TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   20   21   22   23   24   25   26   27   28

ЯДЯБИЙЙАТ 
 
1.
 
http://www.dissercat.com/content/elektronnye-uchebnye-moduli-kak-sredstvo-
povysheniya-kachestva- znanii-uchashchikhsya-pri-izu 
2.
 
http://www.dissercat.com/content/primenenie-obektno-orientirovannogo-yazyka-
programmirovaniya-visual-basic-application- v-proe 
3.
 
http://www.dissercat.com/content/elektronnye-uchebnye-moduli-kak-sredstvo-
povysheniya-kachestva- znanii-uchashchikhsya-pri-izu; 
4.
 
http://www.dissercat.com/content/pedagogicheskie-osnovy-orientatsii-informatsionno-
kommunikatsionnoi-sredy-na-novye-obrazovat 
 
 
ABSTRACT 
 
The situation  of  applying   of the interactive  education  in higher  schools. 
 
The  articles  deals  with  the  principles  and  structure  of  the  ICT,  information-commu-
nication  training  , its  features  and nature,  its   place  in  the teaching  process, and  size. 
 
                                                            РЕЗЮМЕ 
 
Ситуация применения интерактивного обучения 
В высших учебных заведениях 
Статьи  рассказывается  о  принципы  и  структуры  ИКТ,  а  также  интерактивное 
обучение,  информационно-коммуникатионная  среда,  его  особенностей  и  характера и 
его место в учебном процессе. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz 
Məmmədov 
 
 
 
 
 
 
 
 

- 169 - 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
VALEH  ƏLİXANOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:  796.1 
 
YENİYETMƏ  BOKSÇULARIN  MƏŞQ PROSESİNDƏ BAŞ VERƏN 
 FİZİOLOJİ  DƏYİŞİKLİKLƏR 
 
 
Açar  sözlər:  Yeniyetmə,  boksçu,  fizioloji  dəyişikliklər,  fiziki  inkişaf,  yetkinlik,  məşq 
dövründə təkmilləşmə, intensiv, özünəməxsus, sistem. 
 
Key  words:  teenager,  boxer,  physiological  changes,  physical  development,  maturity, 
improvement in practice period, intensive, specific, system. 
 
Ключевые  слова:  Подросток,  боксер,  физиологические  изменения,  физилогические 
развитие,  зрелость,  совершенствование  во  время  тренировок,  интенсивное,  свособразие, 
система. 
 
Dayaq hərəkət aparatının  xüsusiyyətləri. 
 
Anadan  olandan  2  yaşadək  olan  zaman  istisna  olmaqla,  insanın  dayaq  hərəkət  aparatı  və 
sinir  sistemi,  heç  vaxt  yeniyetməlik  dövründəki  (12-15  yaş)  kimi  daha  intensiv  şəkildə  böyüməklə 
inkişaf  edə  bilməz.  Ətrafların  bir  qədər  intensiv  şəkildə  uzanmasını  qeyd  etmək  lazımdır,  məhz 
buna  görə  də  yeniyetmələr  üçün  xarakter  əlamətlərdən  biri  də  uzun  və  nazik  əl  və  ayaqlardan  hesab 
olunur.  Baxmayaraq  ki,  boyun  uzanması  ilə  bərabər  bədən  çəkisi  də  artır,  lakin  çəki  artımı 
göstəricilərindən  müəyyən  qədər  geri  qalır.  Adətən  yeniyetmələr  arıq  və  hündür  boylu  quruluş 
xüsusiyyətlərinə  malik  olurlar. 
 
İnsan  ən  mürəkkəb  və  müxtəlif  hərəkətləri  icra  etməyə  imkan  verən  dayaq-hərəkət  aparatı, 
skelet  və  əzələlərdən  ibarətdir  ki,  bunlar  da  birlikdə  sümük  əzələ  sistemini  formalaşdırır.  Skelet  - 
kəllə  onurğa  sütünu,  döş  qəfəsi,  bel  və  sərbəst  şöbələr  olan  yuxarı  və  aşağı  ətraf  sümüklərindən 
təşkil  olunmuşdur.  Skeletin  hər  bir  şöbəsinin  inkişafı  özünəməxsusluğu  ilə  seçilir  ki,  bu  da  əsas 
etibarı  ilə  sümükləşmə  müddəti  və  yekun  formalaşma  ilə  bilavasitə  əlaqədardır.  Yeniyetmə 
boksçuların  inkişafının  ilk  anlarında  skeletin  çeviklik  və  elastiklik  kimi  xüsusiyyətlərini  ümumi  bir 
qanunauyğunluq  kimi  qeyd etmək  lazımdır. 
 
Bu  xüsusiyyət  qığırdaq  toxumasının  üstünlük  təşkil  etməsi  və  sümükləşmə  prosesinin 
yekunlaşması  ilə  əlaqədardır.  Sümükləşmə  prosesi  getdikcə  skelet  öz  çeviklik  və  elastikliliyini  itirir 
və  hər  bir  yaşa  müvafiq  olaraq  daha  kövrək  olur  ki,  bunun  da  nəticəsində  sınmaya  meyllilik  çoxalır. 
Q.  İ.Şatkov  və  Şiryayevin  qeyd  etdiyi  kimi  –  bunu  ələxüsus  boksçuların  hərəki  fəaliyyətinin 
təliminin  ilkin  dövrlərində  nəzərdə  saxlamaq  lazımdır. 

- 170 - 
 
 
Sümük  sistemi. 
 
Kəllə  iki  şöbəyə  ayrılır:  beyin  qutusu  və  sifət  hissəsi.  Yaşla  əlaqədar  olaraq,  xüsusən  də  13-
14  yaşdan  başlayaraq  sifət  hissəsi  bütün  istiqamətlərdə  daha  sürətli  şəkildə  inkişaf  edir  və  beyin 
hissəsi  üzərində  üstünlük  əldə  etməyə  başlayır.  Başın  ölçülərinin  böyüməsi  bütün  yaş  dövrlərində 
müşahidə  edilir.  Onun  diametrinin  artımı  nisbətən  zəif  sürətlə  getməklə  il  ərzində  təxminən  0,1  sm 
təşkil  edir.  Lakin  cinsi  yetişkənlik  dövründə  başın  inkişaf  sürəti  kəskin  artır  ki,  bu  təqribən  iki  dəfə 
çox olmaqla  0,2 sm-ə bərabər olur.   
Onurğa  sütunu  boyun,  döş,  bel  və  oma  şöbələrinə  ayrılmaqla  fəqərələrdən  və  fəqərələrarası 
qığırdaq  lövhəciklərindən  (disk)  ibarətdir.  Onurğanın  sümükləşməsi  prosesi  bətndaxili  inkişafdan 
başlamaqla,  14-15  yaşlı  yeniyetmə  boksçularda  cinsi  yetişkənlik  dövründə  gözəçarpan 
dəyişikliklərə  məruz  qalır.  Onurğanın  ayrı-ayrı  şöbələrindəki  fəqərələrin  və  onların  çıxıntılarının 
sümükləşmə  prosesi  müxtəlif  müddətlərdə  baş  verir.  Yeniyetmə  boksçularda  onurğanın  hərəkətliliyi 
və  çevikliyi  uzun  illər  ərzində  qorunub  saxlanılır.  Lakin  artıq  qeyd  olunduğu  kimi,  onurğanın 
sümük  hissəsinin  inkişafının  gözəçarpan  şəkildə  şiddətlənməsi  adətən  14  yaşındakı  dövrdən  17-20 
yaşına  kimi  davam  edir.  Bu  cəhət  yeniyetməlik  yaşında  qamətin  pozuntularının  profilaktikası 
zamanı  xüsusi  nəzərə  alınmalıdır. 
 
Döş  qəfəsi  12  cüt  qabırğadan  ibarətdir  ki,  onlar  arxadan  döş  fəqərələrinə,  ön  tərəfdən  isə  döş 
sümüyünə  birləşmiş  vəziyyətdə  olur.  Döş  qəfəsinin  ölçüləri  yetkin  yaşa  kimi,  tədricən  artmaqda 
davam  edir.  Lakin  cinsi  yetkinlik  dövründə  o  daha  energetik  şəkildə  böyüyür.  Qabırğaların 
sümükləşməsi  körpənin  2  ayından  başlayır  ki,  bu  halda  ilk  sümükləşmə  nöqtələri  6-cı  və  7-ci 
qabırğalarda  müşahidə  olunur  və  bu  proses  20  yaşadək  davam  edir.  Döş  sümüyünün  sümükləşmə 
prosesi  25  yaşda  tamamlanır,  baxmayaraq  ki,  artıq  12-13  yaşda  ölçuləri  istisna  olmaqla,  o  öz 
quruluşuna  görə  yaşlıların  döş qəfəsindən  demək olar  ki,  fərqlənmir.   
 
Çoxsaylı  tədqiqatların  nəticələrindən  məlum  olduğu  kimi,  döş  qəfəsinin  inkişafına  əmək 
fəaliyyəti,  açıq  havada  uzun  müddət  qalmaq  və  əlbəttə  ki,  idmanla  məşğuliyyət,  xüsusən  də  boksda 
çiyin  əzələləri  üçün  spesifik  hərəkətlər  faydalı  təsir  göstərə  bilər.  Skletin  yuxarı  ətraf  şöbəsinin  üst 
hissəsi  iki  cüt  kürək  və  körpücük  sümüklərindən  ibarətdir  ki,  bunların  da  inkişafı  20  yaşadək 
tamamlanır.  Aşağı  ətrafların  yuxarı  hissəsi  olan  çanaq  sümüyü  iki  çanaq  sümüyünün  üst  hissəsi,  iki 
qasıq,  iki  oturaq  və  sarğı  sümüklərinin  birləşməsindən  ibarətdir  ki,  bu  da  özündə  uzun  bir  proses  əks 
etdirməklə  7  yaşından  16  yaşadək  daha  intensiv  və  18-21  yaşlar  arasında  isə  inkişafın  yekunlaşma 
mərhələsi  ilə  təzahür  olunur. 
 
Yuxarı  və  aşağı  ətraflar  boru  formalı  sümüklərdir  ki,  bunların  da  orta  hissəsi  diafiz
sonluqları  isə  epifiz  adlanır.  Sümükləşmə  eləcə  də  epifizlə  diafizin  birləşməsi  erkən  uşaqlıq 
dövründən  başlayır  və  18-20  yaşadək  sona  çatır,  müstəsna  hallarda  bu  proses  25  yaşa  kimi  uzana 
bilər. 
 
Boksda  əl  sümüklərinin  sümükləşməsi  prosesi  özündə  çox  böyük  bir  maraq  doğuran  haldır. 
Bu  barədə  məlumatlı  olmaq  yeniyetmə  boksçularda  tədris  profilaktik  prosesin  səmərəli  təşkili  üçün 
kifayət  qədər  əhəmiyyətlidir.  Əli  təşkil  edən  üç  qrup  sümükləri  göstərmək  olar:  1)Bilək  sümükləri  – 
epifizdə  bazuönü  (mil  və  dirsək  sümükləri)  nahiyədə  iki  sırada  yerləşmiş  səkkiz  xırda  sümüklər. 
2)Əl  sümükləri  –  ovuciçi  5  uzun  sümükdən  ibarətdir.  3)Barmaq  falanqaları.  Belə  ki,  barmaq 
falanqalarının  sümükləşməsi  11  yaşadək,  bilək  sümükləri  isə  12-13  yaşadək  tamamlanır.  Sümük-
ləşmə  nöqteyi  nəzərindən  tam  şəkildə  formalaşmamış  əl  nisbətən  tez  yorulur,  lakin  bununla  bərabər 
yüngül  və  münasib  olan  hərəkətlər  onun  inkişafına  şərait  yaratmış  olur.  Bu,  boks  məşqlərində  12 
yaşdan  qəbul  edilən  uşaqlarla  təşkil  olunmuş  məşq  prosesində  ciddi  diqqət  mərkəzində  olmalıdır. 
Müqayisələr  göstərir  ki,  qeyri  idmançılarla  eyni  çəkiyə  malik  olan  boksçular  onlara  bəzi 
gostəricilərdə  üstün  gəlirlər.  Yeniyetmə  boksçularda  sinənin  çevrəsi,  bədən,  qol,  ayağın  göstəriciləri 
çox  olur.  Göründüyü  kimi  bu  boksda  mühüm  bir  faktordur.  Belə  ki,  uzun  qol  və  ayaqlara  malik  olan 
boksçu  səmərəli  mövqe  tuta  bilməklə,  rəqibin  fəaliyyətinin  asanlıqla  nəzarət  altında  saxlayır,  ona 
yaxınlaşmağa  imkan  vermir,  uzaq  məsafədən  zərbələr  endirir  və s. 
 
Beləliklə,  uşaqların  inkişaf  prosesində  skeletin  sümükləşməsi,  yəni  qığırdaq  toxumasının 
sümük  toxuması  ilə  əvəzlənməsi  baş  verir  ki,  bu  da  orqanizmin  müxtəlif  hissələrində  fərqli 
müddətlərdə  təzahür  olunur.  Bu  inkişaf  sümüklərin  uzununa  və  eninə  böyüməsi,  onun  kimyəvi 

- 171 - 
tərkibinin  dəyişməsi,  kalsium,  fosfor,  maqnezium  duzlarının  artımı  ilə  xarakterizə  olunur.  Belə  ki, 
ayrı-ayrı  sümüklərin  formalaşma  müddəti  nisbi  sabitdir  və  uşaqların  inkişafının  müəyyən 
mərhələləri  ilə  sıx  şəkildə  əlaqədardır.  Onu  da  vurğulamaq  lazımdır  ki,  “sümük  yaşı”  həqiqi 
(bioloji)  yaşın  müəyyən  olunması  üçün  istifadə  olunur. 
Əzələ sistemi. 
 
Sümük  toxumasının  əhəmiyyətli  dərəcədə  inkişafı  boy  ölçülərindən  və  çoxlu  miqdarda 
liflərindən  təşkil  olunmuş  əzələ  toxumasının  inkişafından  bilavasitə  asılıdır.  Əzələ  liflərinin 
üzərində  olan  örtüyün  daxilində  nüvəli  sitoplazma  yerləşir  ki,  onun  enerji  ehtiyatları  məhz  buradan 
qaynaqlanır.  Sitoplazmanın  içərisində  əzələnin  bir  ucundan  digər  tərəfinədək  təqqəllüs  lifləri  – 
miofibrillər  uzanır. 
 
Yaşla  əlaqədar  olaraq  əzələlərin  uzununa  böyüməsi  skeletin  böyüməsinə  müvafiq  olaraq  baş 
verir.  Əzələ  kütləsi  qeyri-bərabər  sürətlə  artır.  İlk  15  il  ərzində  əzələlərin  kütləsi  9%-ə  kimi  artır. 
Lakin  növbəti  2-3  il  ərzində  isə  bu  artım  12%  təşkil  edir.  Belə  ki,  bu  yaşdan  sonra  əzələ  kütləsi 
artmaqla  bədən  çəkisinin  23,3%-nə  kimi  çatır.  12  yaşda  bu  göstərici  təxminən  29,8%,  15  yaşda 
32,6%-ə  qədər  yüksəlir,  lakin  16  yaşda  cəmi  44,2%-dən  ibarət  olur.  Beləliklə  əzələnin  intensiv 
artımının  15-17  yaş  arasında  olmasını  qeyd  etmək  lazımdır.  Yaşlılarda  bu  göstərici  40%-ə  enir, 
yüksək  dərəcəli  idmançılarda  50% və daha artıq  olur. 
 
Əzələnin  böyüməsi  ilə  yanaşı  onun  eninə  boyüməsi  də  baş  verir  ki,  bu  da  əsas  etibarı  ilə 
(90%)  əzələ  liflərinin  diametrinin  artımı  hesabına,  kifayət  qədər  az  miqdarda  isə  (10%)  yeni  əzələ 
liflərinin  yaranması  hesabına  təzahür  olunur.  Əzələnin  diametrinin  böyüməsi,  onun  artım  tempi 
kiçik  məktəbli  yaşından  başlayaraq,  bir  çoxlarında  hərəki  fəallıqla  təyin  olunur.  Belə  ki,  çiyinin 
ikibaşlı  və  baldırın  dördbaşlı  təqqəllüs  əzələlərinin  eninə  olan  ölçüləri  12  yaşa  kimi  6  dəfə,  17  yaşa 
kimi  isə  8  dəfə  böyüyür.  12-15  yaşlı  yeniyetmələrdə  yaşlılarla  müqayisədə  əzələlərin  böyük  ək-
səriyyətinin  bir  növ  birləşdirici  toxuma  strukturları  ilə  bərkidilməsi,  daha  az  dərəcədə  müşahidə 
olunur. 
 
Ayaq  əzələləri  əl  əzələlərinə  nisbətən  daha  yüklü  templi  inkişaf  göstəricilərinə  malikdir. 
Açıcı  əzələlərin  böyümə  tempi  bükücü  əzələlərin  böyümə  tempindən  üstün  olur.  Digər  əzələlərdən 
öncə  fəaliyyəti  ilə  seçilən  və  daha  çox  yüklənmələrə  məruz  qalan  əzələlərin  artımı  müqayisədə  daha 
tez  artıma  məruz  qalır. 
 
7-14  yaş  dövründəki  əzələ  toxumasının  artım  prosesləri  fibrilizasiyadan  əvvəl,  eləcə  də 
birləşdirici  toxumanın  təşkili  hesabına  kəskin  sürətdə  şiddətlənir.  Məhz  bu  zaman  əzələnin  bir  orqan 
və  onun  quruluş  elementinin  inkişafı  kimi  mühüm  fərqlənmə  xüsusiyyəti  təzahür  olunur.  Əzələnin 
Vətər  komponenti,  əzələ  toxuması  ilə  nisbətdə  üstünlük  əldə  etməyə  başlayır.  Damar  sisteminin 
inkişafı  əzələlərin  qanla  zəngin  təchizini  təmin  edir.  Bu  dövrdə  əsas  etibarı  ilə  sinirləşmənin 
formalaşması  yekunlaşır.  Hərəki  fəaliyyət  quruluşunun  formalaşmasına  təsir  edir  ki,  bu  da  təxminən 
yaşlılarda  olan  göstəriciləri  özündə  təcəssüm  etdirir.  Əzələlərin  onların  damar  sisteminin  və 
sinirləşmənin  inkişafı  25-30 yaşa kimi  davam  edir. 
Mərkəzi sinir  sisteminin  fizioloji  təzahürləri. 
 
Yeniyetməlik  dövründə  sinir  sisteminin  xüsusiyyətləri  –  Sinir  sisteminin  inkişaf  xarakteri 
uşaq  anadan  olan  zaman  onun  beyninin  hələ  yekun  şəkildə  tam  formalaşmamasından  xəbər  verir, 
baxmayaraq  ki,  o  quruluşuna  və  anatomik  formasına  görə  yaşlı  beyindən  çox  az  şəkildə  fərqlənir. 
Beynin  çəkisi  həyatın  ilk  doqquz  ilində  kəskin  şəkildə  artaraq  təxminən  1300qr  səviyyəsinə  çatır  ki, 
bu  da  yaşlı  beynin  kütləsindən  təqribən  100qr  azdır.  Bütün  orqanizmdə  gözəçarpan  dəyişikliklərlə 
təzahür  olunan  cinsi  yetişkənlik  dövründə  beyin  maddələrinin  çəkisinin  demək  olar  ki,  dəyişməməsi 
halı  özündə  böyük  maraq  doğurur.  Lakin  bu  dövrdə  beyində  hər  hansı  istənilən  dəyişikliyin 
olmaması  barədə  fikir  söyləmək,  təbii  ki,  yanlış  olar.  Orqanizmin  bütün  inkişaf  dövrlərində,  o 
cümlədən  də  yeniyetməlik  yaşında  beyində  həssas  histoloji  və  funksional  dəyişikliklərin 
mövcudluğunu  subuta  yetirə  biləcək  kifayət  qədər  göstəricilər  mövcuddur.  Uşaq  həyatının 
uzunmüddətli  dövrü  ərzində  baş  beyin  qabığının  şırım  və  qırışlarının  yaranması  baş  verir  ki, 
bununla  da təxminən  7-14 yaş civarında  quruluş  etibarı  ilə  yaşlı  beyin  formasına  uyğun  olur. 
 
Uzunsov  beyin  funksionallıq  baxımından  müəyyən  dərəcədə  əhəmiyyətli  hesab  edilməklə, 
orada  tənəffüs,  ürək  damar  sistemi,  həzm  orqanlarının  mərkəzləri  yerləşir  və  bundan  sonra  isə  orta 

- 172 - 
beyin  gəlir.  14-15  yaşlı  yeniyetmənin  onurğa  beyninin  çəkisi    və  ölçüləri  4-5  dəfəyədək  artır. 
Onurğa  beyninin  uzunluğu  boy göstəricilərinə  görə  müxtəlif  olur. 
 
Vegetativ  sinir  sisteminin  iki  -  simpatik  və  parasimpatik  şöbələrinin  ilkin  mərhələdə  olan 
inkişafı  qeyri-bərabər  keçir.  Əksər  tədqiqatçıların  fikrincə  7  yaşına  kimi  simpatik  sinir  sisteminin 
üstünlük  təşkil  edən  təsiri  daha  çox  müşahidə  olunur.  Artıq  14-15  yaşa  kimi  yeniyetmə 
orqanizmində  bu  iki  sistemin  nisbətən  bərabər  təsirinin  şahidi  olmaq  olar  ki,  bu  da  ələxüsus  idmanla 
məşğul  olan  şəxslərdə  təzahür  olunur. 
 
Yeniyetmələrdə  beynin  morfoloji  baxımdan  formalaşması  ilə  yanaşı  ali  sinir  fəaliyyətinin  də 
inkişafı  baş  verir  və  bunlar  baş  beyinin  böyük  yarımkürələri  qabığının  assosiativ  liflərinin  şiddətli 
artımı  ilə  xarakterizə  olunur.  Bu  beynin  ayrı-ayrı  hissələri  və  müxtəlif  şöbələri  arasında  qarşılıqlı 
əlaqəni  daha  da  möhkəmləndirməyi  təmin  etməklə  qavrayış  və  yaddaş  proseslərinin 
təkmilləşməsinə  səbəb  olur.    Bununla  baş  beyinin  morfoloji  yetkinliyi  yaşlı  insan  səviyyəsinə 
çatmış  olur. 
 
Yeniyetmələrdə  oyanma  proseslərinin  ləngiməyə  nisbətən  üstünlük  təşkil  etməsinin  əsas 
səbəbi  kimi  onlarda  psixi  dəyişikliklər,  yəni  sıxıntı  vəziyyətindən  cəld  bir  halda  sevinc  vəziyyətinə 
və  əksinə  keçid  halları  qeyd  oluna  bilər.  Tədricən  fərqləndirilmiş  ləngimə  azalır,  qıcıqlara  qarşı  şərti 
reflektor  reaksiyalar  daha  az  adekvat  olmaqla,  bir  qədər  “coşqun”  xarakterli  əks  olunurlar. 
Yeniyetmənin  hərəki  fəaliyyətinin  çox  tez-tez  lüzumsuz  şəkildə  bir  sıra  lazımsız  əzələ  təqqəllüsü  ilə 
təzahür  olunan  çoxsaylı  əlavə  hərəkətlərlə  xarakterizə  olunması  faktı  qismən  də  olsa  bununla  izah 
olunur.  Şərti  reflekslər  vasitəsiz  siqnallara  qarşı  tez,  lakin  mürəkkəb  siqnallara  qarşı  isə  zəif  şəkildə 
təşkil  olunur.  Yaşlılara  qarşı  kəskin  tənqidi  münasibət  aşkara  çıxarır,  küsəyənlik,  əsəbilik  təzahür 
olunur,  bəzən  də  emosional  pozuntular,  kəskin  yorğunluq  halları  müşahidə  edillir.  Bəzi  vegetativ 
funksiyalarda  da  fərqli  xüsusiyyətlər  aşkara  çıxmaqla,  təngənəfəslik,  ürək  nahiyəsində,    ağrılar  ürək 
döyüntülərinin  güclənməsi  və  s.  olması  qeyd  olunur.  Bununla  əlaqədar  olaraq  məşqçidən 
yeniyetmələrdə  oyanıcılığın  azaldılmasına,  təmkinlik  keyfiyyətinin  və  ləngimə  proseslərinin 
tərbiyəsinə  yönəldilmiş  yüksək  pedaqoji  ustalıq  tələb  olunur.  Məhz  buna  görə  də  yeniyetmə  boks-
çularla  təlim  məşq  prosesinin  düzgün  təşkili  və  keçirilməsi  çox  mürəkkəb  bir  xarakter  daşıyır.  Məşq 
yüklərinin  həcm  və  intensivliyinin  müəyyən  olunması  zamanı  məşqçi  onu  da  unutmamalıdır  ki, 
məşq  zamanı  yeniyetmə  idmançının  emosional  fəal  istirahəti  təmin  olunmalı  və  sinir  sistemi  kəskin 
formada  yüklənməməlidir.  Dolayısı  ilə  fizioloji  yüklərin  artımı  müntəzəmlilik  və  ardıcıllıq 
prinsipinə  istinad  etməlidir.  Beləliklə,  V.İ.  Eqozinan  da  qeyd  etdiyi  kimi,  boksla  məşğul  olmaqdan 
ötrü  daha  perspektivli  uşaqların  seçimi  zamanı  məqsədəuyğun  şəkildə  ali  sinir  fəaliyyətinin  tipoloji 
xüsusiyyətlərinin  müəyyən  olunmasına  xüsusi  diqqət  yetirmək  lazımdır  və  güclü  mütəhərrik 
müqavimətli  müvazinətli  sinir  proseslərinə  malik  olan  yeniyetmələrə  üstünlük  vermək  lazımdır, 
bütün  bunları  da psixoloji  testlərlə  müəyyən  etmək  mümkündür. 
 
 
Şərti reflekslərin boksçu fəaliyyətində rolu. 
 
Baş  beynin  və  onun  qabıq  maddəsinin  fəaliyyəti  şərti  və  şərtsiz  reflekslər  əsasında  gedir. 
Şərti  reflekslər  sərtsiz  refleksdən  yaranır.  Şərtsiz  reflekslər  orqanizmin  xarici  mühitə 
uyğunlaşmasının  əsasında  duran  ilk  reflekslərdir.  Boksçularda  da  məşq  prosesində  yaranan 
vərdişlərin  əsasını  şərti  reflekslər  təşkil  edir.  II  siqnai  sistemi  yalnız  insana  xas  olan  sözlə  yaranan 
şərti  reflekslər  sistemidir  ki,  söz  siqnalizasiya,  nitq  danışıq  vasitəsilə  məşqçi  və  boksçu  arasında 
yaranan  qarşılıqlı  ünsiyyət  daha dəqiq  izlər  buraxır. 
 
Boksçunun  çoxcəhətli  –  mürəkkəb,  çevik  hərəkətləri  mərkəzi  sinir  sistemində  (MSS)  gedən 
proseslərin  intensivliyinə  təsir  edir.  Boksçunun  rəqibinə  vurduğu  zərbənin  dəqiqliyi  və  gücü  onun 
hərəkətlərinin  kordinasiya  sürətindən  asılıdır.  Beyin  qabığında  gedən  sinir  proseslərinin  –  oyanma 
və  ləngimə  prosesinin  sürətlə  bir-birini  əvəz  etməsi  əzələlərin  yığılması  və  boşalması  üçün  optimal 
şərait  yradır,  müxtəlif  zərbələrə  qarşı  vaxtında  və düzgün  reaksiyanın  yaranmasına  imkan  verir. 
 
Rinqdə  boksçunun  düzgün  və  cəld  hərəkətlərindən  ötrü  beyninə  gələn  informasiyanın 
vaxtında  və  dəqiq  analizi  çox  böyük  əhəmiyyətə  malikdir.  Yüksək  dərəcəli  boksçularda  beyinə 
gələn  informasiyalar  çox  tez  təhlil  olunur  və  yaranan  cavab  reaksiyası  işçi  üz  və  fəaliyyət  üçün 
göndərilir.  Bütün  bunlar  boksçunun  intelektual  səviyyəsindən  çox  asılıdır.  Boksçunun  əl 
barmaqlarının  titrəməsi  MSS-nin  fəaliyyətə  hazır  olmasına  bir işarədir. 

- 173 - 
Bununla  belə,  15  yaşından  sonra  ikinci  siqnal  sisteminin  rolunun  getdikcə  artması  faktını  da 
nəzərdən  qaçırmaq  olmaz.  Oyanma  prosesləri  beyin  qabığında  və  qabıqaltı  sahələrdə  zəifləyir. 
Daxili  tormozlanma  şiddətlənir  və  yeniyetmə  iki  siqnal  sisteminin  –  beyin  qabığı,  qabıqaltı  sahələr 
və hissiyat  orqanlarının  spesifik  dəyişikliklərinə  istinadən  gənclik  dövrünə  qədəm  qoyur. 
 
 
Sensor sistemlərin  inkişafı  və boksda rolu. 
 
Uşaq  yaşlarında  sensor  sistemlər  (analizatorlar)  intensiv  şəkildə  inkişaf  edir.  Artıq  10-13 
yaşlarında  görmə,  hərəki,  vestibulyar,  taktil  (toxunma)  və  digər  analizatorlar  yaşlılarla  müqayisədə 
demək  olar  ki,  çox  cüzi  gözəçarpmaz  dərəcədə  fərqlənirlər.  Boksçu  üçün  analizatorların  əhəmiyyəti 
böyükdür,  onların  köməyi  ilə  vuracağı  hədəfi  düzgün  təyin  etmək,  zərbəni  düzgün  atmaq,  rəqiblə  öz 
arasındakı  məsafəni  müəyyən  etmək,  rəqibinin  zərbəsindən  qorunmaq  üçün  ani  vaxtda  reaksiya 
vermək  və  döyüşdə  başqa  mühüm  məsələləri  həll  etməkdə  kömək  edir.  Analizatorlar  orqanizmdə 
yerləşən  ən mükəmməl  cihazdır. 
 
 
 
Görmə  analizatoru. 
 
Bu  insanın  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsini  təmin  edən  çox  mühüm  hissiyat  orqanıdır. 
Görmə  analizatorunun  periferik  hissəsi  göz  hesab  olunur.  Onun  içərisində  göz  alması  vardır  ki,  bu 
da  üç  selikli  qişadan  ibarət  olan  kapsul  ilə  məhdudlaşır.  İşıq  hiss  edən  təbəqə  üçüncü  qat  –  tor  qişa 
sayılır  ki,  o  da  işığa  həssas  hüceyrələrdən  (reseptorlardan)  –  çöpcüklərdən  və  kolbacıqlardan  təşkil 
olunmaqla,  sinir  hüceyrlərinin  köməyi  ilə  alınmış  impulsları  beyinə  ötürür.  İşıq  qıcıqlarının  ali 
səviyyəli  analiz  və sintezi  baş beyin  qabığının  ənsə  nahiyəsində  həyata  keçirilir.   
 
Boksçu  görmə  itiliyi  və  sahəsi  kifayət  qədər  mühüm  funksiyalardan  hesab  edilir.  Görmə 
itiliyi  gözün  görməsi  üçün  mümkün  olan  məkanda  əşyanı  görmək,  onun  forması,  rəngi  və  ölçülərini 
fərqləndirmək,  eləcə  də  yerləşmə  məsafəsini,  hərəkət  edəcəyi  istiqaməti  müəyyən  etməklə 
xarakterizə  olunur.  Görmə  sahəsi  isə  gözün  bir  nöqtəyə  baxma  vəziyyətində  bütün  gördüyü  sahəyə 
deyilir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin