AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

[135]
 
142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 

üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 4 3 .  Təhlükədə qoyma
 
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir 
görmək  imkanından  məhrum  olan  şəxsi  bilə-bilə  köməksiz  qoyma,  əgər  həmin  şəxsi 
köməksiz qoyan  onun qayğısına qalmalı idisə  və  ya  onun  özü  zərərçəkmiş  şəxsi  həyat 
və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək 
imkanı olduğu halda bunu etmədikdə— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[136]
   
 
 
M a d d ə  143-1. Dopinq  vasitələrindən  və  (və  ya)  metodlarından  istifadəyə 
məcbur etmə
[137]
 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə —
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
19-cu fəsil 
ŞƏXSIYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
M a d d ə   1 4 4 .  Adam oğurluğu
 
144.1. Adam oğurluğu— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144.2. Eyni əməllər: 
144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə
144.2.2.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadına  qarşı 
törədildikdə; 
144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və 
ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
144.2.4.  zərərçəkmiş  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olan  zor  tətbiq 
etməklə törədildikdə; 
144.2.5.  silahdan  yaxud  silah  qismində  istifadə  edilən  əşyalardan  istifadə  etməklə 
törədildikdə; 
144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144.3.  Bu  Məcəllənin  144.1  və  144.2-ci  maddələrində  göstərilən  əməllər  yetkinlik 
yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Əməllərində  başqa  cinayətin  tərkibi  olmayan  və  oğurlanmış  adamı  könüllü  azad  edən  şəxs 
cinayət məsuliyyətindən azad olunur.
 
 
 
Maddə 144-1. İnsan alveri 
[138]
 
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-
qorxu  və  ya  digər  məcburetmə  vasitələri  ilə,  oğurlama,  dələduzluq,  aldatma  yolu  ilə, 
təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə 
nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya 
güzəştlər  verməklə  və  ya  almaqla,  şəxsin  istismar  edilməsi  məqsədi  iləcəlb  edilməsi, 
əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi –
 
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
 
144-1.2. Eyni əməllər:
 
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
 
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
 
144-1.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın 
barəsində törədildikdə;
 
144-1.2.4-1.  insan  alveri  qurbanını  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 
keçirməklə törədildikdə;
 [139]
 
144-1.2.5.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
 
144-1.2.6.  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə;
 
144-1.2.7.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə;
 
144-1.2.8.  zərərçəkmiş  şəxsə  işgəncə  verməklə  və  ya  onunla  qəddar,  qeyri-insani, 
yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
 
144-1.2.9.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədilə törədildikdə -
 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
 
144-1.3.  Bu  məcəllənin  144-1.1  və  144-1.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
 
Qeyd:
 

1.  Bu  maddədə  "insanın  istismarı"  dedikdə  məcburi  əmək  (xidmət),  cinsi  istismar,  köləlik,  köləliyə 
bənzər  adətlər  və  onlardan  irəli  gələn  asılılıq  vəziyyəti,  insan  orqanlarının  və  toxumalarının  qanunsuz 
çıxarılması,  şəxs  üzərində  qanunsuz  biotibbi  tədqiqatların  aparılması,  qadının  surroqat  ana  kimi  istifadə 
edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
 
2.  İnsan  alverindən  zərərçəkmiş  şəxsin  istismar  olunmasına  dair  razılığı,  həyat  tərzi,  habelə  əxlaqsız 
davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
 
3.  Yetkinlik  yaşına  çatmayan  şəxsin  istismar  məqsədi  ilə  cəlb  edilməsi,  əldə  edilməsi, 
saxlanılması,  gizlədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul  edilməsi  bu  Məcəllənin  144-1.1-ci 
maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
[140]
 
Maddə 144-2. Məcburi əmək 
[141]
 
144-2.1.  hədə-qorxu,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə,  habelə 
qanunvericiliklə  müəyyən  edilmiş  xüsusi  hallardan  başqa  şəxsin  azadlığını 
məhdudlaşdırmaqla  müəyyən  işin  yerinə  yetirilməsinə  (xidmətin  göstərilməsinə) 
məcbur etmə - 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[142]
 
144-2.2. Eyni əməllər: 
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
14-2.2.2. təkrar törədildikdə
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
144-2.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın 
barəsində törədildikdə; 
144-2.2.5.  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə; 
144-2.2.6.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - 
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[143]
 
144-2.3.  Bu  məcəllənin  144-2.1  və  144-2.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
doqquz  ildən  on  iki  ilədək müddətə  azadlıqdan  məhrum  etmə  etmə  ilə 
cəzalandırılır.
 [144]
 
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər 
[145]
 
144-3.1.  İnsan  alveri  məqsədi  ilə  şəxsin  şəxsiyyət  vəsiqəsinin,  pasportunun  və  ya 
şəxsiyyətini  təsdiq  edən  digər  sənədinin,  yaxud  yol  (sərhədkeçmə)  sənədinin 
saxtalaşdırılması -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta 
şəxsiyyət  vəsiqəsi,  pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd,  yaxud  yol 
(sərhədkeçmə) sənədləri ilə təmin etmə -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta 
şəxsiyyət  vəsiqəsi,  pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd,  yaxud  yol 
(sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu 
və  ya  şəxsiyyətini  təsdiq  edən  digər  sənədini,  yaxud  yol  (sərhədkeçmə)  sənədini 
götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə -
 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 5 .  Qanunsuz azadlıqdan məhrum etmə
 
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
145.2. Eyni əməllər: 
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 
145.2.2.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadına  qarşı 
törədildikdə; 
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
145.2.4.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
145.2.5.  zərərçəkmiş  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olan  zor  tətbiq 
etməklə törədildikdə; 
145.2.6.  silahdan  yaxud  silah  kimi  istifadə  edilən  əşyalardan  istifadə  etməklə 
törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
145.3.  Bu  Məcəllənin  145.1  və  ya  145.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 6 .  Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə
 
146.1.  Psixi  cəhətdən  sağlam  olan  şəxsi  bilə-bilə  psixiatriya  xəstəxanasına 
yerləşdirmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 

146.3.  Bu  Məcəllənin  146.1  və  ya  146.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 7 .  Böhtan
 
147.1.  Böhtan,  yəni  yalan  olduğunu  bilə-bilə  hər  hansı  şəxsin  şərəf  və  ləyaqətini 
ləkələyən  və  ya  onu  nüfuzdan  salan  məlumatları  kütləvi  çıxışlarda,  kütləvi  nümayiş 
etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda 
internet informasiya ehtiyatında yayma—
[146]
 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  ilə  və  ya iki  yüz  qırx  saatdan 
dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[147]
 
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 4 8 .  Təhqir
 
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya 
vasitəsində  və  ya  kütləvi  nümayiş  etdirildiyi  halda  internet  informasiya 
ehtiyatındaşəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
[148]
 
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[149]
 
20-ci fəsil 
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 4 9 .  Zorlama
 
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə 
və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən 
istifadə etməklə onunla cinsi əlaqədə olma— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.2. Eyni əməllər: 
149.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda

149.2.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan  şəxsə  qarşı 
törədildikdə; 
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər 
vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; 
149.2.5. təkrar törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.3. Eyni əməllər: 
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
149.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda
149.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [150]
 
M a d d ə   1 5 0 .  Seksual xarakterli zorakılıq hərəkətləri
 
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmə  hədəsi  ilə  və  ya  zərərçəkmiş  şəxsin  köməksiz  vəziyyətindən  istifadə  etməklə 
uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.2. Eyni əməllər: 
150.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
150.2.3.  təqsirkar  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə; 
150.2.4.  zərərçəkmiş  şəxsə  və  ya  başqa  şəxslərə  qarşı  xüsusi  amansızlıqla 
törədildikdə; 
150.2.5. təkrar törədildikdə; 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.3. Eyni əməllər: 
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
150.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda; 
150.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 5 1 .  Seksual xarakterli hərəkətlərə məcbur etmə
 

Əmlakının  məhv  edilməsi,  zədələnməsi  və  ya  götürülməsi  hədəsi  ilə  və  yaxud 
zərərçəkmiş  şəxsin  maddi  və  ya  sair  asılılığından  istifadə  etməklə  onu  cinsi  əlaqəyə 
girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[151]
 
M a d d ə   1 5 2 .  On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual 
xarakterli digər hərəkətlər etmə
 
Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi 
əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə— 
üç  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[152]
 
M a d d ə   1 5 3 .  Əxlaqsız hərəkətlər
 
Təqsirkar  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxsə  qarşı  zor  tətbiq 
etmədən əxlaqsız hərəkətlər törətmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[153]
 
21-ci fəsil 
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 5 4 .  Bərabərlik hüququnu pozma
 
154.1.  İrqindən,  milliyyətindən,  dinindən,  dilindən, cinsindən,  mənşəyindən, əmlak 
vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar 
ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olaraq  şəxsin  hüquq  və 
qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[154]
 
154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[155]
 
M a d d ə  
1 5 5 .  Yazışma,  telefon  danışıqları,  poçt,  teleqraf  və  digər 
məlumatların sirrini pozma
 

Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[156]
 
M a d d ə   1 5 6 .  Şəxsi həyatın toxunulmazlığını pozma
 
156.1.  Şəxsi  və  ailə  həyatının  sirri  olan  məlumatların,  belə  məlumatları  əks  etdirən 
sənədlərin,  video  və  foto  çəkilişi  materiallarının,  səs  yazılarının yayılması,  habelə 
satılması və ya başqasına verilməsi qanunsuz toplanılması
[157]
— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[158]
 
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   1 5 7 .  Mənzil toxunulmazlığını pozma
 
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, 
mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[159]
 
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
157.3.  Bu  Məcəllənin  157.1  və  ya  157.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 5 8 .  Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını 
pozma
 
158.1.  Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən  edilmiş  əsaslar  olmadan 
hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[160]
 
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 

iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
158.3.  Bu  Məcəllənin  158.1  və  ya  158.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 5 9 .  Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə 
maneolma 
[161]
 
159.1.  Vətəndaşın  seçki  (referendumda  iştirak)  hüquqlarının  həyata  keçirilməsinə 
maneolma- 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz 
səksən saatadək  ictimai  işlər  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
[162]
 
159.2.  Vətəndaşı  namizədin  lehinə  imza  atmağa  məcburetmə  və  ya  namizədin 
müdafiəsi üçün imza yığılmasına maneolma - 
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd 
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır.
[163]
 
159.3.  Vətəndaşı  öz  iradəsinə  zidd  səs  verməyə  məcburetmə  və  ya  onun  səs 
verməsinə maneolma - 
üç  yüz  manatdan  yeddi  yüz  manatadək  miqdarda  cərimə  və  ya dörd  yüz  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır.
[164]
 
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi 
ilə törədildikdə; 
159.4.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 

beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifətutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğulolma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
[165]
 
M a d d ə   1 5 9 - 1 .  Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma 
[166]
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin