1
İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ
İSTİFADƏÇİ TƏLİMATI
Siz Bu Təlimatın köməyi ilə
İnternet Bankçılıq Sistemində
olan aşağıdakı funksiyalardan istifadə edə bilərsiniz:
Sistemə qoşulma
............................................................................................................................. 2
Hesabların izlənilməsi/hesabdan çıxarışlar ................................................................................. 3
Ödənişlər ......................................................................................................................................... 6
Kartlar
.......................................................................................................................................... 16
Kreditlər
........................................................................................................................................ 19
Əmanətlər ...................................................................................................................................... 23
Servis
.............................................................................................................................................. 24
Personalizasiya
.............................................................................................................................. 26
2
1.
SİSTEMƏ QOŞULMA
1.1.
İnternet Bankçılıq Sisteminə Bank VTB (Azərbaycan) (bundan sunra Bank adlandırılacaq)
hesabı olan şəxslər qoşula bilər.
1.2.
İnternet Bankçılıq Sisteminə qoşulmaq üçün Sizə Bankın Baş ofisinə/filiallarına müraciət
edərək, xidmətə qoşulma haqqında ərizəni doldurub Bankın əməkdaşı təqdim etdiyi 2
nüsxədən ibarət “Elektron Bankçılıq xidmətinin aparılması haqqında Müqaviləni” imzalamaq
lazımdır.
1.3.
Bankın saytında İnternet Bankçılıq düyməsini aktivləşdirin
https://online.vtb.az/
1.4.
Sistemə daxil olmaq üçün Sizə e-mail ünvanı vasitəsilə istifadəçi adı (login) və qoşulma
haqqında ərizədə göstərdiyiniz mobil telefon nömrənizə şifrə göndərilir.
1.4.1.
Şifrə 8 latın əlifbası hərflərindən və rəqəmlərdən az olmamalı və istifadəçi adına (login)
oxşamamalıdır.
1.4.2.
Tələb olunan PİN kodu daxil edin
1.4.3.
İlk qoşulmada Sistem şifrəni dəyişməyi təklif edəcək.
1.5.
Sistemə girişdən sonra Siz Əsas Səhifəyə daxil olacaqsız.
Biristifadəlik TAN-kod vasitəsilə Sistemə daxil ol:
ASAN-İMZA vasitəsilə Sistemə daxil ol:
3
Bank VTB (Azərbaycan) İnternet Bank Sisteminin Əsas Səhifəsi:
1.6.
Ana Səhifə bir neçə sahəyə bölünmüşdür və hansıları ki, Sizə rahat şəkildə uyğunlaşdıra
bilərsiniz.
Menyu bölmələri:
1.7.
Menyuda olan bölmələri seçərək, Siz Sistemin müvafiq səhifəsinə daxil olacaqsız.
2.
HESABLARIN İZLƏNMƏSİ/HESABDAN ÇIXARIŞLARIN ALINMASI
2.1.
Bu bölümdə Siz bütün hesablarınız haqqında məlumatları izləyə bilərsiniz
4
Hesablar üzrə məlumat
2.1.1.
Hesabı seçdikdə (1) Siz həmin hesab haqqında daha geniş məlumat əldə edəcəksiz
2.1.2.
Seçim etdikdə (2), Siz aşağıda təsvir edilmiş qaydada bu hesabınız üzrə bir sıra əməliyyat
həyata keçirə bilərsiniz.
2.1.3.
Seçim etdikdə (3), Siz məlumatı Adobe Acrobat (pdf) və ya Excel formatına çıxarış edə
bilərsiniz.
Hesabı seçdikdə (2.1.1. bənd)
5
2.2.
Bu hissədə Siz İnternet Bankinq vasitəsilə aparılan əməliyyatları izləyə bilərsiniz:
2.2.1.
İzləmək istədiyiniz Hesab və Dövrü seçməyiniz lazımdır.
2.2.2.
Həmçinin Filtr funksiyası mövcüddür.
2.3.
Hesab üzrə əməliyyatların tarixçəsi hissədə Siz keçirilmiş bütün tranzaksiyalar haqqında
məlumat əldə edə bilərsiniz, istər İnternet Bankinq vasitəsilə aparılan, istər digər vasitələr ilə
aparılan (Bankın filiallarında, bankomatlarda, ödəniş terminallarında).
6
2.4.
Paket tranzaksiyaların statusu hissəsində Siz paket ödənişlərin siyahısını və onların aktual
statuslarını görə bilərsiniz.
3.
ÖDƏNİŞLƏR
3.1.
Faktura ödənişləri bölümündə Siz kommunal ödənişlər, mobil telefon hesablarının
artırılması, digər banklarda kredit ödənişləri və bir çox başqa ödənişləri həyata keçirə
bilərsiniz.
3.1.1.
Ödənişin keçirilməsi üçün ödəniş aparılacaq hesabı siyahıdan müəyyən edib Kateqoriya,
Şirkətin adı, Məbləğ və s. seçirsiniz.
7
3.1.2.
Ödəmə Tarixi hissəsində Siz həmçinin gələcək ödənişin tarixini seçə bilərsiniz.
3.1.3.
Davam etdikdən sonra Sizə ödənişin detalları göstəriləcək
3.1.4.
Geri seçdikdə, Siz əvvəlki səhifəyə qayıtmaqla düzəlişlər edə bilərsiniz. Siz Təsdiq etdikdə
ödəniş həyata keçəcək.
3.1.5.
Ödəniş təsdiq edildikdən sonra, Siz onu gələcəkdə istifadə etmək üçün saxlaya bilərsiniz.
3.1.6.
Bunu etmək üçün, Şablonlar hissəsinə müvafiq ad daxil edib Yadda saxla funksiyasını
seçin.
8
3.2.
Şəxsi hesablar arasında köçürmə
3.2.1.
Vəsaitin köçürəcəyiniz hesabı və vəsaitin hansı hesaba köçürülməli olan hesabı seçib,
köçürmənin məbləğini, tarixini və təyinatını qeyd edirsiz.
3.2.2.
Təsdiq edildikdən sonra köçürmə həyata keçiriləcəkdir.
3.3.
Bank VTB Azərbaycan daxilində vəsaitin köçürülməsi.
9
3.3.1.
İlk öncə vəsaitin köçürüləcəyi hesabı seçmək lazımdır. Ardınca Faydalanan şəxs
haqqında məlumatları daxil etmək lazımdır.
3.3.2.
Məlumatların daxil edilməsini iki üslubu mövcuddur.
3.3.3.
Siz həmin Faydalanan şəxsa gələcəkdədə vəsait göndərmək planlaşdırırsınızsa, lazımi
məlumatları daxil etdikdən sonra Yadda saxla seçimini edib gələcək istifadə üçün
qoruyub saxlaya bilərsiniz.
3.4.
Əgər Faydalanan şəxs məlumatları yadda saxlanmışdırsa, onda siyahıdan lazımi adı seçmək
kifayət edir və məlumatlar avtomatik olaraq doldurulur.
3.4.1.
Faydalanan şəxs haqqında məlumatlara baxmaq və redaktə etmək üçün Faydalanan
şəxsin məlumatları bölməsinə daxil etmək lazımdır.
3.4.2.
Daha sonra köçürmənin detallarını daxil etmək lazımdır: məbləğ, valyuta, təyinat və tarix.
3.4.3.
Digər köçürmə/ödənişlərdə olduğu kimi, Siz gələcək tarixi seçə bilərsiniz.
3.4.4.
Daxil edilmiş məlumatların düzgünlüyünü növbəti səhifədə təsdiq etdikdən sonra,
köçürmə həyata keçəcəkdir.
3.5.
Azərbaycan daxilində fəaliyyət göstərən digər bankların müştərilərinə vəsaitin
köçürülməsi
3.5.1.
Bu tip köçürmələrin detalları Bankın digər müştərilərinə vəsaitlərin köçürülməsi ilə
eynidir.
10
3.6.
Beynəlxalq köçürmələr
3.6.1.
Bu köçürmənin əvvəlkilərdən fərqləndirən cəhəti, Vasitəçi Bank hissəsində vasitəçi
bank haqqında məlumat daxil etmək imkanıdır, həmçinin Xərclər qarşılanmalıdır
sətirində komissiya ödənişi haqqında məlumat əlavə etmək
3.6.2.
Bu növ ödəniş tapşırıqlarının həyata keçirilməsi üçün, tələb olunan sənədləri Mesajlar
menyusunun Ümumi müraciətlər hissəsinə əlavə etmək və mətn xanasına elektron
sənədin nömrəsini əlavə etmək lazımdır. Mesaj göndərildikdən sonra üç iş günü ərzində
sənədlərin əslini Banka təqdim etmək vacibdir.
11
3.7.
Büdcə ödəmələr
3.7.1.
Bu bölümdən istifadə etdikdə, Siz büdcə ödənişi həyata keçirə bilərsiniz. Bunun üçün
hansı orqana ödəniş etməyi seçim etmək lazımdır.
12
3.7.2.
Köçürmənin növünü seçin
3.7.3.
Sonra digər ödənişlərdə olduğu kimi, məbləği, tarixi və təyinatı.
3.8.
Rublda ödəmələr
3.8.1.
Bu funksional vasitəsilə Siz Rusiyaya və Rusiyadan kənara rubl köçürmələri həyata
keçirə bilərsiniz.
13
3.9.
Kütləvi ödənişlər
3.9.1.
Kütləvi ödənişləri həyata keçirmək üçün Sizə müvafiq formatda Notepad fayl yaratmaq
(formatları kütləvi ödənişlər pəncərəsinin yuxarı sağ küncündə ? əldə edə bilərsiniz) və
İnternet Bankçılıq Sisiteminə yükləmək gərəkdir. Sonra əməliyyatı Təsdiq etmək.
14
3.10.
Şablonlar
3.10.1.
Şablonlar bölməsində Siz əvvəl saxladığınız şablonları seçərək onlarla əməliyyat
keçirə bilərsiniz.
3.10.2.
Bunun üçün Yüklə seçimi etmək lazımdır.
3.11.
Müntəzəm ödənişlərə xidmət
3.11.1.
Bu bölümdə Siz, müəyyən olunmuş dövrlərdə avtomatik icra olunma imkanı olan
ödənişlər yarada bilərsiniz.
3.11.2.
Təkrarlanan həm kommunal ödənişlər həm də köçürmələr yarada bilərsiniz.
3.11.3.
Bunun üçün Siz Hesabların Müntəzəm ödənişi və ya Təkrarlanan pul köçürməsi
seçim edirsiniz.
15
Hesabların Müntəzəm ödənişi
Təkrarlanan pul köçürməsi
3.11.4.
Açılan pəncərədə tələb olan məlumatı daxil edib və ödənişin keçirilmə müntəzəmliyini
təyin edirsiz.
16
3.11.5.
Yadda saxladıqdan və avtomatik ödənişi təsdiq etdikdən sonra, o ümumi siyahıda əks
olunacaq, həmçinin onu redaktə və silmək mümkün olacaqdır.
3.12.
Kütləvi Ödənişlərin təsdiqi
3.12.1.
Kütləvi Ödənişlərin təsdiqi funksiyası müştərinin rahatlığı üçün yaradılmışdır, bu
pəncərə vasitəsilə müştəri rahatlıqla bir əməlliyatla bir neçə hesablara köçürmə
əməliyyatını təsdiq edə biləcəkdir.
3.13.
Avtorizasiya gözləyən
3.13.1.
Avtorizasiya gözləyən funksiyası vasitəsilə Siz avtorizasiya gözləyən əməliyyatları
təsdiq və yaxud ləğv edə bilərsiniz.
3.14.
Ödəyiciyə /hesablara xidmət
3.14.1.
Bu hissədə Siz faydalanan şəxsi əlavə edə, redaktə edə və ya silə bilərsiniz.
3.14.2.
Yeni faydalanan şəxs yaratmaq üçün Yeni alan şəxs seçim edərək Bank və hesablar
haqqında məlumat daxil etmək lazımdır.
3.14.3.
Yadda saxla seçimi etdikdən sonra qeyd etdiyiniz Faydalan şəxsin növündən asılı
olmayaraq ona köçürmə və ödənişləri həyata keçirmək mümkün olacaqdır. Misal, əgər
Faydalanan şəxs — Bank VTB (Azərbaycan) hesabı olan şirkətdir, bu halda Bank daxili
köçürmələr yaratdıqda o Faydalanan şəxslərin siyahısında əks olunacaqdır və müvafiq
olaraq digər köçürmə növlərində əks olunmayacaqdır.
4.
KARTLAR
4.1.
Kart bölməsində Siz kartlar barəsində məlumat əldə edib həmçinin müəyyən əməliyyatlar
həyata keçirə bilərsiniz.
4.2.
Kartları göstər hissəsində Sizin aktiv kartlarınız haqqında məlumat vardır.
4.3.
Kartın üzərində seçim etdikdə Siz həmin kart üzrə daha geniş məlumat əldə edə bilərsiniz
4.3.1.
Burada Siz həmçinin kartınızı bloklaşdıra və blokdan çıxara bilərsiniz.
17
4.4.
Kart siyahısında hərəkət düyməsini seçdikdə Sizin üçün növbəti imkanlar yaranacaqdır:
4.5.
Kredit kartı üzrə əməliyyatların tarixcəsi. Lazım olan əməliyyat dövrünü seçdikdən sonra,
Axtarış düyməsini seçirsiz.
18
4.6.
Kartdan karta köçürmələr (Card-to-Card).
4.6.1.
Kartdan karta köçürmə hissəsində Siz öz kartınızdan digər karta vəsait köçürə
bilərsiniz.
4.6.2.
Vəsait köçürmək istədiyiniz kartın məlumatlarını, məbləği, köçürmənin təyinatı daxil
edib Davam et seçimi edin.
4.6.3.
Köçürməni həyata keçirmək üçün, daxil edilmiş məlumatların doğruluğunu yoxladıqdan
sonra Təsdiq edirsiz.
4.7.
SMS məlumatlandırma
4.7.1.
Bu hissədə Siz göstərilən əməliyyatlar üzrə SMS bildiriş funksiyasını aktivləşdirə
bilərsiniz.
19
4.8.
Kart sifarişi
4.8.1.
Kart sifarişi hissəsində Siz banka müvafiq sifariş göndərə bilərsiniz.
4.8.2.
Bunun üçün kartın növünü, qüvvədə olma müddətini, valyutasını, kartı götürmək
istədiyiniz filialı, məxfi sözü və kartın üzərində əks olunacaq adı.
4.8.3.
Şərtləri qəbul etdikdən və Təsdiq etdikdə Sizin sifarişiniz Bankın səlahiyyətli
əməkdaşlarına yönəldiləcəkdir.
4.8.4.
5 iş günü ərzində Bankın əməkdaşı Sizinlə əlaqə saxlayacaq.
4.9.
Kart üzrə əməliyyatların tarixçəsi
4.9.1.
Bu hissədə Siz seçdiyiniz kart üzrə aparılmış əməliyyatların tarixçəsinə baxa bilərsiniz.
5.
KREDİTLƏR
5.1.
Mənim kreditlərim
5.1.1.
Bu bölümdə Siz öz kreditləriniz barəsində və onlarla aparılmış əməliyyatlar haqqında
məlumatları izləyə bilərsiniz.
20
5.1.2.
Krediti seçdikdən sonra daha ətraflı məlumat əldə etmək mümkündür
5.2.
Kreditin ödənişi
5.2.1.
Kredit ödənişi seçimi etdikdən sonra Siz hesabda olan vəsaitlə mövcud borc üzrə ödəniş
edə bilərsiniz.
5.2.2.
Ödəniş edəcəyiniz kredit hesabını seçin, məbləği və ödənişin təyinatını daxil edin. Təsdiq
etdikdən sonra ödəniş həyata keçəcəkdir.
21
5.3.
Ödəniş qrafikinə baxış
5.4.
Ödəniş tarixçəsinə baxış
5.5.
Kredit sifarişi
22
5.5.1.
Bu bölümdə Siz kredit kalkulyatorundan istifadə etməklə kredi sifarişi göndərə bilərsiniz
5.5.2.
Sizin rahatçılıq üçün iki imkan reallaşdırılmışdır: kredit sifarişi məbləğə görə və yaxud
aylıq ödənişə görə sifariş.
5.5.3.
Sizə lazım olan parametrləri müəyyən etdikdən sonra, Hesablamaq seçimi edirsiz və
müvafiq pəncərədə seçiminizə uyğun məlumatlar əks olunur
5.5.4.
Sonra Sorğu göndərmək seçimini edirsiz və şərtləri qəbul etdikdən və təsdiqlədikdən
sonra Sizin sifarişiniz Banka göndəriləcək.
23
6.
ƏMANƏTLƏR
6.1.
Mənim əmanətlərim
6.1.1.
Bu bölümdə əmanətləriniz barədə məlumatları izləyə və onlarla bağlı əməliyyatlar həyata
keçirə bilərsiniz.
6.1.2.
Əmanəti seçdikdən sonra daha ətraflı məlumat əldə etmək mümkündür
24
6.2.
Əmanət sifarişi
6.2.1.
Bu bölümdə Siz əmanət şərtləri ilə tanış olaraq, müvafiq sifarişi rəsmləşdirə bilərsiniz.
6.2.2.
Lazımi parametrləri seçərək Hesablamaq hissəsini aktivləşdirib müvafiq hesablamanın
nəticəsini izləyə bilərsiniz.
6.2.3.
Şərtlər Sizi qane etdikdə, Sorğu göndərmək seçimini edərək şərtləri qəbul etmiş
olduğunuzda sifariş Banka yönəldiləcəkdir.
7.
SERVİS
25
7.1.
Mesajlar
7.1.1.
Bu hissədə Siz Daxil olan qovluğunda daxil olan mesajlara, Göndərilən qovluğunda
göndərilən mesajlara baxa, həmçinin Yeni mesaj bölməsindən Banka yeni mesaj göndərə
bilərsiniz. Bunun üçün Siz Yeni mesaj, kateqoruya, katiqoriyadan asılı olaraq növünü
seçərək mesajın mətnini daxil edə bilərsiniz. Lazımi hallarda göndərilən mesaja fayi əlavə
edə bilərsiniz.
7.2.
SMS xəbərdarlıq
7.2.1.
Bu hissədə Siz seçim etdiyiniz xidmətlər üzrə SMS məlumatlandırma xidmətindən
yararlana bilərsiniz.
7.2.2.
Bunun üçün lazımi əməliyyatların qarşısında işarə edib Qeyd et seçimini edin.
26
7.3.
Valyuta məzənnələri
7.3.1.
Bu hissədə Siz valyuta kurslarını izləyə və konvertasiya kalkulyatorundan istifadə edə
bilərsiniz.
7.3.2.
Bir valyutadan digərinə konvertasiya etmək üçün Ödənişlər bölməsindən Şəxsi hesablar
arasında köçürmə hissəsində lazım olan valyuta üzrə hesabı seçirsiniz. Misal, əgər Sizə
ABŞ dollarından AZN konvertasiya etmək lazımdır, bu halda Siz ABŞ dolları
hesabınızdakı vəsaiti AZN hesabınıza köçürürsüz.
8.
PERSONALİZASİYA
8.1.
Sistemdən rahat istifadə etmək üçün Siz Personalizasiya bölməsindən istifadə edə bilərsiniz.
8.2.
Hesabın Personalizasiyası
27
8.2.1.
Bu hissədə Siz hesablarınızı adlandıra bilərsiniz, habelə həmin hesabların Əsas səhifədə
əks olunma ardıcıllığını quraşdıra bilərsiniz.
8.2.2.
Bundan sonra Əsas səhifədə hesablar müvafiq qaydada əks olunacaq.
8.2.3.
Təhlükəsizlik məqsədilə sol küncdə İnternet Banking Sisteminə son giriş vaxtı qeyd
edilmişdir.
8.3.
İdarəetmə lövhəsinin personalizasiyası
8.3.1.
Siz İdarəetmə lövhəsinin personalizasiyasından istifadə etməklə, Sistem üzrə seçim
etdiyiniz menyu bölmələrini Əsas səhifəyə yerləşdirə bilərsiniz.
8.4.
Seçilmişlər
8.4.1.
Bu hissədə daha sürətli istifadə üçün Siz müntəzəm istifadə etdiyiniz menyu bölmələrini
ekrana yerləşdirə bilərsiniz. Bunun üçün müvafiq menyu bölmələrini qeyd etmək, sıra
nömrəsi təyin etmək və yadda saxlamaq lazımdır.
28
8.5.
Şifrəni dəyişdirin
8.5.1.
Bu hissədə Siz İnternet Banking Sisteminə giriş şifrəsini dəyişdirə bilərsiniz.
Dostları ilə paylaş: |