Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   2   3   4   5   6   7   8   9   ...   14
qanuna və demokratiyaya hörmət ifadə edir və bu qeydlərə görə onu ittiham etmək 
əsassız və qərəzlidir.
 
Hüquqşünas Xalid  Bağırov hadisədən dərhal sonra qeyd edib ki, Qəhrəmanlı siyasi 
məhbus sayılmalıdır.
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
40 
Fuad  Qəhrəmanlıdan daha  öncə  AXCP-nin  daha 9  üzvü  siyasi  motivlə  həbs  edilib. 
Fuad Qəhrəmanlı özü isə həbsindən öncə hədələndiyini mətbuata bildirmişdi.  
 
 
 
26. Məmməd İbrahim Əziz oğlu        
 
 
                                                                                     
 
Saxlanma tarixi: 30 sentyabr 2015-ci il.
 
 
İttiham: Öncə CM-nin 221.1-ci maddəsi (xuliqanlıq) daha sonra CM-nin 221.2.2-ci 
maddəsi  (Xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya 
ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər 
şəxsə müqavimət göstərməklə törədildikdə) 
Saxlandığı yer: Şüvəlan İstintaq Təcridxanası. 
İş üzrə qısa arayış: Məmməd İbrahim müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi 
Partiyasının  (AXCP)  sədirinin  müşaviridir.  Eyni  zamanda  o  facebook  sosial 
şəbəkəsində    aktiv  olub,  hakimiyyəti  tənqid  edib.  M.İbrahim  sentyabrın  30-da 
Nərimanov  Rayon  Polis  İdarəsində  Cinayət  Məcəlləsinin  (CM)  221.1-ci 
maddəsi (xuliqanlıq) üzrə şübhəli şəxs kimi saxlanılıb. Oktyabrın 1-də bu maddə üzrə 
ona ittiham irəli sürülüb. Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsi onu barəsində 
2 ay həbs qətimakan tədbiri seçib. 
M.İbrahimin cinayət məsuliyyətinə cəlb olunmasına AXCP sədrinin keçmiş müavini 
Razi Nurullayevlə birlikdə partiyanı tərk etmiş Mikayıl Kamil oğlu Quliyevin şikayəti 
səbəb  olub.  Belə  ki,  sentyabrın  29-da  M.İbrahim  və  M.Quliyev  arasında  münaqişə 
olduğu və sonuncunun köynəyinin cırıldığı iddia olunur. 
AXCP  hesab  edir  ki,  partiyanın  gözdən  salınması  və  zəiflədilməsi  məqsədilə 
M.İbrahimə qarşı təxribat törədilib. 
10 noyabr 2015-ci il tarixdə Şüvəlandakı 3 saylı istintaq təcridxanasında M.İbrahimə 
qarşı  yeni  ittiham  elan  olunub.  Belə  ki,  ona  qarşı  CM-nnin  221.2.2-ci  (vəzifəsini 
yerinə  yetirən  və  ya  ictimai  qaydanın  pozulmasının  qarşısını  alan  hakimiyyət 
nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni 
ittiham irəli sürülüb. Buna qədər M.İbrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl 
Quliyevi  döyməkdə  ittiham  olunurdusa,  sonra  daha  iki  nəfər  ortaya  çıxıb.  Oruc 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
41 
Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, M.İbrahimlə 
M.Quliyev  arasında  insident  zamanı  onları  ayırmağa  çalışıblar.  Amma  M.İbrahim 
onlara  qarşı  da  fiziki  zorakılıq  edib,  ictimai  qaydanı  pozub.  Adları  çəkilən  şəxslər 
M.İbrahimlə  üzləşdirilərkən  AXCP  sədrinin  müşaviri  onları  ümumiyyətlə 
tanımadığını,  ilk  dəfədir  gördüyünü  bildirib.  M.  İbrahimin  vəkili  Yalçın  İmanovun 
sözlərinə görə, yeni ittiham elan olunarkən M.İbrahim onun saxta olduğunu bildirib 
və bu barədə qeydlərini protokolda da yazıb. Vəkil özü də hesab edir ki, yeni ittiham 
M.İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın 
müddətini artırmaq məqsədi daşıyır. 
Qeyd  edək  ki,  əvvəl  M.İbrahim  CM-nin  yalnız  221.1-ci  (xuliqanlıq)  maddəsilə 
təqsirləndirilirdi. Bu maddədə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və 
ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə 
cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsində isə iki ilədək islah işləri və ya 
beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.  
“Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəki əməl böyük ictimai təhlükə törətməyən 
cinayət sayılır və maksimum bir ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Başa düşürlər ki, Məmməd İbrahimi bu maddə ilə həbsdə saxlaya bilməzlər. Ona görə 
də bu yeni ittihamı irəli sürdülər. Amma açıq-aşkar görünür ki, bu ittiham saxtadır”, – 
deyə Yalçın İmanov bildirib. 
 
 
 
 
27. Yusifov Asif Qəmbər oğlu                                                                   
                                                                                                                              
Saxlanma tarixi: 25.12.2014-cü il.                                        
 
İttiham  :  CM-nin  178.  (Dələduzluq),  320.1  (rəsmi  sənədləri  saxtalaşdırma) 
maddələri.  
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)  
İş üzrə qısa arayış:  Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, partiyanın 
Rəyasət Heyətinin üzvü,  Qarabağ  əlilidir. 
Həbs olunan gün A.Yusifov AXCP-nin Nərimanov şöbəsinin sədri Hacı Abbaslının 
avtomobili  ilə  birlikdə  ofisə  gedib,  qayıdarkən  sürücü  yolda  siqaret  almaq  üçün 
mağazaya gedib və ordan qayıdanda görüb ki, A. Yusifov avtomobildə yoxdur.  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
42 
Sonradan məlum olub ki, A.Yusifov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil 
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov 
rayon Məhkəməsinin qərarı ilə Asif Yusifli barəsində 4 aylıq həbs qətimkan tədbiri 
seçilib. 
DİN  yaydığı  məlumatda  bildirir  ki,  Asif  Yusifov vətəndaş Fəridə  Zülfüqarovanın  7 
min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. 
A.Yusifov  müharibə  əlil  olmasına  və  avtomobil  qəzasında  ağır  xəsarətlər  almasına 
baxmayaraq  kütləvi  aksiyalarda  fəal  iştirak  edib.  A.Yusifov,  onun  vəkili  və  AXCP 
onun həbsini siyasi motivli sayır.  
İşçi  Qrupu  apardığı  araşdırmalara  görə,  A.Yusivofun  həbsinin  əsl  səbəbi  DİN-in 
yaydığı məlumatda göstərilən məsələ ilə bağlı deyil, siyasi fəaliyyət ilə bağlıdır.  
31 iyul 2015-ci il tarixdə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif 
Yusiflinin  məhkəməsi  başa  çatıb.  Məhkəmə  onun  barəsində  7  il  6  ay  həbs  qərarı 
çıxarıb. 
 
 
 
28. Xudabaxşıyev  Qadir  Nadir  oğlu. 
                                                                                                                      
Saxlanma tarixi: 11 fevral 2015-ci ildə                                    
 
İttiham: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı 
(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı 
maddələr  və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və  ya 
gəzdirmə) maddəsi.  
Saxlandığı yer: Salyan rayonundakı (Xələc) 5 saylı Cəzaçəkmə Müəssisəsi  
İş üzrə qısa arayış:  28 yanvar 1972-ci ildə Ağdam şəhərində anadan olub, Ağdamın 
işğalından sonra qaçqın kimi Mingəçevirdə məskunlaşıb.  II qrup Qarabağ müharibəsi 
əlilidir. Həbs olunana kimi yaşadığı ünvan: Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, 
ev,  B103.  11  fevral  2015-ci  ildə  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil 
Cinayətkarlıqla  Mübarizə  İdarəsi  və  Mingəçevir  Şəhər  Polis  Şöbəsi  əməkdaşlarının 
birgə  əməliyyatı  nəticəsində  Mingəçevirdə  Vaqif  küçəsindəki  17  saylı  ünvanda 
yerləşən  kafedə  həbs  olunub,  guya  üzərinə  baxış  keçirilərkən  ondan  “TT”  markalı 
tapança  və  güllə  sandıqçası  tapılıb.  Amma  İşçi  Qrup  apardığı  araşdırmaya  uyğun 
olaraq hesab edir ki, Q. Xudabaxışova qarşı irəli sürülən ittiham əsassızdır və siyasi 
sifarışlıdır.  
O,  həbsindən  öncə  dəfələrlə  siyasi  fəaliyyətinə  görə,  Mingəçevir  Polis  İdarəsinə 
çağırılıb,    xəbərdarlıq  olunub.    Qadir  Xudabaxşıyevdə  heç  bir  tapança  və  güllə 
olmayıb.  
1991-ci ildən AXCP üzvüdür. İşsizdir. Ailəlidir, 3 məktəb yaşlı - 10, 13 və 15 yaşlı 
qızı var, həyat yoldaşı Gülxanım Həsənova II qrup əlildir. 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
43 
14  oktyabr  2015-ci  il  tarixdə  Mingəçevir  şəhər  Məhkəməsində  hakim  Hüseyn 
Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ona  3 il istəyib, hakim 
1,5 il azadlıqdan məhrum etmək haqda hökm çıxardıb. 
 
 
 
 
29. Abdullayev  Elvin  Rəşadət oğlu.              
       
                                                                                                                     
Saxlanma tarixi :  08 yanvar 2015-ci il.                                    
 
İttiham:  Cinayət  Məcəlləsinin  234.3  və  234.4  (narkotik  maddələrin  qanunsuz 
dövriyyəsi) maddəsi 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)  
İş  üzrə  qısa  arayış:  Bakı  Dövlət  Universitetinin  tələbəsidir  (2-ci  ali  təhsilidir), 
yanvarın 8-də universitetdə imtahan  verib. O, evə telefon edərək imtahan suallarına 
yaxşı  cavab  verdyini  bildirib  və  bir  qədər  sonra  özünün  Facebook  profilində  həbs 
olunduğunu yazıb. Lakin gəncin doğmalarına onun saxlandığı yer barədə 2 gün rəsmi 
məlumat verilməyib.   
 
Elvin Abdullayev 2 gün ərzində Nərimanov rayon polis təcridxanasında saxlanılıb.   
Gənc  fəalın  anası  Zülfiyyə  xanım  da  oğlunun  AXCP  üzvü  olduğuna,  sosial 
şəbəkələrdəki  aktivliyinə    görə    şərlənərək  həbs  olunduğuna  şübhə  etmir:  "Oğlum 
cəbhəçidir, "facebook" fəalıdır.  Elvin şərlənib və onun həbsi sifarişlidir, əvvəlcədən 
hazırlanıb. "  
Yanvarın 10-da Elvin Abdullayev barəsində  Xətai rayon Məhkəməsi  4 aylıq həbs 
qətimkan tədbiri seçib. 
 
1 iyun 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Fikrət Qəribovun 
sədrliyi  ilə keçirilən prosesdə  Elvin Abdullayev 6 il müddətinə  azadlıqdan məhrum 
edilib. 
 
 
 
 
30. Bağırzadə Zeynalabdin Bağır oğlu 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
44 
                                                                                            
 
Saxlanma tarixi:  17 noyabr 2015-ci. 
İttiham: CM-nın 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət 
göstərmə və ya zor tətbiq etmə) 
Saxlandığı  yer: Kəngərli  rayonunun  Böyükdüz  kənd  ərazisindəki  müvvəqqəti 
saxlama təcridxanasında. 
İş  üzrə  qısa  arayış:  Noyabrın  14-də  Dövlət  Sosial  Müdafiə  Fondunun  (DSMF)  5 
nəfər yerli işçisi Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm kənd sakini, 
müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zeynalabdin 
Bağırzadə yaşadığı ünvana gedərək, onun həyat yoldaşına sosial sığırta haqqı ödəməli 
olduqlarını deyiblər. Həyat yoldaşı cavab verib ki, Z. Bağırzadə evdə yoxdur, gələndə 
özünə deyərlər. Bu zaman DSMF işçiləri Z.Bağırzadənin həyat yoldaşına qonşusunun 
yanında  təhqir  ediblər.  Sonra  bundan  xəbər  tutan  Z.Bağırzadə  həmin  işçilərlər 
görüşərək, niyə belə etdiklərinə cavab istəyib. Lakin onun həyat yoldaşını təhqir edən 
DSMF-nın işçiləri Z.Bağırzadənin özünə qarşı da eyni hərəkəti edib. Z.Bağırzadə elə 
həm gün Babək rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Onunla yanaşı 
onu təhqir edən adam da prokurorluğa şikayət edib. Noyabrın 16-da isə Z.Bağırzadə 
prokurorluğa  çağırılıb.  Onun  ərizəsinin  qəbulundan  imtina  edilib,  özü  isə  axşama 
qədər  prokurorluqda  saxlanılıb.  Prokurorluqda  ona  işgəncə  verilib  və  barəsində 
şübhəli şəxs kimi saxlanma qərarı çıxarılıb. 
Noyabrın  18-də  Babək  Rayon  Məhkəməsinin  sədri  Səxavət  Bəylərlinin  sədrliyi  ilə 
keçirilən məhkəmə iclasında Z.Bağırzadə barəsində vəzifəli şəxsə müqavimət ittihamı 
(CM-in 315.1 maddəsi)  ilə 3 ay həbs-qətimkan tədbiri seçilib.  
Z.Bağırzadənin  qardaşı, AXCP  regional  təşkilatının  rəhbəri Yaşar Bağırsoy bildirib 
ki, DSMF-nun nümayəndələrindən Z.Bağırzadənin evinə gələnlərdən birinin adı Faiq 
İsmayılovdur.  Z.Bağırzadəni  döyənlərdən  biri  də  odur.  Qardaşı  qeyd  edib  ki, 
Z.Bağırzadə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Xüsusən, onun malik 
olduğu torpaq sahəsi becərilmir, çünki kəndə su verilmir. 
Yaşar  Bağırsoy  deyib  ki,  qardaşının  məhkəməsi  onlardan  xəbərsiz,  faktiki  gizli 
keçirilib.  O,  hesab  edir  ki,  buna  səbəb  Z.Bağırzadənin  bədənində  işgəncə  izlərinin 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
45 
qalması ola bilər. Yəni istəməyiblər ki, ailə üzvləri Z.Bağırzadənin işgəncə verilmiş 
vəziyyətini  görsünlər. Bundan başqa,  Zeynalabdinin  təhqir edildiyi  və  döyüldüyünə 
şahid olanlar nə dindirilib, nə də onların ifadəsi alınıb. 
 
 
 
31. Mahmudov Nazim Əzim oğlu 
 
 
Saxlanma tarixi:  15 noyabr 2015-ci. 
İttiham:  CM-nın  315-ci  maddəsi  (Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət 
göstərmə və ya zor tətbiq etmə) 
Saxlandığı  yer: Kəngərli  rayonunun  Böyükdüz  kənd  ərazisindəki  müvvəqqəti 
saxlama təcridxanasında. 
İş  üzrə  qısa  arayış:  Müxalifət  partiyası  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının 
(AXCP)  fəalı  Nazim  Mahmudov  noyabrın  15-də  Sədərək  Rayon  Polis  Şöbəsinin 
əməkdaşları  tərəfindən  saxlanılıb.  Yaxınlarının  dediyinə  görə,  o,  üç  gün  Naxçıvan 
Daxili İşlər Nazirliyinin zirzəmisində saxlanılıb və işgəncəyə məruz qalıb.  
Noyabrın  20-də  Sədərək  Rayon  Polis  Şöbəsinə  gətirilən  Nazim  Mahmudova  qarşı  
Cinayət  Məcəlləsinin  315-ci  maddəsi  ilə  ittiham  elan  olunub,  həmin  gün  Sədərək 
rayon  Məhkəməsinin  hakimi  (sədr)  Zülüqar  Əhmədovun  sədrliyi  ilə  keçirilən 
məhkəmə iclasında onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 
AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy hesab edir ki, Nazim Mahmudovun 
həbsi siyasi sifarişdir və onların fəallığı ilə əlaqədardır: “Elə ittiham verilən maddə də 
hər şeyi göstərir”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
46 
  
E. İnanclı fəallar 
 
 
a.  Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi 
 
Cənab  Dadaşbəyli  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “İqtisadiyyat  və 
istehsalın idarə olunması” ixtisası üzrə təhsil alıb. 1992-1998-ci illərdə  Azərbaycan 
Dövlət  Neft  Şirkətində  çalışıb.  1998-ci  ildən  “Azəri  EM-AY  Drillinq  Flyuids” 
Azərbaycan-ABŞ  birgə  müəssisəsində  material-texniki  təchizat  üzrə  koordinator 
vəzifəsində  çalışıb.  Kanada  hökuməti  mütəxəssis  fəaliyyəti  ilə  əlaqədar  olaraq  ona 
daimi yaşayış haqqında pasport təqdim etmişdir. Evlidir, 2 azyaşlı uşağı var. 
 
13-18  yanvar  2007-ci  il  tarixlərində  “Səid  Dadaşbəyli  işi”  üzrə  təxminən  30  nəfər 
həbs  edilib.  Bir  müddət  sonra  həbs  edilənlərin  bəziləri  Milli  Təhlükəsizlik 
Nazirliyinin  təcridxanasında  saxlanılan  11  nəfərin  əleyhinə  izahat  vermək  şərti  ilə 
azadlığa buraxılıb. Həbslərin ilkin mərhələsindən etibarən ciddi qanun pozuntularına 
yol  verilib.  İttiham  olunanların  mənzillərində  axtarış  aparılması  barədə  məhkəmə 
qərarları  olmadan  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  güc  tətbiq  edərək 
mənzillərə  daxil  olub.  Həbs  edilənlərin  valideynləri  və  qohumlarının  etirazlarına 
baxmayaraq,  MTN  əməkdaşları  nümayişkaranə  şəkildə  həbsi  əsaslandırmaq  üçün 
silah və lazım olan digər "maddi sübut"ları mənzillərə qoyublar. Baş verən hərəkətlər 
Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsinin  kobud  şəkildə 
pozulmasıdır. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə 
yaratmaq imkanı verilməyib. 
İstintaqın  ilk  yeddi  ayı  ərzində  ittiham  olunanlardan  heç  biri  məhkəmə  önünə 
çıxarılmayıb.  Onların  istintaq  dövründə  həbs  edilmələri  barədə  məhkəmə  qərarları 
qəbul edilməyib və həbslər qanuni şəkildə rəsmiləşdirilməyib. İttiham olunan şəxslər 
həbsdən  8  ay  sonra  17  sentyabr  2007-ci  il  tarixində  Ağır  Cinayətlərə  Dair 
Məhkəməyə gətirilib. Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər - 13 yanvar 
2007-ci il tarixindən 11 dekabr 2007-ci il tarixinədək  Milli Təhlükəsizlik Nazirliyinin 
təcridxanasında  tək  adamlıq  kameralarda  saxlanılıblar.  Onlar    mütəmadi  olaraq 
döyülüb,  yatmaqdan,  yeməkdən  və  sudan  məhrum  ediliblər.  Eyni  zamanda  həbs 
edilənlərə  psixotrop  maddələr  verilib.  Həbs  edilənləri  istintaqa  lazım  olan  etiraf 
izahatları verməyəcəkləri təqdirdə  azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə 
hədələyiblər.  
 
2007-ci  ilin  mart  ayında  vəhşicəsinə  edilən  işgəncə  zamanı  Emin  Məmmədov  adlı 
məhbus  dünyasını  dəyişib.    Emin  Məmmədovun  ölümünün  səbəbləri  barədə  tibbi 
arayış  var.  Bir  neçə  ay  ərzində  Emin  Məmmədovun  ölümü  valideynlərindən  və 
ictimaiyyətdən  gizlədilib.  Onun  ailəsi  hüquq  müdafiəçilərinə  Emin  Məmmədovun 
ölümü ilə bağlı müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi 
ilə  bağlı  məsələ  qaldıracaqları  təqdirdə  yeni  repressiyalara  məruz  qalacaqları  ilə 
hədələnib. Vəkilin məhbus E. Məmmədovun saxlandığı yer barədə verdiyi sorğusuna 
cavab  verən MTN  bildirilib ki, bu adam haqqında heç bir məlumata malik deyillər 
və E. Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə 
məruz  qalaraq  həyatını  itirən  E.  Məmmədov  məhkəmə  prosesləri  zamanı 
xatırlanmayıb. E. Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz olaraq yoxa çıxıb.  
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
47 
Məhkəmə  prosesləri  qapalı  keçirilib  və  həbs  edilənlərin  ailə  üzvləri  proseslərə 
buraxılmayıb.  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsinin  200-cü 
maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə 
prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı bir 
qeyd yoxdur və CPM-nin 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin 
qapalı  keçirilməsi  əsaslandırılmayıb.  Bu  cinayət  işi  üzrə  məhkəmə  proseslərinin 
qapalı keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər, onlara 
qarşı  irəli  sürülən  ittihamları  qəbul  etməyiblər.  Eyni  zamanda  həbs  müddətində 
işgəncələrə  və  digər  qanuna  zidd  hərəkətlərə  məruz  qaldıqlarını  bəyan  ediblər. 
Məhkəmə  prosesi  zamanı  məlum  olub  ki,  terror  təşkilatı  yaratmaqda 
günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birlərini tanımayıblar. Eyni zamanda 
irəli  sürülən  ittihamların  heç  birini  məhkəmə  zamanı  sübuta  yetirmək  mümkün 
olmayıb. Məhkəmə prosesi ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb. 
 
 
32. Ağayev Fərid Nadir oğlu 
 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                               
 
İttiham:  CM-nin  28.2  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş hazırlıq),  180.3.1  (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin  və  ya  sair  nümayəndələrinin  birliyində  iştirak  etmə)  və  278-ci 
(Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
33.  Dadaşbəyli Səid Ələkbər oğlu 
 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                             
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
48 
İttiham:  CM-nin  28.2  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş hazırlıq),  180.3.1  (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 
204.3.1  (satış  məqsədi  ilə  saxta  pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta, 
yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və 
ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə),  204.3.2 (satış məqsədi ilə saxta 
pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan 
qiymətli  kağızları  hazırlama,  habelə  əldə  etmə  və  ya  satma,  külli  miqdarda 
törədildikdə),  218.1  (ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə 
cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların 
tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə 
ağır  cinayətlərin  törədilməsi  üçün  plan  və  şərtlərin  işlənib  hazırlanması  məqsədilə 
mütəşəkkil  dəstələrin  təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair  nümayəndələrinin 
birliyini  yaratma),  228.1  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq 
atıcı  silahı  əldə  etmə,  satma  və  ya  gəzdirmə,  milli  geyim  ləvazimatı  hesab  olunan 
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna 
olmaqla),  234.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya 
psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq  miqdarda  əldə  etmə  və  ya 
saxlama),  274  (dövlətə  xəyanət,  yəni  Azərbaycan  Respublikasının  suverenliyi, ərazi 
toxunulmazlığı,  dövlət  təhlükəsizliyi  və  ya  müdafiə  qabiliyyəti  zərərinə  olaraq 
Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  qəsdən  törədilən  əməl:  düşmən 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin