Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   2   3   4   5   6   7   8   9   ...   14
yaradan  bu  kampaniya  hakimiyyət  tərəfindən  qəzəblə  qarşılanmışdı.  Rəsul  Cəfərov 
həmin kampaniyanın təşkilatçılarından biri idi və sonradan onu “Art for Democracy” 
adı  ilə  davam  etdirirdi.  Onun  “Art  for  Democracy”  çərçivəsində  təşkil  etdiyi 
tədbirlərə  qadağa  qoyulmuşdu.  Bakıdakı  xarici  mehmanxanalar  da  hakimiyyətin 
təzyiqi  ilə  bu  tədbirlərə  verdiyi  yerdən  sonradan  imtina  etmişdilər.   Rəsul  Cəfərov 
eyni  zamanda  2012-ci  ildə  Azərbaycanda  keçirilən  BMT-nin  İnternet  İdarəçiliyi 
Forumu  ərəfəsində  Azərbaycanda  internet  azadlığının  real  durumunu    beynəlxalq 
diqqətə  çatdırmaq  üçün  başladılan  “Onlayn  İfadə  Təşəbbüsü”  kampaniyasının 
koordinatoru olub və hazırlanmış geniş hesabatın müəlliflərindən biridir.  
 
Rəsul  Cəfərov  son  illərdə  Azərbaycanda  insan  haqlarının  ağır  durumu  ilə  bağlı 
beynəlxalq  miqyasda  ən  fəal  iş  aparan  hüquq  müdafiəçilərindən  biri  idi.  Sərt 
tənqidləri  və  hesabatları  ilə  beynəlxalq  təşkilatların  tribunalarından  çıxış  edirdi. 
Azərbaycanda siyasi məhbus problemi ilə çox ciddi şəkildə məşğul olmağa başlayan 
Cəfərov siyasi məhbusların dolğun və əsaslı siyahısını tərtib etməyə başlamışdı.   24 
iyun  2014-cü  ildə  Rəsul  Cəfərov  siyasi  məhbus  siyahısını  AŞ  PA-nın  sessiyasında 
təqdim  etdi.  Bundan  sonra  isə  Cəfərov  ondan  bir  neçə  gün  öncə  həbs həbs  edilən 
tanınmış hüquq müdafiəçisi Leyla Yunusla birlikdə siyasi məhbusların vahid siyahını 
tərtib etməyə başlamışdılar. Bu işdə prinsipal mövqedə duran hüquq müdafiəçiləri və 
təşkilatlar da iştirak edirdi. Bu sahədə vahid siyahının və mövqeyin olması ona görə 
lazım  idi  ki,  hakimiyyət  beynəlxalq  ictimaiyyəti  çaşdıra  bilməsin  və  özünə  yaxın 
hüquq müdafiəçiləri vasitəsi ilə siyasi məhbus problemini arxa plana keçirə bilməsin. 
Bu siyahı AŞ PA-nın yeni təyin etdiyi "Azərbaycanda insan haqları" üzrə məruzəçi 
Pedro Agramunta təqdim ediləcəkdi.  Vahid siyahı üzrə razılıq əldə olunduğundan bir 
neçə gün sonra Leyla Yunus, ardınca isə Rəsul Cəfərov həbs edildi.  Həbsindən öncə  
ona  qarşı  hər  hansı  ittiham  irəli  sürülmədiyi  halda  qanunsuz  olaraq  ona  ölkədən 
çıxmaq qadağan edilmişdi, bank hesablarına həbs qoyulmuşdu.   
Rəsul  Cəfərov  ona    qarşı  sürülən  ittihamları  qəbul  etmir  və  hüquq  müdafiə 
fəaliyyətinə görə həbs edildiyini bildirir.  
Cəfərovun həbsi əsassız və onun barəsində həbs qətimkan tədbir seçilməsi  isə xüsusi 
qərəzlidir.  Onun  həbsi  hakimiyyətə  yönələn  tənqidləri  ilə,  insan  haqlarının  ağır 
durumu ilə bağlı çıxışları ilə, xüsusən də siyasi məhbus problemini qaldırması və bu 
sahədə prinsipal mövqe sərgiləməsi ilə bağlıdır.   
 
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Rəsul Cəfərovun həbsini siyasi sifarişli 
adlandırıblar.  Beynəlxalq  Amnesty  İnternational  təşkilatı  onu  vicdan  məhbusu  elan 
edib. 
2015-ci ilin aprel ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul 
Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
26 
31 iyul 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun 
sədrliyi ilə keçirilin prosesdə Rəsul Cəfərovla bağlı hökm qismən dəyişib, onun cəzası 
3 ay azaldıb.  
 
 
 
 
17. Əliyev İntiqam Kamil oğlu 
Saxlanma tarixi: 8 avqust 2014-cü il                               
                                 
İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz  sahibkarlıq külli miqdarda gəlir 
əldə  etməklə  törədildikdə),  213.1-ci Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət 
sosial  sığorta  haqlarını  ödəməkdən  yayınma),  308.2-ci 308.2-ci (Vəzifə 
səlahiyyətlərindən  sui-istifadə  ağır   nəticələrə  səbəb  olduqda və  ya  seçkinin 
(referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi  
İş üzrə qısa arayış:  
"Hüquq Maarifçiliyi Cəmiyyəti" ictimai birliyinin rəhbəri, tanınan hüquq müdafiəçisi 
İntiqam  Kamil  oğlu  Əliyev 20  ilə  yaxındır  ki,  vəkillik  fəaliyyəti   və  hüquq 
müdafiəçiliyi  ilə  məşğul  olur. O,   hüquqşünas  kimi Avropa  İnsan  Hüquqları 
Məhkəməsinə  300-dən  çox  şikayət  ünvanlayıb.  23  işi  uğurla  başa  vurub.  Yerli 
universitetlərdə  mülki,  mülki-prosessual,  qeyri-kommersiya  hüququ,  insan 
hüquqlarının  müdafiəsinin beynəlxalq  mexanizmləri fənlərindən  dərs deyib. Bir sıra 
beynəlxalq  qurumların  (ATƏT,  Avropa  Şurası,  GTZ  və  s.)  qanunvericilik  və  insan 
hüquqları  məsələləri  üzrə  ekspertidir.  20-dən  çox  kitabın  müəllifidir.  2013-
cü   il   martın  4-də  o,  «People  in  Need»  insan  haqları  təşkilatının  mükafatına  layiq 
görülüb.  
Əliyev özü, vəkilləri və hüquq müdafiəçiləri ona qarşı irəli sürülmüş ittihamları qəbul 
etmirlər, siyasi  motivi  sayırlar  və  hesab  edirlər  ki, onun  həbsi hüquq 
müdafiəçiliyi fəaliyyəti ilə  bağlıdır. Əliyev  2010-cu  il  Parlament  seçkiləri  ilə  bağlı 
Avropa Məhkəməsinə 40-dan  çox şikayət göndərmiş, hazırda həmin şikayətlər  üzrə 
hökumətlə kommunikasiya gedir. Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana 
qarşı  Avropa  Məhkəməsi  tərəfindən  qərar  çıxarılmasının  qarşısını  almağa  xidmət 
edir.  Onun  rəhbəri  olduğu  "Hüquq  Maarifçiliyi  Cəmiyyəti"nin  ofisində  axtarış 
aparılarkən  həmi  seçkin  işlərinə  dair  bütün  sənədlər  (vəkil  dosyesi)  istintaq  orqanı 
tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülmüşdür. 
Bu isə, o deməkdir ki, Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa 
Məhkəməsi  qarşısında  seçki  işlərinin  kommunikasiyasını  davam  etdirməsinə 
maneçilik  törədilməsi  ilə  kifayətlənməyib,  seçki  işlərinin  dosyeləri  götürülməklə 
həmin  işlərin  kommunikasiyasının  "Hüquq  Maarifçiliyi  Cəmiyyəti"nin  başqa 
əməkdaşları  və  ya  şikayətçilərin  özləri  tərəfinən  davam  etdirilməsinin  qarşısı 
alınıbdır. Avropa  Məhkəməsinin  prosedur  qaydaları  baxımından  bu  halda  seçki 
işlərini  şikayətçinin  işin  nəticəsinə  marağının  itməsinə  görə  siyahıdan  çıxarılması 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
27 
mümkündür. Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyi, 
eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq 
hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər 
göndərilib.  Həmin  şkayətlərlə  bağlı  dosyelər  də  istintaq  orqanı  tərəfndən  qanunsuz 
olaraq  götürülüb.  Bundan  əlavə,  nəzərə  almaq  lazımdır  ki,  indiyədək  Avropa 
Məhkəməsi  tərəfindən  Azərbaycana  qarşı  çıxarılan  qərarların  əksəriyyəti  Əliyevin 
vəkillik  etdiyi  işlər  üzrə,  yəni  onun  tərəfindən  göndərilmiş  şikayətlər  əsasında 
çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Əliyevin həbsinin başlıca səbəbi 
onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-
cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana 
qarşı  qərarlar  çıxmasının  qarşısını  almaq,  başqa  sözlə,  hüquq  müdafiəçisi  Əliyevin 
Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir. 
  
Əliyev  Avropa  Şurası  Parlament  Assambleyasının 2014-cü  ilin  yay 
sessiyasında keçirilən  iclasda çıxış  edərək Azərbaycan  hakimiyyətinin  insan  haqları 
ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil 
qeyri-hökumət  təşkilatlarına  basqılardan,  hakimiyyətin  tənqidçilərinin  saxta 
ittihamlarla  şərlənib  tutulmasından,  ölkədə  insan  haqlarının acınacaqlı  durumundan, 
vətəndaşların  mülkiyyət  hüquqlarının  kütləvi  pozuntusundan  və  s.  söhbət  açmışdir. 
Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur. 
  
Həm "Hüquq Maarifçiliyi Cəmiyyəti" dövlət qeydiyyatına alınıbdır, həm də İntiqam 
Əliyev  özü  fiziki  şəxs  kimi  vergi  orqanında  qeydiyyata  alınıbdır.  Onun  fəaliyyəti 
qanunsuz  sahibkarlıq  sayıla  bilməz.  Həbsindən  bir  ay  öncə  onun  ofisində  vergi 
yoxlaması  aparılmış  və  yoxlama  nəticəsində  hər  hansı  bir  qanun  pozuntusu  aşkar 
edilməmişdir.  Deməli  vergidən  yayınmayıb.  Yaxud  İntiqam  müəllimin  hansı  vəzifə 
səlahiyyətini aşması aydın deyil və bütün bu ittihamlar əsassızdır.  
 
8 avqust 2014-cü il tarixdə Əliyevin barəsində Nəsimi rayon Məhkəməsininn qərarı 
ilə üç aylıq həbs-qətimkan tədbiri seçilib.  Onun səhhətində ciddi problemlər də var. 
 
2015-ci  ilin  aprel  ayının  23-də  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  hakim  Rasim 
Sadıqovun çıxardığı hökmlə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı 
Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 
 
İntiqam Əliyevin məhkəmə prosesində məhkəmə onun və vəkillərinin vəsatətlərinin 
çoxunu təmin etməyib, ədalətli məhkəmə çəkişmə prinsipinə şərait yaradılmayıb. 
 
İ.Əliyev  və  vəkilləri  ittihamları  rədd  edirlər,  ittihamın  və  hökmün  siyasi  sifariş 
olduğunu bildirirlər. 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
28 
18. Xasməmmədov Taleh Vidadi oğlu.  
 
                                                                                                       
Saxlanma tarixi: 24 fevral 2015-ci il                                   
 
İttiham: CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə)  
Saxlandığı yer: 17 saylı Cəza Çəkmə Müəssisəsi 
İş üzrə qısa arayış:  Həbs olunana kimi T.Xasməmmədov Göyçay şəhərində yaşayır, 
bölgədə  hüquq  müdafiəçisi  kimi  fəaliyyət  göstərib.  Yerli  icra  strukturlarının  
korrupsiya  və  digər  qanunsuzluq  əməllərini  tənqid    edib  və  bu  haqda  materialları  
mediaya ötürüb. 
Həbs olunan gün o, Göyçay bazarının yaxınlığında , səhər saatlarında mebel salonuna 
daxil  olarkən  bir  nəfər  onlara  yaxınlaşıb  və  Talehin  üzünə  tüpürüb,  sonra  yerə 
yıxılaraq  qışqırmağa  başlayıb  və  özünü  huşsuzluğa  vurub.  Bu  zaman  yaxındakı 
polislər  Talehi  həbs  ediblər.  Göyçay  rayon  Məhkəməsində  T.  Xasməmmədov 
barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Yerli  fəallar  T.  Xasməmmədova  qarşı  təxribat  törətmiş  şəxsin  kimliyini  müəyyən 
etməyə  müvəffəq  olublar.  Bu,  polislə  sıx  əməkdaşlıq  edən  Zahir  Əzizovdur. 
İndiyədək o, 10 işdə şahid olub.  
T.Xasməmmədov  2011-ci  ilin  noyabrında  da  xuliqanlıq  və  polisə  müqavimət 
maddələri  ilə  həbs  edilmişdi.  Göyçay  rayon  Məhkəməsi  onun  haqqında  4  il 
azadlıqdan  məhrumetmə  cəzası  çıxarmışdı.  Təxminən  bir  il  sonra  prezidentin  əfv 
sərəncamına  düşərək  azad  olunmuşdu.  O  vaxt  Amnesty  International 
T.Xasməmmədovu «vicdan məhbusu» elan edib.  
22  iyul  2015-ci  ildə  Göyçay  Rayon  Məhkəməsnin  hökmü  ilə  hüquq  müdafiəçisinə 
cəzasını  ciddi  rejimli  cəzaçəkmə  müəssisəsində  çəkməklə,  3  il  azadlıqdan  məhrum 
etmə cəzası verilib.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
29 
C) Gənc fəallar 
 
a.  “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri və fəallarının işi 
 
“NİDA” Vətəndaş Hərəkatı haqqında qısa məlumat: 
  
“NİDA” Vətəndaş Hərəkatı 2011-ci ildə bir qrup gənc tərəfindən azadlıq, ədalət və 
həqiqət  istəyi  ilə  yaradılıb.  “NİDA”  ölkədə  dəyişikliklər  edilməli  olduğunu, 
hakimiyyətin  xalqın  iradəsi  ilə  qurulmalı  olduğunu  bəyan  edib.  NİDA  Hərəkatının 
əsas  tələbləri:  azad  və  inkişaf  etmiş  ölkədə  yaşamaq;  ordunun  yüksək  döyüş 
qabiliyyəti olan şəxslərdən ibarət olması; hakimiyyətin azad və ədalətli səsvermə yolu 
ilə demokratik şəkildə dəyişməsi; qanunların ədalətli və hamı üçün eyni olması; azad 
və müstəqil media və s. NİDA heç bir siyasi partiyadan asılı olmayan hərəkatdır və 
əsas  istəkləri  dinc  demokratik  yolla  dəyişikliyə  nail  olmaqdır
17
.  Hərəkat  yarandığı 
gündən  indiyə  qədər  demokratik  dəyişikliklər  üçün  fəaliyyət  göstərib,  müxtəlif 
aksiyalar,  fləşmoblar  təşkil  edib,  Hərəkatın  İdarə  Heyətinin  üzvləri  2013-cü  ilin 
oktyabrında keçirilən prezident seçkiləri dövründə bir sıra müxalifət partiyalarını və 
vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Milli Şurada təmsil olunublar, Hərəkatın 
fəalları seçkilərdə müxalifətin vahid namizədi kimi çıxış edən Cəmil Həsənliyə seçki 
kampaniyası dövründə dəstək veriblər.  
İctimai  fəallıqlarına  və  tənqidi  mövqelərinə  görə  “NİDA”  Vətəndaş  Hərəkatının 
üzvləri müxtəlif yollarla təqib olunublar. Hərəkatın əvvəlki İdarə Heyətinin üzvü Zaur 
Qurbanlı  2012-ci  il  sentyabrında  təşkilatın  2013-cü  il  seçkiləri  üçün  hazırladığı 
materiallara görə polis tərəfindən saxlanılıb, onun barəsində 2 gün ərzində heç bir 
məlumat verilməyib, yalnız oktyabrın 1-də polis məlumat yayıb ki, Qurbanlı narkotik 
maddə  əməliyyatı  üzrə  saxlanılıb  və  polisə  müqavimət  göstərdiyi  üçün  15  sutka 
inzibati  həbs  cəzası  alıb,  bu  müddət  bitdikdən  sonra  Qurbanlı  sərbəst  buraxılıb. 
Hərəkatın  hazırda  İdarə  Heyətinin  üzvü  və  sədri  olan  Aygün  Pəncəliyeva 
hakimiyyətin  təzyiqləri  nəticəsində  2013-cü  ilin  iyununda  Bakıda  fransız  dili 
müəlliməsi kimi çalışdığı məktəbdən ayrılmalı olub. Hərəkatın fəalı Ömər Məmmədov 
(hazırda  bloggerlik  fəaliyyətinə  görə  həbsdədir)  özünə  və  ailəsinə  edilmiş  təzyiqlər 
nəticəsində Hərəkatdan çıxmaq məcburiyyətində qalıb.   
 
“NİDA” Vətəndaş Hərəkatı fəallarının və üzvlərinin həbsi 
 
Milli  Orduda  çoxsaylı  gənc  əsgərlərin  qeyri-döyüş  şəraitində  müəmmalı  ölüm 
hallarına  etiraz  olaraq,  2013-cü  ilin  12  və  26  yanvar  tarixlərində  Bakı  şəhərinin 
mərkəzində  gənclərin  aksiyası  keçirilmişdir.  Bu  aksiyalarda  gənclərlə  yanaşı  əsgər 
valideynləri də iştirak etmişlər. Aksiyalar polisin qeyri-adekvat zor tətbiq etməsi ilə 
dağıdılmış, yüzlərlə iştirakçı həbs olunmuşdur. Onlardan bir qismi inzibati həbslə və 
ya  böyük  məbləğdə  cərimə  ilə  cəzalandırılmışlar.  Bu  etiraz  aksiyaları  və  onların 
iştirakçılarına  qarşı  repressiyalar   ölkə  və  beynəlxalq  ictimaiyyətdə  geniş  rezonans 
yaratmışdır.  Lakin  bu  aksiyalardan  qısa  müddətdən  sonra  da  orduda  qeyri-döyüş 
şəraitində əsgər ölümləri davam etmişdir.  
Buna  etiraz  edən  bir  qrup gənclər təşkilatlarının  nümayəndələri,  o cümlədən  NİDA 
Vətəndaş Hərəkatı 1 mart 2013-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət 
edərək  10  mart  tarixdə  mitinq  keçirmək  niyyətində  olduqlarını  bildirdi.  Əvvəlki 
                                                        
17
 
http://bit.ly/1f0le9w
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
30 
aksiyaların  kütləviliyinin  qarşısını  almaq  üçün  hakimiyyət  qabaqlayıcı  tədbir  kimi 
aksiyalarda daha  aktiv olan NİDA üzvlərinin həbsinə başladı.  
2013-cü il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə 
etiraz  olaraq Bakının mərkəzində martın  10-u  üçün  planlaşdırılan  aksiya ərəfəsində 
“NİDA” Vətəndaş Hərəkatının 3 gənc fəalı – Əzizov Məmməd, Quliyev Bəxtiyar və 
Novruzlu  Şahin  axşam  saatlarında  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları 
tərəfindən  həbs  olunublar  və  bu  barədə  həbs  edilənlərin  valideynlərinə  və 
qohumlarına,  yaxud  da  dostlarına  məlumat  verilməyib,  onlar  vəkillə  təmin 
edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə 
yaşayan Quliyev və Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik 
maddə və  “Molotov” kokteyllərnin tapıldığı iddia edilib. Onların ilkin dindirmələri 
və  barələrində  həbs  qətimkan  tədbirinin  seçilməsi  öz  vəkillərinin  iştirakı  olmadan 
aparılmışdır.  Şahin  Novruzlu  həbs  edilərkən  azyaşlı  olduğu  üçün  qanunun  tələbinə 
görə  onun  dindirilməsində  mütləq  qanuni  nümayəndəsi  iştirak etməli  olduğu  halda, 
istintaq  bu  tələbə  əməl  etməmişdir.  Hər  3  gənc  ilk  izahatlarında  heç  bir  qanunsuz 
əmələ yol vermədiklərini bildirmişlər. Lakin bir gün sonra işgəncə və psixoloji təzyiq 
altında, öz vəkilləri olmayan  şəraitdə özlərinə  və digərlərinə qarşı ifadələr verməyə 
məcbur ediliblər. 
9  mart  2013-cü  il  tarixində  Azərbaycanda  yayımlanan  bütün  ümumrespublika 
telekanalları  gənclərin  martın  10-da  keçiriləcək  aksiya  zamanı  “Molotov” 
kokteyllərindən istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin 
olduğunu  etiraf  etmələrini”  nümayiş  etdirən  videomateriallar  yayımlayıb.  Həmin 
videomateriallar istintaq tərəfindən hazırlanıb və bu süjetlərdə həbs edilən gənclərin 
“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların 
da “cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer almışdır. Bu videolardan da 
açıq şəkildə görünür ki, gənclər qorxu içindədirlər və onlara qarşı fiziki zor işlədilib. 
Gənclərin  Sovet  hakimiyyəti  dövründə  olduğu  tərzdə  “etirafedici”  videolarının 
yayılması  bu  həbsin  siyasi  sifariş  olduğunu  sübut  edən  amillərdən  biridir.  Qısa 
müddətdən sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk 
ifadələrini  işgəncə  altında  verdiklərini  bəyan  etmişlər  və  işgəncə  faktlarının 
araşdırılması  ilə  bağlı  prokurorluq  orqanlarına  şikayət  ünvanlamışlar.  Lakin  bu 
şikayətlər  üzrə  araşdırma  formal  aparıldı,  çünki  işgəncəni törədən  və  onu  araşdıran 
orqan  eyni  idi.  Bu  həbslərə  və  yayımlanan  videolara  baxmayaraq  martın  10-da 
yüzlərlə  insan,  o  cümlədən  “NİDA”  Vətəndaş  Hərəkatının  digər  fəalları  polislərin 
kobudluğu və güc tətbiqi ilə dağıdılan tamamilə dinc aksiyada iştirak etdilər. 
Aksiyadan  sonrakı  günlərdə  “NİDA”  Vətəndaş  Hərəkatının  İdarə  Heyətinin 
üzvlərinin  həbsinə  başlanıldı.  İdarə  Heyətinin  üzvləri  Rəşad  Həsənov,  Rəşadət 
Axundov, Üzeyir Məmmədli və Hərəkatın fəalı  Zaur Qurbanlı həbs edildilər.  
Gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq 
ittihamları irəli sürülmüş, həbslərindən 6 ay sonra, yəni 2013-cü il sentyabrında onlara 
yeni daha ağır -  kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamı 
da  verilmişdir.  Məhz  bu  yeni  ittihamın  irəli  sürülməsinə  görə  Hərəkatın  İdarə 
Heyətinin  üzvü  Rəşadət  Axundovun  74  yaşlı  babası  Əyanət  Axundov  damarlarını 
kəsərək  özünə  qəsd  etmiş,  bunun  nəticəsində  bir  neçə  gün  sonra  xəstəxanada  vəfat 
etmişdir
18
.  
Gənclərin  işi  üzrə  məhkəmə  prosesi  başlayana  qədər  onlar  barəsində  seçilmiş  həbs 
qətimkan tədbiri dəyişdirilməyib. 2013-cü il noyabrın 6-dan məhkəmə prosesi başladı 
                                                        
18
 
http://bit.ly/1pBvQNz
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
31 
və ilk olaraq martın 7-də həbs edilmiş  3 gənc məhkəmədə ifadə verərək,  istintaqda 
işgəncələrə  məruz  qaldıqlarını  və  məhz  buna  görə  etirafedici  ifadələr  verdiklərini 
bildirdilər  və  ilkin  ifadələrindən  imtina  etdilər.  Prosesdə  ifadə  verən  şahidlər  də 
gənclərin əleyhinə qiymətləndirilə bilən istintaqa verdikləri ifadələrdən imtina ediblər. 
Bundan  əlavə  şahid  kimi  dindirilmiş  MTN  əməkdaşları  gənclərin  və  onların 
vəkillərinin suallarına qatışıq və dəqiq olmayan cavablar veriblər.  
Telekanallarda  “etirafedici”  çıxışları  yayımlanan  və  faktiki  cinayətkar  adlandırılan 
“NİDA”  üzvləri  təqsirsizlik  prezumpsiyasını  pozduqları  üçün  Milli  Təhlükəsizlik 
Nazirliyini, Baş Prokurorluğu və bəzi telekanalları məhkəməyə veriblər.   
Həbs  edilmiş  bütün “NİDA”-çılar  Amnesty  İnternational  təşkilatı  tərəfindən  vicdan 
məhbusu elan ediliblər
19
.  
Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  hakimi  Cavid  Hüseynovun  6  may  2014-cü  il 
tarixli qərarı ilə Axundov Rəşadət, Qurbanlı Zaur və Rüstəmzadə İlkin 8 il, Əzizov 
Məmməd və Həsənov Rəşad 7 il 6 ay, Quliyev Bəxtiyar və Məmmədli Üzeyir 7 il, 
Novruzlu  Şahin  6  il  müddətinə  azadlıqdan  məhrum  edilmə  cəzasına  məhkum 
ediliblər.    
 
Qurbanlı  Zaur,  Quliyev Bəxtiyar, Məmmədli  Üzeyir və  Novruzlu  Şahin  sonradan 
əfv sərəncamı ilə azadlığa çıxıblar.  
 
 
19.  Axundov Rəşadət Fikrət oğlu 
Saxlanma tarixi: 30 mart 2013-cü il                                      
 
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların 
törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə 
və  ya  belə  iğtişaşlarda  iştirak  etmə)  və  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun 
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş 
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, 
satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə) 
maddələri 
Saxlandığı yer:  10 saylı Cəzaçəkmə Müəssisəsi. 
Şəxs barəsində qısa arayış: Cənab Axundov Şirvan rayonunda Özəl Türk Liseyində 
orta  təhsilini  tamamladıqdan  sonra  Azərbaycan  Dövlət  İqtisad  Universitetində  ali 
təhsil alıb. Daha sonra Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsilini davam 
etdirib.  Həbs  edilənə  qədər  BP-Azərbaycan  şirkətinin  aparıcı  maliyyə 
mütəxəssislərindən biri olub. 
   
 
20.  Əzizov Məmməd Rasim oğlu 
                                                        
19
 
http://bit.ly/1gJG6nt
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
32 
Saxlanma tarixi: 7 mart 2013-cü il                                           
 
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin