Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i
stinad vacibdir.
1
Fənn: Yüksək molekullu birləşmələr kimyası
Müəllim: Yavər Cəfər qızı Qasımova, Kəmalə Osman qızı İsgəndərova
Fakültə:
Kimya
İxtisas: Kimya müəllimliyi
Kafedra:
Üzvi kimya və kimya texnologiyası
Təhsil pilləsi:
Bakalavr
Laboratoriya 1: YMB
–
kimyası
haqqında ümumi məlumat və əsas
anlayışlar
Plan
1.
Kimya laboratoriyalarında texniki təhlükəsizlik qaydaları haqqında
1.1.
Kimya laboratoriyalarında texniki təhlükəsizlik qaydaları
Kimya labo
ratoriyalarında işləyərkən hətta ən kiçik ehtiyatsızlıq və diqqətsizlik ağır nəticələri
olan bədbəxt hadisələrə səbəb
ola bilər.
Kimya laboratoriyalarında baş verən hadisələrin əksəriyyəti
təhlükəsizlik qaydalarına əməl edilməməsi, istifadə olunan kimyəvi birləşmələrin xassələrini kifayət
dərəcədə bilməməklə əlaqədar olur. Aparılacaq işlərin bütün mərhələlərini, yerinə yetirilmə
texnikasını ətraflı öyrənmədən işə başlamaq olmaz. Xüsusilə zəhərli, partlayıcı,yeyici və asan
alovlanan maddələrlə işləmək qaydalarına çiddi əməl olunmalıdır.Kimya laboratoriyalarınba aparılan
işlərin təhlükəsizliyi o zaman tam təmin olunar ki, laboratoriyada işləyən hər bir şəxs yerinə yetirdiyi
işin mahiyyətini, gedişini dərindən bilsin, təhlukəsizlik qaydalarına ciddi əməl etsin,baş verə biləcək
arzuolunmaz hadisələrin nəticələri haqqında düzgün təsəvvürü olsun. Aşağıda, kimya
laboratoriyalarında işləyərkən xüsusi diqqət verilməli olan bəzi tövsiyələr göstərilmişdir.
1.
Bütün işlərdə son dərəcə ehtiyatlı olmaq və yadda saxlamaq lazımdır ki, istifadə olunan
kimyəvi maddələr, cihaz və avabanlıqlarla ehtiyatsız davranış bədbəxt hadisələrə səbəb ola bilər.
2.
Kimyəvi reksiyaları yalnız işin gedişinə aid mövcud təlimatlarda göstərilmiş maddə
miqdarlarına, avadanlıqlara və şəraitə uyğun yerinə yetirmək lazımdır.
İşin gedişinə aid təlimatdan hər hansı kənara
-
çıxmalara yalnız işə məsul olan şəxslərin icazəsilə
yol verilir.
3.
İş yerində yemək ,su içmək ,siqaret çəkmək qəti qadağan olunur.
4. Kimya
laboratoriyalarında heç bir kimyəvi maddənin dadını ağızla yoxlamaq olmaz. Zəhərli
olmadığına tam əminlik olan maddələrin iyini yalnız ehtiyatla yoxlamaq olar. Bunun üçün maddənin
buxarlarını əllə özünə tərəf istiqamətləndirmək və
bu zaman dərindən nəfəs almamaq lazımdır.
5.
Bütün kimyəvi reagentlərlə zəhərli maddələr kimi rəftar etmək lazımdır, çünki bütün kimyəvi
maddələr orqanizm üçün müəyyən dərəcədə zərərlidirlər.
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i
stinad vacibdir.
2
6.
Qaz halında olan, orqanizm üçün zərərli maddələrlə (sianid birləşmələri, xlor, brom buxarları,
hidrogen-sulfid, amm
onyak, üzvi həlledicilər, üçucu turşular və.s.) bütün işləri yaxşı işləyən soruc
u
şkafda aparmaq lazımdır. Ventilyasiya sistemi dayanan kimi təcrübə işləri d
a
yandırılmalıdır.
7.
Bütün yeyici və zəhərli maddələrlə işlər aparılarkən xalat geymək, bu maddələrin paltara və
dəriyə düşməsinə imkan veriməməlidir.Lazım gələrsə rezin əlcəklərdən istifadə edilməlidir.
8.
Heç bir kimyevi maddəni etiketsiz qabda saxlamaq olmaz.Maddəni götürərkən etiketi diqqətlə
oxumaq,ən kiçik anlaşılmazlığı aydınlaşdırmaq lazımdır.
9. Ya
nıcı, partlayıcı, zəhərli və kəskin iyli maddələri su və kanalizasiya sistemlərinə , zibil
qutularına atmaq olmaz. Onları xüsusi olaraq ayrılmış qablara yığaraq belə maddələrin
zərərsizləşdirilməsilə məşğul olan orqanlara təhvil vermək lazımdır. Zəif turşu və qələvi xassəli
məhlulları su sistemlərinə tökərək üstündən güclü su şırnağı buraxmaq lazımdır.
10.
Laboratoriyada və iş yerlərində əlavə əşyalar olmamalı, tam təmizliyə riayət olunmalıdır.
Stolların lazım olmayan qab
---
qacaq, avadanlıq , reaktiv və s.(xüsusilə, qatı turşu, qələvi məhlulları,
zəhərli maddələr olan qablar) ilə yüklənməsinə icazə verilmir.
11.
Yanğınsöndürmə vasitələrinin, elektrik paylayıcı qutuların, su qaz borularının ətrafı böyük
ölcülü əşyalarla tutulmamalıdır (hətta ən qısa müddət
üçün də)
.
12.
Laboratoriyada tək işləməyə icazə verilmir. Yalnız tam təhlükəsizliyə əmin olduqdan sonra
müəssisə rəhbərinin icazəsilə kimya laboratoriyalarında tək adamın işləməsinə imkan yaradıla bilər.
13.
Laboratoriyada işləri qurtardıqdan sonra qızdırıcı çihazları söndürmək, qaz, su xətlərini
bağlamaq ,elektrik avadanlığını xəttdən ayırmaq, ventilyasiya sistemlərinin işini dayandırmaq
lazımdır.
14.
Şüşə borulara tıxac, kaucuk geydirərkən borunu tıxaca, kaucuka yaxın yerdən əldə əski
parçası və ya dəsmal olmaqla
tutmaq lazımdır.
15. Ya
nıcı maddələrlə, xüsusilə asan alovlanan maddələrlə (dietil efiri, aseton, benzol və s.)
işləyərkən onları alovla qızdırmaq olmaz.
D
ietil efiri ilə işləyərkən laboratoriyada açıq alov olma
ma
lıdır.
Dietil efirinin buxarları
havada “ axır” və hətta uzaqda olan açıq alovdan güclü yanğın törənə bilir.
16.
Yağ hamamından istifadə etdikdə, yağın temperaturunun alışma temperaturundan aşağı
olmasına nəzarət etmək lazımdır. İsti yağ hamamına su düşməməlidir, qaynayan su isti yağı kənara
sıçradır və yanğın törədir.
17.
Qələvi metallarla işləyərkən. Onları quru süzgəc kağızı üzərində kəsmək ,kerosin altında
çəkmək və saxlamaq, rütubətdən qorumaq lazımdır. Bu metallar əllə deyil pinsetlə tutularaq
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i
stinad vacibdir.
3
kəsilməlidir.
18.
Asan alovlanan maye təsadüfən yerə tökülmüşsə ,otaqda olan qaz lampaları və elektrik
qızdırıcıları söndürülməli, pəncərə açılmalı , dağılmış mayeni əski parçası ilə silərək otağın
havalandırılması maddənin iyi qurtaranadə
k davam et
dirilməlidir.
19.
Yanıcı maddələrin alovlanması zamanı:
—
qaz
lampalarını
və
qızdırıcı çihazları
söndürməl
i
—
yaxınlıqda
olan
maddə
və
əşyaları
yığışdırmalı
—
alovu
keçə və ya qalın parça ilə örtərək üstünə qum tökməli, əgər bunlar kifayət etməsə,
yanğın söndürən balondan köpük vurmalı.
Əgər elektrik
naqilləri yanarsa , cərəyan mənbəini kəsərək yanğını söndürmək lazımdır.
Əgər əyində olan paltar yanarsa ,qaçmaq , yüyürmək , od söndürəndən istifadə etmək olmaz.
Alovu qalın parça, palto ilə söndürmək lazımdır.
20.
Əgər gözə, dəriyə kimyəvi
maddələr tökülərsə çoxlu
miqdar təmiz su ilə yuyub həkimə
müraciət etmək lazımdır.
Kimyəvi
maddələrlə
zəhərlənmə
hallarında
təmiz
havaya
çıxmaq və həkim çağırmaq lazımdır.
Ədəbiyyat
1.
Əkbərov O.H., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyasından praktikum. Bakı,
Universitet n
əşr., 2002
2.
Əkbərov O.H., Əzizov A.Ə., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyası. Bakı,
Universitet nəşr., 2004
3.
Əkbərov O.H., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr.,
2007