TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə28/28
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   ...   20   21   22   23   24   25   26   27   28

 
Yaşla  əlaqədar  olaraq  gormə  itiliyi  və  səhəsi  artır  ki,  bu  da  əsas  etibarı  ilə  9-10  yaşa  kimi 
daha  intensiv  şəkildə  dəyişir.  Belə  ki,  məsələn  kiçik  yaşlı  məktəblilərdə  görmə  itiliyi  yaşlılara 
nisbətən  yüksək  olur,  buna  baxmayaraq  görmə  qavrayışının  maksimal  dəqiqliyinə  və  rəng 
çalarlarının  fərqləndirilməsinə  yeniyetməlik  dövrünün  başlanğıcında,  yəni  12-13  yaşda  nail  olmaq 
olar.  Görmə  sahəsi  əlaxüsus  məktəbəqədər  dövrdə  intensiv  şəkildə  inkişaf  edir,  lakin  10-11  yaşa 
kimi  görmə  sahəsi  demək  olar  ki, yaşlıların  göstəricilərinə  yaxınlaşır. 
Boksda  görmə  analizatoru  vasitəsilə  alınan  məlumatlar  döyüşün  bütün  mərhələlərində 
birinci  dərəcəli  rol  oynayır  və  yalnız  əsas  etibarı  ilə  qısa  vaxt  çərçivəsində  olan  yaxın  döyüş  zamanı 
rəqibin  fəaliyətini  görməkdən  ötrü  görmə  analizatorunun  əsas  vəzifəsini  dəri  hərəki  reseptorları 
oynayır. 
 
Hərəki analizator. 
Bu  proprioreseptiv  və  ya  oynaq  əzələ  analizatoru  kimi  ifadə  olunmaqla,  insanın  hərəki 
aparatının  müxtəlif  hissələrinin  fəaliyyəti  ilə  əlaqədardır.  Digər  hissiyat  orqanları  kimi  hərəki 
analizator  üç  hissədən  ibarətdir.  Birinci  hissə  olan  reseptorlar  (proprioreseptorlar)  əzələlərdə, 
vətərlərdə  və  oynaq  bağ  anaratında  yerləşir.  Onlar  əzələlərin  yığılması  və  boşalması  zamanı 
oynayırlar,  yəni  daha  dəqiq  desək  impulslar  toplusu  əzələlərin  istənilən  vəziyyətində  mərkəzi  sinir 
sisteminə  çatdırılır.  Proprioreseptorlarda  baş  verən  oyanma  mərkəzi  sinir  sisteminin  müxtəlif 
şöbələrinə  ,  o  cümlədən  əsas  etibarı  ilə  baş  beynin  böyük  yarımkürələr  qabığının  başlıca  şırımına 
çatdırılır  ki,  burada  da  qıcıqların  yüksək  səviyyəli  analiz  və  sintezi  həyata  keçirilir.  Bədənin  hər 
hansı  bir  vəziyyətinin  saxlanılmasında  və  ya  hərəkət  zamanı  bu  analizator  əks  əlaqə  vasitəsilə 
mərkəzi  sinir  sisteminin  əzələlərin  yığılması  və  boşalmasının  hansı  dərəcədə  olması,  vətər  və 
bağların  dartılması,  oynaqların  vəziyyəti  barədə  məlumatlandırır.  Hərəki  analizator  vasitəsilə 
ötürülən  impulslar  eləcə  də əzələ  tonnosunun  saxlanması  üçün  də bir  şərtdir. 
 
Digər  sensor  sistemlərdə  olduğu  kimi  hərəki  analizatorların  funksiyaları  da  yaşla  əlaqədar 
olaraq  qanunauyğun  şəkildə  inkişaf  edir.  Hərəki  analizatorların  inkişafı,  uşaqların  gündəlik  həyatı 
hərəki  fəaliyyətində  icra  etdikləri  hərəkətlərin  miqdarı  və  müxtəlifliyindən  bilavasitə  asılıdır.  Böyük 
yarımkürələr  qabığının  hərəkətlə  bağlı  şöbəsinin  hüceyrəvi  quruluşunun  dəyişikliklərini  tədqiq  edən 

- 174 - 
morfoloqlar  belə  qənaətə  gəlmişlər  ki,  hərəki  analizatorun  beyin  şöbəsinin  hüceyrələrinin  tək-
milləşməsi  prosesi  kiçik  məktəbli  yaşı  və  hətta  yeniyetməlik  dövründə  də  davam  edir.  Beləliklə 
hərəki  analizatorun  sinir  hüceyrələrinin  quruluşunun  tam  şəkildə  formalaşmasına  əsasən  12-13  yaş 
həddində  nail  olunur.  Bu  onunla  izah  olunur  ki,  daha  yuxarı  yaş  dövrlərində  hərəki  analizator  artrıq 
cüzi  şəkildə  inkişaf  edir.  Ona  görə  də  yuxarı  məktəb  yaşlı  dövrdə  hərəki  fəallığın  xarakteristikasını 
müəyyən  etmək  daha  məqsədəuyğun  olardı.  Adətən  hər  hansı  bir  idman  növü  ilə  məşğul  olmayan 
15-17  yaşlı  yeniyetmə,  12-14  yaşlı  yeniyetmələrə  nisbətən  kifayət  qədər  az  hərəkət  icra  edir.  Bütün 
bunlara  baxmayaraq  onu  da  unutmaq  olmaz  ki,  yuxarı  yaşlarda  idmanla  məşğul  olmaq  hərəki 
analizatorun  inkişafını  tənzimləyir.  Həmçinin  hərəki  analizatorun  öz  maksimal  inkişafına  məhz 
cinsi  yetişkənlik  dövründə  nail  olunmasını  tam  bioloji  səbəblərinin  də  mövcud  olmasını  nəzərdən 
qaçırmaq  olmaz.  Bu  13-14  yaşlı  yeniyetmələrin  yüksək  səviyyəli  təkmilləşmiş  hərəkətlərinin 
çoxsaylı  nümunələri  ilə  sübuta  yetirilə  bilər.  Yeniyetmə  üçün  elə  mürəkkəb  hərəkət  texnikası 
mövcud  deyil  ki,  o  onun  üçün  icra  edilə  bilən  və  qavranılan  olmasın.  Əgər  yeniyetməlik  dövründə 
uşaqlar  idman  hərəkətlərinin  icra  texnikasına  yiyələnirlərsə,  bu  halda  daha  yuxarı  yaşlarında 
qazanılmış  hərəki  vərdişlər  əsasında  onlarda  fiziki  keyfiyyətlərin  inkişaf  prosesi  daha  səmərəli 
şəkildə  baş verə bilər.   
 
Məlum  olduğu  kimi  boks  məşqləri  hərəki  analizatorun  imkanlarına  xeyli  müsbət  təsir 
göstərir.  Belə  ki,  idman  təmrinlərinin  icrasının  yüksək  formada  təkmilləşməsi  hər  zaman  hərəkət 
orqanlarından  fasiləsiz  şəkildə  məlumatların  alınması  ilə  əlaqədardır.  Buna  misal  olaraq  qeyd  etmək 
olar  ki,  boksçunun  əzələ  hərəki  qavrayışı  zərbələrin  hissiyatında,  yəni  vaxtında  düzgün,  güclü, 
dəqiq,  eləcə də zəif  zərbələri  istifadə  etmək  qabiliyyətində  əsas rol  oynayır. 
 
 
Vestibulyator  analizator. 
 
Bədən  vəziyyətinin  və  hərəki  istiqamətin,  eləcə  də  tarazlığın  saxlanılmasında  hərəki 
analizator  reseptorlarından  başqa,  həmçinin  vestibulyar  aparat  da  mühüm  rol  oynayır.  Vestibulyar 
analizatorun  reseptorları  gicgah  sümüyü  piramidinin  labirintinin  müxtəlif  şöbələrində  yerləşdirilir 
ki,  ilbiz  və  yarımkürəvi  kanallar  onun  tərkib  hissələrindən  hesab  olunur.  Mürəkkəb  quruluşa  malik 
olan  otolit  aparatı  və  ampula  hissəsi  reseptorlara  xidmət  edir.  Bu  reseptorlarda  baş  verən  oyanma 
uzunsov,  aralıq  beyinə  çatdırılır,  lakin  daxil  olan  qıcıqların  yüksək  səviyyəli  analiz  və  sintezi  baş 
beynin  böyük  yarımkürələrinin  gicgah  nahiyəsində  həyata  keçirilir.  Bədən  tarazlığının  bütün 
vəziyyətlərinin  istənilən  dəyişiklikləri  vestibulyar  aparatın  reseptorlarının  qıcıqlanmasına  səbəb  olur 
ki, bu da orqanizmə  olan  mexaniki  faktorların  təsiri  ilə  əlaqədardır. 
 
Boksda  bir  çox  təmrinlərin  icrası  xüsusən  müvazinətin,  başın  müxtəlif  vəziyyətlərinin 
saxlanması  ilə  əlaqədar  olan  hərəkətlər  zamanı  vestibulyar  analizator  tərəfindən  olan  siqnalizasiya 
sayəsində  idmançı  bədəninin  fərqli  yerdəyişmələri  barədə  məlumatlar  təmin  olunur.  Bu  məlumatlar 
mərkəzi  sinir  sisteminə  daxil  olmaqla  hərəkətlərin  proqnazlaşdırılmasını  yaxşılaşdırmaqla  yanaşı 
eyni  zamanda  onların  dəqiqliyini  və  bir-biri  ilə  uyğunlaşdırılmasını  təmin  edir.  Yeniyetmə 
boksçularda  məşqlər  ərzində  davamlı  dinamik  müvazinətin  saxlanılması  imkanları  yüksəlir, 
baxmayaraq  ki,  bu  zaman  əzələlər  hələ  tam  möhkəmlənməyib,  lakin  müvazinətin  mexaniki  təsirlərə 
qarşı  gücləndirilmiş  reaksiya  verirlər.  Bu  cür  reaksiya  əzələləri  zəif  inkişaf  etmiş  yeniyetmələr  və  ya 
astenik  tipə  məxsus  olan  uşaqlar  üçün  xarakterikdir. 
 
 
Boksda müvazinət.   
 
Boksçunun  müvazinəti  –  döyüş  şəraitində  zərbə  vuranda,  yer  dəyişəndə,  müdafiə  hərəkətləri 
yerinə  yetirəndə  bədəni  sarsılmaz,  əyiməz,  yıxılmaz  davamlı  saxlamaq  imkanıdır. 
 
Müvazinət  iki  yerə  bölünür:  statik  və  dinamik  müvazinət.  Statik  müvazinət  boksa  xas  deyil. 
Sarsılmaz  dinamik  müvazinəti  saxlamaq  imkanı  olan  boksçu  çətin  kordinasiya  hərəkətləri  yerinə 
yetirə  bilər.  Döyüş  zamanı  müvazinət  pozularsa,  hətta  balaca  bir  təkanda,  məsələn  orta  və  əsasən 
yaxın  məsafələr  şəraitində  boksçu  öz  hücumundan  yıxıla  bilər.  Buna  görə  də  pis  dinamik  müvazinət 
saxlamaq  imkanına  malik  olan  boksçunun  hücum  və  əks  hücum  müdafiə  hərəkətləri  az  effektli  olur 
və  bu  boksçunun  daha  çox  sayda  zərbə  buraxmasına  səbəb  olur.  Davamlı  müvazinət  üçün  məşqçilər 
xüsusi  tapşırıqlardan  istifadə  edirlər.  Məsələn,  vaxtla  gimnastik  (til)  şalban  üzərində  və  yaxud  çəllək 
üzərində  sürətlə  getməlidir.   
 
 
Dəri analizatoru. 

