Azərbaycanda
siyasi məhbusların
siyahısı
Dekabr-2015
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
2
MÜNDƏRİCAT
Xülasə................................................................................................................ 3-4
A. Jurnalistlər və bloggerlər............................................................................4-20
B. Hüquq müdafiəçiləri....................................................................................21-28
C. Gənc fəallar...................................................................................................29-34
D. Müxalif siyasətçilər.......................................................................................35-45
E. İnanclı fəallar................................................................................................46-77
a. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi.......................46-52
b. Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə
tutulan şəxslərin işi..............................................................................53-57
c. 2012-ci ilin mayında tutulan inanclı fəalların işi...............................58-63
d. 2012-ci ildə Masallı rayonunda tutulan inanclı
fəalların işi............................................................................................63-66
e. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə
tutulan şəxslərin işi.............................................................................66-70
f. İlahiyyatçılar .....................................................................................70-73
g. “Nurçular”...........................................................................................73 -77
F.Ömürlüklər.................................................................................................78-85
G.Digər işlər...................................................................................................86-104
a. İsmayıllı hadisələri zamanı həbs edilənlər........................................86-87
b. Keçmiş dövlət məmurları..................................................................88-94
c. Siyasi girovlar....................................................................................94-104
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
3
XÜLASƏ
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları daha da dərinləşən
siyasi məhbus probleminə diqqəti cəlb etmək üçün bu hesabatla çıxış edirlər. Siyasi
motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə
Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə
baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış
1
və
Azərbaycanın 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə
başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.
Hesabatın 12 avqust 2014-cü il tarixinə qədər siyasi motivli saxta ittihamlarla həbs
edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan
siyasi məhbusların işləri əsasında hazırlanıb. Həmin vaxt siyahıda 98 nəfərin adı olub.
2015-cü ilin may ayında isə hesabat yenilənib, azadlığa çıxan siyası məhbusların adı
siyahıdan çıxarılıb, hesabat hazırlanıb yayılandan sonra isə həbs edilənlərin (siyasi
məhbus sayılanların) adları hesabata daxil edilib. Həmin vaxt siyahıda 80 nəfərin adı
olub.
2015-ci ilin dekabr ayında siyahı 3-cü dəfə (sonuncu) yenilənib, yeni həbs edilmiş
və siyasi məhbus hesab edilən şəxslərin adları siyahıya əlavə edilib. Sonuncu
yeniləməyə görə siyahıda 93 nəfərin adı olub.
Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-
ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən
edilib
2
.
Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və
beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o cümlədən nüfuzlu beynəlxalq
insan haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında
öhdəlikləri olan təşkilatların, xüsusən də Avropa Şurasının müvafiq sənədləri
öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib,
məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi
məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib.
Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl
səbəblərini, bu zaman yol verilmiş qanun pozuntularını, siyasi məhbusların
fotoşəkillərini (bəzilərini tapmaq mümkün olmayıb) özündə əks etdirir.
Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünmüşdür:
a. Jurnalistlər və bloggerlər;
1
http://bit.ly/P8Z2Qy
2
http://bit.ly/1piq992
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
4
b. Hüquq müdafiəçiləri;
c. Gənc fəallar;
d. Müxalifət fəalları;
e. İnanclı fəallar;
f. Ömürlüklər;
g. Digər işlər .
Bir neçə kateqoriya da öz növbəsində alt kateqoriyalara bölünmüşdür ki, bunlarla
hesabatdan tanış ola bilərsiniz.
Hesabat tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun
ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil
olduğu İşçi Qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından
ibarətdir, eyni zamanda ümumilikdə 28 QHT təmsilçisi, hüquqşünas və vəkilinn
vahid mövqeyini əks etdirən sənəddir.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
5
A. Jurnalistlər və bloggerlər
1. Əbilov Əbdül Əbdülmanaf oğlu
Saxlanma tarixi: 22 noyabr 2013-cü il
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda
törədildikdə) maddəsi
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: 31 yaşlı cənab Əbilov həbsindən əvvəl
Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı
artan “Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər
sosial şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub.
Cənab Əbilov 9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərindən sonra
Facebook-da seçki saxtakarlıqları ilə bağlı səhifə də yaradıb və onu həbs edilənə
qədər idarə edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video
materiallar, o cümlədən digər sənədlər geniş şəkildə yayılmışdır. Noyabrın 22-də
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən həbs edilən sosial şəbəkə fəalı bu idarəyə aparılıb. Onun
barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra, yəni noyabrın
23-də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o bu qərardan sonra istintaq
təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz
olaraq noyabrın 27-ə kimi burada saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi
Həsən Əhmədov noyabrın 29-da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə
saxlayıb.
Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə - 4 qram heroinin
tapıldığı iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə
edilir) və evdə axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova
məxsus noutbuku götürüblər. Bir neçə saat sonra isə Facebook-da cənab Əbilovun
admini olduğu “Yaltaqlara Dur Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün
onun evdə olan qaynı Ramil Əhədov da polis idarəsinə aparılıb. İdarədə ondan
Facebook-da olub-olmadığını soruşublar, lakin sonradan heç bir izahat almadan
sərbəst buraxıblar.
Noyabrın 29-da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona
açıq şəkildə Facebook-dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə
qandallanaraq polis tərəfindən evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə
çox adamın olduğunu görüb narkotik maddəni evə yox, evdə otaqlardan birində asılan
gödəkçədən tapıldığını iddia edərək sənədləşdirdiklərini, polis idarəsində psixoloji
təzyiqlərə məruz qaldığını, döyüldüyünü və bununla da öz əleyhinə etirafedici ifadələr
verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun yaxınları və vəkili Elçin Sadıqov
da işin siyasi olduğunu, cənab Əbilovun heç bir mötəbər sübut olmadan həbs
edildiyini bildiriblər.
Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı
ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
6
2. Əliyev Nicat Nazim oğlu
Saxlanma tarixi: 21 may 2012-ci il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini
məzmunlu başqa məlumat materiallarını istehsal etmə,
satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya
yayma), 234.1 (qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya prekursorları hazırlama,
istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya
satma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla
ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan
Respublikasının
konstitusiya
quruluşunun
zorla
dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına
yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu
materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya
dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli,
irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının
məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər,
aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla
törədildikdə) maddələri
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Əliyev dini yönümlü tənqidi www.azadxeber.az veb-
səhifəsinin baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin
dini sahədə apardığı siyasətini, habelə Avroviziya-2012 mahnı yarışmasına həddən
artıq maliyyənin ayrılmasını, o cümlədən Bakıda gey-paradın keçirilmə ehtimalını
tənqid edən materiallar çap edilmişdir. Mahnı yarışması ərəfəsində bu materialları, o
cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun çıxışlarını əks etdirən
diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev və onunla
birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.
Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə
edilən narkotik maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013-
cü ilin yanvarın 23-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi
məhbuslar üzrə məruzəçi cənab Ştrasserin siyahısının əleyhinə səs verdikdən və
nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra, yanvarın 26-da cənab
Əliyevə qarşı daha ağır 3 yeni ittiham irəli sürülmüşdür. Bakı Ağır Cinayətlər
Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli qərarı ilə cənab Əliyev 10 il azadlıqdan
məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10
il azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi
təmin etmişdir). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü
dəyişdirmədən qüvvədə saxlamışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov ekspert
kimi işə cəlb edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar
olduğunu müəyyən edib, bununla belə ekspert bu nüansların detallarını məhkəmədə
izah edə bilməyib. Belə nüansların olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
7
deyil, işdə adı keçməyən başqa şəxslər tərəfindən edilib, bununla belə jurnalist bu cür
çıxışlar etməkdə təqsirli bilinib. Jurnalistin evindən götürülən və dini ekstremizmi
təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabı isə insan
orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap edilib və
rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini
və dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib.
Məhkəmə prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən
rəyin sifarişlə hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı
jurnalistin özü, o cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən
zaman polis tərəfindən işgəncəyə məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan
etsələr də, bu iddialar araşdırılmayıb.
Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty
İnternational təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb
3
.
3.
Həşimli Pərviz Kamran oğlu
Saxlanma tarixi: 17 sentyabr 2013-cü il
İttiham: CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu
silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini
və döyüş sursatını əldə etmə, saxlama, daşıma)
maddələri
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: “Bizim yol” qəzetinin əməkdaşı və
www.moderator.az xəbər saytının, o cümlədən hüquq
müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan
cənab Həşimli sentyabrın 17-i axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin
(MTN) əməkdaşları tərəfindən saxlanılıb, onun evində və əməkdaşı olduğu “Bizim
yol” qəzetinin redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və
digər əşyaları müsadirə edilib. MTN jurnalistin evində axtarış zamanı silah-sursatın
tapıldığını bildirib. Yayılan rəsmi məlumatda o da bildirilib ki, cənab Həşimli digər
təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq satış
məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş sursatını qaçaqmalçılıq
yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz
olaraq daşıyıb, gəzdirib və saxlayıblar.
Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18-də Səbail rayon
Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəməyə
nümayişkaranə tərzdə - başına torba salınmış vəziyyətdə gətirilib. Bu məhkəmə
zamanı cənab Həşimli saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını,
MTN-də işgəncə veriləcəyi ilə hədələndiyini bildirib. Jurnalistin həbs edildiyi gün
onun evində axtarışı MTN-nin çoxsaylı əməkdaşı aparıb, evdə cənab Həşimlinin
hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına baxmayaraq, MTN
3
http://bit.ly/P8Z9vo
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
8
əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış
haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə
pəncərədən içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin
içində işlək vəziyyətdə təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu
kameralar sındırılıb. Axtarış zamanı jurnalistin həyat yoldaşı qonşularının, o
cümlədən artıq mənzilin yaxınlığına gələn jurnalistlərin evə dəvət olunmasına
çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən və evin qapıları dərhal
açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini gözləyən
jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah-sursatın atıldığını bildirib.
Jurnalist onun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması və verilən
şikayətlər zamanı keçirilən bütün məhkəmə proseslərində MTN-nin İstintaq
Təcridxanasında tək kamerada saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu,
prinsipial mövqeyi olan vəkildən imtina etməsi üçün ərizə yazdırmaq istədiklərini,
gecə otaqda işığın söndürülmədiyini bildirmişdir. Bununla belə, Amnesty
International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan jurnalistin bütün bu
şikayətlərinə həm məhkəmə tərəfindən, həm də jurnalistin və onun yaxınlarının
müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır
4
.
Cənab Həşimlinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 2014-cü ilin fevralında
göndərilmişdir və bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN-nin müstəntiqi
olmuş Novruz Kərimov təyin edilib.
Cənab Həşimli bu hakimin 15 may 2014-cü il tarixli qərarı ilə 8 il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
4. İsmayılova Xədicə Rövşən qızı.
Saxlanma tarixi : 05 dekabr 2014 cü il.
İttiham: CM-nin 125-ci (özünüöldürmə həddinə çatdırma), 179.3.2 (mənimsəmə və
israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi
ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə)
maddələri maddəsi ilə ittiham irəli sürülüb.
Saxlandığı yer: 4 saylı Cəzaçəkmə Müəssisəsi (qadınlar üçün)
İş üzrə qısa arayış: Xədicə İsmayılova 20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə
məşğul olub, bir sıra müstəqil Kütləvi İnformasiya Vasitələrində çalışıb. O, Azadlıq
Radiosunun Bakı bürosunun rəhbəri, sonra isə büronun ictimai-siyasi verlişinin
aparıcısı olub.
Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına
layiq görülmüşdür. 24 oktyabr 2012-ci il “Jurnalistikada Qəhrəmanlıq” mükafatına
layiq görülüb. 2012-ci ilin fevralında “Gerd Buserius” adına mükafatı alıb.
4
http://bit.ly/1jDfTch
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
9
Xədicə İsmayıl “Exo”, “Caspian Business News”, “Eurasinaet.org”, “Washington
Times”, “BBC”, “Deutche Welle”, “Voice of America” (Amerikanın Səsi) kimi
kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazıb.
Bundan əlavə o, Azərbaycan prezidenti İlham Əliyevin və ailə üzvlərinin gizli
biznesləri haqda, həmçinin digər yüksək çinli məmurların gizli biznesi haqda onlarla
araşdırma yazılarının müəllifidir.
X.İsmayılın həbsi Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. 1984-
cü təvəllüdlü Mustafayev Tural Bulud oğlu “siçan dərmanı” adlanan maddəni içərək
özünə qəsd etməyə çalışıb. Tural Mustafayev sonra bir necə dəfə video açılama
yayaraq, Xədicə İsmayıla qarşı olan şikayətindən imtina etdiyini və şikayət ərizəsini
prokurorluq orqanlarının təzyiqi altında yazdığını bildirib. O, qeyd edib ki,
X.İsmayılın əleyhinə ifadə vermək üçün hüquq mühafizə və xüsusi xidmət orqanları
ona təzyiqlər ediblər.
Qeyd: X.İsmayılova ilə əlaqədar başqa istintaq və məhkəmə işləri də olub. Belə ki,
2014-cü ilin fevral ayının 17-də Xədicə İsmayılova “Facebook” şəbəkəsində Milli
Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material
yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs
olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin
Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət
Dostları ilə paylaş: |