0%
1%
0%
5%
10%
15%
20%
OUTPATIENT FAC.
DAY TREATMENT FAC.
INPATIENT UNITS
MENTAL HOSPITALS
Ayrı-ayrı müəssisələrdə pasiyentlər arasında uşaq və/ və ya yeniyetmələrin faizlə
nisbəti xeyli dərəcədə fərqlənir. Gündüz stasionarları və ambulator psixiatriya
müəssisələrində pasiyentlər arasında uşaqların payı daha yüksək, psixiatriya
xəstəxanalarında isə daha azdır. Ümumi təyinatlı xəstəxanaların psixiatriya
şöbələrində uşaqları müalicə etmirlər.
PSİXİATRİYA
XƏSTƏXANALARI
STASİONAR
ŞÖBƏLƏRİ
GÜNDÜZ
STASİONARLARI
AMBULATOR
MÜƏSSİSƏLƏRİ
DİAQRAM 2.3. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ MÜALİCƏ
OLUNAN BÜTÜN PASİYENTLƏR ARASINDA UŞAQ VƏ
YENİYETMƏLƏRİN FAİZLƏ NİSBƏTİ
20
DİAQRAM 2.4. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ MÜALİCƏ
OLUNAN PASİYENTLƏRİN DİAQNOZA GÖRƏ BÖLGÜSÜ
0%
20%
40%
60%
80%
100%
EMOSİONAL POZĞ.
1%
7%
2%
DİGƏRLƏRİ
31%
45%
48%
ŞƏXSİYYƏT POZĞ.
4%
4%
8%
NEVROTİK POZĞ.
25%
5%
0%
ŞİZOFRENİYA
19%
38%
36%
NARKOTİKLƏRDƏN SUİ-
İSTİFADƏ
19%
0%
5%
AMBULATOR
MÜƏSSİSƏLƏR
STASİONAR
ŞÖBƏLƏRİ
PSİXİATRİYA
XƏSTƏXANALARI
Pasiyentlərin diaqnozlar üzrə bölgüsü müəssisələrə görə dəyişir: ambulator müəssisələrdə
nevrotik pozğunluqlar və şizofreniya üstünlük təşkil edir; stasionar şöbələrdə şizofreniya və
affektiv pozğunluq diaqnozları daha çox yayılmışdır; psixiatriya xəstəxanalarında isə
şizofreniya və “digər” diaqnozlara daha tez-tez rast gəlinir. “Digər” diaqnozlar
kateqoriyasında üzvi mənşəli psixi pozğunluqlar və epilepsiya diaqnozları əsas yer tutur.
21
DİAQRAM 2.5. STASİONAR MÜƏSSİSƏLƏRİNDƏ
SAXLANMA MÜDDƏTİ (il ərzində günlərlə)
31
65
0
10
20
30
40
50
60
70
STASİONAR ŞÖBƏLƏRİ
PSİXİATRİYA
XƏSTƏXANALARI
Pasiyentlər ən uzun müddət psixiatriya xəstəxanalarında saxlanırlar, onun ardınca isə ümumi
təyinatlı xəstəxanaların psixiatriya şöbələri gəlir.
DİAQRAM 2.6. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ
PSİXOTROP DƏRMANLARIN MÖVCUDLUĞU
0%
20%
40%
60%
80%
100%
120%
Ambulator
müəssisələr
Stasionar şöbələri
Psixiatriya
xəstəxanalarI
Dərmanların
mövcudluğu
Qeyd: diaqramdakı məlumatlar faizlə verilmişdir; zəhmət olmasa, rəqəmlərdən sonra %
işarəsini göstərməyi unutmayın.
22
DİAQRAM 2.7. STASİONAR MÜALİCƏSİ İLƏ
AMBULATOR MÜALİCƏSİNİN MÜQAYİSƏSİ
370277
592135
0
100000
200000
300000
400000
500000
600000
700000
AMBULATOR MÜALİCƏSİ STASİONAR MÜALİCƏSİ
Ambulator qəbul üzrə pasiyent/günlər və bütün stasionar müəssisələrində (psixiatriya
xəstəxanaları və ümumi xəstəxanalardakı şöbələr) keçirilmiş günlər arasında olan
nisbət ictimai qayğının nə dərəcədə olmasının göstəricisidir: ölkədə bu nisbət 1:1,6
kimidir.
İLKİN
SƏHİYYƏ
SİSTEMİNDƏ
PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ
İlkin səhiyyə işçilərinə psixiatriyanın tədrisi
Həkimlərin tibbi təhsilinin 1% hissəsi psixiatriyanın tədrisinə həsr olunur. Müqayisə
üçün qeyd etmək lazımdır ki, tibb bacılarında bu göstərici 5%-ə bərabərdir. Təhsilin
ikinci ilində həkimlərə Tibbi psixologiya (psixi sağlamlıq üzrə təlimlərin 16%-i),
dördüncü və beşinci illərində isə Psixiatriya (psixi sağlamlıq üzrə təlimlərin 84%-i)
tədris olunur. Tibb bacıları üçün psixiatriyanın tədrisi də iki bölmədən ibarətdir: 1)
Psixonevroloji pozğunluqlar (psixi sağlamlıq üzrə təlimlərin 82%-i) – bu bölmə
əsasən psixiatrik pozğunluqlardan daha çox nevroloji pozğunluqların öyrənilməsinə
həsr olunmuşdur; 2) Tibbi psixologiya (psixi sağlamlıq üzrə təlimlərin 16%-i).
Həkim və tibb bacılarından başqa digər ilkin səhiyyə işçilərinə psixi sağlamlıq
mövzularında təlimlər keçilmir. Nə ilkin səhiyyə həkimləri, nə də tibb bacıları üçün
psixi sağlamlıq sahəsində biliklərin təzələnməsi məqsədilə heç olmasa iki günlük
məşğələlər aparılmır. Psixiatriya sahəsində ixtisaslaşmaq istəyən həkimlər bir illik
internatura keçirlər, bu isə lazımi dərəcədə təlim üçün kifayət deyil.
İlkin səhiyyə sistemində psixiatriya
Ölkədə həm həkimlərin çalışdığı, həm də yalnız orta tibb işçilərinin çalışdığı ilkin
səhiyyə xidməti (İSX) klinikaları mövcuddur. Bu klinikaların heç birində əsas psixi
vəziyyətlər üçün qiymətləndirmə və müalicə protokolları yoxdur. Psixiatriya üzrə
mütəxəssisin qəbuluna hər ay orta hesabla heç olmasa bir pasiyent göndərən ilkin
23
səhiyyə həkimləri haqqında informasiyanı hesablamaq mümkün olmamışdır, çünki bu
cür informasiya qeydiyyata alınmamışdır.
Eyni zamanda, orta tibb işçilərinin çalışdığı ilkin səhiyyə xidməti klinikalarının
təxminən 21-50%-i daha yüksək səviyyəli tibb müəssisələrinə göndərişlər edir. Son
bir il ərzində mütəxəssis-psixiatrla heç olmasa bir dəfə əlaqə yaratmış ilkin səhiyyə
həkimləri haqqında informasiyanı əldə etmək mümkün olmamışdır, çünki belə
informasiya da qeydiyyata alınmamışdır. Həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı İSX klinikalarının və psixiatriya müəssisələrinin işçiləri qida
əlavələri (bioloji aktiv əlavələr) təyin edən, alternativ və ya ənənəvi praktikalarla
məşğul olan şəxslərlə qeyri-rəsmi əlaqələr yaradırlar, lakin bu cür informasiya qeydə
alınmadığı üçün əldə edilməsi mümkün olmamışdır.
Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin böyük əksəriyyəti ixtisaslaşmışdır və
təşkilatlar tərəfindən təmin edilir. Pasiyentlər birbaşa psixiatriya müəssisələrinə
müraciət etməli olurlar, çünki İSX səviyyəsində psixi sağlamlıq xidmətləri zəif inkişaf
etmişdir.
İlkin səhiyyədə dərmanların təyini
Bütün ixtisaslardan olan həkimlərin, o cümlədən İSX həkimlərinin istənilən şəraitdə,
məhdudiyyət qoyulmadan reseptlə psixotrop dərmanlar təyin etməyə ixtiyarı vardır.
Tibb bacılarının və digər İSX işçilərinin belə bir hüququ yoxdur. Psixotrop
dərmanların əldə edilməsi imkanına gəldikdə, həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı bütün (100%) İSX klinikaları hər müalicə kateqoriyası üzrə
(neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator və
antiepileptik dərmanlar) heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. İSX
müəssisələrində psixotrop dərmanların rasional istifadəsi üzrə hər hansı rəhbərlik və
ya protokol yoxdur. Digər tərəfdən, burada psixotrop preparatların aqressiv reklamını
həyata keçirən farmasevtik şirkətlər vardır və bu şirkətlər, öz istehsalları olan
psixotrop preparatların təyin edilməsi üçün həkimləri maddi cəhətdən
şirnikləndirməyə çalışırlar.
KADR
RESURSLARI
Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı
Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr
resurslarının ümumi sayı hər 100 000 nəfər əhali üçün 22,2-yə bərabərdir. Onların
peşəyə uyğun bölgüsü aşağıdakı kimidir: 5,2 psixiatr, 0,8 digər ixtisaslardan olan
həkimlər (psixiatriya üzrə ixtisaslaşmamış), 8,4 tibb bacısı, 0,2 psixoloq, 0,3 sosial
işçi, 7,4 digər səhiyyə və ya psixi sağlamlıq sistemi işçiləri, o cümlədən yardımçı
personal və tibbi köməkçilər. Peşə həkimləri, həkim və ya tibb bacısı olmayan İSX
işçiləri, səhiyyə köməkçiləri, peşəkar və ya yarımpeşəkar psixososial məsləhətçilər
kimi psixi sağlamlıqla əlaqəli digər ixtisasların sahibləri ölkədə mövcud deyildir.
Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir, yalnız QHT-
lərdə, özəl psixiatriya müəssisələrində çalışan və ya xüsusi praktika ilə məşğul olan
24
psixiatrlar yoxdur, lakin onların 8%-i eyni zamanda hər iki sektorda çalışır. Tibb
bacılarının 99%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir, 1%-i isə yalnız
QHT-lərdə, özəl psixiatriya müəssisələrində və ya xüsusi praktika ilə məşğul olan
psixiatrların yanında çalışır. Psixoloqlar və sosial işçilər (Sİ) səhiyyə sistemi
strukturunda işləmirlər. Sİ-lər (50%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
sistemində çalışırlar, klinik psixoloqların böyük əksəriyyəti isə (94%) QHT-lərdə
çalışır.
İş yerinə görə, psixiatrların 158-i ambulator psixiatriya müəssisələrində, 11-i ümumi
təyinatlı xəstəxanaların psixiatriya şöbələrində, 133-ü isə psixiatriya xəstəxanalarında
çalışır. Psixiatriya üzrə ixtisaslaşmamış, digər sahələrin həkimlərindən 18-i ambulator
müəssisələrdə, 47-i isə psixiatriya xəstəxanalarında çalışır. Tibb bacılarına gəldikdə
isə, onların 313-ü ambulator psixiatriya müəssisələrində, 17-i ümumi təyinatlı
xəstəxanaların psixiatriya şöbələrində, 393-ü isə psixiatriya xəstəxanalarında çalışır.
Ambulator psixiatriya müəssisələrində, yaxud ümumi təyinatlı xəstəxanaların
psixiatriya şöbələrində çalışan heç bir psixososial işçi (klinik psixoloq, sosial işçi və
peşə həkimləri) yoxdur, yalnız Respublika Psixiatriya Xəstəxanasında bir psixoloq
çalışır. Digər səhiyyə və ya psixi sağlamlıq sistemi işçilərindən 273-ü ambulator
psixiatriya müəssisələrində, 16-ı ümumi təyinatlı xəstəxanaların psixiatriya
şöbələrində, 334-ü isə psixiatriya xəstəxanalarında çalışır.
Psixiatriya müəssisələrinin kadrlarla təminatı baxımından, ümumi təyinatlı
xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,18 psixiatr, müqayisə üçün
psixiatriya xəstəxanalarında isə hər çarpayıya 0,03 psixiatr düşür. Tibb bacılarına
gəldikdə isə, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,3
tibb bacısı, müqayisə üçün psixiatriya xəstəxanalarında isə hər çarpayıya 0,1 tibb
bacısı düşür.
Kadr resurslarının şəhər və kənd bölgələri arasında paylanması qeyri-mütənasibdir.
Ən böyük şəhər və ya onun ətrafında psixiatrların sıxlığı, bütün ölkə üzrə olduğundan
1,6 dəfə artıqdır. Tibb bacılarının sıxlığı isə, ən böyük şəhərdə bütün ölkə üzrə
olduğundan 2 dəfə çoxdur. Ölkədə klinik psixoloqların və klinik sosial işçilərin sayı
məhduddur və onlar kənd əhalisinə xidmət göstərmirlər.
25
DİAQRAM 4.1. PSİXİ SAĞLAMLIQ SİSTEMİNDƏ
KADR RESURSLARI
(hər 100 000 nəfər əhaliyə görə)
5,2
0,8
8,4
0,2
0,3
0
7,4
0
1
2
3
4
5
6
7
8
9
DİAQRAM 4.2. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ ÇALIŞAN İŞÇİLƏR
(diaqramda faizi, cədvəldə isə sayı verilmişdir)
0%
20%
40%
60%
80%
100%
PSİXİATRİYA XƏST.
133
47
393
1
334
STASİONAR ŞÖB.
11
0
17
0
16
AMBULATOR MÜƏS.
158
18
313
0
273
PSİXİATRLAR
DİGƏR
HƏKİMLƏR
TİBB BACILARI
PSİXOSOSİAL
İŞÇİLƏR
DİGƏR P.S.
İŞÇİLƏRİ
Qeyd: 4.2 saylı diaqramda göstərilən psixiatrların sayı rayon poliklinikalarında və digər
nazirliklərdə (Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və s.) çalışan psixiatrları nəzərdə tutmur.
26
DİAQRAM 4.3. HƏR ÇARPAYIYA DÜŞƏN İŞÇİLƏRİN ORTA SAYI
0,18
0,03
0,28
0,1
0
0
0
0,05
0,1
0,15
0,2
0,25
0,3
ÜMUMİ TƏYİNATLI XƏSTƏXANALARIN
PSİXİATRİYA ŞÖBƏLƏRİ
PSİXİATRİYA XƏSTƏXANALARI
PSİXİATRLAR
TİBB BACILARI
PSİXOSOSİAL
İŞÇİLƏR
Psixi sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması
2006-cı ildə akademik və təhsil müəssisələrini bitirmiş mütəxəssislərin sayı hər 100
000 nəfər əhaliyə görə aşağıdakı kimi olub: həkimlər (psixiatriya sahəsində
ixtisaslaşmamış) - 7,5, tibb bacıları (psixiatriya sahəsində ixtisaslaşmamış) - 19,
psixiatrlar - 0,1. Heç bir psixoloq, tibb bacısı, sosial işçi və ya peşə həkimi psixi
sağlamlıq sahəsində heç olmasa 1 illik təlim keçməmişdir. Təhsillərini tamamladıqdan
sonrakı beş il ərzində psixiatrların 20%-ə qədəri digər ölkələrə mühacirət edirlər.
Psixi sağlamlıq xidməti işçilərindən hər hansı birinə, dərmanlardan rasional istifadə və
uşaq/yeniyetmələrdə psixi sağlamlıq məsələləri mövzusunda biliklərin təzələnməsi
məqsədilə heç olmasa iki günlük təlim keçilməmişdir. Həkimlərin bazis təhsillərində
psixi sağlamlığa aid tədris saatları məhduddur (20 saat tibbi psixologiya, 130 saat
psixiatriya). Həkim-psixiatrlar ilkin ixtisaslaşmanı 1 illik internaturanı
tamamlayandan sonra alırlar. İnternatura tədrisi sistemsiz keçirilir, subixtisaslaşma
üçün (uşaq psixiatriyası, narkologiya və s.) proqramlar yoxdur, müddət baxımından
kifayət deyil. Qanunvericiliyə əsasən psixiatrlar beş ildən gec olmayaraq
ixtisasartırma kursu keçməlidir. Dövlət tərəfindən təmin edilən ixtisasartırma kursları
aparan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ildə 5 müxtəlif mövzuda (şəxsiyyət
və davranış pozğunluqlarının diaqnostikası və müalicəsi; psixoterapiya və tibbi
psixologiyanın müasir məsələləri və s.) tematik kurslar keçirir. Tematik kursların
çeşidi ildən ilə tədricən təzələnir (ildə 20%). Kursların müddəti 1,5-2 aydır. Kursların
müdavimləri həkim-psixiatrlarla yanaşı digər ixtisaslı həkimlər olur. Ümumiyyətlə,
səhiyyə sistemində diplomdansonrakı tədris qısamüddətli kurslar (davamlı tibbi təhsil
kursları) və akkreditasiyanı nəzərdə tutmur. Onu da qeyd etmək lazımdır ki, nə bazis
və ilkin ixtisaslaşma tədrisini təmin edən Dövlət Tibb Universiteti, nə də
diplomdansonrakı ixtisasartırma kursları keçirən Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun tədrisi həyata keçirmək üçün universitet klinikası yoxdur. Tədris
27
prosesini təşkil etmək üçün onlar Bakı şəhərinin tibb müəssisələrini (1 və 2 saylı şəhər
psixiatriya xəstəxanaları) klinik baza kimi istifadə edir.
Son illər ərzində bəzi QHT-lər ölkədə psixososial müdaxilələr üzrə qısamüddətli
təlimlər təşkil etmişdir, ancaq bu təlimlər diplomdansonrakı/davamlı rəsmi təhsil
sistemi tərəfindən tanınmamışdır.
DİAQRAM 4.4. PSİXİ SAĞLAMLIQ SAHƏSİNDƏ
ÇALIŞAN MÜTƏXƏSSİSLƏR
(hər 100 000 nəfər əhali üçün)
0,12
7,5
18,8
0
0
0
0
0
2
4
6
8
10
12
14
16
18
20
İstehlakçı və ailə assosiasiyaları
İstehlakçı assosiasiyalarının üzvü olan hər hansı psixiatrik pasiyent, həmçinin ailə
assosiasiyalarına daxil olmuş ailə üzvü yoxdur. İstehlakçı, ailə və ya peşə
assosiasiyalarına dövlət tərəfindən iqtisadi dəstək verilmir.
Ölkədə 14-ə qədər QHT məsləhətvermə, psixoloji maarifləndirmə və ya dəstək kimi
fərdi yardım tədbirlərinə cəlb olunmuşdur. Azərbaycan Psixiatriya Assosiasiyası psixi
sağlamlıq sahəsində qanunvericiliyin hazırlanması, təlimlər, kampaniyaların
aparılması, himayə və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra tədbirlər həyata
keçirmişdir.
ƏHALİNİN
MAARİFLƏNDİRİLMƏSİ
VƏ
DİGƏR
SEKTORLARLA
ƏLAQƏLƏR
Əhalinin maarifləndirilməsi və psixi sağlamlıq sahəsində məlumatlandırma
kampaniyaları
28
PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına
nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. Son beş il ərzində QHT-lər,
peşə assosiasiyaları və beynəlxalq təşkilatlar əhalinin maarifləndirilməsi və
məlumatlandırma kampaniyaları həyata keçirmişlər. Bu tədbirlər qeyri-müntəzəm və
kiçikmiqyaslı xarakter daşımışdır. Kampaniyaların hədəf olaraq yönəldiyi qruplar
bunlar olmuşdur: uşaqlar, yeniyetmələr, qadınlar, travmadan sonra sağ qalanlar və
yardıma ehtiyacı olan digər qruplar (qaçqın və məcburi köçkünlər). Bundan başqa,
peşə qruplarına, o cümlədən səhiyyə işçilərinə, müəllimlərə və səhiyyə sektoru ilə
əlaqəli olan digər professional qruplara yönəlmiş maarifləndirmə və məlumatlandırma
kampaniyaları aparılmışdır.
Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri
İşlə təminat haqqında və iş yerində ayrı-seçkiliyə qarşı qanunvericilik normaları
mövcuddur. Yaşayış yeri ilə təminat haqqında belə norma var, ancaq məcburi qaydada
yerinə yetirilmir.
Digər sektorlarla əlaqələr
Qanunvericilik və maliyyə dəstəyindən başqa, PS xidmətləri üçün məsuliyyət daşıyan
dövlət qurumları ilə İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-
istifadə məsələləri ilə məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları
arasında rəsmi əlaqələr mövcuddur.
Uşaq və yeniyetmələrin sağlamlığına yardım etmək üçün, bütün ibtidai və orta
məktəblərdə (100%) ya hissəvi, ya da tam iş saatlarında çalışan psixoloqlar olmalıdır.
Bu psixoloqlar Bakı Dövlət Universitetinin sosial psixologiya fakültəsini bitiriblər və
klinik bilik və bacarıqlara malik deyillər. İbtidai və orta məktəblərin təxminən 20%-də
psixi sağlamlığın təşviq edilməsi və psixi pozğunluqların qarşısının alınması ilə bağlı
məktəb tərəfindən tədbirlər həyata keçirilir.
İslahetmə və həbsxana müəssisələri sisteminə gəldikdə isə, məhbuslar arasında
psixozları olanlar 2%-dən azdır, lakin əqli inkişafdan geri qalanlar üçün uyğun faiz
məlum deyil. Orta və ağır dərəcədə əqli inkişafdan geri qalmış şəxslər cinayət
törətdikləri halda həbs edilmirlər, çünki belə hesab edilir ki, onların hüquqi
məsuliyyəti məhduddur və ya tamamilə yoxdur. Məhkəmə-ədliyyə sistemində psixi
sağlamlıqla bağlı tədbirlər haqqında olan məlumatlara görə, 80%-ə qədər
həbsxanalarda hər ay heç olmasa bir məhbus müalicə məqsədilə psixiatriya üzrə
mütəxəssisə müraciət edir. Təlimlərə gəldikdə isə, heç bir polis işçisi, hakim və vəkil
son beş ildə psixi sağlamlıq məsələləri üzrə təlim və məşğələlərdə iştirak etməmişdir.
Onu da qeyd etmək lazımdır ki, penitensiar sistemdə fəaliyyət göstərən həkimlər
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda psixi sağlamlıq üzrə müxtəlif tematik
ixtisasartırma kursları keçir.
Pasiyentlər üçün maddi dəstəklə bağlı heç bir psixiatriya müəssisəsi həmin
müəssisədən kənarda həyata keçirilən və ağır psixi pozğunluqları olan şəxslərin digər
yerdə işlə təmin olunmasını təşkil edən proqramlardan istifadə imkanına malik deyil.
Nəticədə, insanların 1%-i psixi əlilliklə əlaqədar sosial təminat və yardım alır.
Digər sektorlarla əlaqələr zəif təşkil edilmişdir və əlaqələndirilməmişdir.
|