saatlarla ifadəsi alınıb, evində və ofisində axtarış həyata keçirilib, 30 iyul 2014-cü ildə
isə həbs edilib (onun həbsi barədə bu hesabatda ayrıca məlumat yerləşdirilib).
Cənab Mirqədirovun çalışdığı “Zerkalo” qəzetinin ofisində axtarış aparılıb, sənədlər
və baş redaktor Elçin Şıxlının kompüteri götürülüb, bundan sonra qəzet faktiki olaraq
çap versiyasının buraxılmasını dayandırıb. Jurnalistin heç vaxt yaşamadığı
valideynlərinin də evində axtarış aparılıb və axtarışdan bir gün sonra onun atası
Həbibulla Mirqədirov dünyasını dəyişib, jurnalist 3 gün müddətinə dəfndə və yas
mərasimlərində iştirak etmək üçün evə buraxılıb.
Jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi və ümumilikdə ona qarşı
ittihamın irəli sürülməsi qanunvericiliyin bir sıra müddəalarının pozulması ilə
müşayiət edilməkdədir. Jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirinin
dəyişdirilməsi ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılan prosesdə iş üzrə
cinayət-prosessual rəhbərliyi həyata keçirən prokuror deyil, Baş Prokurorluğun başqa
bir əməkdaşı iştirak etmişdir, halbuki cinayət-prosessual rəhbərliyi həyata keçirən
prokurorun bu prosesdə iştirakı qanunla tələb edilir. Belə ki, həmin prokuror həbs
barədə təqdimatı məhkəmə prosesi zamanı əsaslandırmalıdır. Məhkəmə həbs
qətimkan tədbirini seçmək üçün istintaq orqanı tərəfindən təqdim edilən ilkin
sübutlara istinad etməlidir, bu sübutlar cinayət işinin materialları hesab olunur və
qanunvericiliyə görə həm təqsirləndirilən şəxsin, həm də onun müdafiəçilərinin bu
materiallarla tanış olmaq hüququ olsa da, məhkəmə bu materialları nə jurnalistə, nə də
onun vəkillərinə təqdim etməyib. Başqa sözlə desək, jurnalistə qarşı irəli sürülmüş bu
cür ağır ittihamın nəyə əsaslanmasını və hansı ilkin sübutların olmasını müəyyən
etmək mümkün olmamışdır.
Bundan əlavə jurnalistin Azərbaycana verilməsi faktiki deportasiya deyil, ekstradisiya
olduğundan, cənab Mirqədirov bu məsələlərlə məşğul olmaq üçün Türkiyədən olan
vəkilin tutulması üçün vəsatətlə çıxış edib, lakin jurnalistin adından etibarnamənin
verilməsi üçün notariusun təcridxanaya buraxılması istintaq tərəfindən qadağan edilib,
bu haldan verilən şikayətlər isə məhkəmələr tərəfindən əsassız olaraq təmin
edilməyib.
Sərhədsiz Reportyorlar, Human Rights Watch, ABŞ Helsinki Komissiyası, Birləşmiş
Krallığın Xarici İşlər Nazirliyi və digər təşkilatlar Rauf Mirqədirovun həbsi ilə bağlı
öz narahatçılıqlarını bildiriblər. Cənab Mirqədirov ”Həsən Bəy Zərdabi" və Norveçin
Fritt Ord təşkilatı ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi “Söz
azadlığı” beynəlxalq mükafatını alıb, 2005-ci ildən Azərbaycan Respublikasının
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
18
əməkdar jurnalistidir. Əvvəllər “Demokratik Azərbaycan”, “Bu gün”, “Millət” kimi
qəzetlərdə çalışıb.
12. Ramazanov Rəşad Ağaəddin oğlu
Saxlanma tarixi: 9 may 2013-cü il
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri satma, külli
miqdarda törədildikdə) maddəsi
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə,
xüsusən Facebook-da (https://www.facebook.com/HAQQINqulu777) hakimiyyətin
apardığı siyasəti, prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən
mikrobloqlar paylaşırdı. Ona da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə
edilən narkotik maddə ittihamı irəli sürülüb. Cənab Ramazanov həbs edildikdən
sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər Nazirliyinin Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, yerli və beynəlxalq
təşkilatların çağırışından sonra, o, istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil
Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını
bəyan edib və bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu
iddialar nəinki araşdırılıb, İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür
bəyanatları verməməsi, əks halda cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib.
Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il qərarı ilə cənab Ramazanov
9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı
Apellyasiya Məhkəməsi 16 yanvar 2014-cü il tarixində, Ali Məhkəmə isə 14 may
2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
19
Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi
tanınıb
9
.
13. Yaqublu Tofiq Rəşid oğlu
Saxlanma tarixi: 04 fevral 2013-cü il
İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi,
əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor
tətbiq etmə) maddələri
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Cənab Yaqublu “Yeni Müsavat” qəzetinin əməkdaşı, o cümlədən
müxalifətdə olan Müsavat Partiyasının Başqan müavinidir. Mütəmadi olaraq həm
çalışdığı qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən
Facebook-da tənqidi yazılarla çıxış edirdi, o cümlədən
siyasi fəaliyyətlə də məşğul olurdu.
2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra
hakimiyyəti başçısının istefası tələbi ilə etirazlar
keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır.
Cənab Yaqublu hadisədən bir gün sonra yanvarın 24-də
müxbir kimi İsmayıllı rayonuna səfərə gəlmiş, şəhər
mərkəzində polis tərəfindən saxlanılaraq məcburi şəkildə
Bakıya geri qaytarılmışdır.
Cənab Yaqublu məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra
həbs edilmişdir. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların
əksəriyyəti Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad
edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist,
Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək
təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Yaqublunu cinayətkar adlandırmışlar.
Yanvarın 29-da cənab Yaqublu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq
İdarəsinə çağırılıb, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst
buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Yaqublu barəsində Nəsimi
rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs indiyə
qədər davam edir.
Cənab Yaqublu İsmayıllı rayonuna “Yeni Müsavat” qəzetinin təqdim etdiyi ezamiyyə
vərəqəsi əsasında bu qəzetin müxbiri kimi səfər edib, şəhərin mərkəzində digər
9
http://bit.ly/1jYMJQI
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
20
jurnalistlərlə birgə müşahidə apardıqdan sonra polis tərəfindən saxlanılaraq İsmayıllı
rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimovun yanına aparılıb, qısa söhbətdən
sonra Yaqublu sərbəst buraxılıb və polisin müşayiəti ilə rayonu tərk edib. Cənab
Yaqublunun şəhərin mərkəzində durması və polislər tərəfindən saxlanılması, o
cümlədən həmin vaxt heç bir aksiyanın və ya zorakılığın baş vermədiyi jurnalistlər
tərəfindən çəkilmiş kadrlarda da aydın şəkildə görünür. Məhkəmə zamanı istintaq
cənab Yaqublu ilə eyni ittihamın irəli sürüldüyü İlqar Məmmədovla nə İsmayıllıya
səfər etdikdən qabaq, nə də İsmayıllıda olarkən görüşdüyünü və cinayət
planlaşdırdığını sübut edə bilməyib.
Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Yaqublunu tanımadıqlarını
məhkəməyə bildiriblər. Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər
təqsirləndirilənlərə qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını öz
ifadələrində vurğulayıblar.
Cənab Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 5 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Cənab Yaqublu Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi
tanınıb
10
. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı öz hesabatında jurnalistə
qarşı irəli sürülmüş ittihamın inandırıcı olmadığını vurğulamışdır
11
. Avropa İnsan
Haqları Məhkəməsi cənab Yaqublunun həbsi ilə bağlı verilmiş şikayəti icraata
götürüb.
5 noyabr 2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi T.Yaqublunun işi
üzrə qərarını açıqlayıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyanın 5-ci
maddəsinin birinci bəndinə əsasən Tofiq Yaqublunun dərhal həbsdən azad
olunmasına və ona 24 min avro təzminat ödənilməsi barədə qərar verib.
10
http://bit.ly/1gJG6nt
11
http://bit.ly/1gpkKdm
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
21
B) Hüquq müdafiəçiləri
a. “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin işi
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDT) İctimai Birliyi
partnyor olduğu Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) ilə
2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqini
aparmış və səsvermə günündən 1 gün sonra, yəni oktyabrın 10-da seçkinin nəticələri
barədə ilkin rəy
12
təqdim etmişdir. Rəydə azad və ədalətli seçkilərin keçirilməsi üçün
zəruri olan seçkiqabağı şəraitin olmadığı və səsvermənin ciddi qanun pozuntuları ilə
keçirildiyi qeyd olunub. ATƏT İnsan Haqları və Demokratik Təsisatlar Bürosu da
Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi ilkin tənqidi Rəyində öz müşahidələri
ilə yanaşı SMDT-nin rəyindən də istifadə edib.
Bu rəyin açıqlanmasından qısa müddət sonra, oktyabrın 31-də SMDT-nin ofisində
Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən axtarış aparılıb,
SMDT-yə və partnyor təşkilatlara aid olan maliyyə və hüquqi sənədlər və iki ədəd
kompüter götürülüb. Baş Prokurorluq açıqlama yayaraq, SMDT-də yol verilmiş
qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə
İstintaq İdarəsində müvafiq araşdırmalara başlanıldığını bəyan edib. Cənab
Məmmədlinin, o cümlədən SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və partnyor
təşkilat olan KBƏİB-nin rəhbəri Elnur Məmmədovun ölkədən çıxması qadağan
edilib.
SMDT təkcə 2013-cü il prezident seçkiləri zamanı deyil, ondan qabaq da
Azərbaycanda keçirilmiş seçkilər zamanı bütün ölkə boyu müşahidələrin aparılmasını
təşkil etmiş, yol verilmiş nöqsan və saxtakarlıqlar barədə yerli və beynəlxalq
ictimaiyyəti mütəmadi şəkildə məlumatlandırmışdır. Hökumətyönlü mətbuatda
SMDT-yə və onun aparıcı şəxslərinə qarşı mütəmadi şəkildə qarayaxma
kampaniyaları aparılmış, onlar xain adlandırılmışlar. SMDT 2012-ci ilin mayında
Bakıda keçirilmiş Avroviziya mahnı yarışması ərəfəsində keçirilmiş Sing for
Democracy kampaniyasının təşəbbüskarlarından və fəal iştirakçılarından biri
olmuşdur.
14. Məmmədli Anar Asəf oğlu
12
http://bit.ly/1p60p0e
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
22
Saxlanma tarixi: 16 dekabr 2013-cü il
İttiham: CM-nin 179.3.2 (mənimsəmə və ya israf etmə,
yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli
miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq
külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1
(xeyli miqdarda
vergiləri
və
ya məcburi
dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma),
308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun)
nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli
şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan
məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya
resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər
tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”
İctimai Birliyinin (SMDT) sədri olan Anar Məmmədli yerli və beynəlxalq ictimaiyyət
arasında tanınan hüquq müdafiəçisi, seçkilər və siyasi azadlıqlar üzrə ekspertdir.
SMDT işi üzrə açılmış cinayət işinin nəticəsində cənab Məmmədli bir sıra beynəlxalq
tədbirlərə, xüsusən 2013-cü ilin noyabrında Vilnüsda keçirilmiş Avropa Birliyi Şərq
Tərəfdaşlığı Sammitinə qatıla bilməyib.
Cənab Məmmədli oktyabrın sonlarından (cinayət işinin açıldığı vaxtdan) mütəmadi
olaraq istintaqa çağırılıb və ifadə vermək üçün hər dəfə istintaqa gedib, bununla belə
dekabrın 16-da növbəti dindirilmədən sonra cənab Məmmədli İstintaq İdarəsi
tərəfindən saxlanılıb və elə həmin gün Nəsimi rayon Məhkəməsi cənab Məmmədli
barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2014-cü il martın 6-da Nəsimi rayon
Məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək cənab Məmmədli barəsində
seçilmiş həbs qətimkan tədbirinin vaxtını 2014-cü il iyunun 16-dək artırıb. Martın 19-
da isə cənab Məmmədliyə qarşı iki yeni ittiham – mənimsəmə və ya israf etmə və
vəzifə saxtakarlığı irəli sürülüb.
Cənab Məmmədlinin həbsindən dərhal sonra Amnesty İnternational təşkilatı onu
vicdan məhbusu kimi tanıyıb
13
, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri cənab
Məmmədlinin həbsi ilə bağlı narahatçılıqlarını ifadə ediblər və onun azad edilməsinin
zəruriliyini vurğulayıblar
14
.
Cənab Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli
hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Cənab Məmmədli və onun vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edərək
bunun siyasi xarakterli olduğunu bildiriblər.
13
http://bit.ly/1fCF7kn
14
http://bit.ly/1hKTcP1
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
23
15. Rüstəmov Əliabbas Fəxrəddin oğlu
Saxlanma tarixi: 28 iyun 2014-cü il
İttiham: CM-nin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər
(hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və
tanınmış vəkildir. Həbsindən əvvəl cənab Rüstəmov hakimiyyətin açıq
tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki
problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Əliabbas
Rüstəmov Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində müxalif blok
olan Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində
iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və
marafonlara qatılıb.
Əliabbas Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (SMDT
rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün
müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati
yollarla onun Anar Məmmədlinin müdafiəsində iştirak etməsinə əngəl yaradılıb.
Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq
imzasını notariusun iştirakı ilə təsdiq etməli idi, lakin saxlanıldığı təcridxananın
rəhbərliyi ona bu şəraiti yaratmayıb.
17 mart 2014-cü ildə isə Əliabbasov Rüstəmov prezident İlham Əliyevə ölkə
ictimaiyyətinin diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb.
Müraciət ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər
KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb
15
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq
fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100
milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu
məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü
ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq”
qəzetinin müxbiri ilə danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov
mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını
sifarişli və prezidentə müraciətlə bağlı olduğunu düşünür” - Azadlıq qəzetinin
müxbiri Vidadi Məmmədov həmin gün BBC Azərbaycancaya vəkilin sözlərini
çatdırıb.
16
15
(Müraciətin mətni:
http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/42734-vkildn-lham-liyev-ok-
mueracit.html
).
16
( http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140630_aliabbas_rustamov_arrest.shtml) .
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
24
“Vəkilin öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək olar?!”
deyə yerli mətbuat Əliabbas Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd”
adlandırıb. Əliabbas Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları
müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.
6 noyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Əliabbas
Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rahib Salmanovun sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən
Əliabbas Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
16. Cəfərov Rəsul Ağahüseyn oğlu
Saxlanma tarixi: 2 avqust 2014-cü il
İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz
sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə),
213.1-ci Xeyli miqdarda vergiləri və ya məcburi dövlət
sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2-ci
(Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb
olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir
məqsədilə törədildikdə)
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 17 avqust 1984-cü ildə Bakı șəhərində anadan olub. Hüquqşünas
ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2007-ci ildən Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb. 2009-cu ilin
avqustundan Televiziya və Alternativ Media İnkișaf Mərkəzi İctimai Birliyinin sədri
olub. REAL birliyinin İdarə heyətinin üzvüdür.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
25
2010-cu ildə İnsan Haqları Klubunun təsisçilərindən olub və hüquq müdafiəsi ilə
məşğul olan bu ictimai təşkilata rəhbərlik edib. Həbs olunarkən Rəsul Cəfərov
Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edirdi. Gənc fəalların və
siyasi məhbusların hüquqlarının ardıcıl müdafiəsi ilə məşğul olan Rəsul Cəfərov bir
çox kampaniyaların koordinatorlarından olub. 2012-ci ildə Bakıda keçirilən
«Eurovision» mahnı yarışması ərəfəsində keçirilən «Sing for Democracy»
kampaniyası (bu kampaniya beynəlxalq mükafata da layiq görülüb) da ölkədə insan
haqlarının durumunun yaxşılaşdırmağa yönəlmişdi və beynəlxalq miqyasda maraq
Dostları ilə paylaş: |