TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə9/28
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 
ƏDƏBİYYAT 
 
1. Qənbərov  D.Ş. Naxçıvan  Muxtar  Respublikasında  aşağı  dağlıq  qurşağı  üzrə  Astragalus L.    
növlərinin   yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan  2013, №1,  s. 56-60 
2.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  yüksək  dağlıq  qurşağı  üzrə  Astragalus  l. 
növlərinin   yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan  2013, №1,  s. 56-60 
3.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  As-tracantha  podlech  növlərinin    hündürlük 
qurşaqları  üzrə  yayılması  AMEA-nın  Naxçıvan  bölməsinin  xəbərləri.    Naxçıvan,  Tusi  2013,  №2, 
s.154-159 
4.  Qənbərov  D.Ş.  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yayılan  Astracantha  və  Astragalus 
növıərinin  yarımsəhra  bitkiliyində  yayılması
 
// Naxçıvan  Dövlət  Universiteti  Naxçıvan,  2014  

- 54 - 
5.  Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikasında  orta  dağlıq  qurşağı  üzrə  Astragalus  növlərinin 
yayılması  // Naxçıvan  Dövlət  Universiteti,Naxçıvan,  2014 №4, s. 57-61 
6.  Ganbarov  D.  SH.  Spreading  of  Astracantha  and  Astragalus  species  on  the  highland  zones  of  the 
Nakhchivan  autonomous  republic  //  European  Academic  Research,  2014,  Impact  Factor  3,1:  p.-
4153-4159  
7.  Ganbarov  D.  SH.  Spreading  of  Astracantha  and  Astragalus  species  in  the  mountainous-cserophit 
plant  zones  of  the  Nakhchivan  Autonomus  Republic  //  e-  Library  Science  Research  Journal  İmpact 
Factor 0,109: 2014 
8.  Ganbarov  D.  SH.  Seadet  Aliyeva.  Spreading  of  Astracantha  and  Astragalus  species  of  wild 
vegetation  in  the  Nakhchivan  Autonomus  Republic  flora  //  International  Multidisciplinary  e-Journal 
2014,  Scientific  Journal  İmpact  Factor  3,5:  ISRA  Journal  Impact  Factor  1,347,  Universal  İmpact 
Factor 1,0444  p.-50-55  
9.  Ganbarov  D.  SH.  Useful  features  and  usage  methods  of  the  herbs  included  into  the  Astragalus 
species  // European  Academic  Research,  2015, Impact  Factor 3,1:  p.-14306-14309 
 
ABSTRACT 
                                                                                                                     Dashgin Ganbarov 
Spread  of Astracantha and Astragalus species according to the altitude  zones, their 
phitosenological  features and  significance  in  the flora  of Nakhchivan  Autonomous  Republic 
In  the  article  it  is  informed  about  the  spread  of  Astracantha  and  Astragalus  species 
according  to  the  altitude  zones  in  the  flora  of  Nakhchivan  Autonomous  Republic,  their 
phitosenological  features  and  significance. 
Astracantha  and  Astragalus  species  spreading  in  the  Nakhchivan  AR  create  different 
formations  mainly  in  desert, semi  desert, mauntain-xerophyt,  bozgir,  alp and subalp  olant  areas. 
 
РЕЗЮМЕ 
                                                                                                                        Дашгын  Ганбаров 
Распространение  видов Астраканты и Астрагалюса  по высотному поясу и их 
фитосенелогические свойства и значении, которые находятся  на территории 
Нахчыванской Автономной Республикии 
 
В  этой  статьи  дается  информация  о  распространении  по  высотному  поясу  и  их 
фитосенелогические  свойства  и  значении  Астраканты и Астрагалюса которые находятся  на 
растительном мире Нахчыванской Автономной Республики. 
 
Виды  Астраканты  и  Астрагалюса  которые  распространялись  на  территории 
Нахчыванской  Автономной  Республики  образуют  в  основном  роле  формации,    пустыни, 
полупустынных, горностепных, альпийских, субальпийских  растительностей.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent  
M.Piriyev
 
 
 
 
 
 
 
 
 
 
 

- 55 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ƏFRUZ  NƏSİROVA 
AMEA Naxçvan Bölməsi 
E-mail: anasirli@inbox.ru 
UOT:  581.1 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  ƏRAZİSİNDƏ YAYILMIŞ  CAMPANULACEAE 
JUSS. – ZƏNGÇİÇƏYİKİMİLƏR  FƏSİLƏSİNƏ DAXİL OLAN  BİTKİLƏRİN ŞAQULİ 
ZONALLIQLAR  ÜZRƏ  YAYILMA  QANUNAUYĞUNLUĞU 
 
Naxçıvan  MR  ərazisində  Zəngçiçəyikimilərin  rastgəlmə  tezliyi,  yüksəklik  zonaları  üzrə 
paylanma  qanunauyğunluğu,  alçaq  dağlıq,  orta  dağlıq  və  yüksək  dağlıq  qurşaqlarında  yayılma 
dərəcələri  müəyyən  edilmişdir.  Tədqiqatlar  zamanı  yalnız  bir  qurşaqda  rast  gəlinən  növlərin  sayı 
alçaq dağlıq qurşaqda 2 [Campanula massalskyi Fomin, M. Laevigata Vent.] və yüksək dağlıqda 2 
[C.  tridentata  Scherb.,  A.  Amplexicaule  (Willd.)  Hand.  –  Mazz.]  növ  olmuşdur.  Bundan  başqa, 
alçaq  dağlıq-orta  dağlıq  üçün  ümumi  olan  3  [C.  glomerata  L.,  C.  karakuschensis  Grossh.,  C. 
propinqua  Fisch.  &  C.  A.  Mey.],  orta dağlıq-yüksək dağlıq üçün 7 [C. latifolia L., C. bononiensis 
L.,  C.  coriaceae  P.  H.  Davis,  C.  zangezura  (Lipsky)  Kolak.  &  Serdyuk.,  C.  bayerniana  Rupr.,  A. 
campanuloides (Bieb. ex Sims) Boenm., A. rigidum (Willd.)], alçaq dağlıq-yüksək dağlıq üçün 1 [C. 
daralaghezica  (Grossh.)  Kolak.  & Serdjukova.] və hər üç qurşaq üçün isə 3 [C. rapunculoides L., 
C. stevenii Bieb., A. pulchellum (Fisch. & C. A. Mey.)] növ müəyyən olunmuşdur. 
 
Açar  sözlər: Campanulaceae, yayılma, cins, növ, zona, aşağı, orta, yüksək 
Key words:  Campanulaceae,spreading, type, species, zone, low, middle, high 
Ключевые слова: Campanulaceae, распространение, род, вид, зона, нижний, средний, 
высокий 
 
 
Yer  üzərində  yayılmış  bitki  örtüyünün  öyrənilməsi,  floristik  tərkibinin  müəyyən  edilməsi  və 
mühafizəsinin  təşkili  daim  diqqət  mərkəzində  olmuşdur.  Kiçik  Qafqazın  cənub-qərb  qurtaracağında 
yerləşən  və  tipik  dağlıq  ölkə  olan  Naxçıvan  MR  çox  mürəkkəb  təbii  coğrafi  şəraitə  malikdir. 
Relyefi  əsasən  düzənlik  və  dağlıq  hissələrdən  ibarətdir,  dəniz  səviyyəsindən  orta  yüksəkliyi  1400 
m-ə  bərabərdir.  Ərazinin  mütləq  yüksəkliyinin  amplituda  fərqi  600  m-lə  (Kotam  kəndi)  3906  m 
(Qapıcıq  zirvəsi)  arasındadır.  Respublikanın  ən  alçaq  sahəsi  hesab  edilən  Arzaboyu  düzənliyin  orta 
yüksəkliyi  800  m-ə  yaxındır  (1,  s.  23).  Kəskin  kontinental  iqlim,  yağıntıların  azlığı,  sutqalıq  və  illik 
temperatur  amplitudunun  yüksəkliyi  Naxçıvan  MR-də  bitki  örtüyünün  formalaşmasına  təsir 
göstərən  başlıca  amillərdir.  Ərazinin  flora  zənginliyi  Aralıq  dənizi  və  Ön  Asiya  o,  cümlədən  İran 
florası  ilə  sıx  əlaqədə  olması  ilə  izah  olunur.  Dağlıq  relyef  torpaq,  iqlim  və  bitki  örtüyündə  şaquli 
zonallığın  yaranmasına  səbəb olmuşdur. 
 
Campanulaceae  Juss.  fəsiləsinə  daxil  olan  bitkilərin  şaquli  qurşaqlar  üzrə  paylanması 
qanunauyğunluqları  diqqət  mərkəzində  olan  məsələlərdən  biridir.  Bununla  əlaqədar  ədəbiyyatlarda 
bəzi  məlumatlar  verilsə  də,  hələlik  bu  məsələ  tam  araşdırılmamışdır.  Bu  məqsədlə  Naxçıvan  Muxtar 
Respublikası  ərazisində  yayılmış  Zəngçiçəyikimilər  fəsiləsi  bitkilərinin  müxtəlif  qurşaqlar  üzrə 
yayılma  qanunauyğunluğunun  öyrənilməsi  məqsədilə  2012-2014-cü  illər  ərzində  Bioresurslar 
institutu  tərəfindən  və  sərbəst  şəkildə  təşkil  edilmiş  ekspedisiyalar  üzrə  bir  sıra  marşrutlar 
edilmişdir.   
 
Naxçıvan  MR  ərazisinin  relyefi  maili  düzənliklərdən,  alçaq,  orta  və  yüksək  dağlıq 
qurşaqlardan  ibarətdir.  Maili  düzənliklər  ərazinin  ən  alçaq  hissəsi  olan  (600-1200  m)  Arazboyunu 
əhatə  edərək  şimal-qərbdən  cənub-şərqə  doğru  dar  bir  zolaq  şəklində  uzanır.  Bu  sahənin  ən  geniş 
yeri  şimal-qərbdə  20  km,  ən  dar  yeri  isə  cənub-şərqdə  4-5  km-dir.  Arazboyu  başlıca  olaraq  Sədərək, 

- 56 - 
Şərur,  Böyükdüz,  Naxçıvan,  Culfa  və  Ordubad  maili  düzənliklərindən  ibarətdir  ki,  bunlar  da  əsasən 
dördüncü  dövrün  allüvial,  allüvial-prollüvial  çöküntülərindən  və  qismən  üçüncü  dövrün  gillərindən, 
qumdaşlarından,  mergellərdən  əmələ  gəlmişdir.  Burada  eroziya  –  akkumlyasiya  və  arid  denudasiya 
mənşəli  relyefəmələgətirici  proseslər  üstünlük  təşkil  edir  (1, s. 38). 
 
Arazboyu  düzənlikdən  şimala  doğru  1000-1500  m  mütləq  yüksəklikdə  alçaq  dağlıq  sahə 
başlanır.  Qaraçoban,  Tənənəm,  Tazıuçan,  Duzdağ,  Cəhriqaşı  və  s.  maili  düzənlikləri  buraya 
daxildir.  İstər  Arazboyu  və  istərsə  də  alçaq  dağlıq  sahələrdə  gilli  süxurlar  geniş  yayılmışdır. 
Bildiyimiz  kimi,  bu  süxurlar  eroziya  proseslərinin  dağıdıcı  təsirinə  məruz  qalır  və  alçaq  dağlıq 
zonada  meylli  yamaclarda  eroziya  nəticəsində  əmələ  gələn  novalar  onun  şiddətli  parçalanmasına 
səbəb  olur.  Nəticədə  bendlend  relyef  forması  əmələ  gəlir.  Bu  relyef  forması  alçaq  dağlıq  zonanın 
yamacları  üçün  xarakterikdir.  Duzdağ,  Ağqaya  sahəsini,  Badamlı  rayonunu  və  s.  buna  misal 
göstərmək  olar  (1, s. 38-40). 
 
Alçaq  dağlıq  zonadan  şimalda  1500-2300  m  mütləq  yüksəklikdə  orta  dağlıq  qurşaq 
yerləşmişdir.  Bu  qurşaq  şimal-qərbdən  başlayaraq  çox  da  geniş  olmayan  sahə  şəklində  cənub-şərqə 
doğru  uzanıb  tədricən  genişlənir.  Ərazi  üçün  dərin  dərələr,  sıldırımlı  yamaclar,  kiçik  dağarası 
çökəkliklər  və  şiddətli  parçalanma  səciyyəvidir.  Orta  dağlıq  qurşaqda  Şada,  Badamlı,  Paradaş  və 
başqa  dağarası  çökəkliklər  yerləşir.  Bu  qurşaq  bir  sıra  çayların  (Arpaçay,  Naxçıvançay,  Əlincəçay, 
Gilançay,  Vənəndçay,  Əylisçay,  Ordubadçay  və  s.)  fəaliyyəti  nəticəsində  şiddətli  parçalanmışdır. 
Orta  dağlıq  qurşaqda  müşahidə  olunan  maraqlı  relyef  formalarından  biri  də,  karlar,  moren  və 
flüvioqlyasial  çöküntülərdir.  Bu  relyef  formaları  Dərələyəz  və  Zəngəzur  silsilələrində  müşahidə 
olunur  (1, s. 40-42). 
 
Dağarası  çökəkliklər  arasında  ən  irisi  Paradaş  çökəkliyidir  və  30  km²  sahəni  əhatə  edir  dibi, 
1300  m  mütləq  yüksəklikdə  yerləşir.  Çökəkliyin  dibi  düz  və  bəzən  kiçik  təpəciklərdən  ibarət  olub, 
erroziya  və  arid-denudasiya  nəticəsində  kəskin  parçalanmışdır. 
 
 Muxtar  respublikanın  şimal  və  şərq  hissələrini  əhatə  edən  yüksək  dağlıq  qurşaq  2300-3904 
m  mütləq  yüksəkliklər  arasında  başlıca  olaraq  Zəngəzur  və  Dərələyəz  silsilələrinin  suayrıcılarını 
tutur.  Morfoloji  xüsusiyyətlərinə  görə  bu  hissə  torpaq  və  bitki  örtüyündən  demək  olar  ki,  məhrum 
olub,  əsasən  dik  zirvələr  və  şiddətli  parçalanmış  qayalıqlardan  ibarətdir.  Bu  zonada  əsasən  subalp 
və  alp  çəmənləri  geniş  sahələr  tutur  (1,  s.  42).  Subalp  çəmənlərinin  xarakter  bitkiləri  Alopecurus 
arundinaceus,  Poa  pratensis,  Hordeum  violaceum,  Prangos  ferulacea,  Astrantia  maxima  və s. alp 
çəmənlərinin  əsas  bitkiləri  isə  Bromopsis  variegata,  Catabrosella  variegata  növləri  Dianthus, 
Jurinea, Thymus, Silene və başqa cinslərin  bir çox növləridir. 
Alçaq  dağlıq  qurşaq  üçün  əsasən  dağ  kserofit  bitkiliyi  xarakterikdir.  Naxçıvan  MR-də  dağlıq 
kserofit  zonası  yovşanlı  yarımsəhralarda  qarışıq  keçid  tipi  yaradaraq,  yuxarılara  doğru  getdikcə 
müstəqil  dağlıq  kserofit  bitkilər  qurşağını  təşkil  edir.  Bir  qayda  olaraq  kserofit  bitkilər  bir-birindən 
aralı  bitməklə,  bütün  vegetasiya  müddətində  açıq  senoz  təşkil  edir.  Burada  çoxillik  otlar  hakim 
mövqe  tutur,  müəyyən  sahələrdə  bir,  çox zaman  isə bir  neçə örtük  əmələ  gətirir. 
Baharın  əvvəlindən  başlayaraq  bitki  növlərinin  biri  digərini  əvəz  edir.  Yazda  əsasən  birillik 
kökümsov  gövdəli,  soğanaqlı  bitkilər  və  bir  sıra  çoxillik  otlar  sürətlə  inkişaf  edir,  çiçəkləyir  və 
toxumlayır.  Kserofit  senozların  son  dərəcə  quraq  şəraitdə  inkişaf  etməsinə  baxmayaraq,  onlar  öz 
inkişafını  çox  sürətlə  başa  çatdırır.  Yayın  əvvəlindən  çoxillik  otların  kütləvi  surətdə  çiçək  açdığı 
dövrdə  bu  zona  xüsusilə  gözəl  olur.  Bir  sıra  kələmkimilərin,  kərəvüzkimilərin  və  başqa  bitkilərin 
boyu  1-1,5  m-ə  çatır.  Yayın  ikinci  yarısında  kserofitlərin  əksəriyyəti  toxumlayır,  yalnız  bəzi 
paxlalıkimilər  və asterkimilər  fəsilələrinə  aid  bitkilər  çiçəkləməkdə  davam  edir  (1, s. 75-76). 
Tədqiqatlar  zamanı  bu  qurşaqdan  toplanmış  Zəngçiçəyikimilər  fəsilə  bitkiləri  nümunələrinin 
təyini 
və  ədəbiyyat  məlumatlarının  araşdırılması  nəticəsində  aşağıdakı  növlər  müəyyən 
olunmuşdur: 
Campanula  glomerata  L.  Culfa  rayonunun  Əbrəqunus  kəndi;  Campanula  rapunculoides  L. 
Culfa  rayonunun  Ərəzin,  Əbrəqunus,  Ordubad  rayonunun  Gənzə  kəndi;  Campanula  daralaghezica 
(Grossh.)  Kolak  &  Serdjukova  Culfa  rayonunun  Ərəzin,  Əbrəqunus,  Şahbuz  rayonunun  Qarababa 
kəndi;  Campanula  coriacea  P.H.  Davis  Kəngərli  rayonunun  Çalxanqala  (02.05.2012),  Babək 
rayonunun  Dərəşam  adlanan  ərazisi;  Campanula  karakuschensis  Grossh.  Babək  rayonunun 

- 57 - 
Dərəşam  adlanan  ərazisi;  Campanula  propinqua  Fisch.  &  C.  A.  Mey.  Kəngərli  rayonunun 
Çalxanqala  (02.05.2012),  Babək  rayonunun  Nehrəm,  Şahbuz  rayonunun  Qarababa  kəndi; 
Campanula  massalskyi  Fomin  Babək  rayonunun  Nehrəm,  Dərəşam  adlanan  ərazsisi;  Campanula 
saxifraga  Bieb.  Babək  rayonunun  Vayxır,  Culfa  rayonunun  Ərəzin,  Gülüstan  (03.04.2013) 
kəndləri ;  Campanula 
stevenii  Bieb.  Kəngərli  rayonunun    Çalxanqala  kəndi;  Asyenuma  pulchellum 
Bornm.  Culfa  rayonunun  Əbrəqunus,  Ordubad  rayonunun  Gənzə  kəndi;  Michauxia  laevigata  Vent. 
Kəngərli  rayonunun  Çalxanqala,  Culfa  rayonunun  Əbrəqunus  kəndləri  yaxınlığından  toplanılmışdır. 
Orta  dağlıq  qurşağın  əsas  bitki  örtüyünü  meşələr  və  yüksək  dağ  bozqırları  təşkil  edir.  Yüksək 
dağ  bozqırları  üçün  başlıca  fitosenoz  olan  topallıq  bozqır  əksər  hallarda  gəvənlə  və  kəklikotu  ilə 
qarışaraq  geniş  sahələri  tutur.  Topallıq  bozqırlar  daşlı  və  qayalı  yerlərdə  açıq  qruplaşmalarla,  rütubətli 
sahələrdə  isə  çəmən  bozqırlarla  yanaşı,  talalar  şəklində  topallı-gəvənli-kəklikotulu  bozqırlar  da 
mövcuddur. 
Naxçıvan  MR-də  meşələr  zonal  xarakter  daşımır.  1700-1800  metrdən  başlayaraq  2000-2200 
metr  arasında  tərəddüd  edir.  Naxçıvan  MR-də  meşələr  çay  və  qar  sularının  çox  olduğu  rütubətli 
torpaqlarda  yaranır.  Buna  görədir  ki,  respublikada  olan  3016  hektar  meşə  sahəsinin  2550  hektarı 
Biçənək  kəndi  ətrafındadır.  Bundan  başqa,  Əlincə  və  Gilan  çaylarının  yuxarı  axınlarında,  Ərəfsə  kəndi 
ətrafında  66  hektar,  Xurs,  Nəsirvaz  kəndləri  yaxınlığında  400  hektara  qədər  talalar  şəklində  meşələr 
(Tillək,  Xəlil,  Cəlil  meşələri)  vardır.  Ümumiyyətlə,  meşələr  Naxçıvan  MR  ərazisinin  0,5  %-ni  əhatə 
edir. 
Muxtar  respublikada  əsas  meşə  bitkiləri  Şərq  palıdı,  adi  vən,  göyrüş,  kserofit  İberiya  ağcaqayını, 
alma,  armud,  alça  və  müxtəlif  yemişan  növləridir.  Kserofit  cənub  yamacları  üçün  armud,  yemişan,  ardıc, 
badam,  zirinc,  murdarça,  itburnu  və digər  növlər  daha səciyyəvidir  (1,  s. 76-79).   
Bir  sıra  ağac  və  kollar  meşələrin  yuxarı  sahələrindən  daha  yüksəklərə  qalxır.  İtburnu,  ardıc, 
pallas  ağtikanı  və başqa kollara  yüksək  dağlıq  sahələrdə
  (Qapıcıq,  Keçəldağ)  rast gəlmək  mümkündür. 
2012-2014-cü  illər  ərzində  bu  zonada  aparılmış  çoxsaylı  ekspedisiyalar  nəticəsində  ərazidən 
nümunələr  toplanılmış,  tədqiq  edilmiş  və  aşağıda  adları  qeyd  olunan  Zəngçiçəyikimilər  müəyyən 
olunmuşdur:
 
Campanula  glomerata  L.  Kəngərli  rayonunun  Qaraquş  dağı  (20.06.2012),  Şahbuz  rayonun 
Ayrınc,  Ordubad  rayonunun  Dırnıs  kəndi;  Campanula  latifolia  L.  Ordubad  rayonunun  Tillək  meşəsi; 
Campanula  rapunculoides  L.  Ordubad  rayonunun  Dırnıs  kəndi;  Campanula  bononiensis  L.  Şahbuz 
rayonunun  Nursu  (10.07.2013)  kəndi;  Campanula  karakuschensis  Grossh.  Şərur  rayonunun  Axura 
(24.05.2012),  Kəngərli  rayonunun  Çalxanqala  kəndi  yaxınlığında  Qaraquş  dağı  (20.06.2012),  Babək 
rayonunun  Noxuddağ  (15.05.2013)  adlanan  ərazisi;  Campanula  propinqua  Fisch.  &  C.  A.  Mey.  Şərur 
rayonunun  Həmzəli,  Axura,  Şahbuz  rayonunun  Badamlı  (24.04.2013)  kəndi ;  Campanula  zangezura 
Kolak.  &  Serdjukova  Ordubad  rayonunun  Dırnıs;  Campanula  bayerniana  Rupr.  Ordubad  şəhərinin 
ətrafı;  Campanula  coriacea  P.H.  Davis  Sədərək  rayonunun  Ardıc  dağı,  Kəngərli  rayonunun  Qaraquş 
dağı  (20.06.2012);  Campanula  stevenii  Bieb.  Kəngərli  rayonunun  Qaraquş  dağı  (20.06.2012),  Culfa 
rayonunun  Qazançı  kəndi  yaxınlığındakı  Berdik  dağı  (23.05.2012),  Şahbuz  rayonunun    Keçili,  Ordubad 
rayonunun  Biləv,  Dırnıs  kəndləri;  Asyenuma  campanuloides  Bornm.  Culfa  rayonunun  Ləkətağ  kəndi; 
Asyenuma  rigidum  Grossh.  Culfa  rayonunun  Ləkətağ  kəndi;  Asyenuma  pulchellum  Bornm.  Şahbuz 
rayonunun  Ayrınc,  Ordubad  rayonunun  Dırnıs,  Culfa  rayonunun  Ləkətağ,  Boyəhməd  kəndləri 
yaxınlığından  toplanılmışdır. 
Yüksək  dağlıq  qurşaq  üçün  subalp  və  alp  çəmənlikləri  xaraterikdir.  2350-2600  m  yüksəklikdə 
ensiz  bir  zolaq  şəklində  uzanır.  Bu  zolaq  Küküçay  hövzəsindən  başlayaraq  Əlincəçay  hövzəsinə  qədər 
suayrıclarında  kəsilib  çay dərələrində  və vadilərində  yenidən  meydana  çıxır.   
Əslinə  qalsa,  muxtar  respublikada  tipik  subalp  çəmənləri  deyil,  subalp  elementlərinin  qarışığı 
olan  mezofil  meşə  çəmənləri  mövcuddur.  Yalnız  Kükü  kəndi  və  Biçənək  meşələrinin  şimal 
qurtaracağında  kiçik  fraqmentlər  şəklində  baş  Qafqaz  dağlarında  olduğu  kimi  ucaboylu,  sıx,  yaxşı 
inkişaf  etmiş  subalp  bitkiliyinə  rast  gəlmək  mümkündür.  Alp  çəmənlikləri  kifayət  qədər  rütubətli,  2900 
metrdən  yüksək  sahələrdə  narın  torpaqlı,  yamacların  şimal,  şimal-qərb  və  şimal-şərq  ekspozisiyalarında 
yayılmışdır.  Alp  çəmənlikləri  talalar  şəklində  respublikamızın  nisbətən  rütubətli  mərkəz  hissəsində 
inkişaf  etdiyi  halda,  onun  cənub  və  şimal  hissələrində  belə  çəmənliklərə  təsadüf  edilmir.  Alp 
çəmənlikləri  Salvartı,  Ağdaban,  Küküdağ,  Keçəldağ,  Ağdağ  və  Qapıcıq  dağlarının  yüksəkliklərində 

- 58 - 
daha  yaxşı  inkişaf  etmişdir.  Lakin  burda  da  alp  çəmənlikləri  kiçik  talalar  şəklində  olub,  heç  yerdə  Baş 
Qafqazda  olduğu  kimi  kilometrlərlə  uzanmır.   
Yüksək  dağlıq  sahənin  kəskin  iqlim  şəraiti,  sutka  daxilində  temperaturun  böyük  amplituda  fərqi, 
soyuq  küləklər,  vegetasiya  dövrünün  qısalığı  bu  bitkilərə  öz  güclü  təsirini  göstərmiş  və  onlar  bu  şəraitə 
davam  gətirmək  üçün  bir  qədər  uyğunlaşmışlar.  Bu  bitkilərin  boyu  çox  qısa  olub  yerə  yayılmış  və 
kökləri  vasitəsilə  yerə bərk  yapışmışdır. 
Yuxarı  alp  zonasının  daşlı  yamaclarında  yayılmış  kirpiyarpaq  yastıotu,  saqqallı  dəliçiçək,  üçdişli 
zəngçiçəyi  və  başqaları  mühitə  uyğunlaşaraq  moxlu  kiçik  gövdələrdən,  yarpaq  və  çətirlərdən  möhkəm 
yastıq  forması  əmələ  gətirmişdir.   
Çox  vaxt  alp  otluğu  (xüsusilə  alp  xalılarında)  2-3  sm-dən  uca  olmur.  Bitkilərin  kiçik  gövdələri 
üzərində  gözəl  çiçəklər  açır.  Bu  bitkilərdən  kökbaşcıqlı  qanqal,  gövdəsiz  yastıqbaş,  Pont  acıçiçəyi, 
üçdişli  zəngçiçəyi  və  başqaları  daha  səciyyəvidir.  Alp  çəmənlikləri  demək  olar  ki,  çoxillik  bitkilərdən 
əmələ gəlmişdir  (1,  s. 81-83).   
Tədqiqatlar  zamanı  ərazidən  xeyli  nümunə  götürülərək  təyin  edilmiş  və  ədəbiyyat  məlumatları 
da 
daxil 
olmaqla 
aşağıda 
adları 
qeyd 
olunan 
Campanulaceae 
Juss.  fəsiləsi  növləri 
müəyyənləşdirilmişdir:   
Campanula  latifolia  L.  Şahbuz  rayonunun  Batabat  zonası  (17.06.2012)  (03.07.2013),  Ordubad 
rayonunun  Məzrə  (12.06.2013)  kəndi;  Campanula  rapunculoides  L.  Culfa  rayonunun  Ərəfsə  (3100m) 
(27.06.2012),  Şahbuz  rayonunun  Kükü  (06.06.2012),  Biçənək  (1800m)  (17.06.2012),  Batabat  massivi 
(04.07.2012)  (03.07.2013),    Ordubad  rayonunun  Parağa,  Pəzməri,  Nürgüt  kəndləri;  Campanula 
bononiensis  L.  Ordubad  rayonunun  Məzrə  (13.06.2012)  kəndi;  Campanula  sclerotricha  Boiss.  Ordubad 
rayonunun  Tivi  kəndinin  Sulu  düz  (2000  m)  adlanan  ərazisi,  Nürgüt,    Nəsirvaz  kəndləri;  Campanula 
daralaghezica  (Grossh.)  Kolak    &  Serdjukova  Şahbuz  rayonunun  Biçənək  (1800m)  (17.06.2012), 
Ordubad  rayonunun  Nəsirvaz,  Nüsnüs  (2347m)  (22.05.2013),  Parağa,  Qapıcıq  və  Soyuq  dağ  əraziləri; 
Campanula  zangezura  Kolak.  &  Serdjukova    Ordubad  rayonunun  Parağa,  Qapıcıq,  Soyuq  dağ  əraziləri; 
Campanula  bayerniana  Rupr.  Babək  rayonunun  Buzqov,  Şahbuz  rayonunun  Kükü  (06.06.2012), 
Batabat  massivi  (04.07.2012),  Keçəldağ  (2700-3000m),  Culfa  rayonunun  Xəzinədərə  (14.05.2014) 
adlanan  ərazisi;  Campanula  coriacea  P.H.  Davis  Şahbuz  rayonunun  Kükü  (06.06.2012),  Ordubad 
rayonunun  Soyuq  dağ  əraziləri;  Campanula  saxifraga  Bieb.  Culfa  rayonunun  Gəlin-qaya  adlı  ərazisi, 
Ordubad  rayonunun  Qapıcıq  dağı;  Campanula  tridentata  Scherb.  Şərur  rayonunun  Ağdaban,  Culfa 
rayonunun  Ərəfsə  kəndinin  Xəzinədərə  adlanan  ərazisi  (14.05.2014),  Şahbuz  rayonunun  Salvartı  dağı, 
Ordubad  rayonunun  Nüsnüs  (2476  m)  (22.05.2013),  Göy-göl,  Pəzməri,  Qapıcıq,  Coşludağ  əraziləri; 
Campanula  stevenii  Bieb.  Babək  rayonunun  Ağ  dağ,  Şahbuz  rayonunun  Dərəboğaz  ərazisi 
(06.06.2012),  Batabatda  göllərin  ətrafı  (04.07.2012),  Keçəl  dağ,  Kükü  (06.06.2012),  Biçənək,  Salvartı, 
Culfa  rayonunun  Ərəfsə  kəndinin  Xəzinədərə  adlanan  ərazisi  (20.06.2012),  Ordubad  rayonunun  Nüsnüs, 
Parağa,  Tivi  (3000  m)  kəndləri;  Asyenuma  amplexicaule  Hand.-  Mazz.  Şahbuz  rayonunun  Biçənək, 
Ordubad  rayonunun  Parağa  kəndi;  Asyenuma  campanuloides  Bornm.  Şahbuz  rayonunun  Biçənək  kəndi; 
Asyenuma  pulchellum  Bornm.  Şahbuz  rayonunun  Biçənək  kəndi;  Culfa  rayonunun  Ərəfsə,  Ordubad 
rayonunun    Nəsirvaz,  Nüs-nüs,  Parağa  kəndləri;  Asyenuma  rigidum  Grossh.  Şahbuz  rayonunun  Biçənək 
(17.06.2012)  kəndləri  yaxınlığından  toplanılmışdır. 
Şaquli 
zonallıqlara 
görə 
Zəngçiçəyikimilər 
fəsiləsinin 
yayılma 
qanunauyğunluğunun 
öyrənilməsi  yuxarıda  qeyd  olunduğu  kimi  alçaq  dağlıq,  orta  dağlıq  və  yüsək  dağlıq  qurşaqları  üzrə 
aparılmışdır.  Naxçıvan  MR  ərazisində  fəsilə  bitkilərinin  rastgəlmə  tezliyi,  yüksəklik  zonaları  üzrə 
paylanma  qanunauyğunluğu,  alçaq  dağlıq,  orta  dağlıq  və  yüksək  dağlıq  qurşaqlarında  yayılma  dərəcələri 
müəyyən  edilmişdir.  Tədqiqatlar  zamanı  yalnız  bir  qurşaqda  rast  gəlinən  növlərin  sayı  alçaq  dağlıq 
qurşaqda  2  [Campanula  massalskyi  Fomin,  M.  Laevigata  Vent.]  və  yüksək  dağlıqda  2  [C.  tridentata 
Scherb.,  A.  Amplexicaule  (Willd.)  Hand.  –  Mazz.]  növ  olmuşdur.  Bundan  başqa,  alçaq  dağlıq-orta  dağlıq 
üçün  ümumi  olan  3  [C.  glomerata  L.,  C.  karakuschensis  Grossh.,  C.  propinqua  Fisch. & C. A. Mey.], 
orta  dağlıq-yüksək  dağlıq  üçü
n  7  [C.  latifolia  L.,  C.  bononiensis  L.,  C.  coriaceae  P.  H.  Davis,  C. 
zangezura  (Lipsky)  Kolak.  &  Serdyuk.,  C.  bayerniana  Rupr.,  A.  campanuloides  (Bieb.  ex  Sims) 
Bornm.,  A.  rigidum  (Willd.)],  alçaq  dağlıq-yüksək  dağlıq  üçün  1  [C.  daralaghezica  (Grossh.) 
Kolak.  &  Serdjukova.]  və  hər  üç  qurşaq  üçün  isə  3  [C.  rapunculoides  L.,  C.  stevenii  Bieb.,  A. 
pulchellum (Fisch.  & C. A. Mey.)]  növ  müəyyən  olunmuşdur. 

- 59 - 
Növlərin  rastgəlmə  tezliyi  də  xeyli  müxtəlifdir,  ən  çox  rast  gəlinən  C.  glomerata  L.,  C. 
rapunculoides  L.,  C.  stevenii  Bieb.,  A.  pulchellum  (Fisch.  &  C.  A.  Mey.),  M.  laevigata  Vent. 
növləridir.  Toplanılan  herbari  nümunələri  Bioresurslar  İnstitutunun  herbari  fonduna  təhvil 
verilmişdir. 
1   ...   5   6   7   8   9   10   11   12   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə