Uot 004. 351 Ələkbərova İ. Y



Yüklə 120,09 Kb.
Pdf görüntüsü
tarix02.12.2016
ölçüsü120,09 Kb.
#624

İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

58                                                                  www.jpit.az 



 

UOT 004.351 

Ələkbərova İ.Y.  

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

airada.09@gmail.com

 

VİKİMETRİK TƏDQİQATLARIN ANALİZİ VƏ VİKİ-MÜHİTDƏ İNFORMASİYA 



TƏHLÜKƏSİZLİYİ  PROBLEMLƏRİ HAQQINDA 

Məqalədə  viki-mühitdə  əsas  tədqiqat  obyektləri  analiz  edilmiş,  vikimetrik  tədqiqatlar  ilə 

əlaqədar yanaşmalar öyrənilmişdir. Viki-mühütdə kontentin və istifadəçilərin artım dinamıkası, 

məqalələrin  keyfiyyəti,  sosial  şəbəkədə  münasibətlərin,  istifadəçilərin  nüfuz  və  töhfələrinin 

analizi  ilə  əlaqədar  yanaşmalar  araşdırılmışdır.Vikipediyada  reallaşdırılan  informasiya 

müharibəsi  texnologiyalarının  analizində  beynəlxalq  təcrübəyə  istinad  etməklə  viki-mühitdə 

mövcud problemlərin həlli ilə bağlı təkliflər verilmişdir. 

Açar  sözlər:  viki-texnologiya,  Vikipediya,  viki-mühit,  vikimetrik  tədqiqatlar,  informasiya 

müharibəsi, vandalizm.  

Giriş 

İnternet  texnologiyaları  sırasında  viki-texnologiyaların  verdiyi  imkanlar  kollektiv  şəkildə 

bilik  yaratmaqla  İnternet  şəbəkəsinə  yeni  bir  mühitin  –  viki-mühitin  gəlməsinə  və  sürətli 

inkişafına şərait yaratdı. Viki-texnologiyalar hər bir İnternet istifadəçisinə geniş imkanlar verir. 

Belə  ki,  istifadəçi  onlayn  şəraitdə  veb-səhifə  yarada,  fayl  yükləyə,  artıq  mövcud  səhifələrdəki 

mətni  dəyişdirə  və  adi  sosial  şəbəkələrdə  olduğu  kimi  öz  şəxsi  səhifəsini  yaratmaqla 

müzakirələrdə iştirak edə bilər. 

XXI  əsrin  texnologiyası  sayılan  viki-texnologiyaların  imkanları,  eyni  zamanda 

istifadəçilərin virtual məkandan müxtəlif məqsədlər üçün istifadə etməsinə də şərait yaradır. Bu 

imkanlara  ilk  növbədə  reklam  xarakterli  məlumatlar,  spamlar,  dezinformasiya  daxil  edilməsi, 

informasiya  müharibələri  aparılması  aiddir.  İstənilən  viki-səhifənin  istifadəçilər  tərəfindən 

dəyişdirilə  bilməsi,  səhifələrə  müxtəlif  multimedia  resurslarının,  hiperkeçidlərin  və  şərhlərin 

daxil edilməsi imkanının verilməsi viki-mühitdə informasiya təhlükəsizliyi sahəsində problemlər 

yaratmaqdadır [1]. Viki-texnologiyalar əsasında yaradılan ən nəhəng və populyar layihə 2001-ci 

ilin yanvar ayından faəliyyət göstərən və bu gün İnternet mühitinin ən tanınan 10 saytı sırasında 

yer tutan Vikipediya (Wikipedia) ensiklopediyasıdır. 2013-cü ilin iyun ayına olan məlumata görə 

Vikipediya virtual ensiklopediyası 285 dildə fəaliyyət göstərir və ensiklopedik məqalələrin sayı 

37 milyondan artıqdır [2].  



Viki-mühitdə tədqiqat obyektləri 

Vikipediya dünyada baş verən hadisələri, cəmiyyətdəki  münasibətləri özündə əks  etdirən 

nəhəng layihədir. Belə ki, virtual ensiklopediyaya hər gün müxtəlif mövzularda: sosial-iqtisadi, 

mədəni,    elmi  və  başqa  sahələrlə  bağlı  məlumatlar  yerləşdirilməkdədir.  Viki-mühitdə  toplanan 

məlumatların  istifadə  sahələri  də  çoxalmışdır:  təhsildə,  mediada,  iqtisadiyyatda,  elmi 

araşdırılmalarda  və  s.  sahələrlə  bağlı  Vikipediya  serverlərinə  hər  ay  yüz  milyonlarla  sorğu 

göndərilir. Bu gün viki-mühitdə toplanan informasiyanın ictimai fikrə təsirdə rolu da artmışdır. 

Vikipediya  cəmiyyətdə  baş  verən  prosesləri  öyrənmək  üçün  də  çox  geniş  imkanlara  malikdir. 

Vikipediya  səhifələrinin  loq-fayllarını  analiz  etməklə  onların  nə  zaman  və  kimlər  tərəfindən 

yaradılmasını,  dəyişdirilməsini  və  hətta  hansı  dəyişikliklərin  həyata  keçirilməsini  öyrənmək 

mümkündür.  

Vikipediya  istifadəçiləri  həm  qeydiyyatdan  keçməklə,  həm  də  qeydiyyatdan  keçmədən 

viki-mühitdə ensiklopedik məqalələrin (viki-səhifələrin) yaradılmasında və redaktə olunmasında 

iştirak  edə  bilərlər.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  qeydiyyatdan  keçmədən  viki-mühitdə 

fəaliyyət  göstərən  istifadəçilərin  IP  ünvanları  da  loq-fayllarda  saxlanılır  və  viki-səhifələrin, 


İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

 



       www.jpit.az                                                                      59 

 

istifadəçi  səhifələrinin  analizi  ilə  birlikdə  viki-istifadəçilərin  sosial-demoqrafik  portretinin 



öyrənilməsində önəmli rol oynayır [3]. 

Vikipediyada yaradılan ensiklopedik məqalələr yarandığı şəraitə görə iki tipə bölünür:  1) 

bir neçə ekspert tərəfindən yaradılan və dar mövzunu əhatə edən; 2) yüzlərlə istifadəçi tərəfindən 

yaradılan  və  geniş  mövzunu  əhatə  edən  məqalələr.  Vikipediya  və  onun  layihələri  Vikimedia 

Fondu (Wikimedia Fondation, WMF) tərəfindən idarə olunur. Fondun verilənlər bazasında (VB) 

saxlanılan  istənilən  informasiyanı  bərpa  etmək,  digər  versiyalarla  müqayisə  etmək  və 

dəyişdirmək mümkündür. WMF-nin VB-da saxlanılan verilənlər hər bir İnternet istifadəçisi üçün 

açıqdır,  yəni  hər  kəs  bu  verilənləri  əldə  etmək  imkanına  malikdir.  Verilənlərin  əlyetərliyi 

müxtəlif istiqamətlərdə vikimetrik tədqiqatlar aparmağa imkan yaradır: 

 



Viki-istifadəçilərin töhfələrinin analizi

 



Viki-mühitdə həyata keçirilən informasiya müharibəsi texnologiyalarının analizi; 

 



Kontentin və istifadəçilərin artım dinamıkasının analizi; 

 



Viki-mühitdə sosial şəbəkələrin və istifadəçilərin nüfuzunun analizi (user reputation); 

 



Kontentin keyfiyyətinin analizi; 

 



Linqvistik tədqiqatlar və s. 

Viki-mühitdə  toplanan  məlumatları  analiz  etməklə  bütün  sahələrdə  olduğu  kimi  İKT 

sahəsində  də  müəyyən  araşdırmalar  aparmaq  mümkündür.  Məsələn,  İKT-nin  inkişafının 

Vikipediyaya  təsirini  təyin  etmək  üçün  ümumi  İnternet  istifadəçilərinin  artım  dinamikasını 

Vikipediya istifadəçilərinin artım dinamikası ilə müqayisə edək (şəkil 1).  

 

 



 

Şəkil 1. Vikipediya məqalələrinin sayının İnternet istifadəçilərinin ümumi sayından asılılığı  

Şəkil 1-dən göründüyü kimi,  2001 və 2013-cü illər arasında İnternet istifadəçilərinin artım 

dinamikası  Vikipediyanın  bütün  dil  bölmələri  üzrə  ensiklopedik  məqalələrin  sayının  artım 

dinamikası ilə təqribən eynidir. Şəkildən görünür ki, 2001 və 2004-cü illər arasında məqalələrin 

sayındakı artım tempi sonrakı illərlə müqayisədə xeyli az olmuşdur. Buna səbəb Vikipediyanın 

yarandığı  ilk  illər  İnternet  mühitində  tanınmaması  və  2004-cü  ilə  kimi  cəmi  15  dildə  fəaliyyət 

göstərməsi idi. 

Viki-mühitdə  külli  miqdarda  müxtəlif  tipli  informasiyanın  toplanması,  bu  informasiyanın 

daim yenilənməsi və ya dəyişdirilməsi bir tədqiqat obyekti kimi analitikləri cəlb etməkdədir. İlk 

növbədə viki-mühitin cəmiyyətin bilik daşıyıcılarını özünə cəlb etməsi və insanların öz əmək və 

biliklərini təmənnasız olaraq bu layihə vasitəsi ilə dünya ictimaiyyətinə

 bağışlaması indiyə kimi 


İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

60                                                                  www.jpit.az 



 

alimləri düşündürməkdədir [4]. Nəzərə almaq lazımdır ki, viki-mühit yalnız bilik mənbəyi deyil, 

həm  də  müxtəlif  ideologiyalara  və  baxışlara  malik  qrupları  birləşdirən,  285  dildə  fəaliyyət 

göstərən çox nəhəng sosial şəbəkədir. Bu baxımdan sosial şəbəkələrin analizində istifadə edilən 

metod və nəzəriyyələr vikimetrik tədqiqatlarda da çox geniş istifadə olunmaqdadır [5, 6].  

Viki-mühitdə  daim  yenilənən  kollektiv  biliyin  yaranma  prosesini  öyrənmək,  Vikipediya 

ensiklopediyasında toplanan məqalələrin bütün sahələri nə dərəcədə əhatə etməsini təyin etmək 

üçün  müqayisəli  analiz  metodları,  təsadüfi  altçoxluqlar  nəzəriyyəsi  üstünlük  təşkil  edir. 

Məqalələrin  müəyyən  əlamətlərə  görə  təsnifatlandırılmasında  klasterləşmə,  viki-mühitin 

analizində isə semantik analiz metodlarından istifadə edilir. Semantik analiz metodlarında HITS 

(Hyperlink-Induced Topic Search), PageRank, Random Forest alqoritmlərindən  istifadəyə geniş 

yer verilir [7, 8].  

Vikimetrik tədqiqatlarda istifadə olunan göstəricilər: 

1.

 



WMF  VB-nin  həcmi  (bütün  viki-səhifələrin  həcmi,  müzakirə,  kateqoriya  və 

istiqamətləndirmə səhifələri də daxil olmaqla); 

2.

 

Viki-layihələrdə ensiklopedik məqalələrin sayı; 



3.

 

Hər bir ensiklopedik məqalədə sözlərin və viki-səhifələrdə daxili istinadların sayı; 



4.

 

Viki-layihələrdə qeydiyyatdan keçmiş istifadəçilərin sayı; 



5.

 

Aktiv istifadəçilərin sayı (bir ay ərzində 5 redaktədən çox redaktəsi olan istifadəçilər); 



6.

 

Çox  aktiv  istifadəçilərin  sayı  (bir  ay  ərzində  100  redaktədən  çox  redaktəsi  olan 



istifadəçilər). 

Viki-istifadəçilərin töhfələrinin analizi 

 

Ensiklopedik məqalələrin keyfiyyəti ilə viki-istifadəçilərin səhifələrdəki töhfələri və viki-

mühitdə  davranışları  arasında  asılılıq  bir  çox  elmi  araşdırmalarda  yer  almışdır

.  Məsələn, 

Kanadanın Alberta Universitetinin professoru Ofi Arazi (Ofer Arazy) viki-mühitdə istifadəçilərin 

töhfələrini qiymətləndirmək  üçün “vikinin təyini alqoritmi”ni (wiki attribution algorithm) təklif 

etmişlər.  Bu  alqoritmdə  hər  bir  viki-səhifənin  yaradılmasında  iştirak  edən  müəlliflərin  əməyi 

ölçülür,  istifadəçi  tərəfindən  daxil  edilən  cümlələr,  söz  birləşmələri  və  sözlər  hesablanır, 

həmçinin  silinmiş  cümlələr  və  sözlər  də  hesablanaraq,  viki-səhifənin  bütün  mövcud  versiyaları 

müqayisə olunur. Alqoritm ilk növbədə hər bir müəllifə aid olan cümlələri toplayır. Bu metodla 

ensiklopedik  məqalənin  cari  vəziyyətində  daha  çox  əməyi  olan  istifadəçilər,  daxili  və  xarici 

keçidlərin sayı, silinmiş və əvəz olunmuş mətinlərin həcmi təyin edilir [9, 10].  

İndiana  Universitetinin  professoru  Tod  Hollovey  (Todd  Hollowa)  viki-mühitin  semantik 

strukturunu təqdim etmiş və Vikipediyanın ingilis dili bölməsinində statistik verilənlər üzərində 

analiz  aparmaqla,  yüksək  keyfiyyətli  ensiklopedik  məqalələrin  yaradılmasında  daha  çox  əməyi 

olan  müəlliflərin  təyin  olunması  üçün  alqoritm  təklif  etmişdir  [11].  Vikipediyanin  əsas 

problemləri  olan  vandalizm,  redaktələr  müharibəsi  və  viki-istifadəçilər  arasında  baş  verən 

konfliktləri  araşdırarkən  məlum  olur  ki,  viki-texnologiyanın  verdiyi  imkanlar  viki-mühitdə 

informasiya  təhlükəsizliyi  ilə  əlaqədar  çox  ciddi  problemlər  yaradır.  Problemlərin  həlli  üçün 

tədqiqatlar əsasən üç istiqamətdə aparılır: 

 

Vikipediya və onun digər layihələrinin həcminin və artım dinamikasının analizi; 



 

Viki-kontentin keyfiyyətinin analizi; 



 

Viki-mühitdə fəaliyyət göstərən sosial şəbəkənin analizi. 



Viki-mühitdə reallaşdırılan informasiya müharibəsi texnologiyalarının analizi  

Vikipediya beynəlxalq  layihə olduğundan, hər hansı  məqalənin  yaradılmasında tam fərqli 

mövqelərdən  çıxış  edən  qüvvələrin  iştirakı  təbiidir.  Hər  bir  viki-səhifənin  məzmununa  və 

xarakterinə  görə  Vikipediyada  reallaşdırılan  informasiya  müharibəsi  müstəvisində  xalqlar  və 

ölkələr  arasındakı  münasibətləri  aydın  görmək  mümkündür  [12].  Viki-mühitdə  baş  verən 

mübahisələr, informasiya qarşıdurmaları, istifadəçilər arasında əməkdaşlıq və bu münasibətlərin 



İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

 



       www.jpit.az                                                                      61 

 

kontentə  təsiri  müxtəlif  metod  və  alqoritmlərlə  tədqiq  edilməkdədir  [13,  14].  Məsələn, 



vandalizmə  məruz  qalan  məqalələrin  aşkarlanması  üçün  metaverilənlərin  məkan-zaman  analizi 

(spatio-temporal  analysis  of  metadata,  STiki)  metodundan,  Lüman  (Luhmann)    modelindən  və 

Piajet (Piaget) nəzəriyyəsindən istifadə edilmişdir  [15, 16].  

Kaliforniya  Universitetinin  əməkdaşları  Sara  Cavanmardi  (Sara  Javanmardi)  və  Kristina 

Lopsun  (Cristina  Lopes)  viki-istifadəçilər  arasında  münasibətləri  və  hansının  daha  çox  nüfuza 

malik olmasını təyin etmək üçün təklif etdikləri model təsnifatlandırma metodları əsasında viki-

mühitdə  vandalları  və  təcrübəsiz  istifadəçiləri  təyin  etməyə  imkan  verir.  Təklif  olunan  model 

həmçinin,  Data  Mining  metodlarına  əsaslanaraq  Vikipediya  ensiklopediyasında  istifadəçilərin 

davranışları haqqında da müəyyən proqnozlar vermək iqtidarındadaır [17].  

Viki-mühitdə münasibətləri, əməkdaşlığı ölçmək üçün digər yanaşma İsrail Universitetinin 

tədqiqatçıları  Hagit  Meşa-Tal  (Hagit  Meishar-Tal)  və  Edna  Tal-Əlhəsid  (Edna  Tal-Elhasid

tərəfindən təklif edilmişdir [18]. Bu metodda 3 ölçüdən istifadə edilir: 

1.

 

Viki-istifadəçilərin sayı; 



2.

 

İnteraktivlik,  yəni  müəyyən  vaxt  intervalında  istifadəçilərin  viki-səhifələrdə  etdikləri 



redaktələrin sayı; 

3.

 



İntensivlik, yəni redaktələr nəticəsində viki-səhifədə olan dəyişikliklərin sayı. 

Təklif olunan metod əsasında redaktələr müharibəsi, viki-istifadəçilərin aktivliyi, etdikləri 

redaktələrin  keyfiyyəti  təyin  edilir.  Belə  ki,  bəzən  viki-məqalələrdə  edilən  redaktələr  digər 

istifadəçilər  tərəfindən  rədd  edilir.  Bu  isə  belə  bir  vəziyyət  yaradır:  məqalə  üzərində  işləyən 

istifadəçilərin  sayı  çoxdur  və    çoxlu  sayda  redaktələr  olunmuşdur,  lakin  son  nəticədə 

ensiklopedik məqalənin həcmi az dəyişmişdir. 

Viki-mühitdə  baş  verən  redaktələr  müharibəsi  və  konfliktlərin  analizi  ilə  məşğul  olan 

Oksford  Universitetinin  professoru  Taha  Yasseri  konfliktli  məqalələrin  və  vandalizmin 

aşkarlanmasında    avtomatik  təyinetmə  alqoritmini  (auto-detection  algorithm)  təklif  etmişdir. 

Alqoritm  həmçinin,  mədəniyyətlərarası  müqayisəni  (inter-cultural  comparisons),  dillərin 

yaxınlığını  (cross-language  checks)  həyata  keçirir.  Metod  məqalədəki  redaktələrin  statistik 

göstəricilərinə  əsaslandığına  görə,  dilin  xüsusiyyəti  nəzərə  alınmır  [1,  19].  Viki-mühitdə 

informasiya  qarşıdurmalarını  aşkarlayan  digər  metod  Taha  Yasseri  tərəfindən  təklif  edilmiş 

“cross-cultural analysis” metodudur [20]. 



Kontentin və istifadəçilərin artım dinamıkasının analizi 

İlk vikimetrik tədqiqatlar kontentin və istifadəçilərin artım dinamıkasının analizinə aiddir. 

Viki-mühitdə  informasiya  qarşıdurmalarının  anlizi  zamanı  istifadəçilərin  davranışı,  məqalələrin 

həcmi və məzmunu, məqalələr arasında əlaqələndirmə üsulları da tədqiq edilməkdədir

 

[4, 9, 17].



 

Sosial Riyazi Analiz Mərkəzinin (Centre d'analyse et de mathématique sociales  (CAMS)

professoru  Kamil  Rot  (Camille  Roth)  və  Surrey  Universitetinin  sosial  modelləşdirmə  üzrə 

tədqiqatçısı, həmçinin WMF-in baş analitiki Dario Taraborelli (Dario Taraborelli) viki-mühitin 

inkişaf dinamikasını və dayanaqlığını təyin etmək üçün emprik tədqiqatlardan istifadə etmişlər. 

Vikimetrik  tədqiqatlar  məqalələrin  keyfiyyətinin  ilk  növbədə  insan  faktorundan:  viki-

istifadəçilərin  sayından  və  sosial-demoqrafik  göstəricilərdən  asılılığını  sübut  edir.  Həmçinin 

göstərilir  ki,  viki-cəmiyyətin  dayanıqlığı  istifadəçilərin  siyasi  baxışlarından,  bilik  və 

təctübəsindən  asılıdır  [21].  Növbəti  tədqiqatlarında  Rot  və  Taraborelli  qeyd  edirlər  ki, 

Vikipediyada yaradılan ensiklopedik məqalələr yarandığı şəraitə görə iki tipə bölünür: bir neçə 

ekspert tərəfindən yaradılan və dar mövzunu əhatə edən; yüzlərlə istifadəçi tərəfindən yaradılan 

və geniş mövzunu əhatə edən məqalələr [22]. 

Tədqiqatçılar viki-mühitin inkişaf dinamikasını ölçmək üçün əsas verilənlər kimi aşağıdakı 

göstəriciləri təklif edirlər [20]: 

 

Ranq (rank) – viki-mühitin gündəlik inkişaf dinamikası; 



 

ID (identifier) – vikinin daxili identifikatoru; 



İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

62                                                                  www.jpit.az 



 

 



Ad (name) – viki-səhifələrin adı; 

 



Ümumi (total) – viki-səhifələrin ümumi sayı; 

 



Redaktələrin sayı (edits) –  hər bir viki-səhifədə redaktələrin sayı; 

 



Müraciətlər (views) – hər bir viki-səhifəyə ay ərzində müraciətlərin sayı; 

 



Administratorlar (admins) – Vikipediyanın hər bir dil bölməsində administratorların sayı: 

viki-səhifələrin sayı / administratorların sayı  

 

Viki-istifadəçilər (users) – Vikipediyanın hər bir dil bölməsində istifadəçilərin sayı: viki-



səhifələrin sayı / istifadəçilərin sayı; 

 



Şəkillər (images) – Vikipediyaya yüklənən şəkillərin sayı; 

 



Yaxşı məqalələr (good pages) – Vikipediyanın hər bir dil bölməsində səsvermə yolu ilə 

“Yaxşı məqalə” statusu almış viki-səhifələrin sayı: viki-səhifələrin ümumi sayı / “Yaxşı 

məqalələr”in sayı. 

Bu  göstəricilər  əsasında  viki-mühitin  ölçülməsi  üçün  sistem  –  WikiTracer,  ilk  dəfə 

WikiSym-2008  konfransında  Taraborelli  və  Rot  tərəfindən  təqdim  edilmişdir.  WikiTracer  viki-

cəmiyyətin  müqayisəli  statistik  analizini  aparmaqla  administratorların  işini  yüngülləşdirmək 

üçün  nəzərdə  tutulmuşdur.  Sistem  Vikipediya  ensiklopediyasında  sosial  münasibətləri, 

məqalələrin  məzmun  dərinliyini,  həcmini,  istifadəçilərin  məhsuldarlığını  təyin  edir  [21]. 

Sistemdə  ensiklopedik  məqalələrin  keyfiyyətinin  simvolların  və  hərflərin,  məqalənin 

yaradılmasında  iştirak  edən  istifadəçilərin,  məqalədəki  daxili  və xarici  keçidlərin  sayı  ilə  təyin 

edilməsi  nəzərdə  tutulur.  Viki-səhifədən  digər  səhifələrə  daxili  keçid  yoxdursa,  alqoritm  bu 

səhifələri keyfiyyətsiz məqalələr çoxluğuna daxil edir. Lakin qeyd etmək lazımdır ki, sistem bu 

günə kimi tam hazır deyildir.  

Viki-mühitdə sosial şəbəkələrin və istifadəçilərin nüfuzunun analizi 

Viki-mühitdə  sosial  şəbəkələrin  və  istifadəçilərin  nüfuzunun  (user  reputation)  analizi, 

həmçinin,  istifadəçilər arasında əməkdaşlıq və münasibətlərin kontentə təsiri  müxtəlif metod və 

alqoritmlərlə  tədqiq  edilməkdədir.  Məsələn,  bəzi  vikimetrik  tədqiqatlarda  viki-istifadəçilərin 

nüfuzu  əsasən  istifadəçilərin  davranışları  ilə  təyin  edilir.  Nüfuzun  ölçülməsi  vasitəsilə 

vandalizmin təyini və məqalələrin keyfiyyətinin analizi ideyasını ilk dəfə Kaliforniyanın Santa-

Kruz Universitetinin (University of California Santa Cruz) professorları Luka de Alfaro (Luca de 

Alfaro), Yan Pay (Ian Pye) və Tomas Adler (Thomas Adler) irəli sürmüşlər. Onlar viki-mühitdə 

ensiklopedik  məqalələrin  keyfiyyətinin  və  müəlliflərin  nüfuzunun  analizində  “nüfuza  əsaslanan 

sistem” (a reputation-based system, Wiki-Trust) təklif etmişlər [23]. Təklif olunan metodda əgər 

istifadəçilər  tərəfindən  edilən  dəyişikliklər  saxlanılırsa,  alqoritm  bu  istifadəçilərin  nüfuzlarının 

artmış, etdikləri dəyişikliklər silinirsə, nüfuzlarının azalmış olduğunu qeyd edir.  Wiki-Trust həm 

də  vandalizmə  məruz  qalan  viki-səhifələri  də  təyin  etmək  üçün  nəzərdə  tutulmuşdur.  Burada 

vandalizm  hallarının  təyini  anonimlərin  (qeydiyyatdan  keçmədən  fəaliyyət  göstərən)  və 

qeydiyyatdan  keçmiş  yeni  istifadəçilərin  təsnifatlandırılması  yolu  ilə  həyata  keçirilir.  Belə  ki, 

tədqiqatçılar nəzərdə  tuturlar ki,  müəyyən staja malik  istifadəçilərin vandalizmlə  məşğul  olmaq 

ehtimalı çox azdır. 

Vikimetrik  tədqiqatlar  zamanı  nüfuzun  qiymətləndirilməsində  “silib-bərpa  etmək”  (delete 

–  restore)  və  saxta  məlumatların  yerləşdirilməsi  kimi  informasiya  hücumlarını  aşkarlayan 

modellərdən  də  istifadə  edilir  [24].  Modeldə  təklif  edilən  “kontent-yönəldici  nüfuz  alqoritmi” 

(algorithm  for  content-driven  reputation)  yalnız  yüksək  nüfuza  malik  istifadəçilər  tərəfindən 

razılaşdırılan  kontenti  əhəmiyyətli  sayır.  Yüksək  nüfuza  malik  istifadəçilərin  qeydiyyat  adı 

səhifənin loq-faylında yoxdursa, kontent keyfiyyətsiz sayılır.  

Ensiklopedik məqalələrin keyfiyyətinin analizi 

Sosial  şəbəkələr  üzrə  tədqiqatçılar  Denis  Uilkinson  (Dennis  Wilkinson)  və  Bernardo 

Haberman  (Bernardo  Huberman)  Vikipediyanın  ingilis  dili  bölməsindəki  viki-səhifələrin  


İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

 



       www.jpit.az                                                                      63 

 

log-fayllarının  müqayisəli  analizi  nəticəsində  təyin  etmişlər  ki,  viki-mühitdə  ensiklopedik 



məqalələrin  keyfiyyəti  məqalədəki  redaktələrin  sayından,  redaktədə  iştirak  edən  istifadəçilərin 

korporativ  davranışlarının  intensivliyindən  asılıdır.  Onların  tədqiqatına  görə  məqalələrin 

çoxunda  edilən  redaktələrin  dinamikası  100-ə  yaxındır,  yalniz  cox  az  sayda  məqalələrdə 

redaktələrin sayı 10-dan azdir [25].  

Son  illər  məqalələrin  keyfiyyətinin  ölçülməsində  intellektual  analiz  metodlarından  geniş 

istifadə edilməkdədir. Viki-mühitin intellektual analizi tədqiqatların daha dərindən aparılmasına 

və  gizli  məlumatların  əldə  olunmasına  şərait  yaradır.  İntellektual  analiz  üçün  viki-mühit  geniş 

imkanlara malikdir [26, 27]: 

1.

 

Viki-mühit sənədləri idarə edir: 



 

milyonlarla viki-səhifələrin mövcudluğu



 

səhifələrin müxtəlif tipli yüzlərlə hiperkeçidlərə malik olması (Dense link structure). 



2.

 

Viki-mühit bilikləri idarə edir: 



 

fasiləsiz olaraq yeni kontentin yaradılması; 



 

kontentin dinamik dəyişdirilməsi; 



 

kontentin sistemləşdirilməsi; 



3.

 

Viki-mühit nəhəng sosial şəbəkədir. 



Vikipediyanın  yuxarıda  göstərilən  imkanları  ilə  əlaqədar  Wiki  Mining,  Text    Mining  və 

Link  Mining  metodları  əsasında  viki-mühitdə  səhifələr  arasında  semantik  əlaqələrin  analizini 

aparmaq, ensiklopedik  məqalələrin  əhatəliyi  və  keyfiyyətini  təyin  etmək, gizli sosial  şəbəkələri 

aşkar etmək mümkündür.  



Viki-mühitdə informasiya təhlükəsizliyi  tədbirləri 

Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  viki-texnologiyanın  imkanları  viki-istifadəçilər 

arasında  əməkdaşlığa  şərait  yaratdığı  kimi,  informasiya  müharibələrinə  də  şərait  yaradır. 

Vikipediya İnternetin bir seqmenti olduğundan, İnternetdə baş verən informasiya müharibələri və 

informasiya  təhlükəsizliyi  ilə  əlaqədar  problemlər  viki-mühitdə  də  mövcuddur  və  viki-mühitin 

bütün  tədqiqat  obyektlərinə:  kontentin  və  istifadəçilərin  artım  dinamıkası,  viki-istifadəçilərin 

töhfələri,  viki-mühitdə  sosial  şəbəkələrin  normal  fəaliyyəti,  istifadəçilərin  nüfuzu,  kontentin 

keyfiyyətinə 

təsir 

etməkdədir. 



Viki-mühitdə 

reallaşdırılan  informasiya  müharibəsi 

texnologiyalarına aiddir:  

 



Vandalizm  (mətnin  silinməsi  (Blanking),    kontentin  başqası  ilə  əvəz  edilməsi  (Large-

scale Editing), dezinformasiya); 

 



Psixoloji təsir (təhqir, yersiz şərhlər, təbliğat); 

 



Spam xarakterli məlumatların daxil edilməsi; 

 



“Kukla”larla (sockpuppets) təsir; 

 



Ziyanverici botların tətbiqi; 

 



 Şəkillərlə hücum (Image Attack). 

Vanlazim  hallarının  avtomatik  aşkarlanması  üçün  viki-mühitdə  müxtəlif  botlar 

yaradılmaqdadır (AntiVandalBot,  MartinBot,  ClueBot  və s.) [28]. Botlar avtomatik proqramlar 

olub,  müəyyən  texniki  işlərin  görülməsində  istifadə  olunurlar.  Bu  işlərə  vandalizmin 

aşkarlanmasından  başqa  orfoqrafik  səhvlərin  düzəlişi,  eyni  mövzulu  müxtəlif  dildə  yazılmış 

məqalələr  arasında  hiperkeçidlərin  əlavə  olunması  (intervikilər),  xüsusi  şablonların  daxil 

edilməsi və s. aiddir. Lakin botlar bütün problemləri yüksək səviyyədə aradan qaldırmağa qabil 

deyillər. 

Vikipediyanın  dinamik  inkişafına  və  problemlərin  həllində  çoxlu  sayda  təkliflərin 

verilməsinə  baxmayaraq,  demək  olar  ki,  ensiklopediyanın  bütün  layihələrində  həlli  vacib  olan 

problemlər qalmaqdadır. İnformasiya təhlükəsizliyi ilə əlaqədar problemlərin həllində görülməsi 

vacib olan işlər bunlardır: 



İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

64                                                                  www.jpit.az 



 

 



Vikipediyanın  keyfiyyət  göstəricisinə  xələl  gətirmədən  viki-məqalələrin  sayının 

artırılması. 

 

Vikipediyada ensiklopedik məqalələr arasında hiperkeçidlərin dəqiqləşdirilməsi. 



 

Kateqoriyaların sistemləşdirilməsi. 



 

İnformasiya  müharibələrində  və  redaktələr  müharibəsində  istifadə  olunan  məqalələrin 



aşkarlanması və yenidən işlənməsi. 

 



Qrafik kontentin keyfiyyətinin yaxşılaşdırılması və mövzuya uyğun yerləşdirilməsi. 

 



İstifadəçilər arasında əməkdaşlığın təşkili. 

 



İnformasiya qarşıdurmalarında  iştirak edən gizli sosial qrupların aşkarlanması.   

Vikipediya  ensiklopedik  biliyin  təqdim  olunmasında  yeni  bir  modelin  təzahürüdür. 

Vikipediyanın  bu  günkü  müvəffəqiyyəti  sübut  etdi  ki,  müasir  dövrdə  İnternet  istifadəçiləri 

virtual  mühitin  passiv  istifadəçiləri  olmaq  istəmirlər,  onlar  veb-səhifələrdəki  informasiyanı 

dinamik  olaraq  dəyişmək,  yeni  məlumatları  daxil  etmək,  bilik  və  bacarıqlarını  dünya 

ictimaiyyətinə  göstərmək  arzusundadırlar.  Bu  baxımdan  Vikipediya  bu  gün  çox  ciddi 

informasiya mənbəyidir və onu digər ənənəvi informasiya mənbələrindən fərqləndirən ən böyük 

üstünlüyü operativliyidir. 



Nəticə 

Bu  gün  dünyanın  milyonlarla  kompüterini  birləşdirən  qlobal  İnternet  şəbəkəsinin  ən 

nəhəng  layihəsi  olan  Vikipediya  virtual  ensiklopediyası  özünün  forma  və  tərkibi  baxımından 

müxtəlif  xüsusiyyətli,  sərhəd  tanımayan  şəbəkə  resursları  ilə  cəmiyyətin  sosial  təşkilinin 

ayrılmaz hissəsinə çevrilmişdir. Viki-mühitdə informasiya müharibəsinə səbəb olan ensiklopedik 

məqalələrin  aşkarlanması  və  analizi,  həmçinin  informasiya  təhlükəsizliyi  ilə  əlaqədar 

problemlərin  həllində  görülməsi  vacib  olan  işlərin  təyini  virtual  ensiklopediyada  baş  verən 

konflikt  və  vandalizm  hallarının  qarşısının  alınmasında,  informasiya  qarşıdurmasında  iştirak 

edən sosial şəbəkələrin aşkarlanmasında mühüm rol oynaya bilər.  

Ümumilikdə  Vikipediya  müxtəlif  tipli  tədqiqatlar  üçün  çox  əlverişli  mühitdir  və  bu 

layihədə  sənədlərin  semantik  yaxınlığının  analizindən  başlayaraq  İnternet  istifadəçilərinin 

aktivliyinə kimi müxtəlif sahələrdə tədqiqatlar aparmaq mümkündür. 



Ədəbiyyat 

1.

 



Sumi R., Yasseri T., Rung A., Kornai A., Kertesz J. Edit Wars in Wikipedia / Proceedings of 

the  International  Confernece  on  Social  Computing  (SocialCom),  IEEE,  Boston,  MA,  USA, 

Oct. 2011, pp. 724–727. 

2.

 



http://meta.wikimedia.org/wiki/List_of_Wikipedias 

3.

 



Ələkbərova İ.Y.  Viki-mühitin sosial-demoqrafik portretinin analizi // İnformasiya cəmiyyəti 

problemləri, 2012, №1, s. 21–28. 

4.

 

Voss  J.  Measuring  Wikipedia  /  Proceedings  of  the  International  Conference  of  the 



International  Society  for  Scientometrics  and  Informetrics:  10th,  Stockholm  (Sweden),  2005, 

pp. 24–28.  

5.

 

Blaschke  S.,  Stein  K.  Methods  and  Measures  for  the  Analysis  of  Corporate  Wikis:  A  Case 



Study  /    Proceedings  of  the  58th  Annual  Conference  of  the  International  Communication 

Association ICA, Montréal, Canada, May, 2008, pp. 1–24. 

6.

 

Buriol  L.S.,   Castillo  C.,   Donato  D.,   Leonardi  S.,   Millozzi  S.  Temporal  Analysis  of  the 



Wikigraph // Web Intelligence, Publisher: IEEE CS Press., 2006, pp. 45–51. 

7.

 



Halavais  A.,  Lackaff  D.  An  Analysis  of  Topical  Coverage  of  Wikipedia  //  Journal  of 

Computer-Mediated Communication, 2008, vol. 13, Issue. 2, pp. 429–440.  

8.

 

Cress  U.,  Kimmerle  J.  A  systemic  and  cognitive  view  on  collaborative  knowledge  building 



with  wikis  //  International  Journal  of  Computer-Supported  Collaborative  Learning,  2008,  

vol. 3, İssue. 2, pp. 105–122. 



İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

 



       www.jpit.az                                                                      65 

 

9.



 

Arazy  O.,  Stroulia  E.A.  Utility  for  Estimating  the  Relative  Contributions  of  Wiki  Authors  / 

Proceedings of the Third International ICWSM Conference, 2009, pp 171–174. 

10.


 

Arazy  O., Stroulia E., Ruecker S., Arias C.,  Fiorentino C., Ganev  V., Yau T. Recognizing 

contributions  in  wikis:  Authorship  categories,  algorithms,  and  visualizations  //  Journal  Of 

The  American  Society  For  Information  Science  &  Technology,  2010,vol.  61,  Issue  6,  

pp. 1166–1179.  

11.


 

Holloway T., Bozicevic M., Börner K. Analyzing and Visualizing the Semantic Coverage of 

Wikipedia and Its Authors // Journal "Complexity", ACM, 2007, vol. 12, Issue 3, pp. 30–40. 

12.


 

Ələkbərova İ.Y. Viki mühitdə reallaşdirilan bəzi informasiya müharibəsi texnologiyalarinin 

analizi // İnformasiya cəmiyyəti problemləri, 2011, №2(4), s. 18–28. 

13.


 

Moskaliuk  J.,   Kimmerle  J.,  Cress  U.  Collaborative  knowledge  building  with  wikis:  The 

impact  of  redundancy  and  polarity  //  Journal  of  Computers  &  Education,  2012,  vol.58,  

Issue 4, pp. 1049–1057. 

14.

 

Hara  N.,  Shachaf  P.,  Hew  K.F.  Cross-cultural  analysis  of  the  Wikipedia  community  // 



Journal  of  the  American  Society  for  Information  Science  and  Technology,  2010,  vol.  61, 

Issue. 10,  pp. 2097–2108. 

