V KƏNDLI -
Ay Mirzə, hara gedirsən? Bir burdan gəlsənə.
MIRZƏ MÜXBIR -
Yox, gələmmərəm. Işim var, tələsirəm.
VI KƏNDLI -
İş qaçmır. Gəl bir söylə görək, təzə nə eşitmisən,
təzə nə yazırsan?
MIRZƏ MÜXBIR -
(Guya ki, narazılıq edir, başını bulaya-
bulaya gəlib oturur. Çayniyin qapağını qaldırıb baxır.) Çay
var hələ?
V KƏNDLI -
Ə, niyə yoxdu? Sən təki söz sandığının ağzını aç, nə
qədər istəsən çay təşkil edərik. Alik bala, bir stəkan da ver.
MIRZƏ MÜXBIR -
Söz sandığım bom-boşdu. Gedirdim görək
nə tapıb toplaya bilirəm.
VI KƏNDLI -
Hər halda, küncdə-bucaqda bizə yetdik nəsə
tapılar. Hə, başda görək.
MIRZƏ MÜXBIR -
Ə, əl çəkin mənnən. Nə söyliyəsiyəm e?
Özüüz bu kəntdə olmursuz?
V KƏNDLI -
Olmaxnan dölü ki. Hər kəsin bir şakəri var. Sən
yekə-yekə, palazqulağı qəzetlərdə çıxış iliyən bir müxbirsən.
Biz hara, sən hara?
MIRZƏ MÜXBIR -
(Fəxrlə qoltuğundakı qəzetləri stola çırpır.)
Siz lağ edin, amma fakt budur ki, düz doxsan səkkiz qəzetdə
mənim imzam gedib. (Qəzetləri göstərir.) Görürsüz?.. İki
dənə də çıxsa düz yüz olacax. Onnarı da yazmışam, amma
hələ göndərməmişəm.
VI KƏNDLI -
(Qəsddən şişirdir.) Pah atonnan... Ə, vallah,
hələm-hələm müxbirin işi dölü e bu. Ay Mirzə, nə əcəb səni
Bakıya dartıb aparmırlar? İtib getmisən e buralarda.
MIRZƏ MÜXBIR -
Ee, neçə dəfə dalımca gəliblər. Ev, maşın
söz veriblər. Özüm getməmişəm. Mən getsəm, bəs bu
Meşəlinin dərdlərini kim yazar e? Kim çatdırar bizim
problemlərimizi o başda oturanlara?
V KƏNDLI -
Yaxşı, a Mirzə, bu qədər yazmısan, tənqid etmisən,
bunun camaata bir xeyri olubmu? Nəyisə dəyişdirə
bilmisənmi, yoluna qoya bilmisənmi?
MIRZƏ MÜXBIR -
Xeyri olub deyəndə ki... Mirzə Sabir
demişkən, mən şairəm, vəzifəm budur əşar yazım, əyrini
əyri, düzü həmvar yazım... Mən müxbirəm, yazmalıyam.
Yazdıxlarımı düzəltmək başda oturannarın işidi, borcudu.
40
A kişilər, zaman gələcək, dünya dəyişəcək, (Yenə qəzetləri
stola çırpır.) bütün bunnar isə tarixə çevriləcək. Heç olmasa,
gələcək nəsillər biləcək ki, biz nə zülmlər çəkmişik, onnarın
yaşadıxları firavan həyat üçün biz nələr qurban vermişik.
Alik stəkan-nəlbəki gətirir.
VI KƏNDLI -
Vallah, düz diyir bu kişi. Tarixdi də bütün
bunnarın hamısı. Genə sağ ol ki, yazıb qoyursan. Yoxsa
gələcəkdə hardan biləcəklər ki, biz kim olmuşux, necə
yaşamışıx?
MIRZƏ MÜXBIR -
Bəs necə? Bunu hamı başa düşmür e. Ağzı
göyçəklər məni gözümçıxdıya salırlar ki, guya kəntdə bir
toyuğun yumurtası tərs gəldi, qəzetə yazıb biabır eləyirəm
onnarı. Eyibi yox, mən dözərəm, necə ki, Sabir dözmüşdü,
Mirzə Cəlil dözmüşdü. Daa qanmirlar ki, tənqid olmasa
inkişaf da olmaz.
V KƏNDLI -
Qələt iliyirlər, başa düşən düşür, sən işində ol. De
görək, hindi bizim üçün təzə yazdıxlarından nə oxuya
bilirsən? Qoy bütün respublikadan əvvəl biz duyux düşək bu
işdən.
MIRZƏ MÜXBIR -
(Yenə narazılıqla başını bulayır.) Saqqızımı
oğurladız da. Di yaxşı. Iki dənə təzə yazım var. Bomba kimi
yazılardı. Hələ heç yerə göndərməmişəm. Onnarı oxuyaram
sizin üçün. Amma... (Barmağını ağzına tutur.) Bir daş altda,
bir daş üstə. Bildiz də.
VI KƏNDLI -
A kişi, arxayın ol. Döşə gəlsin.
MIRZƏ MÜXBIR -
(Qoltuğundan bir qalaq yazılı kağız çıxardır.
Seçib əzik-üzük olmuş bir vərəqdən dəbdəbə ilə oxuyur.)
Kəndimizin ilk fərariləri. (Səsini dəyişir.) Amma qorxuram,
bu yazıdan sonra gedələri gəlib tutub aparalar, qarğış yiyəsi
olum.
VI KƏNDLI –
Qorxma, ay Mirzə, hindi hər diyəndə adam
tutmurlar, pulunu alıb buraxırlar.
MIRZƏ MÜXBIR -
Oxuyum diyirsiz?
Günnərin bir günü gördük ki, kəndimizə əli-qolu, başı-gözü
sarıqlı, üstü qan ləkəli, ayağı gipsli, əli kastelli iki nəfər yaralı
əsgər gəlir. Adə, bunnar kimlər olsa yaxşıdı – ambardar
Fərzəlinin gombul oğlu Mustafa, molla Pirvəlinin nəvəsi arıx
Abbasqulu.
41
Qonum-qonşular, tanış-bilişlər yığışdılar, ah-uflar, sorğu-
suallar başlandı: “Can balıalar, siz harda belə
yaralanmısınız? İndi axı döyüş getmir.”
Məlum oldu ki, yazıqlar minaya düşübmüşlər, nə müddət
imiş ki, qospitalda yatırmışlar.
Kimsə dedi ki, axı bunnar əsgər gedən heç üç-dörd ay deyil,
bunnarı nə tez cəbhə bölgəsinə aparıblar? Fərzəli, Pirvəli
başdarını bulayarax cavab vrdi ki, çatan kimi yazıx uşaxları
basıblar ön xəttə.
Nə isə, iki-üç gün keçdi, bir də gördük ki, yaralı əsgərlərimiz
sap-sağlam, qolu-qıçı salamat, kastelsiz-filansız, təzə
qrajdanski paltarda, ciblərində məmmədəminlər lövbər
qurublar dədəquş Mamedin oğlu zəqrəniş Alikin
çayxanasında və gecə səhərə qədər kart oynayırlar. (Üzünü
yana tutur.) Alik, oğlum, sənnik bir iş yoxdu ha
burda.(Davam edir.)
Şükürlər didik ki, yazıx balalarımız belə tezliklə sağalıblar. Və
bir də əsil can dərmanı olan Meşəli kəndinin havasına,
suyuna əhsən dedik. Doğrudan da, möcüzədir, necə xəstə
olur-olsun, bir-iki günə sağalır burda.
Indi deyirlər ki, voenni doxturlar istiyirlər ən böyük
qospitalları Meşəliyə köçürtsünlər. Uzun sözün qısası,
kəndimizdə nəyə desən təsadüf etmək olardı, bircə fəraridən
başqa. Daha nə dərdimiz, fərarimiz də var, özü də qoşa-
qoşa.
VI KƏNDLI -
Bəh-bəh... Əla, əla!...
V KƏNDLI -
Amma bir şey düz dölü ha, Mirzə. Son günnər daa o
uşaxları bu çayçıda görən olmuyub. Nəsə heç küçədə də
gözə dəymirlər. (Aralıdakı Alikə.) Heylə dölümü, Alik bala?
ALIK -
Hərbi hissədən bir leytenant gəlib diyirlər. Uşaxların
dalınca. Kopoyoğlu bazarımı pozub. Uşaxlar onun-bunun
evində gizlənirlər. Bu it oğlu isə çıxıb getmək bilmir.
VI KƏNDLI -
Hara gedir e? Hər gün birinin evində qonaxdı. Gah
ambardarın, gah mollanın, gah da qohum-qardaşlarının.
Camaat yiməyə bir loxma tapmır, buna isə hər gün çolpa
qızartması, tut arağı, əzgil arağı... Hara gedir daa? Sərin
yer, müftə yemək, hörmət-izzət...
V KƏNDLI -
Qonaxdı da... Bəsdi daa, çıx get demək olarmı?
REPRODUKTOR –
(Musiqi.) Quq-quuu... Danışır Meşəli
radiosu. İdman xəbərlərini veririk.
(Qadın səsi.) Bildiyiniz kimi, rayonda futbol birinciliyi
keçirilir. Kəndimizin “Meşəli” komandası da bu çempionatda
42
uğurla iştirak edib, yarımfinala çıxıb. Lakin keçən gün
yarımfinal oyununda iştirak etmədiyindən adına məğlubiyyət
yazılıb, yarışdan çıxarılıb. Komanda oyuna getməyə yol pulu
tapmayıb. Oyunçular payon mərkəzinə piyada getməyi qət
etsələr də baş məşqçi Zərbəli Zərbəlizadə razılıq verməyib,
bunu biabırçılıq hesab edib. “Onsuz da yorğun-yorğun
oynaya bilməyəcəkdiniz, uduzacaqdınız” deyib.
(Kişi səsi.) Daha bir idman xəbəri.
Keçən gecə kəndimizin babat evlərindən birində kart üzrə
kənd birinciliyi keçirilib. Oyunçular olimpiya üslubuna bənzər
bir stildə oynayıblar, belə ki, uduzanlar, tükü tükənənlər
oyunu tərk edib tamaşaçıya çevriliblər. Qalib səhərə yaxın
müəyyənləşdirilib. Bu sizin hamınızın yaxşı tanıdığı, adını
çəkməyə ehtiyac olmayan ev sahibidir.
Turnirin birinci pilləsinə qalxmış çempion bütün iştirakçılar
dağılandan sonra ölçüb görüb ki, qalib kürsüsünün
hündürlüyü cəmi beş məmməd paçkası boyda imiş.
Çempionatın hər altı oyunçusu axırda şifahi saziş bağlayıb ki,
bir az tüklənəndən sonra növbəti yarışa başlasınlar. Ümid
var ki, bu dəfə birinci pillənin hündürlüyü bir az da yuxarı
olacaq. Bəzi fərziyyələrə görə isə bəlkə əvvəlkindən də aşağı
olacaq. (Musiqi davam edir.)
V KƏNDLI -
Get-gedə hamıda pullar tükənir də.
VI KƏNDLI –
Nə olardı, o çempiyon udduğu pullardan bir az
verəydi fitbolçulara...
V KƏNDLI -
Ay Mirzə, bu “Meşəli” qəzetinə niyə bir şey
yazmırsan? Burdan- buradı.
MIRZƏ MÜXBIR -
Yox, o dahilərin qəzetidi, radiosudu.
Kənddə yasdı, onnar partapart musiqi verirlər.
REPRODUKTOR –
Bəzi kənd sakinləri bizə irad tuturlar ki,
kənddə yas ola-ola niyə biz musiqi səsləndirməyi davam
etdiririk. Onlara cavab olaraq bildiririk ki, saqqal Şabana
hamıdan əvvəl biz başsağlığı vermişik, dərdinə şərik
olmuşuq. Radiomuzda səslənən musiqilər, əgər fikir
vermisinizsə, çox astadan səslənir, özü də həzin
musiqilərdir. Bir də ki, ölənlə ölmək olmaz, həyat davam
etməlidir. (Musiqi davam edir.)
MIRZƏ MÜXBIR -
Bunlar nə tez eşitdilər mənim sözümü?
V KƏNDLI –
Hindicə özün demədinmi ki, dahidi onlar?
MIRZƏ MÜXBIR -
Lap dahilərin dahilərimişlər.
43
VI KƏNDLI -
Yaxşı, o ikinci yazı nə oldu bəs?
MIRZƏ MÜXBIR -
Gecikirəm. Onu da oxuyub gedirəm. Daa
vaxtımı almıyın ha.
VI KƏNDLI -
Buyur, buyur.
MIRZƏ MÜXBIR -
(Yenə cibindəki yazıların arasından qat
kəsmiş, əzik-üzük olmuş bir vərəq çıxardıb oxuyur.)
Pıça çıxdı... Yəqin ki, bu ifadə əvvəllər “puça çıxdı” şəklində
olub, sonralar dialekt formasına düşüb. Fərqi nədir? Mənası
ki dəyişməyib. Pıça çıxdı, yəni ki, puça çıxdı, boşa çıxdı.
Bildiyiniz kimi, dilimizdə bu ifadə çox yerdə işlənir. Filankəsin
işi pıça çıxdı, zəhməti pıça getdi. Bu mənanı verən “pıça
qoz”, “pıça fındıq”, “pıça baş” bə sair bu kimi ifadələr də sizə
yaxşı tabışdır.
Bu günlərdə kəndimizdə qəribə bir hadisə baş verib. Bu
hadisədən sonra az qala bu qəbildən olan təzə bir ifadə də
yaranacaqdı.
Məllim Bəhlulun toyunun səsi yəqin ki, hələ çoxunun
qulağındasdır, bu toyda içilmiş araqların dəmi bəlkə hələ də
kiminsə başından getməyib. Bir sözlə, gözəl toy idi.
Bəhlul özü də yaxşı uşaxdı. Yetim baladı. Anası nı zülmnən
oxutdurub onu. Tələbə ikən kurslarından bir qıza vurulur. Qız
qonşu kənddən, özü kimi kasıb bir ailədən idi. Beş il platonik
bir sevgi olub aralarında. Iki il idi ki, hər ikisi gəlib öz
kəndlərində işləyir, toya pul yığırdılar.
Nəhayət o xoşbəxt gün gəlib çatır. Kənd camaatı yığışıb
layiqli bir toy edirlər cavanlara. Özü də bu toy kəndimizin
digər toylarından fərqli olaraq dava-dalaşsız keçmişdi, işıqlar
da sönməmişdi heç. Doyunca çalmışdılar, oynamışdılar.
Amma kaş bu toyda da işıqlar sönəydi, dava düşəydi, başlar
yarılaydı, polisə düşənlər olaydı, göygöz Veysəl şirvanlar
qopardaydı dalaşanlardan, təki... təki bu biabırçılıq
olmayaydı.
Yəqin ki, bildiniz hansı simə toxunmaq istəyirəm. Bəli, toyun
səhəri günü, alaqaranlıqdan məllim Bəhlulun evindən iki
qadın xeylağı çıxıb başıaşağı halda, dinməz-söylməz, görüb-
iliyən olmasın diyə ara yolla, payi-piyada, tələsə-tələsə
yeddi-səkkiz kilometrdəki qonşu Cökələr kəndinə üz tutdu.
Yəqin ki, bu qadın xeylaqlarının da kim olduğunu bildiniz.
Bəli, biri yetim Bəhlul balanın başıbəlalı gəlini, biri də onun
yengəsi...
Heç demə, gəlinin də pıça çıxanı olurmuş. Diyirdilər,
keçmişlərdə hərdənbir belə şeylərə təsadüf edilirmiş.
44
Amma şəxsən biz öz yaşımızda belə hadisə görməmişik,
eşitməmişik.
Burda incə bir mətləb var: pıça çıxan, pıça çıxası gəlin bəlkə
də keçmişdəkindən indi daha çoxdur, amma... hə, özünüz
bilirsiniz də, belə şeyləri necə ört-basdır iliyirlər, pıça qozu
müştəriyə necə sırıyırlar. Məllim Bəhlul görünür bu zəmanə
müştərilərindən deyilmiş. Heç yengəyə də acıqlı bir söz
demiyib. (Kəndin cavannarı diyirmişlər ki, oh, o yengə
keçəydi bizim əlimizə həmin gecə.) Gəlinəsə diyib ki, bu
gecə mənim qonağımsan, səhər o başdan üzüsulu sivişib
gedirsən bu evdən.
Gəlin yazıx, diyilənə görə, xeyli göz yaşı töküb, özünün heç
bir günahı olmadığını söylüyüb. Heç dimə, institutda
oxuyarkən imtahandan kəsilibmiş. Xeyli pul istiyiblərmiş
kasıb, çarəsiz qızdan. Pulu da olmayıb. Axırda məllim diyib
ki, yaxşı, axşamlar gəl bizə, özüm hazırlaşdıraram səni
imtahana. Və görünür, yaxşı hazırlaşdırıbmış...
Bu hazırlıq məşğələləri sonrakı kurslarda da beləcə davam
edib, etməyib – bu barədə danışıq getməyib.
Uzun sözün qısası, beş illik, daha doğrusu, yeddi illik
məhəbbət həyəcanları, böyük ümidlər, xəyallar, əziyyətlər,
xərclər, sevinclər, arzular, niyyətlər, bir sözlə, gözəl, sakit,
dava-dalaşsız bir toy, bir yetim balanın toyu pıça çıxdı.
Düzünə qalsa, bu yazıya elə “Pıça gəlin”, yaxud “Pıça toy”
başlığı vermək istəyirdik, sonra ehtiyat etdik. Yeni ifadələrlə
dili zənginlkəşdirmək yaxşı işdir, amma dilimizdə belə ifadə
yaranmaması daha yaxşıdır. Pıça qoza, pıça fındığa dözmək
olar, pıça toya dözmək isə, vallah, çox çətin işdi. Məllim
Bəhlulun vəziyyətini təsəvvür edin. (Kəndin bəzi cavannarı
məllimin dalınca danışırmış ki, lap əfəlin biriymiş ki məllim,
pıça da olsa bir həftə keyfini çəkəydi də.)
Nə isə, Allah heç kimə pıça toy qismət etməsin. Və dilimizdə
də qoy belə ifadə yaranmasın.
Mirzə Müxbir, 1995, yay, Meşəli kəndi.
Hə, necədi?
Bir müddət susurlar.
V KƏNDLI -
Ay Mirzə, bu lap kədərli yazı oldu ki.
VI KƏNDLI -
Bəs niyə göndərmirsən onu bir yerə? Kağız əzim-
əzim olub axı.
45
MIRZƏ MÜXBIR -
Paket almağa pulum yoxdu hələ. Marka,
paket tapan kimi göndərəcəyəm. Bu düz yüzüncü yazım
olacaq mətbuaatda. (Ayağa qalxır.) Daa mən qaçdım.
V KƏNDLI -
A kişi, bir dayan görək. Oxuduqların məlum şeylər
idi. Bir-iki sveji xəbər də denən, sonra get. Biz də qalxırıx.
Burda oturub qalası dölük ki.
MIRZƏ MÜXBIR -
(Başını bulaya-bulaya geri qayıdır.) İkicə
xəbər, cəmi ikicə xəbər deyəcəm, qısaca. (Stulun
küncündən oturub başını aşağı əyir, yarımpıçıltı ilə.)
Dünən gecə çoban Mürsəlin oğlu mantiyor İsa mırıx Şirəlinin
qızını qaçırdıb. Cavannar əlində üç il olurdu ki, nişannıydılar,
amma toylarını edə bilmirdilər. Mırıx olan-olmazını satıb
arvadını qoduxluqdan qurtarmaqdan ötrü Fıstığa verdiyinə
görə qız fikirləşib ki, belə getsə daha bir üç il də evdə
qalmalı olacaq. Ona görə də gedəyə qoşulub qaçıb. Qonşular
eşidib ki, guya Şirəli acıqlanıb deyirmiş, dünya dağılsa da
barışıq qoymayacam, gedəni də tutdurub dama basdıracam.
Bəziləri də söyləyir ki, guya Şirəli özü qudasına diyib, a kişi,
qızı el qaydasınca apara bilmirsiniz, mən də köçürdə
bilmirəm, heç olmasa belə bir iş iliyün, daa nə qədər mən
sizin adamınıza çörək verim.
VI KƏNDLI -
Hə, bax bu oldu sveji xəbər. Bəs ikincisi nədi?
MIRZƏ MÜXBIR -
Şəhid Cəfərin baş daşından ötrü yığılmış
pulları cavannar arağa-konyaka veriblər. Dünən rayonda
yiyib-içiblər, bu gün də burda davam etdirəsidilər. (Ayağa
qalxır, Alikə.) Alik, hazırlaş, yaxşı müştərilərin olacaq bir
azdan. (Gedir.)
QARPIZ SATAN ARVAD -
(Yenə kiməsə qarpız satır,
müştərisini yola salıb bərkdən səslənir.) Qarpız! Qarpız! Bal
kimi şirin qarpız! Özü də ucuz. Biri bir nizamıya. Yumurtaya
da dəyişirəm, çolpaya da, buğdaya da. Ay müştəri, gəl bəri!
Gəl mala, qalma dala!
V KƏNDLI -
Köpək qızı nisyə versəydi, bir-iki qarpız apararrdıx
uşaxlara.
VI KƏNDLI
- Görmürsən, vermir də. Qalx gedək. Şabangilə
dəyək bir. Qəbir qazmağa genə adam tapmırlar yəqin ki.
Qalxıb yavaş-yavaş uzaqlaşırlar.
46
REPRODUKTOR –
(Musiqi.) Quq-quuu... “Meşəli “qəzetinin bu
günki sayında getmiş yazılardan sətirlər.
(Qadın səsi.) Çaqqal Mirzəlinin iti murdar olub. Deyilənə
görə, o yekə, zırpı köpəyi Mirzəlinin şəhərdə yaşayan ögey
qızı Huraman xanım kəndə qonaq gələn gecəsi itlər boğub.
Ağır itkidi. Amma maraqlıdı, görəsən kəndin itləri nə üçün
boğub bu kişinin itini?
(Kişi səsi.) Keçən gecə itsiz qalmış çaqqal Mirzəlinin
həyətinə çaqqal gəlib. Kimsə də deyir ki, guya iki ayaqlı
çaqqal olub. Həyəti, evin həndəvərini dolaşıb çıxıb gedəndə
gölməçə başında qaqqıldayaraq haray qoparan iki qazı tutub
aparıb. Allah əvəzini versin. Bu köpəyoğlunun çaqqalı
görəsən başqalarını qoyub niyə gedib özününkinə sataşıb?
(Musiqi.)
QARPIZ SATAN ARVAD -
(Alikə yaxınlaşır.) Sən bu qarpızlara
bir göz ol, mən bir o üzə keçib gəlirəm.
Alik başını yırğalayır.
Arvad gedir. Alik də içəri keçir. Həmin andaca iki uşaq əyilə-əyilə gəlib
hərəsi bir qarpız götürüb qaçır.
Səhnəcikdə bir neçə nəfər görünür. Huraman da onların arasındadır.
Ancambl məşqə hazırlaşır.
REPRODUKTOR –
(Musqi davam edir.) Quq-quuu... Kim kolxoz
sədri olmaq istəyir? Bir az əvvəl səsləndirdiyimiz elanı təkrar
edirik. Zırpı Hətəm istefa ərizəsi yazıb. Lakin rayon
rəhbərləri hələ ki, onun istefasını qəbul etməyiblər. “Yerinə
bir adam tap, sonra baxarıq” deyiblər. Bu axşam yay
səhnəsində kəndin ümumi iclası olacaq. Rayondan hətta
Görüşov cənabları özü sizin görüşünüzə təşrif buyuracaq.
Zırpının ərizəsi müzakirə ediləcək. Hamının iştirakı vacibdir.
Musiqi davam edir.
Yenə motosklet səsi. Bir kişi haraylayır: “Mis alıram! Alminum alıram!
Kimdə varsa gətirsin! Yaxşı pul vericəm!..”
Haralardasa yenə qıllı Qulamın eşşəyi anqırır.
A N T R A K T
İ K İ N C İ H İ S S Ə
Axşam tərəfidir.
Radioda ritmik estrada mahnısı səslənir.
Səhnəcikdə kənd ansamblı məşq edir.
Ipdən beş-altı ədəd kiçik mis qazançalar asılıb. Balaca bir oğlan çubuqla
onları döyəcləyərək tritm tutur. Çoban Mürsəl tütək çalır. Gözündə qara
eynək təkəbbürlü bir oğlan sintezator arxasında oturub. Ekstravaqant
geymli, qara eynəkli Huraman əlində mikrafon oxuyur.
Çayxanada üç nəfər yarımsərxoş oğlan oturub qəlyanaltı ilə konyak içir.
Oğlanlardan biri Huramanın oxuduğu mahnıya rəqs edir. Biri üzünü
səhnəciyə tutub əl çalır. Digəri bütün diqqətilə əlində tutduğu kiçik foto
şəklə baxmaqdadır.
Aralı stolun arxasında bir neçə nəfər oturub domino oynayır.
Qarpız satan arvad qatlama çarpayısında uzanıb dincəlmək istəyir,
görünür musiqi ona mane olur, qulağına pambıq tıxayırsa da rahatlana
bilmir.
Iki balaca qız ona yaxınlaşır. Qızlıardan biri onu söhbətə tutur, digər qız
fürsətdən istifadə edib qarpızlardan birini götürüb qaçır.
Yazıçı divar qəzetinin önündə görünür. Qəzeti gözdən keçirdir.
Musiqiçilər məşqi saxlayıb öz aralarında nə barədəsə danışırlar.
Yarımsərxoş oğlanlar konyak içirlər. Domino oynayanlar oyunlarına
davam edirlər.
YAZIÇI -
İstidən kölgəlikdə gizlənmiş quşlar sərin düşəndən
sonra bir-bir üzə çıxdıqları kimi axşam enincə kənd sakinləri
də adətləri üzrə yavaş-yavaş meydanda görünürlər.
“Tamaşaçıxardanlar və konsertverənlər” məşqlərinə
başlayır, yeyib-içənlər, domino, loto oynayanlar stol
arxasında yerlərini tuturlar. Bu axşam meydanda
həmişəkindən də çox adam olacağı gözlənilir. Hamı
rayondan təşrif gətirəcək yoldaş Görüşovun görüşünə
gəlmək istəyir.
Dostları ilə paylaş: |