- 175 - 
 
Boksçu  fəaliyyətində  dəri  hissiyatının  rolunun  düzgün  qiymətləndirilməsi  böyük  əhəmiyyətə 
malikdir.  Dəri  hissiyatının  dörd  növü  var:  1)  toxunma  və  təzyiq,  2)ağrı,  3)  istilik,  4)  soyuqluq.  Bu 
hissiyatlar  hər  biri  spesifik  reseptorlar  tərəfindən  mənimsələn  qıcıqlanmaların  nəticəsində  törənir  ki, 
onlar  da  bir-birindən  daha  qalın  və  dərin  qatlarında  yerləşmə  quruluşuna  görə  fərqlənirlər.  Toxunma 
və  təzyiq  hissiyatı  deyəndə  taktil  hissiyat  (lamisə)  da  başa  düşülür.  Yeniyetmələrdə  olan  lamisənin 
yaşılara  nəzərən  çox olması  göstərilir.   
 
Bu  digər  və  ya  daxili  orqanların  vəziyyətinin  təhlükəli  xoşagəlməz  olmasına  tez-tez  vahid 
siqnallarla  xəbərdar  olması  ağrı  hesab  edilir.  Ağrı  hissiyatı  xüsusi  reseptorlar  vasitəsilə  həyata 
keçirilir  ki,  bu  da  bütün  bədən  boyu  yerləşmişdir.  İsti  və  soyuq  hissiyatı,  daha  doğrusu  temperaturun 
dəyişməsi  iki  növ  resptorlar  vasitəsilə  qavranlır:  onlardan  biri  istinin,  digəri  isə  soyuğun  təsirindən 
oyanır.  Temperatur  fərqinə  qarşı  daha  çox  qarın  nahiyəsinin  dərisi  öz  həssaslığı  ilə  seçilir.  Ətraflar 
bədənə  nisbətən  istiyə  qarşı  daha  az  həssasdırlar.  Bədənin  açıq  hissələri  bağlı  hissələrinə  nəzərən 
soyuğa  qarşı  daha  az  həssaslığı  ilə  diqqəti  cəlb  edirlər.  Beləliklə,  məşqçi  bilməlidir  ki,  orqanizmin 
möhkəmləndirilməsi,  qeyri  sabit  uyğunlaşma  mexanizmlərin  formalaşmasını  təmin  edir  ki,  bunun 
da  sayəsində  orqanizmi  möhkəm  olan  boksçularda,  xüsusən  böyük  fiziki  və  psixi  yüklənmələrdən 
qaynaqlanan  xəstəlik  əlamətləri  çox az-az  hallarda  təsadüf  olunur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Qalib  Şamil  oğlu  Əbiyev  “Yeniyetmə  boksçuların  məşqinin  fizioloji  xüsusiyyətləri”.  Bakı, 
2011. 
2.
 
Ağacan  Q. Abiyev,  Tofiq  X. Babanlı,  Elçin  A. Hüseynov   “Boks”.  Bakı,  2006. 
3.
 
Y.A.Yermolayev  “Qamət  pozuntularının  profilaktikası”.  Moskva, 1985. 
 
ABSTRACT 
Alikhanov  Valeh  
 
 
Physiological  changes in the practice  of teenager boxers  
  
The  article  deals  with  physiological  changes  in  the  practice  of  teenager  boxers.  The  article 
analyzes  fundamental  changes  of  the  organism  in  the  sport  practice  and  adolescence  period  of  the 
experienced  physiologists,  titled  sport  specialists.  The  attention  is  drawing  to  change  and  formation 
of body figure  under  in  influence  of sport practice  and environment.    
 
РЕЗЮМЕ 
Алиханов Валех  
Физиологические изменения, происходящиеся у подростков 
во время тренировок 
В  статье  говорится  о  физиологических  изменениях,  происходящихся  у  подростков во 
время  тренировок.  В  ней  анализируются  фундаментальные  изменения,  происходящиеся  у 
известных физиологов и титулированных спортсменов как во время спортивных тренировок
как  и  в  подростковом  возрасте  их  жизни  вообще.  Изменения  и  формирование  их 
телосложения  в  подростковом  возрасте  во  время  спортивных  тренировок,  влияние  на  это 
окружающей  среды и другие вопросы находит свое отражение в настоящем исследовании. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz 
Məmmədov 
 
 
 
 

- 176 - 
                                                                                                    
                                                                                                         
              
 
                                                                                                                                                                           
 
                                                                                                                                                                                                               
 
                                                                     
 
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
 
BİOLOGİYA 
 
1.
 
Saleh Məhərrəmov. Yovşan  üzərlik  qarışığının  selikli  qişalara  yerli  təsiri.................................3 
2.
 
Akif  Mərdanli,  Fərman  Xudaverdiyev,  Tofiq  Əliyev. Naxçıvan   MR-in   Şərur   
       rayonunda   meyvə  ağaclarına   zərərverən   başlıca   kəpənəklər  və onların  təbii   düşmənləri........7 
3.
 
Musa Piriyev.  Naxçıvan  Muxtar  Respublikasında  yayılmış  qoz cinsinin  növ  tərkibi,   
       təsərrüfat  xüsusiyyətləri  və yaşıllaşdırmada  istifadə  edilməsi....................................................10 
4.
 
Həbib  Hüseynov,  Səxavət Bayramov,  Leylabəyim  Seyidova. Naxçıvan  MR şəraitində    
       müxtəlif  bitkilərə  zərər  verən  şıqqıldaq  böcəklər  fəsiləsinin  (coleoptera, elateride) bəzi   
       növlərinin  bioekoloji   xüsusiyyətləri...........................................................................................15 
5.
 
Yavər  Məmmədov, Əli Tahirov,  Aynurə  Məmmədova. Naxçıvan  Muxtar  Respublikası   
       ərazisində  entomofaunanın  tədqiqinə  dair...................................................................................19 
6.
 
Hilal  Qasımov. Məişətdə  və tikintidə  istifadə  olunan  bitkilərin  etnobotaniki   
       və floristik   təhlili........................................................................................................................23 
7.
 
Hüseyn Novruzov.  Naxçıvan  Muxtar  Respublikasında  yayılmış  silvilər  və 
       milçəkqapanlar   fəsiləsinə  daxil  olan  quşların  autekologiyası..............................................30 
8.
 
Əliyar  İbrahimov,  Aynur  İbrahimova,  Fatmaxanim  Nəbiyeva.
 
Ali  bitki  şöbələrinin  və  
       birləpəlilərin  təyin  etmə  cədvəli..................................................................................................36 
9.
 
Daşqın Qənbərov.  Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  astracantha və     
       astragalus  növlərinin  hündürlük  qurşaqları  üzrə  yayılması,  fitosenoloji  xüsusiyyətləri  və   
       əhəmiyyəti...................................................................................................................................44 
10.
 
Əfruz  Nəsirova. Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yayılmış  campanulaceae juss.  –   
       zəngçiçəyikimilər  fəsiləsinə  daxil  olan  bitkilərin  şaquli  zonallıqlar  üzrə  yayılma    
       qanunauyğunluğu........................................................................................................................54 
11.
 
Elşad Əhmədov,  Mahirə Məmmədova. Baykoksun  eimeria tenella (apicomplexa,  
       coccidia, eimeriidae)  oosistalarina  in  vitro  təsiri……………………………………………....59 
12.
 
Ramiz  Ələkbərov. Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  dalamazkimilər     
       (lamiaceae  lindl.)  fəsiləsinin  prunella l.  (boğazotu)  cinsinə  daxil  olan  növlərin  biomorfoloji 
        və müalicəvi  xüsusiyyətləri........................................................................................................63   
13.
 
Surə Rəhimova. Naxçivan  Muxtar  Respublikası  ərazisində  yayılan  capparaceae juss.     
       fəsiləsinə  daxil  olan  capparis herbacea l. növünün  fitokimyəvi  tədqiqi  və müalicəvi     
        xüsusiyyətləri..............................................................................................................................67 
14.
 
Zülfiyyə  Salayeva. Liliales  sirasına  daxil  olan  bitkilərin  tədqiqi  vəziyyəti...............................71 
15.
 
Fəridə Səfərova. Zəhərli  bitkilərinin  arıcılığa  təsiri...................................................................78 
 

- 177 - 
KİMYA 
 
16.
 
Yasin  Babayev. Qallium  (indium)seskvitellurid-germanium  sistemlərində  qarşılıqlı  təsir    
        xüsusiyyətlər..............................................................................................................................82 
17.
 
Mirnazim  Seyidov, Akif Əliyev. Neftin  mənşəyinin  tədrisinə  dair..........................................86 
 
COĞRAFİYA 
 
18.
 
Mübariz  Nuriyev.
 
Naxçıvan  MR-də alçaqtemperaturlu  günəş,  su qızdırıcılarının    
       tətbiqinin  perspektivi..................................................................................................................90 
19.
 
Əli Həsənov, Ülviyyə İsgəndərova. Naxçıvan  Muxtar  Respublikasının  dağarası    
        çökəkliklərindən  kənd təsərrüfatında  istifadənin  iqtisadi-coğrafi  qiymətləndirilməsi..............94 
20.
 
Səxavət Salahov.
 
Orta Kür çökəkliyində  termal  suların  perspektivliyi....................................99 
21.
 
Elnarə  Seyidova, Turanə  Seyidova. S.Y.Babayevin  coğrafiya  elminin  inkişafında  rolu......104 
TİBB ELMLƏRİ 
 
22.
 
Malikəjdər İbrahimov.  İnfarktdan  sonrakı  stenokardiyalarin  diaqnostika  və müalicəsinin     
       müasir  prinsipləri.......................................................................................................................108 
23.
 
İsa Abdullayev.
 
Yayılmış  peritonitlərin  müalicəsinin  nəticələrinin  yaxşılaşdırılmasında     
       cərrahi  manipulyasiyaların  təkmilləşdirilməsi  ilə  yanaşı,  immun  status  və  sitokin  profili    
       göstəricilərinin  korreksiyasının  əhəmiyyəti...............................................................................113 
24.
 
Cəbi  İsmayılov,  Azər  İsmayılov

Bitişmə  xəstəliyinin  əmələ  gəlməsində  anatomik   
       faktorun  rolu..............................................................................................................................121 
25.
 
Gültə kin  Əliye va.  İmuno lo ji  səbəblərd ə n  hamilə liy in  pozulmas ı  zama nı   hla   
        toxuma  uyğunluğu  ilə  abo  qan qrupu  sistemi  üzrə  uyğunsuzluq  arasındakı  əlaqə.................125 
26.
 
Malik  Əliyev. Dodaq və  damaq yarığı  anomaliyaları   və Naxçıvanda   rast  gəlmə   tezliyi....131 
27.
 
Münəvvər  Ələsgərli. Toksoplazmozun  diaqnostika  üsulları..................................................133   
28.
 
Arzu  Ağayeva. Helicobacter  pylori-nin  insan  orqanizminə  patogen  təsiri..............................138                                                                                                                                                         
29.
 
Səfər Qədimov.  Qaraciyərin  OS zədələnmələrində  tətbiq  olunan  cərrahi  taktikanın  müasir    
       aspektləri....................................................................................................................................141 
30.
 
Çinarə  Məmmədova. Hipertoniyada  istifadə  olunan  dərman  (antihipertenziv)   
       maddələrinin  farmakologiyası...................................................................................................149 
 
BAYTARLIQ 
  
31.
 
Etibar   Məmmədov. Şərur  rayonunun  ət-kəsim  məntəqələrində  kəsilmiş  qoyunlarda     
       anoplosefalyat  növlərinin  yayılması..........................................................................................155 
32.
 
Qadir  Fərhadov.  Mədə-bağırsaqhelmintlərinin  (b. Trigonocefalium  ,haemonchus 
       contortus,  trichostrongylus  , nematodirus)  parazit  - sahib   münasibətləri................................158 
33.
 
Fezi  İbadov,  Mirmahmud  Seyidli. Baytarlıq   təbabətində   həzm   sistemi    xəstəliklərində      
       işlədilən   dərman   bitkiləri........................................................................................................161 
 
METODİKA 
 
34.
 
Зярювшян  Бабайева. Али вя орта мяктяблярдя  ЙТТ,  интерактив тялимин тятбиги 
вязиййяти....164 
35.
 
Valeh Əlixanov.  Yeniyetmə  boksçuların  məşq prosesində  baş verən  fizioloji  dəyişikliklər...168 
 

- 178 - 
 
 
 
 
 
 
1   ...   20   21   22   23   24   25   26   27   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə