə  Qərbi-Tyan-şan  üçün  Tulipa  neustruevae  Zur.  növü  nadir  və 
endemik  hesab  olunur.  Həmçinin  alim  tərəfindən  bu  növün  digər  növlərlə  qohumluq  əlaqəsi  də 
filogenetik  əsaslarla  öyrənilmişdir.  Daşkənd  ətrafında  isə  tülpanın  10  yabanı  növünə  rast  gəlinir       
(  12,  s.  300-329).  Çeboksar  botanika  bağında  (Çuvaş  Respublikası)  Tulipa  cinsinə  aid  35  -dən  çox 
növ  introduksiya  edilərək  fenoloji  müşahidələr  aparılmış,  monitorinq  keçirilərək  onların  böyümə 

- 73 - 
dinamikası  öyrənilmiş,  qönçə,  çiçək  və  meyvə  fazaları  qeydə  alınmışdır.  Burada  alimlər  relikt 
növlərin  anotomik  quruluşunun  öyrənilməsi  istiqamətində  də  bir  sıra  elmi  tədqiqat  işləri 
aparmışdırlar  (12, s.125-153).
 
 
Raamsdonk  L.W.D  tərəfindən  Şimail  Əfqanıstan  üçün  endemik  olan  (elm  üçün  yeni  növ 
olan    T.  heweri  -  yarımcins  -  Tulipa,  seksiya  -  Eichleres,  sıra  -  Multiflarae)  təsvir  olunub. 
Tədqiqatçı  müəyyən  etmişdir  ki,  T.  heweri  və  T.  praestans  növlərinin  çarpazlaşdırılması  nəticəsində 
həyat  qabiliyyəti  yüksək  olan  toxumlar  əmələ  gəlir  (45,  s.  51-55).  L.İ.  Silina  tərəfindən  Tulipa  L. 
növlərinin  müasir  şəraitdə  formalaşmasının  tarixini  öyrənmiş,  Leninqrad  şəraitində  bu    bitkinin  bir 
neçə  növünü  mədəni  şəraitdə  becərmişdir.  O.N.  Danilevskaya  Tulipa  L.  növlərini  introduksiya 
edərək,    vegetativ  və  toxumla  çoxaldılmasını,  yaşıllaşdırmada  istifadə  olunması  üçün  yeni  üsullarını 
göstərmişdir   (19, s. 31-37; 20, s. 176-224 ). 
O.A.  Sorokopudova  Lilium  cinsinin  növ  və    sortlarının  bəzi  anatomik-morfoloji 
xüsusiyyətlərini  araşdırmışdır.  Bunun  üçün  açıq  sahədə  becərilən  Lilium  cinsinə  aid  11  növ  və  13 
cins  götürülmüşdür.  Öyrənilən  növlər  M.B.  Baranovun  klassifikasiyasına  uyğun  olaraq  7  seksiyaya 
aid  edilmişdir.  Novosibirsk  regionunda  aparılan  araşdırmalar  Lilium  cinsinin  yarpaqların  anatomik 
strukturlarının  öyrənilməsinə  həsr  edilib.  Məlum  olmuşdur  ki,  mezofitlərə  Lilium.  hansonii  və 
Lilium.  pardalinum,  kserofitlərə  isə  Lilium  davidii,  Lilium  regale,  “Lastoçka”  sortu    və  Lilium 
pumilum növləri  aiddir.  (33, s. 46-53). 
Danileviç  V.Q.  Rusiyanın  cənubunda  olan  Gagea  Salisb.  (Liliaceae  Juss.)  cinsinin 
qorunması  və  introduksiyasına  aid  məlumatlar  verilmişdir.  1993-cü  ildən  1995-ci  ilə  qədər  Gagea 
Salisb.  cinsinə  aid  14  növ  becərilmişdir.  1995-ci  ildən  1998-ci  ilə  qədər  növlərin  inkişaf  və  boyları 
üzərində  müşahidələr  aparılmışdır.  Yalnız  Gagea  villosa  növündə  hər  il  çiçəkləmə  müşahidə 
olunmuşdur.  İkinci  il  Gagea  dubia,  Gagea  bultifora,  Gagea  pusilla,  Gagea    chanae,  Gagea          
taurica  çiçək  açmış,  Gagea  minima,  Gagea  gemainae  və  Gagea  lutea  növlərində  bəzi  hallarda 
çiçəkləmə  müşahidə  olunmuşdur.  Meşə  və  yarımsəhra  növlərində  isə  çiçəkləmə  prosesi  nəzərə 
çarpmamışdır.  Aparılan  tədqiqatlar  nəticəsində  mədəni  şəraitdə  introduksiya  üçün  tövsiyə  olunan 
Gagea  villosa  növünün  bir  çox  xüsusiyyətləri  haqqında  məlumatlar  əldə  edilmişdir.  Farmakoloji 
xüsusiyyətlərlə  bərabər,  cinsin  4  növünün  kimyəvi  tərkibi  də  öyrənilmiş,  həmçinin  Gagea  cinsinin 
Rostovda  nadir  növləri  qeyd  edilmişdir.  Stavropolun  «Qırmızı»  kitabına  aşağıdakı  növlər  daxil 
edilmişdir:Gagea  artumczukii, Gagea fibrosa, Gagea tenuifolia, Gagea alexeenkoana (18, s.16-18). 
Kulikov  P.V.    öz  tədqiqatlarında  Gagea  fagifera,  Gagea  samojedorum  və  Gagea  mirabilis 
növlərinin  Uralda  yayılması  haqqında  məlumat  vermişdir.  Həmçinin  bu  taksonların  cənubi  Uralda 
yeni  yayılma  areallarını  aşkar  etmişdir.  İ.Q.Leviçev  ontogenezdə  Gagea  Salish  cinsinin  (Liliaceae 
Juss.) 
nümayəndələrinin  yarpaqlarının  en  kəsiyinin  oxşarlıqlarını  müqayisə  etmişdir.  Qeyri 
tendensiya  hal  -  ən  çox  zoğun  (birinci)  ilk  böyüməsində,  nisbətən  az  dərəcədə  isə  ikinci 
böyüməsində  (əsasən  yan  hüceyrələrdən  inkişaf  edənlərdə)  müşahidə  edilmişdir.  Şübhəsiz  ki,  bu 
yolla  məhz  soğanaqlı  yumru,  kökyumrusu  əmələ  gəlmişdir.  Leviçev  İ.Q  digər  elmi  əsərində  cinsinin 
yeni  növünü  Gagea takhtajanii haqqında məlumat  vermişdir.   (27, s. 657-667; 28, s. 278-280).  
Kriçfaluşiy  V.V.  və  Sabadaş  V.İ.  Gagea  spathacea  növünün  Avropada  və  Ukraynada 
(Karpat  ətrafında)  yayılma  sahələrini  göstərmiş,  boiekoloji  xüsusiyyətlərindən  bəhs  etmişdir. 
Məlum  olmuşdur  ki,  Karpat  ətrafından  yıyılan  və  əvvəllər  ayrı  bir  növ  müxtəlifliyi  hesab  olunan 
Gagea  spathacea  var.  transcarpatica  Domin  morfoloji  əlamətlərinə  görə  göstərilən  bu  növlərdən 
fərqlənmədiyindən,  onu  ayrıca  yeni  bir  takson  hesab  etmək  lazım  deyil.  Növün  ekoloji  -  fitosenotik 
xüsusiyyətləri  öyrənilmiş,  müəyyən  olunmuşdur  ki,  bu  növün  qorunması  vacibdir.  Belə  ki,  son  100 
il  növün  ərzində  onların  yayılma  sahəsi  demək  olar  ki, 80-90% azalmışdır  (18, s.16-18). 
Sauerwein  Bernd  Almaniyanın  qərbində  Kasseliya  şəhəri  yaxınlığında  Gagea  pratensis
Gagea  villosa  (G.  arvensis)  və  Gagea  pratensis  (Pers.)  Dum.  növlərinin  yayıldığını  aşkar  etmişdir. 
Bu  növlər  yeni  şəhərlərin  salınması  ilə  əlaqədar  olaraq  dövrün  reliktləri  hesab  edilirlər.  Molina 
James  öz  əməkdaşları  ilə  Buş-dyu-Ron  (Fransa)  dendroparkında  aşkar  olunan  Gagea  mauritanica 
haqqında  məlumat  vermişdir.  Alman  alimlərindən  Hugin  Gerold,  Hugin  Heide  apardığı  elmi 
tədqiqatlarını  Gagea  villosa  növünün  müxtəlif  torpaqlara  yayılma  xəritəsinin  tərtibinə  həsr  edilmiş, 

- 74 - 
eyni  zamanda  ona  yaxın  olan  Gagea  lutea,  Gagea  pratensis  növləri  haqqında  məlumat  verilmişdir 
(46, s.71-79).  
Ukrayna  alimi  Sabadai  V.İ.  fikrincə  Gagea  spathacea  növünün  fitokütləsi,  antogenezdə  bir 
inkişaf  halından  digərinə  keçidikdə  3  dəfə  artır.  Çiçəkləyən  nümayəndələrdə  generativ  təbəqənin 
kütləsi  (çiçəksaplağı  çiçəklərlə  birlikdə)  bitkinin  fitokütləsindən  40%  çox  artır,  yarpaqların  və 
soğanaqların  kütlə  payı  isə  nəzərə  çarpacaq  dərəcədə  azalır.  Çiçək  saplağının  çiçəklərlə  birlikdə 
kütləsi  isə  bitkinin  assimilyasiya  olunan  yarpaqlarının  kütləsinə  yaxın  olur.  Çiçək  qrupunda  çox 
zaman  tam  inkişaf  etməyən  1-5  sayda  çiçəklər  olur.  Çiçəkyanlığın  yarpaqlarının  başlanğıcı  ilə 
erkəkcik  arasından  şirə  ifraz  olunur.  Çiçəkləri  xırda  milçəklər  və  böcəklərlə,  bəzən  isə  arılar 
fəsiləsinin  nümayəndələri  (Andrena  haemorrhoa,  A.  minutula  və  s.)  ilə  çarpazlaşırlar.  Bu  bitkilərin 
çiçəklərinin  spesifik  iyləri  olur  (27, s. 658-667; 28, s. 278-280). 
Fəsilənin  maraqlı  nümayəndələrindən  olan  Laləvərin  ilk  növdaxili  təsnifatını  K.  Linney 
vermişdir.  O,  bu  cinsin  5  növünü  təsvir  etmiş,  onları  yarpaqlarının  və  çiçək  qruplarının  düzülüşünə 
görə  ayırmışdır.  Bununla  bərabər  Lalavər  cinsinin  2  növünü  K.  Linney  başqa  cinsə  daxil  etmişdir. 
XIX  əsrin  əvvəllərində  Laləvər  cinsinin  təsnifatı  ilə  M.  Biberşteyn  (1808),  Şultes  (1830),  Kunt 
(1843),  Beyker  (1874),  Bentam  və  Quker  (1883),  Buasse  (1884),  Enqler  və  Prante  (1930), 
Bornmüller  (1930),  Tarril  (1932-1937),  Bek  (1946,  1947,  1953),  Mişenko  (1911),  Qrossheym 
(1928,  1940,  1949)  və  başqaları  məşğul  olmuşdurlar  (14,  s.  1-34;  15, s.105-136; 16, s. 109-127; 38, 
s.  128-133).  Cinsə  aid  yeni  növlər  və  variasiyalar  təsvir  edilmiş,  sistematik  analizlər  verilmişdir. 
Laləvər  cinsinin  Qafqazda  olan  növləri  haqqındakı  ilk  tam  məlumat  M.  Bieberştein  (1808), 
tərəfindən  verilmiş,  o  Qafqazda  laləvər  cinsinin  6  növünü  göstərmişdir.Lakin  onlardan  üçü  Adam 
(1805)  tərəfindən  başqa  adla  adlandırılmışdır.  Laləvər  cinsinin  sistematikası  haqqında  ən  böyük 
elmi  tədqiqat  işi  S.Beckə    məxsusdur.  O,  bu  cinsin  55  növünün  təsvirini  vermiş  və  onların  ümumi 
təsnifatını  çıxarmışdır.  Beck  cinsi  10  yarımcinsə  bölmüşdür.  Beattie  V.R.  Laləvər  cinsinin  33 
növünün  xromosom  sayını  vermişdir.  O,  təyinat  üçün  gövdənin  düzülüşünü,  çiçəkyanlığının  və 
qutucuğun  quruluşunu  nəzərə  almışdır.  P.İ.  Mişenko  Qafqaz  üçün  verilən  7  növü  Eufritillaria  (və  ya 
Fritillaria)  seksiyasına  daxil  etmişdir.  V.İ.Melnik  Ukrayna  florasında  nadir  növ  olan  Fritillaria 
meleagris  növünün  yayılma  arealları,  ekoloji-senotik  xüsusiyyətləri  və  populyasiyanın  strukturunu 
öyrənmişdir.  Növün  genofondunun  qorunması  haqqında  təklif  irəli  sürülmüşdür    (32,  s.81-86;  38, 
s.213-219; 39, s. 83-91; 40, s. 23-30; 41, s. 18-27; 42, s. 94-97). 
İvanov  A.İ.  və    Çistyakova  A.A.  Penza  vilayətində  Fritillaria  cinsi  2  növlə  -  F.  ruthenica 
Wikstr  və  F.  meleagroides  Patr.  ex  Schult  təmsil  olunduğunu  qeyd  edir.  Alimlərin  fikirincə  
Rusiyanın  “Qırmızı  kitabı”na  1  növ  daxil  edilib,  lakin  şübhəsiz  ki,  hər  2  növün  qorunması  vacibdir. 
Qubanov  və  b.  tədqiqatlarında  Fritillaria  meleagroides  Rusiyanın  Avropaya  yaxın  hissəsində 
olduqca  az  rast  gəldiyini  göstərmişdir.  Tədqiq  olunan  regionda  da  bu  növə  az  rast  gəlinir.  Penza 
vilayətində  cənubi,  mərkəzi  və  cənub-şərq  rayonlarında  isə  çox  rast  gəlinir.  Bütün  hallarda  onlar 
rütubətli  çəmənlərə  uyğunlaşmışlar.  Penza  vilayətində  Fritillaria  ruthenica  növünün  yaşayış  yerini 
qorumaq  məqsədilə  2  təbiət  abidəsi  təşkil  edilmişdir.  Həmçinin  F.  ruthenica  və  Tulipa 
biebersteniana 
növlərinin  yaşayış  yerlərinin  saxlanılması,  Fritillaria  meleagroies  növünün 
qorunması  üçün   isə 2 qoruq  yaradılması  planlaşdırılmışdır  (25, s.301-307; 26, s. 1-78-85).  
Alman  alimi  Schilko  Andronun  Salta  gölünün  cənub  hissəsində  (Türkiyənin  qərbində)  aşkar 
edilən  Fritillaria  saldaensis  bitki  populyasiyasında,  F.  pinardii  növünün  yayıldığını  göstərmiş  və 
ona  müstəqil  endemk  növ  kimi  yanaşmışdır.  Zhao  Peijie  Wang  Huizhong,  Zhao  Huai  sistematik 
analizlər  nəticəsində  Smilax,  Allium,  Fritillaria,  Asparagus  və  s.  cinslərin  taksonomik  vəziyyətini 
öyrənmiş  və  bir  sıra  yeni  növ  və  variasiyaları  təsvir  etmişdir.  Zarri  Bertrand  Fransanın  Mayen 
dendroparkında  Orta  Aralıq  dənizi  növü  olan  Tulipa  sylvestris    növünün  olduğunu  və  fitosenozda 
onun  iştirakı  ilə  yeni  yayılma  formasiyalarını  aşkar  etmişdir        (  42,  s.  221-226;  45,  s.  51-55;  46,  s. 
71-92). 
Zhu  Xue-nan,  Zin-Xiaofeng,  Gao  Zhan  Liliaceae  Juss.  fəsiləsinə  aid  bəzi  növlərin 
xromosom  dəstlərini  öyrənmişdir  və  Tulipa  edulis    2n  =  2x  =  48  =  26  sm  +  22  st  xromosom  ədədi 
olduğunu  müəyyən  etmişdir.  Zhao  Qing-fang,  Wang  Hui-rong  tərəfindən  isə  skayner  elektron 
mikroskopunun  köməyilə  zanbaqların  10  sortunun  tozcuq  dənələrinin  morfologiyası  öyrənilib,  eyni 

- 75 - 
zamanda  3  hibrid  formanın  və  Lilium  davidii  var,  unicolor  LxL  formolongi  Hort,  L.  formosanum  x 
L.  longiflorum  tozcuğun  əsas  əlamətəlri  və  morfoloji  göstəriciləri  təsvir  oulnmuşdur.  Müəyyən 
olunmuşdur  ki,  Lilium  sortlarında  tozcuq  dənələri  adətən  ellipsvari  və  distal  formada  olurlar  və 
morfoloji  əlamətlərinə  görə oxşardırlar  (48, s. 66-68; 49, s. 22-25). 
Liliales  sırasına  daxil  olan  növlər  dekorativ  bəzək  bitkiləri  kimi  daima  introduktorlar 
tərəfindən  diqqət  mərkəzində  olmuşdur.  Dünyanın  hər  yerində  olduğu  kimi  Azərbaycanda  da 
Liliales  sirasına  daxil  olan  növlərin
 
becərilməsi  ilə  də  zaman-zaman  məşğul  olunmuşlar.  Qeyd 
etmək  lazımdır  ki,    1918-ci  ilə  qədər  bu  bitkilərin  becərilməsi,  fərdi  xüsusiyyət  daşımış  və  ayrı-ayrı 
çiçək  həvəskarları  bu  işlə  məşğul  olmuşdurlar.  Tacirlər,    varlı  təbəqədən  olanlar,  Yaxın  Şərqdən  və 
Avropadan  nərgiz,  dağlaləsi,  qərənfil,  süsən  və  başqa  bəzək  bitkilərini  gətirib,  öz  bağlarını  və 
bağçalarını  bəzəyirdilər.  Azərbaycanda  ilk  dəfə,  1890-cı  ildə  çiçəkbecərilmə  işi  ilə  Rza  bəy 
Səlimxanov  məşğul  olmuşdur.  O,  Peterburqdan  1989-cu  ildə  geofit  bitkilərin  bir  çoxunun  əkin  və 
səpin  materialları  gətirərək  özünün  həyətyanı  sahəsində  becərmişdir.  1913-cü  ildə  o,  Almaniya, 
Belçika,  Fransadan  bir  çox  bəzək,  qida  əhəmiyyətli  bitkilərin  əkin  materialları  gətirmişdir  (13,  s. 
26-33; 14, s.11-34).  
Azərbaycanın  faydalı  bitkilərin  öyrənilməsində,  akademik  A.A.  Qrossheymin  böyük 
xidmətləri  olmuşdur.  Bu  sıraya  daxil  olan  bitkilərin  hərtərəfli  öyrənilməsi  onların  faydalı  və  bəzək 
əhəmiyyətli    olması  ilə  əlaqədardır.  İlk  dəfə  olaraq  A.K.  Rollov  bu  bitkilərin    təsviri  və  istifadəsi 
barədə  məlumat  vermişdir.  A.A.  Qrossheym  isə  onların  sistematikasını  və  faydalı  xüsusiyyətlərinin 
istifadə  yollarını  ətraflı  şərh  etmişdir.  O,  regionun  bitki  ehtiyatlarını,  bir  çox  növün  əhəmiyyətli 
xüsusiyyətlərini  müəyyənləşdirmiş,  bəzək  əhəmiyyəti  olan  geofit  bitkilərin  bəzi  növlərinin 
siyahısını  tərtib  etmişdir.  Bu  siyahıda  Liliales  sırasının  bitkilərinin  özünəməxsus  yeri  vardır.  A.A. 
Qrossheym  «Qafqaz  florası»nda    Laləvər  cinsinin  9  növünü,  bir  növmüxtəlifliyini  və  3  formasını 
təsvir  etmişdir.  Burada  növ  sayı  daha  çox  verilmişdir,  çünki  müəllif  Komarovun  fikrinə  əsaslanmış 
və  yarımnövləri  növ  kimi  qeyd  etmişdir.  A.A.  Qrossheym  eyni  zamanda  burunçiçəyi  və  laləvər 
cinslərini  də  öyrənmişdir.  O,  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  bir  növ,  qozbel  burunçiçəyi 
(Rhinopetalum  gibbosum  Boiss.)  Lasinsk.  et  Vved.  olduğunu  müəyyən  etmişdir.  Laləvərin  2 
növünü  -  Fritillaria  kurdica  Boiss.  et  Noe  və  F.  caucasica  Adam.  qeyd  etmişdir.  Bu  məlumatlar 
Azərbaycan  florasında  da  öz  əksini  tapmışdır  (15,  s.  203-212;  16,  s.  65-82).  Zanbaqkimilər 
fəsiləsinin  Laləvər  cinsinin  Sarı  laləvər  (Fritillaria  lutea  Miller)  növünü  V.C.  Hacıyev  və                
S.  Musayev  tərəfindən  “Qırmızı  kitab”a  salınması  təklif  edilmişdir.  A.B.  Melnikova  və  A.M. 
Dolqix  Laləvər  cinsinin  növlərini  də  “Qırmızı  kitab”a  daxil  etmişlər  (24,  s.  225-253;  25,  s.209-235). 
R.  Əsgərova  Naxçıvan  Muxtar  Respublikası  florasından    elm  üçün  yeni  qazsoğanı  növü  vermişdir 
(10, s. 84-85). 
L.İ.  Prilipko  Naxçıvan  MR-nin  bitki  örtüyünü  öyrənmək  məqsədilə  4  ekspedisiya  təşkil 
etmişdir.  Bu  ekspeidsiyalar  zamanı  o  geofit  bitkilərdən  Allium  L.,  Tulipa  L.,  İris  L.  cinslərinə  aid 
ayrı-ayrı  növlərin  çoxalma  qaydalarını  göstərməklə,  faydalı  xüsusiyyətlərini,  bəzək  bağçılıqda 
istifadə  məqsədilə  mədəni  şəraitə  becərilməsinin  vacib  olduğunu  qeyd  etmişdir  (17,  s.  35-47).    
Q.F.  Axundov  Azərbaycan  endemiklərinin  üzərində  apardığı  tədqiqat  işlərində  geofitlərin  bir  çox 
cinslərinin  sistematikasını  öyrənməklə  bu  növlərin  təbabətdə,  yaşılaşdırmada  istifadə  yollarını  
gostərmişdir. 
Həmçinin 
bəzi 
növlərin 
Azərbaycan 
florası 
üçün 
endemik 
olduğunu 
aydınlaşdırırmışdır  (8, s.23-30). 
Süleymanova  V.N.,  Mullaxaeva  E.Z.  Fritillria  ruthenica  Wikstr.  -  Rus  laləvərinin  generativ 
orqanlarının  parametrlərinin  və  toxumun  potensial  və  real  məhsuldarlığının  ən  çox  ekoloji  şəraitdən 
asılılığını  göstəriblər.  Tədqiqatlar  zamanı  müəyyyən  etmişlər  ki,  senopopulyasiyalarda  yüksək 
toxum  məhsuldarlığı  müşahidə  olunur  ki,  bu  da  müvəffəqiyyətlə  toxumla  çoxalmanı  təmin  edir  (31, 
s.  188-190).  S.A.  Məmmədova  isə  öz  elmi  tədqiqatlarını  dağlaləsinin  6  növünün  xromosom  sayının 
müəyyənləşdirilməsinə  həsr  etmişdir.  Bunlardan  florensiya  dağlaləsi,  eyxler  dağlaləsi,  şmidt 
dağlaləsi,  yuliya  dağlaləsi  və  çoxçiçəkli  dağlaləsi  dinloid  xromosom  sayına  (2n=24),  biberşteyn 
dağlaləsi  isə  poliplad  xromosom  sayına  malikdir  (2n=48).  Müəyyən  olunub  ki,  geniş  yayılan 
dağlaləsi  növlərinin  hüceyrələrinin  toxumlarının  uzun  müddətli  saxlanılması  zamanı  xromosomların 
sponton  mutasiyası  nadir,  itməkdə  olan  dağlaləsi  növlərinin  spontan  mutasiyasından  aşağıdır.  Geniş 

- 76 - 
yayılan  çoxçiçəkli  dağlaləsi  növünün  fiziki  və  kimyəvi  tərkibi  mutagen  faktorların  təsirinə  daha 
davamlıdır  (29, s. 30-31; 30, 25 s.). 
 Son  illərdə  Liliales  sırasına  daxil  olan  bitkilər,  taksonomik  dəyişikliklər  nəzərə  alınmaqla, 
T.H.  Talıbov,  Ə.Ş.  İbrahimov,  O.V.  İbadlı,  S.C.  İbadullayeva,  Z.K.  Salayeva  tərəfindən  tədqiq 
olunmağa  başlanmış,  nəticədə  Naxçıvan  Muxtar  Ruspublikasının  flora  biomüxtəlifliyinə  yeni  cins 
və  növlər  daxil  edilmişdir  (3,  s.  35-41;  6,  s.  45-47;  9,  s.17-18;  21,  s.11-115;  22, s. 53; 23, s.65-67; 
35,  s.  124-171;  36,  s.  201-269;  37,  s.  309-  378).  Naxçıvan  Muxtar  Respublikasında  Liliales  sırasına 
daxil  olan  Zanbaqkimilər  fəsilələrinin  biomüxtəlifliyi  və  introduksiyası  son  olaraq    Z.K.  Salayeva 
tərəfindən  elmi  surətdə  ətraflı  tədqiq  edilmişdir  (1,  s.  218-219;  2,  s.  458-461;  4,  s.  125-128; 5, s. 90-
95; 7, s.108-113;).  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin