əl çəkmir onnardan.
II KƏNDLI –
Ə, yox... Fıstığı bəziyiblər. Guya arxın başında
kolluqda Söhbətə sataşıb. Prosto, su üstə dalaşıblar. A
kişilər, bu Fıstıx gecə-gündüz qara div kimi suyun başında
yatıb qalır da, qoymur ki, camaatın od tutub yanan
əkənəyinə bir udum su getsin. Yazıx taytaxt Söhbət də
axırda hirslənib əlindəki lapatkanı vurub Fıstığın başına.
Kişini qan aparıb. Yannarında da heç kim olmuyub. Əlacı
kəslən Söhbət özü onun başını suya soxub ayıldıb.
VI KƏNDLI -
Hə, Fıstıx da ordan durub başının qanı axa-axa
payi-piyada gedib rayona, şikayətə. “O qancığı qoduxluğa
salmasuz əl çəkən döləm” diyib durub.
II KƏNDLI -
Diyirlər, Şirəlidən də düz ikipaçkə şirik istiyiblər.
“Yoxsa, olan ömründə bir də arvadının üzünü
görməyəcəksən” bildiriblər. Hindi yazıx Mırıx düşüb ora-bura
pul dilənir. Pul da kimdə var ki? İnəyini satmax istiyib, alan
olmuyub, arvadın divardakı cehiz palazını satmaq istiyib,
genə alan olmuyub. Axırda qapıdakı qoyunnarın hamısını
dəyər-dəyməzə verib qəssaba. Nə isə, güc-bəla bir paçkə
düzəldib. Göygöz də diyir ki, iki paçkə olmasa nəçənnik bu
işə yaxın durmaz
TAYQULAQ USUF -
Eh, ağlı yoxdu mırıx Şirəlinin, o
pulları versin
mənə, gör onun işini bu lələş necə
düzəldir.
I KƏNDLI -
Hə, sən yaxşı düzəldərsən.
II KƏNDLI -
Qorxma, paçkıya yaxın duran olub. Mırıx qohum-
əqrəbasıynan bir-iki dəfə barışıx qoymaxdan ötrü Fıstığın
31
qapısına getsə də işi atılmıyıb. Ancax Fıstıx paçkə söhbətini
eşidən kimi diyib, “Eh, daa keçib, o şirikləri versin mənə,
gedib ərizəmi geri götürüm.”
Canının dərdindən Şirəli yazıx da pulları verib ona. Fıstıx da
səhər tezdən cumub rayona, başdıyıb yalvar-yaxarmağa ki,
nəçənnik, bağışda məni, bir qələtdi iləmişəm, başım-zadım
yarılıb iləmiyib, elə-belə hirslənmişdim, kişi də arvad
xeylağından şikayət iliyərmi?
VI KƏNDLI -
Əlqərəz, əhvalatdan xəbər tutan Göygöz indi
Şirəlinin arvadini buraxib yapişib Fistixdan. Heç demə,
bunnan neçə dəfə imiş ki, əli aşaği olantək Fistix kiməsə
özünü döydürtdürürmüş, başini-qolunu sindirtdirirmiş, soora
da həmin adamnan pul qopardib barişiq qoyurmuş.
Dalaşanlar da cannarinin dərdinnən Fistiğin dediyini verirmiş.
V KƏNDLI -
Bah, atonnan, ə, bu Fıstıx nə köpəyoğlu adammış...
I KƏNDLI -
Hər halda Fıstıx o itdərdən insaflıymış, iki paçkıya
düzəlmiyən işi bir paçkıya yoluna qoyurmuş.
TAYQULAQ USUF -
Ə, kefdi bu Fıstıx. Sentyabr qabağı
məktəbə gedən oğluna ayaqqabı almaxdan ötrü “Uşax
aləmi” dükanına girib soruşur: “Sizdə qırx iki razmer
uşax ayaqqabısı varmı?”
ON ÜÇÜNCÜ FRAQMENT
REPRODUKTOR –
Quq-qu... Meşəli radiosu verilişlərini davam
etdirir. Redaksiyamıza bir afişa təqdim edilib. Onu
olduğu kimi sizə oxuyuruq.
(Qadın səsi.) Yaxın günlərdə. Yay səhnəsində. Şou
konsert. Kəndimzin ulduzu Huraman xanımın
iştirakıynan. Çalırlar: mis qazançalarda dam-dam
Həsənin balaca gedəsi, tütəkdə çoban Mürsəl, sinte-
zatorda – kəndimizin rayon toylarında çalan talantlı
manısı Maqsud Şirvanşah. Zor konsert olacaq.
Repertuarda: türk mahnıları – “Davay, söylə,” pozulub
yazılıb “Haydı söylə”, “Haydı, haydı mələyim”, “Bəbəyim
–köbəyim”, “Lələk Fatma” və ilaxır. Biletin qiyməti –
balacalar üçün bir yumurta, böyüklər üçün iki yumurta.
Başdıyır mallar naxırdan gələndən sonura.
32
Eşşək anqırır.
(Kişi səsi.) Hoç, hoç! Rədd ol, a köpəyoğlunun heyvanı.
TAYQULAQ USUF -
Qıllının eşşəyi hələ indidən başdıyəb ki,
qanzertə. Haydı söylə, səni nə təəər söydüyümü.
Elə bu an aralıdan qancıq Fatmanisənin səsi gəlir: “Tayqulax huuy!
Tayqulax huuy-uuy!”
TAYQULAQ USUF -
(Narahatcasına.) Adə, bu it qızının
əlindən bir təhər qaçıb canımı qurtarmışam, gəlib burda da
məni rahat qoymayacax ee... (Ayağa qalxır, bilmir nə etsin.)
Fatmanisənin səsi yaxınlaşır.
Bax, məni görüb-eləməmüsüz ha! (Butılkasını, stəkanını
götürüb stolun altına girir.)
FATMANISƏ -
(Əlində dəyənək gəlir. Elə bil ağzından od
püskürür.) Ay pyaniskə köpəyoğlu, eşşey, donuz oğlu, ayı
oğlu, öyün pullarını oğrurruyub hara qaçmısan? Səni görüm
gorbagor olasan, səni doğub gedən dərin getsin! Meyitin
gəlsin! Uşağa bir cüt qaloş almır, əlinə keçəni sidik
zəhrimara verib içir.
Kəndlilər xəlvətcə qımışsalar da ona məhəl qoymaq istəmirlər.
Harda gizlənmisən? Kişisən, çıx üzə. Onsuz da səni tapıb
bu salbeyi başıva çırpacam. Çıx deyirəm sənə! (İçəri girib
baxır, daha da əsəbi halda çıxır. Oturanlara.) Nə ağzuvuza
su alıb durmusuz? Guya ki, siz görmədiiz o köpəyoğlunu?
I KƏNDLI -
Ay Qan... (Tez sözünü dəyişir.) Fatmanisə xanım,
biz hindilər gəlmişik, görüb-eləməmişik...
Usuf stolun altında stəkana çaxır töküb içməyindədir. Arada əlini uzadıb
stolun üstən alça da götürür.
FATMANISƏ -
(Alikə yaxınlaşır.) Adə, harda gizlətmisən o
alçağı? Sənnən döləm? Niyə dinmirsən?
Alik çiyinlərini çəkir.
33
Sənsən onu yolundan çıxardan. Əlinə keçəni gətirib sənə
verir diyə belə qahmarlıx iliyirsən? Eyibi yox... Mənə də
Fatmanisə deyərlər. İndi gör mən neyniyəcəm? (Gəlib
altında Usufun gizləndiyi stolun arxasında oturur.) Di bir
şüşə də mənə gətir, a şəngülüm! Bu gündən mən də
başdıyacam içməyə, acıxnan. Hə, nə durub baxırsan?
Gətirsənə! Pul istəyirsənsə, ala! (Bir neçə minlik atır.) O
dağıda bilir, mən dağıda bilmirəm öyün pulunu?
Alik naəlac halda pulları götürüb gülümsəyərək gedir. Usuf stolun
altından işarə edir ki, gətirməsin. Ancaq Alik onu görmür.
(Donquldamağına davam edir.) Eyibi yox, köpəy oğlu, gör
sənin başına nə oyun gətirəcəm? Mənə də Fatmanisə
deyərlər...
I KƏNDLI -
Ay Fatmanisə xanım, bir sakitləşin, əstəğfrullah
diyin. Arvad xeylağısız, “Ağdam” içmək yaraşarmı sizə?
II KƏNDLI -
Hə... bir söylüyün görək, təzə nə fal açmısız?
Dünyanın işdəri necə görünür? Irəlidə bizi nə gözdüyür?
FATMANISƏ -
Nə gözdüyəsidi? Arvadlar da alkaşlıx edəcək.
Alik bir şüşə “Ağdam”, stəkan və boşqabda bir neçə alça gətirib qoyur.
Usuf stolun altından başını çıxarıb xəlvəti baxır.
Aç də! Mən nə bilirəm o zəhrimarı necə açırlar?
Alik butılkanı açır.
Usuf birdən stolun altından çıxıb arvadın qabağındakı butılkanı götürüb
qaçır.
Ay səni it oğlu! Paçamın arasında gizlənibmiş. Dayan adə!
Dayan, diyirəm sənə! Sən ölmüyəsən, hara qaçsan da
əlimdən qurtaran dölüsən! Donuz oğlu, qaban oğlu,
piyaniskə köpəyoğlu, eşşəy oğlu, çaqqal oğlu, porsux oğlu,
ayı oğlu... (Söyə-söyə dalınca qaçıb gedir.)
Gülüşürlər.
Eşşək yenə anqırır.
34
I KƏNDLI -
Arvad məhv etdi bu yazığı. Tayı-bərabəri olmayan
usta idi.
II KƏNDLI -
Arvad vərdiş olmuşdu Usufun qazanıb
gətirənnərinə. Daa usta işdədən var ki? Lobya-xiyar
satmaxnan külfət saxlamax olar? Qancıx da ki, ağızdan
heyvərə.
Gününü qara iliyib Usufun. O da harda görmüşdü
ki, arvad ona söz desin. Dərdinnən içir də...
Repreduktorda şən bir mahnı başlayır. Hərdən diktorun da səsi eşidilir:
“Meşəli radiosu... Meşəli radiosu...”
Bir müddət dimnəzcə musiqini dinləyirlər.
(Birinciyə.) Getməyəkmi daa?
II KƏNDLI -
Hə, gedək daha yavaş-yavaş... (Ayağa qalxır.) Bizi
bağışdıyın, bir yer var, ora dəyməliyik.
V KƏNDLI -
İşinizdə olun. Biz də bir beş-on dəqqə oturax, hər
halda mirzə Müxbir hindilər gəlib çıxar bura.
VI KƏNDLI -
Kəndin xəbər agenti, hə?
V KƏNDLI -
Hə də, gəlsin, söyləsin görək kənddə təzə nə var,
nə yox. Soora da çıxıb gedək işimizə-gücümüzə.
Birinci və İkinci kəndli gedir.
Göygöz Veysəl qoltuğunda qalın bir qovluq gəlir. Salamlaşıb aralıdakı
stolun arxasında oturur. Nə fikirləşirsə durub kəndlilərə yaxınlaşır,
onlarla oturur.
GÖYGÖZ VEYSƏL -
Çay niyə içmirsiniz?
V KƏNDLI -
İndicə içmişik.
GÖYGÖZ VEYSƏL -
Genə için. Çay nədi, say nədi. (Çağırır.)
Adə, Alik, bir yekə çaynik! (Kəndlilərə.) Bu səs-küy nəydi
hindilər burda?
VI KƏNDLI -
Heç əşşi... Qancıq Fatmanisəydi, yenə ərinə segah
oxuyurdu.
GÖYGÖZ VEYSƏL -
Tayqulaq da yəqin ki, düppədüz imiş. Əlimə
keçmir də heylə vaxtı, aparıb bir on beş sutka yatdırım ki,
ağlı gəlsin başına.
VI KƏNDLI -
Özünüzü pis kişi niyə iliyirsüz? Onsuz da o düzələn
əyri dölü.
GÖYGÖZ VEYSƏL -
Neyniyək? Vəzifəmizdi də. Gedib rəisin
qulağına çatsa ki, mən belə şeylərə göz yumuram, bilirsiz
35
neyniyəllər? Yağlı bir töhmət yapışdırarlar boynumun dalına.
Elə bilirsiz, asandı işləmək? Gərək elə iliyəsən ki, nə şiş
yana, nə kabab. Həm onnarın yanında hörmət
qazanmalıyam, həm də camaatın. Amma mümkün olmur.
Birinə göz yumanda , o biri çıxır əldən.
VI KƏNDLI -
(Veysələ xoş gəlsin deyə.)
Hə, elədi vallah. Çətin
işdi hindi məsul vəzifədə işdəmək.
GÖYGÖZ VEYSƏL -
Çətin yox e, lap it zülmüdü. Böyüklər yüz
şey tapşırır. Düzüb-qoşmadın – qanın getdi daha. Hindi
mənnən elə bir şey istiyiblər ki, lap başımı itirmişəm.
V KƏNDLI -
Nədi ki elə?
GÖYGÖZ VEYSƏL -
(Pıçıltı ilə.) A kişilər, bir kilo anaşa
istiyiblər. Bir nəşəxor gəlib rayona, rəisin dostudu, mənə də
diyiblər ki, hardan varsa tap gətir. Hardan tapım? Onun nə
təhər şey olduğunu bilən kopoyoğludu. Birdən-ikidən
görmüşəm ki? Siz biləni, kənddə əkib-iliyən yoxdu ha?
Qorxmuyun e. Pulunu vericəm. Adı da gizli qalacax.
Neyniyim da... Yuxarının tapşırığından çıxa bilərəmmi?
Susurlar.
Hə, heylə bir adam varsa, diyin mənə. Onsuz da kməsə
satmalıdı da. Qoy mənə satsın. Hürküsüz-qorxusuz. Inanın
ki, böyük köməy iləmiş olar. Sizə də bir cib xərcliyi verərəm.
Neyniyim, cərimədi də, çəkməliyəm.
V KƏNDLI -
Nəçənnik, vallah, ağlım kəsmir bizim kəntdə belə
işnən məşğul olan tapılsın. Genə də qonşu kəntdən bir
soraqlaşın.
GÖYGÖZ VEYSƏL -
A kişi, elə bilirsən, soruşmaq olur. Bu elə
bir şeydi ki... Özü də sistem işçisinə kim boyun olar? Daha
hardan bilsinlər ki, mən nə dərddəyəm... Eh, adamı
göndərirlər düzəlmiyən işə, sonra da adını qoyurlar yarıtmaz.
Hindi mən neynim görəsən? Hara gedim, kimə ağız açım?
Alik çay gətirir.
Veysəl ayağa qalxır.
V KƏNDLI –
Çay niyə işmədüz, nəçənnik?
GÖYGÖZ VEYSƏL -
Siz için. Mən gedim görək başıma bir çarə
qıla bilərəmmi? Alik, çaynik mənim hesabımadı ha. (Gedir.)
QARPIZ SATAN ARVAD –
Sabahınız xeyir, nəçənnik.
36
GÖYGÖZ VEYSƏL -
Sabahın xeyir. Hə, necədi, dəyib-dolaşan
yoxdu ki?
QARPIZ SATAN ARVAD -
Yox, əşşi, yaxşı camaatdı. Qonağa
hörmət iliyirlər.
GÖYGÖZ VEYSƏL -
Bir şey olsa, mənə xəbər ver, cannarını
alaram.
QARPIZ SATAN ARVAD -
(Yekə bir qarpız verir.) Uşaxlara pay
apar.
GÖYGÖZ VEYSƏL -
(Guya utanır.) Əşşi, ayıbdı, uşaxlar qarpızı
neynir?
QARPIZ SATAN ARVAD –
Götürün, götürün. Qarpızdı da,
yesinlər.
GÖYGÖZ VEYSƏL –
Çox sağ ol, payın çox olsun. (Götürür.)
Hindi ki, verirsən, bir balacasını da ver. Bizim bir dəcəlimiz
var, gərək həmişə özünə ayrı qarpız kəssin.
QARPIZ SATAN ARVAD -
Qurban dölümü? Özünüz seçin,
hansını istiyirsiz götürün.
Veysəl o biri qoltuğuna da iri bir qarpız vurur. Qovluğunu bilmir neyləsin.
Sonra qovluğu da ağzında tutub gedir.
Kəndlilər onun ardınca baxıb gülüşürlər.
Motosklet səsi eşidilir.
Bir kişi aralıdan “Mis alıram, alminum alıram! Mis alıram! Kimdə varsa
gətirsin. Yaxşı pul vericəm!” deyərək haraylaya-haraylaya keçib gedir.
ON BEŞİNCİ FRAQMENT
VI KƏNDLI –
Tülkü köpəyoğlu, özünü çoxbilmiş hesab iliyir, bu
birisini qanmaz. Fikir verdinmi, bizdən söz qopartmaq
istiyirdi ha. Yəqin qulağına nəsə üfürüblər.
V KƏNDLI -
Yox, əşşi... Onun azarı nədi, bilmirsən? Molla
Pirvəlinin həyətindən oğurlanmış ağacları axtarır it oğlu.
VI KƏNDLI -
Nə ağaclardı elə?
V KƏNDLI -
Xəbərin yoxdu guya? Fil qulağında yatmısan, nədi?
Uşaxlar gimgəyə yığışanda “İy gəlir... nəsə bir cür iy
gəlir...” diyə nəyə söz atırdılar? Düz iyirmi dənə şitil əkibmiş.
Fikirləşib ki, heç kimin ağlına gəlməz kəndin mollası belə bir
iş tutar diyə. Həyəti də yolun qırağındadı e. Bunu kimdən
37
gizlətmək olardı?
VI KƏNDLI -
Sağ ol səni, keşiş köpəyoğlu.
V KƏNDLI -
Keçən gecə dələduzlar cürləşib iyirmisini də kəsib
aparıb. Molla o qədər özünü çaşdırıb ki, “Həyətimə oğru
girib!” diyə hay-haray qopardıb, Göygözü dartıb gətirib
hadisə yerinə. Göygöz it kimi burun çəkə-çəkə ətrafa göz
gəzdirib soruşub: “A molla, nəyini aparıblar?”
Yalnız bu zaman neynədiyini annıyan şeyx özünü
itirmədən diyib: “Hələ xəbərim yoxdu...” Anaşa
ağaclarını yerində görməyən Veysəl az qala
ağlamsınaraq sual edir: “Bunnar nədi belə ay molla?”
Pirvəli tutulur, çaşıb qalır, kəsilmiş köklərə baxıb tez
cavab verir: “Ee, bunnar keçən ildən qalmadı...”
Uçastkovı başnş bulayıb, “Yaxşı, çox dilə-dişə salma”
diyib molladan aralanır, başdıyır oğruları axtarmağa.
Daha doğrusu, oğurranmış malı axtarmağa. Ona görə də
hindi, görmürsən, bir yerdə dayana bilmir. Isti-isti malın
izinə düşmək istəyir.
VI KƏNDLI -
Vay səni, eşşək oğlu. Özü də hələ diyir ki, onun nə
cür şey olduğunu bilən kopoyoğludur.
V KƏNDLI -
Düm yalandı. Mollanın həyətində əkilmiş ağaclardan
hamıdan qabax bəlkə də onun xəbəri vardı. Ağaclar yoxa
çıxanda diyibmiş ki, tələsiblər it uşaxları, kal-kal yığıblar,
üçcə gün də gözləsələrdi əla olardı. Üç gündən sonra
şöbədən də bir adam gətirib özü götürəcəkmiş zəhrimarı.
Bir nəfər də gözaltı iliyibmiş məhsulu, iki gündən sonra
o yığacaqmış. Molla Pirvəli də yana-yana diyirmiş ki,
zalım uşaxları bircə gün də möhlət versələrdi,
yığacaqdım da özüm.
VI KƏNDLI –
Kəndin müqəddəs atası belə işlərlə məşğul olanda,
başqalarından daa nə umursan?
V KƏNDLI -
Yazıx neynəsin ee? Deyirmiş ki, bu il də həccə gedə
bilmədim, tövləm də yarımşıq qaldı eləcə.
VI KƏNDLI –
Sağ ol səni, hacı şeyx...
ON ALTINCI FRAQMENY
REPRODUKTOR –
(Musiqi səslənir. Qadın səsi.) Quq-quu...
Dünən gecə kolxozun təftişı xəstə Qasımın körpə balalı inəyi
yonca yeyərək köpmüş və gəbərmişdir. Xəstə Qasımın
38
dərdinə şərik oluruq və məsləhət bilirik ki, artıqnəfislik
edərək gecələr mallarını açıb başqalarının bağlarına
salmasınlar daha. Vallah, səsini kəsmədən anasını
haraylayan o yetim dananın ahı tutar adamı. (Musiqi davam
edir.)
V KƏNDLI -
Ə, bu xəstə Qasım heç kəndə qoyulası kopoyoğlu
döyülmüş e... Onun xəstə canında nələr varmış?
VI KƏNDLI -
Genə neyniyib?
V KƏNDLI -
Canına dərd. Keçən il, elə bu vaxtlar olardı da, hə,
Həsənqulu kişi nəvəsi cinni Rəcəbdən ötrü onun qızına elçi
gedibmiş. Qız da bir qız olsa dərd yarıdı e, tay-tüşləri çoxdan
ərdədi, oğul-qız yiyəsidi, bu hələ büzüşə-büzüşə evdə
oturub. Arvad razılaşıbmış. Xəstə iki ayağını bir başmağa
diriyib durub, olmaz ki olmaz.
VI KƏNDLI -
Bəhanə nə gətirib?
V KƏNDLI -
Nə gətirəsidi? Bəyənmiyib Həsənqulu kişini,
nəvəsini. “Su axar, çuxurunu tapar” diyib. Guya özü böyük
zibilmiş.
Cinni Rəcəb bunnan bir az da cinnənib, toya bəslədikləri
cöngəni kəsir, satır, pulunu da cibinə qoyub düz gedir
Tümenə, orda işdiyən əmisi uşaxlarının yanına. Hindi bir
həftədi Cinni qayıdıb gəlib, “Cip”di, nədi, o lap bahalı
maşınlardan da birini gətirib sürür belədən-eləyə, elədən-
beləyə.
Bunu görən Qasım özünü salıb Həsənqulu kişinin yanına ki,
əşşi, bir qələtdi, iləmişəm, p.yimişəm, lap heylə belə də diyib
ha, bəs gəlin qızıbuzu aparın, Allah mübarək iləsin.
Lakin məlum olub ki, bu bir il ərzində xəstə Qasımın
bəyənmədiyi Həsənqulu kişinin nəvəsi cinni Rəcəb orda
neyniyib, neynəmiyib – nəinki özünə xarici maşın alıb, hətta
bir xarici arvad da alıb, ingilisdi, nemesdi qızıdı diyirlər,
qəşəng bir metis oğul atası da olub, hindi də istiyir ki,
kəntdə babat bir ev alıb arvad-uşağını da gətirsin bura.
Xəstə Qasım da suyu süzülə-süzülə qayıdıb boxçaya
qoyduğu qızının yanına və o yıxılandı, xəstəliyi bir az da
çoxalıb, diyirlər.
ON YEDDİNCİ FRAQMENT
Orta yaşlarında olan mirzə Müxbir gözündə qara eynək, başında köhnə
39
yay şlyapası, qoltuğunda bir qalaq əzik-üzük, saralmış qəzet gəlir. Özünü
oturanlara göstərsə də dayanmadan keçib getmək istəyir.
Dostları ilə paylaş: |