TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

ƏDƏBİYYAT 
1.
 
Ağayev  İ.Ə.,  Xələfli  X.N.,  TağıyevaF.Ş.    Epidemiologiya(dərslik).  Bakı,  2011,   351s. 
2.
 
Əliyev    N.N.,Tağızadə   F.C.    İnfektologiya(dərslik).   Bakı,  2007,  529s. 
3.
 
Qarayev  Z.Ö.,  Qurbanov  A.İ.  Tibbi  Mikrobiologiya  və  İmmunologiya(dərslik).  Bakı,  2010,  
859s. 
4.
 
Altıntaş  N.,  Yolasığmaz  A.,  Yazar  S.  T  İnsanlarda  Toxoplasma  antikorlarının  araştırılması. 
Türkiye  Parazitol  Derg 1998;21:245-247. 
5.
 
Bahar  İH,  Kırdar  S,  Celiloğlu  M,  Karaman  M,  Yılmaz  Ö,  2003.  Toxoplasmosis  tanısında  özgül 
IgA antikorlarının  tanısal  değeri.  T Parazitol  Derg,  27(3):165-169. 
6.
 
Poyraz  Ö,  Özçelik  S,  Gökoğlu  M,  1993.  Toxoplasmosis  öntanılı  hastalarda  bir  yıllık 
Toxoplasma  gondii  IgG ve IgM bulguları.  T Parazitol  Derg,17(1):24-27. 
7.
 
http://tahlil.com/toxoplasma-ve-toxoplasma-enfeksiyonu-avidite-testi-nedir 
8.
 
https://tr.wikipedia.org/wiki/Toksoplazma_gondii 
9.
 
https://ru.wikipedia.org/wiki/
Токсоплазма
 
ABSTRACT 
Munavvar   Alasgarli 
Dıagnostıc methods of  toxoplasmosis 
 
Toxoplasmosis  is  a  parasitic  disease  caused  by  the  Apicomplexan  protozoan  Toxoplasma 
gondii.  As  histological  diagnosis  and  isolation  from  tissues  is  labor-intensive,  time-consuming  and  less 
sensitive  than  indirect  diagnostic  methods,  serology  became  the  main  diagnostic  choice  in 
toxoplasmosis.  Several  serological  diagnosis  is  more  important  than  the  method  of  conducting  joint 
Toxoplasmosis. 
РЕЗЮМЕ 
Мунаввар  Алесгерли 
Основной методы диагностики toxoplasmosis 
 
Токсоплазмоз  это  паразитическе  болезни  и 
Toxoplasma 
gondii принадлежит 
к 
типу 
Apicomplexa.  Так  как  токсоплазма  гитологический  диагноз  и  изучение  изоляции  организма 
трудно  и  отнимают  много  времени  поэтому  в  диагностике  исполъзуют  серологические  методы. 
На  основании  проведенных    опытов  установлено  что  серологические  методы  имеют  очень 
важное  значение. 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
   
 
 
 

- 139 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ARZU  AĞAYEVA 
Naxçıvan Dövlət Universiteti 
arzu.914@mail.ru  
UOT:  614 
 
HELİCOBACTER PYLORİ-NIN İNSAN ORQANİZMİNƏ PATOGEN TƏSİRİ 
 
Açar  sözlər: patogenez, immunitet, xronik qastrit, peptik xora, mədə xərçəngi 
Key words: 
 pathogen city, immunity, chronic gastritis, peptic ulcer, gastric cancer 
Ключевые слова: 
патогенность, иммунитет, хронический гастрит, язвенная   
болезнь, аденокарцинома желудка
 
 
  
