Nəticələr
1.Ərlə arvadın HlA-toxuma sistemi üzrə 3-4 lokus uyğunluğu-alloimmun proses zamanı
hamiləliyin pozulması ata ilə ananın 2-ci sinif antigeni oxşar olduqda dölün anaya oxşarlığı kimi
qəbul edilir və hamiləliyi qoruyucu, blokəedici immun hüceyrələrin klonları yaranmadığında,
antitel- antigen stimulyasiyası yetərsiz olduğundan hamiləlik pozulur,
2. Ərlə arvadın HLA toxuma uyğunluğu 3-4 lokus, ABO qan sistemi üzrə uyğunsuluq (
ABO titr 1/128,1/256 ) olduğu, bakterial və viral infeksiyaların qan qruplarını mimikriya etdiyini
unudulmamalıdır. Bu zaman ABO qan sistemi üzrə uyğunsuzluq dominant xarakter daşıyaraq
müalicəyə asan tabe olacaqdır.
3. Desensibilizsiyaedici terapiya ilə dominant xarakterli ABO uyğunsuzluğun müalicəsi ilə
immun statusun bərpasına və hamiləliyin başa çatmasına nail olunur.
ƏDƏBİYYAT
1. Демидова Е.М., Волощук И.Н. Применение нормальных внутривенных
иммуноглобулинов в клинике. Акушерство и гинекология, 2003, № 6.
2. Демидов В.С. Невынашивание беременности. Акушерство и гинекология. 2003, № 6.
3. Сидельникова М.Д. Привычная потеря беременности. М:, 2002.
4. Klinisisyenlər üçün molekulyar bioloji sözlüyü. Ankara, 2003, s.90
5. Stephenson M.D., Ensom M.H.H. İmmunologiya, allerqologiya. Clin. Mat. 2002, №3. p.1-6
6. Раздинский В.Е., Дмитриева В.И., Майскова И.Ю. Неразвивающаяся беременность. М:,
Acotar Medidia, 2009, 196 стр.
7. Engin Oral İstanbul Universitesi Tip Fakultesi. Tekrarlanan gebelik kayıbı. Pratisyen, 2000,
№3, s.16-21
8. Болтавская М.Н. Роль эндометриальных факторов – белков и клеточных продуктов
человека. Дисс. канн.мед.наук по биологии. М:, 2000-2002, стр.49
9.Руководство по амбулаторно-поликлтнической помощи в акушерстве. Геотар Media,
2007-2010. 27 стр.
10.
↑
Bottley G, Watherston O, Hiew Y, Norrild B, Cook G and Blair G (2007). "High-risk human
papillomavirus E7 expression reduces cell-surface MHC class I molecules and increases
susceptibility to natural killer cells". Oncogene. [Epub ahead of print]
PMID 1782829
.
11.
↑
"HLA типирование и банкирование стволовых клеток пуповинной крови"
http://www.ag-
info.ru/files/aginfo/2009-2/aginfo-09-02-02.pdf
- 131 -
12.Jacob S, McClintock MK, Zelano B, Ober C (February 2002). «Paternally inherited HLA alleles
are associated with women's choice of male odor». Nat. Genet. 30 (2): 175–
13.Kovats S, Main EK,et all Class 1 antijen HLA-G, exspressed in human trophoblasis Scence
248.,202-223-1990
ABSTRACT
Alieva Gultakin
The Relationship between HLA compatibility
with compatibility on system ABO under not stand
pregnancy immunological nature.
In article are given comparative given 2-h sick with accustomed (3 pregnancy at period 6-7
weeks) not stands in request HLA compatible on 3-4 lokus. Beside one of the woman’s, beside каторой
is discovered under HLA typical compatibility on 3 lokus. The Husband and wife compatible on system
ABO, beside both (O(I) Rh+) attribute blood type. The woman has got LIT - an
limphositoimmunological therapy, not carry pregnancy and gave birth the girl with weight 3200 gr.
The Second woman too has not stand in request (4 pregnancy at period 6-7 weeks). Under HLA
typical is discovered compatibility with husband on 4 lokus. Discovered inconsistency on system ABO
(the subtitle 1\256). The pair’s abandoned to LIT therapy, but, woman has got the desensibilaztion
therapy on system ABO and infections which are one of the reasons hidden desensibilization, mimicries
blood type. In spite of the fact that woman has not got LIT- therapy gave birth the girl with weight 3500
gr. Came to conclusion about that that - HLA compatibility on 3 lokus by combination with
compatibility on system ABO requires LIT- therapy. А at combination of inconsistency on system ABO
with compatibility - HLA on 4 lokus requires the more soft therapy. Signifies, inconsistency on system
ABO both under Rh inconsistency, and under HLA compatibility on 3-4 lokus has dominant and yield
to the more soft therapy.
РЕЗЮМЕ
Алиева Гюльтекин
Связь между HLA совместимости с совместимостью
по системе АВО при не вынашивании беременности иммунологического характера.
В статье даны сравнительные данные 2-х больных
с привычным (3 беременности
в сроке 6-7 недель ) невынашиванием в анамнезе HLA совместимые по 3-4 локусом
. У одной
из женщин, у каторой обнаружено при HLA типировании совместимость по 3 локуса.
Муж и жена совместимы по системе АВО, у обеих (O(I) Rh+) принадлежность группы крови.
Женщина
получила ЛИТ – лимфоцитоиммунотерапии, донашивала беременность и родила
девочки с весом 3200 грам.
Вторая женщина тоже имеет не вынашивание в анамнезе (4 беремменности в сроке 6-7
недель). При HLA типировании обнаружена совместимость с мужем
по
4
локуса.
Обнаружена несовместимость по системе АВО (титр 1\256). Пары отказались от ЛИТ терапии,
но, женщина получила десенсибилизацинную терапию по системе АВО и инфекции которые
являются одним из причин скрытых десенсибилизации, мимикрии группы крови. Несмотря на
то, что женщина не получила ЛИТ- терапии родила девочку с
весом 3500 грам. Пришли к
выводу о том, что - HLA совместимость по 3 локусом сочетанием с совместимостью по
системе АВО требует ЛИТ- терапию. А при сочетании несовместимости по системе АВО с
совместимостью
- HLA по 4 локусом требует более мягкую терапию. Значит,
несовместимость по системе АВО как при Rh несовместимости, так и при
HLA
совместимости по 3-4 локуса имеет доминантный xarakter и требует более мягкую
терапии.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
- 132 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
MALİK ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
UOT: 614
DODAQ VƏ DAMAQ YARIĞI ANOMALİYALARI VƏ
NAXÇIVANDA RAST GƏLMƏ TEZLİYİ
Açar sözlər: Dodaq yarığı, damaq yarığı, xeyloplastika, uranostafiloplastika
Key words:
Cleft lip, cleft palate, cheiloplasty, uranostafiloplasty
Ключевые слова: Заячья губа, волчья пасть, ураностафилопластика, хейлопластикa
Üz-çənə nahiyəsinin anadangəlmə qüsurları uşaqlarda gözlənilən bütün anomaliyaların 20-30
%-ni təşkil edir. Yenidoğulmuşlarda rast gəlinən anomaliyalara dodaq və damaq bitişməməsi,
makrostoma, qulaq seyvanının qüsuru, kista və fistula, kəllə və sifət dizastozu və s. misal göstərmək
olar.
Müxtəlif ölkələrin statistik məlumatlarına görə hər 700 - 900 doğulan uşaqlardan birində dodaq
və damaq yarığı faktı gözlənilir. Bizim məlumata görə Azərbaycanda hər il doğulan 750 uşaqdan birində
bu qüsur baş verir. Müxtəlif bölgələrdə də bu qüsura çox və ya az sayda rast gəlinir. Son 5 il ərzində
Naxçıvan Muxtar Respublikasında bu qüsurla doğulmuş 24 azyaşlı uşaqda xeyloplastika və
uranoplastika cərrahi əməliyyatları ilə dodaq və damağın mövcud qüsuru aradan qaldırılmışdır.
Anadangəlmə dodaq və damaq yarığı və onunla bağlı orqanizmdə baş verən anatomik,
funksional dəyişikliklərə görə ağır növ patologiyalar qrupuna aid edilirlər.
El arasında “dovşan dodaq” və “qurd ağız” kimi bilinən dodaq və damaq yarıqlarını əmələ
gətirən etiolojik faktorlar tam olaraq aydınlaşdırılmamışdır və multifaktorial anomaliya olaraq qəbul
edilməkdədir. Qüsurun etiologiyasında irsi faktorlar, ekzogen və endogen amillərin rolu qeyd olunur.
H.W. Schubert ev siçanları üzərində damaq yarığını yaradan təcrübələr edərək 5000 siçan fetusunda
(dölündə) müşahidələr aparmışdır. Bir qrup siçanlarda cütləşmədən sonra teratogen təsiri olan, damaq
yarığı yaradan cyclophosphamid (CPA), digər qrupa isə deksametazon (DEXA) inyeksiya edərək bala
siçanlarda damaq yarığı yaratmışdır. CPA, DEXA-nı tiamin bromidlə (vitamin B
1
) birlikdə
inyeksiyasından qüsurun əmələgəlməsi xeyli azalmışdır. Bu təcrübənin nəticəsinə görə ana hamiləliyi
dövründə, xüsusən də ilk 3 ayında kimyəvi maddələrdən uzaq durmalı və lazımı miqdarda vitamin qəbul
etməlidir.
Dodaq və damaq yarığının əmələ gəlməsini başa düşmək üçün qısaca olaraq embrional dövrdə
ağız boşluğunun inkişafına nəzər salaq. 3 həftəlik 3 mm böyüklüyündəki embrionda ön beynin
(proensefalon) dairəvi çıxıntısı hüceyrə çoxalması ilə aşağıya doğru büküldüyündə, bu fleksiyonun
altında üfüqi girinti yaranır. Bu girinti hər tərəfi ektoderma ilə örtülü birincili ağız boşluğu -
stomadeumdur.
İlkin ağız boşluğun üst tərəfində ön beynin altında frontonazal çıxıntı vardır. Bu çıxıntının
aşağısında sağ və sol tərəfində olfaktif plakod (olfactory placode) adı verilən iki ektodermal epitel
qalınlaşması vardır. Bu, qoxu orqanı olan burnun ilkin formasıdır. Burun boşluğu embrional inkişafın 4-
8-ci həftəsində əmələ gəlir.
5 həftəlik 10 mm böyüklüyündəki embrionda ilkin damaq formalaşır. Krofus tədqiqatlar
nəticəsində müəyyən etmişdir ki, damaq çıxıntıları hamiləliyin 46-48-ci günü bir-biri ilə görüşür. Bir
həftə sonra orta xətt üzrə tamamilə bitişirlər. Embrional inkişafın 10-cu həftəsində üst çənənin sağ və sol
çıxıntılarının (alveol, alın və damaq) birləşməsi nəticəsində üst çənə bütov bir halda ön-arxa istiqamətdə
inkişaf edir.
Dodaq və damaq yarığı patologiyaları yuxarıda göstərilən müddət ərzində, yəni hamiləliyin ilk 3
ayında hər hansı bir ekzogen və ya endogen amilin təsiri nəticəsində yarana bilər.
Dodaq və damaq yarığı birtətəfli tam və hissəli, ikitərəfli tam və hissəli formalarda rast gəlinir. Bəzi
hallarda dodaq yarığı ağız bucağı nahiyyəsində qurtarır. Bu, makrostoma adlanır. Bu qüsurun ən ağır
forması ikitərəfli dodaq, alveol çıxıntısı, sərt və yumşaq damaq yarığıdır.
- 133 -
Dodaq və damaq yarığı ilə bağlı uşaqlarda ağız örtülü olmadığına görə tez-tez yuxarı tənəffüs
yollarının katarı, pnevmoniyaya təsadüf olunur. Uşaqlarda damaq yarığı zamanı dil qeyri-adi vəziyyət
alır, geri çəkilir, arxası və kökü yuxarı qalxır, hipertrofiyaya uğrayır. Belə uşaqlarda qidalanma və
sorma funksiyaları pozulduğu üçün inkişafdan geri qalırlar. Nitqində də müəyyən qüsurlar olur.
Beləliklə, uşağın ailədə, cəmiyyətdə, normal, sosioloji cəhətdən heç bir probleminin olmaması
üçün tibbi və sosial reabilitasiya tədbirləri vaxtında aparılmalıdır.
Dodaq və damaq yarıqları cərrahi, xeyloplastika və uranoplastika üsulları ilə aradan qaldırılır.
Bir tərəfli dodaq yarığı zamanı cərrahi müdaxilə uşağın tam 3 ayından, ikitərəfli dodaq yarığı zamanı
isə 6 ayından aparılır.
Uranostafiloplastika mahiyyətinə görə üçdür:
1) damaq qüsurunun bərpası (anatomik nəticə);
2) velofarangial qapanmanın təmini (funksional nəticə)
3) udlaq halqasını daraltmaq.
Əməliyyatdan sonrakı nəticənin yaxşı olması üçün ortodontik yardımın vaxtında və yüksək səviyyədə
təşkili, həmçinin loqopedin uşaqla ciddi və müntəzəm məşğul olması lazımdır.
ƏDƏBİYYAT
1.Y.Ə.Yusubov ” Ağız və üz-çənə cərrahiyyəsi ” Bakı 2007 s277
2.Mustafa Ülgen “ Ortodonti “ 2005 s162
3.
http://az.wikipedia.org/wikidodaq-damaq
yarığı
ABSTRACT
Cleft lip and cleft palate
Cleft lip (cheiloschisis) and cleft palate (palatoschisis), which can also occur together as cleft lip
and palate , are variations of a type of clefting
congenital deformity
caused by abnormal facial
development during
gestation
. A cleft is a fissure or opening—a gap. It is the non-fusion of the body's
natural structures that form before birth. Approximately 1 in 700 children born have a cleft lip or a cleft
palate or both. In decades past, the condition was sometimes referred to asharelip, based on the
similarity to the cleft in the lip of a
hare
, but that term is now generally considered to be offensive.
Clefts can also affect other parts of the face, such as the eyes, ears, nose, cheeks, a nd forehead. In
1976,
Paul Tessier
described fifteen lines of cleft. Most of these craniofacial clefts are even rarer and are
frequently described as Tessier clefts using the numerical locator devised by Tessier.
[1]
A cleft lip or palate can be successfully treated with
surgery
, especially so if conducted soon
after
birth
or in early
РЕЗЮМЕ
Заячья губа и волчья пасть
Заячья губа (cheiloschisis) и волчья пасть (palatoschisis), который также может произойти
вместе как заячья губа и волчья пасть, являются вариациями типа clefting врожденной
аномалией, вызванного аномальной развития лицевого во время беременности.Расщелина
является трещина или отверстие-щель. Это не-слияние природных структур организма, которые
формируют до рождения. Примерно 1 из 700 детей, родившихся у заячья губа или волчья пасть
или оба. В прошлые десятилетия, состояние иногда называют заячьей губой, на основе сходства
с расщелиной в губы зайца, но этот термин теперь вообще считается оскорбительным.
Трещины могут также повлиять на другие части лица, такие как глаза, уши, нос, щеки и лоб. В
1976 году Павел Tessier описано пятнадцать строк щели. Большинство из этих черепно-лицевых
расщелин еще реже и часто описывается как Tessier расщелин, используя численное локатор,
разработанный Tessier. [1]
Заячья губа или небо можно успешно лечить с хирургией, особенно так, если проводится вскоре
после рождения или в раннем детстве.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
- 134 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
MÜNƏVVƏR ƏLƏSGƏRLİ
Naxçıvan Dövlət Universiteti
Dr.Elesgerli@mail.ru
UOT: 614
TOKSOPLAZMOZUN DİAQNOSTİKA ÜSULLARI
Açar sözlər:Toxoplasma gondii, diaqnostika, toksoplazmoz, seroloji
Key words :Toxoplasma gondii, diagnosis, toxoplasmos, serology
Ключевые слова:
Токсоплазма,
диагностика,
токсоплазмo
з,
серология
Toksoplazmoz xəstəliyini Apicomplexa tipinin Sporozoa sinfinin Eucoccodida sırasına daxil
olan Toxoplasma gondii törədir. Toxoplasma gondii 1908-ildə Ş.Nikol və L.Manso tərəfindən
Tunisdə Gtenodactylus gondii gəmiricilərində aşkar edilmişdir(3).
Toxoplazmoz xəstəliyi dünyada Afrika, Cənubi və Latın Amerikası ölkələrində çox geniş
yayılmış bir xəstəlikdir. Adə çəkilən ölkələrdə əhalinin yoluxma faizi 30 %-dir. Avropa və Şimali
Amerikada yoluxmuş əhalinin həcmi 25-50 % təşkil edir.
Toxoplasma gondii-obliqat hüceyrədaxili parazitdir. Törədicinin həyat tsikli cinsi və qeyri-
cinsi yolla çoxalmaqla və aralıq sahiblərini dəyişməsi ilə baş verir. Cinsi çoxalma əsas sahib olan
pişikkimilər ailəsindən olan heyvanların bağırsaqlarında gedir. Qeyri-cinsi çoxalma isə aralıq
sahiblərin-bəzi quşların , gəmiricilərin və digər məməlilərin, insanların orqanizmində gedir. Parazit
əsasən sahib orqanizmdə aşağıdakı formalarda olur:
1. Oosista-bu forma bağırsaq epitelində törədicinin sistalarının bradizoitlərinin cinsi yolla
çoxalaraq birləşməsi nəticəsində əmələ gəlir. Oosistalar ətraf mühitə pişiyin fekalisiylə xaric olur və
2 gündən sora yetkinləşir. Yetkin oosista daxilində 4 sporozoit olan 2 sporosistaya malikdir.
2. Trofozoit-bu forma isə oosistaların aralıq sahiblərin orqanizminə daxil olduqdan sonra
əmələ gəlir. Belə ki, orqanizmə daxil olan oosistalardan sporozoitlər azad olur. Onlar isə qana
keçərək dövr edir və toxumalara xüsusən makrofaqlara daxil olaraq qeyri-cinsi yolla çoxalıb
trofozoitlərə çevrilirlər. Trofozoitlər limfa düyünləri və digər orqanlara yayılırlar. Bu hal
infeksiyanın kəskin dövründə baş verir. Sonralar isə sinir toxumasına, xüsusən beyinə və gözlərə
daxil olaraq bradizoitlər əmələ gətirməklə tədricən çoxalır və toxuma sistaları əmələ gətirirlər. Bu
hal isə xəstəliyin xroniki dövrünə təsadüf edir.
3. Həqiqi sista-bu forma toxuma sistaların əsas sahiblərin orqanizminə daxil olduqdan sonra
əmələ gəlir. Həqiqi sistalar möhkəm qişaya malik olaraq daxilində minlərlə sporayabənzər
bradizoitlər saxlayır.
Toksoplazmoza yoluxma əsasən toxuma və həqiqi sistaları olan kifayət qədər bişirilməmiş
heyvandarlıq məhsullarının istifadəsi nəticəsində baş verir. Bu zaman toksoplamoz qazanılmış
toksoplazmoz adlanır. İnsan və heyvanlar pişiklərin ifraz etdikləri oosistalarlada yoluxa bilər. Nadir
hallarda törədici hava-toz, təmas yolu ilə yayıla bilir. Anadangəlmə toksoplazmoz isə törədicinin
anadan plasenta vasitəsilə dölə daxil olması nəticəsində baş verir(1).
Qazanılmış toksoplazmozun klinik təzahürü əsasən 3 formada olur:
1. Kəskin toksoplazmoz-xəstəliyin ən ağır formasıdır. Kəskin başlanğıc, yüksək qızdırma,
intoksikasiya, qaraciyər və dalağın böyüməsi, mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə özünü
- 135 -
göstərir. Kəskin toksoplazmozun proqnozu olduqca ciddidir və belə ki, ən ağır gedişə malik
olmaqla çox hallarda ölümlə nəticələnir.
2. Xroniki toksoplazmoz-çox vaxt kəskin toksoplazmoz əlamətləri baş vermədən birincili
olaraq inkişaf edir, bəzən isə kəskin formadan sonra ikincili olaraq əmələ gəlir. Toksoplazmozun
birincili və ikincili xroniki formaları klinik təzahürlərə görə oxşardır. Xroniki forma xəstəliyin uzun
sürən subfebril qızdırma, xroniki intoksikasiya əlamətləri, sinir sistemi, göz və digər daxili
orqanların zədələnməsi ilə xarakterizə olunur. Xəstələrdə artan zəiflik, tez yorulma, iştaha
azalması, yuxusuzluq, əsəbilik, baş ağrısı, yaddaş zəifləməsi müşahidə edilir. Hərarət(37,3-37,9)
uzun müddət davam edir. Xroniki formanın əsas əlamətlərindən biri limfoadenopatiyadır. Xəstəliyin
erkən dövrlərində limfa vəziləri iri, yumşaq və çox ağrılı olur. Qaraciyər böyüyərək çox ağrılı olur,
dalaq isə öz ölçülərini cüzi dəyişir. Toksoplazmoz əzələ toxumasına tropizm xüsusiyyətinə
malikdir. Xəstələrin 90%-də miozit və ürək əzələsinin zədələnməsi olur. Mialgiyalar əsasən bud,
baldır və bel əzələsində olur. Ürək-damar sistemində əsasən ürək döyünmə, ürək hüdudlarının sola
böyüməsi, ürək tonlarının karlaşması baş verir. Toksoplazmozun xroniki formasında həzm
sisteminin epiqastral nahiyısində küt ağrı, mədə bulanması, iştaha azalması müşahidə edilir. Mədə
turşuluğu və sekresiyası azalır. Toksoplazmozlu xəstələrin sinir sistemindədə bir sıra pozğunluqlar
əmələ gəlir. Toksoplazmozların sinir toxumasına tropizmi, sistaların baş beyinə yerləşməsi, onların
toksiki təsiri nəticəsində xəstələrdə nevroloji pozğunluqlar yaranır. Periferik sinir sistemi nisbətən
az zədələnir.(2)
3. Latent toksoplazmoz:
a) Birincili latent toksoplazmoz- bu formada heç bir klinik əlamət olmur və adir hallarda
kəskinləşmə olur.
b) İkincili latent toksoplazmoz-qalıq təzahürlər (kalsifikatlar, xorioretinit ocaqları, görmə
pozğunluqları) baş verir və kəskinləşmə ilə keçir. Bu formada diaqnoz seroloji və immunoloji
reaksiyalarla qoyulur.
Anadangəlmə toksoplazmoz da 3 formaya ayrılır: kəskin, xroniki, rezidual forma. Latent və xroniki
toksoplazmozu olan qadınlar xəstəliyi dölə keçirmirlər. Buna görə bu formalarda anadangəlmə
toksoplazmoz inkişaf etmir.
Kəskin forma generalizisasiya edən edən xəstəlik kimi yüksək qızdırma, ekzentema, kəskin
intoksiya əlamətləri, qaraciyər
, dalaq və limfa düyünlərinin böyüməsi, sarılıq və s. dəyişikliklərlə
özünü göstərir. tədricən uşaqlarda ensefalit, meninqoensefalit və gözlərin xorioretinit şəklində
zədələnməsi baş verir. Kəskin forma xroniki formaya keçərsə, hidrosefaliya, oliqofreniya,
epilepsiyayabənzər əlamətlər, üveit, mikro və anoftalm inkişaf edir. Bu dəyişikliklər subfebril qızdırma,
intoksiya, limfadentilə eyni vaxtda baş verir.
Toksoplasma gondii-nin əsasən aşağıdakı diaqnostika üsulları vardır:
1.
Birbaşa diaqnostikası:
a) T.gondii izolyasiyası-bunun üçün xəstədən alınan material siçanın intraperitoneal nahiyəsinə
inokulyasiya edilir. İnokulyasiyadan 6-7 gün sonra siçanın periton mayesində taxizoidlər görülə bilər.
Əgər görülməzsə, 6-8 həftə sonra beyin kimi orqanlarda hüceyrə kistaları axtarılır və ya serolijik olaraq
siçanda infeksiya axtarılır.
b) histolojik üsul- daha az nəticə verməsinə baxmayaraq, izolyasiya üçün hüceyrə kulturasından da
istifadə oluna bilər. Histolojik diaqnostikasında isə hematoksilin eozin və ya PAS yöntəmi ilə boyanan
preparatda çox incə divarı olan kistlər içində bradizoit formaları PAS pozitiv olaraq görsənir. əgər
hüceyrə kistlərində çoxlu sayıda bradizoit olarsa bunlar vergül şəklində deyil nöqtə şəklində də görünə
bilər. Yayılmış infeksionlarda isə periferik qandan hazırlanmış preparatda taxizoidlər tapıla bilər, dəri
formasında isə dəridən götürülən biopsiyanı immunoperoksidaz boyama ilə diaqnoz qoyula bilər.
c) Zəncirvari Polimeraza Reaksiyası üsulu- bu üsulda T.gondii DNT-sinin bədən mayelərindən
hüceyrə nümunələrindən təmizlənmə vaxtı tam olaraq bilinmədiyindən PZR –in infeksiyanın vaxtı
barəsində məlumat verməsi gözlənilməməlidir. Bu səbəblə serolojik üsullardan daha çox istifadə
olunmalıdır. Buna baxmayaraq mikrob hüceyrələrinin tapılması kəskin xəstələnməyi göstərə bilər.
Bunlar beyin onurğa mayesi, bronxoalveol mayesində, amniyon mayedə taxizoidlərin görülməsi ilə
sıralana bilər.
- 136 -
d) antigen spesifik limfosit tranfarmasiyon və ya limfosit köçürmə üsulu- antigen axtarmağa
yönəlmiş təcrübələr zamanı həm T.gondii ekstaktlarında həm də yaxın vaxtda infeksiyaya yoluxmuş
xəstələrdə yüksək reaktivliyə malik bir antigen tapılıb və gələcəkdə daha çox istifadə olunması
gözlənilən bir ELİSA üsuludur.
2. Dolayı üsullarla diaqnostikası – toksoplazmoza malik antigenləri görmək üçün istifadə olunan
serolojik testlərdir. İnsanlarda toksoplazma antigenləri yüksək səviyyədə illərcə qala bilər. Serolojik
testlərdə hemolizli, lipemik plazmalar istifadə olunmamalıdır. Qan plazmaları 2-8 derecede 5 gündən
artıq saxlanılmamalı, daha uzun müddətdə saxlanılacaqsa -20 dereceye qaldırılmalıdır.
Toksoplazmoz diaqnostikasında istifadə olunan antitellər:
1.
İg M antitelləri- toksopazmoz infeksiyasında birinci əmələ gələn olub , bir çox xəstədə bir neçə
ay sonra neqativləşir. İmmunokompresiv şəxslərdə düzgün nəticə verən test ilə kəskin
infeksiyanı inkar edecək bir əlamətdir. Ancaq təkcə pozitiv olması kəskin infeksiyanı
göstərməyə bilər. Bəzi kəskin xəstəliklərdə pozitivlik aylar bəzən illərcə davam edə bilər, ancaq
bunun klinik bir mənası yoxdur və xəstəlik xroniki olaraq qəbul edilməlidir(4).
2.
İg G antitelləri –bunun kantitasyonu Sabin-Feldman testi və toksoplazmoz üçün beynalxalq
standart plazmanın inkişaf etdirilməsindən sonra mümkün olmuşdur. İg G antitelləri əsasən
infeksiyanın 2-ci həftəsində əmələ gəlir, 6-8 həftədə ən yüksək səviyyəyə çatır və müxtəlif
miqdarlarda aşağı düşərək həyat boyu pozitiv olur. Titri xəstəliyin şiddəti ilə eyni deyildir.
Sabin-Feldman testi, ELİSA, İHA, İFA testlərindən istifadə edilərək İg G antitelləri aşkar oluna
bilər.
3.
İg A antitelləri – T.gondii infeksiyasında ilk vaxtlarda əmələ gəlir və səviyyəsi 3-9 aya aşağı
düşür. ELİSA və ya İSAGA ( immunosorbent agglutination assay) metodlarından istifadə
edilərək kəskin infeksiyalarda, aktiv xəstəliyin olan şəxslərdə və transplasentar yolla yoluxmuş
yenidoğanlarda aşkar olunur. Yetkin şəxslərdə İg M-da olduğu kimi aylarca davam edə bilər.
Bəzi anadangəlmə toksoplazmozlarda İg M antitelləri aşkar edilməsə də İg A və İg G ilə
diaqnoz qoyula bilər(5).
4.
İg E antitelləri-kəskin infeksiyalarda və transplasentar yolla yoluxmuş yenidoğulanlarda ELİSA
üsulu ilə aşkarlanır. İg M və İg A antitellərindən daha qısa müddətlidir.
Serolojik üsullar:
1.
Sabin-Feldman testi- Sabin və Feldman tərəfindən 1948 -ci ildə bir boyama üsulu olaraq kəşv
edilmişdir. Sabin-Feldman testi (SF) və Toxoplasma lizis testi indiki dövrdə də qızıl standart
olaraq qəbul edilir. Son dərəcə dəqiq və düzgün nəticə verir. Test taxizoidlərin Toxoplasma
antiteli ilə lizisinə əsaslanır. Sınaq şüşələrində və ya əşya şüşəsində aparıla bilər. Seyrədilmiş
qan plazmaları və taxizoidlər 37 dərəcədə inkubasiya edilir. Taxizoidlərin 50 % -nin canlılığını
itirdiyi dilüsyon axırıncı dilüsyon hesab edilir. Taxizoidlərin canlılığı kontrast mikroskopda
araşdırılaraq və ya metilen mavisi ilə boyanaraq görülə bilər. Mikroskopda qara görünən ölü
taxizoidlər alkali metilen mavisi ilə boyanmırlar. Nəticələr titr ilə qarşılaşdırılaraq “iu”
cinsindən verilə bilər. Pozitiv test xəstənin parazit ilə qarşılaşdığını göstərir. Bu testlə tapılan
antitel İg G infeksiyaya yoluxmadan 1-2 həftə somnra meydana çıxır , 6-8 həftə sonra ən yüksək
titrə çatır, 1-2 ilə isə titri nisbətən düşür və aşağı titrlərdə ömür boyu qalır. Negativ SF testi isə
xəstə əgər hipoglobulinemik deyilsə toksoplazmoza yoluxmadığını göstərir. Sabin- Feldman
boya testi BOS-nda plazmadan daha yuxarı titrdə olsa kıskin infeksiyadan şübhələnmək olar.
2.
Ayirdedici Aqlutinasiya (AC,HS) testi – birində kəskin infeksiyanın ilk mərhələsindəki (AC),
digəri isə sonraki mərhələlərdəki (HS) tərkibində antigen determinantları olan 2 antigen
preparasyonlarından istifadə olunur. AC testi aseton və ya metanol ilə aşkarlanmış taxizoidlərdə
istifadə olunarkən, HS testi isə formalin ilə aşkarlanmış taxizoidlərdə istifadə olunur. Plazmalar
tərkibində merkaptoetanol olan tamponla sulandırılır və birbaşa aqlutinasiya testi edilir. Əgər
test pozitiv olsa ayirdedici aqlutinasiya testinə başlanılır. Bu test digər testlərlə birgə istifadə
olunduqda kəskin xəstəliyi xronikidən ayıra bilən yararlı bir üsuldur.
3.
İndirekt immunofloresan antitel testi ( İFAT) – edilməsi asan, dəqiq, ekonomik bir testdir. SF
testi ilə eyni tip antitelləri ölçür və titrləri paralel göstərir. Bəzi plazmalarda yalançı pozotiv
nəticələr verə bilər. Aşağı titrli İg G plazmalarında isə yalançı neqativ nəticələr verə bilər.
4.
İndirekt Hemagglutinasyon Testi (İHA)- Sabin- Feldman testi və İFA testinə görə daha gec
müsbət nəticə verdiyi üçün hamilələrdə kəskin infeksiyanın diaqnostikasında, mənfi nəticə
verdiyi üçün isə konjenital toksoplazmoz diaqnostikasında istifadə olunmur.
- 137 -
5.
Anti- Toxoplasma İg M ELİSA (immun tutma)- Nümunədəki IgM sinfi antitel əsasən, əvvəlcə
vala örtülmüş olan antiinsan IgM antitelləri ilə tutulur. Plazmada tərkibində əsasən İg G olan
bütün maddələr yuyulur. Yuyulduqdan sonra xəstəliyə məxsus İg M antitellərinin digər bütün İg
M antitellərindən ayırmaq üçün fermentlə konyuqə olmuş monoklonal antitel ilə işarətli
antigenlər mühitə əlavə olunur. İnkubasiya dövründən sonra bağlanmayan konyuqatı mühitdən
uzaqlaşdıraq üçün bunlar yuyulur və xromogen-substrat mühitə əlavə olunur. Əgər ferment
olarsa rəngsiz olan substrat rəngli bir maddəyə çevrilir və nümunədəki xəstəliyə məxsus İg M
antitelləri ilə mütənasib olan optik dansitesi ölçülərək nəticə müəyyən olunur.
6.
İg M İmmunosorbent Aglutinasyon Testi (İg M İSAGA)- xəstəyə məxsus İg M antitellərinin
bərk bir səthə yapışdırılmış, formalinlə aşkarlanmış orqanizma və ya antigenlə örtülmüş lateks
parçalarıyla qarşılaşdırılması prinsipinə əsaslanır. Eyni üsulla İg A və İg E antitelləridə
aşkarlana bilər. Digər İg M aşkarlayan testlərə görə daha həssas nəticə verir. Buna görə
hamilələrdə istifadəsi məsləhət görülmür(6).
7.
Anti-Toxoplasma İg G ELİSA –sulandırılmış plazma nümunələri antigenlə örtülmüş olan
quyucucuqlarda xəstəliyə məxsus antitelləri bağlaması üçün inkubasiya edilir. Bağlanmayan
antitellər və digər plazma elementləri yuyulduqdan sonra T.gondii məxsus antitellər fermentlə
konyuqə edilmiş anti-insan İg G antitellərindən istifadə edilərək tapılır. İnkubasiya dövründən
sonra bağlanmayan konyuqat yuyularaq uzaqlaşdırılır və mühitə substrat əlavə olunur. Əgər
antitel varsa rəng reaksiyası əmələ gəlir. Reaksiya dayandırılaraq optik dansiteləri cihazda
oxudulur.
8.
Anti-Toxoplasma İg G Avidite- Toxoplazmaya məxsus İg G antitellərinin avidliyinin
ölçülməsinə əsaslanır. Antigen ilə qarşılaşmadan sonra əmələ gələn antigenlərin ortalama
avidliyi əsasən aşağı olur. İmmun sistemin inkişafı vaxtı həftələr və aylar içində antitel avidliyi
də inkişaf edir. Antitelin antigenə bağlanması hidrogen rabitəsi və ya elektrostatik Van der
Waals qüvvələri ilə olur. ELİSA vaxtı antigenə bağlanan aşağı avidliyə malik İg G sidik
cövhərinin təsiri ilə antigendən asanlıqla ayrılır, yüksək avidliyə malik olanlar isə ayrılmır. Bu
səbəblə avidliyi iki qrup halında Toxoplasma İg G ELİSA ilə müəyyən edilir. Bunlar arasındakı
fərq ilk inkubasiya dövründən sonra bir qrupun sidik cövhərli tampon ilə digər qrupun isə sidik
cövhərsiz tamponla yuyulmasıdır. Bu iki qrupun optik dansitliyi müqayisə edilərək avidlik
indeksi (Aİ) tapılır. Bu avidlik indeksi sidik cövhərinə davamlı və İg G-nin cəmini göstərir(7).
Müxtəlif klinik vəziyyətlərdə fərqli materiallardan və testlərdən istifadə olunur. Anada şübhə
edilən bir infeksiya varsa qan plazmasından və aminyon mayesindən nümunə götürülüb S-F testi, İg
M və A İSAGA ilə İg G və İg M antitelləri axtarılmalıdır. Orqan transplantasiyası əvvəlində isə İg
G, İg M ELİSA və S-F testi ilə antitellər axtarılmalıdır(8).
Serolojik testlərin nəticələrinin qiymətləndirilməsi:
Müxtəlif serolojik testlər xəstəlikdən sonra müxtəlif səviyyələrdə artıb azalan antitell’ri ölçür.
Xəstələrdə immun sistemin vəziyyətini bilmək məqsədilə birinci növbədə İg G baxılmalıdır. İg G
müsbət olan şəxs keçmişdə bu xəstəliyi keçirmişdir. Üç həftə ara ilə edilən analizin nəticəsində İg G
titri artmayırsa bu xəstəliyin 2 ay əvvəl keçirildiyini göstərir. Əgər titr artarsa vəya İg M müsbət
olarsa infeksiyanın yeni olduğunu göstərir, İg G titri artar İg M mənfi olarsa isə xəstəliyin yenidən
aktivləşdiyini göstərir. Kəskin toksoplazmozu olan bir şəxsdə həm İg G həm İg M müsbət olduğu
halda, yenidən aktivləşən infeksiyada isə İg M mənfi, İg G titrində isə artış olmaya bilər. Bu səbəblə
diaqnozu qoymaqda çətinləşir. Toksoplazmoz diaqnostikasında əsasən gec vaxtlarda serolojik testlər
aparıldığı üçün antitellərin titri yüksək səviyyədə olur və uzun müddət yüksək səviyyədə qaldığı
üçün müxtəlif fasilələrlə alınan qan plazmasında işləmənin heç bir əhəmiyyəti yoxdur. Xəstə şəxsin
yenimi yoxsa əvvəldən mi infeksiyaya yoluxduğunu müəyyən etmək üçün bir neçə testi serolojik
testdən birgə istifadə edilməlidir. Müsbət İg M nəticəsinin səhv oxunma ehtimalı olduğu üçün
doğrulayıcı testlərdən də istifadə edilməlidir. İg M testlərində revmatoid faktor və anadakı
immunoqlobulinlərə qarşı fetal İg M antitelləri səbəbi ilə həm yalançı müsbət həm də yalançı mənfi
nəticələr alına bilər. İg M tutma testi bu xəstəliyə məxsus olmayan reaksiyaların qarşısını alır. Bəzi
xəstələrdə İg M antiteli 1 ildən artıq müddətdə müsbət olaraq qala bilir. Amerikada FDA təsdiqli
dərmanlarla aparılan analizlərdə İg M müsbət olan plazmaların referans laborotoriyalarda yenidən
yoxlanılması vaxtı xəstələrin 60 % kəskin infeksiya olmadığı aşkarlanmışdır. Amerikada FDA
təsdiqli dərmanlarla aparılan testlərdə əksəriyyətinin müsbət nəticə verdiyinə görə FDA bu testlərin
dəqiqliyinin və həssaslığının təkrar yoxlanılması üçün Amerikadakı referans laborotoriyalara dəstək
- 138 -
vermişdir. Amerikada aparılan bu təcrübələrə görə orada istehsal olunan dərmanların dəqiqliyi və
həssaslığının 77%-99% arasında dəyişdiyi məlum olmuşdur . Bu səbəblə FDA İg M müsbət olan
nəticələrin referans laborotoriyalarda da təsdiqlənməsini istəyir. Toksoplazmozla əlaqəli səhv
müalicələrin qarşısını almaq üçün labarant həkimlər ticari dərmanlarla əlaqəli problemləri bilməli
və nəticə gözləyən klinisist həkimə xəstənin antitel titrinin müəyyən olunmasında testin yararı ilə
bağlı bütün məlumatları verməlidir. Klinist həkimdə İg M müsbət olan xəstəyə müalicə təyin
etməzdən əvvəl testlərlə əlaqəli problemləri və müalicə üsulları haqqında məlumat əldə etməlidir.
İndiki dövrdə daha həssas, dəqiq və kəskin infeksiyanı ayırd edə biləcəy testlər üstündə təcrübələr
aparılır. 2004- cü ildə otpmatik bir sistemlə kəskin infeksiyaya məxsus İg M antitellərini aşkarlayan
bir üsul tapılmışdır.
Amerika və Avropadakı bir çox laborotoriyalarda kəskin infeksiyanı aşkarlamaq üçün bir neçə
seroljik testdən kombinə edilmiş formada istifadə olunur. Sabin-Feldman testi, İg G ELİSA,
ayıredici aqlutinasiya testi, İg G avidlik testi, İg A-E ELİSA, İg M-A İSAGA bunlardan bəziləridir.
Klinik vəziyyətə görə bu testlərdən lazım olanlardan istifadə olunaraq kəskin toksoplazmozun
diaqnozunu qoymaq, toksoplazmik limfodenit, polimiyozit, miyokardit, korioretinit və hamiləlik
vaxtı klinik fayda verir. Beləliklə müxtəlif testlərin birgə istifadəsi xəstəliyə məxsus İg G və İg M
pozitivliyin hsal hazırki xəstəliyə məxsus olduğunu tək bir testə görə daha yaxşı müəyyən edir.
Dostları ilə paylaş: |