saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi.
Saxlandığı yer: Bak (Kürdəxanı) İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Hazırda Fransada yaşayan müxalif “Azadlıq” qəzetinin baş
redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu
Rüfət Zahidova iyul ayının 20-də Bakının Yasamal rayonunda işlədiyi şirkətdə Daxili
İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
saxlanılıb. Polis onun cibindən və avtomobilindən 5 qram heroin götürüldüyünü iddia
edib, ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə ittiham irəli sürülüb və
barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Oğlunun günahsız
olduğunu və heç bir cinayət törətmədiyini deyən Fərasət Quliyev bildirib ki, oğlunun
həbsindən öncə onların evləri naməlum şəxslər tərəfindən izlənilib.
Qənimət Zahidin qohumlarına qarşı təqiblər onun Azərbaycan hakimiyyətini sərt
tənqid edən televiziya verilişindən sonraya təsadüf edir. Qənimət Zahid Azadlıq
Radiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan
əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə
bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə
populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət
qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.
90. Zahidov Rövşən
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
101
Saxlanma tarixi: 20 iyul 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi.
Saxlandığı yer: Bakı (Kürdəxanı) İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: İyulun 24-də Fransada yaşayan, müxalif “Azadlıq” qəzetinin baş
redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin
Şamaxı rayonunun Meysəri kəndində (Bakıdan 120 kilometr qərb) yaşayan anası
Xədicə xanımın, qardaşı Nemət Zahidovun oğlu Xəqani Zahidovun və Şamaxı
rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun evlərində
axtarış aparılıb.
Rövşən Zahidov axtarışdan bir neçə gün öncə - iyulun 20-də polis tərəfindən
saxlanılaraq 25 sutka inzibati həbs edilmişdi.
Axtarışın konkret hansı hüquq mühafizə orqanı tərəfindən aparılması məlum olmayıb.
Ailə üzvləri “Amerikanın Səsi” radiosuna bildirib ki, Zahidovların anası Xədicə
xanımın evindən ailə üzvləri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi komputer
götürülüb. Xəqani Zahidovun isə evindən heç nə tapılmayıb.
Rövşən Zahidovun evində axtarış zamanı narkotik tapıldığı bildirilib.
Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidov “Amerikanın Səsi”nə bildirib ki,
axtarışda 15-dək çox mülki və polis forması geyimində olan şəxslər iştirak edib.
“Qardaşımın evinə heç kimi buraxmadılar. Evdə yalnız Rövşənin həyat yoldaşı Leyla
xanım vardı. O dedi ki, gözümün qabağında Rövşənin iş pencəyinin cibinə kağıza
bükülü nə isə qoydular, sonra isə dedilər burada narkotik var”, o qeyd edib.
Ağasadıq Zahidovun dediyinə görə, qardaşı Rövşən ümumiyyətlə siqaret belə çəkmir.
“Qardaşımın evində axtarış aparıb, guya narkotik tapmaqla onun barəsində cinayət işi
qaldırmaq istəyirlər. Amma, hamı bilir ki, qardaşıma və qohumlarıma qarşı bu
təqiblər Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlıdır”, o qeyd edib.
Qənimət Zahidin qohumlarına qarşı təqiblər onun Azərbaycan hakimiyyətini sərt
tənqid edən televiziya verilişindən sonraya təsadüf edir. Qənimət Zahid Azadlıq
Radiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan
əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə
bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə
populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət
qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.
91. Ağabəyov Nazim Mais oğlu
Saxlanma tarixi: 23 iyul 2015-ci il
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
102
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi.
Saxlandığı yer: Bakı (Kürdəxanı) İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Nazim Ağabəyov iyulun 23-də evdən çıxıb idarə etdiyi
avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən
"Bol market" ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş
Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən külli miqdarda
(6,213 qram) heroin aşkar edilərək götürüldüyü bildirilib. 24 iyulda N.Ağabəyova
234.4.3-cü maddə ilə ittiham elan edilmiş, Xətai rayon Məhkəməsinin ( hakim
İbrahim İbrahimli) qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri
seçilmiş və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına
göndərilmişdir. Onun vəkili Adil İsmayılovun həbsdən verdiyim apellyasiya
şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində ( sədrlik edən İlqar Murğuzov)
baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Nazim Ağabəyov Almaniyada yaşayan Meydan TV rəhbəri, keçmiş vicdan məhbusu
Emin Abdullayevin (Millinin) qaynıdır. O, Emin Milinin ictimai, həmçinin
jurnalistika fəaliyyətinə görə həbs edilib.
Emin Milli bildirib ki, Azərbaycan hakimiyyəti onu tənqid edən jurnalistləri, siyasi
fəalları yaxınlarının həbsilə, girov götürməklə cəzalandırmaq praktikasını davam
etdirir. Qaynının həbsi də onu və rəhbərlik etdiyi “Meydan TV”ni susdurmaq məqsədi
daşıyır. Nazim Ağabəyov IT mütəxəssisidir, heç vaxt içtimai-siyasi fəaliyyətlə məşğul
olmayıb. Ona qarşı irəli sürülşüm ittiham - Azərbaycan Cinayət Məcəlləsinin
234.4.3-cü (külli miqdarda narkotik) maddə üzrə 5 ildən 12 ilə qədər həbs cəzası
nəzərdə tutulub.
2013-cü ildən fəaliyyət göstərən Meydan TV müstəqil və müxalif fikirli onlayn
televiziyadır. Az müddətdə Meydan TV Azərbaycanda populyarlıq qazanıb, TV-də
hakimiyyətin korrupsiya əməlləri ilə bağlı yazılar, videolar və digər hakimiyyəti
tənqid edən materiallar yayılıb.
Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb. Rəhbərlik
bunu, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün etdiyini bildirib.
2015-ci ilin yayında Bakıda keçirilən I Avropa Oyunlarından sonra Meydan TV-yə
qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər, yazarlar davamlı
olaraq istintaqa (prokurorluq və polisə) çağırılıb, jurnalistlərə və onların ailə
üzvlərinə, qohumlarına hədə-qorxular edilib, bir neçə jurnalistin ölkədən çıxışına
qadağa qoyulub.
Meydan TV-ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov 16 sentyabr 2015-ci il
tarixdə “ünvansız söyüş söymə” və “polisə müqavimət” ittihamları ilə Azərbaycan
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə 30 sutkalıq həbs cəzası
verilib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
103
Xüsusi qeyd: Nazim Ağabəyovun ailə üzvləri onun işini siyasiləşdirilməsini,
adının siyasi məhbus siyahısına salınmasını istəməsələr də, İşçi Qrupu apardığı
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.
92. İmanov Raci Vəzir oğlu
Saxlanma tarixi: 13 oktyabr 2015-ci il.
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi.
Saxlandığı yer: Şüvəlan İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu
İmanova ideyib ki, həyat yoldaşı tutulan gün əvvəl Sumqayıtdakı 3-cü Polis
Bölməsindən onlara zəng vurublar, Raci İmanovun şəxsiyyət vəsiqəsini istəyiblər.
Xanımının atası şəxsiyyət vəsiqəsini ora aparanda deyiblər ki, R. İmanovu Sumqayıt
Şəhər Polis Şöbəsinə aparıblar. R.İmanovun qayınatası ora getsə də, R.İmanovun nə
saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər. Sonra hüquq-mühafizə
orqanları Raci İmanovun üzərindən 10 qram qurudulmuş marixana aşkar etdiklərini
deyiblər və məhkəmə qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun vəkili Fariz Namazlı bu ittihamın əsassız olduğunu qeyd edib.
Raci İmanov Gürcüstanda yaşayan yazıçı-publisist Günel Mövludun (İmanovanın)
qardaşıdır. Günel Movlud Azadlıq Radiosunun Bakı bürosu və Meydan TV ilə
əməkdaşlıq edir. G.Mövlud qardaşlarının həbsini jurnalistika, o cümlədən Meydan
TV və Azadlıq Radiosu ilə əməkdaşlıq etməsi ilə bağlı olduğunu bildirir. G. Mövlud
bəyan edib ki, qardaşları həbs edilməmişdən öncə Azadlıq Radiosu və Meydan TV ilə
əməkdaşlıq etdiyi üçün onun ailə üzvlərinə, yaxınlarına təzyiqlər edilib, atası işdən
çıxarılıb.Qardaşları həbs ediləndən sonra ailə üzvləri bəyanat yayaraq Günel
Mövluddan imtina ediblər.
Qeyd edək ki, 2015-ci ilin yayında Bakıda keçirilən I Avropa Oyunlarından sonra
Meydan TV-yə qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər,
yazarlar davamlı olaraq istintaqa (prokurorluq və polisə) çağırılıb, jurnalistlərə və
onların ailə üzvlərinə, qohumlarına hədə-qorxular edilib, bir neçə jurnalistin ölkədən
çıxışına qadağa qoyulub.
Xüsusi qeyd: Raci İmanovun ailə üzvləri onun işini siyasiləşdirilməsini, adının
siyasi məhbus siyahısına salınmasını istəməsələr də, İşçi Qrupu apardığı
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
104
93. İmanov Vəkil Vəzir oğlu
Saxlanma tarixi: 13 oktyabr 2015-ci il.
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı təcridxanası).
İş üzrə qısa arayış: Vəkil İmanov saxlanıldığı gün yaşadığı Biləsuvar rayonunda
axşam saatlarında iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş yoldaşlarının
dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis
onların olduğu maşını saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Vəkil
İmanov özünü təqdim edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar.
Ailə üzvləri polis şöbəsinə getsələr də, onlara V.İmanovla görüşə icazə verməyiblər
və saxlanılma səbəbini deməyiblər. Sonra məhkəmə qərarı ilə Vəkil İmanov
barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Həmin vaxt onun vəkil olmuş Nemət Kərimli BBC Azərbaycancaya bildirib ki,
Biləsuvarda saxlanılan Vəkil İmanov barəsində qərarda onun gödəkcəsinin sağ
cibindən 6.48 qram qurudulmuş marixuana çıxarıldığı yazılıb. "Siyasi sifarişdir, digər
işlərdən köçürüblər. Qərarın yuxarısında marixuanadan, aşağısında isə heroindən
danışılır", cənab Kərimli əlavə edib.
Vəkil İmanov Gürcüstanda yaşayan yazıçı-publisist Günel Mövludun (İmanovanın)
qardaşıdır. Günel Movlud Azadlıq Radiosunun Bakı bürosu və Meydan TV ilə
əməkdaşlıq edir. G.Mövlud qardaşlarının həbsini jurnalistika, o cümlədən Meydan
TV və Azadlıq Radiosu ilə əməkdaşlıq etməsi ilə bağlı olduğunu bildirir. G. Mövlud
bəyan edib ki, qardaşları həbs edilməmişdən öncə Azadlıq Radiosu və Meydan TV ilə
əməkdaşlıq etdiyi üçün onun ailə üzvlərinə, yaxınlarına təzyiqlər edilib, atası işdən
çıxarılıb. Qardaşları həbs ediləndən sonra ailə üzvləri bəyanat yayaraq Günel
Mövluddan imtina ediblər.
22 dekabr 2015-ci ildə Vəkil İmanov Biləsuvar rayon Məhkəməsinin qərarı ilə 1 il
müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin yayında Bakıda keçirilən I Avropa Oyunlarından sonra
Meydan TV-yə qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər,
yazarlar davamlı olaraq istintaqa (prokurorluq və polisə) çağırılıb, jurnalistlərə və
onların ailə üzvlərinə, qohumlarına hədə-qorxular edilib, bir neçə jurnalistin ölkədən
çıxışına qadağa qoyulub.
Xüsusi qeyd: Vəkil İmanovun ailə üzvləri onun işini siyasiləşdirilməsini, adının
siyasi məhbus siyahısına salınmasını istəməsələr də, İşçi Qrupu apardığı
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.
Dostları ilə paylaş: |