Helikobakteriyalar  1983-cü  ildə  Avstraliya  mikrobioloqları  B.Marshall  və  R.Warren 
tərəfindən  mədənin  pilorik  hissəsinin  endoskopik  bioptatında  aşkar  edilmişdir.  Helikobakter  cinsinə 
8  növ  daxildir:  H.pylori,  H.cinaedi,  H.fenneliae,  H.mustelae,  H.felis,  H.muridarum,  H.acinomix, 
H.heilmanii.  İnsan  patologiyasında  əsas  rol  oynayan  H.pylori  növüdür.  Helikobakter  pylori  ( 
latınca,  helix-spiral,  pyloris-mədənin  çıxacaq  hissəsi)  əyilmiş  yaxud  qıvrım,  xırda,  spora  əmələ 
gətirməyən  qram  mənfi  bakteriyadır.  Patoloji  materialdan  hazırlanmış  yaxmada  “uçan  qağayı” 
formasında  görünür.  Hərəkətlidir,  polyar  yerləşmiş  flagellalara  malikdir.  H.pylori-nin  hüceyrə 
divarı  hamardır  və  xaricdən  qlikokalikslə  əhatə  olunmuşdur.  Qlikokaliksin  daxili  daha  qalındır  və 
H.pylori-nin  epiteliositlərin  səthinə  adgeziyasını  təmin  edir.  Bakteriya  hüceyrəsinin  mərkəzində 
nazik  fibrilyar  DNT sapı  və uclara  doğru  hüceyrə  divarı  boyu  ribosomlar  yerləşir. 
H.pylori  turş  mühitdə  yaşamaq  qabiliyyəti  və  mədənin  selikli  qişasında  kolonizasiyasını 
təmin  edən  patogenlik  amillərinə  malikdir.  H.pylori-nin  sintez  etdiyi  ureaza  fermenti  mədə 
turşuluğunun  neytrallaşmasını  təmin  edir.  Ureaza  sidik  cövhərini  ammonium  ionlarına  və  karbon 
qazına  qədər  parçalayır.  Əmələ  gələn  ammonium  ionları  bakteriyaların  ətrafında  qələvi  sahə 
yaradır,  bu  da  selikli  qişanı  zədələyən  əlavə  amil  rolu  oynayır.  Çünki  o,  mutsin  qatının 
nazikləşməsinə  səbəb  olur.  Bundan  başqa  o,  mitoxondrial  oksidləşməni  zəiflədərək  hüceyrə 
reproduksiyasının  gedişini  pozur  və  birbaşa  sitotoksik  təsir  göstərir.  Deməli,  H.pylori-nin  ureaza 
fermenti  sidik  cövhərini  parçalayaraq  epitel  qatını  zədələyən  ammoniak  əmələ  gətirdiyi  üçün  toksiki 
təsirə  malikdir.  Əmələ  gələn  ammoniak  xlorid  turşusu  ilə  reaksiyaya  girib  hidoksamin  və 
monoxloramin  əmələ  gətirir  ki,  bunlar  da  yüksək  dərəcədə  sitotoksik  xassəyə  malikdirlər.  Ureaza 
monositləri  və  neytrofilləri  fəallaşdırmaqla,  sitokinlərin  sintezini  stimullaşdırmaqla,  O

və  NO

radikalları  əmələ  gətirməklə,  leykositlərə  attraktant  kimi  təsir  etməklə  iltihabi  reaksiyaların 
şiddətlənməsinə  səbəb olur. 
Mədə  seliyinin  özüllüyünün  pozulmasında  ureazadan  başqa  H.pylori-nin  əmələ  gətirdiyi 
qlükosulfataza,  proteaza  və  fosfolipazalar  da  iştirak  edirlər.  Proteazalar  mədə  seliyini  deqradasiyaya 
uğradır,  nəticədə  turş  mühitin  mədə  seliyinə  diffuziyasını  azaldır  (2) . 
Bundan  başqa,  H.pylori  makroorqanizmin  hüceyrə  məhsullarını  fəallaşdırır  və  induksiya 
edir,  xüsusilə  trombositlərin,  leykotrienlərin  fəallaşmasına  ,inteleykinlərin  və  nekroz  amilinin  sintez 
olunmasına,  autoimmun  reaksiyaların  induksiyasına  səbəb olur. 
Mədə  və  onikibarmaq  bağırsağın  təbii  baryerlərini  dəf  etdikdən  sonra  H.pylori  epitel 
hüceyrələrin  membranına  çatır  və  onların  üzərinə  möhkəm  yapışır,  yəni  adgeziya  olunur.  Adgeziya 
xüsusi  zülal-adgezinlər  vasitəsilə  həyata  keçir. 
H.pylori  hüceyrəsinin  sahib  toxuması  ilə  ilkin  kontaktından  sonra,  o  cümlədən,  antimikrob 
müdafiə  sisteminə  adaptasiya  olunur  və  nəticədə  mədə  və  onikibarmaq  bağırsağın  selikli  qişasında 
onların  uzunmüddətli  kolonizasiyalaşması  baş verir. 

- 140 - 
Məlumdur  ki,  mədənin  selikli  qişasının  səthi  yüksək    molekullu  mutsinlə  zəngindir.  Mutsin 
sidik  cövhəri  və  bikarbonatla  birlikdə  pH  bufer  baryerini  nizamlayır.  Həmin  müdafiə  baryeri 
H.pylori-nin  kolonizasiyası  və  persistensiya  olunması  üçün  taxça  (ocaq)  vəzifəsini  yerinə  yetirir. 
Beləliklə,  H.pylori-nin  mədə  və  onikibarmaq  bağırsağın  selikli  qişasında  kolonizasiyası  və  onların 
sitotoksinlərinin  təsiri  nəticəsində  selikli  qişanın  turşulardan,  yaxud  pepsin  və  ödün  dağıdıcı 
fəaliyyətindən  özünü  müdafiə  etmə  xassəsi  zəifləyir  və  bu  da  yaraların  inkişaf  etməsinə  səbəb  olur. 
Bakteriya  sitotoksinləri  və  lipopolisaxaridləri  selikli  qişa  hüceyrələrini  degenerasiyaya  uğradır, 
zülal  təbiətli  sitotoksinlər  mədənin  epitel  hüceyrələrinin  vakuolizasiyasına  səbəb  olur.  Əmələ 
gəlmiş  vakuollaşdırıcı  sitotoksinlərin  (Vak-A)  və  ureazanın  təsirindən  hüceyrəarası  əlaqələr 
pozulur,  selikli  qişanın  məhvinə  səbəb olur. 
 
1.
 
H.pylori  selikli  qişaya  daxil  olur.   
2.   H.pylori  ureaza  ifraz  edərək, ammiakın  qatılığını  artırmış  olur.   
3.   H.pylori  kolonizasiyası.   
4.  Selikli  qişa  mədə  turşusunun  və  pepsinin  aşılayıcı  təsirinə  məruz  qalmış  olur.  Nəticədə  həmin 
nahiyələrdə  əvvəlcə  kimyəvi  yanıq,  sonra isə  iltihabi  prosses  meydana  çıxmış  olur  (4). 
 
   H.pylori-nin  qastroduodenal  sahədə  selikli  qişa  ilə  qarşılıqlı  təsiri  infeksion  prosesin  ümümi 
inkişaf  qanunlarına  uyğundur.  Yəni  mikrob  əvvəlcə  makroorqanizmin  təbii  baryerlərini  keçməli, 
adgeziya  olunmalı  və  orqanizmin  humoral  və  hüceyrə  müdafiə  mexanizmini  dəf  edərək 
kolonizasiya  olunmalıdır. 
   H.pylori  kanserogenlər  qrupuna  daxildir.  H.pylori  ilə  assosiasiya  olunmuş  kanserogenezin 
əsas  mexanizmi  bu  mikroorqanizmin  sintez  etdiyi  ferment  və  toksik  maddələrin  mədənin  epitel 
hüceyrələrinin  DNT  strukturunu  zədələyərək  hüceyrəni  mutasiyaya  uğratmasıdır.  Bundan  başqa, 
H.pylori  infeksiyasının  təsiri  altında    İL-1-in  səviyyəsinin  artması  qeyd  edilir  ki,  bu  da  öz 
növbəsində  mədə  sekresiyasını  inhibisiya  edir  (1) . 
H.pylori-nin  törətdiyi  xəstəliklər  helikobakterioz  adlanır.  Bunun  tipik  formalarına  xroniki 
qastrit,  mədə  və  onikibarmaq  bağırsaq  yarasını,  adenokarsinomanı  və  mədə  limfomasını  göstərmək 
olar. 
H.pylori  qastritlərdə  təqribən  50-60%,  onikibarmaq  bağırsağın  xora  xəstəliyində  90%,  mədə 
xorası  xəstəliyində  50-80%  və  mədə  xərçəngində  60-70%  hallarda  etioloji  rola  malikdir  (3).  Kəskin 
infeksiya  qastroduodenit  kimi  təzahür  edir,  epiqastral  nahiyədə  ağrılar  və  ürəkbulanma  ilə  müşayiət 
olunur.   
 
ƏDƏBİYYAT 
 
1.  Əmiraslanov  Ə. Onkologiya.   Bakı,  2010, 511 s. 
2.  Əliyev  M.H. Bakterial  mənşəli  bağırsaq  infeksiyalarının  mikrobiologiyası  .
                                     
Bakı,  2010,s116-126 
3.  Qarayev  Z. Qurbanov  A. Tibbi  mikrobiologiya  və immunologiya.  Bakı,   2010, s.414-416 
4.  http://az.wikipedia.org/wiki/  H.pylori 

- 141 - 
5.  Jump  up. Bytzer  P,  Dahlerup  JF,  Eriksen  JR,  Jarbøl  DE,  Rosenstock  S,  Wildt  S  (April 
2011)."Diagnosis  and  treatment  of  Helicobacter  pylori  infection". Dan  Med  Bull 58 (4): 
C4271. PMID 21466771. Retrieved  7 August  2013. 
 
ABSTRACT 
Arzu  Aghayeva 
Helicobacter  pylori is  one  of  the  most  common  pathogens  in  humans. H.pylori associated 
gastric  diseases  include  chronic  gastritis,  gastric  and  duodenal  peptic  ulcer;  moreover,  role  of  this 
microorganism  as  a  causative  factor  in  the  development  of  MALT-lymphoma  and  gastric  cancer  is 
also  under  consideration.(5)  This  article  presents  microbiological  properties  of H.pylori and 
specific  interactions  between  host  and  microorganism;  molecular  basis  of  pathogenicity  are 
described.  Local  and  systemic  immune  responses  to  the H.pylori infection  are  emphasized. 
Mechanisms  of  the  development  of  gastric  and  duodenal  peptic  ulcer  are  discussed.  The  data, 
regarding  the  role  of H.pylori  as a risk  factor  for gastric  cancer  are reviewed. 
 
РЕЗЮМЕ 
Арзу  Агаева 
Инфекция,  вызванная Helicobacter  pylori,  занимает  одно  из  первых  мест  в  мире  по 
распротраненности.  К H.pylori-ассоциированным  болезням  относятся  хронический гастрит, 
язвенная  болезнь  желудка  и  двенадцатиперстной  кишки.  Не  исключается  роль  этого 
микроорганизма  в  развитии  MALT-лимфомы  и  аденокарциномы  желудка.  В  данной  статье 
представлены  микробиологическая  характеристика H.pylori,  характер  и  особенности 
взаимоотношений  его  с  макроорганизмом,  молекулярные  основы  патогенности.  Большое 
внимание  уделено  особенностям  формирования  иммунитета  при H.  рylori-инфекции. 
Обсуждаются  механизмы  участия  микроорганизма  в  формировании  язвы  желудка  и 
двенадцатиперстной  кишки.  Приведен  обзор  данных,  касающихся  роли H.pylori как фактора 
риска в развитии онкологических заболеваний желудка. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 142 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
SƏFƏR QƏDIMOV 
Naxçıvan MR Qarnizon Hospitalı 
UOT:  616/618 
 
QARACİYƏRİN  OS ZƏDƏLƏNMƏLƏRİNDƏ TƏTBİQ OLUNAN CƏRRAHİ 
TAKTİKANIN  MÜASİR ASPEKTLƏRİ 
 
 
Daxili  üzvlərdən  qaraciyər  ən  çox  zədəyə  məruz  qalan  hesab  edilir.  Əksər  hallarda 
qaraciyərin  zədələnmələri  yüngül  olur  və  konservativ  müalicə  ilə  sağalır.  Konservativ  müalicə 
xəstənin  müşahidəsi  və  bir  sıra  hallarda  arterioqrafiya  və  embolizasiyanın  aparılmasından  ibarət 
olur.  Yalnız  14%  halda  cərrahiyyə  müdaxiləsinə  zərurət  yaranır.  Müasir  dövrdə  qaraciyərin  təcrid 
olunmuş  zədələnmələrinə  təsadüf  hallarda  rast  gəlinir,  lakin  bu  yaralanmalarda  letallığın  yüksək 
olması  (21,6%-77,7%)  tətbiq  olunan  cərrahi  taktikanın  təkmilləşməsinin  zərurililiyini  göstərir. 
Əksər  hallarda  qaraciyərin  müştərək  yaralanmalarına  təsadüf  olunur  və  bu  yaralanmalar  ağır  şok, 
qanitirmə  və  irinli-septiki  fəsadlaşmalarla  ağırlaşır.  Qaraciyərin  təcrid  olunmuş  yaralanmalarına 
44,5%  halda  rast  gəlindiyi  halda,  müştərək  yaralanmalarına  55,5%  halda  təsadüf  olunur  (И.  В. 
Мухин,  А.М.  Дудин,  Н.  Ю.Черняк,  А.  Д.  Шаталов,  Н.  П.  Лиховид,  Г.  А.  Гринцовид.  Р.  Е. 
Песчанский,  Р.  Г.  Яценко,  А.  В.  Кузьменкo).  88,7%  halda  qaraciyərin  sağ  payının,  11,3%  halda 
isə  sol  payının  zədələnməsinə  təsadüf  olunur  (А.С.  Ибадильдин,  В.И.  Кравцов).  Bu  qrupa  aid  olan 
yaralanmalar  öz  sosial-tibbi  həllini  bütün  dünyada  hələ  də  tam  şəkildə  tapmayıb.  Ümumdünya  Sə-
hiyyə  Təşkilatının  məlumatına  görə,  il  ərzində  dünya  üzrə  500.000  insan  qarın  boşluğu  üzvlərinin 
zədələnmələrindən  vəfat  edir.  Qaraciyərin  qapalı  zədələnmələri  xüsusilə  təhlükəlidir.  Qaraciyərin 
qapalı  zədələnmələrində  letallıq  30-50%  olduğu  halda,  bıçaq  yaralanmalarında  12%,  odlu  silah 
yaralanmalarında  isə  25%  təşkil  edir 
(
А.С.Ибадильдин,  Г.И.Шарунов,  Г.К.Мухамеджанов). 
Qaraciyər  yaralanmaları  və  xüsusən  qapalı  zədələnmələrinin  diaqnostikası  kompleks  şəkildə 
aparılmalı,  etioloji,  morfoloji  faktorlar  nəzərə  alınmalı,  qaraciyərin  funksiya  pozulmasının  dərəcəsi 
və  xüsusiyyəti  diqqətdən  qaçırılmamalıdır.  Qaraciyər  yaralanmalarında  zədənin  ağırlığının  təyin 
edilməsi  üçün  qaraciyərin  anatomik  quruluşunun  özəlliklərini  bilmək  lazımdır.  Qaraciyər  iki  paya 
(sağ  və  sol)  və  daha  sonra  damar  və  öd  axarlarının  gedişatına  uyğun  olaraq  8  seqmentə  bölünür. 
Həmin  seqmentlərə  çıxışın  əldə  edilməsi  müxtəlif  bağların  (liq.  coronarium  hepatis  dextrum  et 
sinistrum,  liq.  trianqulare  dextrum  et  sinistrum)  kəsilməsi  ilə  qaraciyərin  tam  mobilizasiyası 
sayəsində  mümkündür.  Qaraciyərin  qan  təchizatı  iki  mənbədən  –  portal  və  qaraciyər  arteriyaları 
vasitəsilə  təmin  edilir.  Portal  vena  dalaq  venası  (v.  lienalis)  ilə  yuxarı  müsariqə  venasının  (v. 
mesenteric  superior)  birləşməsi  ilə  əmələ  gəlir  və  qaraciyərin  80%-ni  qanla  təchiz  edir.  Qaraciyərin 
yerdə  qalan  hissəsinin  qanla  təchizatı  isə  qaraciyər  arteriyası  ilə  təmin  edilir. 
 
 
QARACİYƏRİN  KT GÖRÜNTÜLƏMƏSİNİN OXUNMASINI ASANLAŞDIRAN SXEM
 
 
Şəkil. Qaraciyərin  seqmentar anatomiyası

- 143 - 
 
 Şəkil. KT görüntüləməsində qaraciyər  seqmentlərinin müəyyən edilməsi
Qaraciyərin  zədələnmə  dərəcəsi  aşağıdakı  amillər  əsasında  müəyyən  edilir: 
1). zədələnmənin  xüsusiyyəti  (hemotoma,  parenximanın  cırılması); 
2). Zədənin  dərinliyi  və əhatəliliyi  (qaraciyərin  zədələnmiş  olduğu  seqmentlərin  sayı). 
Qaraciyərin  zədələnmələri  bir  neçə dərəcəyə  bölünürlər: 
I dərəcə - Qlisson  kapsulasının  cırılması  (qanaxma  cüzidir,  səthi  tikişlərlə  kifayətlənmək  olar); 
II dərəcə - qaraciyər  parenximasının  cırılması  qeyd edilir  (qanaxma  nəzərəçarpacaq  dərəcədə 
güclüdür  və xüsusi  tikişlər  qoyulmalıdır); 
III dərəcə - qaraciyər  parenximası  ilə  birlikdə  magistral  damarlar  da zədələnir  (mühüm  qanaxma 
qeyd edilir); 
IV dərəcə - qaraciyər  parenximası  ilə  birlikdə  magistral  damarlar  və xüsusən  aşağı  boş vena 
zədələnir. 
     
Çeçen  müharibəsi  ərəfəsində  rus  intensivistləri  qaraciyərin  yaralanmalarında  zədənin  ağırlıq 
dərəcəsini 
“BПХ 
ПП“cədvəli 
üzrə 
təyin 
edirdilər. 
Bu 
cədvəl 
üzrə 
də                                                                                                                                                                                                                                                                                                                
qaraciyərin  zədələnmələrinin  dörd  ağırlıq  dərəcəsi  mövcuddur:  I  –  səthi  yaralar  (yaranın  dərinliyi 
2,0  sm  təşkil  edir);  II  –  yara  və  ya  cırılmanın  dərinliyi  2,0  sm-dən  5,0  sm-dəkdir;  III  –  yara  (cırılma) 
qaraciyərin  toxumasını  tam  əhatə  edir;  IV  –  qaraciyərin  əzilməsi  arteriya,  vena,  öd  axarı,  qapı 
venasının  qopması,  aşağı  boş  venanın  yuksthepatik  hissəsinin  zədələnməsi  ilə  fəsadlaşır  (  O.  H. 
Эргашев; А. В. Гончаров; А. С. Прядко; Ю. М. Виноградов ). 
 
QARACİYƏRİN  ZƏDƏLƏNMƏLƏRİNİN KT 
GÖRÜNTÜLƏMƏSİNƏ GÖRƏ TƏSNİFATI
 
 
 
 
                         şəkil-1                               şəkil-4                                            şəkil-7  
 
 
 
 
        şəkil-2                                    şəkil-5                                                     şəkil-8 

- 144 - 
 
 
 
 
    Şəkil-3      .                                                   şəkil-6                                                şəkil-9 
    Şəkil-1.  Qaraciyərin  travması,  dərəcə  V.  Kontrastla  aparılmış  KT  görüntüləməsində   böyük 
intraparenximal  hematoma  və  bütöv  sağ  qaraciyər  payını  və  sol  payın  medial  seqmentini  də  əhatə 
edən parenximanın  cırılmaları  qeyd edilir. 
     Şəkil-2.  Qaraciyərin  kompleks  cırılması;  dərəcə  V.  Kontrastla  aparılmış  KT  görüntüləməsində 
qaraciyərin  sol  payında  çoxsaylı  parenximatoz  cırılmalar  nəzərə  çarpır.  Diqqət  yetirin  ki, 
parenximanın  cırılması  qaraciyər  qapısınadək  uzanmışdır.  Bu  cür  travmalarda  öd  axarlarının 
zədələnmələrinə  tez-tez  rast gəlinir. 
   Şəki-3.  Qaraciyərin  travması,  dərəcə  IV.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  sağ  qaraciyər 
payında  çoxsaylı  cırılmalar  və  onların  nəticəsində  sağ  payın  parenximasının  50%-nin  zədələnməsi 
müəyyən  edilir. 
    Şəkil-4.  Qaraciyərin  travması,  dərəcə  IV.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  qaraciyərin 
sağ  payında  aktiv  qanaxması  olan  cırılmış  intraparenximal  hematoma  müşahidə  edilir.  Həmçinin  iri 
həcmli  hemoperitoneum  da nəzərə  çarpır. 
    Şəkil-5.  Qaraciyərin  travması,  dərəcə  III.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  sağ 
qaraciyər  payında  kapsula  altı  hematoma  (oxlar)  müəyyən  edilir.  Həmçinin  KT-də  hematoma 
daxilində  aktiv  qanaxmanın  olduğuna  işarə  edən  yüksək  sıxlıqlı  sahə  müəyyən  edilir  (ox  ucu,  ağ 
rəngdə).   
    Şəkil-6.  Qaraciyərin  travması,  dərəcə  II.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  sağ  qaraciyər 
payının  arxa  hissəsində  (ox)  3  sm-dən  böyük  olan  qaraciyər  parenximasının  cırılması  müəyyən 
edilir.  Hepatorenal  sahədə  isə kiçik  həcmdə  maye  toplantısı  müəyyən  edilir  (ox ucları). 
    Şəkil-7. 
Qaraciyərin 
travması, 
dərəcə 
I. 
Kontrastla 
aparılmış 
KT 
görün-                                                               
tüləməsində  sağ  payın  arxa  hissəsində  kapsulanın  tamlığının  pozulması  (cırılması)  müəyyən  edilir 
(ox).  Kiçik  həcmli  perihepatik  qanaxma  da müşahidə  edilir  (ox ucları). 
    Şəkil-8.  Qaraciyərin  travması,  dərəcə  III.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  portal  vena 
və  onun  şaxələri  ətrafında  aşağı  sıxlıqlı  sahələr  müəyyən  edilir.  Qaraciyərin  cırılması  isə  qaraciyər 
qapısınadək  uzanmışdır  (ox).  KT-də  həm  də  aşağı  boş  venanın  əhəmiyyətli  dərəcədə  dilyatasiyası 
(aorta ilə  müqayisədə)  müəyyən  edilir.  Bu isə  çox vaxt  aqressiv  maye  infuziyası  ilə  əlaqədar  olur. 
    Şəkil-9.  Qaraciyərin  travması,  dərəcə  V.  Kontrastla  aparılmış  KT  görüntüləməsində  sağ  və  sol 
qaraciyər  paylarında  çoxsaylı  kapsula  altı  hematomalar  (oxlar)  və  həmçinin  intraparenximal 
hematomalar  (ox ucları)  müşahidə  edilir.   
   Travma  cərrahiyyəsi  üzrə  Amerika  assosiasiyası  tərəfindən  tərtib  edilmiş  təsnifata  görə, 
qaraciyərin  travmaları  zədələnmənin  həcminə  və  yaralının  vəziyyətinin  ağırlığına  görə  6  dərəcəyə 
bölünür.  Bu təsnifatı  da qeyd etməyə  bilmərik. 

- 145 - 
 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        
  
Qarın 
boşluğu 
üzvlərinin 
zədələnmələri 
sırasında 
qaraciyərin 
zədələnmələri 
həm 
mahiyyətinə,  həm  də  kəmiyyətinə  görə  (26%-38%)  mühüm  yer  tutur.  Əməliyyatdan  sonrakı  dövrdə 
əksər  hallarda  (82,7%  halda)  fəsadlaşmalar  inkişaf  edir  Qaraciyərin  müştərək  zədələnmələri  60-
80%,  təcrid  olunmuş  zədələnmələri  isə  10-12%  halda  şokla  fəsadlaşır.  Qaraciyər  və  aşağı  boş 
venasının  zədələnməsi  ilə  müşayiət  olunan  qaraciyər  zədələnmələrində  letallıq  50-100%  təşkil  edir. 
Qaraciyər  mükəmməl  fiksasiya  olduğundan  az  hərəkətlidir.  Zərif  parenximası  nazik  stroma  ilə 
(Qlisson  kapsulası)  qorunur.  Hələ  1913-cü  ildə  məşhur  rus  cərrahı  N.N.Bolyarskiy  çoxillik  həkim 
təcrübəsinə  əsaslanaraq,  qaraciyər  haqda  qeyd  edirdi  ki,  “bu  orqan  zərbədən  heç  cür  yanıla  bilməz”. 
Bu  qrupdan  olan  yaralılar,  əsasən,  ümumi  halsızlıq,  baş  gicəllənmə,  ürək  bulanma,  qusma,  sağ 
qabırğa  altı  sahədə  olan  ağrı,  huşun  alaqaranlıqlı  olmasından  şikayətlənirlər.   
 
Klinik  gedişinə  görə  (qanitirmə  yaxud  peritonit  əlamətlərin  üstünlük  təşkil  etməsindən  asılı 
olaraq),  bu  yaralanmaların  iki  forması  mövcuddur:  1).  hemorragik  və  2).  peritoneal.  Dəqiq 
diaqnozun  qoyulması  üçün  klinik  əlamətlərdən  savayı  laborator-instrumental  (USM,  R-müayinə, 
KT-müayinə),  diaqnozun  qoyulması  çətin  olduqda  isə  laparosentezdən  istifadə  oluna  bilər.  Təsadüf 
hallarda  diaqnostik  laparotomiya  aparılır.  Diaqnozun  qoyulmasında  KT  müayinə  yüksək  dəqiqliyi 
ilə  fərqlənir,  lakin  yaralıda  hemodinamika  qeyri-stabil  olduğu  halda  bu  müayinə  üsulunun  tətbiq 
edilməsi  mümkün  olmur.  USM  daha  sadə  müayinə  üsuludur  və  təqribən  80%  hallarda  düzgün 
diaqnozun  qoyulmasına  imkan  verir,  lakin  boşluqlu  üzvlərin  zədələnməsində  bu  müayinə  üsulunun 
informativliyi  məhduddur.  Dəqiq  diaqnozun  qoyulması  üçün  laparosentez  və  peritoneal  lavajdan 
geniş  istifadə  olunur.  Laparosentez  apardıqdan  sonra  qarın  boşluğuna  1000  ml  izotonik  məhlul 
yeridilir  və  perfuzatda  leykositlərin,  eritrositlərin,  amilazanın,  billirubinin  miqdarı  təyin  edilir. 
Perfuzatın  1  ml-də  eritrositlərin  miqdarı  100000  dən,  leykositlərin  miqdarı  8000-dən  çox  olduqda 
laparotomiyanın  aparılması  məqsədə  uyğun  hesab  edilir.  Bu  müayinə  üsulunun  dəqiqliyi  91,6-
99,0%- dır.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin