ƏDƏBİYYAT
1.
Williams. Jinekoloji 2010, s. 929 -949
2.
Schwartz s Principles of surgery, 8-ci basqı, s. 1095- 2015.
3.
Böyükkişi Ağayev Cərrahi xəstəliklər Azəabaycan. Bakı, s.599 -619.
4.
John E. Skandalakis Cerrahi Anatomi Modern cerrahinin Embriyolojik ve Anatomik
Temelleri 2008. ss.493-551
5.
Maksimenkova .A.A. Xirurqiçeskaya anatomiya jivota s.98 – 112.
6.
Balakişiyev K. İnsanın normal anatomiyası, Azərbaycan, Bakı, 1960. 2-ci hissə, s.200-233
7.
Mustafa Topçubaşev. Azərbaycan, Bakı, Xüsusi cerrahlıq, 1960, 1V hissə , ss.400-450.
8.
Clemens von Schaehy William S. Harris // Oбзоры клинической кардиологии.- 2009,-
№20 . с 19-27
9.
GIISI- IF investigators. Effect of № 3 polyunsaturated fatty acids in patients with chronic
heart failure ( the GISSI-HF trial ). A randomized ,double blind, placebo-controled trial // Lancet
2008- № 372. – P 1223-1230
10.
Dovns J.R, Clearfield M, et.all// JAMA. 1998.- №279-P. 1615-1622.
11.
Kris-Etherton R‚et.al.// Ateroscler nhromb vacc Biol- 2003. №23.- P150-152.
12.
Plehn J. F‚ Davis B. R‚Sacks F. M‚ et. all. // Ciculation-1999.- №99.-P216-223
13.
Smith S. C‚ Allen J‚ Blair S. N‚ et. all // Circulation. 2006. №113.-P2363-2372.
14.
Schwarts G.G‚ Olson A.G‚ Ezekowitz‚ et.all // JAMA 2001. №285.-P1711-1718.
15.
United Kingdom Prospective Diabetes Study Group: Tight blood pressure control and risk
of macrovascular complication in type 2 diabetes:UKPDS 38 // BJ.-1998. -№317‚-P. 703-713
16.
Snoj, Ar Rajab‚ Ahren B‚ et all. Phospholipase resistant phosphatidylcholine reduces
itraabdominal adhesions induced by bacterial peritonitis.// Res.Exp. Med. ( Berl ). -1993.- v. 193.
№2. P117- 222.
17.
Sonles M. R‚ Demus L‚ et. all. The prevention of postoperative pelvie adhesions: An animal
study comparing harries metod with dextran 70. // Am. J obstet. Gynecol.- 1982‚ –v. 143‚ –p 829-
854.
- 125 -
18.
Sulaiman H‚ Gabella G‚Davis C‚ et. all. Growth of nerve fibres into murine peritoneal
adhesios. // J. Pathol. -2000‚- v192‚ №3. P396-403.
19.
ABSTRACT
The research work has comprised in 2008-2014. During this time 30 patients have entered to
Nakhchivan State Hospital. 22 persons of them are female and 8 persons are male.Their age interval
are 18-76. The entering patients were operated in different operations in the abdominal cavity,
before. The patients who are operated in different operations contain of 10 persons -acute
appendicitis, 8 persons- the genital diseases, 4 persons-the bowel obstructions, 8 persons-different
complications. Again entering interval are 1-4 years after the operations. The patients complained
of different discomfort in the abdominal cavity after the first operations. These are nause,
constipation, meteorism. During this procedure, the patients accepted a lof of medical inspections.
These
consist
of
the
blood
examinations,
computer
tomography,
ultrasonic
inspection,Roentgenoscopy, the Glycose test. The patients have treat for these complications. If the
patient cannot recover, they have to operate. 28 persons of them are operated. Two patients have
treated and recovered from the bowel obstructions. So they aren't operated. The operations consıst
of the anastomosis, the adhesion cutting, the laparotomy and the bowel resection. Death didn't
happen among the patients. 4 persons of them are operated by the laparoscopic surgery, without any
complications. Only a little wound is encountered around the operating zone on the 2 patients and
treated with known methods.So the theorical an practical material show us that, the adhesion
diseases are encountered the right part of the midline in the abdominal cavity. The reason of this
patology is anatomical structure. A fold of the peritoneum that connects the intestines to the
posterior wall of the abdomen suspends the small intestines and limits their movements.So all
othese
factors
act
the
basic
role
in
the
adhesions
diseases.
Finally we take a desicion that, repairing of the bowel reflections, effective drainage of the
abdominal cavity account for the etıology of the adhesions diseases removal.
РЕЗЮМЕ
Исмайилов Дж. А. Исмайилов А. Дж.
Рол анатомичесого фактора при образовании спаечной болезни
Анализируюся результаты лечения у 30 больных с различными острыми
заболеваниями брюшной полости. В основном больные оперированы, кроме двух, которые
консервативно излечились. Умерщих не было. Женшины составили большиниство
процентов. Выяснилось, что причинами спаечной болезни брюшной полости в основном
были острый аппендицит и женские заболевания. Спайки у 29 больных были в правой
половине от средней линии; у одного больноного в левой стороне. Проведенные
исследования еще раз подтвердают что анатомическое расположение перитона и
естественных образований брюшной полости; карманов и синусов, расположение корня
брыжейки тонкого кишечника справа налево и его подвешивающие способности тонкого
кишечника способствуют образованию спаек в правой половине брюшной полости от
средней линии. Это обстаятельство требует от практикующих хирургов при гнойных
заболеваниях брюшной полости тшательной санации и адекватного дренирования
анатомических и патологических образованных полостей.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
- 126 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
GÜLTƏKİN ƏLİYEVA
Nax çıv an MR doğum mərk əzi
UOT:613
İM UNOLOJİ SƏBƏBLƏRDƏN HAM İLƏLİ YİN POZULM AS I ZAM ANI HLA
TOXUMA UYĞUNLUĞU İLƏ ABO QAN QRUPU SİSTEMİ ÜZRƏ UYĞUNSUZLUQ
ARASINDAKI ƏLAQƏ
Təkrarlanan hamiləlik pozulması adətən, 2 və ya 3 hamiləlik pozulduqdan sonra diqqətə
alınır. Qadının yaşı 30-dan aşağıdırsa – 3, yuxarıdırsa – 2 hamiləlik pozulubsa, daha dərin
araşdırmalar aparılmalıdır.
Dölitirmə sindromu–hamiləliyin müxtəlif zamanında öz-özünə pozulmasıdır. Bu, müxtəlif
səbəblərdən baş verir. Məsələn: 88% halda reproduktiv sistemdə baş verən bu və ya digər struktur
dəyişikliyi dölitirmənin səbəblərindən biridir.
Təxmini də olsa, təklif olunmuş təcrübi qruplaşmada bu səbəblər belə göstərilmişdir:
hamiləliyin 5-6-cı həftəsində pozulması genetik və immunoloji səbəblərdən olur; 7-9 həftədə
əsasən normal səbəblər; 9-10-cu həftəlikdə autoimmun proseslər AFS.; 16 həftədən sonra uşaqlıq
boynu yetərsizliyi, infeksion – TORCH səbəblər və trombositopeniya.
Çox vaxt hamiləliklərin təkrari pozulmasını genetik determinə olunmuş polietioloji
simptomo-kompleksin səbəb olduğu patoloji sindrom hesab edirlər. Təkrari hamiləlik pozulması
bütün hamiləliklərin 16-20%-ni təşkil edir. Е.М. Демидова, 2003.
Tədqiqatın məqsədi- HLA histoloji uyğunluq zamanı (3-4 lokusda) döl itirmə sindromunun
müalicəsində ABO qan sistemi üzrə uyğunsuzluq və gizli sensibilizasiya arasındakı əlaqəni
öyrənmək.
Tədqiqatın obyekti- Naxçıvan Doğum mərkəzinə müraciət etmiş dölitirmə sindromlu
HLA tipləməsində əri ilə 3-4 lokusda uyğunluğu olan 2 qadın.
Tədqiqatın aparıldığı yer- Naxçıvan Doğum mərkəzi, Naxçıvan Dövlət Universititeti.
Təkrari düşüklərin genezini anlamaq üçün hamiləlik öncəsi, mayalanma və mayalanmış
yumurta hüceyrəsinin- blastositin 5-6-cı gündən nidasiyasına və nidasiyadan sonrakı zamanda
qadının orqanizmindəki dəyişikliklərə nəzər yetirməliyik.
Hamiləlikdən öncə endometrial dəyişikliklər blastositin implantasiyası üçün endometriyanı
hazırlayır. Bu hazırlıq struktur və funksional olaraq baş verir. Mayalanmanın 4-5-ci günündən
blastositin nidasiyasına qədərki zamanda isə endometriyanın immunoloji olaraq hazırlanması baş
verir.
Nidasiyadan sonra isə endometriyada humoral səviyyədə baş vermiş hamiləliyə immun
cavab reaksiyası başlayır.
Yəni, öyrəndiyimiz bu mexanizmlərdən hər hansı birində – istər hamiləlik öncəsi
hazırlıq, istər mayalanmadan nidasiyaya qədərki, istərsə də nidasiyadan sonrakı dövrdə –
pozğunluq baş verərsə, bu erkən düşüklərə bilavasitə, gecikmiş düşüklərə isə dolayısı ilə
bazis yaradaraq səbəb olduğunu görərik.
Beləliklə, hamiləlik öncəsi endometriyadakı funksional və orqanik dəyişikliklərin
normal getmədiyi zaman fizioloji proses pozulur. İlk növbədə, buna səbəb kəskin və xronik
iltihabi prosesləri misal göstərə bilərik.
İmmunoloji səbəblərdən hamiləliyin pozulması 2 qrupa bölünür:
1. Autoimmun proseslər- bu zaman qadının immun sistemi öz toxumalarına reaksiya
verir.
2. Alloimmun proseslər – bu zaman isə immun sistem yad toxumalara qarşı reaksiya
verir.
- 127 -
Autoimmun proseslər zamanı hamiləliyin pozulması 10% təşkil edir.
1985-ci ildə Dr.Graham Hunges qandakı antifosfolipid antitellər ilə laxtalanmanın
pozulması arasında əlaqənin olduğunu göstərdi. 1985-ci ildə bu problem Rusiyada da
öyrənilməyə başlandı. Orqanizmdə virus və bakterial xəstəliklərin təsirindən əmələ gələn yad
maddələrə qarşı yaranan antigenlərin təsirindən orqanizmin öz zülalı yadlıq kimi qəbul edilir.
Nəticədə, orqanizm onu zərərsizləşdirməyə çalışır. Bu proses autoimmun proses adlanır.
AFS – autoimmun proses olub, arterial və venoz, tromboz, dölitirmə, immunositopeniya,
nevroloji və digər pozğunluqlar Laborator əlamətlərin təzahür etdiyi simptomokompleksdir.
AFS – mənşəli 6 adda xəstəliklər qrupuna 5-ci sırada öyrəncəkli düşüklər dayanır.
Antifosfolipid antitellər hüceyrə səthindəki (–) yüklü fosfolipidlərə qarşı yaranan müxtəlif
immunoqlobulinlərdən əmələ gəlir.
AFS – diaqnostikasında aparılan testlər laxtalanma prosesini əsas götürən və
antitellərin varlığını göstərən testlər olmaqla 2 qrupa bölünür:
1. Fosfolipidlərə bağlı laxtalanma testləri. aPTT – aktiv parsiyel tromboblastin zərdab
laxtalanma zamanıdır. Bu testlər əsasən laxtalanma prosesinin əsasını təşkil edən protrombini
aktivləşdirmə kompleksini ölçməyə əsaslanır. Bu aktivləşməni ləngidən antifosfolipid
antitellərin varlığıdır. Yəni, hamiləlik pozulmalarının hamısında AFS – nəzərə alınmalıdır. AFS-
in klassik triadası mamalıq nöqteyi-nəzərincə təkrarlanan hamiləlik pozulması, tromboz və
trombositopeniyadır. AFS – diaqnostikası üçün 6 həftə ara ilə aparılan testlər 2 dəfə pozitiv
cavab verməlidir.
Ata ilə ana arasındakı alloimmun proses zamanı xromosomlardakı HLA tipləmələri
arasındakı bənzərliyin olması təbii supressor hüceyrələrin sayının azalması və s. ola bilər.
Alloimmun termini eyni növ varlıqlar arasındakı fərqliliyi göstərir.
6-
cı
insan xromosomu
Orqanizmin bütün hüceyrələrinin histoloji uyğunluğunun əsas kompleksinin xüsusi
reseptorları- zülali antigenlər saxlayır. Bu reseptorların strukturu hər bir insan üçun unikal
özünəməxsusdur. Bu unikallığın nəticəsində özünün və yad olanın seçilməsi ücün orqanizmin
immun sisteminin etibarlı işi təmin olunur.
HLA- Human Leykosite Antigen -toxuma uyğunluğu antigeni və ya MCH major
istocompatibility complex- histoloji uyğunluğun əsas kompleksi olub, zülal mənşəlidir. Demək olar
- 128 -
ki, orqanizmin bütün hüceyrələrinin ən çox isə leykositlərin səthində yerləşir. 6-cı xromosomun qısa
çiynində yerləşən genlərdə HLA zülalları sintez olunur. Bunlara
1-ci sinif gen lokusları A,B,C,
2-ci sinif gen lokusuna 3 sublokusu( DR,DP,DQ) olan D gen lokusu aiddir.
HLA –– insanlarda toxuma və orqan köçürülməsi zamanı bu toxuma və orqanların
qəbul edilməsi və ya rədd edilməsində xüsusi rol oynayır. Bu zaman donor və resipientin
toxuma uyğunluğu nə qədər yüksəkdirsə orqan köçürmə əməliyyatı da o qədər müvəffəqiyyətlə
başa çatacaq.
Digər tərəfdən, əgər dölə allogenetik informasiyanın 50% atadan almış dölün ana
bətnində inkişaf etməsi də bu problemdən asılı olduğu aydın olar. Döl ana üçün yadlıqdır.
Qadın orqanizminin bu yadlığa uyğunlaşıb hamiləliyi başa çatdırması üçün müəyyən immunoloji
reaksiyaları işə salmalıdır. Yəni, orqan köçürmədən fərqli olaraq burada ana ilə döl arasındakı
histoloji cəhətdən HLA antigenlərinin zülal strukturlarındakı müxtəlifliyin çox, oxşarlığın isə az
olması hamiləliyin normal inkişafı və başa çatması üçün əsas kriteriyadır. Normada hamiləliyin ilk
həftəsindən ananın orqanizmi dölün toxuma antigeninə qarşı antitellər ifraz edir. Əksər halda
bunlar 2 –ci sinif antigenlərinə qarşı yaranır. Yəni ata ilə ananın 2-ci sinif antigeni oxşar olduqda
dölün anaya oxşarlığı kimi qəbul edilir və hamiləliyi qoruyucu, blokəedici immun hüceyrələrin
klonları yaranmır. Yəni antitel-antigen stimulyasiyası yetərsiz
olduğundan ya hamiləlik pozulur, ya da ağır toksikozlar baş verir. HLA sistemi üzrə 2 antigen
uyğun olarsa, dölitirmə riski 100%-dir (Болтавская).
HLA uyğunluq zamanı qadın orqanizmində blokada rolu oynayan faktorlar sintez
olunmadığından həm də ciftin hüceyrələrinin bölünməsi, böyüməsi və inkişafı dayanır. Yəni cift
hüceyrələri ölür.
Diaqnozu dəqiqləşdirmək üçün HLA tipləməsi aparmaq vacibdir. Bunun üçün
valideynlərin hər ikisinin dirsək venasından alınan qanda immunoloji funksiyanı yerinə yetirən qan
hüceyrələri- leykositlər ayrılır PZR - polimeraz zəncirvari reaksiya ilə HLA tipləmə aparılır.
Ancaq, alloimmun proseslər nəticəsində pozulan hamiləliklərin diaqnostikası bahalı və
hər yerdə deyil, iri şəhərlərdə genişləndirilmiş müasir tələblərə cavab verən laboratoriyası
olan klinikalarda aparılır. Əgər ərlə-arvadın 2 və daha artıq gen lokusu uyğun gələrsə hamiləliyin
başa çatmama ehtimalı 100% olacaqdır.
Müalicə aktiv və passiv immunizasiya ilə aparılır. Aktiv immunizasiya ata və ya donorun
konsantrə olunmuş limfosit kütləsi ilə, immunizə olunmuş leykositar məhlullarla aparılır. LİT-
limfositoimmunoterapiya üsulunda isə ərin və ya donorun konsatrə olunmuş limfosit kütləsi
qadına peyvənd olunur. LİT-n üsulunda qadının immun cavabı 10000 dəfə artır.
Limfositoimmunoterapiya tsiklin 6-8-ci günü və hamiləlik boyu bir neçə dəfə təkrarlanır. Bu
metodla qadın bir növ ərinin hüceyrələrini tanımağa öyrədilir.
Ancaq hələ də alimlər xüsusilə də immunoloqlar arasında LİT metodu haqda ikili fikirlər
qalmaqdadır. Bir qrup alimlər limfositoimmunoterapiyanın yüksək effektindən danışırlarsa, digər
qrup isə bu metodun tətbiqi o qədər də vacib deyil, onsuz da passiv immunizasiya ilə hamiləliyi
başa çatdırmaq mümkün olduğunu iddea edirlər .
Passiv immunizasiya zamanı isə ovulyasiya günündə, hamiləlik boyunca 3-4 dəfə vena
daxilinə köçürülən insan immunoqlobulini qadının immun cavabını stimulə edir. HLA uyğunluq
zamanı 50 ml x 3 Human normal immunoqlobulin günaşırı hər ay vurulması məsləhət görülür.
Geotar, 2007.
Aşağıda iki hamiləliyi erkən həftələrdə pozulan 2 qadının müayinə və müalicələrinin
nəticələri verilmişdir.
Xəstə Q.S. – 30 yaş, Nigah yaşı – 5 ildir. 3 hamiləliyi 6-7 həftəlikdə inkişafdan qalıb,
uşaqlıq boşluğu kuretaj olunmuşdur.
Ər-arvadın hər ikisininin qan qrupu O(I) Rh
+
mənsubdur. HLA 2- ci sinif
tipləməsində
HLA-A
+
HLA- B
++
HLA-C
+
HLA - DR
+
- 129 -
A
+
- 01
B
+
- 51
CW
+
- 02 D RBI
+
- 13
qadın
A
+
- 03
B
+
- 27
CW
+
- 14
D RBI
+
- 09
HLA-A
+
HLA- B
++
HLA-C
+
HLA - DR
+
A
+
- 03 B
+
- 51 CW
+
- 14
D RBI
+
- 15
əri
A
+
- 11 B
+
- 52 CW
+
- 12 D RBI
+
- 04
Ərlə arvadın HLA toxuma tipi müayinələrin cavabını müqayisə etdikdə görərik ki, 3
antigen tipi üzrə uyğunluq aşkarlanır.
A
+
- 03 B
+
- 51 CW
+
- 14
Passiv immunizasiya effekt vermədiyindən xəstəyə LİT uyğulanandı. Bu müalicədən sonra
hamiləlik 19.03.2013-cü il tarixdə 3100 qr. qız uşağı dünyaya gəlməsi ilə sona çatdı.
Digər bir xəstə - R.X. 31 yaş. Nigah yaşı – 5 ildir. 4 hamiləliyi 7-8 həftəlik inkişafdan
qalmış uşaqlıq boşluğu kuretaj olunmuşdur.
HLA toxuma tipi müayinəsində 4 uyğun antigen 50% uyğunluq olduğu üçün Biomed
spektal tibb mərkəzində ərin limfositləri ilə inmmunoterapevtik LİT aparılması məsləhət
görülüb. Ancaq, ərlə-arvad bu təklifdən imtina ediblər və müalicələrini Naxçıvanda aparmağa
qərar veriblər.
DR B
1
DQ A
1
DQ B
1
R.X. “
04 ”11 “0301- “0501 0305 0301/4
qadın
R.R. “
04 ”11 “0301-“0501 0302 0301/4
əri
Aşkarlanan 4 Alloimmunoloji marker “04“11 ; “0301 ; “0501 ; “0301/4 oxşarlığına əlavə
olaraq, qadında və ərində gizli sensibilizasiyaya səbəb olan - ÇMV Herpes, Toksoplazmoz,
Xlamidiya və ABO-sistemi üzrə qeydi-düz Kumbs testi 1:256 aşkarlandı. ABO-qan qrupları
sistemi üzrə uyğunsuzluğun Rh sitemi üzrə uyğunsuzluq zamanı önə çıxaraq dominant xarakter
alaraq, dölün hemolitik xəstəliyinin daha yüngül klinik şəkil verdiyini bildiyimizdən (Əliyeva
G.B.1998) ərlə arvadın 3-4 lokus HLA toxuma uyğunluğu ilə ABO sistemi üzrə uyğunsuzluq
arasındakı əlaqədən müsbət nəticə əldə edəcəyimizi düşünərək müayinə və müalicəyə başlamağa
qərar verdik. Üstəlik, bəzi mikroorqanizmlərin gizli sensibilizasiyaya səbəb olduğu hamiləlik
zamanı izoimmun, autoimmun və alloimmun prosesləri tətiklədiyi, genetik olaraq bəzi
xəstəlik törədicilərinin qan qruplarını mimikriya etdiyini də unutmamayaraq müalicə
kurslarımızı tamamladıq. LİT- terapiyadan imtina edən ər və arvad hamiləlikdən öncə
sağlamlaşdırma proqramından keçdilər. ABO-sistemi üzrə uyğunsuzluğa görə desensibilizəedici
müalicə kursu aldılar. Beləliklə, hamiləliyin erkən pozulmasına təsir edən birbaşa amillərdən
olan, hamiləliyin nidasiyadan sonrakı pozulma səbəblərindən bir neçəsi – endometriyanın
yarıtmazlığı (implantasiya üçün) və blastositlərin ana orqanimzmi tərəfindən qəbul
olunmayaraq, rədd edilməsi aradan qaldırıldı. Dolayısı ilə isə bu faktorllar inkişafda olan
hamiləliyin gələcək mərhələlərində inkişafdan qalmasına, bətndaxilində ölməsinə və ya az
həyat qabiliyyətin başa çatmamasında rolu olan çoxsaylı səbəblərdir. Ərlə-arvad hamiləlikdən
əvvəl viral və bakterial infeksiyaya görə spesifik terapiya, immuniteti möhkəmləndirici, ABO -
sistem uyğunsuzluğuna görə desensibilizasiya edici müalicə aldılar və hal-hazırda 2 qızları
var.
Çox vaxt təcrübi mamalıqda infeksion səbəblərin bakterial və viral xəstəliklərin təkrarlanan
hamiləlik pozulmasına səbəb olmadığı israrla qeyd olunur, hətta xəstələrin müayinələrdən
- 130 -
keçməməsini belə, məsləhət görürlər. Ancaq, spesifik və ya qeyri-spesifik iltihabı prosesə səbəb
olan, viral və bakterial infeksiyalarla zədələnmiş – endometrium nidasiyanın yarıtmaz
olmasına, blasto və embriogenezin keyfiyyətsiz gedişinə, embrionun qidalanmasının
pozulmasına səbəb olduğu unudulmamalıdır. Beləliklə, xroniki və kəskin iltihabi proses
yarıtmaz implantasiya və qidalanmanın pozulması ilə hamiləliyin pozulmasında birbaşa auto.-
və alloimmun prosesləri tətikləməsi nəticəsində isə dolayısı ilə təsir göstərir.
Yəni bu zəmin üzərində hamiləliyin başa çatmamasının birbaşa və dolayısı səbəblərini
nəzərə almağımız, hamiləliyi başa çatdırmaq yolunda doğru addım atdığımızın zəmanətdir.
Beləliklə, immunoloji səbəbdən hamiləlik pozulmasının dəyərləndirilməsi zamanı aydın
oldu ki, 2 qadından birincidə 3-lokusda HLA toxuma uyğunluğu, ABO sistemi üzrə uyğunluqla
müşayiət olunduğu zaman (hər ikisi O(I) Rh+) daha ciddi müalicə LİT tələb etdi. HLA, ABO, Rh
və digər nadir rast gəlinən qan sistemi üzrə uyğunluq və uyğunsuzluqlarla yanaşı, gizli
sensibilizasiya, viral, bakterial infeksiyalar nəzərdən qaçırılmamalıdır. İltihabi proses
endometriyada törədicisindən asılı olaraq, spesifik və ya qeyri-spesifik iltihab – endometrit
yaradaraq, hamiləliyə fizioloji hazırlığı pozur. LİT- Limfositoimmunoterapiya aparıldıqdan, yəni
ən güclü immun cavab yaradıldıqda sonra hamiləlik başa çatdı. Digər tərəfdən ikinci qadında isə 4-
lokusda HLA toxuma uyğunluğu, ABO qan sistemi üzrə uyğunsuluq (ABO titr1/256) olduğu
aşkarlandı. Bakterial və viral infeksiyaların qan qruplarını mimikriya etdiyindən əsas istiqamətə
özünü önə vermiş dominant xarakterli ABO uyğunsuzluğun müalicəsi ilə hamiləliyi başa
çatdıracaq immun status əldə etmiş olduq.
Dostları ilə paylaş: |