15.

 

Adler B.T., Alfaro L., Mola-Velasco S., Rosso P., West A. Wikipedia vandalism detection: 



combining    natural  language,  metadata,  and  reputation  features  /  Proceedings  of  the 

Computational  Linguistics  and  Intelligent  Text  Processing.  Lecture  Notes  in  Computer 

Science, Springer, Berlin, 2011,vol. 6609, pp. 277–288.  

16.


 

West  A.G.,  Kannan  S.,  Lee  I.  STiki:  an  anti-vandalism  tool  for  Wikipedia  using  spatio-

temporal analysis of revision metadata / Proceedings of the 6th International Symposium on 

Wikis and Open Collaboration (WikiSym '10). Article No. 32, July, 2010, pp. 47–48. 

17.

 

Javanmardi S., Lopes C., Baldi P. Modeling user reputation in wikis // Journal of Statistical 



Analysis and Data Mining, 2010, vol. 3, Issue 2, pp. 126–139. 

18.


 

Meishar-Tal  H.,  Tal-Elhasid  E.  Measuring  Collaboration  in  Educational  Wikis  –  A 

Methodological // International Journal of Emerging Technologies in Learning (iJET), 2008, 

vol. 3, pp.46–49.  

19.

 

Yasseri T., Sumi R., Rung A., Kornai A., Kertész J. Dynamics of Conflicts in Wikipedia // 



Journal “PLoS ONE”, Vol 7, Issue 6, 2012, http://arxiv.org/pdf/ 1202.3643v2.pdf 

20.


 

Yasseri T., Spoerri A., Graham M., Kertész J.

 

The most controversial topics in Wikipedia: A 



multilingual 

and 


geographical 

analysis. 

In 

preparation 



2013, 

http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2269392 

21.

 

Roth C., Taraborelli D., Gilbert N. Measuring wiki viability. An empirical assessment of the 



social dynamics of a large sample of wikis / Proceedings of the 4th International Symposium 

on Wikis (WikiSym 2008), Sep. 2008, NY: ACM, pp.  27:1–27:5. 

22.

 

Taraborelli  D.,  Roth  C.,  Gilbert  N.  Measuring  wiki  viability  (II).  Towards  a  standard 



framework for tracking content-based online communities, 2009, 

      http://www.patres-project.eu/images/9/9c/WikiTrack.pdf. 

23.

 

  Adler B. T., Alfaro L. A content-driven reputation system for the Wikipedia / Proceedings of 



the 16th international conference on World Wide Web,  2007, pp. 261–270. 

24.


 

Chatterjee K., Alfaro  L., Pye  I. Robust content-driven reputation  // School  of Engineering, 

University of California, Santa Cruz, USA, 2008. 

http://www.soe.ucsc.edu/ luca/papers/08/ucsc-soe-08-09.pdf 

25.

 

Wilkinson  D.,  Huberman  B.  Cooperation  and  Quality  in  Wikipedia  /  WikiSym 



'07 Proceedings of the 2007 international symposium on Wikis, pp. 157–164. 

26.


 

Nakayama  K.,  Hara  T.,  Nishio  S.  Wikipedia  Mining  for  An  Association  Web  Thesaurus 

Construction  /  Proceedings  of  the  International  Conference  on  Web  Information  Systems 

Engineering  (WISE),  2007, pp. 322-334.  



İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 58-66 

 

66                                                                  www.jpit.az 



 

27.


 

Ito  M.,  Nakayama  K.,  Hara  T.,  Nishio  S.  Semantic  relatedness  measurement  based  on 

Wikipedia link co-occurrence analysis // International Journal of Web Information  Systems, 

2011, vol. 7, Issue 1, pp. 44–61. 

28.

 

Potthast M., Stein B., Gerling R. Automatic vandalism detection in Wikipedia // Proceedings 



of the IR research, 30th European conference on Advances in  Information Retrieval, 2008, 

pp. 663–668. 



 

УДК 004.351 

Алекперова Ирада Я. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

airada.09@gmail.com

 

Об  анализе  викиметрических  исследований  и  проблемах  по  информационной 



безопасности в вики-среде  

Были  проанализированы  основные  объекты  исследования  в  вики-среде,    изучены 

подходы,  связанные  с  викиметрическими  исследованиями.  Исследованы  анализы, 

связанные  с  размером  и  динамикой  роста  Википедии,  качеством  вики-контента, 

социальной сети в вики-среде, и анализ репутации и вкладов пользователей. Рассмотрен 

международный  опыт  по  анализу  реализации  технологий  информационных  войн, 

показаны задачи и проблемы, ждущие своего решения. 

Ключевые слова: вики-технологии, Wikipedia, вики-среда, викиметрические исследования, 

информационная война, вандализм. 

 

Irada Y. Alakbarova  

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

airada.09@gmail.com 



On  the  analysis  of  wikimetrics  research  and  problems  in  information  security  in  a  wiki 

environment 

In the article the main objects of the study in a wiki environment were analyzed, approaches on 

wikimetric researchs were explored. Mainly researchs related to the size and growth dynamics of 

Wikipedia, a wiki-quality content, social networking in the wiki environment and analysis of the 

reputation  and  contributions  of  users  were  studied.  Also  the  international  experience  on  the 

analysis  of  the  implementation  of  information  war  technologies  was  considered,  the  tasks  and 



problems waiting to be solved were shown. 

Keywords:

 

wiki-technology, Wikipedia, wiki-environment, vikimetrik research, information 

warfare, vandalism. 

 

Yüklə 120,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin