HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASININ
ƏSAS QAYDALARI
Bakı 2012
Səhifə 2
1. ƏSAS MÜDDƏALAR
1.1.
Hazırki qaydalarla hava nəqliyyatı vasitələri kimi sərnişin və nəqliyyat təyyarələri
və vertolyotları, xüsusi təyinatlı uçan aparatla və həmçinin, planerlər, deltaplanlar,
dirijabllar və sairləri başa düşülür. Qaydaların mətnində hava nəqliyyat
vasitələrinin bütün tipləri «hava gəmiləri» adlandırılırlar.
1.2.
“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti (daha sonra Sığortaçı adlandırılacaq)
hazırki Qaydaların şərtləri əsasında Azərbaycan hava gəmilərinin mülkiyyətçiləri
və/və ya istismarçıları olan yerli və xarici hüquqi və fiziki şəxslərlə (daha sonra
Sığortalı adlandırılacaq) müəyyən təsadüfi hadisələr - sığorta halları baş verərkən
onların mülkiyyət maraqlarının müdafiə edilməsi barədə sığorta müqavilələri
bağlayır.
1.3.
Sığorta obyekti Sığortalının hava gəmisinin xüsusi mülkiyyətdə saxlanılması,
istifadəsi, onun barəsində sərəncam verilməsi ilə əlaqədər olan, Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeyidir.
1.4.
Sığortaçının hər hansı ödəniş edilməsi üzrə öhdəliklərinin yaranmasının əsas şərtləri
uçuş – texniki və xidmət heyəti tərəfindən hava gəmisinin aeronaviqasiyası, texniki
istismarı və ona xidmət göstərilməsinə olan tələblərin ğözlənilməsi, və həmçinin,
səlahiyyətli təşkilatların istənilən vəzifəli şəxslərinin hava gəmisinin təhlükəsiz
istismarı və havada hərəkətin icra edilməsinə aid olan göstərişlərinin yerinə
yetirilməsidir.
1.5.
Hazırkı Qaydalar üzrə sığorta növü sığorta obyektinə görə əmlak sığortasına aid
olan hava nəqliyyatı vasitələrinin sığortası sinfinə daxildir.
1.6.
Hazırki Qaydalara müvafiq olaraq sığorta predmeti sığorta müqaviləsi üzrə
sığortalanan hava nəqliyyatı vasitələridir.
Sığortalı hər bir uçuşa istismar üçün yararlı olan saz hava gəmisinin buraxılmasını
təmin etməli, və həmçinin, sistematik olaraq hava gəmisinə aid olan və qüvvədə
olan qaydalara görə tələb edilən bütün zəruri sənədləri hazırlamalı və Sığortaçının
tələbi ilə bu sənədləri Sığortaçıya (Sığortaçının nümayəndəsinə) təqdim etməlidir.
2. İZAHLAR
«Hava gəmisinin qəza təmiri» - istismarın normal şərtləri üçün normativ – texniki
sənədlərdə nəzərdə tutulmamış xarici təsirlərin (qəfil hadisənin) nəticəsində
zədələndikdən sonra hava gəmisinin aqreqat və ya tərkib hissələrinin sazlığının bərpa
edilməsi üçün yerinə yetirilən plandan kənar təmir.
«Aqreqat» - hava gəmisinin tərkib hissəsidir, bilavasitə bu hissə üçün müəyyən edilmiş
təmirlərarası resursa malikdir və bu hissə üçün ayrıca pasport və ya formulyar tərtib
edilmişdir. Hava gəmisinin mühərriki bir aqreqat sayılır.
Səhifə 3
«Uçuş müddəti» - icra startı zamanı mühərrikin gücünün artırılmasının başlanmasından
enmə zaman qaçışın dayanmasına qədər olan vaxt müddətidir.
«İnkar» - obyektin işlək vəziyyətinin pozulmasından ibarət olan hissədir.
«Qəfil hadisə» - hava gəmisinin istismarı zamanı baş verən hadisə və ya elə şərtlərin təkrar
yaranmasıdır ki, bunlar ziyanın vurulmasına (hava gəmisinə, insana, hüquqi şəxsə) gətirib
çıxarır və ya hava gəmisinin normal idarə edilməsini qeyri – mümkün edir.
«Yerdə sürmə» - hava gəmisinin uçuş sahəsi üzrə öz mühərrikinin dartı qüvvəsi hesabına
dayanacaqdan icra startına və ya qaçış başa çatdıqdan sonra dayanacağa daxil olmaq üçün
hərəkətdir.
«Sığorta riski» - nəzərdə tutulan elə hadisədir ki, bu hadisə baş verdiyi hal üçün hava
gəmisi sığorta edilir.
3. SIĞORTA RİSKLƏRİ VƏ SIĞORTA TƏMİNATI NÖVLƏRİ
3.1.
Sığortaçı, nəticəsi hava gəmisinin məhv olması, xəbərsiz itməsi və ya zədələnməsi
olan gözlənilməz (təsadüfi) hadisənin Sığortalıya ziyan vurması riskini sığortalanma
üçün qəbul edir.
Risklərin sığortalanması. İstismarın ayrıca seçilmiş dövrləri üçün – uçuşda (A), yerdə
sükanla idarə edərkən (V), və ya dayanacaqda olduqda, suda üzərkən (S), və
həmçinin, bunların hər hansı kombinasiyası üçün icra edilir.
3.2.
Sığortaçı, hazırkı Qaydalarda və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş
hadisələr istisna edilməklə, sığorta müqaviləsinin qüvvədə olma müddətində baş
verən bütun sığorta halları üçün məsuliyyət daşıyır. Sığorta müqaviləsi iki və daha
çox hava gəmisinin sığortalanmasını nəzərdə tuta bilər, bu halda hazırkı Qaydaların
müddəaları hər bir hava gəmsinə ayrı – ayrılıqda tətbiq edilir.
3.3.
Standart sığorta əhatəsi ilə aşağıdakı 3.4 və 3.5 bəndlərində göstərilən uçuşlar istisna
edilməklə, hava gəmisinin təyinatına müvafiq olaraq sərnişinlərin, yükün, baqajın
və poçtun daşınması üçün icazə verilmiş marşrutlarla hava gəmisinin uçuşu ilə
əlaqədar olan hadisələr üzrə Sığortaçının məsuliyyəti müəyyən edilir. Bu sığorta
əhatəsi, həmçinin, Sığortalı tərəfindən uçuş istismarı üzrə Rəhbərlik vəsaitinin (UİR)
tələblərinin gözlənilməsi və Sığortaçının razılığının alınması şərti daxilində, hava
gəmisinin zədələnməsindən sonra təmir müəssisəsinə aparılması və ya yerləşdiyi
aerodroma sürülməsi hallarına da aid edilir.
3.4.
Əlavə sığorta əhatəsi, hava gəmisinin xüsusi proqramlar üzrə, xüsusən: sınaq
uçuşları, rekord əldə etmək üçün icra edilən uçuşlar, aviasiya texnikasının nümayişi,
uçuş heyətinin öyrədilməsi, patrul vəzifələrinin yerinə yetirilməsi, yanğınlarla
mübarizə, hava gəmisindən nəyinsə səpilməsi və digər yüksək riskə malik olan
proqramların yerinə yetirilməsi ilə əlaqədar olan hadisələr üzrə Sığortaçının
məsuliyyətini müəyyən edir.
Səhifə 4
Əlavə sığorta əhatəsi əlavə mükafat hesabına təmin edilir və Şəhadətnaməyə buna
müvafiq yazı əlavə edilir.
3.5.
Sığortanın xüsusi şərtləri (əsas şərtlərə əlavə olaraq) müharibə, qaçırma və digər
aviasiya təhlükələri (müddəa – AVN 48 B) risklərinin, radiasiya və radioaktiv
çirklənmənin təsiri risklərinin (müddəa AVN – 38A), küyün, çirklənmənin və digər
təhlükələrin təsirinin xaric edilməsi risklərinin (müddəa AVN.46B) sığorta
təminatını nəzərdə tuturlar ki, bunlar hazırki Qaydalara əsasən və əlavə şərtlər üzrə
sığorta zamanı sığorta təminatına aid edilən risklərin siyahısından xaric edilmişdir.
Hava gəmisinin sığortasının xüsusi şərtləri Sığorta Müqaviləsinin xüsusi şərtlərinə
daxil edilir və Sığortaçının informasiya təminatının xüsusi rejimi üzrə qüvvədə olur.
3.6.
Konstruktiv və istehsal defektləri, heyətin səhvləri və digər səbəblər üzündən baş
vermiş aviasiya mühərriklərinin və vertolyotlarının baş reduktorlarının, hava
gəmilərinin digər aqreqatlarının daxili zədələnməsi halı üçün ziyanın sığortalanması
sığortanın ayrı – ayrı şərtləri üzrə yerinə yetrilir və müstəqil müqavilə ilə
rəsmiləşdirilir.
4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA ŞƏRTLƏRİ
4.1.
Sığorta məbləğinin ölçüsü Sığortalı tərəfindən hava gəmisinin sığorta dəyəri –
müqavilə bağlanan zaman onun həqiqi qiyməti əsasında muəyyən edilir. Nəzərdə
tutulmuş resursun bir hissəsini işləmiş hava gəmisinin sığorta dəyəri yeni hava
gəmisinin qiymətinin resursun işlənməmiş hissəsinə mütənasib olan hissəsi kimi
hesablana bilər.
4.2.
Sığorta müqaviləsində göstərilən sığorta məbləği sığorta müqaviləsinin qüvvədə
olma müddəti ərzində baş vermiş bütün sığorta hadisələri üzrə əvəz kimi ödənilən
məbləğin son həddini göstərir.
4.3.
Hava gəmisinin məhvi, xəbərsiz itkin düşməsi, itməsi aşağıdakı vəziyyətlərdə
sığorta halı kimi qəbul edilir:
a)
baş vermiş hadisə nəticəsində hava gəmisi fiziki olaraq dağılmış və uçuş
istismarı üçün tamamilə yararsız olmşdur (tam məhv olma) və ya bu gəminin
qəza təmiri texniki cəhətdən məqsədəuyğun deyildir (konstruktiv məhv
olma);
b)
hava gəmisi plana uyğun olaraq sığorta müqaviləsinin qüvvədə olma
müddətində havaya qalxdıqdan sonra təyinat məntəqəsinə gəlməmişdir və 60
gün ərzində onun axtarılması üzrə görülən tədbirlər nəticə verməmişdir və
ya axtarışlar rəsmi olaraq bu müddətdən əvvəl kəsilmişdir;
Səhifə 5
c)
hava gəmisinin itirilməsi bu gəminin çətin əldə edilə bilən və onun
boşaldılması üçün yararsız olan yerə məcburi olaraq enməsi nəticisində baş
vermişdir.
Qeyd: hava gəmisinin xəbərsiz itkin düşməsi zamanı və onun itrilməsi zamanı dəyən
ziyan hava gəmisinin məhv olmasından dəyən ziyana bərabər tutulur.
4.4.
Hava gəmisinin zədələnməsi – konstruksiyanın tamlığının pozulması və ya hava
gəmisinin elementlərinin deformasiyası sığorta halı kimi o zaman qəbul edilir ki,
zədələnmə nəyinsə birdəfəlik təsiri nəticəsində baş versin və zədələnmə nəticəsində
hava gəmisinin iş qabiliyyəti (uçuş yararlılığı) itirilmiş olsun.
İstisna: hazırkı qaydalar ilə aşağadakılar sığorta hadisəsinə aid edilmir və bu
halda sığorta ödənişi verilmir:
a)
işçi proseslər və müşaiyətedici faktorlarla (vibrasiya, küy, elektromaqnit
maneələrlə və s.) əlaqədar olan möhkəmliyin azalması səbəbindən hava
gəmisinin ayrı - ayrı aqreqatlarının sıradan çıxması, əgər bu cür
zədələnmələrin və sıradan çıxmaların səbəbləri aqreqatların daxilində
lokallaşdırılmışdırsa;
b)
normal istismar şərtlərinin və toplanan və ya inkişaf edən xarakterli yüklərin
(korroziya, yorulma çatları və layların yaranması) təsiri ilə əlaqədar olaraq
hava gəmisinin konstruksiyası elementlərinin zədələnməsi;
c)
mühərrikin kompressorunun pərlərinin, xarici örtük elementlərinin və hava
gəmisinin digər aqreqatlarının yerli zədələnmələri (əzilmələr və deşilmələr),
bir şərtlə ki, bunlar hava gəmisi ilə baş verən qeydə alınmış konkret hadisə ilə
əlaqədar deyildirlər və uçuşdan sonrakı baxış zamanı və ya hava gəmisində
reqlament işlərinin aparılması zamanı aşkar edilmişdir.
Baxılan maddəyə qeyd:
a)
mühərrikin qaz – hava traktına kənar cisimlərin düşməsi nəticəsində
kompressorun pərlərinin zədələnməsi, bu cür zədələnmə mühərrikin uçuş
zamanı qeydə alınmış dayanmasının səbəbi olmuşdursa, sığorta halı kimi
nəzərdən keçirilir;
b)
əgər yuxarıda göstərilən (a), (b) və (c) maddələrində göstərilən səbəblər
nəticəsində hava gəmisi məhv olarsa, və ya bu səbəblər ekstremal vəziyyət
doğurarsa və nəticədə hava gəmisinin hər hansı zədələnməsi baş verərsə bu
cür hadisə sığorta halı kimi nəzərdən keçirilir.
Səhifə 6
4.5.
Sığorta hadisəsi baş verdikdə, Sığortaçı öz seçimi əsasında Sığortalıya dəyən ziyanın
konpensasiya edilməsi üsulunu müəyyən edir, yəni:
a)
sığorta əvəzini pul formasında ödəyir;
b)
Sığortalıya əvəzləmə üçün zədələnmiş hava gəmisinə və ya aqreqata analoji
olan hava gəmisi və ya aqreqat verir;
c)
hava gəmisinin qəza təmirinin xərclərini ödəyir.
4.6.
Hava gəmisinin zədələnməsi və məcburən enməsi halında avadanlığın demontajı,
nəql etmə və təmir üzrə heç bir iş Sığortaçının icazəsi olmadan başlanmamalıdır,
burada heyətin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, hava gəmisinin
daha da zədələnməsinin qarşısının alınması üçün zəruri olan hallar, və ya müvafiq
idarə orqanlarının qanuni əmr və göstərişlərinin yerinə yetirilməsi ilə əlaqədar olan
hallar istisna təşkil edir.
4.7.
Hava gəmisinin uçuşda zədələnməsi ilə əlaqədar olaraq məcburən yerə enməsi
halında Sığortaçı, Sığortalının xilasetmə işlərinə, bu gəminin təhlükəsizliyinin və
saxlanılmasının təmin edilməsinə, hər hansı nəqliyyat vasitəsilə ən yaxın aerodroma
köçürülməsinə zəruri olaraq çəkdiyi xəcləri, sığorta müqaviləsində başqa cür
nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 10% - nə qədər olan həcmdə ödəyir.
4.8.
Sığortaçı, hava gəmisinin sığorta hadisəsindən əvvəlki texniki vəziyyətinə və
dəstləşdirmə səviyyəsinə qədər bərpa edilməsi üçün zəruri olan həcmdə,
Sığortalının hava gəmisinin təmirinə çəkdiyi xərcləri ödəyəcəkdir.
Əgər sığorta hadisəsi üzrə qəza təmiri hər hansı planlı tədbirlə (əsaslı təmir və ya
texniki xidmət) üst – üstə düşürsə və ya birləşdirilirsə, xərclərin bu təmirin aparılan
plan tədbirləri çərçivəsindən xaricə çıxan hissəsi üçün əvəz ödənilir.
4.9.
Sığortaçı Sığortalının faktiki xərclərini ödəyir və ya hava gəmisinin qəza təmiri üzrə
müqaviləyə uyğun olaraq xəclərin bir hissəsinin ödənilməsi üzrə təmir müəssisəsinə
təminat verir, bu zaman Sığortaçı ilə digər şərt razılaşdırılmışdırsa:
a)
hava gəmisinin qəza təmirinə çəkilən xərclər, onun təmirlərarası resursunun
bərpa edilməsi ilə əlaqədar olmayan hissədə, tam həcmdə əvəz kimi ödənilir;
b)
texniki sənədlərə görə müəyyən təmirlərarası resursa malik olan aqreqatların
əvəz edilməsi və ya təmirini çəkilən xərclər, bu aqreqatların təmirlərarası
resurs həddi daxilində zədələnməsinə qədər işlənməmiş vaxta müvafiq
olaraq əvəz kimi ödənilir;
c)
nəqliyyat xərcləri – işçilərin, materialların və aqreqatların qəzaya uğramış
hava gəmisinin yerləşdiyi yerə çatdırılmasının, hava gəmisinin hadisə
Səhifə 7
yerindən baza aerodromuna uçmasının xərcləri o zaman ödənilir ki, onlar
məqsədəuyğun olsunlar və ən qənaətcil yolla yerinə yetirilsinlər, və həmçinin
4.7 bəndində göstərilən xərc maddələri ilə birlikdə, sığorta müqaviləsində
başqa cür nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 10% hüdüdlarından
kənara çıxmasınlar.
4.10. Sığorta ödənişinin ölçüsü. Əgər hava gəmisinin sığorta məbləği onun sığorta dəyərinə
uyğundursa, resursun işlənməsi nəzərə alınmaqla, faktiki xərclər üzrə ödənilir.
4.11. Əgər sığorta məbləği hava gəmisinin sığorta dəyərindən azdırsa, Sığortalıya dəyən
faktiki ziyan sığorta məbləğinin sığorta dəyərinə olan nisbətə mütənasib olan hissəsi
kimi müəyyən edilir. Bu zaman sığorta ödənişi «Hava gəmisinin dəyərində
aqreqatların dəyərinin xüsusi çəkilərinin cədvəlində» müəyyən edilmiş ölçüdən
artıq ola bilməz (cədvəl əlavə edilir).
4.12. Azadolmanın (şərtsiz) ölçüsü hər bir hava gəmisi üçün sığorta müqaviləsi ilə təyin
edilir və bu zaman:
a)
azadolmanın ölçüsündən artıq olmayan ziyan üçün əvəz ödənilməməlidir;
b)
əgər Sığortaçı bir neçə sığorta hadisəsi üzrə ödəniş edirsə, azadolma hər bir
hal üzrə ziyanın məbləğindən çıxılır;
c)
hava gəmisi məhv olduqda, xəbərsiz itkin düşdükdə, itdikdə azadolma
çıxılmır.
4.13. Hava gəmisi məhv olduqda və xəbərsiz itkin düşdükdə, Sığortaçı sığorta məbləği
ölçüsündə sığorta ödənişi ödəyir və ya Sığortalıya əvəz etmək üçün digər hava
gəmisi verir. Bu halda:
a)
Sığortaçı kompensasiya kimi hesabdan silinmiş hava gəmisinin və onun
istənilən aqreqatlarının, bütün qeydiyyat sənədləri və mülkiyyət hüququ
sənədləri ilə birlikdə mülkiyyətçisi olmaq hüququnu əldə edir;
b)
Sığortaçı tərəfindən əvəz etmək üçün təqdim edilən hava gəmisi eyni tipdən
(modeldən) və eyni istehsaldan olmalıdır, əvəz edilən hava gəmisinin
vəziyyətinə (planer və mühərriklərin resursu, digər istismar – texniki
xarakteristikaları) yaxın olan vəziyyətdə olmalıdır.
c)
Əgər Sığortaçı siyahıdan silinmiş hava gəmisinin və ya onun aqreqatlarının
mülkiyyətçısi olmaq barədə qərar qəbul etmirsə, Sığortalı birtərəfli qaydada,
Sığortaçının xeyrinə, qəzaya uğramış hava gəmisindən imtina etmək
hüququna malik deyildirsə, bu halda hava gəmisi Sığortalının mülkiyyətində
qalır.
Səhifə 8
5. ÜMUMİ İSTİSNALAR
5.1.
Hava gəmisinin aşağıda göstərilən hallarda olduğu dövrdə hadisə baş verdikdə
sığorta müqaviləsi öz qüvvəsini itirir və sığorta ödənişi icra edilmir:
a)
qanunvericiliklə qadağan edilmiş məqsədlər üçün və ya müqavilədə
göstərilmiş məqsədlərdən fərqli olan məqsədlər üçün istifadə edilir;
b)
müqavilədə göstərilən coğrafi hüdudlar xaricində yerləşir və bu cür
kənarlaşma hava gəmisinin qəzası və fors - major hadisələri ilə əlaqədar
deyildir;
c)
səlahiyyəti olmayan və/və ya buna hüququ olmayan şəxslər tərəfindən
uçuşda idarə edilir və ya yerdə idarə olunur;
ç)
istənilən növ nəqliyyatla daşınır, burada sığorta hadisəsi nəticəsində
zədələnmədən sonra daşınma istisna edilir;
d)
həmin tipdən olan hava gəmisinin tələblərinə uyğun gəlməyən aerodroma
(meydançaya) enir və ya oradan səmaya qalxır, bir şərtlə ki, bu hava
gəmisinin qəzası və ya fors – major hadisəsi ilə əlaqədar deyildir;
e)
həddən artıq yüklənmişdir – sərnişinlərin ümumi sayı baxılan gəmi üçün
nəzərdə tutulmuş sərnişinlərin maksimal sayından çoxdur və/və ya
yüklənmənin hədd normaları pozulmuşdur və ya hava gəmisinin
mərkəzləşdirilməsi qaydası pozulmuşdur;
ə)
bilərəkdən nasaz halda səmaya qalxır, burada Uçuş istismarı üzrə
Rəhbərliyin buna icazə verdiyi və Sığortaçı ilə razılaşdırılmış hal istisna
edilir.
5.2.
Standart və əlavə sığorta əhatələri aşağadakılar əsasında istisna edilən risklərin
sığorta əhatəsini nəzərdə tutmur:
a)
radiasiyanın və radioaktiv çirklənmənin təsirindən yaranan risklərin xaric
edilməsi haqqında müddəa – AVN. 38A (müddəa əlavə edilir);
b)
müharibə, qaçırma və digər aviasiya təhlükələri halında risklərin xaric
edilməsi haqqında müddəa – AVN. 48B (müddəa əlavə edilir);
c)
küyün, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə
müddəa (AVN 46B).
5.3.
Bu Qaydalarda müəyyən edilmiş hər hansı məhdudiyyət və ya məhdudiyyətlər
tərəflərin razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər.
Səhifə 9
6. SIĞORTA HAQQI VƏ ONUN VERİLMƏSİ QAYDASI
6.1.
Sığorta haqları Sığortalı tərfindən Sığortaçıya sığorta müqaviləsi üzrə sonuncunun
qəbul etdiyi öhdəliklər üçün ödədiyi pul məbləği deməkdir.
6.2.
Sığorta haqqının ölçüsü Sığortalı tərəfindən qüvvədə olan tarif dərəcələri,
müqavilənin qüvvədə olma müddəti və digər faktorlarla müvafiq olaraq seçdiyi
sığorta şərtləri əsasında müəyyən edilir. Sığortaçı sığorta haqqının ölçüsünü
müəyyən edir və Sığortalıya müvafiq məbləğdə hesab təqdim edir və ödəniş
müddətini göstərir.
6.3.
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının
ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının
ikinci və sonrakı hissələri vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün
yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi
bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
6.4.
Sığortalı öz tərəfindən sığorta haqlarının ödənildiyini sübut edən sənədləri
saxlamalı və onları Sığortaçının tələbi ilə təqdim etməlidir.
Əgər sığorta haqlarını Sığortalının tapşırıgı ilə başqa bir şəxs ödəyirsə, həmin şəxs
bununla əlaqədar olaraq Sığorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.
7. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI QAYDASI, QÜVVƏDƏOLMA
MÜDDƏTİ VƏ ONA XİTAM VERİLMƏSİ
7.1.
Sığorta müqaviləsi Sığortalı və Sığortaçı arasındakı razılaşmadır və bu müqaviləyə
görə Sığortaçı öhdəlik götürür ki, sığorta hadisəsi baş verdikdə sığorta ödənişi etsin,
Sığortalı isə öhdəlik götürür ki, müəyyən edilmiş müddətlərdə sığorta haqlarını
(mükafatı) ödəsin.
7.2.
Müqavilə Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Bu ərizə Sığortaçının
müəyyən etdiyi formada tərtib edilir və burada əsas məlumat kimi aşağıdakılar
göstərilməlidir:
- Sığortalının adı və hüquqi unvanı;
- Sığorta edilən hava gəmisinin siyahısı, onların bort (qeydiyyat və zavod)
nömrələri, buraxılış ili, və təyin edilmiş resursların işlənməsi;
- muhərrikin nömrələri və onlardan hər birinin işlənməmiş resursu;
Səhifə 10
- sığorta şərtləri (risklər, hər bir hava gəmisi üzrə sığorta məbləği və sığorta
müddəti);
- uçuşların xarakteri və hava gəmisinin istismarının coğrafi rayonları;
- riskin dərəcəsini müəyyən etmək üçün vacib əhəmiyyət kəsb edən digər
məlumatlar.
Sığorta üçün ərizə hava gəmisinin mülkiyyətçisi olan müəssisənin rəhbərləri və ya
onun müvafiq səlahiyyətlərə malik olan nümayəndəsi tərəfindən imzalanmalıdır.
7.3.
Sığorta müqaviləsi tərəflər arasında razılaşdırılmış istənilən müddətə bağlanır və
sığorta Şəhadətnaməsinin verilməsi ilə təsdiq edilir. Bu Şəhadətnamə Sığortaçı
tərəfindən imzalanır, möhürlənir və Sığortalıya göndərilir. Sığorta üçün ərizə və
sığorta haqqının (mükafatın) ödənilməsi üçün ödəniş tapşırığı, sığorta
Şəhadətnaməsi və Sığortaçının hesabı hazırki qaydalarla birlikdə Sığorta Müqaviləsi
sənədlərinin komplektini təşkil edir.
7.4.
Sığorta muqaviləsi (sığorta təminatı) Sığorta Şəhadətnaməsində göstərilmiş
sığortanın qüvvəyə minmə tarixində saat 24:00-da qüvvəyə minir və göstərilmiş
sığorta təminatının qüvvədən düşmə tarixində saat 24:00-da qüvvədən düşmüş
hesab edilir.
7.5.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə və sığorta hadisəsi baş verənə
qədər Sığortalının hüququ vardır ki, öz qənaətinə görə Faydalanan şəxsi təyin etsin,
Faydalanan şəxsi əvəz etsin və ya Faydalanan şəxs haqqında şərti ləğv etsin.
Əgər hava gəmisi bir neçə şəxsin ümumi mülkiyyətinin predmetidirsə, bu halda bu
cür şəxslər Faydalanan şəxs təyin edilə bilərlər, bu zaman Faydalanan şəxslər hava
gəmisinə olan mülkiyyət hüququndakı öz paylarına müvafiq olaraq sığorta
ödənişinin bir hissəsini (payı) əldə edirlər.
7.6.
Müqaviləyə dəyişiklər və əlavələr onun qüvvədə olma müddəti ərzində yalnız
tərəflərin razılığı ilə daxil edilə bilər və bunlar ikitərəfli sənədlərlə rəsmiləşdirilirlər.
Vəziyyətdə və ya risklərin təbiətində əhəmiyyətli dəyişiklik baş verdikdə, ödənişin
möhlət müddəti uzadıldıqda, Sığortalı bu barədə Sığortaçıya dərhal məlumat
verməlidir, və bu zaman Sığortaçı, birtərəfli qaydada, sığorta haqqının miqdarını
artırmaq hüququna malikdir.
7.7.
Sığorta müqaviləsinin təsiri hava gəmisinin zədələnməsi halı üçün sığorta əvəzi
ödənildikdən sonra həmin hava gəmisinin uçuşa yararlı olmasının müəyyən edildiyi
tarixdən başlayaraq davam edir, lakin bu hava gəmisinə münasibətdə sığorta
məbləği ödənişlərin məbləği qədər azalır.
Səhifə 11
7.8.
Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
7.8.1.müqavilənin qüvvədə olma müddətinin başa çatması və ya Sığortaçı tərəfindən
müqavilə üzrə Sığortalı qarşısında olan bütün öhdəliklərin tam həcmdə
yerinə yetirilməsi;
7.8.2. Sığortalı tərəfindən sığorta haqlarının müqavilədə müəyyən edilmiş
müddətdə ödənilməməsi;
7.8.3. hüquqi şəxs olan Sığortalının ləğv edilməsi,və ya fiziki şəxs olan Sığortalının
ölümü, sığorta haqqında Qanunda və hazırki qaydalarda nəzərdə tutulmuş
hallar istisna edilməklə;
7.8.4. Sığortaçının, Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən
edilmiş qaydada ləğv edildiyi halda, əgər sığorta portfeli onun tərəfindən
başqa bir Sığortaçıya verilməmişdirsə;
7.8.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda,
məhkəmə sığorta müqaviləsinin qeyri – həqiqi olması barədə qərar
çıxardıqda;
7.8.6. Həm Sığortaçının, həm də Sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlıq
verməsi yolu ilə:
7.8.6.1. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında,
Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün
sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını
pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
7.8.6.2. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında,
Sığortaçı Sığortalının sığorta haqqlarını bütünlükdə qaytarır; əgər bu tələb
Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı
çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta
haqqını qaytarır.
7.8.6.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına
bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta
haqqı sığortalıya qaytarılmır.
7.8.6.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından
az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə
sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının
sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 7.8.6.1-ci və 7.8.6.2-ci
maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.8.7. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
Səhifə 12
8. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
8.1.
Sığorta müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyi ilə, hazırkı qaydalar və sığorta müqaviləsinin şərtləri
ilə tənzim edilir.
8.2.
Sığortalının vəzifələri:
a)
Sığorta müqaviləsinin bütün şərtlərinin gözlənilməsi;
b)
Sığorta müqaviləsi bağlanarkən, sığorta riskini qiymətləndirmək üçün
əhəmiyyət kəsb edən və ona məlum olan təfərrüat barədə, və həmçinin, hər
bir hava gəmisinə münasibətdə bağlanmış və ya bağlanan bütün sığorta
müqavilələri barədə Sığortaçıya məlumat vermək;
c)
müqavilənin quvvədə olduğu müddətdə sığortalanmış əmlaka dəyən ziyanın
qarşısını almaq və ya azaltmaq üçün bütun tədbirləri görmək;
ç)
sığorta haqqını vaxtında ödəmək.
d)
Sığorta müqaviləsi üzrə hüquq və vəzifələr Sığortalı tərfindən tam və ya
qismən üçüncü tərəfə verilə bilməz, burada Sığortalının yazılı formada təsdiq
edilmiş razılığı olduğu hal istisna təşkil edir.
8.3. Sığortalının hüquqları:
a)
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada
sığorta müqaviləsinə xitam vermək;
b)
Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni
nüsxəsini (dublikatını) almaq;
c).
Sığorta hadisəsinin qarşısı alınması və dəyə biləcək zərərin azalması üçün
zəruri olan məlumat və məsləhətləri Sığortaçıdan almaq;
8.4. Sığortaçının vəzifələri:
a)
Sığortaçı,
Azərbaycan
Respublikasının
qanunvericiliyində
nəzərdə
tutulmuş hallar istisna olmaqla, Sığortalı haqqında və onun əmlak vəziyyəti
haqqında məlumatı yaymamağa borcludur.
b)
Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş
sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin
şərtləri ilə tanış etmək;
c)
Sığortalıdan hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin
səbəblərini, xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya
ödəniləcək məbləği müəyyən etmək, və nəticədə hadisəni sığorta hadisəsi
Səhifə 13
kimi tanıdıqda və ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda
müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada sığorta
məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək;
ç)
Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar olduqda bu barədə
Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək;
d)
Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və
sığortanı təsdiqləyən digər sənədlərin yeni nüsxəsini (dublikatını) təqdim
etmək;
e)
Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
8.5.
Sığortaçının hüquqları:
a)
Sığortalının verdiyi informasiyanın, və həmçinin, Sığortalı tərəfindən sığorta
müqaviləsinin tələblərinin yerinə yetirilməsinin yoxlanması, səlahiyyətli
orqanlara sorğu göndərilməsi;
b)
Sığorta müqaviləsi qüvvəyə mindikdən sonra sığorta edilmiş hava gəmiləri
ilə baş verən aviasiya hadisələri və qəfil halların tədqiqatında iştirak etmək,
Sığortalı tərəfindən onların istismarı üzrə normativ – texniki sənədlərin
tələblərinin gözlənilməsini yoxlamaq.
Sığorta hadisəsi baş verdikdə Tərəflərin qarşılıqlı fəaliyyəti
8.6.
Hava gəmisi ilə sığorta hadisəsi kimi qiymətləndirilə bilən hər hansı hadisə baş
verdikdə, Sığortalı aşağıdakıları etməyə borcludur:
a)
baş verən hadisə haqqında Sığortaçıya dərhal məlumat vermək və növbəti üç
gün müddətində yazılı məlumat göndərmək və burada hadisənin bütün
məlum tərəflərini əks etdirmək;
b)
zədələnmiş hava gəmisinə əlavə ziyan dəyməsinin qarşısını almaq, onun və
uçuş informasiyasını qeydə alan cihazların qorunub saxlanması üçün
tədbirlər görmək;
c)
Sığortaçının, qanunvericiliyə müvafiq olaraq, ziyan üçün məsuliyyət daşıyan
şəxslərə reqres tələb hüquqlarının təmin edilməsi üçün tədbirlər görmək;
ç)
xilasetmə işlərinin təşkili üzrə və bu bəndin (b) və (c) paraqraflarında
göstərilmiş tədbirlərin təmin edilməsi məqsədilə hərəkətlər istisna edilməklə,
Sığortaçının yazılı razılığı olmadan, baxılan sığorta hadisəsinə aid olan heç
bir öhdəlik qəbul etməmək, öz məsuliyyətini boynuna almamaq, heç bir
Səhifə 14
təklifi qəbul etməmək, heç bir ödəniş icra etməmək və ödənişə aid vədlər
verməmək.
d)
Sığortaçının nümayəndələrinin hadisənin təfərrüatının tədqiq edilməsində
iştirakını təmin etmək və Sığortaçıya sığorta hadisəsinə aid olan bütün
informasiyanı təqdim etmək.
8.7.
Sığortalı istənilən halda, sığorta ödənişi üzrə qərardan asılı olmayaraq, Sığortaçını
sistematik olaraq sığorta edilmiş hava gəmisi ilə əlaqədar olan istənilən aviasiya
hadisəsinin
və
ya
ciddi
qəfil
hadisənin
tədqiqatının
gedişi
barədə
məlumatlandırmalı və tədqiqat başa çatdıqdan sonra, təsdiq edilmiş rəyin (aktın)
surətini Sığortaçıya təqdim etməlidir.
9. SIĞORTA ÖDƏNİŞİ VERİLMƏSİNİN QAYDA VƏ ŞƏRTLƏRİ
9.1.
Sığortaçı sığorta müqaviləsi üzrə bu qaydaların Sığortalı tərəfindən yerinə yetirildiyi
halda məsuliyyət daşıyır, lakin Sığortalı tərəfindən ayrı – ayrı maddələrin qeyri –
iradi pozulmaları və bunların aşkar edildikdən sonra dərhal onun tərəfindən aradan
qaldırılması Sığortaçını sığorta əvəzinin ödənilməsi üzrə öhdəliklərdən azad etmir.
9.2.
Sığorta ödənişi Sığortaçı tərəfindən, Sığortalının sığorta ödənişinin verilməsi barədə
ərizəsi və Sığortaçının tərtib etdiyi sığorta aktı (rəyi) əsasında icra edilir.
9.3.
Sığortalı tərəfindən aşağıdakı sənədlərin təqdim olunması vaxtından etibarən,
sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi
verməkdən imtina olunması haqqında qərar qəbul edir. Sığorta ödənişinin verilməsi
üçün tələb olunan sənədlər aşağıdakılardır. Tələb olunmuş sənədlərin təqdim
olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir.
Sığortalı sığorta ödənişinin verilməsi üçün ərizə ilə birlikdə Sığortaçıya aşağıdakı
sənədləri (əslini və ya təsdiq edilmiş surətlərini) təqdim etməlidir:
a)
sığorta halının təfərruatına, onun səbəblərinə, ziyanın ölçülərinə aid olan
sənədlər (bu cür sənədlərə texniki baxış aktı, komissiyanın rəyi və s. aid edilə
bilər);
b)
Sığortalının (Faydalanan şəxsin) sığorta marağının olmasını təsdiq edən
sənədlər – məhz, onun hava gəmisində olan mülkiyyət hüququnu təsdiq
edən və ya bu gəminin məhv olması və ya zədələnməsi halında olan
mülkiyyətçi qarşısında məsuliyyətin ölçüsünü müəyyən edən sənədlər;
c)
hava gəmisinin zədələnməsi halında – təmir planı və qəza təmiri üçün xərclər
smetası;
Səhifə 15
ç)
hava gəmisinin sığorta dəyəri üzrə rəy və Sığortaçının sorğusu ilə digər
sənədlər.
9.4.
Sığorta aktı sığorta ödənişinin miqdarını əsaslandırmaq və hesablamaq üçün zəruri
olan tam sənədlər toplusu Sığortaçıya verildikdən sonra bir ay müddətində tərtib
edilir və təsdiq edilir. Əgər Sığortaçı Sığortalının verdiyi məlumatın məxsusi
tədqiqatını aparırsa, bu halda sığorta aktı bu tədqiqat başa çatdıqdan sonra, lakin
sığorta halı üzrə sənədlər dəsti Sığortalıdan alındıqdan sonra 3 aydan gec olmayaraq
təsdiq edilir.
9.5.
Sığortaçı, əgər ödəniş hava gəmisinin məhvi üzrə icra edilirsə, sığorta aktı təsdiq
edildikdən sonra 30 gün müddətində sığorta ödənişini həyata keçirir;
Ödəniş hava gəmisinin zədələnməsi üzrə icra edildikdə isə, tərəflər arasında başqa
bir razılıq əldə edilməmişdirsə, 15 təqvim günü ərzində həyata keçirilir.
9.6.
Əgər Sığortalı bir neçə Sığortaçı ilə hava gəmisinin sığortası üzrə müqavilələr
bağlamışdırsa (ikiqat sığorta), bu halda Sığortaçı sığorta ödənişini elə bir ölçüdə
verəcəkdir ki, bu məbləğ ödənilməli olan ziyanın bu Sığortalı tərəfindən göstərilən
hava gəmisinin sığortası üzrə bağlanmış bütün müqavilələrin ümumi məbləğində
onunla bağlanmış müqavilənin sığorta məbləğinin təşkil etdiyi paya müvafiq olan
hissəsini aşmayacaqdır.
10. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA HALLARI VƏ YA ONUN
AZALDILMASI
10.1. Sığortaçının hüququ vardır ki, hazırkı Qaydaların «İstisnalar» bölməsində
göstərilmiş hallarda və həmçinin, aşağıdakı hallarda sığorta ödənişindən imtina
etsin:
a)
Sığortalının (Faydalanan şəxsin) sığorta hadisəsinin yaranmasına yönəldilmiş
niyyətli hərəkətləri;
b)
Sığortalı (Faydalanan şəxs) tərəfindən sığorta hadisəsi ilə birbaşa səbəbiyyət
əlaqəsində olan cinayətin törədilməsi;
c)
uçuş və ya texniki heyət tərfindən Uçuş istismarı üzrə Rəhbərliyin və ya digər
rəhbər sənədlərinin tələblərinin pozulması, əgər bu pozulma sığorta
hadisəsinin səbəbi olmuşsa;
d)
Sığortalı tərəfindən Sığortaçıya sığorta obyekti və ziyanın ölçüləri barədə
bilərəkdən yalan məlumatların verilməsi.
Səhifə 16
10.2. Əgər Sığortalı, Sığortaçı tərəfindən əvəzi ödənilən ziyan üçün qanunvericiliyə
müvafiq olaraq məsuliyyət daşıyan şəxslərə qarşı Sığortaçının tələblərinə aid olan
reqres tələb hüquqlarının təmin edilməsi üçün tədbirlər görmürsə, Sığortalı bu cür
tələb hüququnun ölçüsünə bərabər olan hissə üzrə sığorta ödənişin alınması
hüququnu itirir.
10.3. Əgər Sığortalı zədələnmiş hava gəmisinin (onun zədələnməmiş aqreqatlarının)
saxlanmasını təmin etmək üçün tədbirlər görmürsə, və bu ziyanın artmasına gətirib
çıxarmışdırsa, bu halda Sığortaçının hüququ vardır ki, sığorta ödənişinin məbləğini
bu əlavə ziyanın məbləği qədər azaltsın.
10.4. Əgər qanuna görə və ya hazırki Qaydalara görə Sığortalını sığorta ödənişi almaq
hüququndan məhrum edən təfərruat aşkar edilərsə, Sığortalı aldığı sığorta ödənişi
məbləğini Sığortaçıya qaytarmalıdır.
10.5. Sığorta müqaviləsindən irəli gələn mübahisələrə, tərəflər arasında razılaşmanın əldə
edilmədiyi halda, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında
baxılır.
10.6. Qanunvericiklə müəyyənləşdirilən digər hallarda sığortaçı sığorta ödənişindən
imtina edə bilər.
11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
11.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib
edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
11.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə
yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın
əvəzini ödəməlidir.
11.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı
halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
12. ƏRİZƏ FORMASI
12.1. Sığorta müqaviləsi Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə Forması
əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
12.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Sığorta olunan) tərəfindən
sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı
Səhifə 17
Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və
sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən
hallar ilə əlaqədar olan sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin
verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə
bilər.
13. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə
riayət etməlidir:
a)
müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və
ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya
kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə
göstərilmiş ünvanlara göndərilməlidir.
b)
Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə
əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər
tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa,
keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana
çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
14. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir
ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu
ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
ƏLAVƏLƏR
Əlavə 1. Küyün, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə müddəa
(AVN.46B).
Əlavə 2. Radiyasiya və radioaktiv çirılənmənin təsirindən yaranan risklərin xaric edilməsi
barədə müddəa (AVN 38A).
Əlavə 3. Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə
müddəa (AVN 48B).
Səhifə 18
ƏLAVƏ 1.
Küyün, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə müddəa (AVN
46B).
Aşağıdaki təsirlər nəticəsində birbaşa və ya dolayı yolla törənmiş və ya yaranmış ziyanlar
üzrə sığorta ödənişləri icra edilmirlər:
a)
küyün (insan qulağının eşitdiyi və ya eşitmədiyi), vibrasiyanın, akustik uğultunun
və/və ya buna bənzər digər təzahürlərin təsiri;
b)
istənilən çirklənmələrin və zəhərlənmələrin;
c)
elektrik və ya elektromaqnit maneələrin təsiri;
ç)
mülkiyyətə dəyən ziyan (təyyarənin idarəsindəki nasazlıqlardan yaranmış olan
partlayış, toqquşma və ya uçuşda qəza vəziyyəti nəticəsində yaranmış olan və ya
baş vermiş ziyan istisna edilməklə).
Sığortaçı tərəfindən aşağıdakilar üzrə tədqiqat aparılmasına və onlardan müdafiə
olunmağa ehtiyac yoxdur:
a)
1-ci bənd üzrə itkilərlə əlaqədar olan iddialar, və ya
b)
1-ci bənd üzrə itkilər üzrə iddialarla birlikdə cəm halda baxılan iddia və ya iddialar
(bax aşağıda «Qarışıq risklər»).
Sığortaçı Qarışıq risklərə münasibətdə (sübut edilmiş itki və məsuliyyət limitinə müvafiq
olaraq) qismən aşağıdakı bəndlər üzrə Sığortalıya ödənişlər edir;
a)
Sığortalıya əvəz ödəmək üçün müəyyən edilmiş ziyanlar;
b)
Sığortalıya çatmalı olan qonorarlar və müdafiə üzrə xərclər.
Burada göstərilən heç bir şey «Radiasiya və radioktiv çirklənnmənin təsirinin xaric
edilməsi haqqında müddəaya» və qaydalara olan digər əlavələrə aid edilmir.
ƏLAVƏ 2.
Radiasiya və radioaktiv çirklənmənin təsirindən yaranan risklərin xaric edilməsi barədə
müddəa (AVN 38A).
Aşağıdakı hallar sığorta hadisələrinə aid edilmir və onlar üzrə sığorta ödənişi verilmir:
a)
ionlaşdırıcı radiasiyanın və ya radioaktiv çirlənmənin birbaşa və ya dolayı yolla
təsiri nəticəsində sağlamlığa (bədən xəsarəti, ölümcül və ya digər yaralanma) və ya
əmlaka dəyən hər hansı ziyan;
b)
əgər hər hansı məsuliyyət birbaşa və ya dolayı yolla ionlaşdırıcı radiasiyanının və
radioaktiv çirklənmənin təsirindən yaranmışdırsa.
Yalnız aşağıdakı şərtlər daxilində hər hansı radioaktiv materialın İATA qaydalarına
muvafiq olaraq daşınması zamanı ionlaşdırıcı radiasiya və ya radioaktiv çirklənmə
nəticəsində birbaşa və ya dolayı yolla yaranan və ya bunun nəticəsi olan ziyan, dağılma,
Səhifə 19
xərclər və ya hüquqi məsuliyyət üçün sığorta ödənişi verilir (bu müddəanın 1-ci bəndinin
təsir dairəsi məhdudlaşdırılır):
a)
Sığortaçının məsuliyyətinin qabaqcadan müəyyən edilmiş şərti vardır, və hər hansı
radioaktiv materialın daşınması İATA-nın onların hava yolu ilə daşınmasına aid
olan mövcud qaydalarına tam müvafiq olacaqdır;
b)
Sığortalıya hər hansı iddia (ziyan üzrə) təqdim edilmişdir və bu iddia müqavilənin
qüvvədə olduğu müddətdə baş verən hər hansı qəza və ya bədbəxt hadisənin
nəticəsidir və Sığortalının hər hansı bu cür iddiası, Sığortaçıya qarşı və ya
Sığortalıya qarşı iddia irəli sürən şəxsə qarşı, iddiaya səbəb olan qəfil hadisədən
sonrakı üç il ərzində qaldırılmışdır;
c)
radioaktiv çirklənmənin hava ilə təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə
İKAO-nun texniki təlimatlarında müəyyən edilmiş maksimal buraxıla bilən
səviyyədən çoxdur;
ç)
bu bənd üzrə sığorta müdafiəsi 7 gün əvvəl bildiriş vermiş olan Sığortaçı tərəfindən
istənilən zaman kəsilə bilər.
ƏLAVƏ 3.
Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə müddəa
(AVN. 48B).
Aşağıdakı səbəblərdən yaranmış itkilər üzrə sığorta ödənişi verilmir:
a)
müharibə, müdaxilə, xarici düşmənlərin hərəkətləri, döyüş əməliyyatları
(müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibələri,
qiyamlar, inqilablar, üsyanlar, hərbi vəziyyət və ya qanunsuz yolla ələ keçirmək
cəhdləri;
b)
atom və ya nüvə və/və ya termonüvə və ya digər bənzər reaksiyalar və ya radioaktiv
qüvvələr və ya materiallar istifadə edilməklə istənilən döyüş silahının istənilən
partlayışı;
c)
tətillər, hərc-mərclik, vətəndaş itaətsizliyi və ya istehsal qayda – qanunlarının
pozulması;
ç)
bir və ya bir neçə nəfərin hər hansı hərəkətləri (onların öz adlarından çıxış etməsi və
ya hər hansı dövləti təmsil etməsindən, siyasi və ya terrorçu motivlərlə törədilən
hadisə olmasından, bu əməllərdən törənən itki və ziyanların təsadüfi və ya qərəzli
olmasından asılı olmayaraq);
d)
istənilən hədə-qorxu, sabotaj və ya diversiya aktları;
e)
konfiskasiya, milliləşdirmə, həbs qoyulması, azadlıqdan məhrum etmə,
mənimsəmə, mülkiyyət hüququ ilə və ya istifadə üçün və ya hər hansı mülki, hərbi
və ya faktiki idarə edən hökümətin, və ya ictimai və ya yerli hakimiyyətin sərəncamı
üzrə rekvizisiya;
ə)
gəminin bortunda, Sığortalı tərəfindən dəstəklənməyən bir şəxsin və ya bir qrup
şəxsin törətdiyi qaçırma və ya hər hansı qeyri – qanuni ələ keçirmə və ya uçuş
Səhifə 20
zamanı hava gəmisi və ya ekipaj üzərində zorakı nəzarət (o cümlədən, bu cür ələ
keçirmə və ya nəzarətin istənilən cəhdi).
Bundan əlavə, yuxarıda göstərilən təhlükələrdən birinin nəticəsində hava gəmisi
Sığortalının nəzarətindən xaricdə yerləşdiyi zaman yaranan ziyanlar üçün ödəniş verilmir.
Hava gəmisi Sığortalının sığorta müqaviləsinin coğrafi hüdudlarının xaricində olmayan
aerodromuna müvəffəqiyyətlə və uçuşlar üçün tam yararlı qayıtdıqda hava gəmisi
Sığortalının nəzarəti altına qayıtmış hesab ediləcəkdir (müvəffəqiyyətli qayıdış kimi helə
bir hal başa düşülür ki, hava gəmisi söndürülmüş mühərriklərlə dayanacaqda dayanmışdır
və üçüncü şəxslər tərəfindən bunu etmək üçün heç bir zorakı məcbur etmə hərəkəti
edilmir).
Səhifə 21
Cədvəl №1
QISA MÜDDƏTƏ BAĞLANILAN SIĞORTA MÜQAVİLƏLƏRİNƏ TƏTBİQ
EDİLƏN SIĞORTA HAQQININ HESABLAMASI CƏDVƏLİ
Sığorta müqaviləsinin qüvvədə
оlduğu мüddət
İllik sığorta haqqına tətbiq еdilən faiz
dərəcəsi
1 gündən 30 günədək
İllik Sığorta Haqqının 20%-i
31 gündən 45 günədək
İllik Sığorta Haqqının 25%-i
46 gündən 60 günədək
İllik Sığorta Haqqının 30%-i
61 gündən 75 günədək
İllik Sığorta Haqqının 35%-i
76 gündən 90 günədək
İllik Sığorta Haqqının 40%-i
91 gündən 105 günədək
İllik Sığorta Haqqının 45%-i
106 gündən 120 günədək
İllik Sığorta Haqqının 50%-i
121 gündən 135 günədək
İllik Sığorta Haqqının 55%-i
136 gündən 150 günədək
İllik Sığorta Haqqının 60%-i
151 gündən 165 günədək
İllik Sığorta Haqqının 65%-i
166 gündən 180 günədək
İllik Sığorta Haqqının 70%-i
181 gündən 195 günədək
İllik Sığorta Haqqının 75%-i
196 gündən 210 günədək
İllik Sığorta Haqqının 80%-i
211 gündən 225 günədək
İllik Sığorta Haqqının 85%-i
226 gündən 240 günədək
İllik Sığorta Haqqının 90%-i
241 gündən 270 günədək
İllik Sığorta Haqqının 95%-i
270 gündən artıq
İllik Sığorta Haqqının 100%-i
Dostları ilə paylaş: |