Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)
FLUKOFAST kapsullar
FLUCOFAST
Beynəlxalq patentləşdirilməmiş adı: fluconazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır.
Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, silisium 4-oksid, maqnezium-stearat, natrium
laurilsulfat.
Kapsulun örtüyü: jelatin, titan 4-oksid (E171).
Təsviri
Silindr formalı yarımsferik uclu, krem çalarlı ağ rəngli, içərisində ağ qranullar olan bərk kapsullardır:
- 50 mq doza №3 ölçülü kapsullarda;
- 150 mq doza №1 ölçülü kapsullarda.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə preparatlar.
АТС kodu: J02AC01
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Flukonazol - triazol qrupundan olan göbələkəleyhinə preparatdır. Səthi və sistem göbələk infeksiyalarının
müalicəsi üçün istifadə olunur. Göbələklərin P450 sitoxromdan asılı olan fermentlərinin aklivliyini inhibə
etməklə, уüкsəк spesifik təsirə malikdir. Göbələk hüceyrələrinin lanosterolunun hüceyrə divarının əsas
komponenti olan membran lipidi erqosterola çevrilməsini blokadaya alır ki, bu da göbələk hüceyrələrinin
nekrobiozuna gətirib çıxarır. Preparat Candida spp., Cryptococcus neoformans, Cryptococcus gattii,
Coccidioides immitis, Blastomyces dermatitidis, Histoplasma capsulatum, Coccidioides immitis,
Paracoccidioides brasiliensis tərəfindən törədilən opportunistik mikozlarda effektivdir.
Farmakokinetikası
Flukonazol daxilə qəbul edildikdən sonra yaxşı sorulur, onun biomənimsənilməsi 90%-dən artıqdır. Qanda
maksimal konsentrasiyası peroral qəbuldan sonra 0,5-1,5 saat müddətində yaranır. Likvor daxil olmaqla
orqanizmin bütün mayelərinə yaxşı nüfuz edir. Aktiv maddənin ana südündə, ağız suyunda, nəmlikdə
peritoneal mayedə konsentrasiyası plazmada olan konsentrasiyası kimidir. Mədə möhtəviyyatının pH-ı
sorulmasına təsir göstərmir. Qida flukonazolun sorulma sürətinə təsir göstərmir. Buynuz təbəqədə,
epidermisdə, dermada və tər mayesində yüksək konsentrasiyaları yaranır, hansı ki, zərdab
konsentrasiyasından artıq olur. Flukonazol plazma zülalları ilə 11-12% birləşir. Yarımxaricolma dövrü 30
saata yaxındır. Əsasən böyrəklər vasitəsilə xaric olur, 80%-i dəyişilməmiş şəkildə, 11%-i metabolitlər
şəklində.
Flukofast'>İstifadəsinə göstərişlər
Flukofast böyük pasiyentlərdə aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir:
- kriptokokk meningiti;
- koksidioidomikoz;
- invaziv kandidozlar;
- selikli qişaların kandidoz infeksiyaları, o cümlədən, boğazın, qida borusunun infeksiyaları, kandiduriya,
həmçinin, dərinin və selikli qişaların xroniki kandidoz iltihabı;
- ağız boşluğunun gigiyenası və ya yerli müalicə qeyri-effektiv olduğu zaman ağız boşluğunun xroniki atrofik
kandidozu (diş protezlərinin istifadəsi ilə bağlı);
- yerli müalicə effektiv olmadığı zaman kəskin və ya residivləşən vaginal kandidoz;
- yerli müalicə effektiv olmadığı zaman kandidoz balanopostiti;
- pəncənin, gövdənin, baldırların mikozları daxil olmaqla dəri mikozları, kəpəkli dəmrov, tövsiyə olunan
sistem müalicə zamanı dərinin kandidoz infeksiyaları;
- digər dərman preparatları münasib olmadığı zaman onixomikoz.
Flukofast böyük pasiyentlərdə aşağıdakı infeksiyaların profilaktikası məqsədi ilə göstərişdir:
- residiv riski yüksək olan pasiyentlərdə kriptokokk meningitinin residivləri;
- İİV-infeksiyalaşmış, yüksək residiv riskinə malik pasiyentlərdə kandidoz stomatiti, faringit, ezofagit;
- vaginal kandidozun residivləri (ildə 4 və ya daha çox infeksiya);
- uzunmüddətli neytropeniyası olan pasiyentlərdə kandidoz infeksiyalar (məsələn, qan xərçəngi olan, kimya-
terapiya alan pasiyentlərdə və ya qanyaradıcı kötük hüceyrələrin köçürülməsindən sonra pasiyentlərdə).
Flukofast 0-dan 17 yaşa qədər yenidoğulmuşlarda, südəmər uşaqlarda və yeniyetmələrdə
aşağıdakı infeksiyalarda istifadə üçün göstərişdir:
Flukofast selikli qişaların kandidoz iltihabının (stomatitin, faringitin və ezofagitin), invaziv kandidozun və
kriprokokk meningitin müalicəsi üçün, həmçinin immuniteti aşağı düşmüş pasiyentlərdə kandidoz
infeksiyaların profilaktikası üçün istifadə olunur. Flukofast yüksək residiv riski olan uşaqlarda kriptokokk
meningitinin residivlərinin profilaktikası üçün dəstəkləyici müalicə kimi istifadə oluna bilər.
Müalicəni əkmənin və ya digər laborator analizlərin nəticələri alınana qədər başlamaq olar. Lakin, onların
alınmasından sonra istifadə olunan müalicənin müvafiq korreksiyası zəruridir.
Göbələkəleyhinə dərman preparatlarının düzgün istifadəsinə dair rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Əks göstərişlər
Təsiredici maddəyə, oxşar azol birləşmələrinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək
həssaslıq.
Çoxsaylı qəbuldan sonra qarşılıqlı təsirə dair tədqiqatların nəticələrinə görə gündə 400 mq və daha yüksək
doza təşkil edən çoxsaylı dozalarda flukonazol qəbul edən pasiyentlərdə terfenadinin istifadəsi əks
göstərişdir. QT intervalını uzadan və P450 sitoxromu (izoferment CYP3A4) vasitəsilə metabolizə olunan
sizaprid, astemizol, pimozid, xinidin, və eritromisin kimi digər dərman preparatlarının qəbulu flukonazol alan
pasiyentlərdə əks göstərişdir.
Xüsusi göstərişlər
Böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya kreatinin klirensinə müvafiq olaraq düzəliş etmək lazımdır.
Flukonazolla müalicə qaraciyər funksiyalarının pozulmasına səbəb ola bilər, ona görə də preparat qaraciyər
çatışmazlığı olan pasiyentlərdə çox ehtiyatla istifadə olunmalıdır. Flukonazolun hepatotoksik təsiri adətən
dönər xarakterlidir, onun əlamətləri müalicə dayandırıldıqdan sonra itir. Qaraciyərin flukonazolla bağlı ola
bilən zədələnməsinin klinik əlamətləri meydana çıxan zaman preparatı ləğv etmək lazımdır.
İİV-infeksiyalı pasiyentlərdə əhəmiyyətli dərəcədə tez-tez ağır dəri reaksiyaları (məsələn, epidermisin toksiki
nekrolizi) müşahidə olunur. Ağrılı dəyişikliklərin səthi xarakterli olduğu pasiyentlərdə dəri səpgilərinin
meydana çıxdığı zaman preparatla müalicə dayandırılmalıdır. Əgər səpgi sistem infeksiyaların müalicə
olunduğu pasiyentlərdə meydana çıxarsa, səpgilərin qəflətən gücləndiyi və ya polimorf eritemanın meydana
çıxdığı zaman müalicəni dayandırmaq lazımdır.
Kumarin sırası antikoaqulyantları ilə birlikdə istifadə zamanı protrombin indeksinə nəzarət etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı preparat o halda təyin olunur ki, ana üçün müalicənin gözlənilən faydası döl üçün potensial
riski üstələmiş olsun.
Flukonazol ana südü ilə xaric olur, ona görə də laktasiya dövründə preparatın təyin edilməsi zərurəti
yaranarsa, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.
Dərmanı qəbul etməzdən əvvəl mövcud olan və ya güman edilən hamiləlik barədə həkimə məlumat vermək
lazımdır.
Doğuş qabiliyyətli yaşda olan qadınların müalicəsi zəruri olarsa, eyni zamanda effektiv kontraseptiv dərman
vasitələrindən istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Flukonazol benzodiazepin törəmələrinin metabolizmini tormozlayır və onların mərkəzi təsirini gücləndirir.
Preparatla eyni zamanda peroral antikoaqulyantlar qəbul edən pasiyentlərə nəzarət etmək lazımdır, belə ki,
bu, protrombin vaxtının artmasına gətirib çıxara bilər. Flukonazol sulfonilsidik cövhərinin peroral hipoqlikemik
təsirli törəmələrinin metabolizmini tormozlayır və onların təsirini gücləndirir. Zərdabda fenitoinin, siklosporinin
və teofillinin konsentrasiyasını əhəmiyyətli dərəcədə yüksəldir. Rifampisinlə kombinasiya flukonazolun AUC-
nun 25% azalmasına və plazmadan yarımxaricolma dövrünün 20% qısalmasına gətirib çıxarır. Ona görə də
eyni zamanda rifampisin alan xəstələrdə flukonazolun dozasını artırmaq məqsədəuyğundur. Astemizolla,
rifabutinlə, zidovudinlə və takrolimusla birlikdə istifadə zamanı çox ehtiyatlı olmaq tövsiyə olunur.
Flukonazolun sizapridlə və ya terfenadinlə birlikdə istifadəsi mədəcik taxikardiyası paroksizmi (torsades de
points) daxil olmaqla, ürəkdə arzuolunmaz reaksiyaların baş verməsi halları təsvir edilmişdir.
İstifadə qaydası və dozası
Doza mikoz infeksiyasının növündən və ağırlıq dərəcəsindən asılı olaraq seçilməlidir. Əgər hər hansı
infeksiya zamanı çoxsaylı doza qəbulu tələb olunarsa, müalicəni aktiv infeksiyanın klinik və mikrobioloji
simptomları aradan qalxana qədər davam etdirmək lazımdır. Kifayət qədər davam etdirilməyən müalicə
kursu aktiv infeksiyanın residivinə səbəb ola bilər.
Böyüklər
Göstərişlər Dozalanma
Müalicə müddəti
Kriptokokk meningitinin
müalicəsi.
Zərbə dozası:
400 mq / ilk günlər.
Sonrakı dozalar:
Gündə 200 mq-dan
400 mq-a qədər.
Adətən 6-dan 8 həftəyə qədər.
Həyat üçün təhlükəli
infeksiyalarda gündəlik dozanı
800 mq-a qədər artırmaq olar.
Kriptokokkoz
Yüksək residiv riski olan
pasiyentlərdə kriptokokk
meningitinin residivlərinin
profilaktikası üçün
dəstəkləyici müalicə kimi.
Gündə 200 mq.
200 mq gündəlik dozanın
qəbulu zamanı qeyri-məhdud
istifadə müddəti.
Koksidioidomikoz
200 mq-dan 400 mq-
a qədər
Pasiyentdən asılı olaraq 11-dən
24 aya qədər və ya daha çox.
Bəzi infeksiyalar zamanı
xüsusilə meningit zamanı
gündə 800 mq dozanın
istifadəsi nəzərdən keçirilə bilər
İnvaziv
kandidozlar
Zərbə dozası:
800 mq / ilk günlər.
Sonrakı doza:
Gündə 400 mq
Qanın kandidoz infeksiyasının
adətən tövsiyə olunan müalicə
müddəti qanın əkilməsindən
sonra ilk mənfi nəticənin
alınmasından və kandidemiya
üçün xarakterik olan obyektiv
və subyektiv simptomların
kəsilməsindən sonra 2 həftə
təşkil edir.
Ağız boşluğunun
kandidozu
Zərbə dozası:
200 mq-dan 400 mq-
a qədər / ilk günlər.
Sonrakı doza:
Gündə 100 mq-dan
200 mq-a qədər.
7 gündən 21 günə qədər (ağız
boşluğunun kandidozu kəsilənə
qədər).
28 günə qədər.
Ağır immunçatışmazlığı olan
pasiyentlərdə daha uzun
müddət istifadə etmək olar.
Qida borusunun
kandidozu
Zərbə dozası:
200 mq-dan 400 mq-
a qədər / ilk günlər.
Sonrakı doza:
Gündə 100 mq-dan
200 mq-a qədər.
14 gündən 30 günə qədər (qida
borusunun kandidozu kəsilənə
qədər).
28 günə qədər.
Ağır immunçatışmazlığı olan
pasiyentlərdə daha uzun
müddət istifadə etmək olar.
Sidikdə patogen maya
göbələklərinin olması
Gündə 200 mq-dan
400 mq-a qədər
7 gündən 21 günə qədər
28 günə qədər.
Ağır immunçatışmazlığı olan
pasiyentlərdə daha uzun
müddət istifadə etmək olar.
Selikli qişaların
kandidozunun
müalicəsi
Xroniki atrofik kandidoz
Gündə 50 mq
14 gün
Dərinin və selikli qişaların
xroniki kandidozu
Gündə 50 mq-dan
100 mq-a qədər
28 günə qədər.
Ağır immunçatışmazlığı olan
pasiyentlərdə daha uzun
müddət istifadə etmək olar.
İİV
infeksiyalaşmış,
residivlərin
yüksək riski olan
pasiyentlərdə
selikli qişaların
kandidoz
iltihabının
Ağız boşluğunun
kandidozu
Gündə 100 mq-dan
200 mq-a qədər və
ya həftədə 3 dəfə 200
mq
Xroniki immunçatışmazlığı olan
pasiyentlərdə qeyri-məhdud
vaxt ərzində istifadə
residivlərinin
profilaktikası
Qida borusunun
kandidozu
Gündə 100 mq-dan
200 mq-a qədər və
ya həftədə 3 dəfə 200
mq
Xroniki immunçatışmazlığı olan
pasiyentlərdə qeyri-məhdud
vaxt ərzində istifadə
Kəskin vaginal kandidoz
Kandidoz balonopostiti
150 mq
Birdəfəlik doza
Cinsi orqanların
kandidozu
Vaginal kandidozun
residivlərinin müalicəsi və
profilaktikası (ildə 4 və ya
daha çox infeksiya)
Hər 3-cü gün 150 mq,
3 doza miqdarında
(1-ci, 4-cü və 7-ci
günlər), sonra isə
həftədə 1 dəfə 150
mq dəstəkləyici
dozada
Dəstəkləyici doza: 6 ay.
Pəncə mikozu
Gövdənin mikozu
Baldırların mikozu
Dəri kandidozu
Həftədə 1 dəfə 150
mq və ya gündə 1
dəfə 50 mq
2 həftədən 4 həftəyə qədər;
pəncənin mikozları zamanı 6
həftəyə qədər istifadə etmək
lazım gələ bilər.
Həftədə 1 dəfə 300
mq-dan 400 mq-a
qədər
1 həftədən 3 həftəyə qədər
Kəpəklənən dəmrov
Gündə 1 dəfə 50 mq
2 həftədən 4 həftəyə qədər
Dəri mikozları
Onixomikoz Həftədə 1 dəfə 150
mq
Müalicəni infeksiyalaşmış
dırnaq infeksiyalaşmamış yeni
dırnaqla əvəz olunana qədər
davam etdirmək lazımdır. Əl və
ayaq dırnaqlarının
regenerasiyası üçün lazım olan
vaxt müvafiq olaraq 3-dən 6-ya
və ya 6-dan 12 aya qədər təşkil
edir. Lakin dırnaqların uzanma
sürəti ayrı-ayrı pasiyentlərdə
yaşdan asılı olaraq fərqlənə
bilər. Xroniki infeksiyanın
müalicəsindən sonra dırnaqlar
bəzən deformasiya oluna bilər.
Uzunmüddətli
neytropeniyası
olan pasiyentlərdə
kandidoz
infeksiyaların
profilaktikası
200 mq-dan 400 mq-
a qədər
Müalicəni neytropeniyanın
gözlənilən başlanmasından bir
neçə gün əvvəl başlamaq və
onun kəsilməsindən sonra 7
gün müddətində (nə vaxt ki,
neytrofillər 1 mm
3
-na 1000
hüceyrədən çoxa qədər artır)
davam etdirmək lazımdır.
Xüsusi pasiyent qrupları
Yaşlı pasiyentlər
Dozalanmanı böyrəklərin funksional vəziyyətindən asılı olaraq dəyişdirmək lazımdır.
Böyrək funksiyaları pozulmuş pasiyentlər
Birdəfəlik doza zamanı dozalanmanın dəyişdirilməsi tələb olunmur. Böyrək funksiyaları pozulmuş (o
cümlədən, uşaqlarda və yeniyetmələrdə), flukonazolun çoxsaylı dozalarını alan pasiyentlərdə əvvəlcə
konkret göstəriş üçün tövsiyə olunan gündəlik dozaya əsaslanaraq, 50 mq-dan 400 mq-a qədər doza istifadə
etmək lazımdır. Bu zərbə dozasının qəbulundan sonra gündəlik dozanı (göstərişə uyğun olaraq) aşağıda
təqdim olunan cədvəl əsasında təqdim etmək lazımdır:
Kreatinin klirensi (ml/dəq) Tövsiyə olunan dozaya görə faizi
>50 100%
≤50 (dializsiz)
50%
Daim dializdə yerləşən pasiyentlər Hər dializ seansından sonra 100%
Daim dializdə olan pasiyentlərə hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni vermək lazımdır; dializ
həyata keçirilməyən günlərdə kreatinin klirensinə müvafiq olaraq azaldılmış doza vermək lazımdır.
Qaraciyər funksiyaları pozulmuş pasiyentlər
Qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə preparatın istifadəsinə dair məlumatlar məhduddur və ona
görə də qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə flukonazol ehtiyatla istifadə olunmalıdır.
Uşaqlar və yeniyetmələr
Uşaq və yeniyetmələrdə 400 mq təşkil edən maksimal gündəlik dozanı yüksəltmək olmaz.
Böyük pasiyentlərdə infeksiya zamanı olduğu kimi, müalicə kursunun davametmə müddəti pasiyentin klinik
və mikrobioloji cavab reaksiyasından asılıdır. Flukofast birdəfəlik gündəlik dozalarda verilir.
Böyrək funksiyaları pozulmuş uşaqlarda dozalanma üçün bax: “Böyrək funksiyaları pozulmuş pasiyentlər”.
Böyrək çatışmazlığı olan uşaqlarda və yeniyetmələrdə flukonazolun farmakokinetik tədqiqatı aparılmamışdır
(bir çox halda böyrək funksiyaları tam inkişaf etmiş olmayan yenidoğulmuşlarda (0-dan 27 günlüyə qədər)
dozalanma üçün aşağıya baxın).
Yenidoğulmuşlar, südəmər uşaqlar və böyük uşaqlar (28 günlükdən 11 yaşa qədər)
Göstəriş Dozalanma Tövsiyələr
Selikli qişaların kandidozu
Başlanğıc doza:
6 mq/kq bədən kütləsinə.
Sonrakı doza:
Gündə 3 mq/kq bədən kütləsinə.
Tarazlığın sürətlə əldə olunması
üçün başlanğıc dozanı müalicənin
birinci günü istifadə etmək olar.
İnvaziv kandidozlar
Kriptokokk meningiti
Doza: gündə 6-12 mq/kq bədən
kütləsinə
Xəstəliyin ağırlıq dərəcəsindən
asılı olaraq
Böyük residiv riski olan
uşaqlarda kriptokokk meningitinin
residivlərinin profilaktikası üçün
dəstəklərici müalicə
Doza: gündə 6 mq/kq bədən
kütləsinə
Xəstəliyin ağırlıq dərəcəsindən
asılı olaraq
İmmunçatışmazlığı olan
pasiyentlərdə patogen maya
göbələklərinin törətdiyi
infeksiyaların profilaktikası
Doza: gündə 3-12 mq/kq bədən
kütləsinə
Neytropeniyanın ağırlıq
dərəcəsindən və davametmə
müddətindən asılı olaraq (bax:
Böyüklərdə dozalanma).
Yeniyetmələr (12 yaşdan 17 yaşa qədər)
Bədən kütləsindən və yetkinlik dərəcəsindən asılı olaraq, preparatı təyin edən həkim hansı dozalanmanın
daha münasib olduğunu (böyüklər üçün və ya uşaqlar üçün) qiymətləndirməlidir.
Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazolun klirensi böyüklərdə olduğundan çoxdur. Böyüklərdə
100, 200 və 400 mq dozalar uşaqlarda 3, 6, 12 mq/kq bədən kütləsinə dozalarına müvafiqdir, hansı ki,
meyillilik dərəcəsini qiymətləndirməyə imkan verir.
Uşaqlarda və yeniyetmələrdə cinsi orqanların kandidozunun müalicəsində flukonazolun nə təhlükəsizliyi, nə
də effektivliyi təyin edilməmişdir. Digər göstərişlər üzrə uşaqlarda və yeniyetmələrdə istifadəsinin
təhlükəsizliyinə dair aktual əldə edilə bilən məlumatlar “İstifadəsinə göstərişlər” bölməsində təqdim edilmişdir.
Əgər yeniyetmələrdə (12-17 yaşlı) cinsi orqanların kandidozunun müalicəsi zəruri olarsa, o zaman
dozalanma böyüklərdə olduğu kimi olmalıdır.
Yenidoğulmuşlar (0-dan 27 günlüyə qədər)
Yenidoğulmuşlarda flukonazolun orqanizmdən xaric olması tədricən baş verir. Yenidoğulmuşlarda istifadə
qaydasını təsdiq edən azsaylı farmakokinetik məlumatlar vardır.
Yaş qrupu
Dozalanma
Tövsiyələr
Yenidoğulmuşlar
(0-dan 14 günlüyədək)
Südəmər uşaqlarda və böyük
uşaqlarda eyni mq/kq bədən
kütləsinə dozada hər 72 saatdan
bir vermək lazımdır.
Hər 72 saatdan bir verilən 12
mq/kq bədən kütləsinə maksimal
dozanı yüksəltmək olmaz.
Yenidoğulmuşlar
(15-dən 27 günlüyədək)
Südəmər uşaqlarda və böyük
uşaqlarda eyni mq/kq bədən
kütləsinə dozada hər 48 saatdan
bir vermək lazımdır.
Hər 48 saatdan bir verilən 12
mq/kq bədən kütləsinə maksimal
dozanı yüksəltmək olmaz.
Yeridilmə qaydası
Flukonazol daxilə qəbul üçün və ya venadaxili yeritmə üçün dərman formasında verilə bilər; yeridilmə yolu
pasiyentin klinik vəziyyətindən asılıdır. Venadaxili yeridilmənin peroral qəbulla və ya əksinə əvəz edilməsi
zamanı dozalanmanın dəyişdirilməsi vacib deyildir.
Kapsulları qida qəbulundan asılı olmayaraq bütöv halda udmaq lazımdır.
Əlavə təsirləri
Ən çox məlumat verilən əlavə təsirlər (>1/10) başağrısı, qarında ağrı, diareya, ürəkbulanma, qusma, qanda
alaninaminotransferazanın, aspartataminotransferazanın, qələvi fosfatazanın aktivliyinin yüksəlməsi,
həmçinin səpgi olmuşdur.
Flukonazoldan istifadə zamanı aşağıdakı əlavə təsirlərin aşağıdakı tezliklə inkişaf etməsi müşahidə edilmiş
və məlumat verilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100-
ə qədər), nadir (≥1/10000-dən <1/1000-ə qədər), çox nadir (<1/10000), tezliyi məlum deyil (mövcud
məlumatlara görə tezliyi təyin etmək mümkün olmur).
Sistem və
orqanların təsnifatı
Tez-tez Bəzən Nadir
Qan və limfa
sistemində baş verən
pozğunluqlar
Anemiya
Aqranulositoz,
leykopeniya,
trombositopeniya,
neytropeniya
İmmun sistemdə baş
verən pozğunluqlar
Anafilaksiya
Metabolizmdə və
qidalanmada baş
verən pozğunluqlar
İştahanın azalması Hiperxolesterinemiya,
hipertriqliseridemiya,
hipokaliemiya
Psixikada baş verən
pozğunluqlar
Yuxusuzluq,
yuxuya
meyillilik
Sinir sistemində baş
verən pozğunluqlar
Başağrısı
Qıcolmalar,
paresteziyalar,
başgicəllənmə,
dadbilmənin pozulması
Tremor
Eşitmədə (qulaqlarda,
labirintdə) baş verən
pozğunluqlar
Periferik
mənşəli
başgicəllənmə
Ürəkdə baş verən
pozğunluqlar
Ürək ritminin torsade de
pointes tipli pozğunluğu,
QT intervalının
uzanması
Mədə-bağırsaq
traktında baş verən
pozğunluqlar
Qarında ağrı, qusma,
diareya, ürəkbulanma
Qəbizlik, dispepsiya,
meteorizm, ağız
boşluğunun selikli
qişasının quruması
Qaraciyərdə və
ödqovucu yollarda
baş verən
pozğunluqlar
Qanda
alaninaminotransferazanın,
aspartataminotransferazanın,
qələvi fosfatazanın
aktivliyinin yüksəlməsi.
Xolestaz, sarılıq,
bilirubinin
konsentrasiyasının
yüksəlməsi
Qaraciyər çatışmazlığı,
hepatosellülar nekroz,
hepatit, qaraciyər
hüceyrələrinin
zədələnməsi
Dəridə və dərialtı
toxumada baş verən
pozğunluqlar
Səpgi Dərman dermatiti, övrə,
qaşınma, tər ifrazının
artması
Epidernisin
toksikokollikvasion
nekrozu, Stivens-
Conson sindromu,
kəskin
generalizəolunmuş
ekzentematoz-pustulyoz
səpgi, eksfoliativ
dermatit, Kvinke ödemi,
üzün ödemi, keçəlləşmə
Hərəki aparatda və
birləşdirici toxumada
baş verən
pozğunluqlar
Mialgiya
Bütövlükdə
Yorğunluq, pis əhval,
orqanizmdə baş
verən pozğunluqlar
və yeridilmə yerində
vəziyyət
asteniya, qızdırma
Uşaqlar və yeniyetmələr
Uşaqların və yeniyetmələrin iştirakı ilə aparılan klinik tədqiqatların gedişində müşahidə olunan əlavə təsirlərin
başvermə tezliyinin və laborator analizlərin təhrif olunmuş nəticələrinin profili cinsi orqanların kandidozunun
müalicəsi istisna olmaqla, böyüklərdə müşahidə olunanlarla müqayisə olunandır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı dərhal həkimə müraciət etmək lazımdır. Simptomatik müalicə aparılır:
mədənin yuyulması, sürətləndirilmiş diurez. Ola bilər ki, hemodializin aparılması zəruri olsun. 3 saatlıq
hemodializ seansından sonra plazmada flukonazolun konsentrasiyası təqribən 50% azalır.
Buraxılış forması
50 mq-lıq kapsullar. 7 kapsul, PVX və alüminium folqadan ibarət blisterdə.
1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
150 mq-lıq kapsullar. 1 kapsul, PVX və alüminium folqadan ibarət blisterdə.
1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
MEDANA FARMA Səhmdar Cəmiyyəti
98-200 Seradz, V.Loketka küç., Polşa
Dostları ilə paylaş: |